Məhkəmə qərarları › İş №1(026)-6/2022

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-6/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-6/2022 31.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi X4 iştirakı ilə, xx xxxxxx 1965-ci ildə Salyan rayonu, Qaraçala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmayan, Qobustan bələdiyyəsinin sədri vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 309.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 fevral 2000-ci il tarixli 240 nömrəli qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Qobustan rayonu Mərəzə bələdiyyəsinin 2004-2008-ci illərdə sədri vəzifəsində işləyərkən həmin bələdiyyə üzvlərinin 27 fevral 2000-ci il tarixli, 02 saylı iclas qərarı ilə təsdiq edilmiş «Qobustan rayonunun Mərəzə bələdiyyəsinin Nizamnaməsi»nin 3-cü bəndinə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi, aktların icrasının təmin edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial proqramlarını həyata keçirmək, digər işçiləri vəzifəyə təyin etmək, bələdiyyə icra aparatının fəaliyyətinə rəhbərlik etmək və qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X10»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ saylı qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin» 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edilməsi, həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif etməsi və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edilməsi nəzərdə tutulduğu halda torpaq sahəsinin ayrılması ilə bağlı özünə müraciət edən Qobustan rayon sakinləri qarşısında saxta nüfuz qazanmaq məqsədilə Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 23-cü maddəsinin tələblərinə uyğun olaraq, satılan torpağın hər 0.01 hektarının qiymətinin şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0.01 hektarına görə ödənilən qiymətdən az olmayan məbləğdə satılmasının müəyyən olunmasına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qobustan rayonu Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən həmin dövr üçün qeyd edilən qiymətin, yəni 2006-cı ildə həyətyanı torpaq sahəsinin 0.01 hektarının orta bazar qiymətinin 100 manat olması müəyyən edilməsinə baxmayaraq, torpaq sahəsinin hər 0.01 hektarını qeyd edilən qiymətdən aşağı qiymətə satılmasını təmin etmək məqsədilə 2004- 2006-cı illər ərzində bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, şəxsən kompüterdə məzmununa guya həmin qərarların bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı ilə kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən Qobustan rayon Mərəzə bələdiyyəsinin inzibati binasında özünü geniş səlahiyyətlərə malik nüfuzlu rəhbər kimi təqdim etmədə ifadə olunan şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib 22 nəfər şəxsə, o cümlədən, X11 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 28 aprel 2006-cı il tarixli 564 saylı qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, X39 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 28 aprel 2006-cı il tarixli 574 saylı qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, X87 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 20 iyul 2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, X40 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 20 iyul 2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, X61 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 20 iyul 2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, X62 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 20 iyul 2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, X29 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 20 iyul 2006-cı il tarixli 05 saylı qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini 120 manata satmaqla 480 manat, eyni niyyətlə, Şahid15 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 20 iyul 2006-cı il tarixli 05/65 saylı qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, Şahid12 Alhüseyn oğluna 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 20 iyul 2006-cı il tarixli 196 saylı qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, Şahid23 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 20 iyul 2006-cı il tarixli 250 saylı qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, X19 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 20iyul 2006-cı il tarixli 295 saylı qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, Şahid24 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 20 iyul 2006-cı il tarixli 383 saylı qərar və alqısatqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, X30 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 20 iyul 2006-cı il tarixli 388 saylı qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, Şahid22 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 20 iyul 2006-cı il tarixli 546 saylı qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, X12 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda 20 iyul 2006cı il tarixli qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, X41 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda 20 iyul 2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, X77 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda 20 iyul 2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, X78 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda 20 iyul 2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, X42 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda 20 iyul 2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, X63 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, X20 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda 20 iyul 2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, eyni niyyətlə, X101 0.06 ha torpaq sahəsi 600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda 20 iyul 2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 480 manat, həmçinin, eyni niyyətlə, özünün cinayətkar əməllərini davam etdirərək, “Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 25 aprel 2008-ci il tarixli, № 592-İİİQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər edilməklə Mərəzə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Mərəzə qəsəbəsinin “Qobustan qəsəbəsi” adlandırılıb, Mərəzə qəsəbə inzibati ərazi dairəsinin Qobustan qəsəbə inzibati ərazi dairəsi hesab edilməsi ilə əlaqədar 16 iyun 2009-cu il tarixli 3451 nömrəli qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Qobustan rayonu Qobustan bələdiyyəsinin 2009-2020-ci illərdə sədri vəzifəsində işləyərkən həmin bələdiyyə üzvlərinin 29 may 2009-cu il tarixli, 06 saylı iclas qərarı ilə təsdiq edilmiş «Qobustan rayonunun Qobustan bələdiyyəsinin Nizamnaməsi»nin 3-cü bəndinə əsasən, eyni səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı ərazi idarəsi tərəfindən Qobustan bələdiyyəsi ərazisində satılan həyətyanı torpaq sahəsinin hər 0.01 hektarına görə orta bazar qiymətinin, yəni 2010-cu ildə 500 manat, 2011-ci ildə 600 manat, 2012-ci ildə 700 manat, 2013-cü ildə 800 manat, 2014-cü ildə 800 manat və 2020-ci ildə 900 manat olmasının müəyyən edilməsinə baxmayaraq, torpaq sahəsinin hər 0.01 hektarının qeyd edilən qiymətdən aşağı qiymətə satılmasını təmin etmək məqsədilə 2010- 2014, 2020-ci illər ərzində bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, şəxsən kompüterdə məzmununa guya həmin qərarların bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı ilə kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair ünvan 2 ünvanında yerləşən Qobustan rayon Qobustan bələdiyyəsinin inzibati binasında özünü geniş səlahiyyətlərə malik nüfuzlu rəhbər kimi təqdim etmədə ifadə olunan eyni şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib 9 nəfər şəxsə, o cümlədən, Şahid26 0.06 ha torpaq sahəsi 3.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 04.10.2010-cu il tarixli 10 saylı qərar və alqısatqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 2.880 manat, eyni niyyətlə, X13 0.06 ha torpaq sahəsi 3.600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 04.10.2011-ci il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 3.480 manat, eyni niyyətlə, X21 0.06 ha torpaq sahəsi 3.600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 04.10.2011-ci il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 3.480 manat, eyni niyyətlə, Şahid29h Hacıəhməd oğluna 0.06 ha torpaq sahəsi 4.200 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 04.10.2012-ci il tarixli 10 saylı qərar və alqısatqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 4.080 manat, eyni niyyətlə, Şahid13 Əlihüseyn oğluna 0.06 ha torpaq sahəsi 4.800 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 04.10.2013-cü il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 4.680 manat, eyni niyyətlə, Şahid14 0.06 ha torpaq sahəsi 4.800 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 04.10.2014-cü il tarixli 10 saylı qərar və alqısatqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 4.680 manat, eyni niyyətlə, X64 0,09 ha torpaq sahəsi 7.200 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 04.10.2014-cü il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 240 manata satmaqla 6.960 manat, eyni niyyətlə, Şahid16 0.06 ha torpaq sahəsi 5.400 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 04 oktyabr 22.06.2020-ci il tarixli 06 saylı qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 5.280 manat, eyni niyyətlə, X22 0.06 ha torpaq sahəsi 5.400 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi 22.07.2020-ci il tarixli 06 saylı qərar və alqı-satqı müqaviləsilə həmin torpaq sahəsini sonuncuya 120 manata satmaqla 5.280 manat olmaqla, ümumilikdə Qobustan rayonu Qobustan bələdiyyəsinə məxsus torpaq sahələrinin reyestr qiymətlərinə əsasən 55.200 manat dəyərdə 1,89 hektar torpaq sahəsini 31 şəxsə 3.840 manata satıb bələdiyyəyə vahid niyyətlə 51.360 (əlli bir min üç yüz altmış) manat məbləğində ziyan vurmaqla, həmçinin, eyni niyyətlə, özünün cinayətkar əməllərini davam etdirərək, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X10»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, 2020-ci ilin yaz aylarında Qobustan şəhər sakini Şahid1 X2 heç bir rəsmi sənədləşmə aparılmadan satın aldığı 0.06 hektar həyətyanı torpaq sahəsinin həyat yoldaşı X43 mülkiyyətinə verilməsinə dair Qobustan bələdiyyəsinin iclas protokolundan çıxarış sənədini əldə etməklə bağlı özünə etdiyi müraciətinə əsasən, Şahid1 qarşısında saxta nüfuz qazanmaq məqsədilə 2007-ci ildə Qobustan rayonu, Qobustan bələdiyyəsinin mövcud olmamasına, həmin ərazidə qeyd olunan dövrdə Mərəzə bələdiyyəsinin fəaliyyət göstərməsinə baxmayaraq, bələdiyyə üzvlərinin iclası olmadan, heç bir hərrac və ya müsabiqə təşkil etmədən 2020-ci ilin iyun ayında Qobustan şəhəri, M.Ə.Sabir küçəsi 118 ünvanında yerləşən Qobustan rayonu Qobustan bələdiyyəsinin inzibati binasında kompüterdə xüsusi proqram təminatı vasitəsilə şəxsi niyyətlə bilə-bilə yalan, yəni rəsmi sənəd sayılan Qobustan rayonu, Qobustan bələdiyyəsinin 04 oktyabr 2007-ci il tarixli 10 nömrəli qərarına X49 Qobustan bələdiyyəsinin alqı-satqı predmeti olan 0.06 hektar torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmasını özündə əks etdirən məlumatları daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan və “Qobustan bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs” qrafasında imzalayıb, xidməti istifadəsində olmaqla üzərində “Azərbaycan Respublikası Qobustan rayonu Qobustan bələdiyyəsi” yazıları olan dairəvi möhürlə təsdiq edib rəsmi sənədi hazırladıqdan sonra həmin saxta sənədi 2020-ci ilin iyun ayında Qobustan şəhəri ərazisində Şahid1 verməklə qeyd olunan torpaq sahəsinin qanuna zidd şəkildə X43 adına Qobustan bələdiyyəsində rəsmiləşdirilməsinə nail olmaqla, həmçinin, eyni niyyətlə, 2020-ci ilin oktyabr ayında Qobustan şəhər sakini X79 Şahid11 heç bir rəsmi sənədləşmə aparılmadan satın aldığı 0.06 hektar həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair Qobustan bələdiyyəsinin iclas protokolundan çıxarış sənədini əldə etməklə bağlı özünə Şahid11 vasitəsi ilə etdiyi müraciətinə əsasən, Rafiq Nuriyev qarşısında saxta nüfuz qazanmaq məqsədilə, bələdiyyə üzvlərinin iclası olmadan, heç bir hərrac və ya müsabiqə təşkil etmədən 2020-ci ilin oktyabr ayında Qobustan şəhəri, M.Ə.Sabir küçəsi 118 ünvanında yerləşən Qobustan rayonu Qobustan bələdiyyəsinin inzibati binasında xidməti iş otağında olan kompüterdə xüsusi proqram təminatı vasitəsilə şəxsi niyyətlə bilə-bilə yalan, yəni rəsmi sənəd sayılan Qobustan rayonu, Qobustan bələdiyyəsinin 10 noyabr 2012-ci il tarixli 10 nömrəli qərarına X88 Qobustan bələdiyyəsinin alqı-satqı predmeti olan 0.06 hektar torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmasını özündə əks etdirən məlumatları daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan və “Qobustan bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs” qrafasında imzalayıb, xidməti istifadəsində olmaqla üzərində “Azərbaycan Respublikası Qobustan rayonu Qobustan bələdiyyəsi” yazıları olan dairəvi möhürlə təsdiq edib rəsmi sənədi hazırladıqdan sonra həmin saxta sənədi 2020-ci ilin oktyabr ayında Qobustan şəhəri ərazisində Şahid11 vasitəsilə Rafiq Nuriyevə verməklə qeyd olunan torpaq sahəsinin qanuna zidd şəkildə X79 adına Qobustan bələdiyyəsində rəsmiləşdirilməsinə nail olmaqla, həmçinin, eyni niyyətlə, 2020-ci ildə Qobustan rayon sakinləri Şahid3, Şahid4, X89, Şahid6, Şahid7, Şahid9 və Şahid8 Qobustan şəhəri ərazisində yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılmasında köməklik göstərilməsinə dair özünə etdikləri müraciətlərə əsasən 2020-ci il ərzində bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, Qobustan şəhəri, M.Ə.Sabir küçəsi 118 ünvanında yerləşən Qobustan rayonu Qobustan bələdiyyəsinin inzibati binasında xidməti iş otağında olan kompüterdə şəxsən məzmununa guya həmin qərarların bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı ilə kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair 2020-ci il ərzində Qobustan şəhəri, M.Ə.Sabir küçəsi 118 ünvanında yerləşən Qobustan rayonu Qobustan bələdiyyəsinin inzibati binasında özünü geniş səlahiyyətlərə malik nüfuzlu rəhbər kimi təqdim etmədə ifadə olunan şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib 2006-cı ildə Qobustan bələdiyyəsi mövcud olmadığı halda, 2020-ci ilin oktyabr ayında Qobustan bələdiyyəsinin adından 04.10.2006-cı il tarixli 10 nömrəli qərarı tərtib edərək, X65 0.06 hektar, 2020-ci ilin oktyabr ayında Qobustan bələdiyyəsinin adından 04.10.2011-ci il tarixli 10 nömrəli qərarı tərtib edərək X66 0.06 hektar, 2020-ci ilin oktyabr ayında Qobustan bələdiyyəsinin adından 04.10.2011-ci il tarixli 10 nömrəli qərarı tərtib edərək X67 0.06 hektar, 2020-ci ilin oktyabr ayında Qobustan bələdiyyəsinin adından 22.07.2020-ci il tarixli 07 nömrəli qərarı tərtib edərək Şahid7 0.06 hektar, həmçinin, heç bir rəsmiləşdirmə aparmadan 2020-ci il ərzində şifahi qaydada 4 nəfər şəxsə, o cümlədən, Şahid9 0.05 hektar, Şahid3 0.06 hektar, Şahid4 0.06 hektar və Şahid6 0.30 hektar olmaqla, ümumilikdə Qobustan rayon İcra Hakimiyyəti başçısının 12.01.2009-cu il tarixli, 3 nömrəli sərəncamı ilə təsdiq olunmuş Qobustan şəhərinin Baş Planında qeyd olunan Ağaqulu Xudaquliyev küçəsi ilə paralel olan məhləarası avtomobil yolunda 8 şəxsə 0.71 hektar torpaq sahəsi ayırmaqla, qeyd edilən qaydada ümumilikdə qanunsuz əsaslarla cəmi 2.72 hektar torpaq sahəsinin qeyd edilən şəxslərin adına ayrılmasını həyata keçirməklə Qobustan rayonu Qobustan bələdiyyəsinin əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmış, rəsmi sənədlərin məzmununa vahid şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıdakı hallarla tam sübuta yetir. Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-in 309.1 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2000-ci ildən Qobustan rayonu Mərəzə bələdiyyəsinin, 2009-cu ildən etibarən isə Qobustan bələdiyyəsinin sədri vəzifəsində işləyir. 2008-ci ildə Qobustan rayonunun keçmiş Nərimankənd kəndi və Mərəzə qəsəbələri birləşərək Qobustan şəhəri yaradılmışdır. O, hazırda bu iki kəndin ərazisini əhatə edən indiki Qobustan şəhər bələdiyyəsinin sədri vəzifəsində işləyir. Paşayev X59 rayonu Ərəbşahverdi kəndində müəllim işləyir. Şahid1 2020-ci ilin may ayında Qobustan şəhəri, H.Əliyev və T.İsmayılov küçələrinin kəsişməsində təxminən 0.06 ha ərazidə yaşayış evi tikməyə başlamışdır. Həmin vaxt o və RİH-in sabiq memarı Məzahir Əliyev tərəfindən Şahid1 tikintisi dayandırılaraq ona izah edilmişdir ki, sənədləşmə olmadan tikinti aparıla bilməz. Bundan sonra Şahid1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə xidmət haqqı kimi nəzərdə tutulan 237 manatın ödənilməsi üçün həmin məbləğdə pulu ona vermiş, o, bələdiyyə adından həmin ödənişi Reyestr Xidmətinin hesabına ödəyərək qəbzi almışdır. Şahid1 ondan torpağın sənədləşməsi üçün nə qədər xərcinin olacağını soruşmuş, o, Şahid1 torpağın bir sotunun təxminən 300 manat olduğunu demişdir. Çünki Şahid1 həmin torpaq sahəsini satın aldığı Adilə adlı qadının həmin torpağa dair bələdiyyə sənədləri olmamışdır. Buna görə də, həmin torpaq sahəsi Şahid1 hərrac yolu ilə satılmalı idi. Şahid1 həmin vaxt artıq torpaq sahəsində tikintiyə başlamışdı. Şahid1 ona 1500 manat pulu versə də, lakin o, həmin puldan 237 manatını götürərək qalan pulu onun özünə qaytarmışdır. O, Eminə hərrac keçiriləndə pulun rəsmi ödəməsini izah etmişdir. Sonradan Şahid1 ona müraciət edərək həmin evə qaz, işıq və su xətti çəkmək istədiyini və buna görə də, torpağa dair ona hər-hansı bir sənəd verməsini xahiş etmişdir. Həmin vaxt o, Şahid1 həyat yoldaşının adına bələdiyyə sənədi vermişdir. O, həmin vaxt fikirli olduğu üçün sənədi düz yazmamış, həmin sənəddə səhvlik olmuşdur. Bundan sonra o, 237 manat pulu Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin hesabına ödəmişdir. Xidmətin əməkdaşları Şahid1 evini inşa etdiyi torpaq sahəsinə baxış keçirmişlər. Hazırda həmin torpaq sahəsinin hərrac yolu ilə satılmasının təmin olunması üçün Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən çıxarış sənədinin alınması üçün müvafiq işlər aparılır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Şahid11 Qobustan şəhərinin genişlənməsi ilə bağlı plana düşən babasının adına olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini tələb edən vətəndaşlardan olmuşdur. Onun babasının adına olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qobustan şəhərinin genişləndirilməsi ilə bağlı plana düşmüşdür. Bununla bağlı 2020-ci ildə Şahid11 6 sot torpaq sahəsinin ayrılmasına dair razılıq olunmuşdur. Baxış isə həmin torpaq sahəsinin Rafiq Nuriyevə satılmasına dair razılaşmış və ondan həmin 6 sota dair bələdiyyə sənədini Rafiq Nuriyevin adına verməyi xahiş etmişdir. O, Rafiqin 6 sot torpaq sahəsinin hərrac yolu ilə ayrılmasının məqsədəmüvafiq hesab olunmasına dair qərar qəbul etmişdir. Lakin həmin torpaq sahəsi ilə bağlı hərrac keçirilməmişdir. Rafiqin adına olan qərarda texniki səhv olaraq Qobustan bələdiyyəsinin 10.11.2012-ci il tarixli iclas protokolunun 10 nömrəli qərarından çıxarış qeyd olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Rzayev X104 İslahat Komissiyası tərəfindən verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2006-cı ildə Qobustan şəhərinin yaradılması ilə bağlı yeni yaradılmış şəhərin ərazisinə düşmüşdür. Bununla bağlı həmin ərazidə dövlət qurumlarının yerli inzibati binaları və sair tikililər inşa olunmuşdur. Şahid8 və bir neçə vətəndaşa həmin torpaq sahələrinin əvəzində başqa yerlərdən torpaq sahələri təklif olunsa da, lakin sonuncular bundan imtina edərək məhkəmələrə müraciət etmişlər. Şahid8 müraciəti ilə bağlı Ali Məhkəmənin müvafiq qərarı olandan sonra həmin qərarın icrası ilə bağlı 2012-ci ildə onun arvadı və qızının adına torpaq sahələri ayrılmışdır. Şahid8 ifadəsində ona həmin torpaq sahəsinin 2020-ci il verildiyini qeyd etsə də, lakin bu fakt 2012-ci ildə baş vermişdir. Şahid2 Torpaq İslahat Komissiyası tərəfindən verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2006-cı ildə Qobustan şəhərinin yaradılması ilə bağlı yeni yaradılmış şəhərin ərazisinə düşmüşdür. Bununla bağlı həmin ərazidə dövlət qurumlarının yerli inzibati binaları və sair tikililər inşa olunmuşdur. Şahid2 müraciəti ilə bağlı Ali Məhkəmənin müvafiq qərarı olandan sonra həmin qərarın icrası ilə bağlı 2020-ci ildə ona 30 sot torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Lakin bələdiyyə tərəfindən torpaq sahələri yalnız hərrac yolu ayrıldığı üçün Şahid2 da hərraca cəlb etməyi planlaşdırırdı. Lakin Elman ona müraciət edərək ayrılması nəzərdə tutulan torpaq sahəsindən 5 sotunu Şahid4 və 5 sotunu Şahid3 adına rəsmiləşdirilməsini xahiş etmişdir. O, hər iki şəxsin adına hərracda iştirak etmələrinin məqsədəmüvafiq olmalarına dair qərar qəbul etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 2006-cı ildə həyətyanı torpaq sahəsinin 1 sotunun orta bazar qiyməti 100 manat olmasını nəzərə alaraq 14 nəfər şəxsə o cümlədən, 28 aprel 2006-cı il tarixli 564 saylı qərar və alqı-satqı müqaviləsi ilə X11 0,06 hektar, 28 aprel 2006-cı il tarixli 564 saylı qərar və alqı-satqı müqaviləsi ilə X39 0,06 hektar, 20 iyul 2006-cı il tarixli qəarar və alqı-satqı müqaviləsi ilə X87 0,06 hektar, 20 iyul 2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi ilə X40 0,06 hektar, 20 iyul 2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi ilə X61 0,06 hektar, 20 iyul 2006-cı il tarixli qərar və alqısatqı müqaviləsi ilə X62 0,06 hektar, 20 iyul 2006-cı il tarixli 05 saylı qərar və alqı-satqı müqaviləsi ilə X29 0,06 hektar, 20 iyul 2006-cı il tarixli 05/65 saylı qərar və alqı-satqı müqaviləsi ilə Şahid15 0,06 hektar, 20 iyul 2006-cı il tarixli 196 qərar və alqı-satqı müqaviləsi ilə Şahid12 Alhüseyn oğluna 0,06 hektar, 20 iyul 2006-cı il tarixli 250 saylı qərar və alqı-satqı müqaviləsi ilə Şahid23 0,06 hektar, 20 iyul 2006-cı il tarixli 295 saylı qərar və alqı-satqı müqaviləsi ilə X19 0,06 hektar, 20 iyul 2006-cı il tarixli 383 saylı qərar və alqı-satqı müqaviləsi ilə Şahid24 0,06 hektar, 20 iyul 2006-cı il tarixli 388 saylı qərar və alqı-satqı müqaviləsi ilə X30 0,06 hektar, 20 iyul 2006-cı il tarixli 546 saylı qərar və alqısatqı müqaviləsi ilə Şahid22 0,06 hektar, həmçinin 2006-cı il ərzində X12 0,06 hektar, X41 0,06 hektar, X42 0,06 hektar, X77 0,06 hektar, X78 0,06 hektar, X42 0,06 hektar, X63 0,06 hektar, X20 0,06 hektar, X101 0,06 hektar, həmçinin 04 oktyabr 2011-ci il tarixli 10 saylı qərarla X13 0,06 hektar, 04 iyun 2011-ci il tarixli 6 saylı qərarla X21 0,06 hektar, 22 iyun 2020-ci il tarixli 06 saylı qərarla Şahid16 0,06 hektar, 22 iyul 2020-ci il tarixli 06 saylı qərarla X22 0,06 hektar, 2010-cu il ərzində Şahid26 0,06 hektar, 2011-ci ildə X21 0,12 hektar, 2012-ci ildə Şahid29h Hacıəhməd oğluna 0,06 hektar, 2013-cü ildə Şahid13 Əlihüseyn oğluna 0,06 hektar, 2014-cü ildə Şahid14 0,06 hektar və X64 0,09 hektar torpaq sahəsi ayırmışdır. Səhvini tam etiraf edir. Əməlindən səmimi peşmandır. Cinayət işi üzrə zərərçəkmiş Qobustan bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X115 tərəfindən Qobustan bələdiyyəsinə dəymiş ziyan tamamilə ödənilmişdir. Hər hansı bir tələbləri yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2006cı ildən Qobustan rayonu, Ərəbşahverdi kənd ümumi orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi işləyir. X80 ilə ailə həyatı qurmuş, ailə üzvləri ilə birlikdə Qobustan rayonunda əvvəllər kirayədə yaşamışdır. 2020-ci ilin yaz aylarında Qobustan şəhər sakini soyadını bilmədiyi Adilə adlı qadından 4 sot həyətyanı torpaq sahəsini satın almışdır. Adilə özünün həyətyanı torpaq sahəsini ona 3500 manata satmışdır. Adilə ona torpağa dair heç bir sənəd verməmiş, yəni onunla arasında alqı-satqı olmamışdır. Adilə ona torpaq sahəsinin sənədsiz qiymətinin 3500 manat olduğunu, əgər sənədli istədiyi halda əlavə olaraq 1500-2000 manat baha olacağını demişdir. O, özü həmin torpaq sahəsini satın alandan sonra həmin torpaq sahəsinə dair müvafiq sənədləri Qobustan şəhər Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs alacağını hesab etmişdir. O, həmin torpaq sahəsində tikinti işlərinə başlayandan sonra 2020-ci ilin iyun ayında Qobustan şəhər bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs oraya gələrək ona tikinti apardığı torpaq sahəsinə dair sənədlərinin olub-olmamasını, tikintiyə icazənin olub-olmamasını soruşmuşdur. O, Vasifə heç bir sənədinin olmadığını deyərək, ona torpağın sənədləşmə işində köməklik etməsini xahiş etmişdir. Vasif ona torpaq sahəsinin sənədləşdirilməsində köməklik edəcəyini vəd verərək əvvəlcə 2000 manat pul tələb etmişdir. Vasif pul tələb edəndən yanında ikisindən başqa heç kim olmamışdır. O, Vasifə 2000 manata imkanı çatmadığını deyərək, müəllim işlədiyini, əmək haqqına dolandığını demişdir. O, Təqsirləndirilən şəxsla bu barədə bir qədər söhbət edəndən sonra Təqsirləndirilən şəxs ona 1500 manat pul verdiyi halda həmin torpağa dair müvafiq sənədləri əldə edəcəyini demişdir. Lakin Vasif ona konkret olaraq hansı sənədləri əldə edəcəyini və ondan alacağı 1500 manat puldan başqa kimlərəsə pul verəcəyini deməmişdir. O, Vasifdən torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd istədiyini demiş, Təqsirləndirilən şəxs isə ona tikib qurtaracağı evə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən rəsmi çıxarış alıb verəcəyini bildirmişdir. Bundan sonra 2020-ci ilin iyun ayının sonlarında o, özünə inşa etdiyi evin qarşısında bələdiyyə sədri Təqsirləndirilən şəxsla görüşmüşdür. O, Vasiflə təklikdə görüşmüş və ona məxsus “Niva-Chevrolet” markalı avtomobilə əyləşərək 1500 manat pulu nağd şəkildə ona vermişdir. Vasif ondan pulu alaraq saymış, bundan sonra ona tikintini davam etdirməyi, ona həm tikintiyə icazə sənədini, həm də, Daşınmaz Əmlakın Dövlət Reysterindən çıxarış sənədini 1 ay ərzində verəcəyini bildirmişdir. Lakin, o, həmin müddətdə artıq tikintini başa çatdırsa da, Təqsirləndirilən şəxs ona hər hansı sənəd təqdim etməmişdir. Bununla bağlı o, dəfələrlə Təqsirləndirilən şəxs müraciət edib sənədini tələb etmişdir. Nəticədə, 2020-ci ilin dekabr ayında o, növbəti dəfə Qobustan Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs sənədi tələb etdikdə sonuncu ona Qobustan bələdiyyəsinin 04 oktyabr 2007-ci il tarixli iclasının protokolunun 10 nömrəli qərarından çıxarışı vermişdir. Həmin çıxarışa əsasən, arvadı X49 5 ildən yuxarı Qobustan şəhərində daimi qeydiyyatda yaşamasını nəzərə alaraq Perspektiv inkişaf torpağından (Nərimankənd) Bakı-Qazax magistralının 87-ci km-də 0.06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi məqsədi ilə satılması qeyd olunmuşdur. O, həmin sənədə baxdıqda orada tarixin 2007-ci il, ünvanın da səhv göstərilərək Bakı – Qazax yolunun 87-ci km və nəhayət torpaq sahəsinin ölçüsünün də səhvən artıq göstərilərək 0.06 ha yazıldığını gördüyündən bu barədə bələdiyyə sədri Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs ona sənədi dəyişib yenisini verəcəyinə söz vermişdir. O, Təqsirləndirilən şəxs sadəcə vaxt qazanmaq məqsədi ilə ona bu sənədi verdiyini bilmişdir. Bu məqsədlə o, Təqsirləndirilən şəxs ona torpaq və yaşayış evinə dair çıxarış verəcəyini vəd edərək 1500 manat pulu aldığını xatırlatdıqda, sonuncu ona bir daha Daşınmaz Əmlakın Dövlət Reysterindəq çıxarış sənədini verəcəyinə söz verərək yoldaşının adına verdiyi sənədin müvəqqəti olaraq verdiyini bildirmişdir. Lakin, aradan xeyli müddət keçməsinə baxmayaraq, bu günədək Təqsirləndirilən şəxs ona hər hansı sənəd, eyni zamanda çıxarış təqdim etməmişdir. O, dəfələrlə Təqsirləndirilən şəxs çıxarışı ona təqdim etməsini tələb etsə də, sonuncu ona hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Hətta Vasif ona Sumqayıt şəhər Dövlət Reyestr xidmətinin əməkdaşlarının Covid-19 xəstəliyinə yoluxduğundan işlərin uzandığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla bağlı şikayət etməyi qərara almışdır. O, şikayət edəndən sonra Vasif onun mobil telefonuna 17.05.2021-ci il tarixli özünün adından 237 manat pulun "xxxx" ASC-nin terminalından Yer qrululu plan hazırlanması üçün ödənilməsinə dair qəbzi və yerqruluşu planını göndərmişdir. 4 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs onunla Qobustan şəhəri ərazisində görüşərək ondan aldığı 1500 manat pulu geri qaytarmış və onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, 1996-1997-ci illərdə Qobustan rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onun ailə üzvlərinə ümumilikdə cəmi 0,48 hektar əkinə yararlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı idi. O, əvvəllər həmin torpaq sahəsində arpa və buğda əkmişdir. 2006-cı ildə Qobustan rayon İcra Hakimiyyəti tərəfindən onlara məxsus 0,48 hektar torpaq sahəsinin Qobustan şəhərinin yaradılması ilə bağlı plana düşməsinə dair məlumat verilmişdir. Sonradan həmin torpaq sahəsində dövlət qurumlarının inzibati binaları tikilmişdir. Rayon İcra hakimiyyətində ona bu torpağın əvəzində başqa yerdən torpaq sahəsi veriləcəyini bildirmişlər. O, məcbur olduğu üçün bununla razı olmuşdur. Buna baxmayaraq ona və ailəsinə həmin 48 sot torpaq sahəsinin əvəzində heç bir torpaq sahəsi verilməmişdir. O, dəfələrlə Qobustanın bələdiyyə sədri Təqsirləndirilən şəxs bununla bağlı müraciət etsə də, lakin Təqsirləndirilən şəxs ona hər dəfə səbrli olmağı, ona torpaq veriləcəyini demişdir. Bununla bağlı o, digər Qobustan şəhər sakinləri ilə birlikdə Qobustan şəhər bələdiyyəsi və Qobustan rayon icra hakimiyyətini Qobustan rayon məhkəməsinə vermişdir. Qobustan rayon məhkəməsi onun əleyhinə qərar qəbul etsə də, lakin Sumqayıt Apelyasiya Məhkəməsi və Ali məhkəmə onun xeyrinə qəbul etmişdir. Məhkəmə qərarında ona kompensasiya ödənilməsi qeyd olunsa da, lakin ona kompensasiya ödənilməmişdir, bunun əvəzində 2020-ci ilin payız aylarında ona Qobustan şəhəri, Yeni Massiv adlanan ərazidə hərəsi 9 sot olmaqla iki ədəd torpaq sahəsi yəni cəmi 18 sot torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən göstərilərək, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin ona verildiyini bildirmişdir. Lakin o, həmin torpaq sahəsinə dair Təqsirləndirilən şəxs heç bir sənəd almamışdır. Çünki onun maddi vəziyyəti yaxşı olmadığı üçün o, həmin torpaq sahələrini satmağı planlaşdırmışdır. Buna görə də, o, bələdiyyə sədrinə müraciət edərək həmin torpaq sahələrini satacağı adamların adlarına qeydiyyata alınmasını xahiş etmişdir. O, qeyd olunan torpaq sahələrini 0,09 hektarını Qobustan şəhər sakini Müşfiq Vəlixanova və 0,09 hektar torpaq sahəsini isə Qoubstan rayon sakini Şahid4 satmışdır. O, hər iki şəxsin hərəsindən bu torpaq sahələrinə görə 2500 manat olmaqla cəmi 5000 manat pul almışdır. O, həmin şəxslərin şəxsiyyət vəsiqələrini Təqsirləndirilən şəxs təqdim edərək, torpaq sahələrinin bu şəxslərin adlarına rəsmiləşdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayında Müşfiq Vəlixanov və Şahid4 adlarına bələdiyyə sənədlərini vermişdir. Təqsirləndirilən şəxs ona qeyd olunan torpaq sahəsinin ayrılması üçün ondan pul almamışdır. O, neçə ildir ki, öz haqqını tələb etmiş və bununla bağlı məhkəmələrə müraciət etmişdir. Ali məhkəmədə onun xeyrinə qərar qəbul olunandan sonra ona verilməli olan kompensasiyanın əvəzində Qobustan bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan torpaq sahələri verilmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2020-ci ildə özünə yaşayış evi tikmək üçün torpaq sahəsi almaq qərarına gəlmişdir. Həmin ərəfədə qonşusu Şahid2 ona Qobustan şəhəri, Ağaqulu Xudaquliyev küçəsində 0,05 hektar torpaq sahəsi satdığını demişdir. O, Elmandan bu torpaq sahəsinə görə sənədin olub-olmamasını soruşmuşdur. Elman ona Qobustan bələdiyyəsindən birbaşa onun adına sənəd alacağını demişdir. O, Elmanla torpaq sahəsinin 2500 manata satılmasına dair razılığa gəlmişdir. O, Elmana 2500 manat pulu və oğlu Cavid Vəlixanovun şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Elman isə ona Qobustan bələdiyyəsinin 22 iyul 2020-ci il tarixli iclas protokolundan çıxarış sənədini təqdim etmişdir. Həmin sənəd oğlunun adına yazılmışdır. O, həmin torpaq sahəsində heç bir tikinti işi aparmamışdır. O, torpaq sahəsini alanda həmin ərazinin əvvəllər məhlələrarası avtomobil yolunun olduğunu görmüşdür. Lakin həmin ərazidə artıq yaşayış evi tikilmiş və yol kimi istifadə olunması dayandırılmışdır. Buna görə də, o, həmin torpağı almağa razı olmuşdur. Təqsirləndirilən şəxs onun oğlunun adına torpağa dair bələdiyyə sənədinin verilməsi üçün ondan pul istəməmiş və almamışdır. O, həmin torpaq sahəsini Şahid2 satın almış və 2500 manat pulu da, Elmana vermişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2016-cı ildən Qobustan qaz idarəsində çilingər vəzifəsində işləyir. 2020-ci ildə özünə yaşayış evi tikmək üçün torpaq sahəsi almaq qərarına gəlmişdir. Həmin ərəfədə qonşusu Şahid2 ona Qobustan şəhəri, Ağaqulu Xudaquliyev küçəsində 0,06 hektar torpaq sahəsi satdığını demişdir. O, Elmandan bu torpaq sahəsinə görə ondan hər-hansı bir sənədin olub-olmamasını soruşmuşdur. Elman isə ona Qobustan bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs bələdiyyə sənədini birbaşa onun adına rəsmiləşdirəcəyini bildirmişdir. O, Elmanla torpaq sahəsinin 2500 manat satılmasına dair razılığa gəlmişdir. O, Elmana 2500 manat pulu şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Elman isə ona Qobustan Bələdiyyəsinin 22 iyul 2020-ci il tarixli iclas protokolundan çıxarış sənədini təqdim etmişdir. O, həmin torpaq sahəsini hasara almışdır. Lakin onun maddi imkanı olmadığı üçün həmin torpaq sahəsində ev tikməmişdir. O, torpaq sahəsini alanda həmin ərazinin əvvəllər məhllələrarası avtomobil yolunun olduğunu görmüşdür. Lakin həmin ərazidə artıq yaşayış evi inşa olunmuş və həmin ərazi yol kimi istifadə olunmurdu. Buna görə də, o, həmin torpağı almağa razı olmuşdur. Qobustan bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs onun adına 5 sot torpaq sahəsinə dair bələdiyyə sənədinin verilməsi üçün ondan pul almamışdır. O, həmin sənədi Şahid2 almışdır. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, anadan olduğu vaxtdan ailə üzvləri ilə birlikdə Qobustan rayonunda yaşayır. O, fəhlə işləyir. 2020-ci ilin yay aylarında o, özünə yaşayış evi tikmək üçün torpaq sahəsi almaq istəmişdir. Həmin ərəfədə qonşusu Şahid2 ona Qobustan şəhəri, Ağaqulu Xudaquliyev küçəsində 0,05 hektar torpaq sahəsi satdığını demişdir. O, Elmandan bu torpaq sahəsinə görə sənədin olub-olmamasını soruşmuşdur. Elman ona bələdiyyədən birbaşa onun adına sənəd alacağını demişdir.O, Elmanla torpaq sahəsinin 2000 manata satılmasına dair razılığa gəlmişdir. Onun atası X9 2000 manat pulu və özünün şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Elman isə sonradan atasına Qobustan Bələdiyyəsinin 04 oktyar 2006-cı il tarixli iclas protokolunun 10 nömrəli qərarından çıxarış sənədini təqdim etmişdir. Həmin sənəd atasının adına yazılmışdır. O, həmin torpaq sahəsində 2020-ci ilin yay aylarında ev tikmiş və hazırda orada yaşayır. Qobustan bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs onlara 5 sot torpaq sahəsi verilməsi müqabilində pul və ya sair nemət almamışdır. O, həmin torpaq sahəsini Şahid2 almış və 2000 manat pulu da, Elmana vermişdir. O, atasının adına olan sənədi də, Elmandan almışdır. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 1996-1997-ci illərdə Qobustan rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onun ailə üzvlərinə ümumilikdə cəmi 0,84 hektar əkinə yararlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı idi. O, əvvllər həmin torpaq sahəsində arpa və buğda əkmişdir. 2006-cı ildə Qobustan rayon İcra Hakimiyyəti tərəfindən ona həmin torpaq sahəsinin Qobustan şəhərinin yaradılması ilə bağlı, plana düşməsinə dair məlumat verilmiş və həmin torpaq sahəsində dövlət idarə və təşkilatlarının inzibati binaları tikiləcəyini bildirmişlər. Eyni zamanda ona bu torpağın əvəzində başqa yerdən torpaq sahəsi veriləcəyi bildirilmişdir. O, məcbur olduğu üçün bununla razı olmuşdur. Buna baxmayaraq ona həmin 84 sot torpaq sahəsinin əvəzində heç bir torpaq sahəsi verilməmişdir. O, dəfələrlə Qobustanın bələdiyyə sədri Təqsirləndirilən şəxs bununla bağlı müraciət etsə də, lakin sonuncu ona hər dəfə səbrli olmağı, ona torpaq verəcəyini demişdir. Buna baxmayaraq ona torpaq verilməmişdir. Bununla bağlı o, Qobustan şəhər bələdiyyəsi və Qobustan rayon icra hakimiyyətini Qobustan rayon məhkəməsinə vermişdir. Qobustan rayon məhkəməsi onun əleyhinə qərar qəbul etsə də, lakin Sumqayıt Apelyasiya məhkəməsi və Ali məhkəmə onun xeyrinə qərar qəbul etmişdir. Bundan sonra 2020-ci ilin payız aylarında ona Qobustan şəhəri ərazisində hərəsi 5 sot olmaqla cəmi 30 sot torpaq sahəsi ayrılmışdır. Təqsirləndirilən şəxs ona həmin torpaq sahəsində tikinti işləri apara biləcəyini bildirmişdir. O, həmin torpaq sahəsini hərəsini ayrı-ayrılıqda hasara alsa da, lakin heç bir tikinti işi aparmamışdır. O, həmin torpaq sahəsinin Ağaqulu Xudaquliyev küçəsinin məhləarası avtomobil yolu olduğunu bilməmişdir. Qeyd olunan torpaq sahəsi ondan 2006-cı ildə alınmış torpaq sahəsinin əvəzində verilmişdir. Lakin ona həmin 30 sot torpaq sahəsinə dair heç bir sənəd verilməmişdir. Qobustan bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs şifahi qaydada ona həmin 30 sot torpaq sahəsini göstərmişdir. Təqsirləndirilən şəxs ona 30 sot torpaq sahəsi ayrılması üçün ondan pul almamışdır. O, neçə ildir ki, öz haqqını tələb etmiş və bununla bağlı bir neçə məhkəmələri udmuşdur. Bunun nəticəsində ona hazırki torpaq sahəsi verilmişdir. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, əvvəllər Qaradağ rayonunda yerləşən daş karxanalarında fəhlə işləmişdir. Hazırda heç bir yerdə işləmir. 1996-1997-ci illərdə Qobustan rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onun ailə üzvlərinə ümumilikdə cəmi 1,08 hektar əkinə yararlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı idi. O, əvvəllər həmin torpaq sahəsində arpa və buğda əkmişdir. 2006-cı ildə Qobustan rayon İcra Hakimiyyəti tərəfindən ona həmin torpaq sahəsinin Qobustan şəhərinin yaradılması ilə bağlı, plana düşməsinə dair məlumat verilmiş və həmin torpaq sahəsində dövlət idarə və təşkilatlarının inzibati binaları tikiləcəyini bildirmişlər. Eyni zamanda ona bu torpağın əvəzində başqa yerdən torpaq sahəsi veriləcəyi bildirilmişdir. O, məcbur olduğu üçün bununla razı olmuşdur. Buna baxmayaraq ona həmin 1,08 sot torpaq sahəsinin əvəzində heç bir torpaq sahəsi verilməmişdir. O, dəfələrlə Qobustanın bələdiyyə sədri Təqsirləndirilən şəxs bununla bağlı müraciət etsə də, lakin Vasif Novruzov ona hər dəfə səbrli olmağı, ona torpaq veriləcəyini demişdir. Bununla bağlı o və digər şəxslər Qobustan bələdiyyəsi və Qobustan rayon icra hakimiyyətini Qobustan rayon məhkəməsinə vermişdir. Qobustan rayon məhkəməsi onun əleyhinə qərar qəbul etsə də, Sumqayıt Apellyasiya məhkəməsi və Ali məhkəmə onun xeyrinə qərar qəbul etmişlər. Bundan sonra 2020-ci ilin payız aylarında ona qeyd olunan ərazidə 0,06 sot torpaq sahəsi verilmişdir. Təqsirləndirilən şəxs ona həmin torpaq sahəsində tikinti işləri apara biləcəyini bildirmişdir. O, həmin torpaq sahəsinin bir hissəsini hasara alsa da, lakin imkanı olmadığı üçün orada tikinti işləri apara bilməmişdir. O, həmin torpaq sahəsinin Ağaqulu Xudaquliyev küçəsinin məhlələrarası avtomobil yolu olduğunu bilirdi. Təqsirləndirilən şəxs ona avtomobil yolunu ləğv olunduğunu deyərək, həmin ərazidə tikinti işləri apara biləcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona Qobustan bələdiyyəsinin 22 iyul 2020-ci il tarixli iclasının protokolunun 07 nömrəli qərarından çıxarış sənədini vermişdir. Qobustan bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ona 0.06 sot torpaq sahəsi verilməsi müqabilində ondan pul və ya sair nemət almamışdır. O, neçə ildir ki, öz haqqını tələb etmiş və bununla bağlı bir neçə məhkəmələri udmuşdur. Bunun nəticəsində ona hazırki torpaq sahəsi verilmişdir. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 1996-1997-ci illərdə Qobustan rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onun ailə üzvlərinə ümumilikdə cəmi 0,48 hektar əkinə yararlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı idi. O, əvvllər həmin torpaq sahəsində arpa və buğda əkmişdir. 2006-cı ildə Qobustan rayon İcra Hakimiyyəti tərəfindən ona həmin torpaq sahəsinin Qobustan şəhərinin yaradılması ilə bağlı, plana düşməsinə dair məlumat verilmiş və həmin torpaq sahəsində dövlət idarə və təşkilatlarının inzibati binaları tikiləcəyini bildirmişlər. Eyni zamanda ona bu torpağın əvəzində başqa yerdən torpaq sahəsi veriləcəyi bildirilmişdir. O, məcbur olduğu üçün bununla razı olmuşdur. Buna baxmayaraq ona həmin 48 sot torpaq sahəsinin əvəzində heç bir torpaq sahəsi verilməmişdir. O, dəfələrlə Qobustanın bələdiyyə sədri Təqsirləndirilən şəxs bununla bağlı müraciət etsə də, lakin sonuncu ona hər dəfə səbrli olmağı, ona torpaq verəcəyini demişdir. Bununla bağlı o, Qobustan şəhər bələdiyyəsi və Qobustan rayon icra hakimiyyətini Qobustan rayon məhkəməsinə vermişdir. Qobustan rayon məhkəməsi onun əleyhinə qərar qəbul etsə də, lakin Sumqayıt Apelyasiya məhkəməsi və Ali məhkəmə onun xeyrinə qərar qəbul edilmişdir. Bundan sonra 2020-ci ilin payız aylarında ona qeyd olunan ərazidə hərəsi 6 sot olmaqla iki ədəd torpaq sahəsi yəni cəmi 12 sot torpaq sahəsi verilmişdir. Vasif ona həmin torpaq sahələrinin birini həyat yoldaşı X50 adına, digərini isə qızı Zövqiyyə Rzayevanın adına rəsmiləşdirilməsinə dair bələdiyyə sənədlərini vermişdir. Vasifin ona verdiyi qərarlarda 4 oktyabr 2011-ci il tarixli iclas protokolunun 10 №-li qərarından çıxarış sözləri və rəqəmləri qeyd olunmuşdur. Lakin Vasif ona həmin sənədləri 2020-ci ilin yay aylarında vermişdir. Təqsirləndirilən şəxs ona həmin torpaq sahəsində tikinti işləri apara biləcəyini bildirmişdir. O, həmin torpaq sahəsini hərəsini hasara alsa da, lakin heç bir tikinti işi aparmamışdır. O, həmin torpaq sahəsinin Ağaqulu Xudaquliyev küçəsinin məhllələrarası avtomobil yolu olduğunu bilməmişdir. Ondan alınan 48 sot torpaq sahəsinin əvəzində ona qeyd olunan 12 sot torpaq sahəsi verilmişdir. Təqsirləndirilən şəxs ona həmin 12 sot torpaq sahəsinə dair bələdiyyənin qərarını vermişdir. Qobustan bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ona 12 sot torpaq sahəsi verilməsi müqabilində ondan pul və ya sair nemət almamışdır. O, neçə ildir ki, öz haqqını tələb edir və bununla bağlı bir neçə məhkəmələri udmuşdur. Bunun nəticəsində ona hazırki torpaq sahəsi verilmişdir. Şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, anadan olduğu vaxtdan ailə üzvləri ilə birlikdə Qobustan rayonunda yaşayır. O, mobil telefon ticarəti ilə məşğul olur. 1996-1997-ci illərdə Qobustan rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən ona 0,12 hektar əkinə yararlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı idi. O, əvvəllər həmin torpaq sahəsində arpa və buğda əkmişdir. 2006cı ildə Qobustan rayon İcra Hakimiyyəti tərəfindən ona həmin torpaq sahəsinin Qobustan şəhərinin yaradılması ilə bağlı, plana düşməsinə dair məlumat verilmiş və həmin torpaq sahəsində dövlət idarə və təşkilatlarının inzibati binaları tikiləcəyini bildirmişlər. Eyni zamanda ona bu torpağın əvəzində başqa yerdən torpaq sahəsi veriləcəyi bildirilmişdir. O, məcbur olduğu üçün bununla razı olmuşdur. Buna baxmayaraq ona həmin 12 sot torpaq sahəsinin əvəzində heç bir torpaq sahəsi verilməmişdir. Bundan sonra 2020-ci ilin payız aylarında ona Qobustan bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən yaşadığı Ağaqulu Xudaquliyev küçəsində evinə bitişik ərazidə 0.05 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onun evinin qarşısında olan küçənin bir hissəsini əhatə edir. Təqsirləndirilən şəxs ona həmin torpaq sahəsini şifahi qaydada vermişdir. O, qeyd olunan torpaq sahəsində heç bir tikinti işi aparmamışdır. Təqsirləndirilən şəxs ona qeyd olunan 5 sot torpaq sahəsi verilməsi müqabilində ondan pul və ya sair nemət almamışdır. Şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Qobustan rayonunda yaşayır. Onun 4 oğlu vardır və övladlarından ikisi bir evdə yaşadıqları üçün o, kiçik övladı X88 ev tikmək məqsədi ilə torpaq sahəsi almağı qərara almışdır. O, bu məqsədlə 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs ondan nə qədər pulunun olduğunu soruşmuş, ona imkanı olmadığını demişdir. Vasif ona bələdiyyənin mülkiyyətində satışa çıxarmaq üçün yararlı torpaq sahəsinin olmadığını demişdir. Həmin vaxt Vasif ona Rayon İcra Hakimiyyətində mühafizəçi işləyən Şahid11 Babaş oğlunun özünə məxsus torpaq sahəsini satdığını deyərək, ona Baxışa müraciət etməyi məsləhət görmüşdür. Onun oğlu Rafiq Baxışla görüşmüşdür. Rafiq Baxışla danışaraq torpaq sahəsinin satılmasına dair razılığa gəlmişlər. Bundan sonra o iri və xırda buynuzlu heyvanlarını sataraq 4300 manat pulu Rafiqə vermişdir. Rafiq həmin pulu Baxışa vermişdir. Baxış pulu alandan sonra Rafiqə Qobustan bələdiyyəsinin 10 noyabr 2012-ci il tarixli iclas protokolunun 10 №-li qərarından çıxarış sənədini vermişdir. Baxış həmin sənədi bələdiyyə sədri Təqsirləndirilən şəxs almışdı. Onlar həmin torpağı Baxışdan 2020ci ildə satın alsalar da, Vasif Baxışova arxa tarixə yəni 2012-ci il tarixinə sənəd vermişdir. O, həmin torpaq sahəsində tikinti işləri aparılması üçün mişar daşı töksə də, lakin bələdiyyə sədri Təqsirləndirilən şəxs ona tikinti işləri aparılmasına icazə verilmədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs müraciət edərək pulunu geri istəmiş, sonuncu isə ona torpağı kimdən alıbsa, həmin şəxsdən pulunu geri istəməsini bildirmişdir. Bundan sonra o, Baxışdan pulunu tələb etmək üçün Qobustan rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. O, Baxışın ondan aldığı pulu Təqsirləndirilən şəxs verdiyindən şübhə edir. Şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, 2012-ci ilin fevral ayından X109 şöbəsində işləyir. O, hazırda Qobustan rayon maliyyə şöbəsində mühafizəçi işləyir. Şahid10 əvvəllər tanımamış, onu 2020-ci ilin oktyabr ayında tanımışdır. Belə ki, əslində onun oğlu Rafiqi tanımışdır. Rafiq özünə torpaq sahəsi almaq istəmişdir. Onun Qobustan şəhəri, Yeni Massiv adlanan ərazidə 0,06 hektar torpaq sahəsi olduğu üçün həmin torpaq sahəsini ona satmağı qərara almışdır. Rafiq həmin torpaq sahəsini 4300 manata satın almağa razılaşmışdır. Həmin torpaq sahəsi ona babası Baxışov Baba Qardaş oğlunun adına 0,34 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əvəzində verilmişdir. Babasına həmin torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmişdir. Sonradan 2006-cı ildə həmin torpaq sahəsi Qobustan şəhərinin yaranması ilə bağlı plana düşmüşdür. Lakin həmin vaxt onlara başqa torpaq sahəsi verilmədi. O, dəfələrlə bələdiyyə sədri Təqsirləndirilən şəxs müraciət edərək ondan torpağını istəmişdir. 2020-ci ildə Vasif ona Yeni Massiv ərazində 6 sot torpaq sahəsi göstərmişdir. Təqsirləndirilən şəxs ona həmin torpaq sahəsinə dair sənəd verməmişdir. O, Vasifə həmin torpaq sahəsini satacağını demişdir. O, Təqsirləndirilən şəxs bu torpaq sahəsini satacağı halda, satdığı şəxsin adına sənəd verməsini xahiş etmişdir. Vasif bununla razılaşmışdır. O, həmin torpaq sahəsini Rafiqə satmış və Vasif Rafiqin adına sənədi vermişdir. Rafiq həmin torpaq sahəsinə mişar daşı da, tökdürmüşdür. Sonradan Rayon İcra Hakimiyyəti tərəfindən Rafiqə həmin torpaq sahəsinə tikinti işləri aparmağa icazə verilməmişdir. Rafiqin atası Vəzir ona müraciət edərək pulunu qaytarmasını tələb etmişdir. O, Vəzirə torpağı satdığını və pulu qaytara bilməyəcəyini demişdir. Bundan sonra Vəzir Qobustan polisinə şikayət etmişdir. O, polisdə izahat yazaraq hadisə barədə məlumat vermişdir. Şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, 2006-cı ildə özünə yaşayış evi tikmək üçün həmin dövrdə Qobustan rayonu, Mərəzə bələdiyyəsinin sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs müraciət edərək yaşayış evi tikilməsi üçün Qobustan şəhəri “Yeni Massiv” adlı yerdə 0.06 ha torpaq sahəsi almışdır. Onlar həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına 120 manat pul ödəmişlər. Bundan sonra ona bələdiyyə qərarı ilə 0.06 ha torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsində 1 mərtəbəli yaşayış evi tikmişdir. O, torpaq sahəsini Qobustan şəhər bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs almışdır. Bunun üçün rüsum da ödəmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin harada yerləşməsini ona şifahi formada göstərmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs satdığı bütün torpaq sahələrinə dair qərarlarda dəqiq ünvan göstərilmir. Təqsirləndirilən şəxs ondan və ailə üzvlərindən 120 manat rüsumdan başqa pul tələb etməmişdir. O, bu məqsədlə Vasifə pul verməmişdir. Şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, anadan olduğu vaxtdan Qobustan rayonunda yaşayır. 2013-cü ildə özünə yaşayış evi tikmək üçün Qobustan şəhər bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs müraciət edərək yaşayış evi tikilməsi üçün Qobustan şəhəri Yeni massiv adlı yerdə 0.06 ha torpaq sahəsi almışdır. O, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına 120 manat pul ödəmişdir. Bundan sonra ona bələdiyyə qərarı ilə 0.06 ha torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsində 1 mərtəbəli yaşayış evi tikmişdir. O, qeyd olunan torpaq sahəsini Qobustan şəhər bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs almışdır. Bunun üçün rüsum da ödəmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin harada yerləşməsini ona şifahi qaydada göstərmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs satdığı bütün torpaq sahələrinə dair qərarlarda dəqiq ünvan göstərilməmişdir. Təqsirləndirilən şəxs ondan 120 manat rüsumdan başqa pul tələb etməmişdir. O, bu məqsədlə Vasifə başqa pul verməmişdir. Şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, 2006-cı ildə atası X51 yaşayış evi tikmək üçün torpaq sahəsi almaq məqsədi ilə həmin dövrdə Qobustan rayonu, Mərəzə bələdiyyəsinin sədri işləyən Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs atasının adına 0,06 hektar torpaq sahəsi ayırmağa razı olmuşdur. Vasif atası Qurbanı həmin torpaq sahəsinə apararaq yerini göstərmişdir. Atası Qurban bələdiyyənin hesabına dövlət rüsumu olan 120 manat pulu ödəyəndən sonra Vasif atasının adına olan Qobustan bələdiyyəsinin qərarını təqdim etmişdir. Qurban həmin torpaq sahəsində ev tikmiş və hazırda həmin evdə yaşayır. Onlar Təqsirləndirilən şəxs aldıqları torpaq sahəsinə görə Bələdiyyənin "xxxx" ASC-dəki hesabına 120 manat dövlət rüsumu ödəmişlər. Bundan başqa Təqsirləndirilən şəxs onlardan pul və sair nemət istəməmişdir. Şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, 2006-cı ildə imkansız ailə olaraq Qobustan rayon İcra hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevdən torpaq sahəsi istəmişdir. Sabiq icra başçısı X85 rayonu, Mərəzə bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs torpaq sahəsi ayrılmasına dair tapşırıq vermişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs ona 20 iyul 2006-cı il tarixli qərarla Qobustan şəhərində “Yeni Massiv” adlanan yerdə 0.06 ha torpaq sahəsi vermişdir. Onun imkanı olduqca orada tikinti aparmağa başlamışdır. Hazırda o, həmin ərazidə tikintini başa çatdırmış və ailə üzvləri ilə həmin evdə yaşayır. Həmin torpaq sahəsinin harada yerləşməsi barədə bələdiyyə qərarında qeyd olunmamışdır. O, bu barədə Təqsirləndirilən şəxs soruşduqda sonuncu ona hazırda yaşadığı torpaq sahəsini göstərib həmin yeri ona verdiyini bildirmişdir. O, torpaq üçün təxminən 120 manat rüsum ödəmişdir. Qeyd olunan torpaq sahəsinin ayrılması üçün Təqsirləndirilən şəxs ondan və ailə üzvlərindən pul tələb etməmişdir. O, bu məqsədlə ona pul verməmişdir. Şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, anadan olduğu vaxtdan ailə üzvləri ilə birlikdə Qobustan rayonunda yaşayır. 2017-ci ildə özünə yaşayış evi almaq istəmişdir. Həmin vaxt o, X111 şəhəri, Yeni Massiv adlanan ərazidə ev satdığını bilmişdir. O, Mayisə müraciət edərək evin qiyməti barədə soruşmuş, onun satdığı ev tikilsə də, lakin təmiri tam hazır deyildi. Mayis ona həmin evi 23.000 manata satdığını demişdir. O, Mayisə pulu hissə-hissə verəcəyini demişdir. Bundan sonra o, Mayisə 10.000 manat pulu vermişdir. Lakin o, qalan pulu hissə-hissə ödəmiş və evi alaraq təmirə başlamışdır. Həmin evə dair Mayisin heç bir sənədi olmadığı üçün onunla alqı-satqı edə bilməmişdir. Onun həmin torpağa dair yalnız bələdiyyə sənədi var idi. Mayis özü Qobustan rayon X99 şöbəsində işləyirdi. O, Mayisə ona satdığı evə və torpağa dair hər-hansı sənəd verməsini xahiş etmişdir. Mayis ona evin planını təqdim etmişdir. Həmin plan Rayon İcra hakimiyyətinin tikinti və memarlıq şöbəsi tərəfindən təsdiq olunmuşdur. Eyni zamanda Mayis Qobustan bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs müraciət edərək həmin torpaq sahəsinə dair bələdiyyə sənədini alaraq ona verəcəyini demişdir. O, 2020-ci ilin yay aylarında Mayisdən Qobustan bələdiyyəsinin 22 iyun 2020-ci il tarixli iclasının protokolunun 06 nömrəli qərarından çıxarış sənədini vermişdir. Mayis ona həmin sənədi Vasifdən aldığını desə də, lakin sənədi almaq üçün Vasifə pul verib-verməməsini bilməmişdir. O, hazırda həmin evdə yaşayır. O, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına 120 manat pul ödəmişdir. Şahid qismində dindirilmiş Şahid17 Mayis oğlu ifadəsində göstərdi ki, 2006-cı ildə atası Mayis yaşayış evi tikmək üçün torpaq sahəsi almaq məqsədi ilə həmin dövrdə Qobustan rayonu, Mərəzə bələdiyyəsinin sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs anasının adına 0,06 hektar torpaq sahəsi ayırmağa razı olmuşdur. Vasif atasını həmin torpaq sahəsinə apararaq yeri göstərmişdir. Atası Mayis bələdiyyənin hesabına dövlət rüsumu olan 120 manat pulu ödəyəndən sonra Vasif ona anasının adına olan Qobustan bələdiyyəsinin qərarını təqdim etmişdir. Bundan sonra atası Mayis həmin torpaq sahəsində yaşayış evi tiksə də, lakin ev tam hazır deyildi. Sonradan Mayis həmin torpaq sahəsini və evi Qobustan rayon sakini X1. Mayis 2020-ci ildə vəfat etmişdir. Mayis torpağı satdığı üçün onda həmin torpağa dair heç bir sənəd yoxdur. Şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, 2006-cı ildə özünə yaşayış evi tikmək üçün torpaq sahəsi almaq məqsədi ilə həmin dövrdə Qobustan rayonu, Mərəzə bələdiyyəsinin sədri işləmiş Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs onun həyat yoldaşı X23 adına 0,06 hektar torpaq sahəsi ayırmağa razı olmuşdur. Vasif onu həmin torpaq sahəsinə apararaq yerini göstərmişdir. O, bələdiyyənin hesabına dövlət rüsumu olan 120 manat pulu ödəyəndən sonra Vasif ona həyat yoldaşının adına olan Qobustan bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 05 nömrəli qərarını təqdim etmişdir. Bundan sonra o, həmin torpaq sahəsində yaşayış evi tikmişdir. Şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərdi ki, təxminən 8 il olar ki, qeyd olunan ərazidə 4 sotun içində oğlu Natiq Əzizov və onun ailəsi üçün yaşayış evi tikmişdir. Natiq Əzizov 25.09.2021-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Qeyd olunan torpaq sahəsi onun qohumu X87 məxsusdur. Aslan Şuxyarov qeyd olunan torpaq sahəsini 2006-cı il Qobustan rayonu, Mərəzə bələdiyyəsinin sədri işləmiş Təqsirləndirilən şəxs almışdır. Aslan həmin vaxt 0,06 hektar torpaq sahəsini bələdiyyədən almışdır. Aslan 2006-cı ildən sonrakı dövrdə həmin ərazidə heç bir tikinti işi aparmamışdır. Təxminən 2012-ci ildə o, Aslana müraciət edərək oğluna toy edib, ev tikmək istədiyini demişdir. Həmin vaxt Aslan özünün torpaq sahəsindən 4 sotunu ona vermişdir. O, həmin 4 sot torpaq sahəsini hasara alaraq orada ev inşa etmişdir. Onun mərhum oğlu həmin evdə yaşamışdır. O, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına 120 manat pul ödəmişdir. Şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərdi ki, 2006-cı ildə özünə yaşayış evi tikmək üçün torpaq sahəsi almaq məqsədi ilə həmin dövrdə Qobustan rayonu, Mərəzə bələdiyyəsinin sədri işləmiş Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs onun bacısı X52 adına 0,06 hektar torpaq sahəsi ayırmağa razı olmuşdur. Vasif onu həmin torpaq sahəsinə apararaq yerini göstərmişdir. O, bələdiyyənin hesabına dövlət rüsumu olan 120 manat pulu ödəyəndən sonra Vasif ona bacısının adına olan Qobustan bələdiyyəsinin 2006-cı il tarixli qərarını təqdim etmişdir. Bundan sonra o, 2006-cı ildə həmin torpaq sahəsində yaşayış evi tikmişdir. Şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərdi ki, 2018-ci ildə özünə ev tikmək üçün torpaq sahəsi almağı qərara almışdır. Həmin vaxt o, Şahid22 Qobustan rayonu, Yeni Massiv ərazisində 0,06 hektar torpaq sahəsində yarımçıq tikili ev satdığını bilmişdir. O, Amil ilə görüşərək evin qiyməti barədə danışmışdır. Amil 15.000 manata həmin torpağı və tikilini ona satmağa razı olmuşdur. O, 2018-ci ildə 15.000 manat pul ödəyərək Amildən torpağı alsa da, lakin aralarında heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. Çünki Amildə torpağa dair yalnız bələdiyyə sənədi var idi. O, Amildən torpağı alandan sonra 2020-ci ildə həmin torpağa dair heç olmasa sənəd almağı qərara almışdır. O, Amilə müraciət edərək ona sənəd verməsini xahiş etmişdir. O, Amilə həyat yoldaşının şəxsiyyət vəsiqəsini verərək torpağa dair bələdiyyə sənədini onun adına rəsmiləşdirilməsini demişdir. Sonradan Amil ona Qobustan bələdiyyəsinin 22 iyul 2020-ci il tarixli iclasının protokolunun 06 nömrəli qərarından çıxarış sənədini vermişdir. O, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına 120 manat pul ödəmişdir. Şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərdi ki, 2006-cı ildə adına torpaq sahəsi almaq üçün Qobustan rayonu, Mərəzə bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs ona Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 250 №-li qərarına əsasən «Yeni Massiv» ərazisində 0,06 hektar torpaq sahəsi ayrılmışdır. O, bu torpaq sahəsinin ayrılması üçün 120 manat rüsumu bələdiyyənin hesabına ödəmişdir. O, həmin torpaq sahəsində ev inşa etmiş və hazırda da, həmin evdə yaşayır. Şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərdi ki, 1976-cı ildə Valeh Niftəliyevlə ailə həyatı qurandan Qobustan rayonunda yaşayır. O, heç bir yerdə işləmir. 2006-cı ildə həm özünə, həm dəki qızı X63 ev tikmək üçün torpaq sahəsi almaq məqsədi ilə Qobustan rayonu, Mərəzə bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs müraciət etmişdir. Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 334 №-li qərarı ilə qızı Elnarəyə 0,06 hektar və eyni tarixli 383 №-li qərarı ilə isə onun adına 0,06 hektar torpaq sahəsi ayrılmışdır. O, torpaq sahəsinin ayrılması üçün bələdiyyəyə rüsum ödənilməsi üçün bələdiyyə sədri Vasifə 120 manat pul ödəmişdir. Bundan sonra 2010-cu ildə onların hər ikisinə həmin torpaq sahələrini hasara alaraq orada yaşayış evi tikmişlər. O, özü hazırda həmin evdə yaşayır. Hər iki evə həm işıq, həm də qaz xətti çəkilmişdir. Şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərdi ki, 2001-ci ildən Qobustan rayon Gənclər və İdman idarəsində məşqçi müəllim vəzifəsində işləyir. Eyni zamanda o, iki seçki müddətidir ki, Qobustan şəhər bələdiyyəsinin üzvüdür. O,bələdiyyə üzvü olsa da, lakin faktiki olaraq bələdiyyənin heç bir iclaslarında iştirak etməmişdir. O, bələdiyyədə heç vaxt heç bir sənədə imza etməmişdir. 2015-ci ildə dayısı oğlu X116 atası üçün rayonda ev almaq istəmişdir. Onun dayısı və ailəsi Bakı şəhərində yaşadıqları üçün torpağı onun adına almağı qərara almışlar. O, Qobustan şəhəri ərazisində torpaq satan şəxslərlə maraqlanmış və Şahid26 Qobustan şəhərinin kənarında 0,06 hektar torpaq sahəsində yarımçıq tikili ev satdığını bilmişdir. Həmin vaxt Azər həbs olunduğu üçün qeyd olunan torpaq sahəsini onun qardaşı Azad Alıyev satırdı. Azad həmin torpağı və tikilini 7500 manata satırdı. Ağa bu qiymətə razılaşmışdır. Ağa özü Azadla görüşərək qiymət barədə razılaşmışdır. Ağa Bakı şəhərində qeydiyyatda olduğu üçün torpaq sahəsini onun adına almağı qərara almışdır. Bundan sonra Azad özü bələdiyyə sədri Təqsirləndirilən şəxsla danışaraq torpaq sahəsini onun adına rəsmiləşdirmişdir. Onun dayısı bir neçə il yay aylarında rayona gələrkən həmin yarımçıq tikilidə yaşayırdı. Sonradan dayısı oğlu Ağa həmin torpaq sahəsini Seymur Əmirova satmışdır. Şahid qismində dindirilmiş Şahid26 ifadəsində göstərdi ki, 2015-ci ildə barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. O, Binəqədi rayon məhkəməsinin 23.10.2015-ci il tarixli qərarı ilə 178.2.1, 178.2.2, 178.23 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2010-cu ildə özünə yaşayış evi tikmək üçün torpaq sahəsi almaq məqsədi ilə Qobustan rayonu, Mərəzə bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs müraciət etmişdir. O, Təqsirləndirilən şəxsla Mərəzə qəsəbəsi Yeni Massiv adlanan ərazidə 0,06 hektar torpaq sahəsinin satılmasına dair razılığa gəlmişdir. O, Vasiflə ona satmaq istədiyi torpaq sahəsinə getmişdir. Vasif ona həmin torpaq sahəsini göstərmişdir. Bundan sonra o, torpaq sahəsini almaq üçün Qoubstan bələdiyyəsinin "xxxx" ASC-də olan hesabına 120 manat pulu ödəmişdir. Bundan sonra Vasif ona bələdiyyənin müvafiq sənədlərini vermişdir. O, həmin torpaq sahəsində tikinti işlərinə başlamışdır. 2015-ci ildə o, həbs olunanda ailə üzvləri həmin torpaq sahəsini Şahid25 satmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs onun adına olan bələdiyyə sənədlərini ailə üzvlərindən götürərək, Şahid25 yeni sənədləri vermişdir. Buna görə də, onda həmin torpaq sahəsinə dair heç bir sənəd yoxdur. Şahid qismində dindirilmiş Şahid27 ifadəsində göstərdi ki, Quba rayonunda anadan osla da, təxminən 28 ildir ki, ailə üzvləri ilə birlikdə Qobustan rayonunda yaşayır. O, X28 fəhlə işləyir. 2011-ci ildə o, özünə yaşayış evi tikmək üçün torpaq sahəsi almaq məqsədi ilə Qobustan bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs onun həyat yoldaşı X14 adına 0,06 hektar torpaq sahəsi ayırmağa razı olmuşdur. Vasif onu həmin torpaq sahəsinə apararaq yerini göstərmişdir. O, bələdiyyənin hesabına dövlət rüsumu olan 120 manat pulu ödəyəndən sonra Vasif ona həyat yoldaşının adına olan Qobustan bələdiyyəsinin 04 iyun 2011-ci il tarixli iclas protokolunun 06 nömrəli qərarından çıxarış sənədini təqdim etmişdir. Bundan sonra o, həmin torpaq sahəsində yaşayış evi tikmişdir. Şahid qismində dindirilmiş Şahid28 ifadəsində göstərdi ki, 1996-1997-ci illərdə Qobustan rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən atası Fərmana 0,24 hektar əkinə yararlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı idi. Atası əvvəllər həmin torpaq sahəsində arpa və buğda əkmişdir. 2006-cı ildə Qobustan rayon İcra Hakimiyyəti tərəfindən onlara atasın məxsus 0,24 hektar torpaq sahəsinin Qobustan şəhərinin yaradılması ilə bağlı plana düşməsi barədə məlumat verilmişdir. Həmin vaxt onlara bu torpağın əvəzində başqa yerdən torpaq sahəsi veriləcəyini bildirmişlər. Onlar məcbur olduqları üçün bununla razı olmuşlar. Buna baxmayaraq onlar həmin 24 sot torpaq sahəsinin əvəzində heç bir torpaq sahəsi verilməmişdir. Bundan sonra Qobustan bələdiyyəsinin 2011-ci il tarixli qərarına əsasən atasına Qobustan şəhəri, Yeni Massiv adlanan ərazidə hərəsi 0,06 hektar olmaqla 2 qərar əsasında cəmi 0,12 hektar torpaq sahəsi verilmişdir. Onlar həmin torpaq sahəsini hasara almış və orada malheyvan saxlamaq üçün tövlə tikmişlər. O, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına 120 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs ondan və ailə üzvlərindən bu torpaq sahəsinə görə pul tələb etməmişdir. Şahid qismində dindirilmiş Şahid29h Hacıəhməd oğlu ifadəsində göstərdi ki, 2012ci ildə özünə yaşayış evi tikmək üçün torpaq sahəsi almaq istəmişdir. Həmin ərəfədə Qobustan rayonu, Nərimankənd sakini X123 özünə məxsus 0,06 hektar torpaq sahəsini 2000 manata satdığını demişdir. O, İmanı ilə razılaşmış və ona 2000 manat pulu vermişdir. Bundan sonra o, İmanının adına olan bələdiyyə sənədlərini ondan götürərək Qobustan bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs təqdim etmişdir. O, Vasifdən öz adına yeni sənədləri verməsini xahiş etmişdir. Vasif ona 120 manat dövlət rüsumu ödəməyi demişdir. O, rüsumu ödəyəndən sonra Vasif ona bələdiyyənin sənədlərini vermişdir. O, həmin torpaq sahəsini hasara alsa da, lakin orada ev tikməmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahələrinin harada yerləşməsini ona şifahi formada göstərmişdir. Şahid qismində dindirilmiş Şahid30 Mirzəağa oğlu ifadəsində göstərdi ki, 2006-cı ildə qardaşı Samir özünə yaşayış evi tikmək üçün torpaq sahəsi almaq məqsədi ilə həmin dövrdə Qobustan rayonu, Mərəzə bələdiyyəsinin sədri olmuş Təqsirləndirilən şəxs müraciət etmişdir. Samir Təqsirləndirilən şəxsla Mərəzə qəsəbəsi Yeni Massiv adlanan ərazidə 0,06 hektar torpaq sahəsini satın almağa dair razılığa gəlmişdir. Samir Vasiflə onun satmaq istədiyi torpaq sahəsinə getmişdir. O həmin vaxt Samirlə getmişdir. Vasif onlara həmin torpaq sahəsini göstərmişdir. Bundan sonra Samir bələdiyyənin hesabına 60 manat rüsum ödəmiş və Təqsirləndirilən şəxs ona bələdiyyənin torpağa dair qərarını və sair sənədləri vermişdir. Bundan sonra Samir həmin torpaq sahəsində tikinti aparmamışdır. Samir 2009-cu ildə həmin torpaq sahəsini ona vermiş və o, həmin torpaq sahəsində ev tikmişdir. O, hazırda həmin evdə yaşayır. O, torpaq sahəsində ev tikərkən və ondan sonrakı müəyyən müddət ərzində heç kim ona müraciət edərək torpaq sahəsinin magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyini deməmişdir. Bir müddət əvvəl isə Qaz idarəsi onu Qobustan məhkəməsinə vermişdir. Təqsirləndirilən şəxs ona həmin torpaq sahəsini ayırarkən torpaq sahəsinin magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyini deməmişdir. O, bunu sonradan qaz idarəsinin əməkdaşları ev gələndə bilmişdir. Təqsirləndirilən şəxs ondan həmin torpaq sahəsinə görə yalnız 120 manat rüsum almışdır. Bundan başqa Vasif ondan pul istəməmiş və ona pul verməmişdir. Onun atası 1ci qrup əlildir. 2006-cı ildə onun ailəsinin maddi imkanı yaxşı deyildi. Atası 1-ci qrup gözdən əlil olduğu üçün onlara bələdiyyə tərəfindən güzəşt olunmuşdur. Heç kim onlardan əlavə pul tələb etməmişdir. İfadəsi elan olunmuş şahid Şahid22 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2006-cı ildə özünə yaşayış evi tikmək üçün torpaq sahəsi almaq məqsədi ilə həmin dövrdə Qobustan rayonu, Mərəzə bələdiyyəsinin sədri işləmiş Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs onun adına 0,06 hektar torpaq sahəsi ayırmağa razı olmuşdur. Vasif onu həmin torpaq sahəsinə apararaq yeri göstərmişdir. O, bələdiyyənin hesabına dövlət rüsumu olan 120 manat pulu ödəyəndən sonra Vasif onun adına olan Qobustan bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 546 nömrəli qərarını təqdim etmişdir. Bundan sonra o, həmin torpaq sahəsində yaşayış evi tikmişdir. O, evi tikəndən sonra orada qaz və işıq xətti çəkmişdir. O, əvvəllər həmin evdə yaşasa da, lakin sonradan 2018-ci ildə soyadını bilmədiyi Məmməd adlı şəxsə 15.000 manata satmışdır. O, Məmmədə bələdiyyə sədri olan Təqsirləndirilən şəxs müraciət edərək adına bələdiyyə sənədi almağı məsləhət bilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qobustan Rayonu Dövlət Notariat Kontorunun dövlət notariusundan daxil olmuş 13 dekabr 2021-ci il tarixli 191 nömrəli məktuba əsasən notarius tərəfindən 2006-cı ildə həyətyanı torpaq sahəsinin 0.01 hektarının orta bazar qiymətinin 100 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı ərazi idarəsi tərəfindən Qobustan bələdiyyəsi ərazisində satılan həyətyanı torpaq sahəsinin hər 0.01 hektarına görə orta bazar qiymətinin 2010-cu ildə 500 manat, 2011-ci ildə 600 manat, 2012-ci ildə 700 manat, 2013-cü ildə 800 manat, 2014-cü ildə 800 manat və 2020-ci ildə 900 manat olması müəyyən edilmişdir. İstintaq materiallarına əsasən Təqsirləndirilən şəxs 24 fevral 2000-ci il tarixli 240 nömrəli qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Qobustan rayonu Mərəzə bələdiyyəsinin 2004-2008-ci illərdə sədri vəzifəsində işlədiyi və həmin bələdiyyə üzvlərinin 27 fevral 2000-ci il tarixli, 02 saylı iclas qərarı ilə təsdiq edilmiş «Qobustan rayonunun Mərəzə bələdiyyəsinin Nizamnaməsi»nin 3-cü bəndinə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi, aktların icrasının təmin edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial proqramlarını həyata keçirmək, digər işçiləri vəzifəyə təyin etmək, bələdiyyə icra aparatının fəaliyyətinə rəhbərlik etmək və qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərə malik vəzifəli şəxs olduğu müəyyən olunmuşdur. “Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 25 aprel 2008-ci il tarixli, № 592-İİİQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər edilməklə Mərəzə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Mərəzə qəsəbəsi “Qobustan qəsəbəsi” adlandırılmışdır. Təqsirləndirilən şəxs 16 iyun 2009-cu il tarixli 3451 nömrəli qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Qobustan rayonu Qobustan bələdiyyəsinin 2009-2020-ci illərdə sədri vəzifəsində işləmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olması qeyd olunmuşdur. Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X10»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olması qeyd olunmuşdur. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ saylı qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin» 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edilməsi, həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif etməsi və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 23-cü maddəsinin tələblərinə uyğun olaraq, satılan torpağın hər 0.01 hektarının qiymətinin şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0.01 hektarına görə ödənilən qiymətdən az olmayan məbləğdə satılmasının müəyyən olunmuşdur. İş üzrə cinayət işinin istintaq materiallarına əlavə olunmuş X5 adına 28.04.2006-cı il tarixli 564 saylı qərar və alqı-satqı müqaviləsi, X31 adına 28.04.2006-cı il tarixli 574 saylı qərar və alqı-satqı müqaviləsi, X81 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X32 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X53 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X52 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X23 adına 20.07.2006-cı il tarixli 05 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid15 adına 20.07.2006-cı il tarixli 05/65 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid12 Alhüseyn oğlunun adına 20.07.2006-cı il tarixli 196 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid23 adına 20.07.2006-cı il tarixli 250 saylı qərar və alqı-satqı müqaviləsi, X15 adına 20.07.2006-cı il tarixli 295 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid24 adına 20.07.2006-cı il tarixli 383 saylı qərar və alqı-satqı müqaviləsi, X24 adına 20.07.2006-cı il tarixli 388 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid22 adına 20.07.2006cı il tarixli 546 saylı qərar və alqı-satqı müqaviləsi, X6 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X33 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X68 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X69 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X34 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X54 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X16 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X91 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsil, Şahid26 adına 04.10.2010-cu il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsi, X7 adına 04.10.2011-ci il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsi, X14 adına 04.10.2011-ci il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid29h Hacıəhməd oğlunun adına 04.10.2012-ci il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid13 Əlihüseyn oğlunun adına 04.10.2013-cü il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid14 adına 04.10.2014-cü il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsi, X64 04.10.2014-cü il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid16 22.06.2020-ci il tarixli 06 saylı qərar və alqı-satqı müqaviləsi, X22 22.07.2020-ci il tarixli 06 saylı qərar və alqı-satqı müqaviləsi, X43 adına 04 oktyabr 2007-ci il tarixli 10 nömrəli qərarı və X79 adına 10 noyabr 2012-ci il tarixli 10 nömrəli qərarı, X55 adına 04.10.2006-cı il tarixli 10 nömrəli qərarı, X50 adına 04.10.2011-ci il tarixli 10 nömrəli qərarı, X56 adına 04.10.2011-ci il tarixli 10 nömrəli qərarı, Şahid7 adına 22.07.2020-ci il tarixli 07 nömrəli qərar öz xüsusiyyətinə və əlamətlərinə, üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi üçün 27 dekabr 2021-ci il tarixli qərarında maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 29 noyabr 2021-ci il tarixli 4/1617-5/1257 №-li rəyinə əsasən ekspertizaya təqdim edilmiş X31 adına tərtib olunmuş Mərəzə bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli 564 saylı qərarın kserosurətində, X17 adına tərtib olunmuş Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 5 saylı qərarın kserosurətində, X8 adına tərtib olunmuş Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 383 saylı qərarın kserosurətində, X25 adına tərtib olunmuş Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 334 saylı qərarının kserosurətində, X52 adına tərtib olunmuş Mərəzə bələdiyyəsinin 2006-cı il tarixli qərarın kserosurətində, Şahid22 Balasuvar oğlunun adına tərtib olunmuş Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 546 saylı qərarın kserosurətində, X81 adına tərtib olunmuş Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı tarixli qərarın kserosurətində, X69 adına tərtib olunmuş Mərəzə bələdiyyəsinin 30 may 2006-cı il tarixli 05 saylı qərarda, Şahid23 adına tərtib olunmuş Mərəzə bələdiyyəsinin 20 iyul 2006cı il tarixli 250 saylı qərarının kserosurətində, X26 adına tərtib olunmuş Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 295 saylı qərarının kserosurətində, Şahid12 Alhüseyn oğlunun adına tərtib olunmuş Mərəzə bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 196 saylı qərarın kserosurətində «Mərəzə bələdiyyəsinin sədri» qrafalarındakı imzalar; X5 adına tərtib olunmuş Qobustan bələdiyyəsinin 28 aprel 2006-cı protokolunun 04 nömrəli qərarından çıxarışın kserosurətində, X55 adına tərtib olunmuş Qobustan bələdiyyəsinin 4 oktyabr 2006-cı il tarixli iclas protokolunun 10 nömrəli qərarından çıxarışda, X43 adına tərtib olunmuş Qobustan bələdiyyəsinin 4 oktyabr 2007-ci il tarixli iclas protokolunun qərarından çıxarışın kserosurətində, X50 adına tərtib olunmuş Qobustan bələdiyyəsinin 4 oktyabr 2011-ci il tarixli iclas protokolunun 10 nömrə çıxarışın kserosurətində, X56 adına tərtib olunmuş Qobustan bələdiyyəsinin 4 oktyabr 2011-ci il tarixli iclas protokolunun 10 nömrəli qərarının kserosurətində, X3 adına tərtib olunmuş bələdiyyəsinin 4 iyun 2011-ci il tarixli iclas protokolunun 06 nömrəli qərarının kserosurətində, X7 adına tərtib olunmuş bələdiyyəsinin 4 oktyabr 2011-ci il tarixli iclas protokolunun 10 nömrəli qərarından çıxarışın kserosurətində, X53 adına tərtib olunmuş Qobustan bələdiyyəsinin 4 oktyabr 2011-ci il tarixli iclas protokolunun 10 nömrəli qərarından çıxarışın kserosurətində, Şahid29h Hacıəhməd oğlunun adına olan Qobustan bələdiyyəsinin 10 noyabr 2012-ci il tarixli iclas protokolunun 10 nömrəli qərarından çıxarışın kserosurətində, X79 adına olan Qobustan bələdiyyəsinin 10 noyabr 2012-ci il tarixli iclas protokolunun 10 nömrəli qərarından çıxarışın kserosurətində, X27 adına olan Qobustan bələdiyyəsinin 4 oktyabr 2013-cü il tarixli iclas protokolunun 10 nömrəli qərarından çıxarışda, Şahid7 adına olan bələdiyyəsinin 22 iyul 2020-ci il tarixli iclas protokolunun 07 nömrəli qərarında,X44 adına olan Qobustan bələdiyyəsinin 22 iyul 2021-ci il tarixli iclas protokolunun 06 nömrəli qərarından çıxarışın kserosurətində, X18 adına olan Qobustan bələdiyyəsinin 22 iyul 2020-ci il tarixli iclas protokolunun qərarından çıxarışın kserosurətində, Şahid16 Səmət oğlunun adına olan Qobustan bələdiyyəsinin 22 iyun 2020-ci il tarixli iclas protokolunun 06 nömrəli qərarından çıxarışın kserosurətində, X69 adına tərtib olunmuş 03 may 2021-ci il tarixli arayışda «Qobustan bələdiyyəsin sədri” qrafasındakı-imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş Qobustan rayonu Mərəzə bələdiyyəsinin X69 adına 30 may 2006-cı il tarixli qərarda, Qobustan bələdiyyəsinin X69 adına 03 may 2021 -ci tarixli 93 nömrəli arayışda, Qobustan bələdiyyəsinin X35 adına 04 oktyabr 2013-ci il tarixli iclasının protokolunun 10 nömrəli qərarından çıxarışda, X131 adına 04 oktyabr 2013-cü il tarixli iclasının protokolunun 10 nömrəli qərarından, Şahid7 adına 22 iyul 2020-ci il tarixli iclasının protokolunun 07 nömrəli qərarından çıxarışda olan möhür əksləri relyef klişe vasitəsilə sənədə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Qobustan rayonu Mərəzə bələdiyyəsinin X69 adına 30 may 2006-cı il tarixli qərarda, Qobustan bələdiyyəsinin X70 adına 03 may 2021-ci tarixli 93 nömrəli arayışda, Qobustan bələdiyyəsinin X35 adına 04 oktyabr 2013-cü il tarixli iclasının protokolunun 10 nömrəli qərarından çıxarışda, X55 adına tərtib olunmuş 04 oktyabr 2013cü il tarixli iclasının protokolunun 10 nömrəli qərarından çıxarışda, Şahid7 adına 22 iyul 2020-ci il tarixli iclasının protokolunun 07 nömrəli qərarından çıxarışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş Qobustan bələdiyyəsinin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. 29 dekabr 2021-ci il tarixli qərar və protokol ilə Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 50.000 manat vəsait V. Novruzovdan götürülərək 75 manat məbləğində pul vəsaiti bank xərcinə çıxıldıqdan sonra 49.925 manat vəsait saxlanılması üçün Azərbaycan Respublikasının Baş prokurorluğunun depozit hesabına keçirilmişdir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 29 dekabr 2020-ci il tarixli pulun depozit hesaba ödənilməklə saxlanmasının təmin edilməsi barədə qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs oğlundan götürülmüş cəmi 50.000 manat pul vəsaiti saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq depozit hesabına keçirilməsi təmin edilmişdir. 05 may 2022-ci il tarixli ianə ödənişindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Qobustan bələdiyyəsinin hesabına dəyimiş ziyana görə 1435 manat pul vəsaiti ödənilmişdir. Bununla da, cinayət işi üzrə təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs ifadələrində X43 adına qərar tərtib edərkən 04 oktyabr 2007-ci il tarix və Mərəzə bələdiyyəsi sözünün texniki səhv olaraq qeyd olunması, Şahid3, Şahid4, X89, Şahid6, Şahid7, Şahid9 və Şahid8 müraciətləri əsasında sonunculara ayırdığı torpaq sahələrinin Qobustan şəhərində məhllələrarası avtomobil yolu olmadığı, X36, X71, X117, X72, X92, X93, X57, Şahid15, Şahid12 Alhüseyn oğlu, Şahid23, X45, Şahid24, X58, Şahid22, X37, X73, X74, X102, X103, X74, X94, X46, X124, X38, X47, Şahid16, X48, Şahid26, X47, Şahid29h Hacıəhməd oğlu, Şahid13 Əlihüseyn oğlu, Şahid14, X64 ayırdığı torpaq sahələrinin qiymətini az göstərməməsinə dair gətirdiyi özünümüdafiə xarakterli xüsusatlar təkzib edilməklə onun təqsiri iş üzrə şahid ifadələri, üzləşdirmə protokolu, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi, baxış protokolu, istintaq hərəkətlərinə dair digər protokollar və dəlillərlə tam olaraq sübut olunmuşdur. Qobustan rayon prokurorluğunun 20 dekabr 2021-ci il tarixli tələbnaməsinə əsasən Azərbaycan Respublikası DİN-in BƏSİİ-in verdiyi 10 yanvar 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 27 dekabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, eləcə də digər sənədlərlə tam sübuta yetir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 309.1 və 313-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını, yaşadığı yerdən müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Zərərçəkmiş Qobustan bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən Qobustan bələdiyyəsinə dəymiş ziyanı tam ödənildiyini, ondan heç bir şikayəti və tələbinin olmadığını və V. Novruzova yüngül cəza verilməsini xahiş etdi. Мəhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını və əməlindən peşman olmasını, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 309.1 və 313-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Maddi ziyan olan 51.360 (əlli bir min üç yüz altmış) manatdan Azərbaycan Respublikası Baş prokurorluğunun müvafiq depozit hesabında saxlanıllan 49.925 (qırx doqquz min doqquz yüz iyirmi beş) manat Qobustan bələdiyyəsinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs tərəfindən 1435 manat Qobustan bələdiyyəsinin hesabına ödənilməsi nəzərə alınmalıdır. İşi üzrə 200 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə cinayət işinin istintaq materiallarına əlavə olunmuş və maddi sübut kimi tanınmış X5 adına 28.04.2006-cı il tarixli 564 saylı qərar və alqı-satqı müqaviləsi, X31 adına 28.04.2006-cı il tarixli 574 saylı qərar və alqı-satqı müqaviləsi, X81 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X32 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X53 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X52 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X23 adına 20.07.2006-cı il tarixli 05 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid15 adına 20.07.2006-cı il tarixli 05/65 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid12 Alhüseyn oğlunun adına 20.07.2006-cı il tarixli 196 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid23 adına 20.07.2006cı il tarixli 250 saylı qərar və alqı-satqı müqaviləsi, X15 adına 20.07.2006-cı il tarixli 295 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid24 adına 20.07.2006-cı il tarixli 383 saylı qərar və alqı-satqı müqaviləsi, X24 adına 20.07.2006-cı il tarixli 388 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid22 adına 20.07.2006-cı il tarixli 546 saylı qərar və alqı-satqı müqaviləsi, X6 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X33 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X68 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X69 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X34 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X54 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X16 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsi, X91 adına 20.07.2006-cı il tarixli qərar və alqı-satqı müqaviləsil, Şahid26 adına 04.10.2010-cu il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsi, X7 adına 04.10.2011ci il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsi, X14 adına 04.10.2011-ci il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid29h Hacıəhməd oğlunun adına 04.10.2012-ci il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid13 Əlihüseyn oğlunun adına 04.10.2013-cü il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid14 adına 04.10.2014-cü il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsi, X64 04.10.2014-cü il tarixli 10 saylı qərar və alqı-satqı müqaviləsi, Şahid16 22.06.2020-ci il tarixli 06 saylı qərar və alqı-satqı müqaviləsi, X22 22.07.2020-ci il tarixli 06 saylı qərar və alqı-satqı müqaviləsi, X43 adına 04 oktyabr 2007ci il tarixli 10 nömrəli qərarı və X79 adına 10 noyabr 2012-ci il tarixli 10 nömrəli qərarı, X55 adına 04.10.2006-cı il tarixli 10 nömrəli qərarı, X50 adına 04.10.2011-ci il tarixli 10 nömrəli qərarı, X56 adına 04.10.2011-ci il tarixli 10 nömrəli qərarı, Şahid7 adına 22.07.2020-ci il tarixli 07 nömrəli qərar öz xüsusiyyətinə və əlamətlərinə, üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi üçün 27 dekabr 2021-ci il tarixli qərarı maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 309.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat, CM-in 313-cü maddəsi ilə təqsirli bilinib 3000 manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 5000 cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi ziyan olan 51.360 (əlli bir min üç yüz altmış) manatdan Azərbaycan Respublikası Baş prokurorluğunun müvafiq depozit hesabında saxlanıllan 49.925 (qırx doqquz min doqquz yüz iyirmi beş) manat Qobustan bələdiyyəsinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs tərəfindən 1435 manat Qobustan bələdiyyəsinin hesabına ödənilməsi nəzərə alınsın. İşi üzrə 200 manat məhkəmə xəsci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınan sənədlər cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar