Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-7/2020 19.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2020-ci il tarixdə Qobustan şəhərində Təqsirləndirilən şəxs – xx xxxx 1980-cı ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxx 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs Qobustan şəhərində yerləşən fərdi yaşayış evinin plastik materialdan olan pəncərəsini əli ilə sıxıb kilidi sındırmaqla açaraq evə qanunsuz daxil olub yataq otağından 200 manat dəyərində qara rəngli “LG” markalı, “32LN541U” modelli televizor, 30 manat dəyərində “Samsung Galaxy” markalı, “SM- G350E” (star 2 Plus) modelli mobil telefon və digər otaqdakı soyuducudan bir kiloqramının qiyməti 11 manat olmaqla cəmi 55 manat dəyərində 5 kq dana ətini götürüb gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 285 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan rayonunun Qobustan şəhərində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, iş olanda rayon ərazisində fəhlə işləyir. İşsiz olduğuna görə və son vaxtlar da ölkə ərazisində karantin rejimi elan edildiyinə görə işləmədiyi üçün pula ehtiyacı olmuş, buna görə də oğurluq etmək qərarına gəlmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 23 radələrində, o, Qobustan şəhəri ərazisində olarkən Zərərçəkmiş şəxs yaşadığı evində işıqların yanmadığını görüb evə daxil olub nə isə oğurlamaq üçün gizlincə həmin evin hasarına yaxınlaşmış, hasardan qalxıb bir qədər evə nəzarət etmiş, evdə heç kimin olmadığına əmin olmuşdur. Buna görə də, evə daxil olmaq qərarına gəlmişdir. O, daş hasardan keçib həyətə daxil olmuş və evə yaxınlaşmışdır. Evin işıqları sönülü olmuşdur. O, dərhal evin plastik materialdan olan pəncərəsini əli ilə sıxıb pəncərənin kilidini sındıraraq pəncərədən evin içərisinə daxil olmuşdur. Evin yataq otağından qara rəngli bir ədəd plazma televizor, televizorun arxa tərəfindən ağ rəngli “Samsung” markalı mobil telefonu da götürmüşdür. Daha sonra pəncərəsini açıb evə daxil olduğu otaqda olan soyuducudan təxminən 5 kq olan dana ətini görüb götürmüş, ət məhsulunu evdən tapdığı əl çantasına qoymuşdur. Götürdüyü telefonu cibində gizlətmiş, ət və televizoru açdığı pəncərədən həyətə qoymuş, özü də pəncərədən həyətə çıxmışdır. Sonra oğurladığı televizor və ət məhsulunu götürüb tez çəpərdən küçəyə çıxmışdır. Sonra da fikirləşmişdir ki, oğurladığı əşyaları evinə aparsa ailə üzvləri görə bilər, buna görə oğurladığı əşyaları gizlətmək məqsədilə evindən təxminən 400-500 metr aralıda olan Qobustan şəhərində yerləşən “Qayalıq” adlanan ərazidə qayaların arasında gizlin yerdə gizlətmişdir ki, səhəri gün əti ət dükanlarından birinə, televizoru və telefonu isə aparıb haradasa satsın. Oğurladığı əşyaları “Qayalıq” adlanan ərazidə gizlədib evinə qayıtmış, evdə birlikdə yaşadığı anasına bu barədə heç bir söz deməmişdir. Bundan sonra, xx xxxxx 2020-ci il tarixdə gündüz vaxtı, Zərərçəkmiş şəxs evində polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşlarının həmin oğurluğu onun törətdiyini müəyyən edəcəklərini fikirləşib buna görə də, oğurladığı əşyaları gündüz vaxtı gizlətdiyi yerdən götürməmişdir. xx xxxxx 2020-ci il tarixdə axşam saat 22 radələrində, o, “Qayalıq” deyilən əraziyə gəlib bir gün əvvəl oğurladığı əşyalardan televizor və ət məhsulunu gizlətdiyi yerdən götürmüş, telefonu da götürüb cibinə qoymuşdur. Sonra əşyaları evinə tərəf gətirərkən polis xidməti avtomobilinin gecə vaxtı sayrışan işıqlarından polis əməkdaşlarının həmin ərazinin yaxınlığında yolda hərəkət etdiyini görüb qorxmuş və polis əməkdaşlarının gəlib onun əlində oğurlanmış əşyaları görə biləcəyini fikirləşdiyinə görə dərhal həmin əşyaları haradasa gizlətmək istəmiş, həmin vaxtı o, Faiqgilin evinin yanında olduğundan oğurladığı əşyaları Faiqgilin evinin həyətində gizlətmək üçün Faiqgilin evinin darvazasına yaxınlaşmış, darvazanın qapısının açıq olduğunu görüb qapıdan həyətə baxmış və həyətdə heç kimin olmadığını görüb gizlicə Faiqgilin həyətinə daxil olub həyətdəki yarımtikilidə oğurladığı televizor və ət məhsulunu yarımtikilinin içərisindəki otaqların birində qoyub evinə getmişdir. Telefon cibində olduğundan telefonu da həmin yerdə qoymağı unutmuşdur. Evə çatanda, telefonun cibində qalması yadına düşmüşdür. Telefonu bir müddət bağlı vəziyyətdə saxlayıb sonra imkan edəndə satıb pul əldə etməyi düşünmüşdür. Buna görə də, telefonu evindəki qonaq otağında sandıqçanın altında gizlətmiş, heç kəsə bu barədə bildirməmişdir. Lakin sonradan polis əməkdaşları həmin oğurluğu onun törətdiyini müəyyən etmişlər. Əməlindən peşmançılıq çəkir, ziyanı tam ödəmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, həyat yoldaşı Famil Qurbanov 2019-cu ildə cinayət hadisəsi törətdiyi üçün həbs edildiyi vaxta kimi evində yaşamış, Famil həbs ediləndən sonra isə o, bacısı evində qalır. Lakin hər gün öz evinə gəlib evdə və həyətdə müəyyən işlər görür, yemək bişirib yeyib günortadan sonra yenidən bacısı evinə gedir. Evdə televizor, soyuducu və digər məişət əşyaları vardır. Bir neçə gün əvvəl o, evinə 5 kq dana əti alıb evdə soyuducuya qoymuşdur ki, gündüzlər gələndə həmin ətdən az-az bişirib yesin. xx xxxxx 2020-ci il tarixdə səhər vaxtı saat 08 radələrində, o, həmişəki kimi bacısının evindən çıxıb öz evinə gəlmiş, müəyyən ev işləri görüb saat 10 radələrində evin qapı, pəncərələrini və həyət darvazasını bağlayıb evdən çıxıb şəxsi işləri ilə bağlı rayon mərkəzinə getmişdir. Həmin gün işləri çox olduğu üçün bir də öz evinə gəlməmiş, birbaşa bacısı evinə getmişdir. Axşam bacısı evində qalıb xx xxxxx 2020-ci il tarixdə saat 07 radələrində öz evinə gəlmişdir. Həyət darvazasını açıb həyətə daxil olub həmişəki kimi evə yaxınlaşanda evin plastik materialdan olan pəncərəsinin açıq olduğunu, pəncərə setkasının isə həyətdə bitən alaq otlarının üstünə atıldığını görmüşdür. Evə kiminsə pəncərədən girdiyini bilib buna görə də, o, dərhal evin giriş qapısına yaxınlaşmışdır. Giriş qapısının bağlı olduğunu görüb qapının qıflını açıb içəri daxil olmuşdur. Dərhal yataq otağına baxıb təxminən 2 il bundan əvvəl əri Familin aldığı və yataq otağında olan “LG” markalı plazma televizorun yerində olmadığını görüb, digər otağa baxmış, həmin otaqda olan soyuducu, paltaryuyan və digər əşyaların isə yerində olduğunu görmüşdür. Sonra soyuducunu açanda, bir neçə gün əvvəl alıb soyuducuda saxladığı 5 kq dana ətinin soyuducuda olmadığını görmüşdür. Buna görə də naməlum şəxsin evin plastik materialdan olan pəncərəsini sıxıb açıb evə daxil olmasını və evdə olan televizor və 5 kq dana ətini oğurlandığını bilmişdir. Bundan sonra, hadisə ilə əlaqədar Qobustan RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sonradan, evindən televizor və dana əti ilə birlikdə həmçinin, 01 ədəd “Samsung G350E” markalı mobil telefonun da oğurlanmasını müəyyən etmiş, bununla bağlı əlavə olaraq, Qobustan RPŞ-yə ərizə ilə müraciət etmişdir. Oğurluğu törədən şəxs evinin plastik materialdan olan pəncərəsini sıxıb açarkən pəncərəni istifadəyə yararsız hala salmışdır. Oğurlanmış mobil telefonu bir müddətdir ki, istifadə etmədiyi üçün telefonun üzərində hansısa mobil sim nömrə və kontur olmamışdır. Oğurlanmış “LG” markalı televizorun qiyməti 200 manat, 5 kq dana ətinin qiyməti 55 manat, 01 ədəd “Samsung G350E” markalı mobil telefonun qiyməti isə 30 manat dəyərində olduğuna görə oğurluq nəticəsində ona 285 manat dəyərində maddi ziyan dəymişdir. O, öz evindən oğurluq əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini sonradan bilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 16 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən işlədiyi daş karxanasından evinə qayıtmışdır. Həmin gün axşam o, evində olmuşdur. O, evində anası X2 ilə birlikdə yaşayır. Evdən heç yerə getməmişdir. xx xxxxx 2020-ci il tarixdə gündüz vaxtı o, rayon ərazisində olarkən, Qobustan şəhərində yaşayan Zərərçəkmiş şəxs evindən oğurluq olmasını eşitmiş, lakin, oğurluğun kim tərəfindən törədilməsini bilməmişdir. xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə evində olarkən, polis əməkdaşları gəlib onun evinə baxış keçirmək istədiklərini bildirmiş, o da etiraz etməyib həyətyanı sahədə baxış keçirilməsinə razılıq vermişdir. Baxış keçirilərkən evinin həyətindəki yarımtikilinin içərisindəki otaqların birində bir ədəd qara rəngli “LG” markalı plazma televizor və 5 kq dana əti olan əl çantası aşkar edilmiş, o isə həmin əşyaları həmin yerə özünün qoymadığını və kiminsə qoyduğunu bildirmişdir. Sonradan araşdırma aparılmış və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurluq edərək oğurladığı həmin bir ədəd qara rəngli LG markalı plazma televizor və 5 kq dana əti olan əl çantasını onun evinin həyətindəki yarımtikilinin içərisinə qoymuşdur. O, xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə və ya xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə həyətinə kənar kiminsə, eləcə də Təqsirləndirilən şəxs gəlməsini görməmiş və hiss etməmişdir. O, Zərərçəkmiş şəxs evindən əşyaları oğurlamamışdır. Həmin əşyaları Təqsirləndirilən şəxs oğurlayıb gətirib həmin yerə qoymuşdur. Məhkəmə iclasında Şahid2 Hacıheybət oğlu ifadəsində göstərdi ki, o, hazırda Qobustan rayon İHB-nın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs evi Qobustan şəhəri ərazisində yerləşir. Zərərçəkmiş şəxs əri Famil Qurbanov 2019-cu ildə cinayət hadisəsi törətdiyi üçün həbs edilmişdir, buna görə də Zərərçəkmiş şəxs evində tək yaşayır. Arabir bacısıgilin evində qalır. xx xxxxx 2020-ci il tarixdə isə məlum olmuşdur ki, Zərərçəkmiş şəxs evindən oğurluq olmuşdur. Bununla bağlı, Zərərçəkmiş şəxs rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Qobustan RPŞ-də aparılan araşdırma zamanı əvvəlcə oğurlanmış əşyaların Qobustan şəhər sakini Şahid1 evinin həyətindəki yarımtikilidə olması müəyyən edilmiş və götürülmüşdür. Lakin, sonradan yenə araşdırma aparılmış, məlum olmuşdur ki, həmin oğurluğu Qobustan şəhər sakini olan Təqsirləndirilən şəxs törətmişdir. İcra nümayəndəsi kimi ərazidə topladığı məlumatlardan müəyyən etmişdir ki, həmin evdən qeyd edilən oğurluq hadisəsini Təqsirləndirilən şəxs tək halda törətmiş, bu işdə onunla birlikdə hər hansı bir şəxsin, eləcə də Şahid1 iştirakı olmamışdır, sadəcə, Təqsirləndirilən şəxs oğurladığı əşyaları həmin gün “Qayalıq” adlanan ərazidə gizlədib xx xxxxx 2020-ci il tarixdə həmin əşyaları götürüb öz evinə apararkən yolda polis əməkdaşlarını görüb qorxmuş və həmin vaxt Şahid1 evinin yanında olduğundan əşyaları Faiqin evinin həyətindəki yarımtikilidə gizlətmiş, onların bu işdə birgə əlaqəsi olmamışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, Qobustan rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində polis leytenantı xüsusi rütbəsində xidmət aparır. Qobustan rayonu Qobustan şəhəri ərazisi onun xidməti ərazisinə aiddir. O, mütəmadi olaraq xidməti ərazisi olan Qobustan şəhəri ərazisinə gedib xidmət aparır. xx xxxxx 2020-ci il tarixdə Qobustan RPŞ-də xidmətdə olduğu vaxt, Qobustan şəhər sakini olan Zərərçəkmiş şəxs Qobustan RPŞ-yə ərizə verərək, öz evindən oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra, Qobustan RPŞ-nin İstintaq Qrupundan daxil olmuş əməliyyat tapşırığı əsasında keçirilən müvafiq əməliyyataxtarış tədbirləri zamanı xx xxxxx 2020-ci il tarixdə müəyyən etmişdir ki, xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Qobustan şəhərində yerləşən fərdi yaşayış evindən oğurlanmış 01 ədəd LG markalı qara rəngli televizor və əl çantasında olan 5 kq dana əti Qobustan şəhərində yaşayan Şahid1 yaşadığı evin həyətindədir. Bununla bağlı Şahid1 həyətində baxış keçirilərkən həmin əşyalar müəyyən edilərək götürülmüşdür. Bundan sonra, əməliyyat axtarış tədbirləri davam etdirilən zaman xx xxxxx 2020-ci il tarixdə müəyyən edilmişdir ki, xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Qobustan şəhərində yerləşən fərdi yaşayış evindən həmin əşyaları Qobustan şəhərində yaşayan Təqsirləndirilən şəxs oğurlamaqda şübhəlidir. Bununla bağlı şöbə rəhbərliyinə müraciət etmişdir. Buna görə də həmin cinayətin Qərib Qədirov tərəfindən törədilməsi təsdiq edildiyi üçün o, məsuliyyətə cəlb edilmişdir. Əməliyyat müvəkkili kimi ərazidə xidmət apararkən keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən etmişdir ki, həmin evdən qeyd edilən oğurluq hadisəsini Təqsirləndirilən şəxs təkcə törətmişdir, bu işdə onunla birlikdə hər hansı bir şəxsin, eləcə də Şahid1 iştirakı olmamış, sadəcə, Təqsirləndirilən şəxs oğurladığı əşyaları həmin gün “Qayalıq” deyilən ərazidə gizlədib xx xxxxx 2020-ci il tarixdə saat 22 radələrində həmin əşyaları götürüb öz evinə apararkən yolda polis əməkdaşlarını görüb qorxmuş və həmin vaxt Şahid1 evinin yanında olduğundan əşyaları onun evinin həyətindəki yarımtikilidə gizlətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsində Şahid1 heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi işləyən Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Qobustan RPŞ-yə daxil olmuş xx xxx 2020-ci il tarixli 145-4284-1120 saylı tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Qobustan rayonu İHB-nın Qobustan şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xx xxxx 2020-ci il tarixli 841 saylı arayışdan görünür ki, Qəribov X3 rayonunun Qobustan şəhərində qeydiyyatdadır və hal-hazırda Qobustan şəhərində yaşayır. İş materiallarında olan Qobustan rayonu İHB-nın Qobustan şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1290 saylı ekspert rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif markalı istifadədə olmuş malların 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 230,00 manat, təqdim edilməmiş 5 kq çəkidə olan dana ətinin 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 55,0 manat (5 kq x 11 man) müəyyən edilir. Koreyada istehsal edilmiş “LG” markalı, “32LN541U” modelli, 32 düyməli, 81 dioqanallı istifadədə olmuş televizorun ümumi qiyməti 200 manat, Çində istehsal edilmiş “Samsung Galaxy” markalı “SM-G350E” (Star 2 Plus) modelli, 3529xx/xx/406335/5 və3529xx/xx/406335/3 İMEİ kodlu, ön gövdəsi ağ, arxa gövdəsi qara rəngdə olan, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı, rəqəmsal fotokameralı, ekranı və ön gövdəsinin alt hissəsi zədəli vəziyyətdə mobil telefonun qiyməti 30 manat, tədqiqata təqdim edilməyən mallar nəzəri qaydada 5 kq çəkidə dana ətinin qiyməti 55 manat müəyyən edilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli, onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetir. O, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd Koreyada istehsal edilmiş “LG” markalı, “32LN541U” modelli, 32 düyməli, 81 dioqanallı istifadədə olmuş televizor, 1 ədəd Çində istehsal edilmiş “Samsung Galaxy” markalı “SM-G350E” (Star 2 Plus) modelli, 3529xx/xx/406335/5 və3529xx/xx/406335/3 İMEİ kodlu, ön gövdəsi ağ, arxa gövdəsi qara rəngdə olan, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı, rəqəmsal fotokameralı mobil telefon və 5 kq dana ətinin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspert xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə olduğu 2 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidməti Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidməti Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-7/2020
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-7/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver