Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 1(026)-8/2021 02.03.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxsxx xxxx 1980-ci ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 04 radələrində Qobustan şəhər sakini Zərərçəkmiş şəxs məxsus 4000 manat dəyərində “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili, Zərərçəkmiş şəxs yaşadığı Qobustan şəhəri, Yeni Massiv adlanan ərazidə yerləşən evin həyətinin giriş darvazasının qarşısından talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək işlək vəziyyətə gətirib Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolu ilə Bakı şəhəri istiqamətində idarə etmiş, həmin yolun 81-ci km-də, Qobustan rayonunun Şıxzahirli kəndi ərazisindən keçən hissədə avtomobilin mühərriki söndüyündən avtomobili yolun kənarında saxlayıb oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə bir müddət oturduqdan sonra gecə yata bilmədiyi üçün xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixə keçən gecə saat 03 radələrində evdən çölə çıxaraq, Qobustan şəhəri ərazisində piyada gəzməyə başlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 04 radələrində Qobustan şəhəri, Yeni Massiv adlanan ərazidə piyada hərəkət edən zaman fərdi yaşayış evlərindən birinin qarşısında, yolun kənarında “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüş, ətrafda heç kimin olmadığını dəqiqləşdirdikdən sonra, həmin avtomobilə qanunsuz daxil olaraq idarə etmək qərarına gəlmişdir. Həmin avtomobilin yanına gələrək, qapılarının açıq olduğunu gördükdən sonra, avtomobilə əyləşmiş, avtomobilin açarı üzərində olduğu üçün avtomobili işə saldıqdan sonra onu sürərək, Bakı-Şamaxı-Yevlax yoluna çıxıb Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Bir müddət yolla hərəkət etdikdən sonra, Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonunun Şıxzahirli kəndi ərazisindən keçən hissəsində avtomobilin mühərriki sönmüş, avtomobili yenidən işə salmağa çalışsa da, avtomobilin işə düşmədiyini görərək, benzinin qurtardığını başa düşüb avtomobili yolun kənarında qoyub oradan uzaqlaşmışdır. Avtomobili orada saxladıqdan sonra piyada yaşadığı Qobustan şəhərinə gəlmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində polis əməkdaşları yaşadığı evə gələrək onu Qobustan RPŞ-yə dəvət etmişlər. Rayon polis şöbəsinə gəldikdən sonra törətdiyi cinayət əməlini etiraf etmişdir. “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək məqsədi ilə qaçırmış, avtomobili və avtomobildə olan hər hansı əşyanı oğurlamamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2015-ci ildə 4000 min manata ağ rəngli, 2007-ci il buraxılışı “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin avtomobili özü idarə etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 23 radələrində işdən gəldikdən sonra özünə məxsus “VAZ 21074” markalı **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobili Qobustan şəhəri, Yeni massiv adlanan ərazidə yerləşən yaşadığı evin darvazasının qarşısında saxlayaraq evə daxil olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə saat 05 radələrində yuxudan oyanıb çölə çıxmış, həmin vaxtı avtomobilinin yerində olmadığını görmüşdür. Bundan sonra evə qayıdaraq atasını yuxudan oyatmış və avtomobilin yerində olmadığını bildirmişdir. Bir müddət avtomobili axtardıqdan sonra avtomobili tapa bilmədiyindən Qobustan rayon polis şöbəsinə gedərək bu barədə məlumat vermişdir. Polis əməkdaşları onun yaşadığı ünvana gələrək müvafiq sənədləşmə işləri apardıqdan sonra getmişlər. “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilini Qobustan şəhər sakini Təqsirləndirilən şəxs sürmək məqsədi ilə qaçırdığını öyrənmişdir. Təqsirləndirilən şəxsla əvvəllər hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili və avtomobilindən hər hansı əşya oğurlanmamış, avtomobilinə ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını, onunla barışdığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Şahid1 ifadəsində göstərdi ki, Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxx 2020-ci il tarixdə səhər təlimatında, həmin günü saat 05 radələrində Qobustan şəhəri, Yeni Massiv adlanan ərazidən “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması barədə təlimatlandırılmışlar. Rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə qaçırılmış avtomobilin olduğu yerin müəyyənləşdirilməsi üçün bir sıra əməliyyat axtarış tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı-Şamaxı-Yevlax yolunun 81-ci km-də, Qobustan rayonunun Şıxzahirli kəndi ərazisindən keçən hissədə olduğu müəyyən edilmişdir. Bundan sonra “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil istintaq zərurəti ilə əlaqədar olaraq RPŞ-nin cərimə meydançasına gətirilmiş, daha sonra avtomobilin kim və ya kimlər tərəfindən qaçırıldığının məyyənləşdirilməsi üçün bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin Qobustan şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən sürmək məqsədi ilə qaçırıldığı müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs RPŞ-yə dəvət edilmiş, o, RPŞ-yə gəldikdən sonra törətdiyi əməli etiraf etmişdir. Şahid Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 daxil olmuş tələbnamədən görünür ki, Qəribov X3 rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinə əsasən təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Qobustan rayon məhkəməsinin 1 (026)-7/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020ci il tarixədək həbsdə olduğu 2 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmış, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikadı Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt şəhər Probasiya Şöbəsinin verdiyi xx xxxxxx 2021-ci il tarixli 505 saylı arayışda göstərilir ki, Qobustan rayon məhkəməsinin 1(026)-7/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinə əsasən 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixədək cəzasının 04 ay 25 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 02 il 07 ay 01 gün təşkil edir. İş materiallarına əlavə olunmuş AC N 454618 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxsdur. İş materiallarına əlavə edilmiş Qobustan Avtotexniki Xidmət Stansiyası tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 06 nömrəli mütəxəssis arayışında “VAZ 21074” markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki bazar qiyməti 4000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxxx 2020-ci il tarixli 1730 saylı arayışında Təqsirləndirilən şəxs Qobustan şəhərində qeydiyyatda olması və yaşaması göstərilmişdir. İş materiallarına əlavə edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 1729 saylı xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını göstərdi, cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirdi, cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmamasını və onunla barışmasını, ona ziyan dəyməməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı, cinayət işinin icraatına xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CM-in 73-1.1, Azərbaycan Respublikası CPM-in 43, 321, 347 və 384-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 4 saat hüquqi yardıma görə 24 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-8/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №1(026)-8/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver