Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-5/2023 18.04.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxxx 1986-cı ildə Şamaxı rayonunun Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan rayonunun Yekəxana kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri edilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 09 oktyabr 2018-ci il tarixdən başlayaraq 21 mart 2010-cu il təvəllüdlü X4 və 19 iyul 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsinə dair Qobustan Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(026)-539/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Qobustan Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 3(026)-128/2021 saylı qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 18 iyun 2021-ci il, 22 sentyabr 2021-ci il, 16 noyabr 2021-ci il, 10 yanvar 2022-ci il və sonuncu dəfə 09 sentyabr 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 30 sentyabr 2022-ci il tarixinədək cəmi 5900 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs X2 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakılarla sübuta yetir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində gostərdi ki, X3 onun birinci arvadı olub, onunla nikahları rəsmiləşdirilməklə ailə qurmuş və Qobustan şəhərində valideyinlərinə məxsus evdə ər-arvad kimi yaşamışlar. Münasibətlərindən 21 mart 2010-cu il təvəllüdlü X6 və 19 iyul 2011-ci il təvəllüdlü X8 adında övladları anadan olmuşdur. Birlikdə yaşadıqları müddətlərdə bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulduğundan ayrılmaq qərarına gəlmişlər və həmin vaxtdan da Hümay İsrəfilova uşaqlarla birlikdə valideyinlərinin himayəsində yaşayır. Ayrılandan sonra X3 uşaqları təkbaşına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Qobustan Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(026)-539/2018 saylı qətnaməsinə əsasən ondan 09 oktyabr 2018-ci il tarixdən başlayaraq qeyd edilən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsi qət edilmişdir. Qobustan Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, maddi imkanı kifayət qədər olmadığından ödəməli olduğu aylıq alimenti ödəməmiş və nəticədə 5900 manat aliment borcu yaranmışdır. Övladlarına baxmalı olduğunu dərk edir, buna görədə özünü təqsirli bilir, sadəcə qətnamədə qeyd edilən aliment məbləği çoxdur. Fərdi əmək fəaliyyəti ilə məşğuldur, aylıq stabil gəliri yoxdur. Hazırda evlidir, üç az yaşlı övladı var. Qazancı ilə ancaq öz tələbatlarını və ailəsinin tələbatlarını ödəyir. Törətdiyi əməlin cinayət olmasını başa düşür və əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxs X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır, Qobustan Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(026)- 539/2018 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 21 mart 2010-cu il təvəllüdlü X4 və 19 iyul 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat, ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuşdur. Qobustan Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək aliment üzrə cuzi ödəniş aparmışdır. İcra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimatla müraciət edərəkən Təqsirləndirilən şəxs 5900 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs müxtəlif sahələrdə usta işləyib və kifayət qədər qazanc əldə etməsinə baxmayaraq alimenti ödəməkdən qərəzli yayınır, bir ata kimi uşaqları ilə maraqlanmır. Qətnamə üzrə aliment borcunun keçmiş əri Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsində köməklik göstərilməsini istəyir. Ona qanunla müəyyən edilən qaydada cəza verilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid3 ifadəsində göstərdi ki, Qobustan Rayon İcra və Probasiya şöbəsinin icra məmuru vəzifəsində işləyir. Qobustan Rayon Məhkəməsinin 2(026)-539/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qətnaməsinin əsasında verilmş icra sənədi üzrə cavabdeh Təqsirləndirilən şəxs 09 oktyabr 2018-ci il tarixdən başlayaraq, 21 mart 2010-cu il təvəllüdlü X6 və 19 iyul 2011-ci il tarixdə anadan olmuş X8 adlı uşaqların 18 yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 100 manat, cəmi 200 manat aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Göstərilən icra vərəqəsi 08 noyabr 2018-ci il tarixdə Qobustan Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və 08 noyabr 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs İcra və Probasiya Şöbəsinə dəvət edilərək ondan müxtəlif tarixlərdə izahatlar alınmışdır. Borcun məcburi icrası üçün görülən tədbirlər də heç bir nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Qobustan Rayon Məhkəməsinin 3(026)-128/2021 saylı, 08 iyun 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli billinərək on gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmiş və yeni müddət verilmişdir. Ancaq tələb yenə icra olunmamışdır. 07 dekabr 2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs Qobustan Rayonu Yekəxana kəndində yerləşən yaşadığı mənzilə baxış keçirilmiş, zəruri istifadədə olan əmlaklardan başqa tələbi yönəldilə biləcək heç bir əmlak aşkar edilməmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs 16 sentyabr 2021-ci il tarixdə Qobustan Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək indiyədək Təqsirləndirilən şəxs ona aliment borcunu ödəmək iqtidarında olsa da tam ödəmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 8(026)- 12/2020 saylı, 21 iyul 2020-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs ona inzibati tənbeh tətbiq olunmasına, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Borclu Təqsirləndirilən şəxs təqdimat verilən ayda daxil olmaqla aliment borcu 5900 manat təşkil etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən borclunun barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Şahid4 məhkəmə iclasında Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, qızı və nəvələri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs qızı Hümay İsrəfilovanın keçmiş əridir. Qobustan Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(026)-539/2018 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 09 oktyabr 2018-ci il tarixdən başlayaraq 21 mart 2010-cu il təvəllüdlü X4 və 19 iyul 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutulub X2 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən Qobustan Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək aliment üzrə cuzi ödəniş aparmışdır. İcra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 5900 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, tikintilərdə usta işləyir. Təqsirləndirilən şəxs uşaqalıqdan tanıyır, Təqsirləndirilən şəxs özüdə ustadır. Əlindən hər iş gəlir. Onunla birlikdə bir çox tikintilərdə işləmişdir. İşini bilən, səliqəli bir ustadır. Təxminən sonuncu dəfə 6-7 ay bundən əvvəl birlikdə işləmişlər. Tikinti işi götürmüş, usta lazım olduğuna görə Valehi dəvət etmiş, Valehdə işləmiş və gördüyü işdən asılı olaraq pul almışdır. Sadəcə ona verilən pulun məbləği dəqiq yadında deyil. Valeh yaxşı usta olduğuna görə həmişə işi olur. Valehin əvvəllər evli olduğunu, iki övladının olmasını və sonadan yoldaşından ayrıldığını bilir. Amma niyə ayrılıb, bu barədə məlumatı yoxdur. Valehin yenidən ailə qurmasından və üç azyaşlı övladının olmasından məlumatlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik informasiya İdarəsindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Qobustan rayon məhkəməsinin 07 noyabr 2018-ci il tarixli 2(026)-539/2018 saylı qətnaməsindən görünür ki, 21 mart 2010-cu il tarixdə anadan olmuş X6 və 19 iyul 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 oktyabr 2018ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər uşağa 100 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsi qət edilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin 08 noyabr 2018-ci il tarixli 223357/2018-32-4 saylı icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Qobustan rayon məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(026)-539/2018 saylı icra vərəqəsinə əsasən iş üzrə icraata başlanılmışdır. Qobustan rayon məhkəməsinin 21 iyul 2020-ci il tarixli 8(026)-12/2020 saylı qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşdə olan Qobustan rayon məhkəməsinin 08 iyun 2021-ci il tarixli 3(026)-128/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib on gün müddətinə inzibati həbs edilmişdir. Qobustan rayon məhkəməsinin 07 mart 2023-cü il tarixli 1(026)-5/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə onun haqqında axtarış elan edilmişdir. Qobustan rayon polis şöbəsinin 18 mart 2023-cü il tarixli məktubundan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixdə saat 10:00 radələrində Qobustan rayonu Yekəxana kəndi ərazisindən tutularaq Qobustan rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Qobustan rayon İHB-nınYekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 27 yanvar 2022-ci il tarixdə verilmiş verilmiş xasiyyətnamədən görünür ki, xx xxxxxxx 1986-cı il tarixdə Qobustan rayonu Yekəxana kəndində anadan olmuş Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, aliment borcunu ödəməməsini və zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməməsini nəzərə alaraq Təqsirləndirilən şəxsnа təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin еdilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 mart 2023-cü il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-5/2023
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-5/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver