Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-8/2020 23.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 2020-ci il tarixdə Qobustan şəhərində Təqsirləndirilən şəxs – xx xxxx 1997-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Qobustan rayonunun Nabur kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – Azərbaycan Respublikası CM-in 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 03:50 radələrində Qobustan rayonunun Nabur kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus “Qardaşlar” adlı mağazanın arxa divarında olan nəfəsliyi əli ilə itələyib açaraq mağazaya qanunsuz daxil olub oradan 117 manat pul, bir ədədi 3,30 manat olmaqla 16,50 manat dəyərində 05 ədəd “Kent 4” markalı siqaret, 2,50 manat dəyərində 01 ədəd “LD klub” markalı siqaret, bir ədədi 1,70 manat olmaqla 6,80 manat dəyərində 04 ədəd “Winchester” markalı siqaret, bir ədədi 3,10 manat olmaqla 9,30 manat dəyərində 03 ədəd “Winston” markalı siqaret, bir ədədi 0,60 manat olmaqla 1,20 manat dəyərində 02 ədəd “Şahdağ” markalı dondurma, bir ədədi 0,60 manat olmaqla 1,20 manat dəyərində 02 ədəd “Eskimo Tornado” markalı dondurma, bir ədədi 0,70 manat olmaqla 1,40 manat dəyərində 02 ədəd “İceland” markalı dondurma, 40 manat dəyərində “TP link” markalı 01 ədəd internet modern aparatı, 10 manat dəyərində “Eskoda” markalı 01 ədəd kosmetika dəsti, 15 manat dəyərində 01 cüt qadın ayaqqabısı, 0,20 manat dəyərində 01 ədəd qadın alt paltar geyimi, 20 manat dəyərində qara rəngli 01 ədəd kişi şalvarı, 5 manat dəyərində “SHE” markalı 01 ədəd ətir, hər biri 4 manat olmaqla 8 manat dəyərində 500 qramlıq 02 ədəd mal əti konservi, 1,50 manat dəyərində “Russkiy Biskvit” markalı 01 ədəd rulet şirniyyatı, 1,50 manat dəyərində “ÇudoVkuso” markalı 01 ədəd vafli şirniyyatı, bir ədədi 1 manat olmaqla 3 manat dəyərində “Bizon” markalı enerji içkisi, 1 manat dəyərində olan “Hell” markalı 01 ədəd enerji içkisi, 1,50 manat dəyərində “Snikers” markalı 01 ədəd şokoladdan ibarət olmaqla, ümumi dəyəri 147,60 manat olan müxtəlif markalı ərzaq mallarını, geyim və məişət əşyalarını götürərək oradan çıxıb uzaqlaşmaq istəyərkən mağazanın qarşısında olan Zərərçəkmiş şəxs və qardaşı Raciv Kərimzadə tərəfindən onun törətdiyi cinayət əməli ifşa edildiyindən bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən edilən əməlini öz idarəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluq cinayətini etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan rayonunun Nabur kəndində yaşayır, Zərərçəkmiş şəxs onun qonşusu olmaqla həmkəndlisidir. Münasibətləri normal olmuş, əvvəllər aralarında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. Yaşadıqları Nabur kəndində Zərərçəkmiş şəxs evinin yanında Rafilə məxsus “Qardaşlar” adlı mağaza vardır. O, arabir həmin mağazadan bazarlıq etmişdir. Maddi imkanı zəif olduğu üçün bir dəfə həmin mağazadan oğurluq etməyi fikirləşmişdir. xx xxxx 2020-ci il tarixdə evə getməmiş gecə təxminən saat 03 radələrində o, evinin yaxınlığında olduğu vaxt Rafılin dükanına girib oğurluq etmək qərarına gəlmişdir. Təxminən saat 03:50 radələrində o, artıq Rafilin mağazasının yanında olmuş, əvvəlcə ətrafa göz gəzdirib orada kiminsə olub-olmadığını yoxlamış, ətrafda heç kəsin olmadığına və kiminsə onu görmədiyinə əmin olub mağazanın arxa tərəfinə yaxınlaşmışdır. Rafılgilin evi mağazanın arxa tərəfində yerləşdiyi üçün, o, əsasən, həmin tərəfə nəzarət edib onu oradan kiminsə görmədiyinə əmin olmuşdur. Bundan sonra mağazanın arxa divarında olan nəfəsliyi itələmiş və nəfəsliyin pəncərəsi açılmış, lakin qırılmamışdır. Pəncərə açılan kimi əli ilə pəncərənin kənarlarından yapışıb nəfəslikdən mağazanın içərisinə daxil olmuşdur. Mağazanın içərisinə girdikdən sonra əvvəlcə mağazanın giriş qapısının yanında olan kassaya yaxınlaşmış, kassaya baxdıqda orada pul olduğunu görmüş, həmin pulların hamısını götürüb saymış, kassada 117 manat pul olduğunu müəyyən etmişdir. Həmin pulları əynindəki cins şalvarın sağ yan cibinə qoymuş və bundan sonra, kassanın arxa tərəfindəki rəflərdən beş ədəd “Kent 4”, bir ədəd “LD klub”, dörd ədəd “Winchester”, üç ədəd “Winston” markalı siqaret götürmüş, siqaretləri mağazadan götürdüyü sellofan torbalara yığmış, sonra mağazanın giriş qapısının sağ tərəfində yerləşən soyuducudan iki ədəd “Şahdağ” markalı, iki ədəd “Eskimo Tomado” markalı, iki ədəd “İceland” markalı dondurmaları götürüb sellofan torbalara yığmış, sonra digər rəflərdən “TP-link” markalı bir ədəd internet modern, “Eskoda” markalı bir ədəd kosmetika dəsti, bir cüt qadın ayaqqabısı, bir ədəd qadın alt paltar geyimi, qara rəngli bir ədəd kişi şalvarı, bir ədəd “SHE” markalı ətir, 500 qramlıq iki ədəd mal əti konservi, “Russkiy Biskvit” markalı bir ədəd rulet şirniyyatı, “ÇudoVkuso” markalı bir ədəd vafli şirniyyatı, üç ədəd “Bizon” markalı enerji içkisi, “Hell” markalı bir ədəd enerji içkisi və bir ədəd “Snikers” markalı şokoladı oğurlayıb sellofan torbalara yığmış, daha sonra isə sellofan .torbaları götürüb pəncərəyə yaxınlaşmışdır. Pəncərəyə yaxınlaşdıqda fikirləşmişdir ki, sellofan torbaları əvvəlcədən pəncərədən yerə atsa səs edəcək, Rafılgilin evi lap yaxında olduğundan səs eşidiləcəyindən ehtiyatlanıb əvvəlcə özü çıxıb, sonra yavaşca və səssizcə sellofan torbaları götürmək qərarına gəlmişdir. Beləcə də, sellofan torbaları mağazaya daxil olduğu pəncərənin yanında olan ən yuxarı rəfə qoymuşdur ki, pəncərədən çıxandan sonra rahatca götürə bilsin. Sellofan torbaları yuxarı rəfə qoyandan sonra özü pəncərədən çıxıb yerə düşən zaman bir qədər ehtiyatsızlıq etdiyindən ayağı sürüşmüş və yerə yıxılmışdır. Qalxmaq istəyəndə isə həmin vaxt mağazanın sahibi Rafıl və qardaşı Raciv onun yanına gəlmiş və o, əməlinin aşkar edildiyini görüb oğurluq etdiyini onlara etiraf etmişdir. Hətta, həmin vaxt onlara mağazadan oğurlamaq istədiyi əşyaların sellofan torbalarda mağazanın içində rəfdə, oğurladığı 117 manat pulun isə cibində olduğunu bildirərək pulu cibindən çıxarıb Rafılgilə vermək istəmişdir. Lakin, Rafıl pulu götürməmiş və “gözləyək polis gəlib araşdırsın, pulları və oğurladığın əşyaları polisə təqdim et” demişdir. O isə bir söz demədən razılaşmışdır. Az sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. O da törətdiyi hadisəni olduğu kimi bildirmiş və oğurladığı pulu və əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Rafıl Kərimovun mağazasından ehtiyaca görə oğurluq etdiyini, həmin oğurluğu tək törətdiyini, heç kimin ona köməklik etmədiyini, oğurluq etməsi barədə heç kimin məlumatı olmadığını göstərdi. Əməlindən peşmançılıq çəkir, ziyanı tam ödəmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxs X4 ifadəsində göstərdi ki, Qobustan rayonunun Nabur kəndi ərazisində özünə məxsus “Qardaşlar” adlı ərzaq mağazası vardır. Həmin mağazada özü işləmiş. Mağaza ilə yaşadığı evin arası 6 metrdir. xx xxxx 2020-ci il tarixdə axşam vaxtı təxminən saat 21 radələrində o, mağazanı bağlayıb evinə getmişdir. xx xxxx 2020-ci il tarixdə saat 03:50 radələrində evdə yatdığı otaqda olarkən qardaşı Raciv evdən onu çağırmışdır. O, Racivin yanına gedəndə Raciv ona yavaşca, kiminsə gizlincə mağazaya girib oğurluq etdiyini bildirmişdir. Buna görə də o, mağazaya tərəf baxanda bir nəfər şəxsin mağazanın balaca pəncərəsindən içəridən çölə tərəf çıxıb yerə düşdüyünü görmüşdür. O və qardaşı Raciv dərhal həmin şəxsə yaxınlaşanda həmin şəxs onları görüb oğurladığı əşyaları içəridən götürə bilmədiyini bildirmişdir. Onlar həmin vaxt oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs onları görəndə dayanmış və səhv etdiyini demişdir. Namiq mağazadan oğurluq etdiyini, oğurladığı əşyaların mağazanın içində sellofan torbada rəfdə olduğunu və oğurladığı pulların isə cibində olduğunu deyib əynindəki şalvarın sağ cibindən pulları çıxarıb 117 manat pul olduğunu bildirərək onlara vermək istəmişdir. O isə Namiqin bu əməlinin polis tərəfindən araşdırılmasını qərara alıb ona “gözlə polisə məlumat verim, gəlib araşdırsınlar, pulu və oğurladığın əşyaları polisə təqdim edərsən” demişdir. Namiq də etiraz etməmiş və gözləmişdir. O, dərhal telefonla polisə zəng edib məlumat vermiş, bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər, daha sonra o, ərizə ilə Qobustan RPŞ-yə müraciət etmişdir. Bundan sonra mağazasına baxış keçirilərkən məlum olmuşdur ki, həmkəndlisi Namiq ona məxsus mağazadakı kassadan 117 manat pul, mağazadakı rəflərdən isə bir ədədi 3,30 manat olmaqla 16,50 manat dəyərində 05 ədəd “Kent 4” markalı siqaret, 2,80 manat dəyərində 01 ədəd “LD klub” markalı siqaret, bir ədədi 2,20 manat olmaqla 8,80 manat dəyərində 04 ədəd “Winchester” markalı siqaret, bir ədədi 3 manat olmaqla 9 manat dəyərində 03 ədəd “Winston” markalı siqaret, bir ədədi 0,60 manat olmaqla 1,20 manat dəyərində 02 ədəd “Şahdağ” markalı dondurma, bir ədədi 0,60 manat oJmaqla 1,20 manat dəyərində 02 ədəd “Eskimo Tomado” markalı dondurma, bir ədədi 0,70 manat olmaqla 1,40 manat dəyərində 02 ədəd “İceland” markalı dondurma, 45 manat dəyərində “TP link” markalı 01 ədəd internet modern, 13 manat dəyərində “Eskoda” markalı 01 ədəd kosmetika dəsti, 13 manat dəyərində 01 cüt qadın ayaqqabısı, 5 manat dəyərində 01 ədəd qadın alt paltar geyimi, 28 manat dəyərində qara rəngli Türkiyə istehsalı olan 01 ədəd kişi şalvarı, 6 manat dəyərində “SHE” markalı 01 ədəd ətir, hər biri 4,50 manat olmaqla 9 manat dəyərində 500 qramlıq 02 ədəd mal əti konservi, 2 manat dəyərində “Russkiy Biskvit” markalı 01 ədəd rulet şirniyyatı, 2 manat dəyərində “ÇudoVkuso” markalı 01 ədəd vafli şirniyyatı, bir ədədi 1,2 manat olmaqla 3,60 manat dəyərində “Bizon” markalı enerji içkisi, 1 manat dəyərində olan “Hell” markalı 01 ədəd enerji içkisi, 1,50 manat dəyərində böyük “Snikers” markalı 01 ədəd şokoladı, yəni ümumilikdə 287 manat dəyərində ərzaq malları və məişət əşyalarını oğurlamışdır. Bundan sonra, o, mağazaya ətraflı baxmış və qeyd edilənlərdən başqa əşya oğurlanmadığını müəyyən etmişdir. Həmçinin, Namiqin mağazaya daxil olduğu pəncərəyə baxdıqda pəncərənin sınmadığını və üzərində hər hansı bir əzik yerləri olmadığını görmüşdür. Namiq pəncərəni sıxıb açdığı üçün, pəncərəyə heç bir maddi ziyan dəyməmişdir. Həmçinin, mağazanın rəflərinə, soyuducuya və digər əşyalarına da maddi ziyan yetirilməmişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X5 zərər çəkmiş şəxs X4 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Qobustan rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisi vəzifəsində xidmət aparır. Qobustan rayonu Nabur kənd sakini X4 xx xxxx 2020-ci il tarixdə gecə saatlarında ona zəng edib saat 03:50-də özünə məxsus “Qardaşlar” mağazasından pul, ərzaq məhsulları, geyim əşyaları oğurlanması barədə məlumat vermişdir. Bu səbəbdən də o, bu barədə rayon polis şöbəsinə məlumat verib əməliyyat-istintaq qrupu ilə birgə hadisə yeri olan Qobustan rayonunun Nabur kəndinə getmiş, mağazaya çatdıqda oğurluğun Nabur kənd sakini Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bilmişdir. Həmin şəxs hadisə yerində X4 və qardaşı X5 ilə birgə polis əməkdaşlarını gözləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğurladığı 117 manat pulu və əşyaları polis əməkdaşlarına təhvil vermişdir. Bundan sonra, Qobustan RPŞ-də araşdırma aparılmışdır. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verdilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/1812 nömrəli ekspert rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda və fotocədvəldə qeyd edilən bir ədədi 3,30 manat olmaqla 16,50 manat dəyərində 05 ədəd “Kent 4” markalı siqaret, 2,50 manat dəyərində 01 ədəd “LD klub” markalı siqaret, bir ədədi 1,70 manat olmaqla 6,80 manat dəyərində 04 ədəd “Winchester” markalı siqaret, bir ədədi 3,10 manat olmaqla 9,30 manat dəyərində 03 ədəd “Winston” markalı siqaret, bir ədədi 0,60 manat olmaqla 1,20 manat dəyərində 02 ədəd “Şahdağ” markalı dondurma, bir ədədi 0,60 manat olmaqla 1,20 manat dəyərində 02 ədəd “Eskimo Tomado” markalı dondurma, bir ədədi 0,70 manat olmaqla 1,40 manat dəyərində 02 ədəd “İceland” markalı dondurma, 40 manat dəyərində “TP link” markalı 01 ədəd internet modern aparatı, 10 manat dəyərində “Eskoda” markalı 01 ədəd kosmetika dəsti, 15 manat dəyərində 01 cüt qadın ayaqqabısı, 0,20 manat dəyərində 01 ədəd qadın alt paltar geyimi, 20 manat dəyərində qara rəngli 01 ədəd kişi şalvarı, 5 manat dəyərində “SHE” markalı 01 ədəd ətir, hər biri 4 manat olmaqla 8 manat dəyərində 500 qramlıq 02 ədəd mal əti konservi, 1,50 manat dəyərində “Russkiy Biskvit” markalı 01 ədəd rulet şirniyyatı, 1,50 manat dəyərində “ÇudoVkuso” markalı 01 ədəd vafli şirniyyatı, bir ədədi 1 manat olmaqla 3 manat dəyərində “Bizon” markalı enerji içkisi, 1 manat dəyərində olan “Hell” markalı 01 ədəd enerji içkisi, 1,50 manat dəyərində “Snikers” markalı 01 ədəd şokoladdan ibarət müxtəlif markalı ərzaq mallarının, geyim və məişət əşyalarının 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 147,60 manat müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 rayon Polis Şöbəsinə daxil olmuş xx xxxx 2020-ci il tarixli ********* saylı tələbnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Qobustan rayonunun Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 218 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Qobustan rayonunun Nabur kəndində qeydiyyatdadır və orada yaşayır. İş materiallarına əlavə edilmiş Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Qobustan rayon Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli, onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetir. O, Azərbaycan Respublikası CM-in 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 29, 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut-117 manat pul, müxtəlif markalı ərzaq malları, geyim və məişət əşyalarının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspert xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-8/2020
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-8/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver