Məhkəmə qərarları › İş №1(026)-6/2020

Qobustan Rayon Məhkəməsi Qərar — İş №1(026)-6/2020

30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 1(026)-6/2020 30.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət edən şəxs X4, xüsusi ittiham qaydasında şikayət olunan şəxslər X3 və X1 iştirakı ilə, X4 xüsusi ittiham qaydasında vermiş olduğu şikayət ərizəsinə məhkəmənin hazırlıq içlasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət edən şəxs X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 və X5 barəsində Azərbaycan Respublikasının CM-nm 147-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb olunmaları barədə qərar çıxarılmasını xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1971-ci ildə Şamaxı rayonunun Dərəkənd kəndində anadan olmuş, hal-hazırda Qobustan rayonunun Dərəkənd kəndində yaşayır. Sənubər və Gülşən Səmədovalarla qapı qonşudur. Qonşu olduqları uzun müddət ərzində qızlar heç vaxt onlarla yola getməmiş, onu yerli-yersiz incitmişlər. Artıq üç ildən çox müddətdir ki, onun vəziyyəti düzəlməz haldadır. Dərəkənd kəndində axunddur. Hər iki bacı istər kənd əhalisi arasında, istərsə də rayonda ona şər-böhtan atmaqla onu nüfuzdan salır, şəxsiyyətini alçaldır, işgüzar nüfuzunu ləkələyirlər. Son 3 il ərzində rayon icra hakimiyyətinə onlarla ərizələr yazaraq ona böhtan atır və təhqir edirlər. Bu isə cinayət əməlidir. Məhkəmənin hazırlıq iclasında iştirak edən X6 şikayətin icraata qəbul edilərək məhkəmə baxışına çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən X3 və X5 izahatlarında göstərdilər ki, heç vaxt Qarayev Rüstəmi söyməmiş, ona qarşı təhqiramiz sözlər işlətməmişlər, Rüstəmin hazırkı həyat yoldaşı ilə də münasibətləri normaldır. Şikayətin əsassız olduğunu bildirərək şikayətin icraata qəbul edilməsindən imtina olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayət edən şəxs X6 şikayətində qeyd edir ki, X3 və X5 onu kənd əhalisi arasında, istərsə də rayonda ona şər-böhtan atmaqla onu nüfuzdan salır, şəxsiyyətini alçaldır, işgüzar nüfuzunu ləkələyirlər. Son 3 il ərzində rayon icra hakimiyyətinə onlarla ərizələr yazaraq ona böhtan atır və təhqir edirlər. Lakin şikayət edən şəxs X6 şikayətində hansı ağır cinayətlər törətməkdə ittiham olunduğunu əsaslandırmamış və məhz bu ağır cinayətin nədən ibarət olmasını qeyd etməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində böhtan cinayətinin tövsüfedici əlamətinə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə məsuliyyət müəyyən edilmişdir. Lakin şikayətdə Sənubər və Gülşən Səmədovaların onu kənd əhalisi arasında nüfuzdan salmaları və Qobustan rayon icra hakimiyyətinə yazdıqları ərizələri şikayətə əlavə etməmişdir. Şikayət edən şəxs X6 şikayətə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Dəmiryolçular küçəsi ev 31-də yaşayan X2 respublikanın mərkəzi icra hakimiyyəti orqanlarına ünvanlandığı şikayət ərizələrinin surətlərini əlavə etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, qüvvədə olan cinayət qanunvericiliyinə əsasən cinayətlərin təsnifatı təsbit edilmiş və hansı cinayətin ağır cinayət olması müfəssəl şəkildə qanunvericilikdə öz anlayışını almışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsində qeyd edilir ki, Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxan həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir. Ona görə də məhkəmə qeyd edir ki, şikayət əsassız olduğundan xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə görə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərar çıxarır. Beləliklə xüsusi ittiham qaydasında verilən şikayətdə göstərilən hallar üzrə məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin bu əsaslarla məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 293, 300, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 və X1 Azərbaycan Respublikasının CM-in 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb olunmaları barədə X4 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətinə Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar