Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 1(026)-8/2025 08.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1988-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri Qaradağ rayon 28 saylı uşaq musiqi məktəbində müəllim işləyən, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və az ağır zərər vurmaya səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 23 noyabr 2024-cü il tarixdə, saat 17:20-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Sonata” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobili 3.24. “Maksimum sürətin məhdudlaşdırılması” qadağan yol nişanı ilə 30 km/saata qədər məhdudlaşdırılmış yol sahəsi hesab edilən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 56,7-ci kilometrliyində təxminən 90 km/saat sürətlə idarə edib Bakı şəhəri istiqamətində hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bu tələblərə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almamış, idarəetməni itirdiyindən avtomobil sola istiqamətlənib beton arakəsməni vurmuş, daha sonra sağa istiqamətlənərək yolun sağ kənarında olan metal konstruksiyalı çəpərə çırpılmış, nəticədə ehtiyatsızlıqdan “Hyundai Sonata” markalı avtomobil sərnişinləri Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün aşağı 1/3-nin açıq sınığı, sol sirkə kasasının yerini dəyişmiş sınığı, budun başının arxaya çıxığı kimi yetirilən anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, Zərərçəkmiş şəxs2 sol bel və oma nahiyələrinin hematomaları, 1-ci büzdüm fəqərəsinin sınığı, sağ bud çanaq oynağının və sağ baldırın, sağ aşıq topuq oynağının hematomaları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 23 noyabr 2024-cü il tarixdə, saat 17:20-də idarə etdiyi özünə məxsus “Hyundai Sonata” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonundan çıxıb Bakı şəhərinə gələrkən Bakı-Şamaxı-Yevlax yolunun 56,7-ci kilometrliyində avtomobili təxminən 90 km/saat sürətlə hərəkətdə olan zaman yolda təmir işləri getdiyindən qarşıdan gələn avtomobilin ona tərəf istiqamətləndiyini görüb toqquşmadan yayınmaq üçün tez sükanı sağa və sola burmuş, bu zaman avtomobili yoldan solda olan beton zolağa toxunmuş, bundan sonra sağa istiqamətlənərək metal konstruksiyalı çəpərə çırpılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilində qabaq sağ oturacaqda əyləşən sərnişin Zərərçəkmiş şəxs1 və arxa oturacaqda əyləşən sərnişin Zərərçəkmiş şəxs2 bədən xəsarəti almışlar. O, yolda heç bir avtomobillə toqquşmamış, avtomobili əvvəlcədən saz vəziyyətdə, yüksüz olmuş, hadisə zamanı spirtli içki qəbul etməmişdir. O, zərərçəkmiş şəxslərə hadisə nəticəsində dəymiş ziyanı tamamilə ödəmiş və onlarla barışıq əldə etmişdir. Ona görə də özünün cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 23 noyabr 2024-cü il tarixdə, saat 17:20-də arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə Ağsu rayonundan Bakı şəhərinə gələrkən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində sərnişin olduqları “Hyundai Sonata” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili yüksək sürətlə idarə etdiyindən idarəetməni itirərək solda olan beton səddə, sonra rayon tərəfə istiqamətlənərək metal çəpərə dəymişdir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində o və arvadı Aynurə bədən xəsarəti aldıqlarından xəstəxanaya müraciət etmişlər. Bildirdi ki, hazırda onlar Təqsirləndirilən şəxs ilə barışmışlar və Təqsirləndirilən şəxs onlara dəymiş maddi və mənəvi ziyanı ödəmişdir. Ondan heç bir tələbləri yoxdur. Xahiş edir ki, bunu nəzərə alıb qanunda nəzərdə tutulduğu halda iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 23 noyabr 2024-cü il tarixdə əri Zərərçəkmiş şəxs1 ilə birlikdə Ağsu rayonunda tanımadığı sürücünün idarə etdiyi “Hyundai Sonata” markalı avtomobilə əyləşmiş, avtomobildə o, arxa oturacaqda, əri Sahib isə qabaq sağ oturacaqda əyləşmişdir. Əyləşdikləri avtomobillə Bakı-Şamaxı-Yevlax yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Qobustan rayonu ərazisində o avtomobildə yuxulamış, bu zaman qəza baş vermiş, o da qəza anında ayılmışdır. Hadisə zamanı o və əri Sahib bədən xəsarəti almışlar. Bildirdi ki, hazırda onlar Təqsirləndirilən şəxs ilə barışmışlar və Təqsirləndirilən şəxs onlara dəymiş maddi və mənəvi ziyanı ödəmişdir. Ondan heç bir tələbləri yoxdur. Xahiş edir ki, bunu nəzərə alıb qanunda nəzərdə tutulduğu halda iş üzrə icraata xitam verilsin. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə barışdığından və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödədiyindən, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13 dekabr 2024-cü il tarixli, 151 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər – sağ bazu sümüyünün aşağı 1/3-nin açıq sınığı, sol sirkə kasasının yerini dəyişmiş sınığı, budun başının arxaya çıxığı küt əşya təsirindən törənməklə, 23 noyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişin qismində alınması mümkündür. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər ümumilikdə yetirilən anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 27 dekabr 2024-cü il tarixli, 152 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər – sol bel və oma nahiyələrinin hematomaları, 1-ci büzdüm fəqərəsinin sınığı, sağ bud çanaq oynağının və sağ baldırın, sağ aşıq topuq oynağının hematomaları küt əşya təsirindən törənməklə, 23 noyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişin qismində alınması mümkündür. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan 23 noyabr 2024-cü il tarixli, 2/53823 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24 dekabr 2024-cü il tarixli, 8/3317 nömrəli rəyində göstərilmişdir ki, “Hyundai Sonata” markalı, **- FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24. “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 30 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24. “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 22 yanvar 2025-ci il tarixli qətimkan tədbiri seçmə barədə qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı şikayət və tələbləri yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, barəsində olan cinayət işi üzrə özünü təqsirli bilir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmişdir və onlarla barışıq əldə etmişdir. Ona görə də cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə görə, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-in 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qobustan rayon prokurorluğuna göndərilməlidir. Məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət işi üzrə icraata xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, məhkəmə yol-nəqliyyat hadisələri ilə bağlı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış “Hyundai Sonata” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, təqsirləndirilən şəxsə məhkəmə icraatı zamanı göstərilən 16 saat hüquqi yardımla bağlı 96 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 40, 43, 305, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Sonata” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X1 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 16 saat hüquqi yardımla bağlı 96 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qobustan rayon prokurorluğuna göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №1(026)-8/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №1(026)-8/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver