Məhkəmə qərarları › İş №1(027)-10/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-10/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-10/2022 09.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X10 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, 29.09.2020-ci il tarixdə Quba Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli 7(027)-157/2021 saylı qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 09 (doqquz) gün hissəsi dərhal 01 (bir) il azaldılmış, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, xx.xx.1978-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 07.08.2021-ci il tarixdə günorta saatlarında Bakı-Quba yolundan Sumqayıt şəhərinə yol ayrılan hissəsində dayanacağın yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 25 manat pul müqabilində iki ədəd bükümdə, ümumi təmiz çəkisi 0,345 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədilə əldə edib üzərində saxlayaraq daşımış, həmin heroindən bir ədəd bükümdə 0,085 qram çəkidə heroini 07.08.2021-ci il tarixdə axşam saatlarında Quba şəhəri, H.Əliyev prospektinə yerləşən bazarın yaxınlığında tanışı Şahid3 25 manata satmış, qalan bir ədəd bükümdə 0,260 qram çəkidə heroini isə üzərində saxlamış və 08.08.2021-ci il tarixdə saat 02:10 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Quba şəhəri, H.Əliyev prospektində yerləşən “24 saat” adlı marketin qarşısında saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman həmin 0,260 qram çəkidə narkotik vasitə heroin bir ədəd bükümdə onun üzərindən, bir ədəd bükümdə 0,085 qram narkotik vasitə heroin isə Şahid3 üzərində aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 6 ədəd bükümdə, hər biri 0,180 qram, 0,024 qram, 0,007 qram, 0,008 qram, 0,014 qram və 0,002 qram, yəni ümumi təmiz çəkiləri 0,235 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində yaşadığı ünvan 3 ünvana daşımaqla bir ədəd bükümdə 0,180 qram çəkidə üzərində, 5 ədəd bükümdə 0,024 qram, 0,007 qram, 0,008 qram, 0,014 qram və 0,002 qram həmin evdə saxlamış, 21 iyun 2021-ci il tarixdə saat 04 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən Quba şəhəri, Ə.Nərimanov küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ arxa cibindəki əl dəsmalının içərisindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,180 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun üzərindən aşkar edilərək götürülmüş, həmin tarixdə saat 19 radələrində yaşadığı ünvan 3 ünvana baxış keçirilən zaman mətbəx otağındakı dolabın üzərində olan “Prima” markalı siqaret qutusunun içərisindən 05 ədəd kağız bükümlərdə, hər birinin ayrı-ayrılıqda çəkiləri 0,024 qram, 0,007 qram, 0,008 qram, 0,014 qram və 0,002 qram olmaqla, ümumi təmiz çəkiləri 0,055 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə üç ədəd bükümdə, ümumi təmiz çəkisi 0,592 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin əldə edib daşımaqla üzərində saxlamış, həmin heroindən iki ədəd bükümdə 0,260 və 0,085 qram çəkidə narkotik vasitə olan heroini 07.08.2021-ci il tarixdə günorta saatlarında Bakı-Quba yolundan Sumqayıt şəhərinə yol ayrılan hissəsində dayanacağın yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 25 manata satmış, qalan bir ədəd bükümdə 0,247 qram çəkidə heroini isə üzərində saxlamış və 08.08.2021-ci il tarixdə saat 13:50 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, Yusif Qasımov küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroinin bir ədəd bükümdə 0,247 qramı üzərindən üzərində aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun – hər birinin əmələrində cinayət tərkibi vardır. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, 06.08.2021-ci il tarixdə Sumqayıt şəhərinin Corat qəsəbəsində avtobus dayanacağında Sərdarla birlikdə dayanan zaman Sərdar yerdən siqaret qutusunun içində 3 büküm narkotik vasitə tapmış və təmənnasız olaraq həmin narkotik vasitəni ona vermişdir. Bir gün ərzində həmin narkotik vasitəni üstündə gəzdirmişdir. 07.08.2021-ci il tarixdə Şahid3 ona zəng edib narkotik vasitə istəmiş, o da Quba şəhəri, H.Əliyev prospektində yerləşən “24 saat” adlı marketin qarşısında Əli ilə görüşüb Sərdarın tapdığı və ona verdiyi 3 büküm narkotik vasitələrdən 2-sini Əliyə vermiş, 1-ni özündə saxlamışdır. Əliyə narkotik vasitəni verəndən 15 dəqiqə sonra evinə getmək üçün Quba şəhərində köhnə avtovağzalda taksi bildiyi avtomobilə oturmuşdur. Maşına oturanda maşında Elman adında polis əməkdaşını görmüşdür. Bu vaxt ona heç bir müqavimət göstərməmiş, nə də maşından düşüb qaçmamışdır. Polis əməkdaşları onu “24 saat” adlı marketin qabağına gətirəndə Əlini də orada görmüşdür. İlkin olaraq polis əməkdaşları Əlini sorğu sual etmişlər. Əli narkotk vasitəni istifadə etdiyi üçün, üzərindən ona verdiyi 2 büküm narkotik vasitə çıxmamış, nə də onda qalan 1 büküm narkotik vasitə onun üzərində olmamışdır. Ona görə polis əməkdaşları çəkiliş aparmaq üçün narkotik vasitə təsüratı yaratmaq üçün kofedən bükümlər düşəltmiş və çəkiliş aparmışlar. Əli həmin vaxt “ağrılarım olduğu üçün Zaurdan xahiş etdim ki, mənə mal versin, bunun müqabilində Zaura pul verməmişəm” demişdir. Bundan sonra polis əməkdaşları Əlini “24 saat” marketin arxasına aparmış və orada döymüşlər. Bundan 10 dəqiqə sonra Əli gəlmiş və guya narkotik vasitəni ondan 25 manata aldığını bildirmişdir. Həmin vaxt onun cibində 180 manat pul olmuşdur. Əli döyülən zaman əməliyyatçılar Şahid11 və Samir Abdulmanafov əvvəldən protokollaşdırılmış 25 manat pulu götürüb onun pullarının arasına, üstünə isə yanmış vəziyyətdə olan falqa parçası qoymuşlar. Bundan sonra onu aparıb birjanın arxasında döymüş və hədə-qorxu edərək narkotik vasitəni Sərdardan alması və Əliyə satdığı barədə izahat verməyə məcbur etmişlər. O, Sərdardan pulla narkotik vasitə almamışdır. Narkotik vasitəni tapanda Sərdarın yanında olduğu üçün Sərdardan aldığını demişlər və onu birjanın arxasında döyərək bu səpkidə ifadə verməyi məcbur etmişlər. Bu birja ərazisində yerləşdirilən kamera görüntülərində öz əksini tapır. O, narkotik vasitənin satışı ilə məşğul olmur, lakin istifadəçisidir və əvvəllər CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində məhkum edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs2 bildirdi ki, çəkilişi aparan serjant nəfəri olmuş və ilk dəfə aparılan çəkiliş ona dövlət hesabına təyin olunmuş vəkil Müdafiəçi2 iştirakı ilə aparılmışdır. Aparılan ilk çəkilişdə Əli ondan pulla narkotik vasitə almadığını bildirmişdir. Onda üç büküm narkotik vasitə olmuş, onlardan ikisini Əliyə vermiş, birini özündə saxlamışdır. O, Sərdarı uzun müddətdir tanıyır. Bildiyinə görə Sərdar olanlardan 1-2 ay əvvəl tutulmuş və sonuncunun üzərindən narkotik vasitə çıxmışdır. Lakin yanında olanda Sərdar nə özü, nə də onlar birlikdə narkotik vasitə istifadə etməmişlər. Barəsində əməliyyat keçirmək üçün polis əməkdaşları taksi avtomobilinə minib avtovağalda gözləmişlər. O, özü evə getmək üçün taksiyə minəndə bilmişdir ki, barəsində əməliyyat tədbirləri keçirilir. Lakin tutulduğu vaxt üzərinə baxış keçirilməmişdir. Axşam saatlarında Şahid11 və Samir Abdulmanafov onu birjanın arxasında aparmışlar və narkotik vasitəni Sərdardan almağını və Əliyə satmağını etiraf etmədiyi üçün onu orada döymüşlər. O, polis əməkdaşları tərəfindən birjanın arxa tərəfində döyülən zaman yaxınlıqdan tanımadığı ailə keçmiş və döyülməyinin şahidi olmuşdur. Bununla yanaşı onun 07.08.2021-ci il tarixdə saat 8 radələrində döyülməsi ilə bağlı sümbül market, tikinti materialları və mebel mağazalarının kamera götürüntüləri olmalıdır. O, Sərdardan narkotik vasitəni pul müqabilində almamış, nə də Əliyə satmamışdır. Belə ki, həmin narkotik vasitəni 07.08.2021-ci il tarixdə Sərdarla birlikdə Sumqayıt şəhərinə getdikdə, Sərdar yol kənarından bükülüdə narkotik vasitə heroini tapmış və təmənnasız ona vermişdir. Əliyə narkotik vasitəni pul müqabilində deyil, təmənnasız vermişdir. Polis əməkdaşı Samir Abdulmanafov 25 manat pulu onun pullarının arasına qoymuşdur. Əli ona pul verməmişdir. Çəkiliş zamanı Samir Abdulmanafov sözügedən məbləğdə pulu Əliyə vermiş, Əli də çəkiliş zamanı ona vermişdir. Çəkiliş zamanı həmin 25 manat pulu onun pullarının arasından çıxarmışlar. Əliyə verəndən sonra üzərində saxladığı 1 büküm narkotik vasitəni tutulmazdan 2 saat əvvəl özü istifadə etmişdir. Tutulanda üstündə narkotik vasitə olmamışdır. Ona görə polis əməkdaşları bükümlərin içinə kofe qoyub çəkiliş aparmışlar. Post patrulun komandiri Vüsal adında şəxs bu hadisədən 20 gün əvvəl onu damba adlanan ərazidə saxlamış və maşına baxış zamanı boş sprits aşkarlamışdır. Hazırda özünü yalnız CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilir, bu əməlini etiraf edir və peşimançılıq hissi keçirir. Himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona CM-nın 234.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs1 oğlu ona elan olunmuş ittihamda özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, CM-nin 234.2-ci maddəsi özünü təqsirli bilməyərək göstərdi ki, 06.08.2021-ci il tarixdə Zaurla birlikdə “Vita” markalı avtomobillə Sumqayıt şəhərinə getmişlər. Qayıdanda yerdə siqaret qutusu görmüşlər. Zaur qutunu götürmüş və içinə baxanda narkotik vasitə aşkarlamışdır. Özü istifadəçisi olsa da, həmin vaxt Zaur narkotik vasitəni özündə saxlamış, ona verməmişdir. 07.08.2021-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs2la birlikdə “beşmərtəbə” adlanan ərazidə taksiyə oturan zaman polis əməkdaşları onları saxlayaraq “Sümbül” marketin arxa tərəfinə aparmışlar. Onları maşından düşürdüb Zaurdan narkotik vasitəni ondan almasını etiraf etməsini tələb etmişlər. Zaur etiraz etdiyi üçün Vüsal, Samir və Nicat adlı polis əməkdaşları Zauru döyməyə başlamışlar. Bundan 1-2 ay əvvəl onun üzərindən narkotik vasitə aşkarlandığı üçün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tutulmuşdur. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin satışı ilə məşğul olmasını etiraf etməyi təklif etmişlər. Nəticəsindən qorxduğu üçün bu barədə prokurora məlumat verməmişdir. Saxlanılan zaman onların üzərindən narkotik vasitə çıxmadığı üçün polislər maşından kofe çıxarıb narkotik vasitə təəsüratını yaratmaq üçün bir neçə büküm düzəltmişlər. Həmin bükümlərdən birini onun cibinə qoymuşlar. Bir bükümü Zaura vermişlər. Birini də Rauf Abbasov adında şəxs üçün ayırmışlar. Polis əməkdaşları arasında olan danışıqlardan “bunları düzəldək, şöbədə ekspertizaya verəndə dəyişərik” sözlərini eşitmişdir. Onları “Sümbül” marketin yanına gətirmişlər. Zaurla Əlini maşından düşürdüb çəkiliş etmiş və sonra onları şöbəyə aparmışlar. İki gün onu şöbədə saxlamışlar. 08.08.2021-ci il tarixdə vəkillə birlikdə çəkilişə getmişlər. Hadisə yerində üzərindən heç nə çıxmamışdır. Çəkiliş zamanı orada CAB-nin rəisi, Nihad, Samir və Vüsal adlı polis əməkdaşları olmuşdur. Çəkiliş zamanı cibinə büküm qoyub etirafedici ifadə verməyə məcbur etmişlər. Razılaşmadığı üçün hər dəfə döyüb yenidən ifadəsini almışlar. Onun evində axtarış zamanı 5 büküm narkotik vasitə aşkarlanmışdır. Həmin narkotik vasitəni o, İran vətəndaşından almışdır. Həmin 5 büküm narkotik vasitəni saxlamaqda başqa məqsədi olmamışdır. Öz istifadəsi üçün saxlamışdır. Bükümlərə bölməkdə məqsədi satmaq olmamış, özü üçün ayırmışdır. Üzərindən aşkar edilmiş, evdə saxladığı narkotik vasitə də “kakos” olmuşdur. Evinin mətbəxində dolabdan çıxan narkotik vasitələrin arasında təmiz heroin olmamışdır. Beşmərtəbənin altında saxlanılan zaman onun üzərindən heç nə çıxmamışdır. Orada narkotik vasitəni ondan aldığını etiraf etməsi üçün polislər Zauru döymüşlər. Bundan sonra onu şöbədə döyüb hadisə yerinə aparmışlar və orada guya cibindən “Aldo” markalı siqaret, sprits və narkotik vasitə aşkarlandığını bildirmişlər. Təqsirləndirilən şəxs1 bildirdi ki, Zaura narkotik vasitə verməmiş, nə də almamışdır. Onu 6-sından 7-sinə keçən gecə tutmuşlar. O, iki gün şöbədə saxlanılmış, iki gün sonra çəkiliş aparılmışdır. Vəkil isə ona 08.08.2021-ci il tarixdə təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yüngül cəza verilməsini, CM-nin 234.2-ci maddəsi ilə isə bəraət verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmişdir. Belə ki, 21.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üstündə narkotik vasitənin saxlanmasında şübhəli olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar yaradılmış əməliyyat qrupu ilə birlikdə Quba şəhəri, Ə.Nərimanov küçəsində Təqsirləndirilən şəxs1 saxlanılmışdır. Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış zamanı sonuncunun arxa cibində, dəsmalın içində qırmızı bükülüdə narkotik vasitə heroin aşkar olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, 21.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 evinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs1 saxlanılan zaman üzərindən narkotik vasitə olan heroin aşkar edilmişdir. İstintaq hərəkəti polis əməkdaşları tərəfindən, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 hər hansı təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitənin saxlanmasında şübhəli olduğuna görə 2021-ci ilin avqust ayında “24 saat” marketin yaxınlığında saxlanılmış və üzərində axtarış keçirilmişdir. Axtarış zamanı üzərindən narkotik vasitə olan heroin aşkarlanmışdır. Zaur üzərindən aşkar edilmiş narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Həmin narkotik vasitə tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Sorğu əsnasında Təqsirləndirilən şəxs2 narkotik vasitəni Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, 08.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitənin saxlanmasında şübhəli olması barədə məlumat daxil olmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Həmin gün axşam saatlarında “24 saat” marketin yaxınlığında Təqsirləndirilən şəxs2 saxlanılmışdır. İstintaq hərəkəti polis əməkdaşları tərəfindən, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilmişdir. Saxlanılan zaman Zaurun döyülməsi barədə ifadələr doğru deyil, Zaura təzyiq olunmamışdır. Sonuncu özü könüllü şəkildə narkotik vasitəni Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, həm Təqsirləndirilən şəxs1 həm də Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmişdir. 2021-ci ilin avqust ayında daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun rəhbəri olmuşdur. “24 saat” marketin qarşısında hər ikisinə yaxınlaşmış və üzərilərinə baxış keçirilmişdir. Zaurun üzərindən heroin adlı narkotik vasitə aşkar edilmiş, sonuncu həmin narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkəti polis əməkdaşları tərəfindən, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, baxışda iştirak etmişdir. Nə Zaura nə də Sərdara qarşı heç bir təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, hər iki təqsirləndirilən şəxsi tanıyır. 2021-ci ilin avqust ayında Quba şəhəri, H.Əliyev prospektində yerləşən “24 saat” marketin önündə Təqsirləndirilən şəxs2 gözləmişdir. Zaurdan narkotik vasitə istəmiş, sonuncu ona kakos adlı narkotik vasitə vermişdir. O, həmin narkotik vasitəni evə aparmış və istifadə etmişdir. Bundan sonra evdən çıxanda tutulmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, o da təqsirləndirilən şəxslərin saxlanılmasın zamanı həmin yerdə olmuşdur. Narkotik vasitəni Təqsirləndirilən şəxs2 25 manata almışdır. Əvvəllər Zaurla birlikdə narkotik vasitə istifadə etməmişdir. Zaurda narkotik vasitə olacağını bildiyi üçün məhz ondan istəmişdir. Zaur ona 3 büküm narkotik vasitə vermiş, o da bükümlərdən istifadə etmişdir. 1 dənə büküm axtarış zamanı onun üzərindən çıxmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 21.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 evində axtarışda iştirak etmişdir. Axtarış zamanı evin alt mərtəbəsində yerləşən mətbəxdə dolabda 5 büküm narkotik vasitə aşkarlanlanmışdır. İstintaq hərəkəti polis əməkdaşları tərəfindən, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, “Prima” adlı siqaret qutusunun içində 5 ədəd bükümdə heroinə oxşayan maddə olmuşdur. Bükümlər istifadə olunmamışdır. Həmin vaxt Sərdar şəxsi istifadəsi üçün evdə narkotik vasitə saxladığını etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs1 iki dəfə saxlanılmasında işirak etmişdir. Quba şəhəri, Y.Qasımov küçəsində. Sərdarın özünün razılığı ilə evinə baxış keçirilmişdir. Baxış zamanı evin mətbəxində dolabda narkotik vasitə aşkarlanmışdır. Aşkar edilən narkotik vasitənin qədərini xatırlamır. Quba şəhəri, Y.Qasımov küçəsində saxlanılan zaman Təqsirləndirilən şəxs1 üzərindən siqaret qutusunun içərisində narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, Sərdar birinci dəfə evinə baxış zamanı, ikinci dəfə isə Quba şəhəri, Y.Qasımov küçəsində saxlanılmışdır. İkinci dəfə baxış küçədə keçirilmiş, lakin üzərindən nə qədər nakotik vasitə aşkarlandığını xatırlamır. Baxış zamanı Sərdara heç bir təzyiq olunmamışdır. İstintaq hərəkəti polis əməkdaşları tərəfindən, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 21.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 evində axtarışda iştirak etmişdir. Axtarış zamanı evin alt mərtəbəsində yerləşən mətbəxdə dolabda 5 büküm narkotik vasitə aşkarlanmışdır. Həmin vaxt bütün istintaq hərəkətləri videoçəkilişlə qeydə alınmışdır. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, Sərdar özü baxışda iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 08.08.2021-ci il tarixdə Quba şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Şahid3 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərlərində saxlaması və satması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə o, RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili Şahid1, CAB-nın əməliyyat müvəkkili Şahid11, Nihat Həsənli, NMQ-nun baş əməliyyat müvəkkili Samir Abdulmanafov, TB-nin təhqiqatçısı Cəlal Sultanov və ƏRQ-nun kiçik ınspektoru Eyvaz Sultanovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 08.08.2021-ci il tarixdə Quba şəhəri, H.Əliyev prospektində yerləşən 24 saat adlı marketin qarşısında Təqsirləndirilən şəxs2 və Şahid3 saxlanılaraq narkotik vasitələri istifadə etməkdə və üzərində saxlamada şübhəli olmaları bildirilmiş, hüquq və vəzifələri izah edilməklə Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 və Abusalat Şahmirzəyev onlara təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 və Şahid3 vəkillərin iştirakı ilə və videoçəkilişlə üzərlərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişlər. Bundan sonra ilk olaraq Təqsirləndirilən şəxs2 üzərində video çəkilişlə vəkil İbrahim Ağamovun iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olduğunu bildirib şalvarının sağ cibindən siqaret qutusunu çıxartmış, siqaretin içərisində gümüşü rəngli falqada bükülüdə olan narkotik vasitəyə oxşar kütləni təqdim etmiş və narkotik vasitə kakos olduğunu bildirmişdir. Sonra isə həmin siqaret paketinin arxa tərəfində sellofanın içərisində olan heroini də təqdim edib içərisində kakos olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Sərdar adlı tanışından əldə etdiyini bildirmişdir. Daha sonra isə aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Sonra bir ədəd zərfə qoyularaq qablaşdırılaraq imzalanmışdır. Bundan sonra Şahid3 üzərindən videoçəkilişlə vəkil Abusalat Şahmirzəyevin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid3 üzərində narkotik vasitə olub-olmadığı soruşulmuşdur. Şahid3 narkotik vasitə olduğunu və Təqsirləndirilən şəxs2 ona verdiyini bildirmişdir. Daha sonra Şahid3 əynindəki şalvarın sağ yan cibindən siqaret qutusunu çıxarıb siqaretin sellofanının arxasında bükülüdə narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Şəxsi axtarış zamanı Şahid3 üzərindən “Samsung” markalı və başqa telefon, pul, limon duzu və bir ədəd şpris aşkar edilmiş və bundan başqa dövriyyəsi qadağan edilən əşya və predmetlər aşkar edilməmişdir. Şahid3 üzərindən aşkar edilərək götürülmüş kütlə qramlıq elektron tərəzidə çəkilmiş və tərəzi çəki göstərməmişdir. Həmin kütlə və bir ədəd şpris bir ədəd zərfə qoyularaq qablaşdırılmış, imzalanmış və möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi istintaq hərəkətini video kameraya çəkən şəxs Eyvaz Sultanov olduğundan o, görüntülərdə əks olunmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, 2021-ci ilin avqust ayında Quba şəhəri, H.Əliyev prospektində xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs2 kiməsə nəisə verdiyini görüb bu barədə əməliyyat qrupuna məlumat vermişlər. Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı sonuncunun üzərində narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Oba market”in qarşısında ilk olaraq Təqsirləndirilən şəxs2, daha sonra isə Sərdarı saxlamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs1 onun oğludur. 21.06.2021-ci il tarixdə evdə olan zaman oğlu Sərdarla birlikdə polis əməkdaşları yaşadıqları ünvana gəlmişlər. Oğlu Sərdarın narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün tutulduğunu və yaşadıqları evə də baxış keçirtmək istədiklərini bildirilmişlər. Bundan sonra yaşadıqları evə baxış keçirilməyə başlanmışdır. O, baxış keçirilməsində iştirak etməsə də yaşadıqları evin birinci mərtəbəsindən mətbəx otağından “Prima” siqaretinin içərisindən sellofan aşkar edildiyini görmüşdür. Onun bildiyinə görə süllofanın içərisində heçnə olmamışdır. Oğlu Sərdarın narkotik vasitə istifadəçisi olması barədə məlumatı olmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəməyə teleqram ünvanlayaraq, məzuniyyətdə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 ibtidai istintaqa vermiş olduğu ifadəsi məhkəmədə elan edildikdə, onun digər şahidlər Şahid2 və Şahid10 ifadələrində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə verməsi məlum olmuşdur. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid4 və Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Şahid4 ibtidai istintaqa verdiyi ifadəsi elan olunan zaman məlum oldu ki, Təqsirləndirilən şəxs2 Quba şəhərindən tanıyır, lakin onunla münasibəti yoxdur. Zaurun narkotik vasitələrin satışı ilə məşğuldur. 07.08.2021-ci il tarixdə tanışı Şahid3 yaşadığı evin yaxınlığında onunla görüşüb söhbət etmiş, bu zaman Əlidən narkotik vasitə istəmiş və Əliyə 35 manat pul vermişdir ki, narkotik vasitə alsın. Bundan sonra o, Əli ilə birlikdə Quba şəhəri, H.Əliyev prospektində yerləşən “24 saat” adlı marketin qarşısında dayanarkən Zaurun gəldiyini görmüşdür. Bu zaman Əli kənara çəkilib Zaurla görüşüb ondan uzaqlaşmışdır. Zaurla Əli təxminən 5 dəqiqə danışdıqdan sonra sağollaşmış və Əli gələndə ona 03 ədəd bükümdə narkotik vasitə heroin vermiş və 10 manat pulu da qaytarmışdır. Ona bir ədəd heroin kifayət etdiyindən həmin heroinlərdən 01 ədədini götürüb qalanını Əliyə vermişdir ki, sonuncu istifadə eləsin. Daha sonra isə o və Əli öz yaşadıqları evlərə getmişlər. Evə çatdıqdan sonra Əlinin Zaurdan alıb ona verdiyi heroini şprislə damarına vurmuşdur. Şahid6 ibtidai istintaqa verdiyi ifadəsi elan olunan zaman məlum oldu ki, Təqsirləndirilən şəxs1 Quba şəhərindən tanıyır. 21.06.2021-ci il tarixdə gecə saat təxminən 03 radələrində Sərdarla birlikdə Quba şəhəri ərazisində piyada gəzmişlər. Quba şəhəri, Ə.Nərimanov küçəsində olduqları zaman polis əməkdaşları onları saxlamışdır. Bir qədər sonra həmin yerə polis şöbəsindən digər əməkdaşları da çağırmışlar. Daha sonra oraya gəlmiş polis əməkdaşlarının və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Sərdara üzərində qanunsuz saxlanılan əşya olub-olmamasını, olduğu halda təqdim etməsi bildirilmişdir. Sərdar da əynindəki cins şalvarın sağ arxa cibində əl dəsmalına bükülmüş vəziyyətdə saxladığı 01 ədəd kağız bükümdə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə çəkisi bükümlə birlikdə 0.3 qram gəlmişdir. Həmin narkotik vasitə zərfə qoyulub zərf möhürlənmiş və ekspertizaya göndəriləcəyini bildirilmişdir. Bundan sonra onun üzərində olan əşyaları təqdim etməyini bildirmişlər. Lakin onun üzərindən dövriyyəsi qadağan edilən əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq üzərində narkotik vasitələr saxlaması barədə onun məlumatı olmamışdır. İş materiallarından görünür ki, ibtidai və məhkəmə istintaqında iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə özlərini təqsirli bilməsə də, onların hər birinin qeyd edilən cinayət əməllərini törətməsi iş üzrə şahidlərin ifadələri, ekspertizalarının rəyləri və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri və onların hər birinin təqsiri aşağıda göstərilən digər sübutlarda öz öksini tapır. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlum olmuşdur ki, 07.08.2021-ci il tarixdə tanışı Şahid3 ona zəng edərək heroin almaq istədiyini demişdir. O da heroini olduğunu və həmin heroindən isə üçünü Əliyə verə biləciyini demişdir. Həmin gün saat 21 radələrində Quba şəhəri, H.Əliyev prospekti yerləşən 24 saat adlı marketin qarşısında Əli ilə görüşüb 03 ədəd heroini Əliyə vermişdir. Daha sonra isə Əli yaşadığı evə getmiş və bir qədər keçdikdən sonra yenidən onun yanına gəlmişdir. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmış və üzərlərində narkotik vasitə saxlamağı barədə məlumat aldıqlarını və ona görə üzərlərində şəxsi axtarış aparılacağı elan edilmişdir. O, buna etiraz etməmiş və vəkilin də iştrakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başlamazdan əvvəl üzərində olan əşyaları təqdim etməyini istəmişlər. O, şalvarının sağ cibindən siqareti çıxartmış, siqaretin içərisində gümüşü rəngli falqada bükülüdə olan heroini polis əməkdaşlarına vermişdir. Sonra isə həmin siqaret paketinin arxa tərəfində sellofanın içərisində olan heroini də təqdim edib içərisində kakos olduğunu demişdir. Sonra digər cibində olan siqaretini, ümumilikdə 103 manat pulunu, narkotik vasitəni qəbul etmək üçün üzərində gəzdirdiyi şprisi və alışqanı da polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar olunan narkotik vasitələri polis əməkdaşları qablaşdırmış və zərfə o da imza etmişdir. Bundan sonra tanışı Şahid3 üzərində də şəxsi axtarış aparılmışdır. Əli şalvarının sağ yan cibindən siqaretin sellofanının arxasında olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Əlidən həmin heroini haradan əldə etməsini soruşanda, Əli, heroini ondan aldığını demişdir. Sonra isə onları RPŞ-nə dəvət etmişlər və o, polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs1 07.08.2021-ci il tarixdə Sumqayıt şəhərində yol kənarından tapıb ona verdiyini bildirmişdir. Digər Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlum olmuşdur ki, 21.06.2021-ci il tarixdə gecə saat təxminən 03 radələrində yuxusu gəlmədiyi üçün narkotik vasitənin bir hissəsini istifadə etmək məqsədilə götürüb əl dəsmalının içərisinə qoyaraq əynindəki cins şalvarın sağ arxa cibində saxlamışdır. Bundan sonra isə yaşadığı evin qarşısına çıxmışdır. Həmin zaman qonşusu X3 görmüşdür. Daha sonra Şahid6la birlikdə Quba şəhəri ərazisində piyada gəzməyə başlamışdır. Quba şəhəri, Ə.Nərimanov küçəsində olduqları zaman post patrul xidmətinin əməkdaşları onları saxlamışdır. Həmin zaman o, üzərində narkotik vasitə olduğundan həyəcanlanmışdır. Bundan şübhələnən polis əməkdaşları həmin yerə polis şöbəsindən digər əməkdaşları da çağırmışlar. Daha sonra oraya gəlmiş təhqiqatçının, polis əməkdaşlarının və ona təyin edilmiş vəkil Müdafiəçi2 iştirakı ilə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində qanunsuz saxlanılan əşya olub-olmamasını, olduğu halda təqdim etməsi bildirilmişdir. O da əynindəki cins şalvarın sağ arxa cibində əl dəsmalına bükülmüş vəziyyətdə saxladığı 01 ədəd kağız bükümdə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə çəkisi bükümlə birlikdə 0,3 qram gəlmişdir. Həmin narkotik vasitə olan heroini 01 ədəd zərfə qoyulub möhürlənmiş və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Bundan sonra isə yaşadığı ünvan 3 ünvanına baxış keçirilməsi üçün getmişlər. O, baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin anası Şahid5 da ərizə yazaraq yaşadıqları ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış zamanı yaşadığı evin birinci mərtəbəsindəki mətbəx otağında dolabın içərisində “Prima” markalı siqaret qutusunda saxladığı 5 ədəd bükümlərdə olan narkotik vasitə heroin aşkar edilmişdir. Həmin 5 ədəd büküm də elektron tərəzidə çəkildikdə çəkisi bükümlərlə birlikdə çəkisi 1 qram gəlmişdir. Həmin bükümlər 01 ədəd zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. 08.08.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxıb marketə gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə üzərində narkotik vasitə saxlamağı barədə məlumat aldıqlarını və ona görə üzərimdə şəxsi axtarış aparılacağı elan edilmişdir. O, buna etiraz etməmiş və vəkilin də iştrakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başlamazdan əvvəl üzərində olan əşyaları təqdim etməsi bildirilmişdir. O, şalvarının sol yan cibindən “Arqo” markalı siqareti, sağ yan cibindən alışqanı və sağ arxa cibindən cib dəsmalını çıxarıb avtomobilin mühərrikinin qapağının üzərinə qoymuşdur. Siqaretin içərisinə baxanda siqaret dənələrinin arasından 01 ədəd şprıs də aşkar olunmuşdur. Həmin şprısdən o narkotik vasitə qəbul etmək üçün istifadə edir. Daha sonra siqaretin sellofanının arxa tərəfində goy rəngli kağız bükülüdə olan heroini polis əməkdaşları aşkar etmişlər. Həmin bükülüdə nə olduğunu soruşada narkotik vasitə olduğunu demişdir. Həmin narkotik vasitəni haradan əldə etdiyi soruşulanda o, narkotik vasitəni bir neçə gün əvvəl Sumqayıt şəhərindən Qubaya doğru gələrkən yol kənarında dayanacaqdan tapdığını, həmin narkotik vasitədən 3 bükümünü isə Zaura verdiyini demişdir. O, həmin narkotik vasitəsi Zaura pul qarşılığında satmamışdır. Sadəcə olaraq Zaurla birlikdə olduğu üçün həmin narkotikdən 3 büküm də Zaura vermişdir. Daha sonra isə həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və tərəzidə çəki 0,38 qram göstərmişdir. Bundan başqa üzərində narkotik vasitə aşkar olunmamışdır. Üzərindən aşkar olunan narkotik vasitəni isə polis əməkdaşları qablaşdırmış və o da zərfə imza etmişdir. Sonra isə onu RPŞ-nə dəvət etmişlər və o, polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişdir. İş materiallarında olan: Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, video yazıda Quba RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Şahin Məmmədov, Quba RPŞ-nin NMQ-nun sabiq baş əməliyyat müvəkkili Samir Abdulmanafov, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1, CAB-nın əməliyyat müvəkkili Ələkbər Byaramov, Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 açıq ərazidə dayanmışdırlar. Şahin Məmmədov özünü və iştirakçıları təqdim edərək, Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olmasını bildirir və vəkil Müdafiəçi1 təqdim edilir. Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməsi bildirildikdə sonuncu şalvarının sol yan cibindən “Arqo” markalı siqareti, sağ yan cibindən alışqanı və sağ arxa cibindən cib dəsmalını çıxarıb avtomobilin mühərrikinin qapağının üzərinə qoyur. Həmin siqaretin içərisindən 01 ədəd şpris və sellofanının arxa tərəfində göy rəngli kağız bükülü aşkar edilir. Həmin bükülüdə nə olması soruşulduqda Təqsirləndirilən şəxs1 həmin kütlənin narkotik vasitə olduğunu bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kütləni Sumqayıt şəhərində dayanacaqda tapdığını və həmin narkotik vasitənin bir hissəsini Zaur adlı şəxsə satdığını bildirir. Daha sonra isə həmin narkotik vasitə elektron tərəzidə ölçülür və tərəzidə çəkisi 0,38 qram göstərir. Sonra isə həmin kütlə zərfə qoyularaq qablaşdırılır, möhürlənir və imzalanır. Təqsirləndirilən şəxs1 üzərindən dövriyyəsi qadağan edilmiş başqa əşya və predmentlər aşkar olunmur. Təqsirləndirilən şəxs1 rayon polis şöbəsinə dəvət olunur. Bununla da video çəkiliş başa çatır (DVD disk); Təqsirləndirilən şəxs2 oğlunun üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, video yazıda Quba RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Cəlal Sultanov, Quba RPŞ-nin NMQ-nun sabiq baş əməliyyat müvəkkili Samir Abdulmanafov, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1, CAB-nın əməliyyat müvəkkili Şahid11, CAB-nın əməliyyat müvəkkli Şahid12, PPXB-nün taqım komandiri Şahid10, Quba rayon vəkil bürosunun vəkili X1, Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 havanın qaranlıq vaxtı dayanmışdırlar. Cəlal Sultanov özünü və iştirakçıları təqdim edərək, Təqsirləndirilən şəxs2 və Əli Daşədmirovun üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olmasını bildirir və vəkil Müdafiəçi2 və Abusalat Şahmirzəyevi təqdim edilir. Təqsirləndirilən şəxs2 üzərinə olan əşyaları təqdim etməsi bildirildikdə sonuncu şalvarının sağ cibindən siqaret qutusunu çıxardır, siqaretin içərisində gümüşü rəngli falqada bükülüdə olan narkotik vasitəyə oxşar kütləni təqdim edir və narkotik vasitə kakos olduğunu bildirir. Sonra isə həmin siqaret paketinin arxa tərəfində sellofanın içərisində olan heroini də təqdim edib içərisində kakos olduğunu bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Sərdar adlı tanışından əldə etdiyini bildirir. Daha sonra isə aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilir və tərəzidə çəki göstərmir. Kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılaraq imzalanır. Bundan sonra Şahid3 üzərindən videoçəkilışlə vəkil Abusalat Şahmirzəyevin iştirakı ilə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid3 üzərində narkotik vasitə olub-olmadığı soruşulur. Şahid3 narkotik vasitə olduğunu və Təqsirləndirilən şəxs2 ona verdiyini bildirir. Daha sonra Şahid3 əynindəki şalvarın sağ yan cibindən siqaret qutusunu çıxarıb siqaretin sellofanının arxasında bükülüdə narkotik vasitəyə bənzər kütləni təqdim edir. Şəxsi axtarış zamanı Şahid3 üzərindən Samsung markalı və başqa telefon, pul, limon duzu və bir ədəd şpris aşkar edilir və bundan başqa dövriyyəsi qadağan edilən əşya və predmetlər aşkar edilmir. Şahid3 üzərindən aşkar edilərək götürülmüş kütlə qramlıq elektron tərəzidə çəkilir və tərəzi çəki göstərmir. Həmin kütlə və bir ədəd şpris bir ədəd zərfə qoyularaq qablaşdırılır, imzalanır və möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Şahid3 rayon polis şöbəsinə dəvət olunur. Bununla da video çəkiliş başa çatır (DVD disk); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası) 09.08.2021-ci il tarixli 6/3374 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N 67” dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan kütlə” yazı və imzalar olan zərfdə təmiz çəkisi 0,247 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olub üzərində “Ekspert Rəyi 6/3362 vət Təqsirləndirilən şəxs2” yazılan zərfdə olan təmiz çəkisi 0,220 qram heroin ilə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir (cild 1; iş vər.: 30-35); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası) 08.08.2021-ci il tarixli 6/3362 nömrəli rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün №67” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan: -Üzərində “vət. Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,260 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Üzərində “vət. Şahid3 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,085 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd bükümdə təmiz çəkisi 50,0 qram limon turşusu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habeə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Təqdim edilmiş heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Bir ədəd falqa kağızında narkotik vasitə olan heroinə məxsus izlər aşkar edildi. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və X12 və Şahid3 üzərindən aşkar edilmiş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Bir ədəd 1ml həcmli şprisdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid iz aşkar edilmədi (cild 1; iş vər.: 242-247); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X4 Komissiyasının (məhkəmə narkoloji ekspertizası) 07.08.2021-ci il tarixli 2752 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstensiya, itoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2; iş vər.: 115,116); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X4 Komissiyasının (məhkəmə narkoloji ekspertizası) 30.09.2021-ci il tarixli 3700 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2; iş vər.: 117,118); Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən, sübut kimi qəbul edilməlidir. “şəxsi axtarış keçirilməsi haqqında” 08.08.2021-ci il tarixli protokoldan görünür ki, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhərinin H.Əliyev prospektində yerləşən “24 saat” adlı mağazanın yaxınlığında xx.xx.1988-ci il təvəllüdlü, Quba şəhəri, Ə.Nərimanov küçəsi, ev 156-da qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə varsa çıxarıb təqdim edilməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sol yan cibindən siqaret qutusu çıxarıb açaraq içindən falqa kağızında yanıb kağıza yapışmış qəhvəyi rəngli kütləni göstərib bildirmişdir ki, içindəki narkotik vasitə heroindir, sonra isə siqaret qutusunun üst sellofanından rəngli bükülmüş kağız parçasını göstərib bildirmişdir ki, içində narkotik vasitə heroindir. Bükülü kağız açıldıqda içində narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Falqa kağızdakı və rəngli kağızdakı hər iki kütlə ayrı-ayrılıqda “Constant” markalı qramlıq elektron tərəzidə çəkilmiş, çəkiləri qramdan az olduqlarından tərəzi göstərməmişdir. Həmin kütlələr zərfə qoyularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmışdır. İştirakçılar tərəfindən imzalanmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs2 şalvarının sol yan cibindən ikinci siqaret qutusu, bir ədəd istifadə edilməmiş şpris, 15 manat pul, şalvarının sağ yan cibindən isə alışqan və 103 manat pul çıxarıb təqdim edərək bildirmişdir ki, 25 manat pul özünün, 103 manat pul isə evin puludur, şprisi isə istifadə etmək üçün üstündə gəzdirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərindən əl dəsmalı aşkar olundmuşdur. Cəmi 128 manat pul və şpris iynə araşdırma zərurəti ilə əlaqədar gotürülmüş, qalan əşyalar Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Təqsirləndirilən şəxs2 soruşduqda sonuncu bildirmişdir ki, üzərində aşkar olunmuş narkotik vasitə heroini ona Sərdar adlı tanışı vermişdir. Sərdar ona cəmi 4 ədəd bükülüdə narkotik vasitə heroin vermiş, onlardan biri özündə olan, üçünü isə Əli adlı tanışı istədiyi üçün Əliyə vermişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa heç nə aşkar edilməmişdir (cild 1, iş vər.:214); “baxış keçirilməsi haqqında” 08.08.2021-ci il tarixli protokoldan görünür ki, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhərinin H.Əliyev prospektində yerləşən “24 saat” adlı mağazanın yaxınlığında xx.xx.1987-ci il təvəllüdlü, Quba şəhəri, S.Vurğun küçəsi, ev 58-də qeydiyyatda olmaqla Quba şəhəri, 29-cu məhəllədə yaşayan Şahid3 üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışdan əvvəl Şahid3 üzərində narkotik vasitə varsa çıxarıb təqdim edilməsi təklif edilmişdir. Şahid3 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaret qutusu çıxarıb üst sellofanında rəngli bükülmüş kağız parçasını göstərib bildirmişdir ki, içində narkotik vasitə heroin var, həmin heroini Zaur adlı tanışından almışdır. Zaurdan cəmi üç ədəd heroin olan bükülü almışdır, birini özü istifadə etmiş, birini 25 manata Nail adlı tanışına vermişdir, biri isə üstündə aşkar olunandır. Naildən aldığı 25 manat pulu da Zaura vermişdir. Bükülü kağız açıldıqda içində narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə “Constant” markalı qramlıq elektron tərəzidə çəkilmiş, çəkisi qramdan az olduğundan tərəzi göstərməmişdir. Bundan əlavə Şahid3 şalvarının sağ yan cibindən Samsung J2 markalı mobil telefon, əynindəki köynəyin qoltuq cibindən alışqan, şalvarının sol yan cibindən KGTEL markalı sadə mobil telefon, sellofanda limon duzuna oxşar kütlə, qaytan ipi, qramlıq şpris, şalvarının arxa cibindən isə 15 manat pul aşkar edilmişdir. Şahid3 bildirmişdir ki, şpris iynə ilə Zaurun ona verdiyi heroindən birini istifadə etmişdir. Aşkar olunmuş heroinə oxşar kütlə, şpris iynə və limon duzu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. 15 manat pul, qaytan ip və mobil telefonlar araşdırma zərurəti ilə əlaqədar götürülmüş, qalan əşyalar özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Şahid3 üzərindən başqa heç nə aşkar edilməmişdir (cild 1, iş vər.: 233); “şəxsi axtarış keçirilməsi haqqında” 21.06.2021-ci il tarixli protokoldan görünür ki, Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı X17, Quba RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti F.lslamovun, CAB-nin əməliyyat müvəkkili Şahid7, PPXB-nin polis serjantları E.Əlibalayevin, V.Əlcabbarovun, R.Babayevin, Quba Vəkil Bürosunun vəkili İ.Ağamovun birgə iştirakları ilə 21.06.2021-ci il tarixdə saat 04:05 radələrində Quba şəhər sakini Təqsirləndirilən şəxs1 yanındakı şəxs Şahid6 ilə birgə saxlanılmış və üzərinə keçirilən şəxsi-axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ arxa cibindən əl dəsmalının içərisində qırmızı siqaret kağızı bükümü aşkar edilərək götürülmüşdür. Həmin bükülüyə baxış keçiridikdə içərisində qəhvəyi rəngli tozşəkilli kütlə olduğu müəyyən edilmişdir. Həmin bükülünü 20.06.2021-ci il tarixdə səhər saatlarında yaşadığı evinin qarşısında yerdən tapmasını bildirmişdir. Həmin kütlə elektron tərəzidə ölçülmüş, büküm ilə birgə 0,3 qram olması müəyyən edilmişdir. Həmin vasitədən istifadə etməmişdir. Şəxsin üzərindən həmçinin istifadəsində olan “Nokia” markalı mobil telefon, 01 ədəd alışqan, 01 ədəd açar da götürülmüşdür. 01 ədəd kağız bükümdə kütlə 01 ədəd zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir. Saxlanılarkən Şahid6 da üzərinə şəxsi axtarış keçirilmiş, qanunla istifadəsi qadağan olunmuş maddi sübut əhəmiyyətli hər hansı bir əşya müəyyən edilməmişdir (cild 1, iş vər.: 102); “baxış keçirilməsi haqqında” 21.06.2021-ci il tarixli protokoldan görünür ki, baxış Quba şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitənin istifadəsi, saxlaması, gəzdirilməsində şübhəli bilinməsi ilə bağlı yaşadığı Quba şəhəri, Ə.Orucov küçəsində yerləşən 4 nömrəli evinə özünün etirazı olmadan keçirilmişdir. Baxış zamanı orta təmirli iki mərtəbəli evin alt mərtəbəsində mətbəx otağındakı mebel dolabında “Prima delux” markalı siqaret qutusunun içərisində 5 ədəd, 4-ü qırmızı, 1-i isə qara olmaqla siqaret kağızları aşkar edilmişdir. Həmin siqaret kağızlarına baxış zamanı hər birinin içərisində qəhvəyi rəngli toz şəkilli kütlənin olması müəyyən edildi. Hamısı birlikdə elektron tərəzidə ölçülmüş və bükümlərin birgə çəkilərinin 1,0 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 onları Bakı şəhərində hazırda deməsinə görə həbsdə olan şəxsdən aldığını bildirmişdir. Baxış zamanı evin digər otaqlarına da baxış keçirildi, lakin qanunla istifadəsi, saxlanması qadağan olunmuş hər hansı maddi sübut əhəmiyyətli əşya və predmet aşkarlanmamışdır (cild 1, iş vər.: 110-112); “axtarış və götürmə aparılması haqqında” 08.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl keçiriləcək şəxsi axtarışın çəkiliş vasitəsi ilə aparılacağı ona izah olunmuş və bununla bağlı ona hüqüqlarını izahı və müdafiəsi üçün hüquq bürosunun vəkili Müdafiəçi1 təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitənin olub-olmadığı soruşulmaqla üzərində olan əyşyaları çıxarıb avtomaşının kapotunun üzərində qoyması təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən bir qutu “Arco” siqareti, bir ədəd alışqanı, bir ədəd cib dəsmalını çıxarıb avtomaşının kapotunun üzərinə qoymuşdur. Həmin siqaret qutusu açıb baxıldıqda qutunun arxa salafan olan hissəsində bir ədəd göy rəngli siqaret kağızına bükülmüş bükülünün olduğu aşkar olunmuşdur. Həmin bükülü iştirakçıların iştirakı ilə açılıb baxıldıqda bükülünün içində sarımtıl rəngli kütlənin olduğu aşkar olunmuşdur. Bu barədə Təqsirləndirilən şəxs1 soruşulduqda o bükülüdə olan kütlənin narkotik vasitə heroin olduğunu və 3 gün bundan əvvəl Bakı-Quba yolunun Sumqayıt şəhər ərazisində keçən hissəsində dayanacaqda yerdən tapdığını bildirmiş, həmin kütlənin bir hissəsini 25 manaata bir gün əvvəl Quba şəhər sakini tanışı Təqsirləndirilən şəxs2 satdığını, qalan hissəsinin isə özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlə tərəfindən elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 0,38 qram olduğu müəyən olunuşdur. Həmin kütlə maddi subut əhəmiyyəti kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür (cild 1, iş vər.: 25); “maddi sübut kimi tanınma haqqında” 14.08.2021-ci il tarixli qərardan görünür ki, narkotik vasitənin ekspertiza tədqiqatından sonrakı qalığı 0,197 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Quba RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir (cild 1, iş vər.: 73,74); “maddi sübut kimi tanınma haqqında” 12.08.2021-ci il tarixli qərardan görünür ki,narkotik vasitənin ekspertiza tədqiqatından sonrakı qalığı 0,220 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,045 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd 1ml həcmli spris, bir ədəd falqa kağızı və bir ədəd bükümdə təmiz çəkisi 50,0 qram olan limon turşusu cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Quba RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir (cild 2, iş vər.: 48, 49); “cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” 15.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində istintaqı aparılan ********* saylı cinayət işi və Təqsirləndirilən şəxs1 barəsində istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilərək istintaqı aparılmışdır (cild 1, iş vər.: 78,79). “cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” 01.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs1 barəsində istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* saylı nömrə altında istintaq aparılmışdır (cild 1, iş vər.: 187-189); “sübutların qiymətləndirilməsi haqqında” 21.10.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 08.08.2021-ci il tarixli 6/3362 nömrəli rəyi, məhkəmə-kimyəvi ekspertizasının 09.08.2021-ci il tarixli 6/3374 nömrəli rəyi, məhkəmə narkoloji ekspertizasının 07.08.2021-ci il tarixli 2752 saylı rəyi, məhkəmə narkoloji ekspertizasının 30.09.2021-ci il tarixli 3700 saylı rəyi sübutun bir növü kimi qiymətləndirilməsi, istintaq hərəkətinin görüntüsü əks olunmuş 03 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0,197 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalıq çəkisi 0,220 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalıq çəkisi 0,045 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd kağız paketdə qalıq çəkisi 0,179 qram olan narkotik vasitə heroin, bir ədəd 1ml həcmli şprıs, bir ədəd falqa kağızın iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınması qərara alınmışdır (cild 2, iş vər.: 188-206); Quba Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli 3(027)-625/2021 saylı qərarından görünür ki, Şahid3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan Şahid3 üzərindən götürülmüş 01 ədəd bükümdəki çəkisi 0,085 qram narkotik vasitə olan qurudulmuş marixuananın qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinin törətdikləri cinayət əməlləri özlərinin qismən etirafedici ifadələri, şahid ifadələri, ekspert rəyləri, digər mötəbər və təkzib olunmaz istintaq sənədləri ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə ona görə təqsirləndirilir ki, o, bir ədəd bükümdə 0,085 qram çəkidə narkotik vasitə heroini 07.08.2021-ci il tarixdə axşam saatlarında tanışı Quba şəhər sakini Şahid3 25 manata satmışdır. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsində sözügedən narkotik vasitəni Təqsirləndirilən şəxs1 almasını və bir hissəsini Şahid3 verməsini etiraf etsə də, bunu hər hansı bir məbləğdə pul müqabilində deyil, tam təmənnasız etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilən zaman və ibtidai istintaqda dindirilərkən də eyni məzmunlu ifadələr vermişdir. Şahid3 isə məhkəmədə şahid qismində ifadə verərkən 08.08.2021-ci il tarixdə üzərindən aşkar edilmiş 0,085 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 25 manata aldığını bildirmişdir. Həmin xüsusat digər Şahid4 ifadəsində də öz əksini tapır. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təyziqlərə məruz qaldığını bildirsə də, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə məhkəmədə baxılarkən bu barədə işə baxan hakimə bildirməmişdir. Həmçinin üzərinə axtarış keçirilməsini əks etdirən videoyazıda da Təqsirləndirilən şəxs2 sifət və qolları (qısaqol köynəkdə olduğundan) nahiyəsində hər hansı bir xəsarət izləri müşahidə edilmir. Bundan başqa, Quba şəhərində yerləşən mebel sexində fəaliyyət göstərən X6 Quba Rayon Məhkəməsinin 30.11.2021-ci il tarixli sorğusuna cavab məktubundan görünür ki, 07.08.2021-ci il tarixdə işlədiyi mebel sexinin müşahidə kameraları işləmədiyindən həmin günün görüntülərini təqdim etmək mümkün olmamışdır. Bununla da, məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsinə tənqidi yanaşaraq, inandırıcı hesab etmir və məsuliyyətdən boyun qaçırmaq məqsədilə vermiş olduğu kimi qiymətləndirir. İş üzrə digər Təqsirləndirilən şəxs1 CM-nın 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü tam təqsirli bilsə də, Təqsirləndirilən şəxs2 narkotik vasitə heroini satmaqda təqsirini etiraf etmir. Təqsirləndirilən şəxs1 deməsinə görə, Sumqayıt şəhərindən tapdığı narkotik vasitəni Təqsirləndirilən şəxs2 təmənnasız vermişdir. Lakin, “axtarış və götürmə aparılması haqqında” 08.08.2021-ci il tarixli protokoldan görünür ki, üzərindən aşkar edilmiş narkotik vasitə barədə Təqsirləndirilən şəxs1 soruşulduqda o bükülüdə olan kütlənin narkotik vasitə heroin olduğunu və 3 gün əvvəl Bakı-Quba yolunun Sumqayıt şəhər ərazisində keçən hissəsində dayanacaqda yerdən tapdığını, həmin kütlənin bir hissəsini 25 manaata bir gün əvvəl Quba şəhər sakini tanışı Təqsirləndirilən şəxs2 satdığını, qalan hissəsinin isə özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. (cild 1, iş vər.: 25) Həmin prosessual hərəkəti özündə əks etdirən videoçəkilişdə həmçinin protokolda qeyd olunanlar təsdiqini tapır. Videoçəkilişdən həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş müdafiəçinin suallarını cavablandıraraq polis əməkdaşları tərəfindən ona heç bir təyziq göstərilmədiyini bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə Təqsirləndirilən şəxs1 narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan verməsini inandırıcı hesab etmir və onun bu cür ifadəsinə tənqidi yanaşır. Bundan başqa, Təqsirləndirilən şəxs1 06.08.2021-ci il tarixdən Quba RPŞ-nə aparılmasının deməsi ilə bağlı məhkəmənin sorğusuna Quba rayon Polis şöbəsinin 06.01.2022-ci il tarixli 146-9/4-364-1222 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 08.08.2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılaraq Quba RPŞ-nə gətirilmiş və həmin tarixdə şübhəli şəxs qismində tutularaq RPŞ-nin MSY-nə yerləşdirilmiş, 10.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan itiham elan edilmiş və həmin tarixdə Quba Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür» Həmin Qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi, hazırki iş üzrə Təqsirləndirilən şəxs1 CM-nın 234.1-ci maddəsi ilə verilən ittihamda kustar üsulla hazırlanmış heroinin xalis çəkisi 0,235 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs1 oğunun CM-nın 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 oğunun barəsində CM-nın 234.2-ci maddəsi ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxs qismində tutulması haqqında” 08.08.2021-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Azərbaycan Respublikası Respublikası CM-ıni 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vər.: 200, 208, 209); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və Quba rayon Məhkəməsinin qərarı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 2, iş vər.:17, 18); Quba Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli 4(027)-73/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08.08.2021-ci il tarixdən hesablanmışdır (cild 2, iş vər.: 35- 39); “yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, 22.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 2, iş vər.: 223, 224); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 29.09.2020-ci il tarixdə Quba Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 11.02.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır (cild 2, iş vər.: 65,66); Quba Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli 1(027)-86/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 2, iş vər.: 80-88); Quba Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli 7(027)-157/2021 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs2 “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək, Quba rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli 1(027)-86/2020 saylı hökmü ilə ona təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 02 (iki) il 08 (səkkiz) ay 09 (doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası dərhal 01 (bir) il azaldılmışdır; Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyin 18.10.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 arvadı X13, qardaşı Talıbov Samir TElman oğlu, qardaşı X15 anası X11 və oğlu X9 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 2, iş vər.: 127,128); Məhkəmənin elektron bazasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 23.10.2020-ci il təvəllüdlü X18 vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” 21.06.2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vər.: 87, 96, 97); “şübhəli şəxsin MSY-dən azad edilərək barəsində qətimkan tədbiri seçilməsi haqqında” 22.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, həmin tarixdə o, MSY-dən azad edilmişdir (cild 1, iş vər.: 134,135); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (cild 1, iş vər.: 136, 137); “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 23.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin olunmamış, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər.: 151,152); “maddi sübut hesab edilmə haqqında” 24.06.2021-ci il tarixli qərardan görünür ki, bir ədəd kağız paketdə qalıq çəkisi 0,179 qram olan narkotik vasitə narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Quba RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir (cild 1, iş vər.: 156-157); “şübhəli şəxsin tutulması haqqında” 08.08.2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 08.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vər.: 9,18,19); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur (cild 1, iş vər.: 48, 49); Quba Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli 4(027)-77/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08.08.2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vər.: 66- 70); “yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, 21.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 2, iş vər.: 206,207); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyin 01.07.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 anası Şahid5 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vər.: 163-165); Quba RMX-nın 06.09.2021-ci il tarixli 1971 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxananın Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoliji kabinetlərində qeydiyyatda yoxdur (cild 1, iş vər.: 174); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir (cild 1, iş vər.: 177). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini qismən etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduqdan sonra, islah olunmadan, yenidən eyni xarakterli cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza, Təqsirləndirilən şəxs1 oğluna Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Beləliklə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Quba Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli 1(027)-86/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 09 (doqquz) gün hissəsinin Quba Rayon Məhkəməsinin amnistiya tətbiq edilməsi haqqında 14.12.2021-ci il tarixli 7(027)-157/2021 nömrəli qərarı ilə 01 (bir) il azaldılandan sonra bu günə çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 09 (doqquz) gün azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, 10 ay 04 gün hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə birləşdirilməli və Təqsirləndirilən şəxs2 üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 08.08.2021-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə və onun 21.06.2021-ci il tarixdən 22.06.2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 08.08.2021-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0,197 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalıq çəkisi 0,220 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalıq çəkisi 0,045 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd kağız paketdə qalıq çəkisi 0,179 qram olan narkotik vasitə heroin, bir ədəd 1ml həcmli şprıs, bir ədəd falqa kağızı məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xərci olan 331,10 (üç yüz otu bir manat on qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Quba Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli 1(027)-86/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 09 (doqquz) gün hissəsinin Quba Rayon Məhkəməsinin amnistiya tətbiq edilməsi haqqında 14.12.2021-ci il tarixli 7(027)-157/2021 nömrəli qərarı ilə 01 (bir) il azaldılandan sonra bugünə çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 09 (doqquz) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, 10 (on) ay 04 (dörd) gün hazırki hökmlə təyin olunmuş 03 (üç) il azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 08.08.2021-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs1 21.06.2021-ci il tarixdən 22.06.2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 oğlu hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 08.08.2021-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0,197 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalıq çəkisi 0,220 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalıq çəkisi 0,045 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd kağız paketdə qalıq çəkisi 0,179 qram olan narkotik vasitə heroin, bir ədəd 1ml həcmli şprıs, bir ədəd falqa kağızı məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xərci olan 331,10 (üç yüz otuz bir manat on qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X5,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlanılmaları ilə bağlı olan hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar