Məhkəmə qərarları › İş №1(027)-10/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-10/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-10/2023 15.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1986-cı ildə Quba rayonu, Xınalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Quba rayonu 2-ci Nügədi kəndində qeydiyyatda olan və Quba rayonu Dağlı kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsrləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 10 iyul 2022-ci il tarixdə saat 20 radələrində Quba şəhər bazarının içərisində yerləşən X1 işlətdiyi kafedə həmkəndlisi Zərərçəkmiş şəxs məxsus gün eynəyinin qulaqcığını sındırması üstündə aralarında yaranmış narazılığı aydınlaşdırmaq məqsədilə kafedən çölə çıxıb bir qədər aralıda bazar ərazisində Zərərçəkmiş şəxslə mübahisə edərkən onun sifət nahiyəsinə kəllə zərbəsi vurub onu yerdə olan kafel qırıqlarının üzərinə yıxmaqla, ona alnında , burnunun üstündə, sol almacıqda əzilmiş-cırılmış yaralar, sol bazuda qançır, üst dodaqda, üst dodağın selikli qişasında kəsilmiş yaralar, sağ əlin lll-İV-V barmaqlarının üç falanqasının arxa səthində hərəsində bir yerdə səthi kəsilmiş yaralardan ibarət xəsarətlər yetirərək sonuncuya dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Quba rayonu Xınalıq kəndində anadan olmaqqla hazırda Quba rayonunun Dağlı kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 10 iyul 2022-ci İİ tarixdə saat 14 radələrində Quba şəhərində həmkəndlisi Mütəllimlə görüşüb, çay içmək üçün onunla birlikdə bazar əraziisndə yerləşən kafelərin birinə gedib nahar edərək spirtli içki qəbul etmişlər. Bir neçə saat həmin kafedə oturduqdan sonra, onlar pivə içmək bazarı İçərisində yerləşən Kamil adlı şəxsin İşlətdiyi kafeyə getmişlər. Saat 20 radələrində həmin kafedə pivə içərkən masanın üzərində olan Mütəllimə məxsus eynəyi yerə salıb eynəyin qulaqcığını sındırmışdır. Bu səbəbdən onların arasında mübahisə yaranmışdır. Aralarında yaranmış mübahisəni həll etmək üçün onlar kafedən çıxaraq oradan aralanmışlar. Yanyana gedən zaman Mütəllim onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün o, əsəbləşib başı ilə Mütəllimə zərbə vuraraq onu yerə yıxmışdır. Zərbənin təsirindən Mütəllim yerə yıxılmışdır. Mütəllim yerə yıxılarkən yerdə olan kafel qırıntıları onun əlinə batmışdır. Mütəllimə xəsarət yetirərkən əlində hər-hansı bir kəsiçi alət olmamışdır. Mütəlimin yerə yıxıldığını görüb hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt onların yanında kənar şəxslər olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirib məhkəmədən onun barəsində olan cinayət işinin icraatıan xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Quba rayonunun Xınalıq kəndində anadan olsada hazırda Quba rayonunun Aşağı Atuc kəndində yaşayır. Təqsirləndirilən şəxs uşaqlıq yaşlarından tanıyır, sonuncu onun həmkəndlisidir. Onunla qohumluğu yoxdur, aralarında keçmişdə heç vaxt şəxsi ədavət və ya düşmənçilik olmamışdır. Onlar tez-tez Quba şəhərində görüşüb birlikdə asudə vaxtların keçirirlər 10iyul 2022-ci il tarixdə günorta vaxtı Natiqlə Quba şəhərində görüşərək bazar ərazisində yerləşən kafelərin birinə gedib nahar etmişlər. Nahar zamanı onlar 0.7 litlik araq içmişlər. Saat 20 radələrində oturduqları kafedən çıxıb Quba şəhər bazarının yuxarı hissəsində yerləşən, Kamil adlı şəxsin işlətdiyi kafeyə gədərək hərəyə iki bakal pivə içmişlər. Pivə içərkən Natiq onun masa üzərinə qoyduğu gün eynəyini əlinə götürüb baxdığı zaman eynəyi əlindən yerə salaraq eynəyin qulaqcığını sındırmışdır. Bu səbəbdən Natiqlə arasında mübahisə yaranmışdır. Həmin vaxtr o, Natiqə demişdir ki, “mən bu eynəyi 35 manata almışam, gözümdə günə qarşı alergiya olduğuna görə eynəyimi bərpa edib verərsən". Natiq isə eynəyi təmir etməyəcəyini bildirib kafedən çölə çıxmışdır. Aralarında yaranmış narazılığı ayırd etmək üçün onlar kafenin yerləşdiyi yerdən bir qədər aralaşdıqdan sonra, Natiq gözlənilmədən onun sifətinə nahiyəsinə bir dəfə kəllə zərbəsi vurub onu əlləri ilə sinəsindən itələrəyək yerə yıxmışdır. Həmin anda o, kəllə zərbəsinin təsirindən alın, burun nahiyələrindən olmaqla sifətində bir neçə yerdən xəsarətlər almışdır. Həmçinin kəllə zərbəsi zamanı yerə yıxıldığı üçün yerdə olan kafel qırıqları əlinə batmışlar. O, aldığı xəsarətlərin təsirindən huşunu itirmişdir. Bir neçə dəqiqədən sonra, özünə gəldikdə Natiqi görməmişdir.. Ayağa qalxıb bazarda olan post-patrul xidmətinin əməkdaşlarına yaxınlaşaraq tanışı Natiq tərəfindən döydüyünü onlara bildirmişdir. Polis əməkdaşları əvvəlcə onu X2 aparmışlar. Diaqnostika Mərkəzində ona tibbi yardım göstərildikdən sonra, Quba RPŞ-nə gədib tanışı Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs bazar ərazisində kafenin yaxınlığında ona vurub xəsarət yetirərkən əlində hər-hansı bir kəsiçi alət olmamış və həmin vaxt onların yanlarında kənar şəxslər olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, hal-hazırda Quba RPŞ-nin PPXB-nin polis nəfəri olaraq işləyir və polis serjantı rütbəsindədir. O, xx.xx.2022-ci il tarixdə saat 19:20 radələri arasında polis serjantı Şahid2la 3 nömrəli marşrut üzrə Quba şəhər bazarı ərazisində piyada xidmət apararkən onlara üst başı qanlı halda olan bir nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxs içkili vəziyyətdə olmuşdur. Həmin şəxsdən nə üçün üst başının qanlı olduğunu soruşduqda bildirmişdir ki, Natiq adlı tanışı onu döymüşdür. Bununla bağlı şikayətçi olduğunu bildirdi. Onun şəxsiyyətini yoxladıqda Quba rayonu, Qaraçay kənd sakini Zərərçəkmiş şəxs olduğu, onu döymüş şəxsin isə Quba rayonu, Dağlı kəndində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Onlar PPX maşını ilə həmin şəxsi ilk öncə Quba RDM-nə sonra isə Quba RPŞ-nə aparmışlar. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 11 iyul 2022-ci il tarixli 528 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı bədənində müəyyən edilmiş xəsarətlərdən alnında ortada, burnunun üstündə, sol almacıqda olan əzilmişcırılmış yaralar və sol bazuda qançır küt əşyanın, onun üst dodaqda, üst dodağın selikli qişasında kəsilmiş yaralar, sağ əlin İİİ-İV-V barmaqlarının üç falanqasının arxa səthində hərəsində bir yerdə olan səthi kəsilmiş yaralar isə kəsici əşyanın təsirindən törənmişdir və hadisənin baş verdiyi vaxta, yəni 10 iyul 2022-ci il tarixdə yetirilməyə uygun gəlir, həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİl-dən alınmış 23 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, xx xxxxx 1986-cı ildə Quba rayonu Xınalıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu 2-ci Nügədi kəndində daimi pasport qeydiyyatında olmaqla hazırda faktiki olaraq Quba rayonu Dağlı kəndində yaşayır. O, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin və şahid ifadələri, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan cinayət işinin icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçü onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Quba RPŞnin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar