Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-6/2021 22.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, Təqsirləndirilən şəxsxx xxxx 1995-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, “Socar neft emalı” zavodunda taxtabənd ustası işləyən, məhkum olunmamış, Şirvan şəhəri, Zülfi Hacıyev küçəsi, ev 16-da qeydiyyatda olub, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, bağçalı ev 28/b, mənzil 58M-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il saat 24 radələrində idarə etdiyi VAZ- 21214 minik markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən, Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 105,2-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərəkətnin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, idarəetməni itirdiyindən avtomobil yoldan çıxaraq sağ kənarındakı çökəkliyə aşmış, nəticədə ehtiyatsızlıqdan VAZ-21214 minik avtomobilin sərnişinlərindən X3 V boyun fəqərəsinin sınıq-çıxığı, baş beyinin, uzunsov beyinin və beyin kötüyünün posttravmatik ödemi, başın təpə nahiyəsinin yumşaq toxumaların əziyi, sıyrılmış yarası kimi həyat üçün təhlükəli olan ağır zərər vuran bədən xəsarətləri yetirməklə xx xxxxxxx 2020-ci il tarixdə saat 04.40 radələrində Şamaxı mərkəzi rayon xəstəxanasında ölməsinə, Zərərçəkmiş şəxs2 xarici burunda cırılmış yarası, sifətin, başın tüklü hissəsinin sıyrıntıları, sağ dizin ön səthinin səthi cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurulmasına, habelə VAZ-21214 markalı ** LL *** dövlət qeydiyyat nişanlı minik avtomobili əzilərək sahibi Zərərçəkmiş şəxs3 10525 (on min beş yüz iyirmi beş) manat məbləğində maddi ziyan yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə axşam vaxtı iş yoldaşı Elvinlə danışaraq qərara gəlmişlər ki, kirayə avtomobil götürüb iki günlük rayonlara gedib istirahət etsinlər. Həmçinin keçmiş iş yoldaşı Fərhadla danışmış, sonuncu da onunla razılaşmışdır. O, Yasamal rayonunda Bakı Mall-un yaxınlığında yerləşən kirayə avtomobil ofisindən VAZ-21214 markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobil götürmüşdür. Avtomobili özü idarə etmiş, qabaq sağ oturacaqda tanışı Elvin, arxa oturacaqda digər tanışı Fərhad oturmuşdur. Onlar ismayıllı rayonuna getmək üçün Bakı-Şamaxı-Yevlax yoluna çıxmışlar. Saat 24 radələrində həmin yolun 105-ci kilometrliyində idarə etdiyi VAZ-21214 markalı ** LL *** dövlət qeydiyyat nişaplı avtomobillə 50-60 km/saat sürətlə öz hərəkət yolunda hərəkətdə olarkən ani anda özündən asılı olmayaraq idarəetməni itirib yolun sağ hissəsinə çıxaraq avtomobili çökəkliyə aşırtmışdır. Hadisə zamanı hər üçü xəsarət almışlar. Qeyd etmişdir ki, hadisədən az əvvəl idarə etdiyi avtomobil heç bir avtomobillə toqquşmamış, avtomobili yüksüz və saz vəziyyətdə olmuş, hadisə zaman soyuqlamış, ona görə də özünü tam yaxşı hiss etməmişdir. Hadisəyə səbəb kimi göstərmişdir ki, yuxarıda qeyd olunan narahaçlılığa görə ani anda yuxuladığından avtomobil yoldan çıxmışdır. Hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Hadisə zamanı o və Fərhad təhlükəsizlik kəmərindən istifadə etdikləri üçün az xəsarət almışlar, lakin Fərhad arxada boşluqda olduğundan daha çox xəsarət almış və aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Əməlindən peşman olmuşdur. Zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, oğlu X6 xx xxxxxxxx 2020-ci il tarixdə saat 24 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 105,2-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21214 minik markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxaraq aşmış, nəticədə avtomobildə sərnişin olmuş oğlu X6 ağır xəsarət almış, xx xxxxxxx 2020-ci il tarixdə saat 07:40 radələrində müalicə aldığı xəstəxanada ölmüşdür. İki il bundan əvvəl həyat yoldaşı ölmüşdür. Fərhad onun tək oğlu idi, onu da Əbilin ehtiyatsızlığı üzündən itirmişdir. Təqsirləndirilən şəxs onun evinə başsağlığna gəlməmiş, ona heç bir maddi köməklik göstərməmişdir. Əbil anasının əmisi oğlu ilə onun evinə gəlmiş, həmin vaxtı da onunla dalaşıb getmişdir. Fərhad xəstəxanada yatdığı müddətdə 4885 manat müalicə xərci çıxmışdır. Təqsirləndirilən şəxs maddi tələbi yoxdur, lakin ona qanuni cəza verilməsini xahiş etdi. Zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, “Rent a car” ofisində işləyir və avtomobillərin kirayə verilməsi ilə məşğul olur. xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun işlədiyi “Rent a car” ofisinə gələrək VAZ-21214 minik markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilini kirayəyə götürmüş və ora gələn dostları ilə avtomaşına əyləşərək ofisdən uşaqlaşmışlar. xx xxxxxxxx 2020-ci il tarixdə saat 00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 105.2-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ- 21214 markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb aşmışdır. Nəticədə ona məxsus avtomobilə 10525 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmir və ödəmək istəmir. Dəfələrlə ziyanın ödənilməsi üçün mesaj yazsa da, zəng etsə də zənginə cavab verilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs qohumları hətta onunla mübahisə etmişdir, ziyanı ödəmək istəmirlər. VAZ-21214 markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə iş vaxtından sonra iş yoldaşı Əbilin “Rent a car” dan götürdüyü “Niva” markalı avtomobillə İsmayıllı rayonu istiqamətində hərəkətə başlamışlar. Həmin vaxtı avtomobildə ondan başqa adını bilmədiyi Əbilin tanışı da olmuşdur. Avtomobili Əbil idarə etmişdir. O, qabaq sağ oturacaqda əyləşmişdir. Əbilin tanışı isə arxa sağ oturacaqda əyləşmişdir. O, yorğun olduğu üçün yolda yuxulamışdır. Gözünü açanda kiminsə onu qaranlıq bir yerdə avtomobildən çıxardığını görmüşdür. O, hadisənin hansı şəraitdə baş verməsini görməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, Əbil və Əbilin tanışı xəsarət almışlar. Hadisə zamanı avtomobildə yük olmamışdır. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi, eləcə də iddiası yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT birliyinin xx xxxxxxx 2020-ci il tarixli 64/MEŞ nömrəli rəyində göstərilir ki, X3 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: V boyun fəqərəsinin sınıq-çıxığı, baş beyinin, uzunsov beyinin və beyin kötüyünün posttravmatik ödemi, başın təpə nahiyəsinin yumşaq toxumlalarının əziyi, sıyrılmış yarası xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxxxxxx 2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində sərnişini olduğu avtomanının aşması zəminində yarana bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır. X3 ölümünün bilavasitə səbəbi V boyun fəqərəsinin sınıq-çıxığı, onurğa beyninin boyun şöbəsinin əzlməsi və sıxılması ilə əlaqədar inkişaf edən onurğa beynin, uzunsov beynin, beyin kötüyünün kəskin ödemi və septiki intoksikasiya fonunda baş vermiş poliorqan çatışmazlığı olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT birliyinin xx xxxxxxxx 2020-ci il tarixli 138 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-xarici burunda cırılmış yarası, sifətin, başın tüklü hissəsinin sıyrıntıları, sağ dizin ön səthinin səthi cırılmış yarası küt əşya təsirindən törənmişdir, xx xxxxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin qismində əmələ gəlməsi mümkündür. Zərərçəkmiş şəxs2 aldığı xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxxx 2020-ci il tarixli 2611/K saylı ekspert rəyində göstərilir ki, Bağırov Əbil Gülasət oğlundan götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir. Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmiş və müayinə üçün göndərilən qan nümunəsinin miqdarının az olması səbəbindən narkotik və psixotrop maddələrin tədqiqatını aparmaq mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 8/1564 nömrəli rəyində göstərilir ki, VAZ-21214 markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə olunmuş avtomobilləri texniki xidməti mərkəzindən alınmış xx.xx.2020-ci il tarixli qüsur aktında göstərilir ki, VAZ-21214 markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilə 10525 (on min beş yüz iyirmi beş) manat ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları” na əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli 195 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İşdə olan sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ X5 və Texniki Baxış Şöbəsi tərəfindən xx xxxx 2012-ci il tarixdə “BC” kateqoriyalı AB seriyalı 737914 saylı sürücülük vəsiqəsi verilmiş və xx xxxx 2022-ci ilə qədər etibarlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 daxil olmuş tələbnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli X8 Dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxxx 2020-ci il tarixli 5408 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Zülfi Hacıyev küçəsi, ev 16-da qeydiyyatdadır. Məhkəmə sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxslərin ifadələri ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Onun əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından dərhal həbsə alınaraq “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesab edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış VAZ-21214 markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Məhkəmə zalından dərhal həbsə alınsın və “həbs” qətimkan təqdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış VAZ-21214 markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-6/2021
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-6/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver