Məhkəmə qərarları › İş №1(027)-101/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-101/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-101/2020 30.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Xüsusi ittihamçı X6, Xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair “X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Rəsmiyyə Vaqif qızının Azərbaycan Respublikası CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət verərək göstərmişdir ki, o, X3 rayonu, Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin dirüktoru vəzifəsini icra edir. 15 illik pedoqoji fəaliyyətinin 8 ilini Abşeron rayon Təhsil Şöbəsində mütodist vəzifəsində işləyərək tamamlamışdır. Artıq 3 ildir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbində müəllim vəzifəsində çalışır. Müxtəlif zamanlarda X8 ona müraciət edərək, ona daha çox dərs saatının verilməsini tələb etmişdir. O,isə ona bunun qanun çərçivəsində həyata keçirildiyini və müvafiq qaydalar əsasında müəyyən edildiyini onun diqqətinə çatdırmışdır. 2020-2021-ci tədris ili üçün isə Rəsmiyyə İmanova fərqli arzu ilə müraciət etmişdir. Onun 4-cü sinifini bitirən övladının təhsilini davam etdirəcəyi 5 ç sinifinin sinif rəhbərliyinin ona verilməsini tələb etmişdir. Tələbinin həyata keçmədiyini görən Rəsmiyyə İmanova yalana əl atmış və onun barəsində xoşagəlməz məlumatlar paylaşmaqla ona təzyiq etməyə başlamışdır. Bunu etməməsini və bu yoldan çəkilməsini dəfələrlə xahiş etsə də, heç bir müsbət nəticə olmamışdır. Xüsusi ittiham qaydasında şikayət şəxs X11 ərizə ilə məhkəməyə müraciət edərək, X5 qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina etdiyini və iş üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Çinarə Lazım qızı ilə barışdığını ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraatına xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xüsusi ittihamçı X11 ilə xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X8 barışmışlar, xüsusi ittihamçı şikayətindən imtina etmiş və tərəflər iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il qərarının 17-ci bəndinə əsasən məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir. Məhkəmə hesab edir ki, hazırda tərəflər barışdığı üçün və qeyd edilən normaların göstərişinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 321-ci maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayəti üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərar, ondan apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar