Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-7/2024 13.02.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxx 1976-cı il tarixdə Şamaxı rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 5,081 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan rayonuna daşımış, 20 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan rayonu, Sündü kəndi ərazisində saxlanılaraq Qobustan Rayon Polis Şöbəsinə gətirildikdən sonra orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 4,656 qram, göy rəngli cins şalvarın sağ ön cibindən 01 (bir) ədəd sellofan bükülüdə və gödəkçənin sol yan cibindən açıq halda ümumi təmiz çəkisi 0,425 qram olmaqla, ümumilikdə təmiz çəkisi 5,081 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin sentyabr ayının təxminən ortalarında Gəncə şəhərindən Qobustan rayonuna gələn zaman Gəncə şəhərində avtovağzalda yerdə nəzərini kibrit qutusu cəlb etmiş və əyilib həmin kibrit qutusunu götürüb açıb içərisinə baxan zaman içərisində narkotik vasitə olan marixuana olmasını görmüşdür. Həmin kibrit qutusundakı narkotik vasitə olan marixuananı özü istifadə etmək üçün əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoymuş və Qobustan rayonuna yaşadığı evə gəlmişdir. 20 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı evdən çıxan zaman həmin kibrit qutusundakı narkotik vasitə olan marixuanadan bir balaca hissəsini ayırıb başqa bir sellofana bükərək əynində olan tünd göy rəngli cins şalvarının sağ qabaq cibinə qoymuş, içərisində narkotik vasitə marixuana olan həmin kibrit qutusunu isə əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə qoymuşdur. Sonra yaşadığı evdən çıxaraq Qobustan şəhərində “Son” adlanan yerə getmiş və oradan da taksi ilə rayonun Sündü kəndində olan kafeyə getmişdir. Kafedə olan zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onu Qobustan RPŞyə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları hüquqlarını müdafiə etmək üçün öz seçimi əsasında vəkil Niyaz Talıbovu dövlət hesabına ona müdafiəçi təyin etmişlər. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsini təklif etmişlər. Polis əməkdaşlarına üzərində bir ədəd kibrit qutusundakı narkotik vasitə olan marixuana olduğunu bildirərək həmin kibrit qutusunu əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin kibrit qutusu içərisindəki narkotik vasitə olan marixuana ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin kibrit qutusundakı narkotik vasitə olan marixuana polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra polis əməkdaşları ondan gəzdirilməsi qanunla qadağan olan başqa hər hansı maddə, predmet və əşya olubolmamasını soruşmuşlar. Əynində olan tünd göy rəngli cins şalvarının sağ qabaq cibindən bir ədəd sellofan bükülüdəki narkotik vasitə olan marixuananı da cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin sellofan bükülü içərisindəki narkotik vasitə olan marixuana ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış və əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən açıq halda narkotik vasitə olan marixuananın qırıntıları aşkar olunaraq götürülmüşdür. Həmin qırıntılar da elektron tərəzidə çəkilmişdir. Həmin narkotik vasitə cibinə kibrit qutusunun içərisindən tökülmüşdür. Bundan sonra isə sellofan bükülüdəki narkotik vasitə olan marixuana və açıq halda narkotik vasitə olan marixuananın qırıntıları birlikdə elektron tərəzidə polis əməkdaşları tərəfindən çəkilmiş, kağız zərfdə qablaşdırılmaqla möhürlənmişdir. Üzərindən göstərilənlərdən başqa heç bir gəzdirilməsi qanunla qadağan olan maddə, predmet və əşya aşkar olunmamışdır. Polis əməkdaşları həmin narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsi barədə soruşduqda, həmin narkotik vasitə olan marixuananı bir ədəd kibrit qutusunda Gəncə şəhərində avtovağzalda yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib olunaraq oxunmuş, bütün iştirakçılar və onun tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərində olan və polis əməkdaşlarına təqdim etdiyi sənəd surətləri, bir ədəd plastik kartı, ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 50 (əlli) manat, 30 (otuz) qəpik pul, bir qutu “Vest” siqareti ona qaytarılmışdır. Həmin narkotik vasitə olan marixuananı heç kimdən almamış, həmin narkotik vasitə marixuananı taparkən tək olmuş, narkotik vasitə istifadə etməsi barədə ailə üzvlərinə, qohumlarına və tanışlarına deməmişdir. Heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 sentyabr 2023-cü il tarixdə Qobustan şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə tərəfindən “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmiş və bununla əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrlə əməliyyat qrupunun rəhbəri CAB-ın rəisi Emin Məmmədzadə, üzvləri CAB-ın əməliyyat müvəkkili Şahid2 və o, təyin olunmuşlar. 20 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Qobustan rayonu, Sündü kəndi ərazisində yerləşən kafedə Təqsirləndirilən şəxs tərəflərindən saxlanaraq, ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla Qobustan RPŞ-yə getməli olacağını diqqətinə çatdırmışlar. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş müdafiəçi Niyaz Talıbovun və onların iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində bir ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana olduğunu bildirərək həmin kibrit qutusunu əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən çıxardaraq təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin kibrit qutusu içərisindəki narkotik vasitə olan marixuanaya oxşar kütlə ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin kibrit qutusundakı narkotik vasitə olan marixuanaya oxşar yaşıl ot kütləsi təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Sonra yenidən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs də əynində olan tünd göy rəngli cins şalvarının sağ ön cibindən bir ədəd sellofan bükülü çıxarıb içərisində narkotik vasitə olan marixuana olduğunu bildirərək təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin sellofan bükülü içərisindəki yaşıl ot kütləsi ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən narkotik vasitəyə oxşar yaşıl ot kütləsi aşkar olunaraq götürülmüşdür. Həmin yaşıl ot kütləsi də təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmişdir. Bundan sonra isə sellofan bükülüdəki yaşıl ot kütləsi və gödəkçənin sol yan cibindən açıq halda aşkar olunmuş yaşıl ot kütləsi birlikdə elektron tərəzidə təhqiqatçı tərəfindən çəkilmiş və kağız zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən göstərilənlərdən başqa heç bir gəzdirilməsi qanunla qadağan olan maddə, predmet və əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan və təqdim etdiyi kağız formasında sənədlər, bir ədəd plastik kartı, ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 50 (əlli) manat pul əskinazı, 2 ədəd metal qəpik pul, bir qutu “Vest” siqareti təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə oxşar yaşıl ot kütləsini haradan əldə etməsi barədə soruşduqda, Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu, bir ədəd kibrit qutusunda Gəncə şəhərində avtovağzalda yerdən tapdığını və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa qanunla qadağan edilmiş hər hansısa bir maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəçisidir, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat marağı doğuran məlumat daxil olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 21 sentyabr 2023-cü il tarixli 3-16-16/2-7/1336 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs.....” yazı və imzalar olan zərfi açdıqda içərisində 01 ədəd kibrit qutusunda təmiz çəkisi 4,656 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs.....” yazı və imzalar olan digər zərfi açdıqda içərisində 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,425 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 5,081 qram olub, tərkiblərinə görə eynidir. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 5,081 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,1 qram, qalıq çəkisinin isə 4,981 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2023-cü il tarixli 6160 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 5,081 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 4,981 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 02 oktyabr 2023-cü il tarixdə Qobustan rayon polis şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Qobustan rayon İcra hakimiyyəti başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 oktyabr 2023-cü il tarixli 1566 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 14 dekabr 1938-ci il təvəllüdlü anası- X1, 08 mart 2006cı il təvəllüdlü qızı- X3 və 29 may 2005-ci il təvəllüdlü oğlu-X2 vardır. Qobustan rayon İcra hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 20 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, 20 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 22 sentyabr 2023-cü il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından dərhal həbsə alınmalı və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 4,981 qram olan olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 70 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 09 saat hüquqi yardıma görə 54 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347,349, 351-353, 356, 358 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdən 22 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından həbsə alınsın və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasının əvvəli 13 fevral 2024-cü il tarixdən hesab edilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 4,981 qram olan olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 70 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 09 saat hüquqi yardıma görə 54 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-7/2024
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-7/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver