Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-9/2020 23.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakı ilə, Təqsirləndirilən şəxs1xx xxxx 1988-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir azyaşlı uşağı olan orta təhsilli, işləməyən, məhkum olunmamış, Şamaxı şəhəri, H.Z.Şirvani küçəsi, ev 3, dalan 7-də qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs2xx xxxxxx 1989-cu ildə Qobustan rayonunun Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki azyaşlı uşağı olan, orta ixtisas təhsilli, baytar həkim işləyən, məhkum olunmamış, Qobustan rayonunun Çalov kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə saat 18:25 radələrində etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs məxsus texniki cəhətdən saz vəziyyətdə olan “MAN TG 350 A Xüsusi” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qobustan rayonu, Qobustan şəhəri, “Son” adlanan ərazidə Şamaxı rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti qaydalarına riayət etməmiş, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etmədən, yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yolun sol kənarındakı yol ayrıcından onun hərəkət zolağına çıxmış “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü qismində olan Təqsirləndirilən şəxs2 alın nahiyyəsində sağda bir ədəd sıyrıq, sağlamlığın pozulmasına səbəb olmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti, “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan zərərçəkmiş X5 başın və bədənin küt travmaları, döş qəfəsinin sol ön tərəfinin İİ-İİİ-İV-V-Vİİİ-İX-X qabırğalarının sınıqları, dalağın, sağ ağ ciyərin və qara ciyərin cırılması, sağ çiyin və said nahiyyələrinin yaraları, daxili qanitirmələr, hemotravmatik şok, canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan xəsarətlər yetirmiş, nəticədə Şamil İsrəfilov almış olduğu xəsarətlərdən hadisə yerində ölmüş, Zərərçəkmiş şəxs məxsus “MAN TG 350 A Xüsusi” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ona 254 manat dəyərində, Təqsirləndirilən şəxs2 məxsus “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ona 1560 manat dəyərində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə saat 18:25 radələrində özünə məxsus idarə etdiyi “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qobustan rayonu, Qobustan şəhəri, “Son” adlanan ərazidə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozmaqla yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti qaydalarına riayət etməmiş, yolayrıcından kənarda geriyə dönərkən, qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunu etmədən, yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yolayrıcının sol kənarından qövsvari trayektoriya ilə 10 km/saat sürətlə hərəkətdə olub geriyə dönmə əməliyyatı apararaq qarşı sağ hərəkət zolağına çıxıb Şamaxı rayonu istiqamətində hərəkətdə olan “MAN TG 350 A Xüsusi” markalı **-BR-*** dövlə qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan zərərçəkmiş X6 başın və bədənin küt travmaları, döş qəfəsinin sol ön tərəfinin İİ-İİİ-İV-V-Vİİİ-İX-X qabırğalarının sınıqları, dalağın, sağ ağ ciyərin və qara ciyərin cırılması, sağ çiyin və said nahiyyələrinin yaraları, daxi qanitirmələr, hemotravmatik şok, canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli ola sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan xəsarətlər yetirmiş, nəticədə Şamil İsrəfilov almış olduğu xəsarətlərdən hadisə yerində ölmüş, Zərərçəkmiş şəxs Hacbal oğluna məxsus “MAN TG 350 A Xüsusi” markalı **-BR-*** dövlət qeydiyyat nişan avtomobilin əzilməsi nəticəsində ona 254 manat dəyərində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində etibarnamə ilə idarə etdiyi Zərərçəkmiş şəxs məxsus “MAN TG350 A Xüsusi” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı beton pompası avtomobillə köməkçisi Şahid2 ilə birlikdə Qobustan şəhəri, H.Əliyev prospektindəki tikinti obyektinə gəlmişlər. Təxminən saat 18:10 radələrində həmin avtomobili özü idarə edərək Şamaxı rayonuna qayıtmaq üçün Bakı-Şamaxı magistral yoluna çıxan şosse yolla 60 km/saat sürətlə hərəkət edərək Qobustan şəhərinin “Son” adlanan ərazisindən keçərkən həmin ərazidə yolun sol kənarındakı avtomobil təmir sexinin qarşısından keçən zaman həmin sexin qarşısında dayanmış, sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-21074” markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəflətən yola çıxdığını görmüş və onun avtomobilinin hərəkət zolağına keçəcəyini güman etmişdir. Bu zaman özünün idarə etdiyi avtomobillə həmin avtomobilin arasında 10 metr məsafə olmuşdur. O, həmin anda toqquşma təhlükəsi yarandığını görüb bunun qarşısını almaq üçün tormoz etməklə yanaşı idarə etdiyi avtomobili sola doğru çəkmiş, lakin “VAZ 21074” markalı avtomobil hərəkətini yolun orta hissəsində dayandırdığı üçün idarə etdiyi avtomobil “VAZ-21074” markalı avtomobilin sağ tərəfindən dəyərək toqquşmuşdur. Bu zaman hadisə yerinə çoxlu şəxslər toplaşmış, o, hadisənin təsirindən özünü itirdiyindən nə edəcəyini bilməmişdir. Orada toplaşan şəxslər “VAZ-21074” markalı avtomobildə sağ qabaq oturacaqda əyləşmiş sonradan adını bildiyi Şamil İsrəfilovu avtomobildən çıxarandan sonra həmin şəxs vəfat etmiş, sürücü Təqsirləndirilən şəxs2 isə yüngül xəsarət almış, lakin özü və onunla eyni avtomobildə olan Şahid2 isə heç bir xəsarət almamışdır.Əməlindən peşman olmuşdur. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18:25 radələrində özünə məxsus olan “VAZ 2107” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Qobustan şəhərində yaşayan mərhum Şamil İsrəfilovun həyətindəki heyvanları müalicə etmək məqsədi ilə Qobustan şəhərinin “Son” adlanan ərazisinə gəlmiş və sonuncuya zəng edərək orada görüşüb birlikdə heyvanlara baxmağa getməyi təklif etmişdir. Şamil İsrəfılov “Son” adlanan ərazidən keçən şosse yolun Bakı- Şamaxı istiqamətində sol kənarındakı avtomobil təmiri sexinin qarşısında olduğunu bildirib onu oraya çağırmış, o, avtomobillə sexin qarşısına gələrək avtomobili orada Bakı-Şamaxı magistral yolu istiqamətində saxlamışdır. Şamil İsrəfılov avtomobilin qabaq sağ oturacağına əyləşdikdən sonra göstərilən şosse yolla geriyə, yəni şəhər mərkəzi istiqamətində hərəkət etmək üçün sükanı sağa burub hərəkətə başlayaraq həmin yolun hərəkətinə çıxıb orta xəttə yaxınlaşdığı zaman təxminən 20 metr aralıda, yolun əks istiqamətindəki hərəkət zolağında hərəkət edən sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi “Man” markalı avtomobilin yaxınlaşdığını görmüşdür. Həmin anda toqquşma təhlükəsi yarandığını bilərək, özünün idarə etdiyi avtomobili tam dayandırmış və yolu boşaltmaq üçün avtomobili geriyə doğru hərəkət etdirmək məqsədi ilə sürətlər qutusunun vəziyyətini dəyişdirmək istəyərkən, Təqsirləndirilən şəxs1 hərəkətini davam etdirib özünün onun yoluna çıxacağını zənn etdiyindən sükanı sola burmaqla səmtini yolun orta xəttinə doğru dəyişmiş və bu zaman “Man” markalı avtomobil qabaq sağ küncü ilə onun idarə etdiyi “VAZ 21074” markalı avtomobilin sağ yan hissəsindən vurub toqquşmuşdur. Toqquşma nəticəsində idarə etdiyi “VAZ 21074” markalı avtomobilin sağ qabaq oturacağında əyləşmiş Şamil İsrəfilov aldığı xəsarətlərdən hadisə yerində ölmüş, o özü isə baş və bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər almışdır.Əməlindən peşman olmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X9 ifadəsində göstərdi ki, X8 onun atasıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla arasında ədavət və ya düşmənçiliyi olmamışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində tanımadığı və xatırlamadığı mobil nömrədən bir şəxs ona zəng etmiş və atası X14 şəhəri, “Son” adlanan ərazidə qəzaya düşdüyünü bildirmişdir. O, həmin vaxt küçədə olmuş, dərhal hadisə yerinə, yəni Qobustan şəhəri, “Son” adlanan əraziyə getmiş və oraya çatdıqda Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 21074” markalı avtomobil ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Man“ markalı avtomobilin toqquşduğunu görmüşdür. Həmin vaxt atası almış olduğu xəsarətlərdən vəfat etmiş və təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılmışdır. Daha sonra mərhum atası Şamil İsrəfilovun meyiti məhkəmə-tibbi müayinədən keçirilmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tamamı ilə ödənilmişdir. Onlara qarşı heç bir tələbi və şikayəti yoxdur, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “MAN TG 350 A Xüsusi” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili etibarnamə ilə idarə edib işləməsi üçün Təqsirləndirilən şəxs1 vermişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona Qobustan şəhərində idarə etdiyi həmin avtomobillə “VAZ 21074” markalı avtomobilin toqquşaraq yol-nəqliyyat hadisəsi baş verdiyini bildirmişdir. Hadisə nəticəsində ona məxsus “MAN TG 350 A Xüsusi” markalı avtomobilə vurulmuş maddi ziyanın 254 manat müəyyən edilməsi barədə aktla razıdır. İş üzrə zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ona məxsus Man “MAN TG 350 A Xüsusi” markalı 99BR363 dövlət qeydiyyat nişanlı avtomaşınla olan hadisədən heç bir iddiası yoxdur. 73 yaşı olduğu üçün və ölkədə olan karantin rejimi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. Üzrlü hesab edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində qonşusu mərhum Şamil İsrəfilov onun işlədiyi Qobustan şəhərinin “Son” adlanan ərazidə yerləşən avtomobil təmiri sexinə gəlmişdir. Həmin vaxt heyvanlarına baxması üçün Gündüz adlı şəxsi çağıraraq orada görüşmək barədə razılaşdıqlarını demişdir. Sonra isə Şamil onun təklifi ilə sexin qarşısında dayanan maşınına oturub Gündüzü gözləmişdir. Bir neçə dəqiqədən sonra Gündüz özünə məxsus avtomobillə sexin qarşısına gəlmiş, Şamil avtomobildən düşüb Gündüzün avtomobilinə tərəf getmişdir. O, öz avtomobilini işə salıb arxa-arxaya verən zaman möhkəm toqquşma səsi eşitmiş və arxaya baxan zaman sexin qarşısından keçən yolda Şamaxı rayonu istiqamətinə gedən “Man” markalı avtomobilin Gündüzün idarə etdiyi “VAZ 21074” markalı avtomobilin sağ yan tərəfindən vuraraq toqquşduğunu görmüşdür. Dərhal o və kənarda olan digər şəxslər “VAZ 21074” markalı avtomobilə tərəf gedib, Şamilin toqquşma nəticəsində aldığı xəsarətlərdən hadisə yerində öldüyünü görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi «Man» markalı betonpompalı avtomobillə müxtəlif ünvanlarda beton daşınması və boşaldılması işlərində köməklik edir. xx xxxx 2020-ci il tarixdə növbəti dəfə onlar Qobustan şəhəri H.Əliyev prospektində yerləşən tikinti obyektinə gəlmiş, orada işlərini qurtardırdıqdan sonra təxminən saat 18:20 radələrində Şamaxıya qayıtmaq istəmişlər. Maşını Emin özü idarə etmiş, onlar Qobustan şəhərinin «Son» adlanan ərazisindən keçən yolla Bakı-Şamaxı yolu istiqamətində hərəkət edərkən qəflətən hərəkədə olduqları yolun sol kənarında dayanmış, sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 2107 markalı 37BC563 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətə başlayaraq soldan sağa qövsvari trayektoriya ilə yolun hərəkət hissəsinə daxil olub orta xəttə qədər gəlib çıxmış, bu zaman aralarında təxminən 10-15 metr məsafə olmuş və həmin anda Emin toqquşma təhlükəsi yarandığını görüb əyləci basmışdır. Eyni zamanda VAZ 2107 markalı avtomobil hərəkətini davam etdirib onların hərəkət zolağına daxil olacağını güman edərək toqquşma olmaması üçün əlavə tədbir görüb sükanı sola buraraq «MAN» markalı avtomobilin hərəkət trayektoriyasının səmtini yolun qarşı hərəkət zolağına doğru yönəltmişdir ki, toqquşma olmadan VAZ 2107 markalı avtomobil hərəkətini davam etdirib onların idarə etdiyi avtomobilin yolundan çıxa bilsin. Lakin sonradan məlum olduğu kimi VAZ 2107 markalı avtomobilin sürücüsü yola çıxandan sonra ona qarşı hərəkət etdiyini görüb avtomobili qabaq hissəsi yolun orta xəttinə yaxın yerdə saxladığına görə Eminin gördüyü bu tədbirlərin əhəmiyyəti olmamış və “MAN” markalı avtomobilin qabaq sağ küncü ilə VAZ 2107 markalı avtomobilin sağ tərəfindən vuraraq toqquşmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 Şamaxı rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli 04 №-li rəyində göstərilmişdir ki, mərhum X3 meyitinin üzərində aşkar edilmiş xəsarətlər başın və bədənin küt travmaları, döş qəfəsinin sol ön tərəfinin İİ-İİİ-İV-V-Vİİİ-İX-X qabırğalarının sınıqları, dalağın, sağ ağ ciyərin və qara ciyərin cırılması, sağ çiyin və said nahiyələrinin yaraları, daxili qanitirmələr, hemotravmatik şok olmuşdur. Həmin xəsarətlər bədənin küt travması təsirindən törənməklə xx xxxx 2020-ci il tarixdə avtomaşınların toqquşması nəticəsində sərnişin qismində alınmağa uyğun gəlir. Mərhum Ş.Ş.İsrəfilovun almış olduğu xəsarətlərdə yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətləri vardır. Onun ölümünə səbəb aldığı xəsarətlər nəticəsində çoxsaylı qabırğa sınıqları, dalağın və qara ciyərin cırılmaları, daxilə kütləvi qanitirmələr olmuşdur. Ş.Ş.İsrəfilovun ölümü xx xxxx 2020-ci il tarixdə baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 Şamaxı rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli 81 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər alın nahiyəsində sağda bir ədəd sıyrıq küt əşya təsirindən törənməklə xx xxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü qismində alına bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 82 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət izi aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 Şamaxı rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli 83 №-li rəyindən görünür ki, Şahid2 bədəni üzərində xəsarət izi aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 8/880 №-li rəyindən görünür ki, göstərilən yol nəqliyyat hadisəsi zamanı “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “MAN TG350 A Xüsusi” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Şamaxı rayon Mərkəzi Xəstəxanasının xx xxxx 2020-ci il tarixli 85 və 86 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İşdə olan sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 Səyyar Asan xidmət tərəfindən xx.xx.2013-cü il tarixdə “BC” kateqoriyalı AC 452101 saylı sürücülük vəsiqəsi verilmiş və xx.xx.2023-cü ilə qədər etibarlıdır. İşdə olan sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 X10 İmtahan və Texniki Baxış Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə “BC” kateqoriyalı AE 053615 saylı sürücülük vəsiqəsi verilmiş və xx.xx.2029-cu ilə qədər etibarlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 rayon polis şöbəsinə daxil olmuş xx xxxx 2020-ci il tarixli 145-4971-1120 saylı tələbnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 rayon polis şöbəsinə daxil olmuş xx xxxx 2020-ci il tarixli 145-4970-1120 saylı tələbnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş, Şamaxı rayonu İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 2121 saylı arayışdan görünür ki, Əliyev X23 şəhəri, H.Z.Şirvani küçəsində qeydiyyatda olmaqla himayəsində 1995-ci il təvəllüdlü arvadı X11 və 2019-cu il təvəllüdlü oğlu X25 vardır. İş materiallarına əlavə edilmiş, Şamaxı rayonu İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 2122 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş, Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Qobustan rayonunun Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 184 saylı arayışdan görünür ki, Günəşov X13 rayonunun Çalov kəndində qeydiyyatda olmaqla himayəsində xx xxxx 1997-ci il təvəllüdlü arvadı X15, xx xxxx 2017-ci il təvəllüdlü oğlu X16 və xx xxxx 2018-ci il təvəllüdlü oğlu X17 vardır. İş materiallarına əlavə edilmiş, Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Qobustan rayonunun Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Məhkəmə sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli onların, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Onların əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlara həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə olaraq az ağır cinayət törətmələrini, törətdikləri cinayəti etiraf edib səmimi peşmançılıq keçirmələrini, zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxsə ziyanı tam ödəmələrini, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayəti və tələbləri olmadığını, himayələrində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasının nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. “MAN TG350 A Xüsusi” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış, “MAN TG350 A Xüsusi” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs1, “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs2 təhvil verilmişdir. Odur ki, iş üzrə maddi sübut kimi tanınmış “MAN TG350 A Xüsusi” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs1, “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X12 qaytarılması nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X22 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “MAN TG350 A Xüsusi” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs1, “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb dövlət büdcəsinə keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-9/2020
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-9/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver