Məhkəmə qərarları › İş №1(026)-5/2021

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-5/2021

22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-5/2021 22.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs xx xxx 1964-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Qobustan şəhəri 1 saylı tam orta məktəbdə tarix müəllimi işləyən, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Abbasov küçəsi, ev 19-da qeydiyyatda olan və Qobustan şəhəri, T.İsmayılov küçəsində fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Qobustan şəhəri, T.İsmayılov küçəsində yerləşən yaşadığı evdə gəlini Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə yumruqla zərbə vuraraq, sonuncuya sağ göz orbitasının hematoması və gözün ağlı qişasına qansızmalar ilə nəticələnən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda göstərilənlərə əsasən tam təsdiqini tapır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs oğlu Məlik Babazadənin həyat yoldaşıdır. Zərərçəkmiş şəxs 2012-ci ildə oğlu Məlik Babazadə ilə rəsmi ailə həyatı qurduqdan sonra onlar 2014-cü ildə rəsmi surətdə boşanmışlar. Təxminən 5 il ayrı yaşadıqdan sonra 2019cu ilin aprel ayında onları barışdırmışlar və onlar yenidən rəsmi olaraq nikaha daxil olmuşlar, bu nikahdan iki övladları vardır . Oğlu Məlik Sevinclə barışdıqdan sonra 5-6 ay onun evində yaşamışlar, təxminən 2019-cu ilin oktyabr ayında oğlu Məlik Bakı şəhərində işlədiyindən, Qobustana rayonuna gedib-gəlmək çətin olduğundan Sevincin valideynlərinin dəvəti ilə Məlik Sevinclə birlikdə Sevincin atasının yaşadığı Sulutəpə qəsəbəsindəki evə gedərək orada həyətdə olan boş evdə yaşamağa başlamışlar. Lakin sonradan ikinci övladları dünyaya gəlməmişdən bir az əvvəl Məlik Babazadə başqa qohumlarının evində qalmaq məcburiyyətində olsa da, tez-tez qaynatasıgilə gedib ailəsi üçün lazım olan bütün əşyaları alıb çatdırmışdır. xx xxxx 2020-ci il tarixdə arvadı Şahid1 Sevincin atasının yaşadığı evə gedərək, uşaqların məktəbi başlayana qədər Sevinclə uşaqları da götürüb birlikdə Qobustan şəhərində yaşamaları barədə razılaşmışdır. Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixdə uşaqları ilə birlikdə Qobustan şəhərindəki evinə gələrək birlikdə yaşamağa başlamışlar. Həmin müddətdə oğlu Məlik Babazadə isə Bakı şəhərində qalmışdır. Nəvəsi Mələyin istəyi ilə xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 20-21 radələrində evlərindən 3-4 ev aralıda, qonşuluqda yaşayan qardaşı Şahid2 evinə getmiş, Sevinci və uşaqları da özləri ilə aparmışlar. Kamilgildə olarkən Sevinc valideynlərinə zəng vurmaqdan ötrü onun mobil telefonunu götürmüş, telefonla danışdıqdan sonra gətirib qaytarmışdır. Telefonu qaytaran zaman telefonuna mesaj gəlmiş, “whatsapp” proqramına baxan zaman Türkiyədə yaşayan Əhmədin onun telefonuna oğlu Məlik ilə şəklini göndərdiyini görmüş, mesaja baxandan sonra telefonu stolun üstünə qoymuşdur. Sevinc yenidən telefonu götürərək baxmış və telefona baxanda ərinin Türkiyədə olduğunu bilmişdir. Bunu biləndən sonra Sevinc yenidən bir neçə dəfə telefonla valideynlərinə yığıb danışmış və elə orada da, yəni qardaşı Kamilgilin evində qışqır-bağır salmağa başlayaraq, niyə Məliyin ona xəbər vermədən Türkiyəyə getdiyini bildirmişdir. Sevinc qışqırarkən saçını yolmuş və özünü yumruqlamışdır. Arvadı Qəmərlə utandıqlarından təxminən saat 23 radələrində qardaşıgildən çıxaraq evlərinə qayıtmışlar. Sevinc onlarla gəlmək istəmədiyindən sonradan qardaşının nəvəsi Şahid3la birlikdə evə qayıtmışdır. Evinə çatdıqdan sonra qapını açıb arvadı Qəməri evdə düşürmüş, həmin vaxt Sevinc hələ evə çatmamışdır. Qəməri düşürdükdən sonra, Sevinc valideynlərinə bu barədə məlumat verdiyindən, valideynlərinin gələcəyini və evdə böyük söz-söhbət olacağını düşünmüş, bu səbəbdən avtomobili ilə Qobustan rayon Polis Şöbəsinə gedərək növbətçi hissəyə yaxınlaşıb, bu barədə məlumat vermişdir. Növbətçi hissədən narahat olmaması, polis göndəriləcəyi bildirilmiş, bundan sonra təxminən saat 24 radələrində evinə qayıtmışdır. Evə çatanda arvadı Qəmər, gəlini Sevinc, qardaşı Kamil və qardaşı nəvəsi Nicat orada olmuş, Qəmər Sevincin bıçaqla qoluna xəsarət yetirdiyini bildirmişdir. xx xxxxxx 2020-il tarixdə 23 radələrində gəlini Zərərçəkmiş şəxs yumruqla vurmamış, həyat yoldaşı Qəmər isə Sevincin saçını yolmamış, Sevinc sol biləyini bıçaqla kəsən zaman evdə olmamışdır. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs qaynatası, Şahid1 isə qaynanasıdır. Onların oğlu Məlik Babazadə ilə 2012-ci ildə ailə həyatı qurmuş, ailə həyatı qurduqdan sonra xasiyyətləri düz gəlmədiyindən 2014-cü ildə rəsmi surətdə boşanmışlar. Təxminən 5 il ayrı yaşadıqdan sonra 2019-cu ilin aprel ayında valideynləri onları barışdırmış və yenidən rəsmi olaraq nikaha daxil olmuşlar. Bu nikahdan iki övladı dünyaya gəlmişdir. 2019-cu ildə barışdıqdan sonra həmin ilin oktyabr ayına qədər Qobustan şəhərində qayınatasının evində yaşamışlar. Sonra hamilə olduğu üçün 2019-cu ilin oktyabr ayında atasının yaşadığı Sulutəpə qəsəbəsindəki evə gəlmiş və Məliklə uşaq dünyaya gələnə qədər Müşfiqabad qəsəbəsində evləri tikilənə kimi atasının yanında qalması barədə razılaşmışdır. 2019-cu ilin oktyabr ayından xx xxxx 2020-ci il tarixə qədər atasının yanında qalmış, həmin müddətdə əri Məlik Müşfiqabad qəsəbəsində dayısıgildə qalmışdır. xx xxxx 2020-ci il tarixdə qayınatası Abgül və qaynanası Qəmər atasının evinə gələrək onu yanlarına Qobustan şəhərinə aparmağa razı salmışlar. 30 iyul 2020-ci tarixdə qaynanası Qəmər ilə birlikdə onların Qobustan şəhərində olan evinə yaşamağa aparmiş, əri Məlik isə Bakı şəhərində qalmışdır. Uşaqları ilə birlikdə Qobustan şəhərində qayınatası Abgül və qaynanası Qəmər ilə birgə yaşamış, evdə onlardan başqa heç kim olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində qayınatası və qaynanası onu qonşuluqda yaşayan qayınatasının qardaşı Şahid2 evinə qonaq aparmışlar, qonaq gedərkən öz mobil telefonunu evdə qoymuş, Kamilgildə bir qədər oturduqdan sonra qayınatasının telefonunu alıb atasına zəng edən zaman, telefonun “whatsapp” proqramına əri Məliyin Türkiyədə yaşayan qardaşı Səidlə və tanımadığı digər şəxslə şəklini görmüş, Məliyin gizli şəkildə Türkiyəyə getdiyini başa düşmüş və buna etiraz bildirmiş, qayınanası və qayınatası ilə bu məsələyə görə Kamilgildə, elə onun yanında mübahisələri başlamışdır. Lakin orada ona qarşı heç kim tərəfindən zor tətbiq edilməmişdir. Həmin tarixdə təxminən saat 23 radələrində qayınatası Abgül və qaynanası Qəmər yaşadıqları evə qayıtmışlar, həmin vaxt onlarla qayıtmaq istəmədiyi üçün Kamilin nəvəsi Nicat onu yaşadığı evə aparmışdır. O, evə daxil olduqdan sonra, Nicat evə daxil olmayaraq, yenidən babası Kamilin evinə qayıtmışdır. Evə daxil olduqdan sonra, yataq otağına gedərək, əşyalarını yığmağa başlamış, ata evinə gedəcəyini bildirmişdir. Bu zaman Abgül və Qəmərlə aralarında sözlə mübahisə yaranmış və onu nalayiq söyüşlərlə təhqir etməyə başlamışlar. Bundan sonra, qonaq otağına keçən zaman, əvvəlcə qaynanası Qəmər onun saçını yolmağa başlamış, daha sonra isə qayınatası Abgül sağ göz nahiyəsinə yumruqla zərbə endirmişdir. Onlardan canını qurtarmaq üçün evin mətbəxinə tərəf qaçmış mətbəxdə olan bıçağı götürərək sol qolunun bilək nahiyəsinə bir neçə xəsarət yetirmişdir. Bunu görəndən sonra qayınatası və qaynanası sakitləşmiş, ona yaxın gəlməmiş zor tətbiq etməmişlər. Bir müddət sonra Kamil və Nicat da yanlarına gəlmiş və Kamil onlari sakitləşdirmişdir. Sonra uşağının paltarını götürüb qolunu sarımışdır. Kamilin telefonu ilə atasına və 103 xidmətinə hadisə barədə məlumat vermiş, bir müddət sonra təcili tibbi yardım gələrək ona tibbi yardım göstərmişdir. Atası Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verdiyi üçün bir müddət sonra yanlarına polis əməkdaşları gəlmiş və həmin gecə atasının göndərdiyi avtomobillə Sulutəpə qəsəbəsinə atasının evinə getmişdir. Abgülə qanuni cəza verilməsini xahiş etdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sevinc oğlu Məliyin həyat yoldaşıdır, Sevinc 2012-ci ildə oğlu Məliklə rəsmi ailə həyatı qurduqdan sonra 2014-cü ildə rəsmi surətdə boşanmışlar. Təxminən 5 il ayrı yaşadıqdan sonra, 2019cu ilin aprel ayında onlar barışdıqdan sonra, yenidən rəsmi olaraq nikaha daxil olmuşlar. X6 barışdıqdan sonra bir müddət birgə yaşamışlar, daha sonra oğlu Məlik Bakı şəhərində işlədiyindən, Qobustan rayonuna gedib-gəlmək çətin olmuş və Sevincin valideynlərinin dəvəti ilə Sevinclə birlikdə onun atasının yaşadığı Sulutəpə qəsəbəsindəki evinə gedərək orada yaşamağa başlamışlar. xx xxxx 2020-ci il tarixdə Sevincin atasının yaşadığı evə gedərək Sevinclə uşaqların məktəbi başlayana qədər, birlikdə Qobustan şəhərində yaşamaları barədə razılaşmışlar və xx xxxx 2020-ci il tarixdə Qobustan şəhərindəki evlərinə gələrək birgə yaşamağa başlamışlar. Həmin müddətdə oğlu Məlik isə Bakı şəhərində qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində qonşuluqda yaşayan qaynı Kamilin evinə getmişlər, Sevinci və uşaqları da özləri ilə aparmışlar. Kamilgildə olarkən Sevinc Abgülün telefonunda Məliyin şəkilini və telefondakı mesajı gördükdən sonra Məliyin Türkiyəyə getməsini bilmiş, bundan sonra Sevinc elə orada da yəni, Kamilgilin evində qışqır-bağır salmağa başlayaraq, niyə Məliyin ona xəbər vermədən Türkiyəyə getdiyini bildirib, saçını yolmuş və özünü yumruqlamışdır. Bundan sonra, təxminən saat 23 radələrində Abgüllə birlikdə evlərinə qayıtmışlar. Qapıları açıq olmuşdur. Sevinc onlarla gəlmək istəmədiyindən Kamilin nəvəsi Nicatla birlikdə evə qayıtmışdır. Əri Abgül onu evə düşürdükdən sonra Qobustan rayon Polis Şöbəsinə getmişdir. X3 birlikdə evə gəlmiş, evə çatan kimi saçlarını yolmağa başlamış və atasının evinə gedəcəyini bildirmişdir. Həmin vaxt sakit dayanıb Sevincə baxmış, ona hər-hansı bir müdaxilə etməmişdir. Bir az sonra Sevinc mətbəxə gedərək oradakı bıçağı götürüb ona tərəf gəlmiş, əvvəlcə Sevincin ona xəsarət yetirəcəyindən qorxmuş, lakin, Sevinc ona yaxınlaşaraq “Məliyin getməsindən mənim niyə xəbərim olmayıb” dedikdən sonra, qolunun bilək hissəsini kəsməyə başlamışdır. Həmin vaxt evdə gəlini Sevinc və qaynının nəvəsi Nicat olmuş, başqa heç kim olmamışdır. Nicatla birlikdə Sevincin əlindən tutaraq bıçağı almışdır. Sevincin qolundakı kəsiklərə spirt vurmuş və bintlə bağlamışdır. Sevincin əlini bağladığı zaman qaynı Kamil gəlmiş, lakin, o, isə baş verəndən sonra gəldiyindən hadisənin şahidi olmamış, bir müddət sonra əri Abgül polis şöbəsindən qayıtmışdır. Daha sonra isə təcili tibbi yardım və polis əməkdaşları gəlmişlər. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Abgül qardaşı, Qəmər isə qardaşının həyat yoldaşıdır. Sevinc isə Abgül və Qəmərin oğlu Məliyin həyat yoldaşıdır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 20-21 radələrində qardaşı Abgül, həyat yoldaşı Qəmər, gəlini Sevinc və uşaqları ilə birlikdə evinə gəlmişlər, evdə olarkən Sevinc Abgülün telefonunda əri Məliyin Türkiyədəki şəklini gördükdən sonra çığırbağır salmağa başlayaraq, niyə Məliyin ona xəbər vermədən Türkiyəyə getdiyini deyərək qışqırmağa və saçlarını yolmağa başlamışdır. Sevinci sakitləşdirməyə çalışsa da Sevinc sakitləşməmişdir. Qardaşı Abgül saat 23 radələrində arvadı Qəməri də götürüb evinə getmiş, Sevinc isə onlarla getmək istəmədiyindən onun nəvəsi Nicatla getmişdir. Onlar gedən sonra evdə söz-söhbət olacağından narahat olaraq təxminin 15-20 dəqiqə sonra qardaşı Abgülün evinə getmişdir. Evə daxil olanda qardaşı arvadı Qəmərin Sevincin qolunu bintlə bağladığını görmüş, nə baş verdiyini soruşduqda isə Qəmər ona Sevincin öz qolunu bıçaqla kəsərək özünə xəsarət yetirdiyini demişdir. Daha sonra qardaşı Abgül evə gəlmiş, bir neçə dəqiqədən sonra təcili tibbi yardım və polis əməkdaşları gəlmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 Nəriman oğlu ifadəsində göstərdi ki, Abgül babası Kamilin qardaşı, Qəmər isə Abgülün həyat yoldaşıdır. Sevinc isə Abgülün oğlu Məliyin həyat yoldaşıdır. Valideynləri Abşeron rayonunda |yaşasalar da, uşaqlıqdan Qobustan şəhərində babası Şahid2 evində onlarla birlikdə yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə evdə olarkən təxminən saat 20-21 radələrində babasının qardaşı Abgül, həyat yoldaşı Qəmər, gəlinləri Sevinc və uşaqları onlara gəlmişlər. Evdə olarkən Sevinc Abgülün telefonunda əri Məliyin Türkiyədə çəkdirdiyi şəklini gördükdən sonra qışqır-bağır salmağa başlayaraq, saçlarını yolmuş və əlləri ilə üzünə vurmuşdur. Abgül arvadı Qəməri də götürüb təxminən saat 23 radələrində evlərinə getmiş, Sevinc isə onlarla getmək istəmədiyindən onu evə özü aparmışdır. Sevinci aparıb evlərinə qoyduqdan sonra özü də onunla birlikdə evə daxil olmuş, həmin vaxt evdə yalnız Qəmər olmuş, Abgül evdə olmamışdır. Bir müddət sonra Sevincin mətbəxdən bıçağı götürüb qolunun bilək hissəsini kəsməyə başladığını görüb Sevincin əlindən bıçağı almışdır. X4 qolundakı kəsiklərə spirt vurmuş və bintlə bağlamışdır. Qəmər Sevincin əlini bağladığı zaman babası Kamil ora gəlmiş, lakin babası hadisə baş verəndən sonra gəldiyindən hadisənin şahidi olmamışdır. Bir müddət sonra isə babasının qardaşı Abgül gəlmiş, daha sonra isə təcili tibbi yardım və polis əməkdaşları gəlmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Sevinc Babazadə onun qızıdır. Sevinc 2012-ci ildə Qobustan şəhər sakini X2 ilə rəsmi ailə həyatı qurduqdan sonra xasiyyətləri düz gəlmədiyindən 2014-cü ildə rəsmi surətdə boşanmış, lakin 2019-cu ilin aprel ayında onları barışdırmışlar və onlar yenidən rəsmi olaraq nikaha daxil olmuşlar. Qızı Sevinc əri ilə bir müddət qayınatasının evində, sonra isə onun evində yaşamışdır. xx xxxx 2020-ci il tarixdə qızı Sevinc qayınatasının evinə, Qobustan şəhərinə getmişdir. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində evdə olarkən qızı Sevinc onun mobil telefonuna zəng vuraraq, onunla qayınanası və qayınatası arasında mübahisə baş verdiyini və onu döydüklərini demiş, qızına bir şey olacağından qorxduğu üçün dərhal mobil telefonu ilə 102 xidmətinə yığaraq məlumat vermişdir. Həmin gecə saat 03-04 radələrində qızı Sevinc evinə qayıtmış, evə gəldikdən sonra qızından nə baş verdiyini soruşmuş, Sevinc isə əri Məliyin gizlincə Türkiyə Respublikasına getdiyi üçün qayınatası və qayınanası ilə mübahisəsi düşdüyünü və Abgül yumruqla gözünə vurduğunu, Qəmərin isə saçını yolaraq xəsarət yetirdiklərini, onlardan yəni Abgül və Qəmərdən canını qurtarmaq üçün mətbəxdən götürdüyü bıçaqla qoluna xəsarət yetirdiyini ona demişdir. Cinayət işi üzrə şahid Qobustan RPŞ-nin TQ-nin baş təhqiqatçısı vəzifəsində işləyən Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş 102 məlumatı əsasında əməliyyat qrupu ilə birlikdə Qobustan şəhəri, T.İsmayılov küçəsində yaşayan Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə getmişdir. Fərdi yaşayış evində olan zaman Təqsirləndirilən şəxs gəlini Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə qayınanası Qəmər və qayınatası Abgül tərəfindən döyüldüyünü, yəni yumruqla Abgülün onun gözünə vurduğunu, onlardan canını qurtarmaq üçün sol biləyini bıçaqla kəsdiyini bildirmişdir. Hadisə yerində olan zaman təcili tibbi yardım əməkdaşları da orada olmuş, Zərərçəkmiş şəxs tibbi yardım göstərmişlər. Müvafiq sənədləşmə işləri aparıldıqdan sonra RPŞ-yə qayıtmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 verdiyi xx xxxxxx 2020-ci il tarixli, 121 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ göz orbitasının hematoması, gözün ağlı qişasına qansızmalar, nisbətən yumşaq kənarlı küt əşya (əl zərbəsi) təsirindən, kənar şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə yetirilməyə uyğun gəlirlər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs sol mil-bilək nahiyəsindəki səthi yaralar kəsici alət təsirindən törənməklə xx xxxxxx 2020-ci il tarixdə yetirilməyə uyğun gəlirlər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Həmin xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli 145-9392-1120 nömrəli tələbnamədə göstərilir ki, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Qobustan rayonu İHB-nin Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 1749 nömrəli arayışda göstərilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonunda qeydiyyatda olsa da, həqiqətən də Qobustan şəhərində T. İsmayılov küçəsində yaşayır. İş materiallarında olan Qobustan rayonu İHB-nin Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Qobustan şəhər 1 saylı tam orta məktəbin rəhbərliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə, eləcə də digər sənədlərlə tam sübuta yetir, Təqsirləndirilən şəxs ifadəsi özünü müdafiə xarakteri daşıyır. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işlər cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 10%-i dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasının əvvəli qazancından pul tutulmalarının aparıldığı gündən hesab edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 4 saat hüquqi yardıma görə 24 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar