Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 1(026)-9/2024 13.02.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə saat 23:45 radələrində Qobustan rayonunun Nabur kənd sakini Zərərçəkmiş şəxs məxsus “VAZ 21061” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, açıq-boz rəngli avtomobili sonuncunun yaşadığı Qobustan rayonunun Nabur kəndində yerləşən evin həyətinin giriş darvazasının qarşısından talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 16 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Qobustan rayonu, Nabur kəndində olan yaşadığı evdən Nabur kəndinin mərkəzində gəzişmək üçün evdən çıxaraq kəndin mərkəzi istiqamətində piyada getmişdir. Kəndin içərisində iki saatdan çox piyada gəzdikdən sonra saat təxminən 23:45 radələrində yaşadığı evə getmişdir. Qobustan rayonu, Nabur kəndi ərazisində piyada yolla gedən zaman orada olan evlərin birinin qarşısında “VAZ 21061” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını görmüşdür. Kəndin içərisində piyada çox gəzdiyi üçün çox yorulmuş və bu səbəbdən də “VAZ 21061” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibinin icazəsi olmadan sürüb yaşadığı evə getmək qərarına gəlmişdir. Küçədə kənar hər hansı şəxsin olmadığını görüb avtomobilə yaxınlaşaraq avtomobilin qapısının açıq olduğunu görüb avtomobilə əyləşərək avtomobilə məxsus açarı axtardıqdan sonra açarı sürücü oturacağının sağında yerləşən qoltuqaltından tapıb avtomobilin mühərrikini işə salmış və avtomobil işə düşdükdən sonra avtomobili təxminən 700 metr irəliyə doğru sürərək hərəkət etdirmişdir. Lakin həmin vaxt idarəetməni itirmiş və avtomobili həmkəndlisi Əmirxan adlı şəxsin daş hasarına vurmuşdur. Avtomobili daş hasara vuran zaman yüksək səs yarandığı üçün avtomobilin sahibi bu səsi eşidib, küçəyə çıxmışdır. Həmin vaxt sükan arxasında olmuşdur. Avtomobilin sahibi həmkəndlisi Kamil adlı şəxs avtomobilin yanına gəlib qabaq sol qapını açaraq ona hərəkət etməməsini bildirmiş və ondan nə səbəbə avtomobilini qaçırtdığını soruşmuşdur. Həmin avtomobili yorulduğu üçün yaşadığı evə getmək məqsədilə qaçırtdığını deyərək, heç bir hərəkət etmədən avtomobilin yanında dayanmışdır. Avtomobilin sahibi Zərərçəkmiş şəxs bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Təxminən 30 dəqiqə sonra polis əməkdaşları avtomobilin yanına gəlmişlər. Bundan sonra həmkəndlisi Zərərçəkmiş şəxs Qobustan RPŞ-yə ərizə ilə müraciət edərək avtomobilini onun qaçırmasını bildirmişdir. Polis əməkdaşları barəsində şikayət olduğunu bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslərlə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edib, bu barədə məhkəməyə ərizə təqdim etdi. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Münasibətləri daima normal olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2011-ci ildə X1 açıq boz rəngli “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin vaxt alqı-satqı eləmək üçün maddi imkanı olmadığına görə avtomobili etibarnamə əsasında sənədləşdirmiş və avtomobili sürücülük vəsiqəsi olmadığına görə idarə etməmişdir. O, adətən səhər saatlarında piyada işə gedir, axşam saatlarında isə işdən evə gəlir. Avtomobilini yaşadığı evin həyətinin giriş darvazasının küçə tərəfdən qarşısında saxlamışdır. Avtomobilini evinin qarşısında saxlayanda qapılarını heç vaxt bağlamamış və açarı daima avtomobildə qoltuqaltının içərisinə qoymuşdur. 16 oktyabr 2023-cü il tarixdə həmişə olduğu kimi səhər saatlarında işə getmişdir. Həmin tarixdə saat 23 radələrində avtomobili yaşadığı evin qapısının küçə tərəfdən qarşısında dayanmışdır. Avtomobili idarə etmədiyi üçün qapıları bağlamamış və açarı avtomobilin içərisində olan qoltuqaltının içərisinə qoymuşdur. Bundan sonra yaşadığı evin içərisinə daxil olaraq yemək yeməyə başlamışdır. Yemək yeyərkən küçədə avtomobilin mühərrikinin işə düşdüyü vaxt yaratdığı səsi eşitmişdir. Həmin səs onun avtomobilinin mühərrikinin səsinə oxşadığı üçün dərhal küçəyə çıxmışdır. O, küçəyə çıxdıqda avtomobilinin Qobustan rayonunun Nabur kəndinin mərkəzi istiqamətində hərəkət etdiyini görsə də, avtomobili kimin idarə etdiyini görməmişdir. Avtomobil təxminən 700 metr getdikdən sonra həmkəndlisi Əmirxan Abıyevə məxsus yarımtikilinin küçə tərəfdən daş hasarına dəyərək dayanmışdır. Dərhal avtomobilin yanına gəlmiş və avtomobilini qaçıran şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Bundan sonra dərhal 102 xidməti-zəng mərkəzinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onun avtomobilinin yanına gəlmişlər. Qobustan RPŞ-yə ərizə ilə müraciət edərək avtomobilinin qaçırılması ilə əlaqədar Təqsirləndirilən şəxs şikayəti olduğunu bildirmişdir. Qobustan RPŞ-yə ərizə ilə müraciət etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə getmişdir. Təqsirləndirilən şəxs avtomobilini, həmçinin avtomobilində olan hər-hansı əşyanı oğurlamamış, avtomobilini sürmək məqsədilə qaçırmışdır. Avtomobilə 330 manat dəyərində ziyan vurmuşdur. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs şikayəti və tələbi olmadığını, onunla barışdığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 16 noyabr 2023-cü il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədən və cinayət işinə əlavə edilmiş Qobustan rayon məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qobustan rayon məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(026)-30/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına görə Sumqayıt şəhər Probasiya Şöbəsinin təqdimatı əsasında Qobustan rayon məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 7(026)-15/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin 1(026)-30/2022 saylı, 16 dekabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 06 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Qobustan rayon Mərkəzi Xəstəxanası PHŞ-in 22 noyabr 2023-cü il tarixli 18-1-53/2- 1011/2023 saylı məktubda göstərilir ki, Təqsirləndirilən şəxs Qobustan rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Poliklinika şöbəsində Psixonevroloji xəstəliklər kabinetində “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, epilepsiya nəticəsində şəxsiyyət dəyişikliyi, yaddaşın enməsi, qıcolma və spazm, tez-tez təkrarlanan qıcolma tutması ilə” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X4 09 dekabr 2023-cü il tarixli 6411 saylı kompleks ambulator məhkəmə-pxiatrik və psixoloji ekspertizasının 25 noyabr 2023-cü il tarixli, 3289 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusu formasında psixi pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlanılan şəxs onda aşkar edilən üzvi şəxsiyyət pozuntusu diaqnozlu xəstəliklə əlaqədar Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, hövsələsizlik, kobudluq, konfliktə meyillilik, qıcığa qarşı həssaslıq, neqativ amillərin təsirinə qarşı dözümsüzlük, impulsivlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İbtidai araşdırma zamanı, Təqsirləndirilən şəxs talama məqsədi olmadan ələ keçirdiyi və aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs məxsus “VAZ 21061” markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut əhəmiyyətinə malik olduğundan maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyini, onunla barışdığını, оndan heç bir şikayət və tələbləri olmadığını göstərdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbləri olmadığını göstərib, barəsində Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi olmamasını və onunla barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 9 saat hüquqi yardıma görə 54 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CM-in 73-1.1-ci və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs talama məqsədi olmadan ələ keçirdiyi və aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs məxsus “VAZ 21061” markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün qanuni sahibi zərər çəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 9 saat hüquqi yardıma görə 54 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-9/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №1(026)-9/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver