Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-6/2024 27.02.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1983-cü ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Laçın rayonu, Mişni kəndində qeydiyyatda olmaqla, Qobustan rayonu, Xilmilli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 04 mart 2021-ci il tarixdən hesablanmaqla 14 fevral 2007-ci il təvəllüdlü X2, 21 yanvar 2009-cu il təvəllüdlü X4 və 02 oktyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Qobustan rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 2(026)- 114/2021 saylı 08 iyul 2021-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Qobustan rayon məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 3(026)-464/2022 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 12 oktyabr 2021-ci il, 14 oktyabr 2022-ci il və 10 aprel 2023-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 08 iyun 2023-cü il tarixədək Qobustan rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 2(026)-114/2021 saylı 08 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən 4550,00 manat ödənməmiş aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakılarla sübuta yetir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində gostərdi ki, Zərərçəkmiş şəxs ilə 2005-cı ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahları isə 28 oktyabr 2008-ci il tarixdə rəsmiləşdirilmişdir. Onlar evli olduqları müddətdə 14 fevral 2007-ci il təvəllüdlü X6, 21 yanvar 2009-cu il təvəllüdlü X8 və 02 oktyabr 2014-cü il təvəllüdlü X9 adında övladları anadan olmuşdur. O, nikahda olduğu müddətdə Zərərçəkmiş şəxs ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqlar anası Zərərçəkmiş şəxs himayəsində yaşamışdır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqları təkbaşına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Qobustan rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 08 iyul 2021 -ci il tarixli qətnaməsinə əsasən ondan 04 mart 2021 -ci il tarixdən hesablanmaqla 14 fevral 2007-ci il təvəllüdlü X2, 21 yanvar 2009-cu il təvəllüdlü X4 və 02 oktyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdi. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Qobustan rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Qobustan rayon məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə təqdimat verilən günə, yəni 08 iyun 2023-cü tarixədək 4550,00 manat məbləğində aliment borcu yığılıb qalmışdır. O, övladına baxmalı olduğunu dərk etdiyini, sadəcə qətnamədə qeyd edilən aliment məbləğinin çox olduğunu, buna görə də qətnamə ilə razı olmadığını, məşğulluq mərkəzi tərəfindən təklif olunan işlərin əməkhaqqısının az olması səbəbindən məşğulluq mərkəzindən təklif olunan işlərdən imtina etdiyini, fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, yəni "xxxx" MMC-də yükdaşıma sahəsində sürücü köməkçisi işlədiyini, aylıq gəlirinin 400-500 manat təşkil etdiyini, 4550 manat məbləğində aliment borcundan 650 manat ödəniş etdiyini göstərərək, qalan borcunu da ödəyəcəyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2005-cı ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş, nikahları isə 28 oktyabr 2008-ci il tarixdə rəsmiləşdirilmiş və bu nikahdan 14 fevral 2007-ci il təvəllüdlü X6, 21 yanvar 2009cu il təvəllüdlü X8 və 02 oktyabr 2014-cü il təvəllüdlü X9 adında uşaqları anadan olmuşdur. Təqsirləndirilən şəxs onlar evli olduğu müddətdə fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, yəni sürücülük etmiş və qazancı 500-600 manat təşkil etmişdir. Həmin müddətdə onlar Qobustan rayonu, Xilmilli kəndində birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs aylıq yetərli qədər gəliri olsa da ancaq öz yemək içməyinə, tüfeyli həyatına xərcləmişdir. O, nikahda olduğu müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də ayrılmaq qərarına gəlmiş və uşaqlar onun himayəsində qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədar ona maddi köməklik göstərməmişdir. O, isə uşaqları tək başına saxlaya bilmədiyindən 2021-ci ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və Qobustan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdən hesablanmaqla 14 fevral 2007-ci il təvəllüdlü X2, 21 yanvar 2009-cu il təvəllüdlü X4 və 02 oktyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Qobustan Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Qobustan rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Qobustan rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 08 iyul 2021ci il tarixli qətnaməsinə əsasən 4550 manat məbləğində ödənməmiş aliment borcu yaranmışdır. Bu müddət ərzində övladı ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. İndiyədək 650 manat aliment pulu ödəmişdir. O, aliment borcunun tam ödənilməsini, əks təqdirdə Təqsirləndirilən şəxs qanuna müvafiq olaraq ciddi cəzalandırılmasını xahiş etdi. Şahid qismində dindirilmiş Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində bildirdi ki, Qobustan rayon məhkəməsinin 2(026)-114/2021 saylı 08 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən 14 fevral 2007-ci il tarixdə anadan olmuş X6, 21 yanvar 2009-cu il tarixdə anadan olmuş X8 və 02 aprel 2014-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdən hesablanaraq hər ay hər uşağa 110 manat olmaqla cəmi 330 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra vərəqəsi 14 iyul 2021-ci il tarixdə Qobustan rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq 14 iyul 2021-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını tam təmin etməmişdir. Borclu Məmmədov X7 rayon icra və probasiya şöbəsinə dəvət edilərək ondan müxtəlif tarixlərdə izahatlar alınmışdır. Borclu Təqsirləndirilən şəxs aliment borcundan qismən ödənişlər etmiş, lakin icra sənədi üzrə aliment borcunun vaxtlı-vaxtında tam şəkildə təmin etmədiyindən borc məbləği artmışdır. Borclu Məmmədov X7 rayon məhkəməsinin 2(026)-114/2021 saylı 08 iyul 2021-cı il tarixli qərarı ilə tələbi icra etməməsi ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Qobustan rayon məhkəməsinin 3(026)-464/2022 saylı 26 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra 14 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıq edilmiş, cinayət məsuliyyətinə cəlb olunmağı istiqamətində tədbirlər görüləcəyi izah olunmuş, məsuliyyətləri bildirilmiş və izahatı alınmışdır. Borcun vaxtında və tam ödənilməsi ilə bağlı görülən tədbirlər də heç bir nəticə verməmişdir. Bundan sonra Qobustan rayon məhkəməsinin 8(026)-53/2022 saylı 01 mart 2023-ci il taixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədinin icrası ilə bağlı “Elektron icra" informasiya sistemindən əldə olunan məlumata əsasən borclu Təqsirləndirilən şəxs "xxxx" MMC-də işləməklə əmək haqqı aldığı müəyyən edilmiş və 13 mart 2023-ci il tarixdə aliment borcu borclunun əmək haqqından tutulması üçün iş yerinə göndərilmişdir. Lakin "xxxx" MMC-nin şöbəyə daxil olmuş 06 aprel 2023-ci il tarixli 012 saylı məktubundan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə işdən azad olunmuşdur. Verilmiş sorğuya əsasən X3 X1 Filialının şöbəyə daxil olmuş 28 aprel 2023-ci il tarixli məktubundan məlum olmuşdur ki, borclu Təqsirləndirilən şəxs “Əmək və Məşğulluq” alt sistemində qeydiyyatda olmadığı və vətəndaşa işsizliklə bağlı qeydiyyata alınması üçün dəfələrlə zəng olunmasına baxmayaraq əlaqə yaratmaq mümkün olmadığı göstərilmişdir. Bundan sonra 18 may 2023-ci il tarixdə borclu Təqsirləndirilən şəxs ünvan 1i ünvanında yaşadığı mənzilə baxış keçirilmiş, zəruri istifadədə olan əmlaklardan başqa tələbin yönəldilə biləcək heç bir əmlak aşkar edilməmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Borclu Təqsirləndirilən şəxs mobil telefonuna SMS bildirişlər, şifahi və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq aliment borcunun vaxtlı-vaxtında və tam şəkildə ödənilməsindən yayınmışdır. Tələbkar Zərərçəkmiş şəxs 13 mart 2023 və 30 may 2023-ci il tarixlərdə Qobustan rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək indiyədək Təqsirləndirilən şəxs ona aliment borcunu ödəmək iqtidarında olsa da tam ödəmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Materiallardan göründüyü kimi borclu Məmmədov X7 rayon məhkəməsinin 2(026)-114/2021 saylı 08 iyul 2021-ci il tarixli icra sənədi üzrə ona inzibati tənbeh tətbiq olunmasına, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Borclu Təqsirləndirilən şəxs bu günə kimi cəmi 4360 manat aliment pulu ödəmiş və 05 iyul 2023-cü il tarixə aliment borcu 4550 manat təşkil etmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 məhkəmə iclasında Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik informasiya İdarəsindən daxil olmuş 24 avqust 2023-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi göstərilmişdir. Qobustan rayon məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(026)-114/2021 saylı qətnaməsindən görünür ki, 14 fevral 2007-ci il tarixdə anadan olmuş X6, 21 yanvar 2009cu il tarixdə anadan olmuş X8 02 oktyabr 2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay hər uşağa 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilsi qət edilmişdir. Qobustan rayon icra şöbəsinin 14 iyul 2021-cı il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Qobustan rayon məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(026)-114/2021 saylı icra vərəqəsinə əsasən iş üzrə icraata başlanılmışdır. Qobustan rayon məhkəməsinin 3(026)-464/2022 saylı 26 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Qobustan rayon məhkəməsinin 8(026)-53/2022 saylı 01 mart 2023-ci il taixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qobustan rayon polis şöbəsinin 31 oktyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə axtarışda olan şəxs kimi tutulmuş, 01 noyabr 2023-cü il tarixədə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Qobustan rayon İHB-nin Qobustan rayon İHB-ın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 may 2023-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, aliment borcunu ödəməməsini nəzərə alaraq Təqsirləndirilən şəxsnа təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin еdilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə zalından dərhal həbsə alınmalı və “həbs” qətimkan təqdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 fevral 2024-cü il tarixdən hesab edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. O, məhkəmə zalından dərhal həbsə alınsın və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-6/2024
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-6/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver