Məhkəmə qərarları › İş №1(026)-8/2024

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-8/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-8/2024 27.02.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1971-ci il tarixdə Şamaxı rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 5,063 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan şəhərinə daşımış, 20 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan rayonu Sündü kəndi ərazisində saxlanılaraq Qobustan rayon polis şöbəsinə gətirildikdən sonra orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd siqaret qutusunun içərisində açıq halda 3,610 qram və həmin qutunun içərisində 01 (bir) ədəd çəhrayı rəngli kağız bükülüdə 1,453 qram olmaqla, ümumi təmiz çəkisi 5,063 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittuiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ev təmiri ustası kimi fərdi qaydada fəaliyyət göstərir və bu yolla əldə etdiyi qazancla dolanır. Əvvəllər cinayət törətdiyinə görə məhkum edilmiş və cəzasını çəkmişdir. Təxminən yeddi il olar ki, narkotik vasitə istifadəçisidir. Bu müddət ərzində o, müxtəlif vaxtlarda bir müddətlik narkotik vasitəni tərgitsə də, daha sonra yenidən istifadə etməyə başlamışdır. Belə ki, qeyd etdiyi müddət ərzində o, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmişdir. 2023-cü ilin sentyabr ayının ortalarında xatırlamadığı tarixdə o, öz şəxsi işi ilə əlaqədar olaraq Abşeron rayonu, Müşfiqabad qəsəbəsinə getmişdir. Orada olduğu vaxt xatırlamadığı yerdə yol kənarındakı bir mağazaya girib siqaret almışdır. Daha sonra o, mağazadan çıxdıqda, səkidə yerdə ağ rəngli kağız bükülü görmüş və həmin bükülü diqqətini cəlb etdiyinə görə onu yerdən götürmüşdür. Kağız bükülünü açıb içərisinə baxdıqda, içərisində qurudulmuş bitki kütləsi görmüş və həmin kütləyə diqqətlə baxdıqda əvvəllər istifadə etdiyinə görə kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını başa düşmüşdür. Özü də narkotik vasitə istifadəçisi olduğu üçün daha sonra istifadə etmək məqsədi ilə içərisində narkotik vasitə olan həmin kağız bükülünü cibinə qoyaraq özü ilə götürmüşdür. Daha sonra isə öz avtomobili ilə yaşadığı Qobustan şəhərindəki evə gəlmişdir. Yaşadığı evin qarşısına çatdıqda, ailə üzvlərinin narkotik vasitə istifadə etməsindən xəbər tutmamaları üçün içərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin kağız bükülünü açıb, içərisindəki qurudulmuş marixuananın bir hissəsini cibindəki siqaret qutusunun içərisinə tökmüşdür ki, istifadə etməsi asan olsun. Bir hissəsini isə avtomobilində olan kağıza büküb həmin siqaret qutusunun içərisinə qoymuşdur. Daha sonra siqaret qutusunu avtomobilinin “bardaçok” deyilən saxlanc yerində gizlətmişdir. Avtomobilini isə evinin həyət qapısının qarşısında olmaqla küçədə saxlamışdır. 20 sentyabr 2023-cü il tarixdə axşam saatlarında o, yemək məqsədi ilə kafeyə getmək üçün təklikdə öz avtomobili ilə Qobustan rayonu, Sündü kəndinə yola düşmüşdür. O, yolda olduğu zaman avtomobilinin bardaçokunda saxladığı içərisində qurudulmuş marixuana olan siqaret qutusunu götürüb əynindəki şalvarın sağ yan cibinə qoymuşdur ki, yemək yeyəndən sonra yolda təklikdə istifadə edər. O, həmin gün təxminən saat 21 radələrində Qobustan rayonunun Sündü kəndinə çatdıqda, gedəcəyi yolu dəqiqləşdirmək üçün avtomobili yol kənarında saxlayaraq avtomobildən enib, ətrafa göz gəzdirməklə yolu soruşacağı adam axtarmağa başlamışdır. Bu zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olmasını bildirərək, buna görə də, onlarla birlikdə polis şöbəsinə getməli olduğunu qeyd etmişlər. O da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Orada olduğu zaman X6 ona şübhəli şəxs qismində tutulacağını və üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. X5 gəlib ona təqdim olunduqdan sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutmuşdur. Bundan sonra təhqiqatçı müdafiəçi və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparmağa başlamışdır. Təhqiqatçı əvvəlcə ona hüquq və vəzifələrini izah etmişdir. Bütün bunlardan sonra təhqiqatçı tərəfindən ona üzərində, paltarında, paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Sonra ondan təqdim etdiyi bir ədəd siqaret qutusunun içərisindəki kütlə və qutunun içərisindəki kağız bükümün içindəki kütlə haqqında soruşulduqda, o, həmin kütlələrin marixuana olduğunu, Müşfiqabad qəsəbəsində səkidə yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitədən heç bir şəxsə vermədiyini, özünün də istifadəçi olduğunu, həmçinin, həmin siqaret qutusundan aşkar olunmuş bir ədəd siqaret dənəsinin sadəcə siqaret olduğunu bildirmişdir. Sonra həmin qurudulmuş marixuana kütlələri tərəzidə çəkilmişdir. Daha sonra ona və digər iştirakçılara həmin kütlələrin içərisində narkotik vasitə olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmişdir. Həmin siqaret qutusu içərisindəki marixuana ilə birlikdə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. O, təxminən yeddi ildir ki, narkotik vasitə istifadəçisidir. Lakin, bu müddət ərzində heç vaxt narkotik vasitə satmamış, o cümlədən, kiməsə pay formasında və yaxud bəxşiş kimi narkotik vasitə verməmişdir. Halhazırda isə törətdiyi cinayət əməlindən başqa heç bir cinayət əməli törətməmişdir. O, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və psixi dispanserdə qeydiyyatda yoxdur. O, saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə, yaxud təsirə məruz qalmamışdır. Əməlindən peşman olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə onun tərəfindən Qobustan RPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Şöbə rəisinin əmri ilə 20 sentyabr 2023-cü il tarixdə CAB-ın rəisi Emin Məmmədzadənin rəhbərliyi, onun və Qobustan RPŞ-nin CAB-m əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 20 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o və Şahid2 Qobustan rayonunun Sündü kəndində Təqsirləndirilən şəxs yaxınlaşmış, ona xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər və ona narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən onlar onu polis şöbəsinə gətirmiş və üstünə şəxsi axtarış keçirilib tədbir görülməsi üçün onlar tərəfindən raportla şöbə rəhbərliyinə müraciət edilmişdir. X6 öz xidməti iş otağında Təqsirləndirilən şəxs Qobustan rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Pərvanə Hüseynovam seçmişdir. Bir qədər sonra vəkil gəlmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə X5nın, onun, həmçinin əməliyyat müvəkkili Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üstünə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusunun içərisindəki kütlə və qutunun içərisindəki kağız bükümün içindəki kütlə haqqında soruşulduqda, o, həmin kütlələrin marixuana olmalarını, Müşfiqabad qəsəbəsində mağazadan siqaret alıb çıxanda yerdə bir ədəd bükümdə gördüyünü, narkotik vasitə olduğunu bilib götürdüyünü və istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitədən heç bir şəxsə vermədiyini, özünün də istifadəçi olduğunu, həmçinin, həmin siqaret qutusundan aşkar olunmuş bir ədəd siqaret dənəsinin sadəcə siqaret olduğunu bildirmişdir. Sonra həmin kütlələr tərəzidə çəkilmişdir. Həmin siqaret qutusu içərisindəki kütlə ilə birlikdə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamışdır. Baxış iştirakçıları protokolun doğruluğunu imzalar ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Şahid qismində dindirilmiş Qobustan rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 21 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1337 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs imza Şahverdiyev...” yazı və imzalar olan zərfdə bir ədəd üzərində “Bakı” yazılan siqaret qutusunda təmiz çəkisi 3,610 qram və bir ədəd çəhrayı rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 1,453 qram olmaqla ümumi çəkisi 5,063 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 5,063 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,1 qram, qalıq çəkisinin isə 4,963 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2023-cü il tarixli, 6159 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 30 sentyabr 2023-cü il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 5,063 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 4,963 qram olan narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 23 sentyabr 2023cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Qobustan rayon İcra hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 oktyabr 2023-cü il tarixli 1568 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 yanvar 1940-cı il təvəllüdlü anası-X1, 18 may 1977-ci il təvəllüdlü arvadı-X4, 18 sentyabr 2003-cü il təvəllüdlü qızı - X2 və 21 yanvar 2010-cu il təvəllüdlü oğlu-X3 vardır. Qobustan rayon İcra hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 03 oktyabr 2023-cü il tarixli 1569 saylı xasiyyətnamə ilə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin “şübhəli şəxsin tutulması” haqqında 20 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 sentyabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində yaşlı anasının, heç bir yerdə işləməyən arvadının və yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, himayəsində yaşlı anasının və yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 4,963 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 70 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347,349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdən 22 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 4,963 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 70 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar