Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-5/2024 16.01.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1984-cü il tarixdə Qobustan rayonu, Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Qobustan rayonu, Sündü kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə saat 21 radələrində Qobustan rayonu, Sündü kəndində küçədə həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruqla bir neçə dəfə zərbə vuraraq və sağ qabırğasının üst nahiyəsindən qəsdən iki dəfə dişləyərək ona sağ qaşüstü nahiyəsinin və sağ qalça tini nahiyələrinin qançırlarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən, həmçinin sağ qoltuq altının aşağı-arxa səthinin yaraları ilə müşayiət olunan xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 25 iyun 2023-cü il tarixdə yaşadığı Qobustan rayonu Sündü kəndində həmkəndlisi Əliraf adlı şəxsin yaşadığı ünvanda Əlirafın oğlu Samirin toy mərasimi keçirilmişdir. Həmin toy mərasiminə dəvət edildiyindən o da həmin mərasimdə iştirak etmişdir. 25 iyun 2023-cü il tarixdə saat 21 radələrində o, həmin toy məclisindən çıxmış və küçəyə çıxıb yolla öz evinə tərəf getməyə başlamışdır. Həmin vaxt o, sərxoş halda olduğundan xatırlamadığı səbəbdən əsəbi olmuşdur. O, yolda həmkəndlisi Şahid1 ilə rastlaşmış və Ruslan onun əsəbi olduğunu görüb onu sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Ruslanın oğlu Kənan onların yanlarına gəlmiş və o, sağ əli ilə Kənanın boyun nahiyyəsindən itələyib Kənana “balacasan bizim işimizə qarışma, get buradan”- demişdir. Ruslan ilə söhbət etməyə davam edərkən qəflətən onun arxa tərəfindən yaxınlaşan həmkəndlisi Zərərçəkmiş şəxs ona yumruq zərbəsi atmış və Sahibin yumruq zərbəsi onun boyun nahiyyəsinə dəymişdir. O isə Sahibin sifətinin alın nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuş və Sahib üzü üstə yerə yıxılmışdır. Bu zaman o, Sahibin üzərinə getmiş və yerdə Sahiblə əlbəyaxa olmuşdur. Həmin vaxt Sahib onun boynunu qolunun altına salıb, sıxmış və o da Sahibə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Bu vaxt ətrafda olan kim olduqlarını xatırlamadığı bir neçə şəxs onları ayırmağa çalışmış, ətrafdakı şəxslər onun qollarından tutub, Sahibdən ayırmağa çalışarkən o, Sahibin sağ qabırğasının üst nahiyyəsindən iki dəfə dişləmişdir. Daha sonra həmkəndlisi Ruslan, qohumları Vüqar, İsrafil və ətrafdakı xatırlamadığı başqa şəxslər onları ayırmış və o, evinə getmişdir. Bir neçə saat sonra evində olan zaman Sahib və qardaşı Şahid5 onun evinə gəlmiş və onu çağırmışlar. O, evdən çıxdıqdan sonra Aydın ondan üzrxahlıq edib getmişdir. Daha sonra Qobustan RPŞ-yə dəvət olunan zaman Zərərçəkmiş şəxs ondan şikayət etdiyini öyrənmişdir. Həmin hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə zamanı o, Şahid2 vurmamış, Kənanın yalnız boynundan itələmişdir. O, Zərərçəkmiş şəxslə əlbəyaxa olan zaman Şahid3 və Şahid4 yanında olmamışlar. Vüqar və İsrafil hadisə yerinə sonradan gələrək onu Zərərçəkmiş şəxs ayırıb evə aparmışlar. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təxminən 9 ildir ki, onun Təqsirləndirilən şəxs ilə münasibəti yaxşı deyil. Təxminən 2014-cü ildən bəri müxtəlif səbəblərdən Ramil ilə aralarında bir neçə dəfə sözlə mübahisə olmuşdur. 25 iyun 2023-cü il tarixdə yaşadığı Qobustan rayonu Sündü kəndində həmkəndlisi Əliraf adlı şəxsin yaşadığı ünvanda oğlu Samirin toy mərasimi keçirilmişdir. Həmin toy mərasiminə dəvət edildiyindən o da həmin mərasimdə iştirak etmişdir. O, toy mərasiminin keçirildiyi ünvanda, yəni Əlirafın evinin həyətində başqa mərasim iştirakçıları ilə birlikdə yemək yeyən zaman saat 21 radələrində bacısının azyaşlı övladı Samin yanına gəlib, ona Əlirafın evinin həyət darvazasının içəri tərəfdən qarşısında həmkəndliləri Ramilin qardaşı Kənanı sillə ilə vurduğunu demiş, o, dərhal toyxanadan çıxıb həyət darvazasının içəri tərəfdən qarşısına getmiş və orada heç kimin olmadığını görüb həyət darvazasından küçəyə çıxdıqda Təqsirləndirilən şəxs Kənanın atası Şahid1 əynindəki köynəyin yaxasından yapışıb ucadan nə isə danışdığını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs qohumları Şahid3 və Şahid4 da Ramilin yanında olmuşlar. O, Ramilin Ruslanla ucadan nəsə danışdığını görüb, mübahisə etdiklərini güman etdiyindən əsəbiləşərək onların yanlarına getmiş və heç bir şey demədən sağ əli ilə Təqsirləndirilən şəxs boyun nahiyyəsinə bir dəfə yumruq zərbəsi endirmişdir. Bu zaman Ramil heç bir şey demədən sağ əli ilə onun sifətinin alın nahiyyəsinə bir dəfə yumruq zərbəsi endirmiş, o isə həmin zərbənin təsirindən üzü üstə yerə yıxılmışdır. O, dərhal geri çevrilib ayağa qalxmaq istədikdə, Ramil onun üzərinə gəlmiş və o, özünü müdafiə etmək üçün Ramilin boynunu sağ qolunun altına salıb sıxmışdır. Həmin vaxt Ramil onun bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə yumruq zərbəsi vurmuş, sonra Ramil onun sağ qabırğasının üst nahiyyəsindən iki dəfə dişləmişdir. Həmin vaxt Ruslan, Vüqar, İsrafil və səsə gələn başqa şəxslər Ramili ondan aralamışlar. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 Şahid1 vurmalarının və ya hər hansı şəkildə zor tətbiq etmələrinin, yaxud Şahid1 Təqsirləndirilən şəxs, Şahid3 və ya Şahid4 vurmasının və ya hər hansı şəkildə zor tətbiq etməsinin şahidi olmamışdır. Həmin vaxt onu Təqsirləndirilən şəxs vurmuşdur. Hadisə zamanı Şahid3 və Şahid4 onu vurmamışlar. Hadisə zamanı o, Təqsirləndirilən şəxs vursa da, Şahid3 və ya Şahid4 vurmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs sağ əli ilə onun sifətinin alın nahiyyəsinə bir dəfə yumruq zərbəsi endirmiş, daha sonra o, Ramilin boynunu sağ qolunun altına salıb sıxdığı vaxt Ramil onun bədəninin müxtəlif naiyyələrinə bir neçə dəfə yumruq zərbəsi endirmiş, həmçinin, sağ qabırğasının üst nahiyyəsindən iki dəfə dişləmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ona cəza verilməsini istəyir. Şahid qismində dindirilmiş Şahid1 ifarsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynıdır. Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 onun həmkəndliləridir. Adlarını sadaladığı şəxslərlə həmişə mehriban münasibəti olmuşdur. 25 iyun 2023-cü il tarixdə yaşadığı Qobustan rayonu Sündü kəndində həmkəndlisi Əliraf adlı şəxsin yaşadığı ünvanda Əlirafın oğlu Samirin toy mərasimi keçirilmişdir. Həmin toy mərasiminə dəvət edildiyindən o da həmin mərasimdə iştirak etmişdir. O, toy mərasiminin keçirildiyi ünvanda, yəni Əlirafın evinin həyətində başqa mərasim iştirakçıları ilə birlikdə toya baxan zaman saat 21 radələrində toyda iştirak edən tanımadığı azyaşlı oğlan uşağı yanına gəlib, ona Əlirafın evinin yaxınlığında küçədə həmkəndlisi Ramil ilə qaynı Sahibin dava etdiyini demiş, o, dərhal toyxanadan çıxıb həyət darvazasının bayır tərəfdən qarşısına getmişdir. O, həmin yerə çatdıqda, küçədə Təqsirləndirilən şəxs qohumları Şahid3 və Şahid4 ilə birlikdə olduğunu, Ramilin əsəbi olduğunu, Zərərçəkmiş şəxs isə orada olmadığını görmüşdür. O, sakitləşdirmək məqsədi ilə Ramilin yanına gedib, nə baş verdiyini soruşduqda, kiminləsə söhbət etməli olduğunu demiş və o, kiminlə söhbət etməli olduğunu soruşsa da, Ramil ona həmin şəxsin kim olduğunu deməmişdir. Bu vaxt Zərərçəkmiş şəxs qəflətən oraya gəlib, Təqsirləndirilən şəxs boyun nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs alın nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuş və zərbənin təsirindən Sahib üzü üstə yerə yıxılmış, Sahib geri çevrilib ayağa qalxmaq istəyən zaman Ramil Sahibin üzərinə getmiş və Sahib Ramilin boynunu sağ qolunun altına salıb sıxmışdır. Həmin vaxtı o, Ramili Sahibdən aralaşdırmağa çalışsa da, Ramil Sahibi vura bilmişdir. Daha sonra səsə başqa şəxslər də gəlmişdir. O, Vüqar, İsrafil və həmin şəxslərin də köməyi ilə Ramili Sahibdən aralamışdır. Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 onun həmkəndliləridir. Adlarını sadaladığı şəxslərlə həmişə mehriban münasibəti olmuşdur. 25 iyun 2023-cü il tarixdə yaşadığı Qobustan rayonu, Sündü kəndində həmkəndlisi Əliraf adlı şəxsin yaşadığı ünvanda Əlirafın oğlu Samirin toy mərasimi keçirilmişdir. Həmin toy mərasiminə ailə üzvləri də dəvət edildiyindən o da həmin mərasimdə iştirak etmişdir. O, toy mərasiminin keçirildiyi ünvanda, yəni Əlirafın evinin həyətində başqa mərasim iştirakçıları ilə birlikdə toya baxan zaman saat 21 radələrində toyda iştirak edən tanımadığı azyaşlı oğlan uşağı yanına gəlib, ona Əlirafın evinin həyət darvazasının içəri tərəfdən qarşısında dava olduğunu və atası Ruslanın da həmin davada iştirak etdiyini demiş, o, dərhal toyxanadan çıxıb həyət darvazasının içəri tərəfdən qarşısına getmişdir. O, həmin yerə çatdıqda, orada Təqsirləndirilən şəxs qohumları Şahid3 və Şahid4 ilə birlikdə dayandığını, Təqsirləndirilən şəxs onun dayısı Zərərçəkmiş şəxs ünvanına söyüş söyərək “Sahibi harada görsəm vuracam” dediyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs Sahibi döyəcəyini dedikdə, o, əsəbiləşərək Ramilə “Sən qələt edərsən, dayımı döyərsən” demiş və Ramil sol əli ilə onun boynunun sağ yan tərəfinə bir dəfə sillə zərbəsi vurmuşdur. Bu zaman Vüqar Ramili sakitləşdirərək həyət darvazasından küçəyə çıxartmış, həmin vaxt o, atası Şahid1 Əlirafın evinin həyət darvazasından küçəyə çıxdığını görüb, davaya qarışdığına görə onu axtardığını güman etdiyindən, atasının yanına getmək istəsə də, Şahid4 qolundan tutub onu saxlayaraq, “Sən uşaqsan, qarışma” demiş, sonra isə İsrafil özü də küçəyə çıxmışdır. Bir az sonra o, dayısı Zərərçəkmiş şəxs Əlirafın evinin həyət darvazasından küçəyə çıxdığını görmüş və Ramil onu vurduğuna görə Sahibin küçədə Ramillə dava edəcəyini güman etdiyindən bir neçə dəqiqə sonra özü də dayısının ardınca küçəyə çıxmışdır. O, küçəyə çıxdıqda küçədə yerdə dayısı Sahibin həmkəndlisi Təqsirləndirilən şəxsla əlbəyaxa olduğunu, atası Şahid1 isə Şahid3 və Şahid4 ilə birlikdə Sahiblə Ramili ayırmağa çalışdığını görmüş, həmin vaxt səsə gələn toy mərasimi iştirakçılarının da köməyi ilə atası Ruslan dayısı Sahibi adlarını sadaladığı digər şəxslərdən ayırmışlar. Şahid3 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 25 iyun 2023-cü il tarixdə yaşadığı Qobustan rayonu, Sündü kəndində həmkəndlisi Əliraf adlı şəxsin yaşadığı ünvanda Əlirafın oğlu Samirin toy mərasimi keçirilmişdir. Həmin toy mərasiminə dəvət edildiyindən o da mərasimdə iştirak etmək üçün toy evinə getmiş və 25 iyun 2023-cü il tarixdə saat 21 radələrində toy evinə çatıb, evin həyətinə daxil olmuşdur. Həmin vaxt o, küçədən səs-küy eşidib, həmin yerə yaxınlaşdıqda, qohumu Təqsirləndirilən şəxs həmkəndlisi Şahid1 ilə nəsə danışdıqlarını görmüşdür. Bu zaman həmkəndlisi Ağaquliyev X8 İbadova yaxınlaşıb, sağ əli ilə Ramilin boyun nahiyyəsinə bir dəfə yumruq zərbəsi endirmiş, sonra Sahib və Ramil əlbəyaxa olmuş, Ramil Sahibi yerə yıxmış və onlar yerdə də dalaşmağa davam etmişlər. O, bunu görüb dərhal onlara yaxınlaşıb Ruslanın və həmin vaxt diqqət yetirmədiyindən kim olmalarını xatırlamadığı başqa şəxslərin köməyi ilə Ramili Sahibdən ayırıb evlərinə aparmışdır. Daha sonra Qobustan RPŞ-yə dəvət olunan zaman Zərərçəkmiş şəxs hadisə ilə bağlı polisə müraciət etdiyini öyrənmişdir. Hadisə zamanı o, Təqsirləndirilən şəxs Şahid2 vurmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə əlbəyaxa olan zaman onları ayırmaq üçün sonradan o və Şahid4 onlara yaxınlaşıb ayırmışlar. Hadisə zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Şahid4 və ya ucadan səs-küy salmamış, yaxud nalayiq və ya təhqiredici ifadələr işlətməmiş, söyüş söyməmişlər. Şahid4 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 25 iyun 2023-cü il tarixdə yaşadığı Qobustan rayonu, Sündü kəndində həmkəndlisi Əliraf adlı şəxsin yaşadığı ünvanda Əlirafın oğlu Samirin toy mərasimi keçirilmişdir. Həmin toy mərasiminə dəvət edildiyindən o da mərasimdə iştirak etmək üçün toy evinə getmişdir. 25 iyun 2023-cü il tarixdə saat 21 radələrində o, toy mağarında olan zaman səs-küy eşidib küçəyə çıxdıqda, qohumu Təqsirləndirilən şəxs həmkəndlisi Şahid1 ilə yerdə əlbəyaxa olduqlarını, həmkəndlisi Şahid1 isə qohumu Şahid3 ilə birlikdə onları ayırmağa çalışdıqlarını görmüşdür. Bu zaman o, bunu görüb dərhal onlara yaxınlaşıb, Ruslanın, Vüqarın və həmin vaxt diqqət yetirmədiyindən kim olmalarını xatırlamadığı başqa şəxslərin köməyi ilə Ramili Sahibdən ayırmışdır. Daha sonra Qobustan RPŞ-yə dəvət olunan zaman Zərərçəkmiş şəxs hadisə ilə bağlı polisə müraciət etdiyini öyrənmişdir. Lakin o, həmin hadisənin əvvəlini görmədiyindən hansı müddətdə davam etdiyini bilmir. Hadisə zamanı o, Təqsirləndirilən şəxs Şahid2 vurmasını xatırlamır. Belə ki, o, həmin vaxt sərxoş halda olduğundan baş verənləri tam olaraq xatırlamır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə əlbəyaxa olan zaman onları ayırmaq üçün sonradan o, həmin şəxslərə yaxınlaşıb, ayırmağa kömək etmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ucadan səs-küy salmamış, yaxud nalayiq və ya təhqiredici ifadələr işlətməmiş, söyüş söyməmişlər. Hadisə zamanı yanlarında adlarını sadaladığı şəxslərdən başqa, səs eşidib gələn, kim olmalarını xatırlamadığı şəxslər olmuşdur. Şahid5 ifadə verərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs tanıyır. Ramil onun həmkəndlisidir. 25 iyun 2023-cü il tarixdə Qobustan rayonu, Sündü kəndində həmkəndlisi Əliraf adlı şəxsin oğlunun toy məclisi olmuşdur. Onların ailəsindən həmin toyda qardaşı Sahib iştirak etmişdir. O, həmin gün saat 21 radələrində qardaşı Sahiblə mobil telefonla danışarkən Ramil adlı şəxsin qardaşı ilə mübahisə etdiyini eşitmişdir. O, toy yerinə gedib Ramili yanına çağırıb söhbət etmiş və onun niyə belə etdiyini soruşmuş və sonra oradan aralanıb getmişdir. Daha sonra o, Sündü kəndində ata evlərinə gələndə Sahibin sağ qolunun altını tutduğunu görmüşdür. Sahib köynəyini çıxarıb bədənini göstərdikdə görmüşdür ki, bədənində xəsarət izləri var. O, nə baş verdiyini soruşduqda, Sahib ona həmkəndliləri Ramil və onun qohumları Vüqar və İsrafilin onu vurmasını demişdir. O da bu barədə dərhal Azərbaycan Respublikası DİN-in 102 Xidməti Zəng Mərkəzinə müraciət etmişdir. Sonradan o, Sahiblə söhbət edən zaman Sahib ona hadisə zamanı onu yalnız Təqsirləndirilən şəxs döydüyünü, əsəbi olduğundan həmin vaxt Ramilin qohumları olan Vüqar və İsrafilin də onu döydüyünü dediyini bildirmişdir. Mübahisə baş verən zaman o, orada olmadığı üçün mübahisənin nə qədər davam etməsini və həmin vaxt orada kimlər olmasını görməmiş, həmin hadisənin şahidi olmamışdır. Şahid X2 idasə verərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Birinci qrup əlildir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridirlər. 2023-cü ilin iyun ayında digər ailə üzvləri ilə birlikdə qardaşı Samirin toy mərasiminin keçirilməsinə qərar vermişlər. Toy mərasimini 25 iyun 2023-cü il tarixə təyin etmiş və toy mərasimində iştirak etmələri üçün həmkəndlilərini, o cümlədən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs toya dəvət etmişlər. 25 iyun 2023-cü il tarixdə Qobustan rayonu Sündü kəndində yaşadıqları evin həyətində qardaşı Samirin toy mərasimi keçirilmişdir. Atası Əliraf yataq xəstəsi olduğuna görə hərəkət etmək qabiliyyəti olmadığından toy vaxtı evdə öz yatağında olmuşdur. O isə toy mərasiminin idarəsi ilə məşğul olmuşdur. Toydan bir neçə gün sonra o, kənd sakinlərindən Samirin toyu olan gün toydan çıxan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs küçədə dava etdiklərini eşitmişdir. Həmin gün Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əlbəyaxa olmalarının şahidi olmamış, hadisədən bir neçə gün sonra xəbər tutmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7- Təcrübi və Tədris Birliyinin 27 iyun 2023-cü il tarixli 82 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar olunmuş xəsarətlərsağ qaş üstü nahiyyəsinin və sağ qalça tini nahiyyələrinin qançırları, sağ qoltuq altının aşağı-arxa səthinin yaraları küt əşya təsirindən 25 iyun 2023-cü il tarixdə yetirilməyə uyğun gəlirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən sağ qaş üstü və qalça tini nahiyyələrinin qançırları, sağlamlığa zərər vurmayan xəsarətlərə aiddirlər. Sağ qoltuq altı nahiyyənin yaraları isə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Qobustan RPŞ-yə daxil olmuş 11 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayonu İHB-ın Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 16 sentyabr 2023-cü il tarixli 362 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 19 avqust 1986-cı il təvəllüdlü arvadı-X3, 16 iyun 2005-ci il təvəllüdlü qızı-X4, 05 sentyabr 2006-cı il təvəllüdlü qızı-X1, 18 iyul 2010-cu il təvəllüdlü oğlu-X5 və 06 avqust 2016-cı il təvəllüdlü oğlu-X6 vardır. Qobustan rayonu İHB-ın Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 16 saat hüquqi yardıma görə 96 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 16 saat hüquqi yardıma görə 96 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-5/2024
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-5/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver