Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-5/2020 23.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 2020-ci il tarixdə Qobustan şəhərində Təqsirləndirilən şəxs – xx xxxxxx 1993-cü ildə Ağsu rayonunda anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkum olunmamış, Ağsu şəhəri, M.Müşfiq küçəsi, ev 6-da qeydiyyatda olan və Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 9, mənzil 9-da yaşamış, barəsində həbs qətimkan tədbiri qətimkan tədbiri seçilmiş – Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs üç ədəd kağız bükümlərinin içərisində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Qobustan rayon ərazisinə daşımış, xx xxxx 2020-ci il tarixdə daxil olmuş məlumat əsasında Qobustan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Qobustan şəhərində yerləşən “Son” adlanan ərazidə saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, rayon polis şöbəsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib, satış məqsədi olmadan üzərində saxladığı iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,313 qram və 0,307 qram, ümumi təmiz çəkisi 3,620 qram narkotik vasitə olan heroin və bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,190 qram psixotrop maddə olan metamfetamin onun əynindəki qara rəngli gödəkçənin sol içəri cibində siqaret qutusundan kağız bükülülərinin içərisində aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağsu rayonu, M.Müşfıq küçəsi, ev 6-da qeydiyyatda olsa da, hazırda Sumqayıt şəhərində yaşayır. xx xxxx 2020-ci il tarixdə axşam vaxtı, Sumqayıt şəhəri ərazisində olarkən, dükanlardan birindən yol üçün su və siqaret almağa görə avtomobili yolun kənarında saxlayıb avtomobildən düşəndə yerdə “Davidov” markalı siqaret qutusu görmüş, qutunun içərisində siqaret dənələri olmasını fikirləşib əyilib siqaret qutusunu yerdən götürmüş və avtomobilinə əyləşib siqaret qutusunu açanda, qutunun içərisində 3 ədəd kağız bükülüsü və bir neçə siqaret dənələri olduğunu görmüşdür. O, həmin kağız bükülüləri açıb içərisinə baxanda, bükülülərin ikisində “kakos” kimi tanıdığı, birində isə “şüşə” kimi tanıdığı narkotik vasitələr olduğunu görmüşdür. O, özü əvvəllər narkotik vasitə istifadə etdiyi üçün həmin maddələrin narkotik vasitə olmasını tanımışdır. Bundan sonra, həmin narkotik vasitələri özü istifadə etmək məqsədilə bükülüləri olduğu kimi büküb həmin siqaret qutusununu içərisinə qoyub əynindəki qara rəngli gödəkçənin içəri sol cibində gizlətmişdir. Daha sonra, mağazaya getmədən avtomobilini işə salıb oradan uzaqlaşmış və sonra da Ağsu rayonuna yola düşmüşdür. Sumqayıt şəhərindən Müşfiqabad qəsəbəsinə gəlmiş, oradan da Bakı-Şamaxı-Yevlax yolu ilə Ağsu rayonu istiqamətinə hərəkət etmişdir. xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 03 radələrində, o, Qobustan şəhəri ərazisinə çatmış və Qobustan şəhəri ərazisinə daxil olub dükanlardan birindən su almaq məqsədilə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhəri ərazisinə yerləşən dairəvi yoldan şəhər ərazisinə daxil olub Bakı-Şamaxı-Yevlax yolu ilə paralel olan yol ilə avtomobili idarə edib “kones” adı ilə tanıdığı əraziyə gəlmiş, avtomobili saxlayıb düşəndə mağazaların bağlı olduğunu görmüşdür. Bu vaxtı avtomobilə əyləşmək istəyəndə mülki geyimdə bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim edib Qobustan RPŞ-nin əməkdaşları olduqlarını və şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O da etiraz etməmiş və polis şöbəsinə gəlmişdir. Yolda gələrkən cibindəki narkotik vasitəni kənara atmaq istəsə də buna imkan tapa bilməmişdir. Polis şöbəsində onun şübhəli şəxs kimi tutulduğu bildirilmiş və onun razılığı ilə hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Həmçinin polis şöbəsində iki nəfər şəxs də dəvət olunmuş, o, həmin şəxsləri tanımamışdır. Polis əməkdaşları ona, həmin şəxslərin hal şahidi kimi dəvət edildiyini bildirmişdir. Polis şöbəsində vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakları ilə onun üzərində şəxsi axtarış aparılması başlanılmışdır. Axtarış zamanı ona üzərindəki əşyaları təqdim etməsi təklif edilmiş, o da üzərində saxladığı digər əşyalarla birlikdə Sumqayıt şəhərində yerdən tapdığı və istifadə etmək üçün gödəkçəsinin cibində siqaret qutusunda saxladığı narkotik vasitə olan bükümləri qutuda təqdim etmişdir. Həmin kağız bükülülər açıldıqda narkotik vasitə görünmüş, həmçinin siqaret çəkməkdə istifadə etdiyi digər siqaret qutusu da götürülmüşdür. Üzərində axtarış davam etdirilsə də başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, digər əşyalar ona qaytarılmış, narkotik vasitə bükülüləri olan siqaret qutusu və siqaret dənələri olan digər siqaret qutusu isə 2 ədəd zərfdə qablaşdırılıb möhürlənmiş, sonra o, imza etmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, o da protokoldakıların düzgün yazıldığına əmin olandan sonra imza etmişdir. Daha sonra, onun idarə etdiyi “Azsamanad” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə də baxış keçirilsə də qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmiş, bu barədə də protokol tərtib edilmiş, o da imza etmişdir. Əməlindən peşmandır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə xidməti işi ilə bağlı ona daxil olmuş məlumatdan, orta boylu, qaraşın, arıq bədən quruluşlu, əynində qara rəngli qısa gödəkçə və göy rəngli cins şalvarı olan və “Azsamanad” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edən Məhəmməd adlı şəxsin həmin tarixdə Qobustan rayon ərazisində narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olması müəyyən edilmişdir. O da buna görə həmin şəxsin şəxsiyyətini müəyyən etmək və əməlini ifşa etmək üçün dərhal şöbə rəhbərliyinə raportla məruzə edib, sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin aparılması üçün qərar qəbul etmişdir. O, qrup rəhbəri olmaqla Qobustan RPŞ-nin xidmət üzrə rəis müavini Şahid1 və RPŞ-nin X2 baş inspektoru Həsən Məmmədovdan ibarət qrup təşkil edilmiş, daha sonra o, həmin qrupun üzvləri olan polis əməkdaşları ilə birlikdə Qobustan rayon ərazisində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini davam etdirərkən daxil olmuş məlumatda qeyd edilən xarici görünüş əlamətlərinə məxsus Məhəmməd adlı şəxsin şəhərin “Son” adlanan ərazisində “Azsamanad” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşdiyini müşahidə etmiş, həmin vaxtı dərhal qrup üzvləri ilə birlikdə xüsusi parollarla əlaqə yaradıb Məhəmməd adlı şəxsin əyləşdiyi avtomobilə yaxınlaşıb özünü təqdim etmiş və narkotik vasitələrin istifadəsi, dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Məhəmməd adlı şəxs də heç bir etiraz etmədən və hər hansı bir müqavimət göstərmədən birlikdə Qobustan RPŞnə gəlmiş, avtomobili Məhəmməd adlı şəxsin iştirakı ilə RPŞ-nin həyətinə gətirmişdir. Bundan sonra o, raportla şöbə rəhbərliyinə bu barədə məruzə etmişdir.Bundan sonra, müdafiəçi və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol içəri cibindən “Davidov” markalı siqaret qutusu aşkar edilmiş, həmin siqaret qutusunun içində 4 ədəd siqaret dənələri, 3 ədəd kağız bükülü və 1 ədəd balaca falqa olması müəyyən edilmişdir. Siqaret qutusundan çıxan əşyalar stolun üstünə qoyulmuş, daha sonra kağız bükülülər açılmış, bükülülərdən ikisində qəhvəyi rəngli toz kimi maddə, birində isə ağ rəngli xırda bərk hissəciklərdən ibarət maddə olduğu görünmüşdür. Falqa isə istifadə edilmiş vəziyyətdə olmuşdur. Axtarış aparılan zaman Təqsirləndirilən şəxs özü həmin maddələrin adları “kakos” və “şüşə” olan narkotik vasitələr olmasını, özü istifadə etmək üçün üzərində saxlamasını, hətta həmin narkotik vasitədən bir hissəsini aşkar olunan falqada istifadə etməsini bildirmişdir. Falqanın üzərində isə həmin maddələrdən heç bir hissəcik qalmamışdır. Daha sonra, Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilərkən başqa qanunsuz əşya aşkar edilməsə də onun üzərindən 5 ədəd 5 manatlıq, 4 ədəd 10 manatlıq, 2 ədəd 20 manatlıq, 3 ədəd 100 manatlıq pul əskinazları, bir ədəd qırmızı rəngli alışqan, 2 ədəd açar, bir ədəd qara rəngli avtomobil açarı, içində 3 ədəd siqaret dənəsi olan “Kent” siqareti aşkar edilmişdir. Aşkar edilmiş, 3 ədəd kağız bükülülərdə narkotik vasitəyə oxşar maddələr əvvəlcə elektron tərəzidə ölçülmüş, sonra da bir ədəd zərfə qoyulub qablaşdırılıb şöbənin möhürü ilə möhürlənmişdir. Siqaret dənələri də qutuları ilə birlikdə ayrı zərfdə qablaşdırılıb möhürlənmişdir. Aşkar edilmiş digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra protokol tərtib edilmiş, protokolda yazılanlar ucadan oxunmuş, doğru yazıldığı üçün digər iştirakçılar kimi o da protokola imza etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılan zaman idarə etdiyi “Azsamanad” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bütün hissələrinə Təqsirləndirilən şəxs, müdafiəçinin və hal şahidlərinin iştirakları ilə baxış keçirilsə də, avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, bu barədə də protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin narkotik vasitəni Sumqayıt şəhəri ərazisində yolun kənarından tapmışdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələr və psixotrop maddə aşkar ediləndə, o, həmin narkotik vasitələri öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1, X7, X4 və X11 iş üzrə Şahid2 ilə eyni məzmunlu ifadə verdilər. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx xxxx 2020ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə o, Qobustan şəhəri ərazisində yerləşən evində olmuş, gecə təxminən saat 04 radələrində, o, evdən həyətə çıxıb siqaret çəkərək küçəyə çıxanda iki nəfər polis əməkdaşı ona yaxınlaşıb Ağsu rayon sakini olan, onun tanımadığı Təqsirləndirilən şəxs üzərində polis şöbəsində axtarış aparılacağını və onun da hal şahidi kimi iştirak etməyini təklif etmişlər. O da etiraz etməmiş və rayon polis şöbəsinə gəlmiş, vəkilin, onun, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs, üzərindəki əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs də əynindəki qara rəngli gödəkçənin sol içəri cibindən “Davidov” markalı siqaret qutusu çıxartmış, həmin siqaret qutusuna polis əməkdaşları tərəfindən baxılarkən qutunun içində 4 ədəd siqaret dənələri, 3 ədəd kağız bükülü və 1 ədəd falqa olması görünmüş və siqaret qutusundan çıxan əşyalar stolun üstünə qoyulmuşdur. Daha sonra kağız bükülülər açılmış, bükülülərdən ikisində qəhvəyi rəngli toz kimi maddə, birində isə ağ rəngli xırda bərk hissəciklərdən ibarət maddə olduğu görünmüş, falqadan isə istifadə edilmiş olması müəyyən edilmişdir. Kağız bükülülərdə olan maddələrin nə olmasını o, bilməsə də axtarış aparılan zamän Təqsirləndirilən şəxs, həmin maddələrin adları “kakos” və ‘”şüşə” olan narkotik vasitələr olması, özü istifadə etmək üçün üzərində saxlaması və həmin narkotik vasitədən bir hissəsini aşkar olunan falqada istifadə etməsini bildirmişdir. Falqanın üzərində isə həmin maddələrdən heç bir hissəcik qalmamışdır. Daha sonra, Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilərkən başqa qanunsuz əşya aşkar edilməsə də onun üzərindən 5 ədəd 5 manatlıq, 4 ədəd 10 manatlıq, 2 ədəd 20 manatlıq, 3 ədəd 100 manatlıq pul əskinasları, bir ədəd qırmızı rəngli alışqan, 2 ədəd açar, bir ədəd qara rəngli avtomobil açarı, içində 3 ədəd siqaret dənəsi olan “Kent” siqareti aşkar edilmişdir. Aşkar edilmiş, 3 ədəd kağız bükülülərdə narkotik vasitəyə oxşar maddələr əvvəlcə elektron tərəzidə ölçülmüş, sonra da bir ədəd zərfə qoyulub qablaşdırılıb şöbənin möhürü ilə möhürlənmişdir. Siqaret dənələri də qutuları ilə birlikdə ayrı zərfdə qablaşdırılıb möhürlənmişdir. Aşkar edilmiş digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra protokol tərtib edilmiş, protokolda yazılanlar ucadan oxunmuş, axtarış zamanı edilən hərəkətlər tam olaraq protokolda doğru yazıldığı üçün digər iştirakçılar kimi o da protokola imza etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs idarə etdiyi “Azsamand” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə də Təqsirləndirilən şəxs və digərilərin iştirakları ilə baxış keçirilsə də, avtomobildə qanunsuz hər hansı bir əşya aşkar edilməmiş, bu barədə də protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni konkret olaraq haradan və kimdən əldə etdiyini və nə səbəbdən saxlamasını dəqiq bilməmiş, onun bu barədə məlumatı olmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 6/189 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd bükülüdə olan...” yazılar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,313 qram və 0,307 qram, ümumi təmiz çəkisi 3,620 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 01 ədəd bükümdə təmiz çəkisi 0,190 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Hal şahidləri...” yazısı olan digər zərfdəki 02 ədəd siqaret qutusunda olan ümumilikdə 7 ədəd siqaretin tərkibində nəzarətdə olan maddələrə məxsus əlamətlər müəyyən edilmədi. Tədqiqata sərf edildikdən sonra kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin qalığı- 3,560 qram, metamfetaminin qalığı-0,140 qram olmuşdur. Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd bükümdə ayrı-ayrlıqda təmiz çəkiləri 3,313 qram və 0,307 qram, ümumi təmiz çəkisi 3,620 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,190 qram psixotrop maddə olan metamfetamin sübuti əhəmiyyət kəsb etdiyinə görə iş üzrə xx.xx.2020-ci il tarixdə maddi sübut kimi tanınmış və saxlanması üçün Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 daxil olmuş tələbnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxx 2020-ci il tarixli 841 №-li nömrəli ekspert rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş, Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxx 2020-ci il tarixli 51 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhəri, M.Müşfiq küçəsi 6 saylı evdə anası X5 ilə birlikdə qeydiyyatdadır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, Sumqayıt şəhərində yaşayır. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təşqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə olan şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 03:45-də şübhəli şəxs kimi tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək azad edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş, xx xxxx 2020-ci il tarixdə tutularaq istintaqa cəlb edilmiş, xx xxxx 2020-ci il tarixdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış və Qobustan rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. xx xxxx 2020-ci il tarixdə məhkəmə istintaqından yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, xx xxxxxxxx 2020-ci il tarixdə tutularaq Qobustan rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün və xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu iki gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 1 ədəd bükümdə çəkisi 3,560 qram narkotik vasitə heroin, 1 ədəd bükümdə çəkisi 0,140 qram psixotrop maddə-metamfetamin məhv edilməlidir. İş üzrə 109,90 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 1 il 5 ay 26 gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesab edilsin (hesab edilsin ya hesablansın). Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 1 ədəd bükümdə çəkisi 3,560 qram narkotik vasitə heroin, 1 ədəd bükümdə çəkisi 0,140 qram psixotrop maddə-metamfetamin məhv edilsin. İş üzrə 109,90 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-5/2020
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-5/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver