Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-6/2023 06.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1995-ci il tarixdə Qobustan rayonu Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, məhkum olunmamış, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X3 İdarəsinin Qobustan rayon X4rderobçu işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 61,400 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan şəhərinə daşımış, 28 fevral 2023-cü il tarixdə saat 11 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin içəri sol qoltuqaltı cibindən 01 (bir) ədəd sellafon bükülüdə təmiz çəkisi 61,400 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan şəhəri, Şikar Şikarov küçəsi, 80 nömrəli evdə ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 4-5 ay olar ki, narkotik vasitə olan marixuanadan arabir istifadə edir. X3 İdarəsinin Qobustan rayon X4rderobçu işləyir. Toy məclislərində qarmon ifaçısı olaraq fəaliyyət göstərir. Tutulmazdan təxminən 15 gün əvvəl Şamaxı rayonunun Bağırlı kəndində toy mərasimində iştirak etmək üçün həmin kəndə getmişdir. Toy mərasimi qurtardıqdan sonra, həmin yerdən çıxaraq təxminən saat 20 radələrində adını bilmədiyi küçə ilə hərəkətdə olan zaman yolun kənarında yerdə bir ədəd sellafon bükülü olmasını görmüşdür. Əyilərək həmin sellafon bükülünü götürmüş və içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşdür. Arabir narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyi üçün həmin sellafon bükülünü əynində olan qara rəngli gödəkçənin cibinə qoyaraq saxlamışdır. Bundan sonra Qobustan rayonuna evlərinə qayıtmışdır. 28 fevral 2023-cü il tarixdə saat təxminən 11 radələrində Qobustan şəhəri ərazisində “Son” adlanan yerdə olarkən polis əməkdaşları ona yaxınlaşmış və ona üzərində narkotik vasitəni gəzdirməkdə şübhəli olduğunu bildirərək RPŞ-yə dəvət etmişlər. Həmin vaxt üzərində bir ədəd sellafon bükülüdə narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə RPŞ-yə gəldikdən sonra hüquqlarını müdafiə etmək üçün Əlisa Abdullşyev öz seçimi əsasında dövlət hesabına ona müdafiəçi təyin edilmişdir. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsini təklif etmişlər. Gödəkçəsinin içəri sol cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellafon bükülünü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsi barədə soruşulduqda, həmin narkotik vasitə olan qurudulmuş marixuananı Şamaxı rayonu, Bağırlı kəndindən tapdığını demişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuananı heç kimdən almamışdır. Heç bir şəxsə narkotik vasitə olan qurudulmuş marixuana satmamış və ya verməmişdir. Bu barədə heç bir şəxsin məlumatı olmamış və bu barədə heç bir şəxsə bildirməmişdir. Heç kimdən nəyinsə qarşılığında narkotik vasitə almamışdır. Narkotik vasitə istifadə etməsi barədə nə ailə üzvlərinə, nə qohumlarına, nə də ki, tanışlarına heç vaxt bildirməmiş və bu barədə onların məlumatı olmamışdır. Əməlindən səmimi peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında Şahid2 ifadəsində verərək göstərdi ki, Qobustan RPŞ-nin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 fevral 2023-cü il tarixdə Qobustan şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə tərəfindən “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmiş və bununla əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. 28 fevral 2023-cü il tarixdə saat 11 radələrində Qobustan şəhər ərazisində Təqsirləndirilən şəxs Qobustan şəhəri ərazisində “Son” adlanan yerdə saxlanılaraq ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğu üçün onlarla birlikdə Qobustan RPŞyə getməli olacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra onun vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş müdafiəçi Əlisa Abdullayevin, həmçinin polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Ağasən Baratov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Winchester” markalı siqaret qutusu, qara rəngli gödəkçənin sol qoltuqaltı cibindən salfetin içərisində olan sellafon bükülüdə yaşıl rəngli narkotik vasitəyə bənzər kütlə və göy rəngli şalvarın sağ qabaq cibindən “Samsung A 51” markalı telefonu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sol qoltuqaltı cibində salfetin içərisində olan sellofan bükülüdə olan yaşıl rəngli kütlənin narkotik vasitə “nəşə” olduğunu, həmin maddəni təxminən 15 gün bundan əvvəl Şamaxı rayonu, Bağırlı kəndində küçədə hərəkətdə olarkən yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə təhqiqatçı tərəfindən zərflərə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olur, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansısa bir maddə aşkar edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan olunan Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 fevral 2023-cü il tarixdə Qobustan şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olunmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə tərəfindən “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmiş və bununla əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrlə əməliyyat qrupunun rəhbəri özü, üzvləri isə CAB-ın əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 təyin olunmuşlar. 28 fevral 2023-cü il tarixdə saat 11 radələrində Qobustan şəhər ərazisində Təqsirləndirilən şəxs tərəflərindən Qobustan şəhəri ərazisində “Son” adlanan yerdə saxlanılaraq ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğu üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməli olacağını diqqətinə çatdırmışlar. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra onun vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş müdafiəçi Əlisa Abdullayevin, həmçinin polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Ağasən Baratov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Winchester” markalı siqaret qutusu, qara rəngli gödəkçənin sol qoltuqaltı cibindən salfetin içərisində olan sellafon bükülüdə yaşıl rəngli narkotik vasitəyə bənzər kütlə və göy rəngli şalvarın sağ qabaq cibindən “Samsung A 51” markalı telefonu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sol qoltuqaltı cibində salfetin içərisində olan sellofan bükülüdə olan yaşıl rəngli kütlənin narkotik vasitə “nəşə” olduğunu, həmin maddəni təxminən 15 gün bundan əvvəl Şamaxı rayonu, Bağırlı kəndində küçədə hərəkətdə olarkən yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə təhqiqatçı tərəfindən zərflərə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olur, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat marağı doğuran məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş hər hansısa bir maddə aşkar edilməmişdir. Şahid1 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərərək işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə bioloji ekspertizasının 28 fevral 2023-cü il tarixli, 7/305 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs...... üzərindən aşkar edilərək götürülmüş yaşıl rəngli maddə” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf sellofan kəsiyində təmiz çəkisi 61,400 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 61,400 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 61,350 qram olması qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 07 aprel 2023-cü il tarixli, 1978 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 61,400 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 61,350 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 22 mart 2023-cü il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 28 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 02 mart 2023-cü il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını və himayəsində azayaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 61,350 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 88 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347,349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 3 (üç) ay 9 (doqquz) gün 1 (bir) gün azadlıqdan məhrumetmənin 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla, ona təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 11 (on bir) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilsin, o, məhkəmə iclas zalında həbsdən azad edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 61,350 qram narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. İş üzrə 88 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edənMirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-6/2023
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-6/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver