Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-10/2021 16.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X11, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X12 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Quba rayonu, Rük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən bərbərxanaya gedərkən bərbərxananın qarşısında rastlaşdığı həmkəndlisi Zərərçəkmiş şəxs ona sözlə sataşmasını bəhanə edərək, heç bir ciddi səbəb olmadan sonuncunun başından iki dəfə sillə ilə vurmuş, bundan sonra aralarında yaranmış mübahisənin böyüyərək ictimai xarakter almasına baxmayaraq Zərərçəkmiş şəxs qarşı zorakı hərəkətlərini davam etdirib, həmin vaxt yaranmış səs-küyə toplanmış kənd sakinlərinin onları ayırmalarına məhəl qoymadan, cəmiyyət arasında formalaşmış birgəyaşayış və davranış qaydalarına etinasızlıq edərək özünü cəmiyyətin fövqündə qoymaqla və öz “üstünlüyünü” nümayiş etdirmək məqsədilə ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş, Zərərçəkmiş şəxs yaxasından tutaraq yerə yıxdıqdan sonra sonuncunun sağ gözündən bir dəfə yumruqla vuraraq sağ və sol kürəkdə sıyrıqlar, sağ dirsəkdə, sol dizdə və sol ayağın birinci barmağın iç səthində hərəsində bir yerdə sıyrıqdan ibarət dərəcəsi təyin olunmayan, sol dirsəkdə əzilmişcırılmış yaradan ibarət sağlamlıqda qısa müddətə pozğunluq törədən yüngül dərəcəli və sağ göz orbitinin aşağı və orta divarının sınıqları, sağ göz orbiti ətrafında geniş qançırhematoma, sağ gözün ağlı qişasında geniş qansızmadan ibarət sağlamlıqda uzun müddətə pozğunluq törədən az ağır dərəcəli xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla onunla eyni məhəllədə yaşayır. Zərərçəkmiş şəxsla əvvəllər münasibəti yaxşı olsa da, ötən ilin iyul ayının ortalarında münasibətləri dəyişmişdir. Belə ki, ötən ilin iyul ayının ortalarında digər həmkəndlisi Şahid1 ilə birlikdə kənd içindəki çayxanada oturduğu vaxt Zərərçəkmiş şəxs onlara yaxınlaşıb icazəsiz masada oturmuş və söhbətlərinə dinləmişdir. Həmin vaxtı o, Xəyyamla dəniz kənarına getmək barədə söhbət etmiş, Elçin isə söhbətə müdaxilə edərək onu da özləri ilə aparmalarını xahiş etmişdir. O, Elçinlə həmkəndli kimi münasibəti olmasına baxmayaraq onu özü ilə dənizə aparmaq istəmədiyindən Xəyyamla birlikdə çıxıb getmişdir. Bir qədər sonra Elçin onun mobil telefonuna zəng edərək, onu aparmadıqları üçün iradını bildirmişdir. Bu hadisədən sonra Elçinin onlara qarşı münasibəti dəyişmişdir. Bir neçə gün sonra o, idarə etdiyi avtomobillə yaşadığı kənd içində hərəkətdə olarkən Elçin idarə etdiyi avtomobillə onun yolunu kəsmiş və hərəkətinə maneə törədərək qəsdən qəza şəraiti yaratmışdır. Elçinin acıqlı olmasını bildiyi üçün həmin vaxtı ona heç bir söz demədən yoluna davam etmişdir. Bundan sonra aralarında hər hansı hadisə baş verməsə də, hadisə baş verən vaxtadək Elçin onun barəsində kənd sakinləri yanında xoşagəlməz sözlər danışaraq sonuncunun şəxsiyyətini alçatmağa çalışmışdır. O, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində idarə etdiyi avtomobillə Şahid1la birlikdə kənd içində fəaliyyət göstərən Amilin bərbərxanasına doğru getmiş, bərbərxanadan təxminən 10 metr uzaqlıqda yolun kənarında dayanmışdır. Avtomobildən düşüb bərbərxanaya yaxınlaşdıqda, orada Zərərçəkmiş şəxs yol kənarında stulda ələşdiyini görüb salam verərək dükana doğru keçmişdir. Bu vaxt Elçin ona “yenə həmişəki kimi yekəbaş-yekəbaş gəzirsən” demişdir. Bərbərxana bağlı olduğundan o, içəri daxil olmadan geriyə dönərək, Elçinə iradını bildirmişdir. Bu vaxt Elçin oturduğu yerdən qalxaraq onun sinəsindən bir dəfə yumruqla vurub onu itələmişdir. O, ayaqüstə olan vəziyyətdə iki-üç dəfə Elçinin sifətinin sağ tərəfindən yumruqla vurmuş, sonra onlar bir-birinin yaxasından tutaraq dartışdıqları üçün ikisi də, yerə yıxılmışdır. O, Elçinin üstündə qalmış və sonuncunu yerdə uzanmış vəziyyətdə bir neçə dəfə yumruqla vurmuşdur. Bu vaxt səs-küyə eşidən Xəyyam onlara yaxınlaşıb ayırmağa çalışmışdır. Xəyyam onu Elçinin üzərindən qaldıran zaman o, bir dəfə sağ ayağı ilə Zərərçəkmiş şəxs sifətindən təpiklə vurmuşdur. Xəyyam onu hadisə yerindən ayırıb, avtomobilinə əyləşdirmiş və o, özü maşını idarə edərək oradan uzaqlaşmışdır. Hadisə baş verməzdən əvvəl orada kənar şəxslər olmasa da, hadisə zamanı yaranmış səs-küyə kənd sakinləri ətrafda toplanmış və Xəyyam onu Elçindən uzaqlaşdırdıqdan sonra ətrafa baxanda orada təxminən 5-10 nəfərin toplaşdığını görmüşdür. Kənd camaatı ətrafda toplansa da, onları ayırmağa yalnız Xəyyam gəlmişdir. Hadisə təxminən 5 dəqiqə davam etmiş və Elçinlə o, bir-birilərini təhqir etməmişlər. Həmin gün axşam saat 23 radələrində piyada Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gedərək küçədə yolun kənarında dayanıb Elçin barəsində iradını bildirmək üçün sonuncunun atası Abdullanı səsləmişdir. Elçinin yaşadığı həyətin hasarı dəmir tordan olduğundan, küçədə dayandığı yerdən səsini eşidərək Elçinin atası Abdulla, qızları Təranə və Tünzalə ilə birlikdə həyətə çıxmışlar. Abdulla ona çatan kimi bir dəfə sifətindən yumruq atsa da, ona hər hansı bir xəsarət yetirməmişdir. Abdulla onun yaxasından tutmuş, Təranə isə üzərinə hücum edərək onu şillə ilə başından və boyun nahiyyələrindən vurmuşdur. Həmin vaxt Abdullanın evindən 30-40 metr kənarda dayanmış qardaşı Məğrur Bayraməliyev onların səsini eşidərək həmin yerə yaxınlaşmış və onu qolundan tutub dartaraq Abdulladan uzaqlaşdıran zaman arxadan yaxınlaşan Təranə daş parçası ilə onun başının sol arxa nahiyyəsindən bir dəfə vurmuşdur. Daha sonra Məğrur onu idarə etdiyi avtomobilə əyləşdirib oradan uzaqlaşdırmışdır. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər Elçinlə aralarında mübahisə olmamışdır. xx.xx.2020-ci il tarixdə kəndin içində olan bərbərxananın yanında Zərərçəkmiş şəxs ona söyüşlə söz atmış, o da cavab qaytardığı üçün aralarında mübahisə yaranmışdır. Mübahisə təxmini 5 dəqiqə çəkmişdir. Mübahisə zamanı orada Salman, İkram və başqa xatırlamadığı həmkəndliləri olmuşdur. Həmin vaxt o, Zərərçəkmiş şəxs xəsarət yetirsə də, xuliqanlıq etməmişdir. Hazırda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, törətdiyi əməldən səmimi peşiman olduğunu, himayəsində üç azyaşlı uşağının olmaqala, ailəsini dolandıran yeganə şəxs olduğunu bildirərək, ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Quba rayonu, Zərdabi qəsəbəsində atası, bacıları Tünzalə və Təranə ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı qəsəbədə həmkəndlisi Amilin bərbərxanasının qarşısında stulda əyləşmişdir. Həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə gələrək, avtomobildən düşüb ona yaxınlaşmışdır. Həmin vaxt Rövşənin sərxoş olduğunu hiss etmişdir. Rövşən ona çatan kimi heç bir səbəb olmadan bir neçə dəfə əl ataraq başından şillə ilə vurmuşdur. O, özünü müdafiə etmək üçün yerindən qalaraq Rövşəni qucaqlamış, sonra Rövşənlə birlikdə gələn həmkəndlisi Şahid1 avtomobildən düşüb onlara tərəf gəlmişdir. Bu vaxt Rövşən onun üzərinə təkrar hücum etmiş, onlar bir-birilərinin yaxasından tutduqları üçün yerə yıxılmışlar. Yerə yıxılandan sonra Rövşən sağ gözündən bir dəfə yumruqla vurmuşdur. Aldığı zərbənin nəticəsində huşunu tam itirməsə də, ətrafda nə baş verdiyini dəqiq görə bilməmişdir. Bu zaman səs-küyə toplanmış kənd sakinləri Rövşən və Xəyyamı tutub ondan uzaqlaşdırmışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş, ayağa qalxdıqdan sonra səs-küyə ətrafda təxminən 15-20 nəfər şəxsin toplaşdığını görmüşdür. Hadisə başlayan zaman isə yanlarında və ətrafda kənar şəxslər olmamışdır. Hadisə zamanı o, Rövşən və Xəyyamı təhqir etməmiş, heç birinə hər hansı xəsarət yetirməmişdir. Hadisədən sonra həmkəndlisi və qonşusu X18 onun qoluna girib piyada evinə aparmışdır. Evə getdikdən sonra vəziyyəti görən bacısı Şahid4 bu barədə polisə müraciət etməsini bildirmiş, lakin o, evdən çıxıb getsə də, bu barədə heç bir şikayət etməmişdir. Həmin gün saat 23 radələrində evinə geri qayıtdıqda eşitmişdir ki, bacısı Şahid4 atası və digər bacısı ilə evdə olarkən Təqsirləndirilən şəxs Şahid1la birlikdə ağ rəngli “Vaz-2106” markalı avtomobillə onların qapısına gəlmiş, Rövşən isə onları öldürəcəyini bildirmişdir. Bacıları atasının köməkliyi ilə onları həyətdən küçəyə çıxarmış, bu zaman yaranmış səs-küyə həmin yerdə təxminən 25-30 nəfər həmkəndlisi toplaşmışdır. Əvvəl Rövşən və Xəyyamın barəsində şikayət etmək istəmədiyi üçün polisə getməsə də, bacısı Təranədən bunları eşitdikdən sonra rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin hazırda təqsirləndirilən şəxslə barışmış və sonuncu barəsində heç bir şikayəti və tələbi yoxdur. Bunalrı nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs barəsində şikayət və ya tələbinin olmamasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla onunla eyni məhəllədə yaşayır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 19 radələrində idarə etdiyi avtomobillə onunla birlikdə kənd içində fəaliyyət göstərən Amilin bərbərxanasına doğru getmişdir. Rövşən bərbər dükanından 10 metr uzaqlıqda yolun kənarında avtomobili saxlayıb düşüb bərbərxanaya doğru getmişdir. O isə avtomobildə qalmışdır. Rövşən avtomobildən düşən zaman o, mobil telefonla danışmış və təxminən 5-6 dəqiqə sonra dava-dalaş səsini eşidərək o, da maşından enmişdir. Bu zaman Rövşənlə Elçinin dalaşdığını və ətrafda təxminən 20-30 nəfər adam toplaşdığı, həmin şəxslərdən Salman, Ekramın və digər xatırlamadığı şəxslərin birlikdə Rövşən və Elçini ayırmağa çalışdıqlarını görüb onlara yaxınlaşmışdır. Həmin vaxt Elçin yerdə uzanmış, Rövşən isə onun üstündə olmuşdur. O, Rövşəni çiynindən tutub qaldırmışdır. O, Rövşəni gəldikləri avtomobilə əyləşdirmiş və onlar oradan uzaqlaşmışlar. Hadisə baş verməzdən əvvəl həmin yerdə kənar şəxslər olmasa da, hadisə zaman yaranmış səs-küyə kənd sakinləri ətrafda toplanmışdır. O, Rövşəni evlərinə düşürdükdən sonra Rövşənin avtomobili ilə öz evinə getmiş və polis şöbəsindən mobil telefonuna gələn zəng əsasında xx.xx.2020-ci il tarixdə saat 08 radələrində Rövşəni evlərindən götürərək birlikdə Quba rayon polis şöbəsinə getmişlər. Məhkəmədə verilən suallara cavab olaraq, bildirmişdir ki, Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə zamanı o, Təqsirləndirilən şəxs tutaraq oradan uzaqlaşdırmışdır. Həmin vaxt Elçinə hər hansı bir xəsarət yetirməmiş, sonuncunu təhqir etməmişdir. Rövşənin Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına getməsindən, həmin vaxt sonuncunun atası və bacıları ilə aralarında mübahisə yaranması barədə hadisədən bir gün sonra xəbərdar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, yaşadığı Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən özünə məxsus bərbər dükanı işlədir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Onlarla münasibətləri normaldır, aralarında heç bir ədavət yoxdur. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində çalışdığı bərbərxananın qarşısında dayanmış, həmin vaxt Zərərçəkmiş şəxs həmin yerdə yolun kənarında stulda oturmuşdur. Bir qədər sonra onun mobil telefonuna zəng gəldiyi üçün bərbərxanaya daxil olmuş və oradakı pulunu götürüb qapını bağlayıb çıxıb getmişdir. O, həmin yerdən uzaqlaşdığı vaxt ətrafda Zərərçəkmiş şəxs başqa heç kim olmamışdır. Sonradan kənd sakinlərindən eşitdiyinə görə o, bərbərxanadan çıxıb getdikdən bir qədər sonra həmin yerə gəlmiş həmkəndlisi Təqsirləndirilən şəxslə Elçin arasında ona məlum olmayan səbəbdən mübahisə baş vermiş və onlar dalaşmışlar. Hadisənin dəqiq olaraq necə baş verməsi, onlardan hansının əvvəlcə digərinə xəsarət yetirməsi, hadisə vaxtı ərafda kimlərin olması ona məlum deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Onlarla heç bir qohumluq əlaqəsi yoxdur. Hər ikisi ilə münasibəti normaldır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində işdən çıxaraq yaşadığı qəsəbədə kənd sakinlərinin toplaşdığı “dörd yol” adlanan yerə getmiş, həmin vaxt orda heç kim olmamışdır. Bu zaman o, dayandığı yerdən təxminən 30-40 metr aralıda yerləşən Amilə məxsus bərbərxananın qarşısında sonuncu ilə Zərərçəkmiş şəxs birlikdə olduqlarını, Elçinin stulda oturduğunu, Amilin isə ayaqüstə dayanaraq söhbət etdiklərini görmüşdür. Bir qədər sonra ağ rəngli rus qeydiyyat nişanlı “VAZ-21010” markalı avtomobil bərbərxananın qarşısında dayanmış və maşından düşən Təqsirləndirilən şəxs Elçinə tərəf yaxınlaşmışdır. Bundan təxminən 10 dəqiqə sonra Rövşənlə Elçinin dalaşdıqları görüb onlara tərəfə qaçmış və ayırmağa başlamışdır. O, hadisə olan yerə çatdıqda Rövşən və Elçini yerdə yıxılmış vəziyyətdə görmüşdür. O, onları bir-birilərindən ayırmış, Rövşəni aparıb öz avtomobilinə mindirərək oradan uzaqlaşdırmış, özü isə çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində qardaşı Zərərçəkmiş şəxs yaşadığı evə gəldikdə, onun döyüldüyünü, sifət və bədənin müxtəlif nahiyyələrinin qan içində olduğunu görmüşdür. Bu barədə soruşduqda Elçin xx.xx.2020-ci il tarixdə saat 19 radələrində kənd içində yerləşən həmkəndlisi Amilin işlətdiyi bərbər dükanının qarşısında oturduğu zaman digər həmkəndlisi Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə zamanı Rövşənlə birlikdə həmin yerə gəlmiş Şahid1 onu bədəninin müxtəlif nahiyyələrindən vuraraq döydüklərini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs polisə müraciət etməsini təklif etmiş, sonuncu da paltarlarını dəyişib əl-üzünü yuyaraq evdən çıxıb getmişdir. Həmin gün saat 23 radələrində atası Abdulla və bacısı Tünzalə ilə birlikdə evdə olarkən həyətə kimsə daxil olaraq Elçini səslədiyini eşitmiş, o, bacısı ilə həyətə çıxmış və Təqsirləndirilən şəxs Şahid1la birlikdə ağ rəngli “Vaz-2106” markalı avtomobillə gəldiklərini, avtomobili küçədə həyətin giriş hissəsində saxladıqlarını, özlərinin isə həyətə daxil olaraq evin qarşısında dayandıqlarını görmüşdür. Onlardan Elçini nə üçün çağırdıqlarını soruşduqda Rövşənlə Xəyyam Elçini və onun ailə üzvlərini təhqir edərək onları öldürəcəyi ilə hədələmişdir. O, bacısı və atasının köməkliyi ilə onları həyətdən küçəyə çıxarmış, bu zaman yaranmış səs-küyə təxminən 25-30 nəfər həmkəndlisi toplaşmışdır. Hadisədən iki gün sonra Təqsirləndirilən şəxs və Şahid1 atalarından üzrxahlıq üçün onun həyətinə gəlsələr də, Abdulla onları geri qaytarmışdır. Məhkəmədə verilən suallara cavab olaraq, bildirdi ki, əvvəllər qardaşı Elçinlə Rövşən arasında ədavət və düşmənçilik, dava-dalaş olmamışdır. İlk dəfə aralarında mübahisə yaranmış, hazırda qardaşı Elçin təqsirləndirilən şəxslə barışmışdır. İttiham aktının siyahısında məhkəməyə çağırılmalı şəxslərin sırasında göstərilən Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Şahid5 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmə iclasında elan edilərkən məlum oldu ki, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində o, yaşadığı Quba rayonu, Zərdabi qəsəbədə yerləşən ərzaq mağazasından siqaret alıb çıxmış, mağazanın qarşısında siqaret çəkərkən oradan təxminən 30-40 metr aralıda olan həmkəndlisi Amilin çalışdığı bərbər dükanının qarşısında Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs ayaqüstə dayanaraq bir-biriləri ilə söhbət etdiklərini görmüşdür. Bir qədər sonra Zərərçəkmiş şəxs Rövşənin sinəsindən bir dəfə əli ilə vurub onu itələmiş və onlar bir-birilərinin yaxasından tutmuşlar. Bu zaman onun mobil telefonuna zəng gəldiyi üçün hadisənin necə davam etdiyinə fikir verməmişdir. Yenidən diqqət etdikdə onların yerə yıxıldığını və bir-birilərini vurduqlarını görmüşdür. O, həmkəndlisi Ekram və digərləri Elçin və Rövşənə yaxınlaşayaq onları ayırmışlar. Ekram Rövşəni gəldiyi “Vaz-21010” markalı avtomobilinə əyləşdirmiş və Rövşən oradan uzaqlaşmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi və digər iş materialları ilə tam təsdiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X19-Təcrübə və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli 592 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər- sağ göz orbitinin aşağı və orta divarının sınıqları, sağ göz orbiti ətrafında geniş qançır-hematoma, sağ gözün ağlı qişasında geniş qansızma, sağ və sol kürəkdə sıyrıqlar, sol dirsəkdə əzilmiş-cırılmış yara, sağ dirsəkdə, sol dizdə və sol ayağın birinci barmağın iç səthində hərəsində bir yerdə sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, hər bir xəsarətin dərəcəsini ayrı-ayrılıqda müəyyən edildikdə sağ göz orbitinin aşağı və orta divarının sınıqları, sağ göz orbiti ətrafında geniş qançır- hematoma, sağ gözün ağlı qişasında geniş qansızma ilə birlikdə sağlamlıqda uzun müddət pozğunluq törətdiklərindən sağlamlığa az ağır zərər vurmaya, sol dirsəkdə əzilmiş-cırılmış yara sağlamlıqda qısa müddətdə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərərvurmaya, qalan xəsarətlər-sağ və sol kürəkdə sıyrıqlar, üç yerdə, sağ dirsəkdə, sol dizdə və sol ayağın birinci barmağın iç səthində hərəsində bir yerdə sıyrıq istər hər biri ayrı-ayrılıqda, istərsə də birlikdə sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir (iş vər.: 18,19); Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsi xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri; 127.2.3-cü maddəsi isə - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma kimi qəsdən törədilən cinayət əməllərinə görə məsuliyyəti nəzərdə tutur. Hər iki normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddələrin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. Təqsirləndirilən şəxsa verilmiş ittihama görə o, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən bərbərxananın qarşısında eyni zamanda CM-nın 127.2.3-cü və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bununla bağlı məhkəmə ilk olaraq vurğulayır ki, həmin cinayətlərin hər birinin obyekti digərindən fərqlidir. Belə ki, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qayda olduğu halda, CM-nın 127-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Xuliqanlıq isə – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, «aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir: “Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər yarandığı halları ehtiva edir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarında həmçinin qeyd olunur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır”. Məhkəmə istintaqı zamanı müəyyən edildiyi kimi, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında yaranmış mübahisə səbəbli olaraq şəxsi münasibətlərin kəskinləşməsi zəminində yaranmış olsa da, sonradan təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın pozulmasına yönəlmiş və zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirməklə nəticələnmişdir. İş üzrə dindirilmiş şəxslərin ifadələrindən aydın olduğu kimi, hadisə baş verən tarixə həmin bərbərxananın qarşısı kəndin mərkəzi hissəsi, insanların toplaşdığı yer və avtomobil yollarının kəsişməsi olmaqla, kifayət qədər gediş-gəlişli olduğundan, hadisə yerinə yığışmış xeyli sayda insanların Təqsirləndirilən şəxs tərəfindən mübahisə edərkən işlətdiyi təhqiredici, küçə söyüşlərindən ibarət ifadələrin eşitmələrini istisna edilmir. Həmçinin orada olan iyaşə obyektlərinin iş rejiminin pozulması da açıq-aşkar bilinir. Bütün bunlar təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşların narahatçılıqlarına səbəb olan qərəzli hərəkətlər etməsini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs bir çox şəxslərin toplaşdğı və gediş-gəlişin intensiv olduğu yerdə, ətrafda olan insanlara əhəmiyyət vermədən, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirərək, zərərçəkmiş şəxsə qarşı zor tətbiq edilməsi ilə müşahidə edilən, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmişdir. Məhkəmə iclasında araşdırılan sübutlara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin əlamətləri vardır və onun əməli Azərbaycan Respublikası CM-in 221.1 və 127.2.3-cü maddələri ilə düzgün tövsif ediliyindən, həmin maddələrlə məsuliyyət daşımalıdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə tövsif edilərək, ona Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs və Şahid1 əməllərində Azərbaycan Respublikası CM-in 134 və 221.2.1-ci maddələrin tərkibi olmadığından barələrində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmişdir. Eyni zamanda X13, Məmmədova Təranə Abdulla qızı və X4 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs öz ehtiyatsızlığı nəticəsində dərəcəsi təyin olunmayan bədən xəsarətləri aldığından həmin faktla bağlı cinayət təqibinin başlanılması rədd edilmişdir (iş vər.: 116-130); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMin 127.2.3 və 221.1-ci maddələri ilə ittiham elan olunmuşdur (iş vər.: 133,134); Zərərçəkmiş şəxs verdiyi xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı şikayət və tələbi yoxdur. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş vər.: 44); Quba rayon Mərkəzi xəstəxanasının xx.xx.2020-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur (iş vər.: 45); Quba RİHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyindən verilmiş arayışından görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs atası - X10, anası - X1, qardaşı - X8, qızı - Bayraməliyeva Dünyam Rövşən qızı, oğlanları - Bayraməliyev Bayraməli Rövşən oğlu və Bayraməliyev Cahid Rövşən oğlundan ibarət ailə tərkibi vardır (iş vər.: 72,73); Quba RİHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Zərdabi qəsəbəsində müsbət xarakterizə olunur (iş vər.: 74); AZE № 12659160 nömrəli şəxsiyyət vəsiqəsi ilə xx.xx.2008-ci il təvəllüdlü Dünyam Bayraməliyeva, AZE № 11617927 nömrəli şəxsiyyət vəsiqəsi ilə xx.xx.2015-ci il təvəllüdlü X3 Rövşən Qafar oğlunun uşaqları olması müəyyən edilmişdir (iş vər.: 78,79); məhkəmə portalından çıxarışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Dünyam Bayraməliyeva və xx.xx.2015-ci il təvəllüdlü Cahid Bayraməliyevdən başqa Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü Bayraməli Bayraməliyev adında uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti qismən etiraf edib əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş zərəri tam aradan qaldırmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 03 (üç) azyaşlı uşaqlarının olmasını, ailəni dolandıran yeganə şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, ona tətbiq edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona həmin maddələrnin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkilinə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili X14 istintaq orqanında iştirak etdiyi cəmi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat, həmçinin Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X6 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X5 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat, həmçinin Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X6 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-10/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-10/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver