Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-100/2023 19.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Quba rayonu, Mirzəqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Quba rayonu, Mirzəqışlaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2013-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Əmrullayeva (Babayeva) Xəyalə İbrət qızına ödənilməsinə dair Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(027)- 153/2013 saylı qətnaməsini, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X2 ödənilməsinə dair İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-2668/2019 saylı qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(027)- 998/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək Əmrullayeva (Babayeva) Xəyalə İbrət qızına 6089,00 manat, Zərərçəkmiş şəxs2 4640,00 manat məbləğində aliment borcunu ödəməyərək qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Əmrullayeva (Babayeva) Xəyalə İbrət qızı ilə rəsmi nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Aysu adlı qızı dünyaya gəlmişdir. Xəyalə ilə ailə həyatı alınmadığı üçün onların Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Həmin qıtnaməyə əsasən X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ondan 70,00 manat alimentin tutularaq Zərərçəkmiş şəxs1 verilməsi ı qət edilmişdir. Quba rayon icra və probasiya şöbəsi tərəfindən qeyd edilən qətnamənin icrası ilə əlaqədar ona rəsmi bildiriş təqdim edilmiş və aliment ödənişini təmin etmədiyi üçün inzibati məsuliyyətə cəlb olunmuşdur. Alimenti odəmədiyi üçün Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək işlah işləri cəzasına məhkum edilmiş və amnistiya aktına əsasən cəzadan azad edilmişdir. Əmrullayeva (Babayeva) Xəyalə İbrət qızından rəsmi olaraq ayrılmadan öncə, yəni 2011-ci ildə Zərərçəkmiş şəxs2 ilə ailə qurmuş və onların qeyri-rəsmi nikahlarından xx.xx.2012-ci il tarixdə X6 adlı övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs2 ondan 2013-cü ildə ayrılaraq övladı ilə birlikdə anasının yaşadığı İmişli rayonuna getmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cı il tarixli qətnaməsi ilə ondan övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qeyd edilən qətnamə də icra edilməsi üçün Quba rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra sənəsi barədə ona rəsmi bildiriş təqdim edilmişdir. Hər iki qətnaməni icra etmədiyi üçün bir neçə dəfə inzibati qaydada həbs olunmuş, sonuncu dəfə isə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş və ölkədən getmək hüququ da müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək Əmrullayeva (Babayeva) Xəyalə İbrət qızına olan 6089,00 manat aliment borcunu və Zərərçəkmiş şəxs2 qızna olan 4640,00 manat aliment borcunu ödəməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hal-hazırda zərərçəkmiş şəxslərə olan aliment borcunu tam olaraq ödədiyini bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Əmrullayeva (Babayeva) Xəyalə İbrət qızı ifadəsində bildirmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(027)-153/2013 saylı qətnaməsinə əsasən onun Təqsirləndirilən şəxs ilə birgə nikahlarına xitam verilərək Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 70,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən qətnaməni icra etmədiyi üçün barəsində cinayət işi başlanılmış və Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə o, işlah işləri cəzasına məhkum edilmişdir. Bundan sonra da, Elbin Babayev qərəzli hərəkətlərini davam etdirərək alimenti ödəməmiş və. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir İcra məmuru tərəfindən Təqsirləndirilən şəxs möhlət verilərək cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də o, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək yaranmış olan 6098,00 manat aliment borcunu ödəməmişdir. İfadəsinin sonunda Əmrullayeva (Babayeva) Xəyalə İbrət qızı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona olan aliment borcunu tam olaraq ödədiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasına gələ bilmədiyini və təqsirləndirilən şəxs tərəfindən aliment borcu tam olaraq ödənildiyi üçün şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315.2-ci maddəsini rəhbər tutaraq məhkəmə baxışının zərər çəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə 2011-ci ildə qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və faktiki nikahdan xx.xx.2012-ci il tarixdə Turanə və xx.xx.2013-cü il tarixdə Tunar adlı 2 (iki) uşaqları dünyaya gəlmişdir. Uşaqlardan ancaq Turanənin atalığı müəyyən edilməklə doğum haqqında şəhadətnamə almışdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-2668/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən qətnaməni icra etmədiyi üçün 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs öz qərəzli hərəkətləri ilə aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs möhlət verilərək cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək yaranmış olan 4640,00 manat aliment borcunu ödəməmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(027)- 153/2013 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs cavabdeh kimi xx.xx.2013-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Əmrullayeva (Babayeva) Xəyalə İbrət qızına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-2668/2019 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zaman tədqiq olunmuş Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(027)- 998/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Pirmahmud oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işi materiallına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsindən daxil olmuş tələbnamədən və və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, “28 May-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016cı il tarixli Qərarının 1.5-ci bəndinə əsasən o, Quba Rayon Məhkəməsinin xx.xx.2015-cı il tarixli hökmü ilə təyin olunmuş aylıq qazancından dövlət nəfinə 20% pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasından azad edilmişdir. Cinayət işi materiallına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X1 Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran vətəndaş kimi qeydiyyata alınmış və bundan əlavə, sosial rifahının və dayanıqlı məşğulluğun təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs “emas.sosial.gov.az” internet portalı vasitəsilə MEİS-in “Əmək və Məşğulluq” altsistemini mütəmadi izləmək tövsiyyə olunmuşdur. Zərərçəkmiş şəxs Əmrullayeva (Babayeva) Xəyalə İbrət qızının Quba rayon məhkəməsinə daxil olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan 6089 manat məbləğində aliment borcunu tam şəkildə ödədiyi üçün ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 Quba rayon məhkəməsinə daxil olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan 4640 manat məbləğində aliment borcunu tam şəkildə ödədiyi üçün ona qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi etirafedici ifadəsilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Məhkəmə hesab edir ki, aliment borcunun tam şəkildə ödəməsi zərərçəkmiş şəxslər tərəfindən təsdiq olunmaqla şikayət və tələbin olmadığı nəzərə alınaraq, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilməlidir. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 3 saat üçün 18 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 03 (üç) iş saatına görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-100/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-100/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver