Məhkəmə qərarları › İş №1(027)-100/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-100/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-100/2021 14.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Quba Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Şamaxı rayonu, Dağ- Bağırli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şamaxı rayonu, Dağ-Bağırlı kəndində qeydiyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixdə, saat 09:30 radələrində Quba rayonu, Afurca kəndinə səyyar ticarətlə məşğul olub, müxtəlif məişət əşyalarını satdığını elan edərkən həmin kənd sakini Zərərçəkmiş şəxs və arvadı Şahid2 ilə birlikdə onu yaşadıqları evə dəvət edərək satdığı xalçalara baxarkən o, otaqda yerləşən çarpayının üzərində əl dəsmalına bükülmüş vəziyyətdə olan ümumilikdə 2630 (iki min altı yüz otuz) manat məbləğində pulu ev sahiblərinin xəbəri olmadan götürüb cibinə qoyaraq gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, uzun zamandır səyyar ticarətlə məşğul olur və həmkəndlisi Şahid1 məxsus VAZ 21060 markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xalçalar və digər məişət əşyaları satırlar. Həmin əşyaları respublikanın hər bölgəsinə apararaq satışını təşkil edirlər. Onlar, Şirzadla 12.04.2021-ci il tarixdə yaşadıqları Şamaxı rayonundan çıxaraq ilk olaraq Xaçmaz rayonuna, sonradan isə Quba rayonuna malları satmaq üçün avtomobil ilə kəndləri və yaşayış məntəqələrini gəzmişlər. 16.04.2021-ci il tarixdə, saat 09:40 radələrində Şirzadla birlikdə ona məxsus VAZ 21060 markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba rayonunun Afurca kəndinin Qayaüstü məhəlləsinə getmişlər. Həmin vaxt sonradan adının Zərərçəkmiş şəxs olaraq bildiyi şəxsin evinin qarşısında dayanmışlar. Həmin vaxt evdə Axundbala Həsənov və onun arvadı Şahid2 olmuşdur. Axudbala Həsənov onlardan satlıq xalça olub-olmamasını soruşduqda o, Şirzadla birlikdə Axundala Həsənova satdıqları xalçanı və digər əşyaları göstərmək üçün onların evlərinə keçmişlər. Göstərdikləri xalça böyük olduğu üçün Axudbala Həsənov xalçanı almaqdan imtina etmişdir. Şahid2 onların satdıqları qazan dəstlərinə və digər əşyalara baxıb hər hansı bir əşya almamışdır. Bundan sonra Şirzad qazan dəstini götürüb onların evindən çıxmışdır. O, isə otaqda xalçanı bükmüş, həmin zaman da Zərərçəkmiş şəxs xalçanı almasını bir neçə dəfə təklif etsədə, Axunbala xalçanı istəmədiyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs uzanmış olduğu çarpayıdakı yastığın yanında bükülü dəsmal və dəsmalın içərisində pul əskinazlarının olduğunu görüb həmin vaxt ani olaraq dəsmalın arasında olan pulu oğurlamaq qərarına gəlmişdir. Axundbala Həsənovun fikrini yayındırıb dəsmalı əynindəki qara gödəkçənin cibinə qoymuşdur. X16 Həsənovla sağollaşıb həyətə çıxıb küçədə onu gözləyən Şirzadın yanına getmişdir. Kənddən çıxdıqdan sonra onlar birbaşa Bakı şəhərinə getmişlər. Şirzad avtomaşını sürüb ordan uzaqlaşaraq Bakı şəhərinə getmək üçün yola düşmüşdür. Yolda o, ayaq yoluna gedib oğurladı dəsmalı açıb baxdıqda orada 7 ədəd 100 manatlıq, 35 ədəd 50 manatlıq, 3 ədəd 10 manatlıq və təxminən 180 manat 1 və 5 manatlıq əskinazlar olmaqla cəmi 2630 manat olduğunu görmüşdür. Həmin vaxt o, dəsmalı və dəsmala taxılmış sancağı ayaq yoluna atıb maşında onu gözləyən Şizadın yanına qayıtmışdır. Bundan sonra onlar Bakı şəhərinə gəlib Şamaxınka adlanan yerdə kafedə çörək yeyib ayrılmışlar. Kafedən çıxdıqdan sonra, onlar ayrılaraq Şirzad Bakı şəhərində yaşayan qohumlarının evinə o, isə gecələmək üçün adını xatırlamadığı bir otelə getmişdir. Otelin restoranında spirtli içki qəbul etdikdən sonra, sərxoş olub ümumilikdə 400-500 manat məbləğində pul xərcləmişdir. Oğurladığı pulun 2000 manatdan çox hissəsi cibində qalmışdır. Səhəri gün telefonla əlaqə saxlayıb Şirzadla görüşüb yaşadıqları Şamaxı rayonuna qayıtmaq üçün yola düşmüşlər. Yolda olduqları zaman içərisində polis əməkdaşları olan bir avtomaşın onlara saxla işarəsi verib maşını saxlamağı tələb etmişlər. Həmn vaxt o, Axundbala Həsənovun evindən pul oğurladığını Şirzada bildirib maşını saxlamamağı ondan xahiş etmişdir. Şirzad isə ona yaşlı adamların pulunu oğurladığı üçün iradını bildirib maşını saxlamışdır. Bundan sonra, polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək Quba rayon polis şöbəsinin əməkdaşları olduqlarını onlara bildirmişlər. Polis əməkdaşları adımın Rəşad olduğunu müəyyən etdikdən sonra, oğurluqda şübhəli olduğumu bildirib məni Quba RPŞ-nə aparmışlar. O, Quba RPŞ-də olduğu zaman etdiyi əməli səmimi olaraq etiraf etmiş və oğurlamış olduğu puldan geriyə qalan 2130 manatı polisə təhvil vermişdir. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs məxsus evdən oğuluq edən zaman Şahid1 evin giriş qapısında Gülxanımla birlikdə maşının yanında olmuşdur. Onun oğurluq etdiyindən Şirzadın məlumatı olmamışdır. O, ilk dəfədir ki, oğurluq hadisəsi törətmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs halhazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəyib onunla barışıq əldə etdiyini, törətdiyi əməldən peşman oluduğunu və himayəsində dörd azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Yaşlı və xəstə olduğu üçün məhkəməyə gələ bilmədiyini və məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş X1 ifadəsindən görünür ki o, arvadı Şahid2 ilə birlikdə Quba rayonunun Afurca kəndinin Qayaüstü məhəlləsində yaşayır. Yaşlı olduqları üçün hər ikisi təqaüd alır. Gündəlik tələbatlarını ödəmək üçün aldıqları təqaüdün bir hissəsini xərcləyib qalan hissəsini yığıb saxlayırlar. Yığdıqları pulu dəsmala bükərək yaşadıqları evin otağıdakı çarpayının üzərində yataq dəstinin yanında saxlamışlar. 16 aprel 2021-ci il tarixdə səhə-səhər saat təxminən 10 radələrində yaşadıqları kəndə avtomaşınla məişət əşyaları və xalça satmaq üşün iki nəfər cavan oğlan gəlmişdir. Həmin oğlanlardan birinin adı Şirzad digərinin adı isə Rəşad olmuşdur. Xalça almaq üçün həmin iki nəfər şəxsi yaşadığı evə dəvət etmişdir. Həmin vaxt Rəşad əlində bir ədəd xalça, Şirzad isə əlində bir neçə qazan onların evinə gəlmişlər. X12 gətirdiyi qazanlara o, isə Rəşadın gətrdiyi xalçaya baxmışdır. O, xalçaya baxarkən arvadı Gülxanım qazanları bəyənmədiyi üçün Şirzad qazanları götürüb onun evindən çıxmışdır. Onun ardınca isə arvadı Gülxanım evdən çıxmışdır. O, xalcaya baxarkən pulu saxladığı çarpayının yanından aralanmışdır. Şirzad isə həmin vaxt çarpayının yanında olmuşdur. Xalça çox böyük olduğundan xalçanı almamışdır. Onlar getdikdən sonra, dəsmala bükərək çarpayının yanında saxladığı 2630 manat məbləğində pul yerində olmadığı görüb başa düşmüşdür ki, Rəşad onun dəsmalın arasında yığıb saxladığı 2630 manat məbləğində pulu oğurlayıb. Buna görədə Quba rayonunun poliş şöbəsinin Qonaqkənd bölməsinə məlumat vermişdir. Səhəri gün, yəni 17 aprel 2021-ci il tarixdə polis əməkdaşları Rəşadı saxlayıb Quba rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində aparılan araşdırma zamanı Rəşad onun evindən 2630 manat pulu dəsmalla birlikdə oğurladığını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xususatları təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxs şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Beydullayev X4 rayon Məhkəməsinin 15.09.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Şamaxı rayon Məhkəməsinin 31.01.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 20.10.2017-ci il tarixli qanuna əsasən cəzadan azad edilmişdir. İş materialında olan Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Dağ-Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışından görünür ki, Şamaxı rayonunun Dağ-Bağırlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs həyat yoldaşı X5, oğlu X8, qızı X9, oğlu X2, oğlu X3 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Dağ-Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Şamaxı rayonu, Dağ-Bağırlı kəndində yaşayan Təqsirləndirilən şəxs İməməddin oğlu müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İİN-640806 saylı doğum haqqında şəhadətnamənin, AZE N-11603998 saylı, AZE N-11048031 saylı və AZE N-11048028 saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10.07.2006-ci il təvəlldlü, 27.12.2010-cu il təvəllüdlü, 12.07.2013-cü il təvəllüdlü və 01.01.2016-cı il təvəllüdlü dörd azyaşlı övladı vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, zərərçəkmişə dəymiş maddi ziyanı tam ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və himayəsində dörd nəfər azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 17 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında oaln təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 aprel 2021-ci il tarixdя “polisin nяzarяti altыna vermя haqqыnda” qяtimkan tяdbiri seчilmiшdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs oğlunun 17 aprel 2021-ci il tarixdən 19 aprell 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs İməməddin oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 20 saat üçün 120 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs İməməddin oğlunun yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs İməməddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs İməməddin oğlunun 17 aprel 2021-ci il tarixdən 19 aprell 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs İməməddin oğlunun üzərinə yaşayış yerini saat 24:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs İməməddin oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs İməməddin oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs İməməddin oğlunun yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən. Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar