Məhkəmə qərarları › İş №1(026)-7/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №1(026)-7/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 1(026)-7/2021 16.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxsxx xxxxxxx 1986-cı ildə Şamaxı rayonunun Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qobustan rayonunun Yekəxana kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Qobustan rayonunun Yekəxana kəndi ərazisində, Pirsaat çayının yaxınlığında olan örüş sahəsində həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı əlindəki ağac parçası ilə qəsdən Zərərçəkmiş şəxs vuraraq sol bazunun yuxarı 1/3-nin yan səthinin qançırından ibarət, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən və burun nahiyəsinə qəsdən yumruqla zərbə vuraraq, həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid burun tənəffüsünün pozulması ilə müşahidə olunan burun sümüyünün alın hissəyə keçən səthinin sınığı xəsarətləri yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində atasıgilin heyvanlarını otarmaq üçün Qobustan rayonunun Yekəxana kəndində yerləşən Pirsaat çayının ətrafına buraxmış, özü isə örüş sahəsindən 500 metr aralıda kəndin qırağında dayanmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona telefonla zəng edərək, heyvanların onun torpaq sahəsinə girdiyini bildirdikdə, Xəlilə heyvanların Pirsaat çayının ətrafında olduğunu, özünün də onların yanında olduğunu bildirmişdir. Bunları dedikdən sonra Xəlil telefonda qışqıra-qışqıra danışmış, bu səbəbdən ona, “heyvan mənimdi, özüm bilərəm, sənin sahənə girsə danışarsan”- demişdir. Bundan sonra, Xəlil heyvanların 10 gün əvvəl də onun torpaq sahəsinə girdiyini deyib, onu nalayiq söyüşlərlə təhqir etməyə başlamış, o da Xəlilin ünvanına söyüş söyməyə başlamışdır. Bu zaman Xəlilin gəldiyini görmüş, Xəlil gələn zaman qışqıraraq “niyə heyvanlara nəzarət etmirsən, mən sizin əlinizdən bezmişəm”-demişdir. Bundan sonra Xəlilə heyvanların torpaq sahəsinə girmədiyini bildirmişdir. Xəlil onun yanına yaxınlaşan zaman Xəlilin əlində ağac parçası olmuş, həmin vaxt onun üzünün əlində də ağac parçası olmuşdur. Xəlil yaxınlaşaraq əlindəki ağac parçası ilə onu vurmağa başlamış, bundan sonra, o da əlində olan ağac parçası ilə Xəlili vurmağa başlamışdır. Əlbəyaxa olub dalaşan zaman, yumruqla Xəlilin üz, göz və burun nahiyyələrinə yumruqla vurmuş, həmin vaxt Xəlilin burnundan qan açıldığı üçün ondan uzaqlaşmışdır. Həmin vaxt yanlarında heç kim olmamışdır. Bundan sonra, Xəlil burnunu yumaq üçün su arxına getmiş, o isə oradan uzaqlaşaraq evə tərəf getmişdir. Yerə yıxıldıqdan sonra Xəlil onu boğmağa çalışdığı üçün, onun burun və üz nahiyəsinə yumruqla vurmuşdur. Əməlindən peşmandır. Vurulmuş zərərə görə 1000 manat pul ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvlərinə məxsus 0,74 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsində arpa əkmişdir. Təqsirləndirilən şəxs həmkəndlisidir, əvvəllər münasibətləri normal olmuş, lakin 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs heyvanlarına nəzarət etmədiyinə görə heyvanları torpaq sahələrinə dəfələrlə girərək, ona ziyan vurduğu üçün aralarında narazılıq yaranmışdır. xx xxxx 2020-ci i tarixdə saat 12 radələrində, həyətə çıxıb pay torpaq sahəsinə nəzarət etmək üçün baxar zaman, Eldənizin heyvanlarının yenə də arpa sahəsinə tərəf getdiyini görmüşdür. Dərhal evdən çıxıb, sahəyə doğru irəliləmiş, həmin vaxt Eldənizin telefonuna zəng edib heyvanlarına nəzarət etmədiyi üçün yenə də heyvanlarının sahəsinə girdiyini və əvvəllər də heyvanlarının sahəsinə girib ziyanlıq etməsinə görə ona iradlarını bildirmişdir. Eldəniz acıqlı danışdığı üçün onunla telefonda acıqlı danışmış, telefonla danışa-danışa sahəyə doğru hərəkət edən zaman, Eldənizin rayonun Yekəxana kəndi ərazisində olan Pirsaat çayının yaxınlığındakı örüş sahəsində dayandığını görmüşdür. Yanına gedib iradların bildirən zaman, Eldəniz əlindəki ağacla üstünə gəlib, əvvəlcə həmin ağacla sol qolundan vurmuş, ondan özünü müdafiə etmək üçün əlindəki ağacı ona tərəf atmış, lakin ağac Eldənizə dəyməmişdir. Həmin vaxt Eldənizlə əlbəyaxa olmuş və yerə yıxılmışdır. Yerdə olan vəziyyətdə Eldəniz sol qolu ilə boynundan tutub sağ əli ilə yumruqla sifətindən burnundan, gözündən və başından vurmağa başlamış, zərbə burnuna dəyən zaman burnundan qan açılmış, bundan sonra Eldənizə onu buraxmasını bildirmişdir. Eldəniz ayağa qalxmış və dərhal ağacı götürüb başından vuranda özünü qorumaq üçün əlləri ilə başını tutmuş və ağac qollarına dəymişdir. Həmin vaxt orada başqa heç kim olmamışdır. Bundan sonra Eldəniz oradan çıxıb getmiş, o isə üzünü yuyandan sonra telefonla Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs heyvanlarının torpaq sahəsinə girməsi nəticəsində ona dəymiş ziyanı tam ödəyəcəyini bildirdiyindən xx xxxxx 2020-ci il tarixdə RPŞ-nə ərizə ilə müraciət edərək barışdığını bildirmiş, lakin bir müddət sonra maddi vəziyyətinin yaxşı olmadığını, ziyanı ödəyə bilmədiyini dediyindən yenidən Eldəniz barədə şikayətçi olmuşdur. Təqsirləndirilən şəxs heyvanlarının onun torpaq sahəsinə girməsi nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Bundan əlavə, Eldənizin yetirdiyi xəsarətlərlə əlaqədar xəstəxanada müalicə olunması üçün 1000 manat məbləğində pul xərcləmişdir. Eldənizi ağac parçası ilə boğmağa çalışmamış, onu döyməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 1000 manat ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını, onunla barışdığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 verdiyi xx xxxx 2020-ci il tarixli 39 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-burun tənəffüsünün pozulması ilə müşahidə olunan burun sümüyünün alın hissəyə keçən səthinin sınığı, sol bazunun yuxarı 1/3-nin yan səthinin qançırı nisbətən bərk kənarlı küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən sol bazunun qançırı sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən burun tənəffüsünün pozulması ilə müşahidə olunan, burun sümüyünün alın hissəyə keçən səthinin sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 rayon Polis Şöbəsinə daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Yekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də, Qobustan rayonu Yekəxana kəndində qeydiyyatdadır və orada yaşayır, himayəsində xx xxx 1987-ci il təvəllüdlü arvadı X6, xx xxx 2009-cu il təvəllüdlü oğlu X5 və xx xxxxxxxx 2012-ci il təvəllüdlü oğlu X3 vardır. İş materiallarına əlavə olunmuş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Yekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, оndan heç bir şikayəti və tələbi olmadığını göstərdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, əməlindən səmimi peşman olduğunu, hazırda zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək barəsində Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CM-in 73.2-ci və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar