Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-5/2022 22.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx xxxxxx 1980-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan rayonunun Nabur kəndində qeydiyyatda olmaqla, Qobustan şəhərində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Qobustan şəhəri, T.İsmayılov küçəsi, ev 14-də yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsinin pəncərəsini itələyib açdıqdan sonra evə qanunsuz daxil olub, oradan bir qramı 85 manat olmaqla ümumi dəyəri 2550 manat təşkil edən 583 əyarlı, ümumi çəkisi 30 qram olan qızıl saatı, həmçinin pilləkənlə evin ikinci mərtəbəsinə qalxaraq cibində gəzdirdiyi vintaçanla qapını açıb içəri daxil olaraq otaqların birindəki güzgülü şkafın rəfində olan 70 manat məbləğində pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2620 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 03 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Qobustan şəhərində yerləşən “Milli mətbəx” adlanan kafenin mətbəxinin plastik pəncərəsini vintaçanla açdıqdan sonra kafeyə qanunsuz daxil olub, oradan bir kiloqramı 14 manat olmaqla ümumi dəyəri 140 manat təşkil edən ümumi çəkisi 10 kq olan quzu əti, bir kiloqramı 9 manat olmaqla ümumi dəyəri 135 manat təşkil edən ümumi çəkisi 15 kq olan “Farel” balığının əti, bir ədədi 11 manat olmaqla ümumi dəyəri 77 manat təşkil edən 07 ədəd kənd toyuğu, bir ədədi 1 manat 30 qəpik olmaqla ümumi dəyəri 26 manat təşkil edən 20 ədəd “Snickers Super” şokoladı, bir ədədi 2 manat olmaqla ümumi dəyəri 30 manat təşkil edən 15 ədəd “Lays” çipsləri, bir ədədi 50 qəpik olmaqla ümumi dəyəri 10 manat təşkil edən 20 ədəd “Mister Tum” tumu, bir ədədi 1 manat olmaqla ümumi dəyəri 14 manat təşkil edən 14 ədəd “Rulet” şirniyyatı, bir ədədi 8 manat olmaqla ümumi dəyəri 24 manat təşkil edən 03 ədəd “Beta” çayı, bir ədədi 60 manat olmaqla ümumi dəyəri 600 manat təşkil edən 10 ədəd 1 litrlik “X6” adlı spirtli içki, bir ədədi 1 manat 10 qəpik olmaqla ümumi dəyəri 11 manat təşkil edən 10 ədəd 1 litrlik “Coca-cola” içkisi, bir ədədi 1 manat 10 qəpik olmaqla ümumi dəyəri 11 manat təşkil edən 10 ədəd 1 litrlik “Fanta” içkisi, bir ədədi 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 15 manat təşkil edən 10 ədəd 0,5 litrlik “Natakhtari” içkisi, bir ədədi 3 manat olmaqla ümumi dəyəri 12 manat təşkil edən 04 ədəd piti qabı, bir ədədi 2 manat olmaqla ümumi dəyəri 24 manat təşkil edən 12 ədəd şiş, bir ədədi 50 qəpik olmaqla ümumi dəyəri 20 manat təşkil edən 40 ədəd plastik boşqab və bir ədədi 1 manat 60 qəpik olmaqla ümumi dəyəri 19 manat 20 qəpik təşkil edən 12 ədəd 0,5 litrlik “Xırdalan” pivəsi, 09.10.2021-ci il tarixdə saat 03 radələrində həmin kafenin mətbəxinin plastik pəncərəsini vintaçanla açdıqdan sonra kafeyə qanunsuz daxil olub, oradan 1 kiloqramı 14 manat olmaqla ümumi dəyəri 210 manat təşkil edən ümumi çəkisi 15 kq olan quzu əti, bir kiloqramı 9 manat olmaqla ümumi dəyəri 135 manat təşkil edən ümumi çəkisi 15 kq olan “Farel” balığının əti, bir ədədi 11 manat olmaqla ümumi dəyəri 77 manat təşkil edən 7 ədəd kənd toyuğu, ümumi dəyəri 25 manat təşkil edən 01 ədəd hind toyuğu, bir ədədi 1 manat 30 qəpik olmaqla ümumi dəyəri 28 manat 60 qəpik təşkil edən 22 ədəd “Snickers Super” şokoladı, bir ədədi 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 30 manat təşkil edən 20 ədəd “Alpen Gold” şokoladı, bir ədədi 2 manat olmaqla ümumi dəyəri 20 manat təşkil edən 10 ədəd “Lays” çipsləri, bir ədədi 50 qəpik olmaqla ümumi dəyəri 10 manat təşkil edən 20 ədəd “Mister Tum” tumu, bir ədədi 1 manat olmaqla ümumi dəyəri 10 manat təşkil edən 10 ədəd “Rulet” şirniyyatı, bir ədədi 8 manat olmaqla ümumi dəyəri 24 manat təşkil edən 03 ədəd “Beta” çayı, bir ədədi 60 manat olmaqla ümumi dəyəri 1200 manat təşkil edən 20 ədəd 1 litrlik “X6” adlı spirtli içki, bir ədədi 1 manat 10 qəpik olmaqla ümumi dəyəri 11 manat təşkil edən 10 ədəd 1 litrlik “Coca-cola” içkisi, bir ədədi 1 manat 10 qəpik olmaqla ümumi dəyəri 11 manat təşkil edən 10 ədəd 1 litrlik “Fanta” içkisi, bir ədədi 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 15 manat təşkil edən 10 ədəd 0,5 litrlik “Natakhtari” içkisi, bir ədədi 3 manat olmaqla ümumi dəyəri 12 manat təşkil edən 04 ədəd piti qabı, bir ədədi 2 manat olmaqla ümumi dəyəri 24 manat təşkil edən 12 ədəd şiş, bir ədədi 50 qəpik olmaqla ümumi dəyəri 25 manat təşkil edən 50 ədəd plastik boşqab və bir ədədi 1 manat 60 qəpik olmaqla ümumi dəyəri 9 manat 60 qəpik təşkil edən 06 ədəd 0,5 litrlik “Xırdalan” pivəsi, həmçinin 15.10.2021-ci il tarixdə saat 03 radələrində həmin kafenin mətbəxinin plastik pəncərəsini vintaçanla açdıqdan sonra kafeyə qanunsuz daxil olub, oradan bir kiloqramı 14 manat olmaqla ümumi dəyəri 210 manat təşkil edən ümumi çəkisi 15 kq olan quzu əti, bir kiloqramı 9 manat olmaqla ümumi dəyəri 135 manat təşkil edən ümumi çəkisi 15 kq olan “Farel” balığının əti, ümumi dəyəri 25 manat təşkil edən 01 ədəd hind toyuğu, bir ədədi 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 15 manat təşkil edən 10 ədəd “Alpen Gold” şokoladı, bir ədədi 50 qəpik olmaqla ümumi dəyəri 10 manat təşkil edən 20 ədəd “Mister Tum” tumu, bir ədədi 1 manat olmaqla ümumi dəyəri 10 manat təşkil edən 10 ədəd “Rulet” şirniyyatı, bir ədədi 60 manat olmaqla ümumi dəyəri 1200 manat təşkil edən 20 ədəd 1 litrlik “X6” adlı spirtli içki, bir ədədi 1 manat 10 qəpik olmaqla ümumi dəyəri 5 manat 50 qəpik təşkil edən 05 ədəd 1 litrlik “Fanta” içkisi, bir ədədi 3 manat olmaqla ümumi dəyəri 12 manat təşkil edən 04 ədəd piti qabı, bir ədədi 50 qəpik olmaqla ümumi dəyəri 30 manat təşkil edən 60 ədəd plastik boşqab və bir ədədi 1 manat 60 qəpik olmaqla ümumi dəyəri 9 manat 60 qəpik təşkil edən 06 ədəd 0,5 litrlik “Xırdalan” pivəsini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 4707 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində gostərdi ki, o 10 sentyabr 2021-ci il tarixdə evdə spirtli içki qəbul etdikdən sonra piyada gəzmək qərarına gəlmiş, həmin tarixdə saat 23 radələrində Qobustan şəhəri, T.İsmayılov küçəsində piyada gəzən zaman, həmin küçədə olan fərdi yaşayış evlərindən birinin işıqlarının sönülü olduğunu görmüş, bundan sonra həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Evin həyətinə daxil olduqdan sonra əvvəlcə evin birinci mərtəbəsinin pəncərəsini əli ilə möhkəm itələyib açmaqla içəri daxil olmuş, evin birinci mərtəbəsində şkaf olan otaq görüb həmin otağa girərək şkafın qapısını açmış və rəfdə saat görərək götürmüşdür. Sonra həyətə çıxıb pilləkənlə evin ikinci mərtəbəsinə qalxmış və qapını cibində gəzdirdiyi vintaçanla açıb içəri daxil olmuş, otaqların birindəki güzgülü şkafın rəfini açanda orada dəmir pullar görmüş və oğurlamışdır. Sonra evdən çıxıb hasardan aşmışdır. Evdən çıxdıqdan sonra oğurladığı saatın dəyərsiz olduğunu düşündüyü üçün saatı tullamışdır. Oğurladığı dəmir pulları saydıqda məbləğinin 63 manat olduğunu görmüşdür. 03 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində Qobustan şəhərində yerləşən “Milli mətbəx” adlı kafeyə oğurluq etmək üçün gəlib mətbəxin plastik pəncərəsini vintaçanla açaraq içəri daxil olmuş və mətbəxdəki soyuducudan təxminən 7-10 kiloqram çəkidə quzu əti, 10-15 kiloqram balıq əti, 5-6 ədəd kənd toyuğu, rəfdən 15-20 ədəd “Snickers” şokoladı, 10-15 ədəd “Lays” çipsi, 15-20 ədəd tum, 10-13 ədəd “Rulet” şirniyyatı, 2-3 ədəd çay, yandakı otaqdan isə 5-10 ədəd “X6” spirtli içkisi, 5-10 ədəd “Coca-cola” içkisi, 5-10 ədəd “Fanta” içkisi, 5-10 ədəd “Natakhtari” içkisi, 3-4 ədəd piti qabı, 10-12 ədəd şiş, 30-40 ədəd plastik boşqab və 10-12 ədəd “Xırdalan” pivəsi oğurlamışdır. Əslində həmin vaxt orada olan bütün ərzaqları oğurlamaq istəsə də, aparmaqda çətinlik çəkəcəyini düşündüyü üçün sonrakı günlərdə bir neçə dəfə həmin kafeyə gəlib girərək ərzaqları oğurlamaq qərarına gəlmişdir. Həmin vaxt oğurladığı ərzaq və qeyri-ərzaq məhsullarını yaşadığı evə gətirib yığmış, az-az yemiş və istifadə etmişdir. Bundan sonra 09.10.2021-ci il tarixdə saat 03 radələrində yenidən “Milli mətbəx” kafesinin mətbəxinin plastik pəncərəsini vintaçanla açaraq içəri daxil olaraq, oradakı soyuducudan təxminən 10-15 kiloqram quzu əti, 10-15 kiloqram balıq əti, 5-6 dənə kənd toyuğu, 1 ədəd hind toyuğu, rəfdən 15-20 ədəd “Snickers” şokoladı, 15-20 ədəd “Alpen Gold” şokoladı, 5-10 ədəd “Lays” çipsi, 15-20 ədəd tum, 5-10 ədəd “Rulet” şirniyyatı, 2-3 ədəd çay, içkilər olan otaqdan isə 10-15 ədəd “X6” spirtli içkisi, 5-10 ədəd “Coca-cola” içkisi, 5-10 ədəd “Fanta” içkisi, 5-10 ədəd “Natakhtari” içkisi, 2-3 ədəd piti qabı, 7-10 ədəd şiş, 30-40 ədəd plastik boşqab və 3-5 ədəd “Xırdalan” pivəsi oğurlamış, həmin ərzaqları da istifadə etmişdir. Bundan əlavə, 15.10.2021-ci il tarixdə saat 03 radələrində yenidən “Milli mətbəx” kafesinin mətbəxinin plastik pəncərəsini vintaçanla açaraq içəri daxil olaraq oradakı soyuducudan 10-15 kiloqram quzu əti, 10-15 kiloqram balıq əti, 1 ədəd hind toyuğu, rəfdən 5-10 ədəd “Alpen Gold” şokoladı, 10-15 ədəd “Mister Tum” tumu, 5-10 ədəd “Rulet” şirniyyatı, içkilər olan otaqdan 15-20 ədəd 1 litrlik “X6” spirtli içkisi, 3-4 ədəd 1 litrlik “Fanta” içkisi, 2-3 ədəd piti qabı, 40-50 ədəd plastik boşqab və 4-5 ədəd 0,5 litrlik “Xırdalan” pivəsi oğurlamış, həmin ərzaq və qeyri-ərzaq məhsullarını oğurladıqdan sonra həmin əşyaları yaşadığı evə aparmışdır. Oğurladığı içkiləri içmiş, ərzaqları yemiş, şiş, piti qapı və plastik boşqabları isə evə yığmış, 16.10.2021-ci il tarixdə Qobustan şəhəri ərazisində qapıları gəzməklə alış-veriş edən tanımadığı şəxsə həmin əşyaları 80 manat pula satmışdır. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır, o, “Milli mətbəx” adlanan kafeni işlədir, təxminən 15 gün onun yanında ofisiant kimi işləmiş, lakin daha sonra oradan çıxmış, “Milli mətbəx” adlanan kafedən 3 dəfə oğurluq etmiş, bu barədə heç kimə heç nə deməmiş, həmin oğurluq hadisələrini tək törətmişdir. Həmin ərzaqların əksəriyyətini tək yeyib içmiş, lakin oğurladığı ərzaqlardan bəzilərini Qobustan şəhər sakini Sabir adlı şəxslə birlikdə yeyib içmişdir. Sabir adlı şəxs həmin ərzaqların oğurluq olduğunu bilməmişdir. Oğurluğun törədilməsində istifadə etdiyi vintaçanı sonuncu dəfə “Milli mətbəx” adlı kafedən oğurluq etdikdən sonra küçəyə, xatırlamadığı yerə atmışdır. 10.09.2021-ci il tarixdə saat 23 radələrində Qobustan şəhəri, T.İsmayılov küçəsində yerləşən fərdi yaşayış evlərinin birindən oğurladığı dəmir pulları tələsik saymış, həmçinin həmin vaxt sərxoş olduğundan pulları sayarkən səhvə yol verə bilər. Həmin pulların miqdarı 63 manat deyil, ev sahibi Namiqin dediyi kimi 70 manat ola bilər. 03.10.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 işlətdiyi “Milli mətbəx” adlı kafedən 10 kq quzu əti, 15 kq balıq əti, 7 ədəd kənd toyuğu, 20 ədəd “Super snickers” şokoladı, 15 ədəd “Lays” cipsləri, 20 ədəd “Mister Tum” tumu, 14 ədəd “Rulet” şirniyyatı, 3 ədəd “Beta” çayı, 10 ədəd 1 litrlik “X6” spirtli içkisi, 10 ədəd 1 litrlik “Coca-cola” içkisi, 10 ədəd 1 litrlik “Fanta” içkisi, 10 ədəd 0,5 litrlik “Natakhtari” içkisi, 4 ədəd piti qabı, 12 ədəd şiş, 40 ədəd plastik boşqab və 12 ədəd 0,5 litrlik “Xırdalan” pivəsi, 09.10.2021-ci il tarixdə kafedən 15 kq quzu əti, 15 kq balıq əti, 7 ədəd kənd toyuğu, 1 ədəd hind toyuğu, 22 ədəd “Super snickers” şokoladı, 20 ədəd “Alpen Gold” şokoladı, 10 ədəd “Lays” cipsləri, 20 ədəd “Mister Tum” tumu, 10 ədəd “Rulet” şirniyyatı, 3 ədəd “Beta” çayı, 20 ədəd 1 litrlik “X6” spirtli içkisi, 10 ədəd 1 litrlik “Coca-cola” içkisi, 10 ədəd 1 litrlik “Fanta” içkisi, 10 ədəd 0,5 litrlik “Natakhtari” içkisi, 4 ədəd piti qabı, 12 ədəd şiş, 50 ədəd plastik boşqab və 6 ədəd 0,5 litrlik “Xırdalan” pivəsi, 15.10.2021-ci il tarixdə isə kafedən 15 kq quzu əti, 15 kq balıq əti, 1 ədəd hind toyuğu, 10 ədəd “Alpen Gold” şokoladı, 20 ədəd “Mister Tum” tumu, 10 ədəd “Rulet” şirniyyatı, 20 ədəd 1 litrlik “X6” spirtli içkisi, 5 ədəd 1 litrlik “Fanta” içkisi, 4 ədəd piti qabı, 60 ədəd plastik boşqab və 06 ədəd 0,5 litrlik “Xırdalan” pivəsi oğurlanmasının aşkar edilməsi barədə isə bildirmişdir ki, Qobustan şəhərində yerləşən “Milli mətbəx” adlı kafedən göstərilən tarixlərdə oğurladığı ərzaq və qeyri-ərzaq məhsullarının çəkisini və miqdarını təxminən göstərmişdir. Həmin ərzaqları və qeyri-ərzaq məhsullarını çəkməmiş və dəqiq olaraq saymamışdır. Həmin kafedən Zərərçəkmiş şəxs1 göstərdiyi miqdarda və çəkidə olan ərzaq və qeyri-ərzaq məhsullarını oğurlamışdır. Əməlindən peşmandır. İş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Qobustan şəhərində yerləşən “Milli mətbəx” adlanan kafeni icarə əsasında işlədir. 03 oktyabr 2021-ci il tarixdə səhər kafeyə gəlib mətbəxə daxil olan zaman, mətbəxin plastik pəncərəsinin açılmış vəziyyətdə olduğunu görmüş, oğurluq olduğunu başa düşüb əvvəlcə mətbəxdə olan soyuducalara və rəflərə göz gəzdirmişdir. Daha sonra isə içkiləri saxladığı otağa baxmış və məlum olmuşdur ki, soyuducudan 10 kq quzu əti, 15 kq balıq əti, 7 ədəd kənd toyuğu, rəfdən 20 ədəd “Super snickers” şokoladı, 15 ədəd “Lays” cipsləri, 20 ədəd “Mister Tum” tumu, 14 ədəd “Rulet” şirniyyatı, 3 ədəd “Beta” çayı, içkiləri saxladığı otaqdan isə 10 ədəd 1 litrlik “X6” spirtli içkisi, 10 ədəd 1 litrlik “Coca-cola” içkisi, 10 ədəd 1 litrlik “Fanta” içkisi, 10 ədəd 0,5 litrlik “Natakhtari” içkisi, 4 ədəd piti qabı, 12 ədəd şiş, 40 ədəd plastik boşqab və 12 ədəd 0,5 litrlik “Xırdalan” pivəsi oğurlanmışdır.Oğurluğun tanıyan adam tərəfindən törədildiyini düşündüyündən oğrunu aşkar etməsi üçün bu barədə heç bir orqana məlumat verməmişdir. Bundan başqa, 09.10.2021-ci il tarixdə yenidən səhər kafeyə gələn zaman mətbəxin plastik pəncərəsinin açılmış vəziyyətdə olduğunu görmüş, yenidən mətbəxə baxan zaman müəyyən etmişdir ki, soyuducudan 15 kq quzu əti, 15 kq balıq əti, 7 ədəd kənd toyuğu, 1 ədəd hind toyuğu, rəfdən 22 ədəd “Super snickers” şokoladı, 20 ədəd “Alpen gold” şokoladı, 10 ədəd “Lays” cipsləri, 20 ədəd “Mister Tum” tumu, 10 ədəd “Rulet” şirniyyatı, 3 ədəd “Beta” çayı, içkiləri saxladığı otaqdan isə 20 ədəd 1 litrlik “X6” spirtli içkisi, 10 ədəd 1 litrlik “Coca-cola” içkisi, 10 ədəd 1 litrlik “Fanta” içkisi, 10 ədəd 0,5 litrlik “Natakhtari” içkisi, 4 ədəd piti qabı, 12 ədəd şiş, 50 ədəd plastik boşqab və 6 ədəd 0,5 litrlik “Xırdalan” pivəsi oğurlanmışdır. Oğrunu iş başında tutmaq istədiyi üçün bu barədə heç kimə heç nə deməmiş və polisə yenə də bu barədə məlumat verməmişdir. 15.10.2021-ci il tarixdə səhər saat 09:30-da kafeyə gələrkən yerdə sınıq boşqab olduğunu və pəncərənin açıq olduğunu görmüş, bundan sonra yenidən soyuducuya, rəflərə və ehtiyat otağa baxan zaman müəyyən etmişdir ki, soyuducudan 15 kq quzu əti, 15 kq balıq əti, 1 ədəd hind toyuğu, rəfdən 10 ədəd “Alpen Gold” şokoladı, 20 ədəd “Mister Tum” tumu, 10 ədəd “Rulet” şirniyyatı, içkiləri saxladığı otaqdan isə 20 ədəd 1 litrlik “X6” spirtli içkisi, 5 ədəd 1 litrlik “Fanta” içkisi, 4 ədəd piti qabı, 60 ədəd plastik boşqab və 06 ədəd 0,5 litrlik “Xırdalan” pivəsi oğurlanmışdır. Oğrunu özü tutmaq istədiyi üçün bir neçə gün polisə məlumat verməmiş, lakin oğurluq edən şəxsi müəyyən edə bilmədiyi üçün, 19 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində DİN-in 102 xidmətinə zəng edib işlətdiyi kafedən müxtəlif vaxtlarda ərzaq və qeyri-ərzaq məhsullarının oğurlanması barədə məlumat vermiş, bundan sonra Qobustan RPŞ-nin əməkdaşları hadisə yerinə gəlib baxış keçirərək, müvafiq sənədləşmə işləri aparmışdır. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, heyvandarlıqla məşğuldur. İşi ilə əlaqədar qış aylarında evində yaşamır, heyvanlara baxmaq üçün qış otlaq sahəsində fermada olur. Yay aylarında isə 10 gündən bir yaylağa gedib heyvanlara nəzarət edir. Həyat yoldaşı Xəyalə isə evdə qalır. 31 avqust 2021-ci il tarixdə yaylağa getmiş, 11 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı evə qayıtmışdır. Həyat yoldaşı Xəyalə isə 31 avqust 2021-ci il tarixdə Göydərə kəndinə atası Seyidbabanın evinə getmişdir. 01 və 02 sentyabr 2021-ci il tarixlərdə isə Xəyalə əvvəlcədən xəbər etməklə müayinə olunmaq üçün baldızının oğlu Vüsalla Bakı şəhərinə “X7”ə getmişdir. Bundan başqa Xəyalə 07 sentyabr 2021-ci il və 10 sentyabr 2021-ci il tarixlərdə müayinə olunmaq üçün Vüsalla Bakı şəhərinə getmiş, 10 sentyabr 2021-ci il tarixdə həkimə gedəndə həmin gün qardaşının evində qalmış, 11 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində Qobustan şəhərinə evlərinə qayıtmışdır. 11 sentyabr 2021-ci il tarixdə evin qonaq otağına daxil olanda sol tərəfdən axırıncı pəncərənin açıq olduğunu görmüş, həyat yoldaşı Xəyalədən evdən çıxanda pəncərəni bağlayıb-bağlamadığını soruşmuş, o isə xatırlamadığını demişdir. Pəncərənin açıq olmasından şübhələndiyindən Xəyaləyə evin digər otaqlarına baxıb əşyaların yerində olub-olmaması və hər hansı dəyişikliyin baş verib-verməməsinə baxmağı demiş, Xəyalə evdən heç bir əşyanın götürülmədiyini və dağıdılmadığını demişdir. Bundan sonra Xəyalənin pəncərəni bağlamağı unutduğunu düşünmüşdür. 11 sentyabr 2021-ci il tarixdə və 12 sentyabr 2021-ci il tarixdə evdə olmuş, 13 sentyabr 2021ci il tarixdə saat 06 radələrində Xəyalə ilə birlikdə müayinə olunmaq üçün həkimə getmiş, həmin gün saat 23 radələrində evə qayıtmışdır. 14 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində qardaşı Natiq gəlmiş və arpa almaq üçün onun “Qazel” markalı maşını ilə Göydərə kəndinə arpa almağa getmişlər. Arpanın maşına yüklənməsində Vüsal Osmanlı da kömək etmişdir. Həmin gün saat 18 radələrində Natiq ilə Qobustan şəhərinə qayıtmış, kömək etməsi üçün Vüsal da gəlmişdir. Natiq arpanı boşaldıb evdə çay içdikdən sonra çıxıb getmiş, Vüsal isə həmin gecəni evdə qalmış, Vüsal gecəni evin birinci mərtəbəsində qonaq otağında qalmış, 15 sentyabr 2021-ci il tarixdə saat 06 radələrində Xəyalə Vüsalla birlikdə Bakı şəhərinə müayinəyə getmiş və təxminən saat 10 radələrində qayıtmışlar. 15 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində ikinci mərtəbəyə qalxanda taxtadan olan giriş qapısında əzik görmüş, diqqətlə fikir verəndə isə qapıya müdaxilə olunduğunu başa düşmüşdür. Bundan sonra 2-ci mərtəbədə yataq otağındakı güzgülü termonun rəflərini çəkib baxanda içərisində 70 manat qəpik pullar olan qutunun yerində olmadığını görmüş, lakin evdəki əşyalara toxunulmamışdır. Digər otaqlara da baxanda hər şeyin yerində olduğunu görmüş, bir neçə saat keçdikdən sonra bu barədə polisə məlumat vermişdir. Həmin gün, yəni 15 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları evə gəlib baxış keçirmişlər. 17 sentyabr 2021-ci il tarixdə təkrarən evdəki əşyaların yerində olubolmadığını dəqiqləşdirmək üçün baxanda rəhmətlik anasından qalma qızıl saatın da olmadığını görmüşlər. Xəyalə həmin qızıl saatı hara qoyduğunu dəqiq xatırlamadığı üçün oğurlanıb-oğurlanmadığını dəqiq bilməmiş, ona görə də təzədən evdə olan bütün yerləri bir-bir axtarmış, lakin qızıl saatı tapa bilməmişdir. 17 sentyabr 2021-ci il tarixdə qızıl saatın oğurlandığına əmin olduqdan sonra 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Həmçinin bildirmişdir ki, baş vermiş oğurluq hadisəsinin kim və ya kimlər tərəfindən törədilməsi barədə hər hansı bir fikri yoxdur, qapıda əzik izinin olduğunu 15 sentyabr 2021-ci il tarixdə görmüş, lakin həmin izin qapıda nə vaxtdan olması barədə hər hansı bir fikri yoxdur, çünki əvvəllər fikir verməmişdir. Düşünür ki, fərdi yaşayış evində 07 sentyabr 2021-ci il tarixdən 11 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində oğurluq hadisəsi baş vermişdir, çünki həmin müddət ərzində evdə heç kim olmamışdır. Baş vermiş oğurluq nəticəsində yaşayış evindən 70 manat qəpik pul və 1 ədəd rus istehsalı olan 583 əyar, çəkisi isə 30 qram, dəyəri təxminən 2000-2500 manat olan qızıl saat oğurlanmışdır. Qobustan şəhər sakini X2 tanımır, onunla əvvəllər hər hansı bir münasibəti olmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, onunla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs Xanış oğlu 2021-ci ilin oktyabr ayında yanına gələrək, balıq əti və spirtli içki gətirmiş, onun həmin əti və içkini haradan əldə etdiyini soruşduqda, o həmin ət və spirtli içkinin Siyəzəndən ona pay göndərildiyini demiş, birlikdə yeyib içdikdən sonra yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs oğurluq etməsi barədə məlumatı olmamış, o, bu barədə ona hər hansı bir söz deməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 dekabr 2021-ci il tarixli, 9/8938 nömrəli rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta bazar qiymətləri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: 1 qramı 85,00 manat olan rus istehsalı olan 583 əyar 30 qram qızıl saatın ümumi dəyəri- 2550 manatdır. 1 kiloqramı 14 manat olan 40 kq quzu ətinin ümumi dəyəri - 560 manat, 1 kiloqramı 9 manat olan 45 kq “Farel” balığının ümumi dəyəri- 405 manat, 1 ədədinin qiyməti 60 manat olan 50 ədəd 1 litrlik “X6” spirtli içkisinin ümumi dəyəri 3000 manat, 1 ədədinin qiyməti 11 manat olan 14 ədəd “kənd” toyuğunun ümumi qiyməti 154 manat, bir ədədinin qiyməti 1 manat 10 qəpik olan 20 ədəd 1 litrlik “Coca-cola” içkisinin ümumi dəyəri 22 manat, 1 ədədinin qiyməti 1 manat 10 qəpik olan 25 ədəd 1 litrlik “Fanta” içkisinin ümumi dəyəri 27 manat 50 qəpik, 1 ədədinin qiyməti 1 manat 50 qəpik olan 20 ədəd 0,5 litrlik “Natahktari” içkisinin ümumi dəyəri 30 manat, 1 ədədinin qiyməti 1 manat 60 qəpik olan 24 ədəd 0,5 litrlik “Xırdalan” pivəsinin ümumi dəyəri 38 manat 40 qəpik təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin sorğusuna əsasən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 03 noyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin 26 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 aprel 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Qobustan rayon Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 10 noyabr 2021-ci il tarixli 113 saylı arayışda göstərilir ki, Təqsirləndirilən şəxs həqiqətən də Qobustan rayonunun Nabur kəndində qeydiyyatdadır. Ailə tərkibi anası – 01 iyun 1937-ci il təvəllüdlü X3 ibarətdir. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 20 oktyabr 2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 20 oktyabr 2021-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. 22 oktyabr 2021-ci tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Onun əməli Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuş, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, dəymiş ziyanı ödəməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 22 fevral 2022-ci il tarixdən hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 oktyabr 2021-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında həbsə alınsın, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi oğlunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-5/2022
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-5/2022
22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver