Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-7/2023 13.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1990-cı il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 15,004 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib idarə etdiyi “VAZ-21124” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq, Qobustan şəhərinə daşımış, 07 mart 2023-cü il tarixdə saat 18 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhərində, “Son” adlanan ərazidə saxlanıldıqdan sonra orada həmin tarixdə saat 19:21-dən 19:35-dək olan müddət ərzində “VAZ-21124” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilən zaman avtomobilin qabaq saxlanc yerindən 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 7,601 qram və 7,403 qram olmaqla, ümumilikdə təmiz çəkiləri 15,004 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər narkotik vasitə qurudulmuş marixuana istifadə etmiş, lakin hazırda istifadə etmir. Tutulmazdan təxminən 10-15 gün əvvəl, yəni 2023-cü ilin fevral ayının sonlarında Siyəzən şəhərində yol kənarında 2 ədəd kibrit qutusu görmüşdür. Həmin kibrit qutularını götürüb içərisinə baxdıqda, içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyi üçün kibrit qutularının içərisində olan kütlələri tanımışdır. Əvvəlcə içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutularını cibinə qoymuşdur. Daha sonra isə həmin iki ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaları idarə etdiyi özünə məxsus olan “VAZ 21124” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə gətirərək avtomobilin qabaq sağ sərnişin oturacağının qarşı tərəfində olan saxlanc yerinə qoymuşdur. Bunu etməkdə məqsədi gələcəkdə həmin narkotik vasitəni istifadə etmək olmuşdur. 07 mart 2023-cü il tarixdə saat 12 radələrində Siyəzən şəhərində olan zaman tanışı Habillə görüşmüş və bu zaman Habilə bildirmişdir ki, “Qobustan rayonuna toya gedir və əgər işi yoxdursa, onunla birlikdə getsin”. Habilin də heç bir işi olmadığı üçün onunla Qobustan rayonuna getməyə razılıq vermişdir. Dostu Habili idarə etdiyi özünə məxsus qara rəngli, “VAZ 21124” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirdikdən sonra birlikdə Qobustan rayonuna yola düşmüşdür. Onlar Qobustan şəhərinə çatdıqdan sonra, orada həmin gün saat 18 radələrində polis əməkdaşları hər ikisini saxlamış və Qobustan RPŞ-yə dəvət etmişlər. Onlar polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan rayon Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsində üzərilərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Habil polis əməkdaşlarına üzərində narkotik vasitə olmadığını bildirmişdir. Özü isə polis əməkdaşlarına səmimi olaraq üzərində narkotik vasitə olmadığını, lakin özünə məxsus avtomobildə iki ədəd kibrit qutusunun içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən hüquqlarını müdafiə etmək üçün dövlət hesabına ona müdafiəçi təyin edilmişdir. Vəkil dəvət olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsini təklif etmişlər. Polis əməkdaşlarına üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya olmadığını bildirmişdir. Sonra isə polis əməkdaşları Habilin iştirakı olmadan üzərində şəxsi axtarış aparmış və üzərindən gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları özünün və Habilin iştirakı ilə idarə etdiyi avtomobildə axtarış aparmışlar. Axtarış zamanı avtomobilin qabaq sərnişin oturacağının qarşısında yerləşən, əşyaların saxlanılması üçün nəzərdə tutulan saxlanc yerindən iki ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Aşkar edilmiş iki ədəd kibrit qutusunun içərisindəki kütlələr polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Axtarış zamanı polis əməkdaşları həmin kütlələrin nə olmasını soruşmuşlar. Polis əməkdaşlarına demişdir ki, avtomobilindən aşkar olunaraq götürülmüş iki ədəd kibrit qutusunun içərisində olan kütlələr narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marixuananı Siyəzən rayonundan tapmış və özü istifadə etmək üçün avtomobilində saxlamışdır. Heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Şübhəli şəxs qismində tutularkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Əməlindən səmimi peşmandır. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq "xxxx" MMC-də satıcı işləyir. Təqsirləndirilən şəxs onun tanışıdır, yəni onlar bir məhəllədə yaşayır və qonşudurlar. Hümmətlə onun münasibəti hər zaman normal olmuş, aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Hümmət sintezator ifaçısıdır və toylarda sintezatorda ifa edir. Hümmət başqa rayonlara toylara gedəndə yolu tək getməsin deyə asudə vaxtlarında onunla birlikdə gedərək yol yoldaşı olur. 07 mart 2023-cü il tarixdə saat 12 radələrində Siyəzən şəhərində olan zaman Hümmətlə görüşmüş və bu zaman Hümmət ona bildirmişdir ki, Qobustan rayonuna toya gedir və əgər işi yoxdursa, onunla birlikdə getsin. Onun da heç bir işi olmadığı üçün Hümmətlə getməyə razılıq vermişdir. Hümmətə məxsus qara rəngli, “VAZ 21124” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdikdən sonra onlar Qobustan rayonuna yola düşmüşlər. Onlar Qobustan şəhərinə çatdıqdan sonra, həmin gün saat 18 radələrində polis əməkdaşları onları saxlamış və Hümmətlə onu Qobustan RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsində polis əməkdaşları ondan və Hümmətdən üzərilərində narkotik vasitə olubolmamasını soruşmuşlar. Polis əməkdaşlarına üzərində narkotik vasitə olmadığını bildirmişdir. Hümmət isə polis əməkdaşlarına səmimi olaraq üzərində narkotik vasitə olmadığını, lakin özünə məxsus avtomobilində iki ədəd kibrit qutusunun içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən vəkil dəvət olunaraq Hümmət şübhəli şəxs qismində tutulmuşdur. Sonra isə polis əməkdaşları onun iştirakı olmadan Hümmətin üzərində şəxsi axtarış aparmışlar və Hümmətin üzərindən narkotik vasitə aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları onun və Hümmətin iştirakı ilə Hümmətin avtomobilində axtarış aparmışlar. Axtarış zamanı Hümmətin avtomobilinin qabaq sərnişin oturacağının qarşısında yerləşən, əşyaların saxlanılması üçün nəzərdə tutulan saxlanc yerindən iki ədəd kibrit qutusunun içərisində narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Axtarış zamanı Hümmət polis əməkdaşlarına bildirmişdir ki, avtomobilindən aşkar olunaraq götürülmüş iki ədəd kibrit qutusunun içərisində olan kütlələr narkotik vasitə olan marixuanadır və özü istifadə etmək üçün avtomobilində saxlamışdır. Şahid Qobustan rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 07 mart 2023-cü il tarixdə Siyəzən şəhər sahini Təqsirləndirilən şəxs Seyıdaga oğıunun Qoustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuş və daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə Şahid1 tərəfindən "təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi" haqqında qərar qəbul edilmiş və bununla əlaqədar olaraq ondan Qobustan RPŞ-nın CAB-nın əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 ibarət əməliyyat qrupu yaradılaraq daxıl olmuş əməliyyat məlumatı əsasında digər əməliyyat qrupunun üzvləri 07 mart 2023-cü il tarixdə Qobustan şəhər ərazisində yerləşən "Son" adlanan əraziyə gedərək saat 18 radələrində Qobustan şəhəri, "Son" adlanan ərazidə olarkən Təqsirləndirilən şəxs Seyıdaga oğlunu orada görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını və onun özünü təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs özünü təqsim ermişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində qanunsuz gəzdirilməsində şübhəli olduğunu, ona görə də, onlarla birlikdə Qobustan RPŞ-yə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs bizə heç bır etiraz etməyərək Qobustan rayon polis şöbəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş Müdafiəçi və polis onların iştirakı ilə təhqiqatçı X5 Əliyevin üzərində şəxsi axtarış aparmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçıların yanında təqdim etməyi təklif olundu. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və maddə olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif olundu, bundan sonra onun üzərinə şəxsi axtarış keçınlmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş nər hansı, bir maddə aşkar edilməmişdir. Şahid qismində dindirilmiş Qobustan rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan olunan Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 07 mart 2023-cü il tarixdə Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə onun tərəfindən “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmiş və bununla əlaqədar olaraq ondan, Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında o və əməliyyat qrupunun digər üzvləri 07 mart 2023-cü il tarixdə Qobustan şəhəri ərazisində yerləşən “Son” adlanan əraziyə getmişlər. Həmin gün saat 18 radələrində Qobustan şəhəri, “Son” adlanan ərazidə olarkən Təqsirləndirilən şəxs orada görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını və onun özünü təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu, ona görə də, onlarla birlikdə Qobustan RPŞ-yə getməli olacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməyərək Qobustan RPŞ-yə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılığı ilə Qobustan şəhəri, “Son” adlanan ərazidə onun idarə etdiyi “VAZ 21124” markalı, qara rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılmışdır. Axtarış aparılarkən “VAZ 21124” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağının qarşısında olan saxlanc yerindən 02 ədəd sellofan parçasına bükülmüş kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutuları açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “VAZ 21124” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağının qarşısında olan saxlanc yerindən aşkar olunaraq götürülmüş 02 ədəd kibrit qutusunda olan yaşıl kütlələrin narkotik vasitə olan “nəşə” olduğunu, həmin maddələri təxminən 10-15 gün bundan əvvəl Siyəzən şəhərində olarkən yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin kibrit qutuları içərisində olan narkotik vasitəyə bənzər kütlələr ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlələr təhqiqatçı tərəfindən zərfə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar həmin zərfi imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 08 mart 2023-cü il tarixli, 7/352 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus .....” yazısı və imzalar olan zərfdəki 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 7,601 qram, 7,403 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, ümumi çəkisi 15,004 qramdır. Rəyin qeyd hissəsində marixuananın ümumi çəkisinin 15,004 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,1 qram, qalıq çəkisinin isə 14,904 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2023-cü il tarixli 2195 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 24 mart 2023-cü il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21124” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş təmiz çəkisi 15,004 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 14,904 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 24 aprel 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Siyəzən rayon İcra hakimiyyəti Başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 mart 2023-cü il tarixdə verdiyi 638 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, Siyəzən şəhəri, Ə.Vahid küçəsi, 8 nömrəli evdə yaşayır. Himayəsində 1995-ci il təvəllüdlü arvadı-X1, 2016-cı il təvəllüdlü qızı-X4 və 2018ci il təvəllüdlü oğlu-X2 vardır. Siyəzən rayon İcra hakimiyyəti Başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin “şübhəli şəxsin tutulması” haqqında 07 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, barəsində Qobustan rayon məhkəməsinin 09 mart 2023-cü il tarixli 1(026)-2/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 16 mart 2023-cü il tarixli 4(105)-19/2023 saylı qərarı ilə həbsdən azad edilmişdir. Həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını, himayəsində iki nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını, himayəsində iki nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 14,904 qram bitki mənşəli kütlələr tərkibində narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 78 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347,349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 9 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Siyəzən rayon Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Siyəzən rayon Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 14,904 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 78 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-7/2023
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-7/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver