Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-7/2025 15.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Zərərçəkmiş şəxs Həsənova (Haydımova) Rəna Rzaəli qızının nümayəndəsi vəkil Müdafiəçi2 iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1990-cı il tarixdə ünvan 4ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 4ində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(010)-2283/2022 saylı qətnaməsinə əsasən 23 iyun 2022-ci il tarixdən hesablanmaqla, 01 avqust 2017-ci il təvəllüdlü X2, 18 noyabr 2018-ci il təvəllüdlü X3 və 29 oktyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin və Təqsirləndirilən şəxs hər ayın 1-dən 10-u aralığında Nazilə Haydımovaya, Dəniz Haydımovaya və Tuncay Haydımova hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin tutularaq Həsənova (Haydımova) Rəna Rzaəli qızına ödənilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(010)-4598/2023 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Qobustan Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 3(026)-160/2023 saylı, habelə 28 mart 2024-cü il tarixli, 3(026)- 79/2024 saylı inzibati tənbeh vermə haqqında qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək hər iki qərar üzrə ayrı-ayrılıqda 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədlərindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 26 may 2023-cü il və 07 aprel 2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 17 iyul 2024-cü il tarixədək 8960 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Həsənova (Haydımova) Rəna Rzaəli qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Həsənova (Haydımova) Rəna Rzaəli qızı ilə 26 avqust 2016-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahdan 2017-ci il təvəllüdlü Nazilə, 2018-ci il təvəllüdlü Dəniz və 2019-cu il təvəllüdlü Tuncay adlı üç uşaqları olmuşdur. Ailə qurduqdan sonra mehriban şəraitdə yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Ona görə də 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs ondan ayrılaraq azyaşlı uşaqları ilə birlikdə ata evinə gedərək orada yaşayır. Hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən üç uşağının hər biri üçün 220 manat olmaqla, hər ay cəmi 660 manat alimentin ondan tutulması qət edilmişdir. Həmin aliment məbləği çox olduğuna görə vaxtı-vaxtında ödəyə bilmir və həqiqətən də ittiham aktında göstərilən məbləğdə aliment borcu yığılmışdır. İstintaq və məhkəmənin gedişində həmin borcdan ödənişlər etməyə çalışmış və cəmi 2100 manat pul ödəmişdir. Hətta özünə və digər ailə üzvlərinə məxsus yaşadığı kənddə yerləşən torpaq sahəsini və üzərindəki evi də mövcud borcun əvəzinə Zərərçəkmiş şəxs təklif etmiş, lakin sonuncu həmin əmlakı qəbul etməkdən imtina etmişdir. Hazırda Qarabağ bölgəsində tikintidə çalışır və məhkəmənin gedişatı daha bir neçə ay uzanarsa, borcundan daha əhəmiyyətli məbləğ ödəməyə söz verir. Yekunda Təqsirləndirilən şəxs borcunu ödəyə bilməsi üçün məhkəmənin bir neçə ay uzadılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Həsənova (Haydımova) Rəna Rzaəli qızının nümayəndəsi vəkil Müdafiəçi2 bildirdi ki, zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs 26 avqust 2016-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahdan 2017-ci il təvəllüdlü Nazilə, 2018-ci il təvəllüdlü Dəniz və 2019-cu il təvəllüdlü Tuncay adlı üç uşaqları olmuşdur. Zərərçəkmiş şəxs (Haydımova) 2022-ci ilin fevral ayında Vəlcandan ayrılaraq azyaşlı uşaqları ilə birlikdə ata evinə gedərək orada yaşayır. Həsənova (Haydımova) X22 Haydımova qarşı məhkəmədə uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(010)- 2283/2022 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdən hesablanmaqla 01 avqust 2017-ci il təvəllüdlü X2, 18 noyabr 2018-ci il təvəllüdlü X3 və 29 oktyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin və həmin məhkəmənin 04 oktyabr 2023-cü il tarixli, 2(010)-4598/2023 saylı qətnaməsinə əsasən hər ayın 1-dən 10-u aralığında Nazilə Haydımovaya, Dəniz Haydımovaya və Tuncay Haydımova hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqdimat verilən günə, yəni 17 iyul 2024-cü il tarixə cəmi 8960 manat aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxsin ona verdiyi məlumata görə, Təqsirləndirilən şəxs tərəfindən ona cinayət işi başlandığı gündən etibarən həmin aliment borcundan ümumilikdə 2100 manat ödənilmiş, bundan 750 manatı bu yaxınlarda ödənilmişdir. Lakin qeyd edilən məbləğdə ödənişin olunmasına baxmayaraq, təqsirləndirilən şəxsin aliment borcunun üzərinə hər ay 660 manat məbləğində yeni borc gəlir. Hazırda Təqsirləndirilən şəxs aliment borcu 13000 manatdan çoxdur. O, yığılmış aliment borcunun Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxsə ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülərək onun barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də məhkəmə iclaslarında borcun əvəzinə yaşadığı kənddə yerləşən ailəsinə məxsus evi Zərərçəkmiş şəxs təklif etsə də, həmin evə dair ümumiyyətlə hüquq müəyyənedici sənədlər mövcud deyil, torpaq sahəsi isə mövcud dövlət aktına əsasən Təqsirləndirilən şəxsla bərabər, onun bir çox qohum-əqrəbasının mülkiyyətindədir və buna görə də Zərərçəkmiş şəxs qeyd edilən təkliflə razı deyil. İş üzrə şahid qismində dindirilmiş Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(010)-2283/2022 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdən hesablanmaqla, 01 avqust 2017-ci il təvəllüdlü X2, 18 noyabr 2018-ci il təvəllüdlü X3 və 29 oktyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin və həmin məhkəmənin 04 oktyabr 2023-cü il tarixli, 2(010)-4598/2023 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs hər ayın 1-dən 10-u aralığında Nazilə Haydımovaya, Dəniz Haydımovaya və Tuncay Haydımova hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin tutularaq Həsənova (Haydımova) Rəna Rzaəli qızına ödənilməsi qət edilmişdir. Qətnamələr qüvvəyə mindikdən sonra icra olunması üçün Qobustan rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnamələrini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq, onun tərəfindən məhkəmə qətnamələri icra olunmamışdır. Qətnamələr borclu tərəfindən icra olunmadığı üçün Qobustan Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 3(026)-160/2023 saylı, habelə 28 mart 2024-cü il tarixli, 3(026)-79/2024 saylı inzibati tənbeh vermə haqqında qərarlarına əsasən İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək hər iki qərar üzrə ayrıayrılıqda 10 (on) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarlarının icrasını təmin etməmiş və 17 iyul 2024-cü il tarixədək tələbkar Həsənova (Haydımova) Rəna Rzaəli qızına cəmi 8960 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icraya yönəldiyi vaxtdan bugünədək qərəzli olaraq icra etməmişdir. Həmçinin bildirdi ki, istintaq zamanı Təqsirləndirilən şəxs toplanmış aliment borcu üzrə müəyyən ödənişlər etsə də, hər ay üzrə əlavə aliment borcu hesablandığına görə hazırkı toplanmış aliment məbləği ittiham aktında göstərilən məbləğdən də əhəmiyyətli dərəcədə çoxdur. İş üzrə şahid qismində dindirilmiş Qobustan rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(010)- 2283/2022 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə X18 ilə Təqsirləndirilən şəxs arasında 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 26 avqust 2016-cı ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 823 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 01 avqust 2017-ci il təvəllüdlü X12, 18 noyabr 2018-ci il təvəllüdlü X14 və 29 oktyabr 2019-cu il təvəllüdlü X4 boşanmadan sonra X9 yanında qalmaları, Təqsirləndirilən şəxs X9 xeyrinə 01 avqust 2017-ci il təvəllüdlü X12, 18 noyabr 2018-ci il təvəllüdlü X14 və 29 oktyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 140 manat olmaqla, cəmi 420 manat miqdarında alimentin tutulması, alimentin tutulmasının əvvəlinin 23 iyun 2022-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, MTT(010)- 140/2022 saylı qərardadı ilə müvəqqəti alimentin tutulmasının nəzərə alınması, Təqsirləndirilən şəxs dövlət nəfinə 70,4 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(010)- 2283/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs X9 xeyrinə 01 avqust 2017-ci il təvəllüdlü X12, 18 noyabr 2018-ci il təvəllüdlü X14 və 29 oktyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 140 manat olmaqla, cəmi 420 manat miqdarında aliment tutulmalı, alimentin tutulmasının əvvəli 23 iyun 2022-ci il tarixdən hesablanmalı, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, MTT(010)-140/2022 saylı qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınmalıdır; Qobustan rayon İcra və Probasiya şöbəsinin 04 oktyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, həmin qərarla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(010)-2283/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır; Qobustan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Təqsirləndirilən şəxs ünvanlanmış 04 oktyabr 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, 04 oktyabr 2022-ci il tarixli qərarla icraatına başlanılan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(010)-2283/2022 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş edilmiş, bu müddətdə tələb üzrsüz səbəbdən icra edilməsə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin borclu Təqsirləndirilən şəxs ünvanlanmış 10 oktyabr 2022-ci il, 05 yanvar 2023-cü il, 03 aprel 2023-cü il və 03 may 2023-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(010)-2283/2022 saylı icra sənədində göstərilən tələbi icra etmədiyinə və həmin vaxta ödənilməmiş aliment borcu yaranmasına görə borclu tərəfindən icra şöbəsinə gələrək həmin tələbin icra edilməsi, əks təqdirdə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 07 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialdan heç bir növ əmək pensiyası və sosial müavinət ödənilmir. Qobustan rayon İcra və Probasiya şöbəsinin 25 aprel 2023-cü il tarixli qərarının surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; Qobustan RPŞ-nin Qobustan rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 03 may 2023-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq 03 may 2023-cü ildə Qobustan rayon İcra şöbəsinə gətirilməsi təmin edilmişdir; İnzibati xəta haqqında MN ******* nömrəli, 16 may 2023-cü il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; Qobustan Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 3(026)-160/2023 saylı qərarının surətindən görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmiş, həbsetmənin əvvəlinin 16 may 2023-cü il tarixdən hesab edilməsi qərara alınmışdır; Qobustan Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Qobustan Rayon Məhkəməsinin 3(026)-160/2023 saylı, 16 may 2023-cü il tarixli inzibati qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin borclu Təqsirləndirilən şəxs ünvanlanmış 26 may 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(010)-2283/2022 saylı icra sənədində göstərilən tələbi icra etməyəcəyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Qobustan Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 8(026)-78/2023 saylı qərardadının surətindən görünür ki, həmin qərardadla təqdimat təmin edilərək, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; Qobustan rayon İcra və Probasiya şöbəsinin borclu Təqsirləndirilən şəxs ünvanlanmış 26 may 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(010)-2283/2022 saylı icra sənədində göstərilən tələbi icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 X1 Filialının 14 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2019-cu il tarixli, 327 nömrəli qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”na uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) 18 aprel 2020-ci il tarixdən işsiz kimi qeydiyyata alınmışdır. Filialın əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs MEİS-in vakansiya bankından münasib iş (fiziki şəxs X19 məxsus müəssisədə satıcı, əməkhaqqı 345 manat) təklif olunmuş və bu barədə məlumatlar onun şəxsi kabinetinə yerləşdirilmişdir. Təklif edilən münasib iş Təqsirləndirilən şəxs tərəfindən qəbul edildiyi üçün həmin vakansiyaya göndəriş və fərdi məşğulluq vərəqindən çıxarış MEİS tərəfindən elektron qaydada işəgötürənə göndərilmişdir; Qobustan RİHB-nin Cəmcəmli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 sentyabr 2023-cü il tarixli, 10 nömrəli arayışının surətindən görünür ki, 22 iyul 1990-cı il təvəllüdlü Haydımov X16 rayonu, Cəmcəmli kəndi ünvanında qeydiyyatdadır və yaşayır. İkinci ailə həyatı qurması ilə bağlı nümayəndəlikdə heç bir məlumat yoxdur; Qobustan rayon Cəmcəmli bələdiyyəsinin 34 nömrəli, 29 sentyabr 2023-cü il tarixli arayışının surətindən görünür ki, 22 iyul 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 4ində mülkiyyətində hər hansı əmlakı – fərdi yaşayış evi, bağ sahəsi, torpaq sahəsi yoxdur, həmçinin icarə və istifadəsində pay torpağı yoxdur; Qobustan RİHB-nin Cəmcəmli İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1, Qobustan RİHBnin Cəmcəmli kənd İƏD üzrə nümayəndəliyinin müavini X5, borclu Təqsirləndirilən şəxs, hal şahidləri X20 və X6 iştirakı ilə tərtib edilmiş 29 sentyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(010)-2283/2022 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbkar X9 xeyrinə üç uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 140 manat olmaqla, cəmi 420 manat alimentin ödənilməsi ilə bağlı borclu Təqsirləndirilən şəxs yaşadığı ünvan 4ində evinə baxış keçirilmiş, tələbin yönəldilə biləcəyi hər hansı dəyərli əmlak həbs qoyulub götürmək məqsədilə aşkar olunmamışdır; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(010)- 4598/2023 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə X9 etibarnamə üzrə nümayəndəsi X15 və Təqsirləndirilən şəxs arasında bağlanmış 02 avqust 2023-cü il tarixli, MŞB/6/2023-0093 nömrəli barışıq sazişinin aşağıdakı şərtlərlə təsdiq edilməsi: “Təqsirləndirilən şəxs övladları xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X11 hər ayın 1-dən 10-nu aralığında hər uşağa sabit pul məbləğində 220 manat olmaqla ümumilikdə 660 manat pul məbləğini ödəməyi öz öhdəsinə götürür” və ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində pulun Təqsirləndirilən şəxs X9 xeyrinə tutulması qət edilmişdir; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2283/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli və 2(010)-4598/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli qətnamələrindən şikayət verilməmiş və həmin qətnamələr müvafiq olaraq 04 noyabr 2022ci il və 13 noyabr 2023-cü il tarixdə qüvvəyə minmişdir; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(010)- 4598/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, X9 etibarnamə üzrə nümayəndəsi X15 və Təqsirləndirilən şəxs arasında bağlanmış 02 avqust 2023-cü il tarixli, MŞB/6/2023- 0093 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməli: “Təqsirləndirilən şəxs övladları xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X11 hər ayın 1-dən 10-nu aralığında hər uşağa sabit pul məbləğində 220 manat olmaqla ümumilikdə 660 manat pul məbləğini ödəməyi öz öhdəsinə götürür” və ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində pul Təqsirləndirilən şəxs X9 xeyrinə tutulmalıdır; Qobustan rayon İcra və Probasiya şöbəsinin 14 noyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, həmin qərarla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(010)-4598/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır; Qobustan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Təqsirləndirilən şəxs ünvanlanmış 14 noyabr 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, 14 noyabr 2023-cü il tarixli qərarla icraatına başlanılan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(010)-4598/2023 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş edilmiş, bu müddətdə tələb üzrsüz səbəbdən icra edilməsə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin 24 noyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, həmin qərarla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2283/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4598/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin borclu Təqsirləndirilən şəxs ünvanlanmış 11 dekabr 2023-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(010)-4598/2023 saylı icra sənədində göstərilən tələbi icra etmədiyinə və həmin vaxta ödənilməmiş aliment borcu yaranmasına görə borclu tərəfindən icra şöbəsinə gələrək həmin tələbin icra edilməsi, əks təqdirdə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Tələbkar Zərərçəkmiş şəxs tərəfindən Qobustan rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 01 fevral 2024-cü il tarixli ərizənin surətindən görünür ki, məhkəmənin qərarına əsasən uşaqlarının saxlanması üçün Təqsirləndirilən şəxs aliment tutulub ona ödənilməlidir. Vəlcan bugünə qədər alimenti qismən ödəmişdir. Bugünə qədər olan aliment borcu 6680 manatdır. Xahiş edir ki, onun barəsində tədbir görülsün, cinayət məsuliyyətinə cəlb edilsin. Cinayət məsuliyyətinə cəlb edilməsi üçün Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndərilsin; Qobustan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclunun işlədiyi "xxxx" MMCyə ünvanlandığı 06 fevral 2024-cü il tarixli göstəriş məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4598/2023 saylı icra sənədi üzrə 6680 manat aliment borcuna görə həmin MMC-də işləyən borclu Təqsirləndirilən şəxs hər ay əmək haqqının 70 faizinin tutularaq X9 xeyrinə ödənilməsi, borc məbləği qurtardıqdan isə hər ay 660 manat məbləğində aliment borcunun Təqsirləndirilən şəxs əmək haqqından tutularaq X9 xeyrinə ödənilməsi barədə göstəriş verilmişdir; "xxxx" MMC-nin 22 fevral 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda "xxxx" MMC-də Laçın şəhərində 05 fevral 2024-cü il tarixdən usta köməkçisi vəzifəsində işləyir və əmək haqqı məbləği 350 manat təşkil edir; "xxxx" MMC-nin 04 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, işdən çıxmaq istədiyini bildirmiş və 01 may 2024-cü il tarixində 01051 nömrəli əmrə əsasən həmin MMC ilə olan müqaviləsinə xitam verilmişdir. Məhkəmənin qərarına əsasən əmək haqqından 2 ay müddətində - mart və aprel aylarında hər ay 250 manat tutularaq (ümumilikdə 500 manat) Zərərçəkmiş şəxs hesabına köçürülmüşdür; İnzibati xəta haqqında MN ******* nömrəli, 28 mart 2024-cü il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; Qobustan Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 3(026)-79/2024 saylı qərarının surətindən görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmiş, həbsetmənin əvvəlinin 28 mart 2024-cü il tarixdən hesab edilməsi qərara alınmışdır; Qobustan Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Qobustan Rayon Məhkəməsinin 3(026)-79/2024 saylı, 28 mart 2024-cü il tarixli qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin borclu Təqsirləndirilən şəxs ünvanlanmış 07 aprel 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(010)-4598/2023 saylı icra sənədində göstərilən tələbi icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edilmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən tərtib olunmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(010)- 2283/2022 saylı və 13 noyabr 2023-cü il tarixli, 2(010)-4598/2023 saylı icra sənədləri üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar X13 ödənilən aliment ödənişləri barədə cədvəldən görünür ki, ümumilikdə qalıq aliment borcu məbləği 8960 manat təşkil edir; Tələbkar Həsənova (Haydımova) Rəna Rzaəli qızı tərəfindən Qobustan rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 18 oktyabr 2023-cü il tarixli ərizənin surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 3 uşağın saxlanılması üçün hər ay 660 manat olmaqla aliment ayrılıb. Qarşı tərəf Təqsirləndirilən şəxs bu qərar verildiyinə baxmayaraq, 3 uşağa ayrılan hər ay 660 manat olan alimenti vaxtında ödəmir, baxmayaraq hazırda onun işi var. Əvvəl Horadizdə işlədi, sonra isə Laçında işləyir. Özü də təsdiq edib ki, Laçında işləyir. Hətta onlardan kart çıxartmalarını istəmişdir. Kartı çıxarıb ona təqdim etmiş, ancaq artıq 4 aydır ki, o, karta heç bir ödəniş etmir. Xahiş edir ki, bir tədbir görülsün; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin müstəntiqi Seymur Xəlilov tərəfindən Təqsirləndirilən şəxs barəsində 01 noyabr 2024-cü il tarixdə ittiham elan olunması üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərar qəbul edilmişdir; Qobustan RPŞ-nin 18 dekabr 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2024-cü il tarixində saat 09:30 radələrində Qobustan rayonu ərazisində saxlanılmışdır; Bununla yanaşı, Təqsirləndirilən şəxs dindirilməsi haqqında 19 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, onun dindirilməsi 19 dekabr 2024-cü il tarixdə, saat 10:30-da başlamış, həmin gün, saat 11:30-a qədər davam etmişdir. Bu isə onu göstərir ki, onun tutulması 24 saatdan artıq davam etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin müstəntiqi Seymur Xəlilov tərəfindən qəbul edilmiş 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin müstəntiqi Seymur Xəlilov tərəfindən qəbul edilmiş 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ-nin X17 dərhal azad edilməsi qərara alınmışdır; Zərərçəkmiş şəxs Həsənova (Haydımova) Rəna Rzaəli qızı məhkəməyə ünvanladığı teleqramda övladlarına ayrılan alimentin ödənilməsinə köməklik göstərilməsini, alimenti ödəmədiyinə görə onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin (onun nümayəndəsinin) və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(010)-2283/2022 saylı qətnaməsinə əsasən 23 iyun 2022-ci il tarixdən hesablanmaqla, 01 avqust 2017-ci il təvəllüdlü X2, 18 noyabr 2018-ci il təvəllüdlü X3 və 29 oktyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin və Təqsirləndirilən şəxs hər ayın 1-dən 10-u aralığında Nazilə Haydımovaya, Dəniz Haydımovaya və Tuncay Haydımova hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin tutularaq Həsənova (Haydımova) Rəna Rzaəli qızına ödənilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(010)-4598/2023 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Qobustan Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 3(026)- 160/2023 saylı, habelə 28 mart 2024-cü il tarixli, 3(026)-79/2024 saylı inzibati tənbeh vermə haqqında qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək hər iki qərar üzrə ayrı-ayrılıqda 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədlərindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 26 may 2023-cü il və 07 aprel 2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 17 iyul 2024-cü il tarixədək 8960 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Həsənova (Haydımova) Rəna Rzaəli qızına ödəməyərək qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə (Azərbaycan Respublikasının 29 dekabr 2015ci il tarixli, 96-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə) inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən Qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: 1) məhkəmə aktlarını qərəzli icra etməmə; 2) məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə (Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli, 96-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə) müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. CM-in 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Sadalanan qanunvericiliyin məzmunundan göründüyü kimi, məhkəmə aktını icra etməmə yalnız qərəzli olduqda təhlil edilən cinayət tərkibini yaradır və cinayət tərkibi şəxsin məhkəmə aktını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin icra sənədini qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə aktlarında nəzərdə tutulmuş tələbin icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və buna görə inzibati məsuliyyətlərə cəlb edilməsinə baxmayaraq, məhkəmə qərarlarının icrası üçün yetərli tədbirlər görməmiş və bununla da Azərbaycan Respublikası adından çıxarılan, icrası məcburi sayılan məhkəmə aktını icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi cinayəti etiraf etməsini; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını; - cinayət təqibinin həyata keçirildiyi dövrdə yığılmış aliment borcundan müəyyən miqdar ödənilməsini. Məhkəmə iclasında təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqının gedişində aliment borcu üzrə müəyyən ödənişlər etsə də, borcun əvəzinə hansı əmlakı təklif etdiyini nümayiş elətdirməyə çalışsa da, təklif etdiyi əmlak onun mülkiyyətində olmamış, aliment borcu üzrə etdiyi ödənişlər isə aybaay ödəməli olduğu aliment məbləğlərini belə əhatə etməmiş və nəticədə hal-hazırda ödəməli olduğu aliment məbləği 13000 manata qədər artmaqla ittiham aktında göstərilən məbləğdən əhəmiyyətli dərəcədə çox olmuşdur. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 dekabr 2024-cü il tarixdən 19 dekabr 2024-cü il tarixədək tutulduğu iki gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 02 (iki) gün müddət həmin cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxsə məhkəmə icraatı zamanı göstərilən 15 saat hüquqi yardımla bağlı 90 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçiyə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 dekabr 2024-cü il tarixdən 19 dekabr 2024-cü il tarixədək tutulduğu iki gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 02 (iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 15 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 15 saat hüquqi yardımla bağlı 90 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma təqdim olunduğu andan) 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №1(026)-7/2025
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-7/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver