Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-8/2022 05.04.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx xxx 1955-ci ildə Şamaxı rayonu, Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, məhkum olunmamış, Qobustan rayon X7 Hüquqi Şəxsin Çalov tibb məntəqəsinin müdiri vəzifəsində işləyən, Qobustan rayonu, Çalov kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əhmədov X5 rayon X7 Hüquqi Şəxsin direktoru Şahid1in 01 iyun 2020-ci il tarixli, 103-K saylı əmri ilə Qobustan rayon Mərkəzi Xəstəxanası PHŞ-in Çalov kənd tibb məntəqəsinin müdiri vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən feldşer ixtisası üzrə vaksinasiya prosesinə cəlb edildikdən sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli 48s saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021- 2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, “COVİD-19 xəstəliyinə qarşı vaksinasiya kompaniyası aparılması” barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 16 yanvar 2021-ci il tarixli 05 saylı əmrinə əsasən peyvənd vurulan hər bir şəxs barəsində məlumatın elektron qeydiyyat sisteminə daxil olunmasını, peyvənddən sonra xoşagəlməz reaksiya və ya ağırlaşmalar qeyd edilərsə, bu barədə məlumatın dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilməsini, tibbi profilaktik işlərin, peyvəndlərin icrasını təmin etməli, eləcə də Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “feldşerin nümunəvi vəzifə təlimatı”na əsasən cari sanitar nəzarəti həyata keçirərək epidemiya əleyhinə tədbirləri təşkil etməli və aparmalı, dərman preparatlarının saxlanılması, qeydiyyatı və silinməsini, pasiyentlər tərəfindən dərman preparatlarının qəbul edilməsi qaydalarına riayət olunmasını təmin etməli, uşaqlara və böyüklərə profilaktiki peyvəndləri təşkil etməli və aparmalı, ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə həyata keçirməli, öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ hüquqi aktların tələblərini vaxtında və peşəkar səviyyədə yerinə yetirməli, qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər xidməti sənədləri vaxtında və keyfiyyətlə rəsmiləşdirməli olduğu halda, inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən məsul vəzifəli şəxs kimi Qobustan rayonunun Çalov kənd sakinləri Şahid8, Şahid6 və Şahid10 COVİD-19 virusu əleyhinə peyvənd vurmadan sair şəxsi niyyətlə, yəni vaksinasiyanın aparılması ilə bağlı xidməti işinin asanlaşmasını təmin etmək və tibb işçisi kimi kənd sakinləri arasında şəxsi nüfuzunu artırmaq məqsədi ilə Şahid8 26 noyabr 2021-ci il tarixdə B24440057A seriya nömrəli “Sinovac Doza 1” peyvəndi ilə, Şahid6 23 noyabr 2021-ci il tarixdə B24440057A seriya nömrəli “Sinovac Doza 1” peyvəndi ilə və Şahid10 19 noyabr 2021-ci il tarixdə B24440057A seriya nömrəli “Sinovac Doza 1” peyvəndi ilə vaksinasiya olunmasına dair yalan məlumatların informasiya resursu hesab edilən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “analiz.its.gov.az” saytı üzə elektron portalda olan “Xəstə qeydiyyatı” bölməsinə daxil olunmasını təmin etmiş, bu hərəkətləri ilə də Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dünya üzərində geniş yayılmış “SARS-COV-2” virusu tərəfindən törədilən “COVİD-19” yoluxucu xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla da xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə, əhali arasında planlı vaksinasiyanın aparılması sahəsində həyata keçirilən siyasətin sabitliyinə mənfi təsir göstərməklə, informasiya resursuna bilə-bilə yalan məlumat daxil edilməsinə nail olmaqla vəzifə saxtakarlığı etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıdakı hallarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin təxminən may ayına qədər Qobustan Rayon Mərkəzi X6 Yardım Şöbəsində işləmişdir. 2020-ci ilin may ayında 65 yaşı tamam olduqdan sonra isə bir illik müqavilə əsasında feldşer ixtisasına uyğun olaraq rayonun Çalov kənd tibb məntəqəsinin müdiri kimi işləməyə başlamışdır. 2021-ci ildə müqaviləsinin müddəti bitdikdən sonra yenidən təzələnmiş və hal-hazırki dövrə qədər də o, Çalov kənd tibb məntəqəsinin müdiri vəzifəsində işləyir. 2021-ci ilin iyun-iyul aylarından “COVİD-19” virusunun ölkə ərazisində yayılmasının qarşısını almaq üçün rayonun Çalov və Cəyirli kəndlərində vaksinasiya məntəqələri yaradılmışdır. Ancaq həmin vaxt o, vaksinasiya prosesinə cəlb edilməmişdir. Vaksinasiyanı Qobustan Rayon Mərkəzi Xəstəxanasından gələn həkimlər həyata keçirmişdir. Ölkə ərazisində vaksinasiyanın sürətləndirilməsi məqsədi ilə səyyar briqadaların yaradılaraq ərazilərə cəlb edilməsi qərara alınmışdır. Buna əsasən də, rayon ərazisində mövcud olan bütün kəndlərin tibb məntəqələrində vaksinasiya aparılmaqdadır. Bəzi hallarda kənd yerlərindəki həkim məntəqələrində və kənd tibb məntəqələrində tibb işçilərinin çatışmazlığı səbəbindən Qobustan Rayon Mərkəzi Xəstəxanasında işləyən həkimlər və tibb bacıları (qardaşları) kəndlərə göndərilir və yerlərdə həmin tibb işçiləri tərəfindən vaksinasiya həyata keçirilmişdir. 01 sentyabr 2021-ci il tarixdən Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Şahid1 tərəfindən verilmiş əmrlə onun da vaksinasiya prosesində iştirak etməsi nəzərdə tutulmuşdur. Ancaq o, həmin vaxt vaksin dozalarını vura bilmədiyi üçün kursa cəlb olunmuş və sertifikat aldıqdan sonra vaksinator kimi kənd sakinlərinə vaksin dozalarını vurmağa başlamışdır. Belə ki, rayonun Cəyirli və Çalov kəndlərində də həkim çatışmazlığı olduğu üçün daha sonradan, yəni 2021-ci ilin noyabr ayının əvvəllərindən etibarən o, vaksinasiyanı Çalov və Cəyirli kəndləri ərazisində həyata keçirməyə başlamışdır. Cəyirli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Şahid2 da vaksinasiya prosesində bələdçi kimi iştirak etmişdir. Kənd sakinlərinin bəziləri yaradılmış vaksinasiya məntəqələrinə gəlməkdə çətinlik çəkdikləri üçün onların evlərinə Şahid2 ilə birlikdə getmişdir. Evlərə getdiyi zaman Şahid2 evlərin içərisinə girməmişdir. Evin içərisinə keçməməsinə səbəb vaksin vurulmalı şəxsin xəstə olması, qadın olması və onun həmin şəxsi müayinə etməli olmağı olmuşdur. O, Çalov və Cəyirli kəndlərində evlərinə getdiyi kənd sakinlərinin adlarını konkret olaraq xatırlamır. O, evlərinə getdiyi kənd sakinlərinə 3-cü doza vaksini vurdurmalı olduqları vaxtın çatdığını, 2-ci dozanı vurdurmalarından artıq 5-6 ay keçdiyini bildirmişdir. Çalov və Cəyirli kəndlərində vaksin olunacaq şəxslərin siyahısı icra hakimiyyəti rəhbərliyi tərəfindən müəyyənləşdirilərək Şahid2 təqdim edilmiş, həmin siyahıda adları olan şəxslərə vaksinin vurulması üçün Qabil onu siyahı ilə tanış etmiş, adları siyahıda olan şəxslərin evlərinə onu aparmışdır. Hər gün səhər icra nümayəndəsi Şahid2 Rayon Mərkəzi Xəstəxanasına gələrək gündəlik siyahıya uyğun vaksinləri təhvil alır və kəndə gətirmişdir. Tibb məntəqəsinə gələn şəxslər kənd ərazisində yaradılmış vaksinasiya məntəqələrində, gəlməyən şəxslər isə yaşadıqları evlərdə vaksin olunmuşlar. Hər günün sonunda Şahid2 vaksin vurulmuş şəxslərin siyahısını tərtib edərək həmin siyahını Qobustan Rayon Mərkəzi Xəstəxanasına təqdim edir, həmçinin hər günün sonunda artıq qalmış vaksinləri də siyahını təqdim edən zaman xəstəxanaya təhvil vermişdir. Vaksinasiya prosesi zamanı bəzi kənd sakinləri müxtəlif bəhanələrlə 3-cü doza vaksini vurdurmaqdan imtina etmişlər. Onlardan bəziləri 3-cü doza vaksini vurdurmamalarına səbəb kimi onkoloji xəstə olmalarını, bəziləri isə allergiyalarının olmalarını demişlər. O, heç bir kənd sakini barəsində 3-cü doza vaksin vurdurması ilə bağlı sistemə şəxsən məlumat daxil etməmişdir. Həmin sistemə daxil olmaq səlahiyyəti yoxdur. Vaksin vurdurmuş kənd sakinlərinin vaksin olunması ilə bağlı məlumatları sistemə xəstəxanada işləyən qeydiyyatçılar yerləşdirmişlər. Qeydiyyatçılar isə məhz icra nümayəndəsi Şahid2 təqdim etdiyi və vaksin olunmuş kimi qeyd edilmiş şəxslərin siyahısını elektron məlumat bazasına yerləşdirmişlər. Şahid2 isə onun vaksin vurduğunu bildirdiyi şəxslər barədə məlumatı qeydiyyatçılara bildirir və vaksin vurduğunu dediyi şəxslərin adlarını siyahıda, yəni üzərində “Cəyirli 2021” sözləri yazılmış dəftərdə qeyd edirdi. Şahid10, Şahid8 və Şahid6 3-cü doza vaksini vurmadığı barədə məlumatı Rayon Polis Şöbəsinə izahat verməyə gələndə Şahid2 bildirmişdir. Əvvəldən Şahid2 bu barədə məlumatı olmamışdır. Minarə, Zəminə və Nəzakətə vurmalı olduğu 3-cü doza vaksini şprisə çəkdikdən sonra onların səhhəti pisləşdiyi üçün vura bilməmişdir. Ancaq həmin vaksinləri saxlayıb başqa şəxslərə vurmağı da mümkün olmamışdır. Çünki vaksin soyuq temperaturda saxlanılır, artıq şprisə çəkilibsə, ya vətəndaşa vurulmalı, ya da məhv edilməlidir. O, şprisə çəkdiyi ancaq vura bilmədiyi həmin 3-cü doza vaksinləri şprislə birlikdə Çalov kəndində yerləşən evində sobanın içərisinə ataraq yandırıb məhv etmişdir. Həmin vaxt yanında heç kim olmamışdır. O, bir qayda olaraq vaksin vurduğu kənd sakinlərinin “Covid” pasportuna qeydiyyat aparmışdır. Lakin adlarını qeyd etdiyi üç nəfər kənd sakinin evinə getdiyi zaman onun tərəfindən heç bir sənədləşmə işləri həyata keçirilməmişdir. Vaksin vurulmuş şəxslərin adlarını o, Şahid2 bildirmişdir. Şahid8, Şahid10 və Şahid6 3-cü doza vaksini vurmadığı halda, onlara yaxşılıq etdiyini düşünüb, Qabilə həmin şəxslərə vaksin vurduğunu demişdir. Şahid2 xəstəxanadakı qeydiyyatçılarla telefon vasitəsilə əlaqə saxlayıb həmin kənd sakinlərinin adlarını sistemə saldırmışdır. Həmçinin, üzərində “Cəyirli 2021” sözləri yazılmış dəftərdə qeyd etmişdir. O, sadəcə olaraq Qobustan rayonunun Çalov kənd sakinləri Şahid10, Şahid8 və Şahid6 səhhətləri pisləşdiyindən 3-cü doza vaksini vura bilməmişdir. O və Şahid2 3-cü doza vaksini vurdurmaması üçün heç bir kənd sakinindən pul və ya qiymətli əşya tələb etməmişlər. Eləcə də, heç bir kənd sakini ona və Şahid2 həmin məqsəd üçün pul və ya qiymətli əşya verməmişdir. O və Şahid2 3-cü doza vaksini vurmadan Cəyirli və Çalov kənd sakinlərinin adlarını sistemə daxil etməyi həmin kənd sakinlərinə təklif etməmişlər. Eləcə də, ona və Şahid2 heç bir kənd sakini tərəfindən 3-cü doza vaksin vurmadan adlarının sistemə salınması təklif edilməmişdir. Cəyirli kənd sakini X2 isə 3-cü doza vaksini vurmuşdur. Buna görə də onun adı elektron məlumat bazasına daxil edilmişdir. X9 3-cü doza vaksini nə vaxt vurduğunu xatırlamır. O, Çalov kənd sakinləri Şahid8, Şahid10, Şahid6 həmkəndlisi olduqları üçün tanıyır. X10 şəxsən tanımır. O, Şahid10, Şahid8 və Şahid6 3-cü doza vaksini vurmamış, 3-cü doza vaksini şprisə çəkdiyi zaman həmin sakinlərin səhhəti pisləşdiyi və onlardan birinin də allergiyası tutduğu üçün 3-cü doza vaksini onlara vura bilməmişdir. Ancaq bu barədə Şahid2 məlumat verməmişdir. Bildirmişdir ki, 1-ci doza vaksin vurdurduqdan sonra şəxslərə “Covid-19” vaksinasiyasi üzrə məlumat forması (covid pasportu) verilir. Həmin covid pasportunda 1-ci, 2-ci doza vaksinlərin vurulmasını əks etdirən qeydlər edilir, hər doza vaksinin vurulma tarixi, hansı növ vaksin vurulduğu, vaksinin seriyası, vaksini vuran şəxsin adı qeyd edilir, vaksini vuran şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 3-cü doza vaksin vurulduqda da 1-ci və 2-ci doza vaksinlərlə bağlı müəyyənedici məlumatların əks olunduğu eyni covid pasportunda 3-cü doza vaksinin vurulması tarixi, vaksinin adı, seriyası, vaksin vuran şəxsin adı və imzası əks olunur və möhürlə təsdiq olunur. 3-cü doza vaksin vurdurmuş şəxslərə yeni covid pasportu verilmir. Vaksin vurulmuş şəxslər barəsindəki məlumatları sistemə xəstəxanadakı qeydiyyatçılar daxil edir. O, həmin qeydiyyatçıların adlarını bilmir. Qeydiyyatçılarla telefon vasitəsilə Qabil əlaqə saxlayır, istifadə etdiyi vaksin flakonları və istifadə edilməmiş vaksin flakonları Qobustan Rayon Mərkəzi Xəstəxanasının anbarına təhvil verilirdi. Həmin flakonları Şahid2 xəstəxananın anbarına aparırdı. Gün ərzində istifadə olunmuş və istifadə olunmamış vaksin flakonlarını da Qabil hər günün sonunda təhvil verir. Qabilin konkret olaraq vaksin flakonlarını kimə təqdim etdiyini də bilmir. Vaksinasiya prosesində iştirak etdiyi müddətdə Çalov kənd sakinləri Şahid8, Şahid10 və Şahid6 başqa heç bir şəxsə 3cü doza vaksini vurmadığı halda, adını 3-cü doza vaksin vurulmuş kimi qeyd etmiş, həmçinin adının elektron məlumat bazasına 3-cü doza vaksin vurulmuş şəxs kimi daxil edilməsini təmin etmişdir. Əməlindən səmimi peşmandır. Cinayət işi üzrə zərərçəkmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi X15 nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, 06 yanvar 2022-ci il tarixdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi X14 Hüquq departamentinin məhkəmə icraatı şöbəsinin koordinatoru vəzifəsində işləyir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 20 dekabr 2018-ci il tarixli, 418 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi X15 tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə” 12 aprel 2019-cu il tarixli, 163 nömrəli qərarı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə onun tabeçiliyində Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi X14 yaradılması tapşırılmış və respublikada olan dövlət səhiyyə sisteminə aid bütün tibb müəssisələri, o cümlədən Qobustan rayon X7 hüquqi şəxsi TƏBİB-in tabeliyinə verilmiş, həmin tibb müəssisələrinə münasibətdə vahid tənzimləmənin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Koronavirus (Covid-19) pandemiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq üçün aparılan vaksinasiya prosesi respublika ərazisində 20.01.2021-ci il tarixdən etibarən başlanmışdır. Vaksinasiyanın aparılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli, 48s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında Covid-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul edilmişdir. 27 fevral 2020-ci il tarixdən Covid-19 xəstəliyinin qarşısının alınması üçün SARS-CoV-2 virusu pandemiyasının törətdiyi təhlükəyə qarşı yönəldilmiş profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Azərbaycan Respublikasında “Covid-19” xəstəliyi əleyhinə 2021- 2022-ci illər üçün Vaksinasiya Strategiyasında immunoprofilaktika sahəsinə aid olan dövlət siyasətinin icrasının həyata keçirilməsi üçün vacib olan prinsiplər bütün vətəndaşlar üçün profilaktik peyvəndlərin zəruriliyi, dövlət və bələdiyyə tibb müəssisələrində əhalinin profilaktik vaksinasiyasının pulsuz aparılması, müəyyən edilmiş vaksinlərin təhlükəsizliyinə, saxlanılmasına və daşınmasına dövlət nəzarəti, əhali arasında maarifləndirmə tədbirlərinin aparılması, vaksinasiyaya hazırlıq mərhələsində tibb müəssisələrinin və tibb işçilərinin hazırlığının təmin edilməsi, vaksinasiya dövründə real əks göstərişlər olduqda imtina səbəbinin yazılı şəkildə bildirilməsi, vaksinasiyanın əhaliyə yarada biləcəyi fəsadların yaranma risklərinin nəzərə alınması və sair digər hərəkətlərdir. Vaksinasiya Strategiyasının məqsədi hazırda geniş yayılmış Covid-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır. Həmin Strategiyaya uyğun olaraq, mövcud olan epidemik vəziyyət və infeksiyanın yayılma təhlükəsini dərk edərək vətəndaşın özünün və digərlərinin sağlamlığının qorunması məqsədilə vaksinasiya könüllü şəkildə həyata keçirilir və vaksinasiya TƏBİB tərəfindən aparılır. Vaksinasiyanın həyata keçirilməsi ilə əlaqədar TƏBİB rəhbərliyi tərəfindən bütün rayon, şəhər xəstəxanalarına müvafiq əmrin surətləri göndərilərək vaksinasiyanın aparılması qaydası müəyyən edilmişdir. Bundan əlavə, ölkə ərazisində vaksinasiyanın sürətləndirilməsi məqsədi ilə səyyar briqadalar yaradılaraq ərazilərə cəlb edilməsi qərara alınmışdır. Vətəndaş ilk növbədə randevu.az saytında qeydiyyatdan keçdikdən sonra müraciət edən şəxsə göstərilmiş tarixdə peyvənd olunmasına dair məlumat verilir. Daha sonra müraciətçi məlumatda göstərilmiş tarixdə tibb müəssisəsinə yaxınlaşaraq peyvənd şöbəsinin əməkdaşı tərəfindən qəbul edilməklə müraciətçinin şəxsi məlumatları tibb işçisi tərəfindən “its.gov.az” saytına yerləşdirildikdən sonra həmin sistemdə vətəndaşın “Covid-19” virusuna yoluxması faktı aşkar edilərsə, imtina cavabı verilir, əks təqdirdə müayinə otağına göndərilərək müvafiq prosedur qaydalardan keçməklə peyvənd otağına göndərilir. Peyvəndin vurulması təmin edildikdən sonra vaksini vurmuş şəxs tərəfindən müvafiq tibbi sənədə peyvəndin vurulmasına dair qeydlər daxil edilərək vətəndaşa təqdim edilir. Respublika ərazisindəki tibb müəssisələrində Sinovac, Coronovac, Sputnik, Pfizer adlı vaksin dozalarından istifadə edilir. Lakin Sinovac dozasına üstünlük verilməkdədir. Qobustan rayon sakinlərindən hər hansı birinə peyvənd vurulmadan adının elektron məlumat bazasına daxil edilibedilməməsi barədə məlumatı yoxdur. Səyyar briqadalar ölkə ərazisində 02 aprel 2021-ci il tarixdən fəaliyyətə başlamış və fəaliyyət prinsipi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli, 48s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Covid-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” əsasında aparılır. Qobustan rayonu ərazisində aparılmış vaksinasiya prosesi ilə əlaqədar Agentliyə heç bir şikayət və ya narazılıq daxil olmamışdır. Dəymiş ziyanı ödəmişdir. Hər hansı bir tələbləri yoxdur. Təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, “Covid-19” virusunun ölkə ərazisində yayılmasının qarşısını almaq üçün aparılan vaksinasiya prosesi Qobustan rayonu ərazisində 20.01.2021-ci il tarixdən etibarən başlamışdır. Vaksinasiyanın həyata keçirilməsi ilə əlaqədar TƏBİB rəhbərliyi tərəfindən bütün rayon, şəhər xəstəxanalarına müvafiq əmrin surətləri göndərilərək vaksinasiyanın aparılması qaydası müəyyən edilmiş, bunun üçün əvvəlcədən Qobustan Rayon Mərkəzi Xəstəxanasında vaksinasiya kabineti yaradılmış, kabinet müvafiq əmrdə göstərilən tibbi preparatlar və tibbi avadanlıqlarla təmin edilmişdir. Həmçinin, vaksinasiya Qobustan şəhəri ərazisində yerləşən modul tipli xəstəxanada da bir neçə ay həyata keçirilmişdir. Vətəndaşların əksəriyyəti 1-ci və 2-ci doza vaksinləri həmin xəstəxanada vurdurmuşlar. Buna baxmayaraq, ölkə ərazisində vaksinasiyanın sürətləndirilməsi məqsədi ilə səyyar briqadaların yaradılaraq ərazilərə cəlb edilməsi qərara alınmışdır. Rayon ərazisində mövcud olan bütün ailə sağlamlıq mərkəzlərində, kənd həkim məntəqələrində və kənd tibb məntəqələrində vaksinasiya aparılmışdır. Kəndlərdə səyyar qaydada aparılan vaksinasiya işləri həmin ərazilərin ərazi nümayəndələrinin rəhbərliyi ilə həyata keçirilmişdir. Kənd sakinlərinin vaksinasiyası üçün vaksinlər hər səhər ərazi nümayəndələrinə, yəni icra nümayəndələrinə və ya tibb məntəqələrinin işçilərinə sayla xəstəxanadan təhvil verilir. İcra nümayəndəsi tibb işçiləri ilə birlikdə ərazidə gəzib vətəndaşların evlərini təqdim etmiş və tibb işçisi də vaksini şəxsən vuraraq şəxsiyyət vəsiqəsinə əsasən vaksinasiyanın aparılması ilə bağlı tibbi sənədə vətəndaşın vaksin olunması barədə məlumatı yazır, növbəti doza vaksin üçün tarixi qeyd edir və vətəndaşı vaksin etməsi barədə sənədi öz şəxsi imzası ilə təsdiqləyir. Vaksinasiyanın aparılması barədə tibbi sənədin tərtibatı məhz tibb işçisinə həvalə edilmişdir. Vaksin olunan şəxslərin siyahısını günün sonunda icra nümayəndəsi və yaxud tibb işçisi Qobustan Rayon Mərkəzi Xəstəxanasında vaksin otağına (qeydiyyatçılara) təqdim edir və siyahıda göstərilən şəxslərin adları tarixə uyğun olaraq sistemə yerləşdirilir. Məlumatları sistemə xəstəxananın qeydiyyatçıları yerləşdirirlər. Həmin sistem “analiz.its.gov.az” saytıdır. Bu sayt TƏBİB-ə aiddir. Həmin sistemə şəxslər barədə məlumat şəxsiyyət vəsiqəsində olan FİN nömrəsi vasitəsi ilə işlənilir. Qobustan Rayon Mərkəzi Xəstəxanasında isə həmin sistemə məlumatları Elburus və Amil adlı qeydiyyatçılar yerləşdirirlər. Qeyd etdiyi məlumat bazasına daxil olmaq üçün parol sadəcə Amil və Elburusa verilmişdir. Amil və Elburus arasında növbəlilik yoxdur, onlar hər gün səhər saat 09-dan etibarən axşam saat 20-yə qədər xəstəxanada olurlar. Belə ki, Amil və Elburus eyni parol əsasında vaksin vurulmuş vətəndaş barəsində məlumatı məlumat bazasına daxil edirlər. Ancaq bəzən internetdə zəiflik olan zaman və ya hər hansı başqa problemlər olan zaman vətəndaşın vaksin vurdurmağına dair məlumatlar məlumat bazasında yerləşdirilməmiş kimi görünür. Ona görə də, Amil və Elburus eyni parolla 2 fərqli kompyuterlə məlumat bazasına daxil olub vətəndaşın vaksin vurdurması ilə bağlı müəyyənedici məlumatların bazada yerləşib-yerləşmədiyini yoxlayırlar. Onların hər ikisinin məlumat bazasına vaksin vurulmuş şəxslər barəsində məlumatları yerləşdirmək səlahiyyəti vardır. Çalov kənd sakini ixtisasca feldşer olan Təqsirləndirilən şəxs Qobustan Rayon Mərkəzi Xəstəxanasının Çalov kənd tibb məntəqəsində məntəqə müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs təhkim olunduğu inzibati-ərazi dairəsində yəni, Çalov və Cəyirli kəndlərində əhaliyə “Covid-19” virusu əleyhinə peyvəndin vurulmasını şəxsən icra etmişdir. 01 sentyabr 2021-ci il tarixdən Çalov-Cəyirli kəndlərində səyyar briqadaların fəaliyyət göstərməsi üçün onun tərəfindən əmr verilsə də, Təqsirləndirilən şəxs tərəfindən vaksin dozalarının vurulması 2021-ci ilin noyabr ayının əvvəllərindən həyata keçirilməyə başlanılmışdır. Hər günün sonunda Şahid2 tərəfindən xəstəxanaya dolu flakonlar və boş flakonlar təhvil verilir, günün əvvəlində isə Şahid2 tərəfindən dolu flakonlar xəstəxanadan götürülərək kəndə aparılır. Rayon ərazisində vətəndaşlara “Sinovac” tipli vaksin vurulmuşdur. Qobustan rayonu, Çalov kənd sakini Şahid8, Şahid10, Şahid6 və Cəyirli kənd sakini X3 tanımır və həmin şəxslərin faktiki olaraq 3-cü doza peyvənd olunub-olunmamalarını bilmir. Ancaq sistemdə həmin şəxslərin 3-cü doza peyvənd olunmalarına dair məlumatın yerləşdirilməsi barədə məlumatı var. Üzərində “Cəyirli-2021” sözləri yazılmış dəftərdə vaksin vurulmuş şəxslər barədə Qabil tərəfindən qeydiyyat aparıldıqdan sonra hər günün sonunda dəftərlər xəstəxanaya təhvil verilir. Həmin dəftərdə həm Çalov, həm də Cəyirli kənd sakinlərindən vaksin vurulmuş şəxslərin adları öz əksini tapır. Çalov və Cəyirli kəndlərində vətəndaşların həqiqətən vaksin olunub-olmamadığına məsul şəxs məhz həmin vaksinasiyanı birbaşa icra edən tibb işçisidir. Ümumiyyətlə, vaksinasiyanı aparmaq yalnız tibb işçilərinə həvalə edilmiş və başqa şəxslərin vaksin vurması qadağandır. Vətəndaşların “Covid-19” virusuna qarşı peyvəndlənməsi ilə bağlı tibbi sənədlər yalnız vaksinasiyanı birbaşa icra edən tibb işçisi tərəfindən aparılmalıdır. Amil və ya Elburus hər günün sonunda istifadə olunmuş və istifadə olunmamış vaksin flakonlarını icra nümayəndəsi Şahid2 təhvil alırlar, bununla bağlı müvafiq qeydiyyat aparırlar, istifadə olunmuş və istifadə olunmamış vaksin flakonlarını tutuşdururlar. Hər hansı problem yoxdursa, saylar üst-üstə düşürsə, flakonları təhvil alıb anbara qoyurlar. Təqsirləndirilən şəxs Qobustan Rayon X7 Hüquqi Şəxsinin Çalov kənd tibb məntəqəsində feldşer ixtisasına uyğun olaraq məntəqə müdiri vəzifəsində işləyir. Bildirmişdir ki, 1-ci doza vaksin vurdurduqdan sonra şəxslərə “Covid-19” vaksinasiyası üzrə məlumat forması (covid pasportu) verilir. Həmin covid pasportunda 1-ci, 2-ci doza vaksinlərin vurulmasını əks etdirən qeydlər edilir, hər doza vaksinin vurulma tarixi, hansı növ vaksin vurulduğu, vaksinin seriyası, vaksini vuran şəxsin adı qeyd edilir, vaksini vuran şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 3-cü doza vaksin vurulduqda da 1-ci və 2-ci doza vaksinlərlə bağlı müəyyənedici məlumatların əks olunduğu eyni covid pasportunda 3-cü doza vaksinin vurulması tarixi, vaksinin adı, seriyası, vaksin vuran şəxsin adı və imzası əks olunur və möhürlə təsdiq olunur. İş üzrə şahid qismində dindirilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, 27 yanvar 2021-ci il tarixdən Cəyirli və Çalov kəndləri üzrə inzibati ərazi dairəsinə nümayəndə vəzifəsinə təyin edilmişdir. “Covid-19” virusunun ölkə ərazisində yayılmasının qarşısını almaq üçün aparılan vaksinasiya prosesi Qobustan rayonu ərazisində 2021-ci ilin əvvəlindən etibarən başlamışdır. 2020-ci ilin yay aylarından etibarən Çalov və Cəyirli kəndlərinin ərazisində vaksinasiya prosesini həyata keçirmək üçün 3 məntəqə yaradılmışdır. Ölkə ərazisində vaksinasiyanın sürətləndirilməsi məqsədi ilə səyyar briqadaların yaradılaraq ərazilərə cəlb edilməsi qərara alınmışdır. Buna əsasən rayon ərazisində mövcud olan bütün kənd həkim məntəqələrində, kənd tibb məntəqələrində vaksinasiya aparılmaqdadır. Bəzi hallarda kənd yerlərindəki həkim məntəqələrində, kənd tibb məntəqələrində tibb işçilərinin çatışmazlığı səbəbindən xəstəxanada işləyən feldşerlər və tibb bacıları (qardaşları) kəndlərə göndərilir və yerlərdə həmin tibb işçiləri tərəfindən vaksinasiya icra olunmuşdur. Cəyirli və Çalov kəndlərində də həkim çatışmazlığı olduğu üçün daha sonradan, yəni 2021-ci ilin noyabr ayının əvvəllərindən etibarən Çalov kənd tibb məntəqəsinin feldşeri Təqsirləndirilən şəxs vaksinasiyanı hər iki kənd ərazisində həyata keçirməyə başlamışdır. Təqsirləndirilən şəxs tərəfindən Cəyirli və Çalov kəndlərində sakinlərə vaksin vurulmasında o, özü bələdçi kimi iştirak etmişdir. Çünki kənd sakinlərinin bəziləri yaradılmış vaksinasiya məntəqələrinə gəlməkdə çətinlik çəkdikləri üçün onların evlərinə Valeh və ondan əvvəl də kənd ərazisində vaksinasiyanı həyata keçirən tibb işçiləri ilə birlikdə getmişdir. O və Valeh evlərə vaksin vurmaq üçün getdiyi zaman yanlarında başqa şəxs olmamışdır. Ancaq o, evlərə girməmişdir. Valeh özü evlərə daxil olaraq kənd sakinlərinə 3-cü doza vaksin vurulması ilə bağlı məlumat vermiş, razılıq verən vətəndaşlara vaksini vurmuşdur. Çalov və Cəyirli kəndlərində vaksin vurulacaq şəxslərin siyahısı icra hakimiyyəti rəhbərliyi tərəfindən müəyyənləşdirilərək ona verilir, o da həmin şəxslərə peyvəndin vurulması üçün həmin siyahı ilə Valehi də tanış edir. Daha sonra həmin siyahıda tanıdığı şəxslərin köməkliyi ilə siyahıda olan şəxslərin yaşadıqları evləri müəyyənləşdirib Valehlə birlikdə həmin evlərə getmişlər. Valeh də həmin kənd sakinlərinə vaksin vurulmasını icra etmişdir. Hər gün səhər rayon mərkəzi xəstəxanasına gələrək gündəlik siyahıya uyğun vaksinləri təhvil almış və kəndə getmişdir. Tibb məntəqəsinə gələn şəxslər kənd ərazisində yaradılmış vaksinasiya məntəqələrində, gəlməyən şəxslər isə yaşadıqları evlərdə vaksin olunmuşlar. Vaksin vurulacaq şəxslər barədə rəhbərlikdən ona təqdim olunan siyahıda həmin şəxslərin şəxsiyyət vəsiqələrinin FİN kodu da öz əksini tapmışdır. Hər günün sonunda o, vaksin vurulmuş şəxslərin siyahısını tərtib edərək həmin siyahını Qobustan rayon Mərkəzi Xəstəxanasına təqdim etmiş, həmçinin hər günün sonunda artıq qalmış vaksinləri də siyahını təqdim edən zaman xəstəxanaya təhvil vermişdir. 2021-ci ilin noyabr ayının əvvəllərindən etibarən Cəyirli və Çalov kəndlərində kənd sakinlərinə vaksin vurulmasını feldşer Təqsirləndirilən şəxs həyata keçirdiyi zaman Valehlə birlikdə kənd sakinlərinin evlərinə getmiş, Valehin vaksini vurmasını kənd sakinlərinin həyətində gözləmişdir. Buna görə də, Valehin vaksini vurub-vurmadığını görməmişdir. O, heç bir kənd sakini barəsində 3-cü doza vaksin vurdurması ilə bağlı sistemə məlumat daxil etməmişdir. Həmin sistemə daxil olmaq səlahiyyəti yoxdur. Vaksin vurdurmuş kənd sakinlərinin vaksin olunması ilə bağlı məlumatları sistemə xəstəxanada işləyən qeydiyyatçılar yerləşdirmişlər. Qeydiyyatçılar isə məhz onun təqdim etdiyi və Valehin vaksin vurulmuş kimi ona dediyi şəxslərin adını qeyd etdiyi siyahını məlumat bazasına yerləşdirmişlər. O da Təqsirləndirilən şəxs vaksin vurduğunu bildirdiyi şəxslərin adlarını sistemə salınması üçün qeydiyyatçılara demişdir. Həmçinin, üzərində “Cəyirli 2021” sözləri yazılmış qeydiyyat dəftərində Valehin vaksini vurduğunu dediyi şəxslərin adlarını yazmışdır. Bildirmişdir ki, 3-cü doza vaksin vurulmasını 2021-ci ilin təxminən noyabr ayının əvvəllərindən etibarən Çalov və Cəyirli kəndlərində Valeh icra edir, vaksinator kimi Çalov və Cəyirli kənd sakinlərinə vaksin dozalarını vurur. Valeh evlərinə getdikləri kənd sakinlərindən hər hansı birinə vaksin vurulduğunu dedikdə isə bu barədə qeydiyyatçılara telefonla məlumat verir, onlara “whatsapp” sosial şəbəkəsi vasitəsilə vaksin vurulmuş şəxslərin şəxsiyyət vəsiqələrinin şəkillərini göndərir ki, elektron məlumat bazasında həmin şəxsləri qeydiyyatdan keçirsinlər. O və Təqsirləndirilən şəxs 3-cü doza vaksini vurdurmamaq üçün heç bir kənd sakinindən pul və ya qiymətli əşya tələb etməmişlər, eləcə də, heç bir kənd sakini ona və Təqsirləndirilən şəxs həmin məqsəd üçün pul və ya qiymətli əşya verməmişdir. O və Təqsirləndirilən şəxs 3-cü doza vaksini vurmadan Cəyirli və Çalov kənd sakinlərinin adlarını sistemə daxil etməyi həmin kənd sakinlərinə təklif etməmişdir. Eləcə də, heç bir kənd sakini ona və Təqsirləndirilən şəxs 3-cü doza vaksin vurmadan adlarının sistemə salınmasını təklif etməmişlər. Çalov kənd sakinləri Şahid8, Şahid10, Şahid6 şəxsən tanımır. X10 həmkəndlisi olduğu üçün tanıyır. Valeh vaksini vurduğunu ona bildirdikdən sonra xəstəxanada işləyən qeydiyyatçılara “whatsapp” sosial şəbəkəsi vasitəsilə vaksin vurulduğu deyilən kənd sakinlərinin şəxsiyyət vəsiqələrinin şəklini göndərmişdir. Daha sonradan öyrənmişdir ki, Valeh Şahid8, Şahid6 və Şahid10 3-cü doza vaksini vurmamış, 3-cü doza vaksini Valeh şpirisə çəkdiyi zaman həmin sakinlərin səhhəti pisləşdiyi və onlardan birinin də allergiyası tutduğu üçün 3-cü doza vaksini onlara vura bilməmişdir. Şahid8, Şahid6 və Şahid10 3-cü doza vaksin vurduğunu Valeh ona bildirdiyi üçün həmin şəxslərin adlarının elektron məlumat bazasına daxil edilməsi üçün qeydiyyatçılara bildirmişdir. Rayon Polis Şöbəsinə izahat verməyə gəldiyi zaman, yəni 30 noyabr 2021-ci il tarixdə Valeh ona həmin şəxslərə 3-cü doza vaksini vurmadığı barədə məlumat vermişdir. O, konkret olaraq kənd sakinlərinin evlərinin içərisinə girmədiyi və həyətdə gözlədiyi üçün kənd sakinlərindən 3-cü doza vaksini vurdurmadığı halda, adı sistemə salınan şəxslər barəsində məlumatı yoxdur. Amil və Elburus adlı şəxslər Qobustan rayon Mərkəzi Xəstəxanasında kənd sakinlərinin adlarını sistemə qeydiyyatdan keçirir, Sülhün isə icra hakimiyyətinin nümayəndəsi kimi xəstəxanada vaksinasiya prosesinə nəzarəti həyata keçirir. Bildirmişdir ki, istifadə edilmiş vaksin flakonlarını və istifadə edilməmiş vaksin flakonlarını Qobustan rayon Mərkəzi Xəstəxanasının anbarına o təhvil verir. Ondan çox zaman həmin flakonları Amil və ya Elburus adlı şəxslər təhvil alır. Hər gün səhər o, xəstəxanadan istifadə edilməmiş vaksin flakonlarını təhvil alır. Daha sonra həmin gün ərzində istifadə olunmuş vaksin flakonlarını və istifadə edilməmiş vaksin flakonlarını günün sonuna qədər xəstəxanaya Amil və ya Elburus adlı şəxslərə təhvil verir. Amil və ya Elburus adlı şəxslər tərəfindən də bununla bağlı sənədləşmə işləri həyata keçirilir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2021-ci ilin yanvar ayının 20-dən Qobustan rayon Mərkəzi Xəstəxanasında vaksinasiya prosesi başlandıqdan sonra qeydiyyatçı vəzifəsində işləyir. Konkret olaraq onun vəzifəsi “Covid-19” virusu əleyhinə peyvənd olunmuş vətəndaşların müəyyənedici məlumatlarını “analiz.its.gov.az” elektron məlumat bazasına yerləşdirilməsini həyata keçirməkdir. Elektron məlumat bazasına vətəndaşlara vaksin vurulması barədə məlumatların daxil edilməsinin prosedur qaydaları mövcuddur. Belə ki, ilk növbədə o və yaxud da Amil qeydiyyatçı kimi vaksin vurulmuş vətəndaşların siyahısı təqdim edildikdə həmin siyahıda adları göstərilmiş vətəndaşların barəsindəki məlumatları “analiz.its.gov.az” elektron məlumat bazasına yerləşdirirlər. Həmin siyahı kənd icra nümayəndələri və ya kənd tibb məntəqələrinin feldşerləri tərəfindən təqdim edilir. Çalov və Cəyirli kəndləri üzrə isə siyahı icra nümayəndəsi Şahid2 tərəfindən təqdim olunur. Həmçinin, xəstəxanaya “Cəyirli-2021” sözləri yazılmış dəftərdə həmin siyahı təqdim edilir. Həmin dəftərdə Çalov və Cəyirli kəndlərində yaşayan sakinlərin vaksin olunması və hansı doza vaksin olunmaları, şəxsiyyət vəsiqələrinin FİN kodları və vaksin olunduqları tarix qeyd edilir. Həmin dəftərdə göstərilmiş siyahıda vaksin vurulmuş vətəndaşların müəyyənedici məlumatları o və Amil tərəfindən elektron portala əlavə olunur. Bəzən isə dəftər xəstəxanaya gətirilənə qədər ona və yaxud Amilə vaksin vurulmuş şəxslərin şəxsiyyət vəsiqəsinin FİN kodları “whatsapp” vasitəsilə şəkli çəkilərək göndərilmişdir ki, həmin məlumatları elektron portala gün sonuna qədər yerləşdirə bilsinlər. Kənd icra nümayəndəsi Şahid2 vaksin olunmamış kənd sakinlərinin sayına uyğun olaraq xəstəxanadan “Covid-19” virusu əleyhinə dozaları əldə edərək vətəndaşlara peyvəndin vurulmasını təşkil etmişdir. Kənd icra nümayəndələri və ya kənd tibb məntəqəsinin feldşerləri tərəfindən Qobustan rayon Mərkəzi Xəstəxanasından götürülmüş dozaların istifadə olunmasını göstərən boş flakonlar hər gün mütəmadi olaraq xəstəxanaya təqdim edilir. Həmin müvafiq dozaların götürülməsinə və boş flakonların təhvil verilməsinə dair onun tərəfindən qeydiyyat “Anbardan götürülən peyvəndlərin qeydiyyatı” jurnalında aparılır. Xəstəxananın anbarına isə istifadə olunmuş və istifadə olunmamış vaksin flakonları Şahid2 tərəfindən hər günün sonunda təhvil verilmişdir. O, vaksin olunmuş şəxslər barəsində məlumatları “analiz.its.gov.az” elektron portalına, yəni elektron məlumat bazasına yerləşdirir. Həmin elektron məlumat bazasına daxil olmaq üçün parol sadəcə ona və Amilə verilmişdir. Onlar hər gün xəstəxanada olurlar. Onların arasında növbəlilik yoxdur. O, hər hansı vətəndaşın adını vaksin vurulduqdan sonra həmin elektron məlumat bazasına yerləşdirir. Amil isə başqa bir kompyuterdə əyləşib həmin elektron məlumat bazasına təkrar parol yazaraq daxil olub onun vətəndaşın adını portala yerləşdirib-yerləşdirmədiyini yoxlayır. Çünki bəzən ola bilir ki, elektron məlumat bazasında hər hansı bir problem olsun, internetdə zəiflik olsun və vətəndaşın adı daxil edilməmiş kimi görünsün. Buna görə də, hər ikisi vətəndaşların adlarını vaksin vurulduqdan sonra 2 fərqli kompyuterdə portala daxil olaraq yoxlayırlar. Sülhün isə xəstəxanada sadəcə icra hakimiyyətinin nümayəndəsi kimi nəzarət funksiyasını həyata keçirir. Onun elektron məlumat bazasına daxil olmaq səlahiyyəti yoxdur. O, Qobustan rayonu, Çalov kənd sakinləri Şahid8, Şahid10, Şahid6 tanımır. Onlara 3cü doza vaksin vurulmadan adlarının sistemə daxil edilməsi ilə bağlı hər hansı məlumatı yoxdur. O və Amil onlara təqdim edilən vaksin vurulmuş şəxslərin barəsində məlumatların əks olunduğu dəftərdə adları qeyd edilən və icra nümayəndəsi Şahid2 tərəfindən telefon vasitəsilə 3-cü doza vaksin vurulduğu barədə məlumat verilən şəxslərin adlarını elektron məlumat bazasında yerləşdirmişlər. İbtidai araşdırma zamanı “analiz.its.gov.az” elektron məlumat bazasına prokurorluq əməkdaşının, onun və digər şəxslərin iştirakı ilə baxış keçirildikdən sonra müəyyən olunmuşdur ki, Çalov kənd sakinləri Şahid8, Şahid10, Şahid6 və Cəyirli kənd sakini X2 3-cü doza vaksin vurulması ilə əlaqədar məlumatlar elektron məlumat bazasına yerləşdirilmişdir. Demək ki, həmin şəxslərin adları ona və ya Amilə Şahid2 tərəfindən telefon vasitəsilə bildirilmiş və ya üzərində “Cəyirli 2021” sözləri yazılmış qeydiyyat dəftərində göstərilmişdir. Buna görə də, o və ya Amil tərəfindən adları dəftərdə göstərilən və ya telefon vasitəsilə bildirilən şəxslərə 3-cü doza vaksin vurulması ilə bağlı məlumatlar elektron məlumat bazasına yerləşdirilmişdir. Elektron məlumat bazasına Amil ilə o, vahid parolla daxil olur, ona görə də məlumatı kimin yerləşdirdiyini müəyyənləşdirmək mümkün deyil. Şahid Qobustan rayon X7 hüquqi şəxsin Ailə Sağlamlıq Mərkəzinin qeydiyyatçısı vəzifəsində işləyən Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə verdi. Şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, mərhum X1 həyat yoldaşıdır. Həyat yoldaşı Bibixanım Ağayeva 01 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşı Bibixanım 1-ci və 2-ci doza vaksinləri Qobustan şəhəri ərazisində yerləşən modul tipli xəstəxanada vurdurmuşdur. Bibixanım ağciyər xəstəsi olmuş, həmçinin insult keçirmişdir. Son vaxtlar da danışmaqda çətinlik çəkmişdir. Təxminən 2021-ci ilin noyabr ayının ortalarından Bakı şəhərində M.Ə.Qasımov adına Respublika kliniki xəstəxanasında və “Ege hospital” adlı xəstəxanada müalicə almışdır. Bibixanımın ona dediyinə görə 2021-ci ilin təxminən noyabr ayında bir dəfə evlərinə Təqsirləndirilən şəxs və icra nümayəndəsi Şahid2 3-cü doza vaksin vurmaq üçün getmişlər. Ancaq o, həmin vaxt evdə olmadığı üçün konkret olaraq Valeh tərəfindən Bibixanıma 3-cü doza vaksinin vurulubvurulmaması barədə məlumatı yoxdur. Bibixanımın covid pasportunun hal-hazırda harada olduğunu tapa bilmədiyi üçün orada 3-cü doza vaksin vurulması ilə bağlı hər hansı qeydiyyat aparılıb-aparılmamasına baxa bilmir. Cəyirli kəndində yaşadıqları evdə Bibixanımın covid pasportunu axtarsa da, pasportu tapa bilməmişdir. Həmçinin, Valeh və Qabil evinə getdiyi zaman o, evdə olmadığı üçün Valehin konkret olaraq Bibixanıma 3-cü doza vaksin vurub-vurmamasını görməmişdir. Evdə olmadığına görə və Bibixanım da ona bu barədə bir söz demədiyinə görə 3-cü doza vaksinin Bibixanıma vurulub-vurulmadığını bilmir. Şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərdi ki, Şahid8 onun həyat yoldaşıdır. Arvadı Zəminə 1-ci və 2-ci doza vaksinləri Qobustan şəhəri ərazisində yerləşən modul tipli xəstəxanada vurdurmuşdur. Ancaq ona 3-cü doza vaksin vurulmamışdır. Buna da səbəb Zəminənin zob və onkoloji xəstəliyinə görə əməliyyat olunması olmuşdur. Zəminədə sonradan allergik xəstəlik əmələ gəlmişdir. 2021-ci il noyabr ayının təxminən 10-15-i tarixlərində icra nümayəndəsi Şahid2 Qobustan rayonu Çalov kəndində yerləşən evinə gələrək Zəminənin 3-cü doza vaksin vurdurmağının vaxtı olduğunu, 2-ci doza vaksin vurdurmağından 5-6 ay keçdiyini bildirmişdir. Zəminə isə Şahid2 allergik xəstəliyinin olduğunu dediyinə görə Şahid2 da çıxıb getmişdir. 2021-ci ilin noyabr ayının təxminən 20-25-i tarixlərində icra nümayəndəsi Şahid2 kənddə feldşer işləyən Təqsirləndirilən şəxsla birlikdə onların yaşadığı evə gəlmişlər. İcra nümayəndəsi Qabil feldşer Təqsirləndirilən şəxs Zəminəni müayinə etməsini, əgər 3-cü doza vaksini vurdurmağı mümkün olarsa vurdurmasını demişdir. Zəminə də müayinə olunmağına etiraz etməmişdir. Həmin zaman o da evdə olmuşdur. Valeh onu müayinə etdikdən sonra yaxşı olduğunu və vaksini vura biləcəyini demiş və vaksinin iynəsini gətirməyə həyətə düşmüşdür. Ancaq həmin vaxt Zəminənin səhhəti pisləşmiş, hər tərəfi qaşınmağa başlamışdır. Valeh vaksin vurmaq üçün iynəni gətirib gələndə artıq onun səhhəti pisləşmiş, bu səbəbdən də qorxub vaksin vurdurmaqdan imtina etmişdir. Səhhəti pisləşdiyi üçün Təqsirləndirilən şəxs ona 3-cü doza vaksini vurmamışdır. Valeh həyətə çıxaraq həyətdə gözləyən icra nümayəndəsi Qabil ilə çıxıb getmişdir. Təqsirləndirilən şəxs tərəfindən həmin gün onun yanında hər hansı sənədləşmə həyata keçirilməmişdir. Təqsirləndirilən şəxs Zəminənin covid pasportuna da bununla bağlı hər hansı qeydiyyat aparmamışdır. 3-cü doza vaksini vurdurmamaq üçün Şahid2 və Təqsirləndirilən şəxs pul və ya qiymətli əşya verilməmiş, Zəminədən həmin məqsəd üçün pul və ya digər qiymətli əşya tələb edilməmişdir. Zəminənin 3-cü doza vaksini vurdurmadığı halda, adının sistemə salınması ilə bağlı hər hansı məlumatı olmamış, bu barədə araşdırma başladıqdan sonra bilmişdir. Covid pasportunda 3cü doza vaksin olunmağı ilə bağlı hər hansı qeydiyyat aparılmadığı üçün o, Təqsirləndirilən şəxs adını elektron məlumat bazasına daxil etməsi barədə əvvəlcədən məlumatı olmamışdır. Ola bilsin ki, Təqsirləndirilən şəxs Zəminəyə hörmət əlaməti olaraq 3-cü doza vaksini vurmadan adını elektron məlumat bazasına daxil etdirmişdir. Şahid8 məhkəməyə teleqram göndərərək, əməliyyatdan yeni çıxdığı üçün məhkəməyə gələ bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. İbtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid8 ifadəsində göstərmişdir ki, 1-ci və 2-ci doza vaksinləri Qobustan şəhəri ərazisində yerləşən modul tipli xəstəxanada vurdurmuşdur. Ancaq ona 3-cü doza vaksin vurulmamışdır. O, zoba görə, həmçinin onkoloji xəstəliyinə görə əməliyyat olunmuşdur. Həmçinin, sonradan onda allergik xəstəlik əmələ gəlmişdir. 2021-ci il noyabr ayının təxminən 10-15-i tarixlərində icra nümayəndəsi Şahid2 Qobustan rayonu, Çalov kəndində yerləşən evinə gələrək onun 3-cü doza vaksin vurdurmağının vaxtı olduğunu, 2-ci doza vaksin vurdurmağından 5-6 ay keçdiyini bildirmişdir. O isə Şahid2 allergik xəstəliyinin olduğunu demişdir. Çünki bədəninin müxtəlif nahiyələrində qaşınma əmələ gəlir. Şahid2 da çıxıb getmişdir. 2021-ci ilin noyabr ayının təxminən 20-25-i tarixlərində icra nümayəndəsi Şahid2 kənddə feldşer işləyən Təqsirləndirilən şəxs ilə birlikdə onların yaşadığı evə gəlmişlər. İcra nümayəndəsi Qabil demişdir ki, feldşer Təqsirləndirilən şəxs onu müayinə etsin, əgər 3-cü doza vaksini vurdurmağı mümkündürsə, vursun. O da müayinə olunmağına etiraz etməmişdir. Həyat yoldaşı Şahid7 da evdə olmuşdur. Valeh onu müayinə etdikdən sonra yaxşı olduğunu və vaksini vura biləcəyini demiş və vaksinin iynəsini gətirməyə həyətə düşmüşdür. Ancaq həmin vaxt onun səhhəti pisləşmiş, hər tərəfi qaşınmağa başlamışdır. Valeh vaksin vurmaq üçün iynəni gətirib gələndə artıq onun səhhəti pisləşmiş, bu səbəbdən də qorxub vaksin vurdurmaqdan imtina etmişdir. Səhhəti pisləşdiyi üçün Təqsirləndirilən şəxs ona 3-cü doza vaksini vurmamışdır. Valeh həyətə çıxaraq həyətdə gözləyən icra nümayəndəsi Qabil ilə çıxıb getmişdir. Təqsirləndirilən şəxs tərəfindən həmin gün onun yanında hər hansı sənədləşmə həyata keçirilməmişdir. Təqsirləndirilən şəxs onun covid pasportuna da bununla bağlı hər hansı qeydiyyat aparmamışdır. Bildirmişdir ki, o, 3-cü doza vaksini vurdurmamaq üçün Şahid2 və Təqsirləndirilən şəxs pul və ya qiymətli əşya verməmişdir. Eləcə də, adlarını çəkdiyi şəxslər ondan həmin məqsəd üçün pul və ya digər qiymətli əşya tələb etməmişlər. Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən ona 3-cü doza vaksin vurdurmadan adının sistemə daxil edilməsi təklif edilməmişdir. Həmçinin, o da Şahid2 və Təqsirləndirilən şəxs həmin məqsəd üçün belə bir təklif etməmişdir. Onun 3-cü doza vaksini vurdurmadığı halda, adının sistemə salınması ilə bağlı hər hansı məlumatı olmamış, bu barədə araşdırma başladıqdan sonra bilmişdir. Onun covid pasportunda 3-cü doza vaksin olunmağı ilə bağlı hər hansı qeydiyyat aparılmadığı üçün o, Təqsirləndirilən şəxs adını elektron məlumat bazasına daxil etməsi barədə əvvəlcədən məlumatı olmamışdır. Bildirmişdir ki, səhhəti pisləşdiyi üçün Təqsirləndirilən şəxs ona 3-cü doza vaksini vurmamışdır. Ola bilsin ki, Təqsirləndirilən şəxs ona hörmət əlaməti olaraq 3-cü doza vaksini vurmadan adını elektron məlumat bazasına daxil etdirmişdir. Təqsirləndirilən şəxs və başqa hər hansı şəxs onun covid pasportuna 3-cü doza vaksin olunmağını əks etdirən qeydiyyat aparmamış, həmçinin covid pasportuna qeydiyyat aparmaq üçün həmin sənədini ondan tələb etməmişdir. İbtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid10 ifadəsində göstərmişdir ki, 22 sentyabr 2021-ci il tarixdə o, ürək əməliyyatı olunmuşdur. Ürək əməliyyatı olunduqdan sonra onun səhhətində problemlər əmələ gəlmiş, buna görə də, tez-tez müalicə alır. O, Çalov kənd tibb məntəqəsində feldşer kimi işləyən Təqsirləndirilən şəxs tanıyır. Valeh ilə tanışlığı məhz ürək əməliyyatı olunub müalicə almağa başladıqdan sonra yaranmışdır. Çox vaxt ona sistem qoşmaq və iynələrini vurmaq üçün Valeh evinə gəlir. Ümumiyyətlə, ona “Covid-19” virusu əleyhinə 27.05.2021-ci il tarixdə 1-ci doza, 25.06.2021-ci il tarixdə isə 2-ci doza vaksin vurulmuşdur. Hər iki doza vaksini vurdurmaq üçün o, Qobustan şəhəri ərazisində yerləşən modul tipli xəstəxanaya getmişdir. 3-cü doza vaksinin vurulması ilə əlaqədar məlumat vermək üçün evinə 2021-ci ilin noyabr ayının dəqiq xatırlamadığı günündə Valeh gəlmişdir. Valeh 3-cü doza vaksin vurdurmağını ona təklif etsə də, o, hələ müalicə olunduğunu Valehə bildirmişdir. Valeh də ona müalicə bitdikdən sonra gəlib 3-cü doza vaksini vuracağını bildirmişdir. Valeh onun evinə tez-tez gəlib-getdiyinə görə konkret olaraq 3-cü doza vaksin vurdurmalı olduğunu ona demək üçün nə vaxt gəldiyini xatırlamır. 2021-ci ilin noyabr ayının təxminən 25-26da dəqiq xatırlamadığı saatda Valeh yenə evlərinə gəlmişdir. Həmin vaxt o, evdə tək olmuşdur. Valeh ona bildirmişdir ki, müalicənin vaxtı bitib, ona görə də artıq 3-cü doza vaksini vurmaq lazımdır. O da Valehə etiraz etməmişdir. Valeh ona 3-cü doza vaksini vurmağa hazırlaşdığı zaman onun səhhəti pisləşmiş, buna görə Valeh 3-cü doza vaksini ona vurmamışdır. Bildirmişdir ki, rayon prokurorluğuna izahat verdiyi zaman məsuliyyətdən qorxduğu üçün Valehin ona 3-cü doza vaksini vurduğunu bildirmişdir. Lakin əslində 3-cü doza vaksini ona vurmağa hazırlaşdığı zaman səhhəti pisləşdiyi üçün Valeh ona 3-cü doza vaksini vurmamışdır. Təqsirləndirilən şəxs 3-cü doza vaksini vurmağa evinə gəldiyi zaman hər hansı sənədləşmə aparmamışdır. O, 3-cü doza vaksini vurdurmamaq üçün Şahid2 və Təqsirləndirilən şəxs pul və ya qiymətli əşya verməmişdir. Eləcə də, adlarını çəkdiyi şəxslər ondan həmin məqsəd üçün pul və ya digər qiymətli əşya tələb etməmişlər. Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən ona 3-cü doza vaksin vurmadan adının sistemə daxil edilməsi təklif edilməmişdir. Həmçinin, o da Şahid2 və Təqsirləndirilən şəxs həmin məqsəd üçün belə bir təklif etməmişdir. Ola bilsin ki, Valeh ona hörmət əlaməti olaraq 3-cü doza vaksini ona vurmadan adını elektron məlumat bazasına daxil etdirmişdir. Valehin hər hansı maddi marağı olmamışdır. Təqsirləndirilən şəxs və başqa hər hansı şəxs onun covid pasportuna 3-cü doza vaksin olunmağını əks etdirən qeydiyyat aparmamışdır. İbtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, o, onkoloji xəstədir. 03 sentyabr 2021-ci il tarixdə əməliyyat olunmuşdur. Əməliyyat olunduqdan sonra səhhətində müəyyən problemlər var və buna görə də müalicə alır. Ona “Covid-19” virusu əleyhinə Qobustan şəhəri ərazisində yerləşən modul tipli xəstəxanada 07 aprel 2021-ci il tarixdə 1-ci doza, 06 may 2021-ci il tarixdə isə 2-ci doza vaksin vurulmuşdur. O, 3-cü doza vaksin vurdurmamışdır. 2021-ci ilin noyabr ayının dəqiq xatırlamadığı günündə kəndin feldşeri Valeh ona 3cü doza vaksin vurulması üçün evinə gəlmişdir. Valehə onkoloji xəstə olduğunu, ona vaksin vurulmasına həkiminin icazə vermədiyini bildirmişdir. Valeh də əvvəlcə onu müayinə etmiş, ancaq onun halı həmin vaxt pisləşdiyi üçün ona 3-cü doza vaksini vurmamış və çıxıb getmişdir. Valeh onun evinə gəldiyi zaman o, evdə tək olmuşdur. 3-cü doza vaksini vurdurmamaq üçün Şahid2 və Təqsirləndirilən şəxs pul və ya qiymətli əşya verməmişdir. Eləcə də, adlarını çəkdiyi şəxslər ondan həmin məqsəd üçün pul və ya digər qiymətli əşya tələb etməmişlər. Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən ona 3-cü doza vaksin vurdurmadan adının sistemə daxil edilməsi təklif edilməmişdir. Şahid2 və Təqsirləndirilən şəxs həmin məqsəd üçün belə bir təklif etməmişlər. Covid pasportundan (Covid-19 vaksinasiyası üzrə məlumat formasından) da görünür ki, ona sadəcə 2 doza vaksin vurulmuşdur. Təqsirləndirilən şəxs ola bilsin ki, onun onkoloji xəstə olmasından narahat olmuş və ona xəstəliyinə görə hörmət etmək üçün 3-cü doza vaksini vurmadan adını elektron məlumat bazasına daxil etdirmişdir. Onun covid pasportunda yəni, Covid-19 vaksinasiyası üzrə məlumat formasında 3-cü doza vaksin olunmağı ilə bağlı hər hansı qeydiyyat aparılmadığı üçün adının elektron məlumat bazasına daxil edilməsi barədə əvvəlcədən məlumatı olmamışdır. Adının elektron məlumat bazasına daxil edilməsi barədə isə araşdırma aparılmağa başlandıqdan və bununla bağlı izahat verdikdən sonra bilmişdir. Təqsirləndirilən şəxs və başqa hər hansı şəxs onun covid pasportuna (Covid-19 vaksinasiyası üzrə məlumat formasına) 3-cü doza vaksin olunmağını əks etdirən qeydiyyat aparmamış, həmçinin bu məqsədlə covid pasportu ondan tələb edilməmişdir. Qobustan Rayon X7 Hüquqi Şəxsinin 14 dekabr 2021-ci il tarixli, 03/283 nömrəli məktubundan görünür ki, sistemdə olan məlumatlara əsasən Qobustan rayonu, Cəyirli kənd sakini X4, Çalov kənd sakinləri Şahid8, Şahid10 və Şahid6 koronavirus (Covid-19) infeksiyasına qarşı İ və İİ vaksin dozaları Qobustan RMX PHŞ-də, İİİ vaksin dozaları isə Cəyirli və Çalov kəndləri ərazisində vurulmuşdur. Vurulmuş vaksin dozalarının seriya nömrəsi B24440057A olmuşdur. Qobustan Rayon X7 Hüquqi Şəxsinin 14 dekabr 2021-ci il tarixli, 03/284 nömrəli məktubundan görünür ki, koronavirus (Covid-19) infeksiyasına qarşı peyvəndləmə prosesində istifadə olunan vaksin dozaları Qobustan rayon Gigiyena və Epidemiologiya mərkəzindən müvafiq formada qaimə faktura ilə təhvil alınır. Qobustan RMX PHŞ-də saxlanılması üçün isə soyuduculardan, daşınması zamanı bunun üçün ayrılmış xüsusi termo çantalardan istifadə olunur. Vaksin dozalarının Qobustan RMX PHŞ-dən Cəyirli və Çalov kənd tibb məntəqələri tərəfindən götürülməsi və yenidən təhvil verilməsi isə ayrılmış qeydiyyat kitabı əsasında aparılır. Qobustan Rayon X7 Hüquqi Şəxsinin 16.12.2021-ci il tarixli, 03/287 nömrəli məktubundan görünür ki, 2021-ci ilin noyabr ayı ərzində “Covid-19” infeksiyasına qarşı peyvəndləmə prosesi Cəyirli və Çalov kəndləri ərazisində də həyata keçirilmişdir. Həmin vaksinasiya prosesində vaksinator kimi Çalov kənd tibb məntəqəsinin müdiri Təqsirləndirilən şəxs iştirak etmişdir. 08 dekabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Qobustan rayon X7 Hüquqi Şəxsinin inzibati binasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin analiz proqramına-“analiz.its.gov.az” elektron portalına “Acer” markalı kompüter vasitəsilə daxil olaraq baxış keçirilmişdir. Baxışda iştirak edən Şahid4 “analiz.its.gov.az” elektron portalında əvvəlcə “Ambulator Qeydlər”, daha sonra “Xəstə Qeydiyyatı” bölmələrinə daxil olmuşdur. Açılmış yeni səhifədə “Xəstə axtar” bölməsində sıra ilə Şahid10, X4, Şahid8 və Şahid6 ad, soyad və ata adlarını daxil edərək hər bir vətəndaşın vaksin olunması ilə bağlı portalda şəxsi məlumatlarını göstərən səhifələri açmışdır. Həmin səhifələrə baxış zamanı X2 26.04.2021-ci il tarixdə 1-ci doza, 24.05.2021-ci il tarixdə 2-ci doza və 19.11.2021-ci il tarixdə isə 3-cü doza vaksin vurulması, Şahid8 07.04.2021-ci il tarixdə 1-ci doza, 19.05.2021-ci il tarixdə 2-ci doza və 22.11.2021-ci il tarixdə isə 3-cü doza vaksin vurulması, Şahid6 07.04.2021-ci il tarixdə 1-ci doza, 06.05.2021-ci il tarixdə 2-ci doza və 23.11.2021-ci il tarixdə 3-cü doza vaksin vurulması, Şahid10 27.05.2021-ci il tarixdə 1-ci doza, 25.06.2021-ci il tarixdə 2-ci doza və 26.11.2021-ci il tarixdə isə 3-cü doza vaksin vurulmasının göstərildiyi müəyyən olunmuşdur. Üzərində “Cəyirli 2021” sözləri yazılmış vətəndaşların vaksin olunmaları ilə bağlı qeydiyyatın aparıldığı dəftərə baxış keçirilməsi haqqında 08.12.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Şahid4 “Cəyirli 2021” sözləri yazılmış vətəndaşların vaksin olunmaları ilə bağlı qeydiyyatın aparıldığı dəftəri təqdim edərək bildirmişdir ki, vətəndaşlara “Covid-19” virusu əleyhinə hər müvafiq doza vurulduqdan sonra qeyd olunan dəftərdə onların ad, soyad, ata adları, təvəllüdləri və şəxsiyyət vəsiqələrinin FİN kodlarını əks etdirən qeydiyyat aparılır. Şahid10, X4, Şahid8 və Şahid6 3-cü doza vaksin olunmaları ilə əlaqədar dəftərin müvafiq səhifələrindən görünür ki, dəftərdə Bibixanım Ağayevanın 19.11.2021-ci il tarixdə, Şahid8 22.11.2021-ci il tarixdə, Şahid6 23.11.2021-ci il tarixdə, Şahid10 isə 26.11.2021-ci il tarixdə 3-cü doza vaksin olunması ilə əlaqədar qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 27 yanvar 2022-ci il tarixli, PHŞ/1-2-2022-2141 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası və Çin Xalq Respublikasının müvafiq dövlət qurumları arasındakı razılaşmaya əsasən “Sinovac” vaksininin hər dozası üçün vahid qiymət 12 (on iki) ABŞ dolları qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” X14 21.01.2022-ci il tarixli, 221 nömrəli məktubundan görünür ki, “Covid-19” virusu əleyhinə istifadə olunan peyvəndlər (vaksin) insanlarda əkscisimlər (antitel) yaratmaq qabiliyyətinə malikdirlər və bu qabiliyyət faiz etibarı ilə ölçülür. Peyvəndlərin əkscisimlər yaratmaqla bağlı effektivliyi müxtəlif olduğundan və peyvənd olunduqdan sonra əkscisimlərin yaranıb-yaranmaması insanlarda fərdi xarakter daşıyır. Digər tərəfdən peyvənd edildikdən sonra (vaksinasiya) orqanizmə yeridilmiş virusun təyininin yalnız virusoloji laboratoriyalarda xüsusi metodlarla mümkünlüyü nəzərə alınaraq faktiki vəziyyətdə müvafiq məsələnin məhkəmə-tibbi ekspertiza yolu ilə müəyyənləşdirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mərkəzi Bankının “cbar.az” rəsmi internet səhifəsinə baxış keçirilməsi haqqında 01 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının “cbar.az” rəsmi internet səhifəsinə baxış zamanı açılmış səhifədə “AZN MƏZƏNNƏSİ” başlıqlı hissədə “tam siyahıya keçid” bölməsinə daxil olunmuş, 19.11.2021-ci il tarixdən 26.11.2021-ci il tarixədək olan ABŞ dollarının Azərbaycan Respublikası manatına nisbətinin müəyyənləşdirilməsi məqsədilə axtarış üçün nəzərdə tutulmuş hissədə “19.11.2021- 26.11.2021” və “1 ABŞ dolları” yazıları qeyd edilmiş, axtarış nəticəsində açılmış yeni səhifədə 19.11.2021-ci il, 22.11.2021-ci il, 23.11.2021-ci il və 26.11.2021-ci il tarixlərində 1 ABŞ dollarının Azərbaycan Respublikası manatına olan nisbətinin 1,70 manat olduğu müəyyən edilmişdir. Qobustan Rayon Polis Şöbəsinin 07 fevral 2022-ci il tarixli, 145-1316-1222 nömrəli məktubundan görünür ki, Qobustan rayonunun Çalov və Cəyirli kəndlərində “Covid-19” virusu əleyhinə peyvəndləmə prosesi 2021-ci ilin sentyabr ayından Çalov kənd tibb məntəqəsində, noyabr ayının əvvəllərindən isə Cəyirli və Çalov kəndlərində səyyar qaydada həyata keçirilməyə başlanmışdır, hal-hazırda da vaksinasiya prosesi səyyar qaydada davam etdirilir. Çalov kənd sakinləri Şahid8, Şahid10, Şahid6 “Covid-19” virusuna qarşı 3-cü doza vaksini vurdurmamışlar, Cəyirli kənd sakini X4 öldüyündən ona 3-cü doza vaksinin vurulub-vurulmamasını əməliyyat yolu müəyyənləşdirmək mümkün olmamışdır. Qobustan rayon qeydiyyat şöbəsinin verdiyi 10 yanvar 2022-ci il tarixli AZ-İİ 213414 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01 yanvar 2022-ci il tarixdə ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. Qobustan rayon prokurorluğunun 20 dekabr 2021-ci il tarixli tələbnaməsinə əsasən Azərbaycan Respublikası DİN-in BƏSİİ-in verdiyi 10 yanvar 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, eləcə də digər sənədlərlə tam sübuta yetir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı ödəməsini, yaşadığı yerdən müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Мəhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, dəymiş ziyanı ödəməsini və əməlindən peşman olmasını, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 313-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş vurulmuş ziyanın məbləği olan 62 manat 20 qəpik məbləğində pul İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi X15 hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Şahid8, Şahid10 və Şahid6 adına olan “Covid-19” vaksinasiyası üzrə məlumat formalarının cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-354, 356 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə təqsirli bilinib 2000 manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş vurulmuş ziyanın məbləği olan 62 manat 20 qəpik məbləğində pul İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi X15 hesabına köçürülsün. İşi üzrə maddi sübut olan Şahid8, Şahid10 və Şahid6 adına olan “Covid-19” vaksinasiyası üzrə məlumat formalarının cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-8/2022
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-8/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver