Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-100/2020 30.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X5 iştirakı ilə, xx xxx 1993-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan yaşayan, X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X9, xx xxxxxx 2020-ci il tarixdə, saat 02 radələrində ünvan 3 ünvanının qarşısından Zərərçəkmiş şəxs məxsus Vaz-2107 markalı, ** BM *** nömrə nişanlı avtomaşını talama məqsədi olmadan qaçırmışdır. Məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmədə iclasında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X9 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evdə olarkən gecə saat təxminən 01-02 radələrində siqareti qurtarmışdır. Həmin vaxt yaxınlıqda olan mağazalar bağlı olduğu üçün siqaret almaq məqsədi ilə ünvan 3 saylı evdə yaşayan tanışı Zərərçəkmiş şəxs avtomaşınını küçədə görüb cibində olan öz avtomaşınının açarı Zərərçəkmiş şəxs məxsus Vaz-2107 markalı, ** BM *** dövlət nömrə nişanlı avtomaşının qapısını açaraq avtomaşını işə salıb ordan uzaqlaşmışdır. Quba şəhərində olan “24 saat” marketə gedərkən yolda tanışı Salehin yaşadığı evin qarşısından keçdikdə, onun küçədə olduğunu görüb onuda maşına götürmüşdür. Birlikdə “24 saat” marketə gedib siqaret alıb geri qayıdarkən, yolda 2 nəfər əl etmiş və o, maşını saxlayaraq həmin 2 nəfəri maşına mindirib onları Qələdüz kəndinə düşürərək Quba şəhərinə qayıtmışdır. Quba şəhəri ərazisində avtomaşınla bir qədər gəzdikdən sonra, Salehi yaşadığı küçədə düşürüb avtomaşını Sərxanın yaşadığı evin qarşısında saxlamaq istədikdə evin qarşısında tanımadığı bir nəfər qadının olduğunu görüb qorxaraq avtomaşını bir qədər aralıda saxlayıb oradan uzaqlaşmışdır. Avtomaşını yuxarıda qeyd etdiyi kimi, mağazaya getmək və bir qədər sürmək məqsədi ilə qaçırmışdır. Avtomaşından heç bir əşya və ya sənəd götürməmişdir. Salehin onun avtomaşını oğurlamasından xəbəri olmamışdır. İfadəsinin sonunda X9 əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir.. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayır və gündəlik taksi fəaliyyəti ilə məşğul olur. 2020-ci ilin fevral ayında Abşeron rayonu, Saray qəsəbə sakini X1 24 aylıq Vaz-2107 markalı, ** BM *** dövlət nömrə nişanlı avtomaşın almışdır. xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında işdən evə geri qayıdarkən, avtomaşını kirayə yaşadığı evin qarşısında saxlamışdır. Təxminən saat 06 radələrində küçəyə çıxdıqda avtomaşınının saxladığı yerdə olmadığını görmüşdür. Hadisə ilə əlaqədar DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər keçdikdən sonra, hadisə yerinə Quba rayon polis şöbəsinin əməkdaşları gəlmişlər. Keçirilmiş axtarış tədbirləri nəticəsində polis əməkdaşları onun avtomaşını yaşadığı kücədən bir qədər aralıda aşkar etmişlər. Avtomaşına baxış keçirilərkən hər hansı bir əşyasının oğurlanmadığı aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, onun avtomaşınını tanışı Təqsirləndirilən şəxs sürmək məqsədi ilə qaçırmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs əməli törətmiş şəxs X9 ilə barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, X9 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə onun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “əfv” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs X6 istinad edilən ittiham özünün eifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. X5 törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur X9 ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmişşəxsZərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı nortariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki o, X9 ilə barışmışdır və ona qarşı heç bir şikayət tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.. Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, X9 barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X5 AzərbaycanRespublikası CM-nin185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-100/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-100/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver