Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-8/2023 13.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Ağagül oğlunun iştirakı ilə, xx xxxxxxx 1986-cı ildə Şamaxı rayonunun Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan rayonunun Yekəxana kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətinin Qobustan Həbsxanasında cəza çəkən- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 14 dekabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində Zərərçəkmiş şəxs Ağagül oğluna məxsus Qobustan rayonunun Yekəxana kəndində yerləşən fərdi yaşayış evinin hasarının üzərinə çıxıb evin həyətinə qanunsuz daxil olub, həyətdə anbar kimi istifadə olunan tikiliyə yaxınlaşaraq tikilinin qapısının üstündə olan qıfılı yerindən çıxardıb tikiliyə daxil olaraq, oradan bir kiloqramı 0,55 manat olmaqla ümumi dəyəri 660 manat təşkil edən ümumi çəkisi 1200 kq olan arpa toxumu, həmçinin 15 dekabr 2022-ci il tarixdə saat 22 radələrində yenə də, Zərərçəkmiş şəxs evinin həyətinə qanunsuz daxil olaraq oradakı anbar kimi istifadə olunan tikilidən ümumi dəyəri 30 manat olan 01 (bir) ədəd su motoru, ümumi dəyəri 150 manat təşkil edən “Espa” markalı 01 (bir) ədəd su motoru, ümumi dəyəri 80 manat təşkil edən 01 (bir) ədəd su qızdırıcısı, ümumi dəyəri 20 manat təşkil edən 01 (bir) ədəd elektriklə işləyən bıçaq itiləyici, evin həyətindən 01 (bir) ədədinin qiyməti 10 manat olmaqla, ümumi dəyəri 20 manat təşkil edən avtomobil təkəri üçün nəzərdə tutulmuş 02 (iki) ədəd dəmir zəncir, 01 (bir) ədədinin qiyməti 40 manat olmaqla, ümumi dəyəri 80 manat təşkil edən diski ilə birlikdə 02 (iki) ədəd avtomobil təkəri, ümumi dəyəri 15 manat təşkil edən 01 (bir) ədəd vakumlu dərman vuran qurğu, bir metri 0,50 manat olmaqla, ümumi dəyəri 7,50 manat təşkil edən 15 metr uzunluqda rezin su borusu, ümumi dəyəri 3 manat təşkil edən 01 (bir) ədəd çəkic, ümumi dəyəri 5 manat təşkil edən 01 (bir) ədəd balta, ümumi dəyəri 15 manat təşkil edən 01 (bir) ədəd dəryaz, evin zirzəmisindən isə bir ədədinin qiyməti 1 manat olmaqla, ümumi dəyəri 100 manat təşkil edən 100 ( bir yüz) ədəd orta ölçülü yemək boşqabları və ümumi dəyəri 20 manat təşkil edən bir ədəd duşdan və bir ədəd krantdan ibarət 01 (bir) ədəd simestitel dəstini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1205,50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakılarla sübuta yetir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs Ağagül oğlunu tanıyır. Zərərçəkmiş şəxs Qobustan rayonu, Yekəxana kəndindən olmaqla, həmkəndlisidir. Vüsalla münasibətləri normal olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Son vaxtlar maddi vəziyyəti pis olduğu üçün oğurluq edərək oğurladığı əşyaları satıb, bir qədər pul əldə etməyi düşünmüşdür. Bu məqsədlə də Zərərçəkmiş şəxs evinə girib oğurluq etmək qərarına gəlmişdir. Çünki Zərərçəkmiş şəxs Bakı şəhərində yaşadığını, ona görə də, rayonun Yekəxana kəndində olan evinə çox vaxt gəlmədiyini və Zərərçəkmiş şəxs evi onun evindən çox da kənarda olmadığı üçün oğurlayacağı əşyaları rahat evinə daşıyacağını fikirləşmişdir. 14 dekabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində Zərərçəkmiş şəxs evindən oğurluq etmək üçün onun evinin yaxınlığına gəlmiş, hasarın üzərinə çıxıb həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra həyətdə yerləşən anbar kimi istifadə olunan tikiliyə yaxınlaşmış və həmin tikilinin qapısının üstündə olan açarla bağlanmayan qıfılı yerindən çıxardıb qapını aralayaraq tikiliyə daxil olmuşdur. Həmin vaxt tikilidə kisələrə yığılmış və həmçinin, açıq vəziyyətdə olan arpa və bir çox digər əşyaların olduğunu görmüşdür. Həmin vaxt arpaları və əşyaları oğurlamaq qərarına gəlmiş, ancaq eyni vaxtda edə bilməyəcəyini bilib, hissə-hissə oğurlamaq qərarına gəlmişdir. Əvvəlcə arpadan oğurlayıb yaşadığı evə aparmağı, daha sonrakı gecə isə yenə də Zərərçəkmiş şəxs anbar kimi istifadə etdiyi tikiliyə gəlib digər əşyaları oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə anbar kimi istifadə olunan tikilidən tapdığı kisələrə arpaları doldurmuş və oradan da küçəyə açılan əl qapısını arxadan açaraq kisələri küçəyə daşımışdır. Küçədən isə həmin arpa kisələrini yaşadığı evin həyətindəki əl damına yığmışdır. Həmin vaxt bir neçə dəfə ardıcıl olaraq Zərərçəkmiş şəxs evinin həyətindəki anbar kimi istifadə olunan tikiliyə gəlmiş və hər dəfə anbardakı arpalardan kisəyə doldurub evinin həyətindəki əl damına gətirib yığmışdır. Həmin vaxt arpaları çəkməsə də, sonradan arpanı satan zaman Zərərçəkmiş şəxs anbar kimi istifadə etdiyi tikilidən oğurladığı arpanı çəkmiş və çəkisi 1200 kq, yəni 1 ton 200 kq olmuşdur. Səhərisi gün, yəni 15 dekabr 2022-ci il tarixdə saat 22 radələrində yenə də, Zərərçəkmiş şəxs evinin həyətinə daxil olaraq oradakı anbar kimi istifadə olunan tikilidən birinci olaraq üzərində hidrofonu olan 02 ədəd su motorunu, 01 ədəd su qızdırıcısını və 01 ədəd elektriklə işləyən bıçaq itiləyicini götürüb, oradan tapdığı kisəyə qoyub evinin həyətindəki əl damına gətirib qoyduqdan sonra, yenə də Zərərçəkmiş şəxs evinin həyətinə gələrək həyətdən 02 ədəd avtomobil təkəri üçün nəzərdə tutulmuş dəmir zənciri və “VAZ” markalı avtomobilə məxsus diski ilə birlikdə 02 ədəd avtomobil təkərini götürüb gətirib evinin anbarına qoymuşdur. Sonra yenə də həmin həyətə qayıdaraq evin həyətindən 01 ədəd vakumlu dərman vuran qurğunu, 15 metr uzunluqda rezin su şlanqını, 01 ədəd çəkici, 01 ədəd baltanı, 01 ədəd dəryazı, evin padvalından isə 100 ədəd orta ölçülü yemək boşqablarını və bir ədəd duşdan və bir ədəd krantdan ibarət simestitel dəstini götürərək, gətirib evinin həyətindəki əl damına qoymuşdur. Həmin vaxt gecə olduğu üçün onu heç kim görməmişdir. Əşyaları oğurladığı gündən təxminən 2-3 gün sonra əvvəlcə arpaların təxminən 800 kiloqramını Şamaxı rayon bazarına apararaq orada tanımadığı şəxslərə satmışdır. Daha sonra isə qalan arpanın bir hissəsini yaşadığı evdə özü istifadə etmiş, qalan hissəsini isə həmkəndlisi Soltan adlı şəxsə 2022-ci ilin dekabr ayının sonlarında 150 manat pul qarşılığında satmışdır. Soltan arpanı ondan alarkən arpanı çəkib 385 kq olduğunu demişdir. Sonra “VAZ” markalı avtomobilə məxsus diski ilə birlikdə 02 ədəd avtomobil təkərini, 01 ədəd vakumlu dərman vuran qurğunu 2022-ci ilin dekabr ayının sonlarında həmkəndlisi Elmirə ümumilikdə 50 manata satmışdır. Daha sonra 02 ədəd üzərində hidrofonu olan su motorunu, 01 ədəd elektriklə işləyən bıçaq itiləyicini, 01 ədəd su qızdırıcısını, 15 metr uzunluqda rezin su şlanqını, 1 ədəd çəkici, 1 ədəd baltanı və 1 ədəd dəryazı isə Çalov kəndində yaşayan tanışı Sarvan adlı şəxsə tarixini xatırlamadığı vaxtda, 2022-ci ilin dekabr ayının sonları-2023-cü ilin yanvar ayının əvvəllərində ümumilikdə 80 manata satmışdır. Zərərçəkmiş şəxs evindən oğurladığı 100 ədəd orta ölçülü yemək boşqablarını və bir ədəd duş və bir ədəd krantdan ibarət simestitel dəstini isə 2022-ci ilin dekabr ayının sonları, 2023-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhərinə gedən zaman orada “20 Yanvar dairəsi”ndə tanımadığı şəxsə satmışdır. Oğurlayaraq satdığı əşyalardan əldə etdiyi pulların hamısını öz məsrəflərinə xərcləmişdir. Oğurluğu tək etmişdir. Oğurluq etməsindən ailə üzvlərinin xəbəri olmamışdır. Oğurladığı əşyaları satarkən həmin şəxslərə əşyaların özünə məxsus olduğunu demiş, onlara həmin əşyaların oğurluq olduğunu deməmişdir. Törətdiyi əməlin cinayət olmasını başa düşür və əməlindən peşmandır. İş üzrə Zərərçəkmiş şəxs Ağagül oğlu ifadəsində göstərdi ki, Qobustan rayon Yekəxana kəndində qeydiyyatda olsa da, hazırda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom yaşayış massivində nömrəsiz fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Qobustan rayonu, Yekəxana kəndi ərazisində ona məxsus ata evi vardır. Həmin evdə yaşamaq üçün bütün əlverişli şərait yaradılmışdır. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom yaşayış massivində nömrəsiz fərdi evdə ailə üzvləri ilə yaşamasına baxmayaraq, vaxtaşırı Qobustan rayonu, Yekəxana kəndində yerləşən evinə gəlir və orada da yaşayır. Sonuncu dəfə 20 yanvar 2023-cü il tarixdə qardaşı Şahid1 ilə birlikdə Qobustan rayonu, Yekəxana kəndinə yas mərasiminə gəlmişdir. Yas mərasimindən çıxdıqdan sonra ata yurduna baş çəkməyə qərar vermişdir. Həmin evə gələn zaman görmüşlər ki, evin həyətində yerləşən anbar kimi istifadə edilən tikiliyə yığdıqları arpaların bir hissəsi və tikilinin içərisinə qoyduqları bir sıra əşyalar yerində yoxdur. Həmin arpanın bir hissəsi kisələrdə olmuş, bir hissəsini isə açıq şəkildə tikilinin içərisinə yığmışlar. Anbar kimi istifadə edilən tikiliyə daha diqqətlə nəzər yetirən zaman məlum olmuşdur ki, oradakı kisələrə yığılmış arpanın, həmçinin açıq vəziyyətdə olan arpanın müəyyən bir hissəsi oğurlanmışdır. Həmçinin, anbar kimi istifadə edilən tikilinin içərisindəki üzərində hidrofonu olan 02 ədəd su motoru, 01 ədəd su qızdırıcısı və 01 ədəd elektriklə işləyən bıçaq itiləyicinin yerində olmadığını və oğurlandığını başa düşmüşlər. Bundan sonra ümumi həyətə baxan zaman başqa əşyaların da, yəni “VAZ markalı” avtomobilə məxsus diski ilə birlikdə 02 ədəd avtomobil təkərinin, 01 ədəd vakumlu dərman vuran qurğunun, 15 metr uzunluqda rezin su şlanqının, 01 ədəd çəkicin, 01 ədəd baltanın və 01 ədəd dəryazın yerlərində olmadığını və oğurlandığını görmüşlər. Dərhal özünə məxsus mobil telefonla DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək evindən oğurluq olması barədə məlumat vermişdir. Bir qədər sonra oraya polis əməkdaşları gələrək baxış keçirtmişlər və bundan sonra polis əməkdaşları ilə birlikdə Qobustan rayon polis şöbəsinə gedərək evindən oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, həmin oğurluq hadisəsini həmkəndlisi Təqsirləndirilən şəxs törətmişdir. Bir müddət sonra evə gəlib konkret olaraq nələr oğurlandığını müəyyənləşdirəndə ona məlum olmuşdur ki, evin həyətindən həmçinin 02 ədəd avtomobil təkəri üçün nəzərdə tutulmuş dəmir zəncir, həmçinin evin padvalına baxdıqda oraya yığdıqları 100 ədəd orta ölçülü yemək boşqabları, 01 ədəd duş və 01 ədəd krantdan ibarət simestitel dəsti oğurlanmışdır. Bildirmişdir ki, evinin həyətində yerləşən anbar kimi istifadə edilən tikilidən satışı həmin vaxt 50 qəpik olduğu üçün 600 manat dəyərində 1200 kq, yəni 1 ton 200 kq arpa oğurlanmışdır. Həmçinin, ona məxsus oğurlanmış digər əşyalarla bağlı qeyd etmişdir ki, 01 ədəd üzərində hidrofonu olan istifadə etdikləri su motorunun qiyməti təxminən 120 manat, 01 ədəd üzərində hidrofonu olan istifadə etmədikləri su motorunun qiyməti təxminən 120 manat, 01 ədəd elektriklə işləyən bıçaq itiləyicinin dəyəri 70 manat, 01 ədəd vakumlu dərman vuran qurğunun qiyməti 70 manat, 01 ədəd su qızdırıcısının dəyəri 170 manat, 15 metr uzunluqda rezin su şlanqının qiyməti 30 manat, “VAZ” markalı avtomobilə məxsus diski ilə birlikdə 02 ədəd avtomobil təkəri təxminən 200 manat, avtomobil təkəri üçün nəzərdə tutulmuş 02 ədəd dəmir zəncirin dəyəri 80 manat, 01 ədəd çəkicin qiyməti 5 manat, 01 ədəd baltanın dəyəri 11 manat, 01 ədəd dəryazın qiyməti 15 manat, birinin qiyməti 1 manat 80 qəpik olan 100 ədəd yemək boşqablarının dəyəri 180 manat, hamamda istifadə olunan bir ədəd duşdan və bir ədəd krantdan ibarət simestitel dəstinin qiyməti isə 100 manat təşkil edir. Zərərçəkmiş şəxs Ağagül oğlu əlavə ifadəsində isə göstərmişdir ki, Qobustan rayonunun Yekəxana kəndində yerləşən evindən oğurlanmış əşyaların və arpanın qiymətini təxminən demiş, onların konkret dəyərini bilmir. Məhkəməəmtəəşünaslıq ekspertizasının rəylərində əşyaların və arpanın qeyd edilən qiymətləri ilə razıdır. Bununla əlaqədar heç bir etirazı yoxdur. Evindən oğurlanmış əşyaların qiymətini ilkin ifadəsində göstərdiyi kimi deyil, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərində göstərildiyi kimi nəzərə alınmasını xahiş edir. Cinayət işi üzrə Şahid1 məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs Ağagül oğlu ilə eyni məzmunlu ifadə verdi Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. Valehi xeyli müddətdir ki, tanıyır. Valehlə yaxın münasibəti olmasa da, münasibətləri hər zaman yaxşı olmuş, aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 2022-ci ilin dekabr ayının sonlarında rayonun Yekəxana kəndində yaşadığı evində olan zaman Təqsirləndirilən şəxs ona zəng edərək övladının xəstə olmasını və bu səbəbdən də ona pul lazım olduğu üçün özünə məxsus arpanı satmaq istədiyini bildirmişdir. Həmin vaxt arpa lazım olduğu üçün Valehin yaşadığı evə getmiş və 385 kiloqram arpanı ümumilikdə 150 manata almışdır. Daha sonra aldığı arpanı özünə məxsus avtomobilə yükləyərək yaşadığı evə aparmışdır. Valehdən aldığı həmin 385 kiloqram arpanı müəyyən müddət ərzində təsərrüfat işlərində istifadə etmişdir. Bundan bir müddət sonra isə Qobustan rayon polis şöbəsindən polis əməkdaşları zəng edərək onu Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinə gələn zaman orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı arpanı həmkəndliləri Zərərçəkmiş şəxs Ağagül oğlunun evindən oğurlayaraq yaşadığı evin həyətinə yığmış və sonradan da ona satmışdır. Valehdən həmin arpanı alan zaman Valeh ona arpanın oğurluq olmasını bildirməmiş, Valehdən həmin arpanı haradan aldığını soruşmuş və Valeh də ona həmin arpanı qayınanasının pay torpaq sahəsindən biçdiyini bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, yaşadığı kənddə və başqa kəndlərdə öz avtomobili ilə gəzərək dəmir metal qırıntıları alır və yaşadığı kənddə metal yığıntısı ilə məşğul olan Şamxal adlı şəxsə təhvil verir. Təqsirləndirilən şəxs ilə onun yaşadığı Qobustan rayonu, Yekəxana kəndində tanış olmuşdur. 2022-ci ilin təxminən dekabr ayının sonları rayonun Yekəxana kəndinə yolu düşmüş və Valehin evinin qarşısından keçəndə Valehlə görüşmüşdür. Həmin vaxt Valeh ona Bakı şəhərinə köçəcəyini və buna görə də, bəzi satılası əşyaları olduğunu demişdir. Valehlə birlikdə onun yaşadığı evin həyətinə getmiş, orada Valeh ona bir ədəd “Termolux” markalı 24 L həcmli su qızdırıcısı, üzərində hidrofonu olan 02 ədəd su motorunu, 01 ədəd elektriklə işləyən bıçaq itiləyən motoru, 15 metr uzunluqda rezin su borusu (şlank), 01 ədəd köhnə çəkic, 01 ədəd köhnə balta, 01 ədəd dəryaz (tilburun) və avtomobil təkəri üçün nəzərdə tutulmuş 02 ədəd dəmir zənciri göstərərək satmaq istədiyini demişdir. Qeyd olunan əşyaları almaq istədiyini demişdir. Valehdən həmin əşyaları neçəyə satmasını soruşmuş və Valeh də ona həmin əşyaları ümumilikdə 200 manata satacağını bildirmişdir. Valehlə razılaşmamış və ona həmin əşyaları baha satdığını bildirmişdir. Aralarında danışmışlar və ümumilikdə həmin əşyaları 80 manata Valehin ona satmasına razılaşmışlar. Həmin vaxt Valehə 80 manat pul vermiş və 01 ədəd su qızdırıcısını, üzərində hidrofonu olan 02 ədəd su motorunu, 01 ədəd elektriklə işləyən bıçaq itiləyən motoru, 15 metr uzunluqda rezin su borusunu, 01 ədəd köhnə çəkici, 01 ədəd köhnə baltanı, 01 ədəd dəryazı (tilburunu) və avtomobil təkəri üçün nəzərdə tutulmuş 02 ədəd dəmir zənciri Valehdən almışdır. Bundan bir müddət sonra isə Qobustan RPŞ-dən polis əməkdaşları ona zəng edərək onu Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinə gələn zaman orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı həmin əşyaları həmkəndlisinin evindən oğurlayaraq yaşadığı evin həyətinə yığmış və sonradan da ona satmışdır. Valehdən həmin 01 ədəd su qızdırıcısını, üzərində hidrofonu olan 02 ədəd su motorunu, 01 ədəd elektriklə işləyən bıçaq itiləyən motoru, 15 metr uzunluqda rezin su borusunu, 01 ədəd köhnə çəkici, 01 ədəd köhnə baltanı, 01 ədəd dəryazı (tilburunu) və avtomobil təkəri üçün nəzərdə tutulmuş 02 ədəd dəmir zənciri alan zaman Valeh həmin əşyaların onun özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona həmin əşyaların oğurluq olmasını deməmişdir. Valehdən həmin əşyaları haradan aldığını soruşmuş və Valeh də ona həmin əşyaların özünə məxsus olmasını və kənddən köçüb getdiyinə görə özünə pul lazım olduğu üçün satdığını bildirmişdir. Polis əməkdaşları ondan həmin əşyaların hazırda harada olmasını soruşmuşlar və onlara həmin əşyaların yaşadığı evdə olmasını demişdir. Valehin ona satdığı 01 ədəd su qızdırıcısını, üzərində hidrofonu olan 02 ədəd su motorunu, 01 ədəd elektriklə işləyən bıçaq itiləyən motoru, 15 metr uzunluqda rezin su borusunu və 01 ədəd dəryazı (tilburunu) yaşadığı evdən gətirərək polis əməkdaşlarına təqdim etmiş və polis əməkdaşları da həmin əşyaları götürmüşlər. 01 ədəd baltanı, 01 ədəd çəkici və avtomobil təkəri üçün nəzərdə tutulmuş 02 ədəd dəmir zənciri isə metallom kimi satdığı dəmirin arasında təhvil verdiyi üçün həmin əşyaları polis əməkdaşlarına təhvil verə bilməmişdir. Şahid4 ifadəsində göstərdi ki, rəsmi iş yeri olmasa da, özünə məxsus “Qazel” markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yüklərin daşınması ilə məşğul olur. Təqsirləndirilən şəxs həmkəndlisidir. Təxminən 2022-ci ilin dekabr ayının sonlarında yaşadığı rayonun Yekəxana kəndində Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq pul lazım olduğu üçün “VAZ” markalı avtomobilə məxsus diski ilə birlikdə 02 ədəd avtomobil təkəri və 01 ədəd vakumlu dərman vuran qurğunu satdığını demişdir. Həmin vaxt təkər və dərman vuran qurğu lazım olduğu üçün Valehin yaşadığı evə getmiş və Valehdən “VAZ” markalı avtomobilə məxsus diski ilə birlikdə 02 ədəd avtomobil təkəri və 01 ədəd vakumlu dərman vuran qurğunu ümumilikdə 50 manata almışdır. Valehə yaşadığı evdə 50 manat pul verərək “VAZ” markalı avtomobilə məxsus diski ilə birlikdə 02 ədəd avtomobil təkəri və 01 ədəd vakumlu dərman vuran qurğunu ondan alıb öz avtomobilinə qoyaraq yaşadığı evə gətirmişdir. Bundan bir müddət sonra isə ona Qobustan RPŞ-dən polis əməkdaşları zəng edərək onu Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinə gələn zaman orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı həmin əşyaları həmkəndlisi Zərərçəkmiş şəxs Ağagül oğlunun evindən oğurlayaraq yaşadığı evin həyətinə yığmış və sonradan da ona satmışdır. Valehdən “VAZ” markalı avtomobilə məxsus diski ilə birlikdə 02 ədəd avtomobil təkəri və 01 ədəd vakumlu dərman vuran qurğunu alan zaman Valeh həmin əşyaların onun özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona həmin əşyaların oğurluq olmasını deməmişdir. Polis əməkdaşlarına “VAZ” markalı avtomobilə məxsus diski ilə birlikdə 02 ədəd avtomobil təkəri və 01 ədəd vakumlu dərman vuran qurğunun hazırda yaşadığı evdə olmasını bildirmişdir. Sonra həmin əşyaları yaşadığı evdən gətirərək polis əməkdaşlarına təqdim etmiş və onlar da həmin əşyaları götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 mart 2023-ci il tarixli, 9/838 nömrəli rəyində qeyd edilir ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd su motorunun (hidrofon) qiyməti 30 manat, 01 ədəd elektriklə işləyən bıçaq itiləyicinin qiyməti 20 manat, 01 ədəd vakumlu dərman vuran qurğunun qiyməti 15 manat, “Termolux” markalı 24 L həcmli su qızdırıcısının (piyatminutka) qiyməti 80 manat, bir metri 0,50 qəpik olmaqla 15 metrlik su borusunun (şlankının) qiyməti 7,50 manat, birinin qiyməti 40 manat olmaqla, iki ədəd diskli avtomobil təkərinin qiyməti 80 manat, bir ədəd çəkicin qiyməti 3 manat, bir ədəd baltanın qiyməti 5 manat, bir ədəd dəryazın (tilburun) qiyməti 15 manat, 1 kq əla növ arpa toxumunun qiyməti 0,55 manatdır. Ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 256 manat 05 qəpik təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 may .2023-cü il tarixli, 9/3137 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən “Espa” markalı, üzərində hidrafonu olan su motorunun bir ədədinin qiyməti 150 manat, orta ölçülü yemək boşqabının bir ədədinin qiyməti 1 manat, 100 ədədinin qiyməti isə 100 manat, hamamda istifadə olunan bir ədəd duşdan və bir ədəd krantdan ibarət bir ədəd simestitel dəstinin qiyməti 20 manat, avtomobil təkəri üçün nəzərdə tutulmuş dəmir zəncirin bir ədədinin qiyməti 10 manat olmaqla, iki ədədinin qiyməti 20 manat təşkil edir. Ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 290 manat müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 04 may 2023-cü il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Bələdov X2 rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək 18 mart 2023-cü il tarixdə həbs edilmiş və hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Qobustan rayon məhkəməsinin 18 aprel 2023-cü il tarixli 1(026)-5/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib cəzasının əvvəli 18 mart 2023-cü il tarixdən hesab edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qobustan rayon İHB-nin Qobustan rayon Yekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı-01 yanvar 2001-ci il təvəllüdlü X3, oğlu-12 iyul 2019-cu il təvəllüdlü X5, oğlu-01 yanvar 2021ci il təvəllüdlü X4 və oğlu-12 may 2022-ci il təvəllüdlü X1 ibarətdir. Qobustan rayon İHB-nin Qobustan rayon Yekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnaməsində Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməməsini nəzərə alaraq Təqsirləndirilən şəxsnа təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin еdilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs Ağagül oğlunun fərdi yaşayış evindən oğurlanmış “Termolux” markalı 24 L həcmli 01 ədəd su qızdırıcısı, 01 ədəd elektriklə işləyən bıçaq itiləyici, üzərində hidrofonu olan 02 ədəd su motoru, 15 metrlik rezin su borusu, 01 ədəd dəryaz, “VAZ” markalı avtomobilə məxsus diski ilə birlikdə 02 ədəd avtomobil təkəri və 01 ədəd vakumlu dərman vuran qurğusunun Zərərçəkmiş şəxs Ağagül oğluna təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, Qobustan rayon məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 1(026)-5/2023 saylı hökmü ilə təyin olunmuş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbs edildiyi tarixdən, yəni 18 mart 2023-cü il tarixdən hesablansın. Zərərçəkmiş şəxs Ağagül oğlunun fərdi yaşayış evindən oğurlanmış “Termolux” markalı 24 L həcmli 01 ədəd su qızdırıcısı, 01 ədəd elektriklə işləyən bıçaq itiləyici, üzərində hidrofonu olan 02 ədəd su motoru, 15 metrlik rezin su borusu, 01 ədəd dəryaz, “VAZ” markalı avtomobilə məxsus diski ilə birlikdə 02 ədəd avtomobil təkəri və 01 ədəd vakumlu dərman vuran qurğunun Zərərçəkmiş şəxs Ağagül oğluna təhvil verilməsi nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-8/2023
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-8/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver