Məhkəmə qərarları › İş №1(027)-101/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-101/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-101/2021 30.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Bahadirovnanın, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayonu, Vəl-vələ kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 27 may 2021 -ci il tarixdə saat 21.30 radələrində yaşadıqları Quba rayonu, Vəl-Vələ kəndindəki evdə aralarında ailə məişət zəmnində yaranan mübahisə vaxtı dabankeşlə arvadı Zərərçəkmiş şəxs Bahadirovnanın baş nahiyəsinə, yumruqla üz nahiyəsinə, təpiklə ayaqlarına vuraraq ona başın a m nahiyəsində ortada əzilmiş-cırılmış yara, sol gözün altında qançır- hematoma. sifətində odada sıyrıq. belində solda qançır, sol biləyin tış səthində sıyrılmış yara, hər iki budun orta 1/3-nin ön səthində çoxsaylı qançırla nəticələnən və sağlamlıqda qısa müddətə pozğunluq törətdiyidən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək sonuncunun qəsdən sağlamlığına yüngül zərər vurmuşdur Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, X3 ilə 2009-cu ildə qeyri-rəsmi ailə qurmuşdur. Birgə nikahdan iki uşaqları var. 02 aprel 2021-ci il tarixdə saat 13 radələrində Cəmilə mağazaya gedib bir saat yarıma qayıtdığına görə ondan hara getdiyini soruşmuşdur. O da mağazaya uşaq üçün oyuncaq alması üçün getdiyini və oyuncağı nisyə vermədiklərindən ala bilmədiyini bildirmişdir. O Cəmiləyə həyətdə kartof əkəcəklərini dedikdə Cəmilə ona “kartof lazım deyil” deyib kartof əkməyəcəyini bildirmişdir. O, Cəmiləyə “hazır yeyənsən” dediyi üçün aralarında sözlə mübahisə yaranmışdır. Cəmilə də iki uşağını götürüb evdən çıxıb getmiş, 3-4 gündən sonra Cəmilənin “Youtube” şəbəkəsində uşaqları ilə birlikdə Bərdə rayonunda olduğunu görmüşdür. Təxminən 10 gün sonra Cəmilə ona zəng vurub Xaçmaz rayonunda olduğunu və bazarda xadimə işlədiyini dediyi üçün ona uşaqları da götürüb qayıtmasını demişdir. Cəmilə də uşaqları gətirib ona verəndən sonra yenidən Xaçmaz rayonuna qayıtmışdır. 27 may 2021-ci il tarixdə Cəmilə ona zəng vuraraq Xaçmaz rayonu, Rəhimoba kəndində oduğunu demiş və gəlib onu aparmasını xahiş etmişdir. Ona görə də, o Cəmilənin yanına gedərək onu götürmüş və birlikdə Quba rayonu, Vəl-vələ kəndinə evlərinə qayıtmışlar. Axşam isə dükandan çörək aldığı vaxt bir şüşə də 200 qramlıq araq almış, yemək yedikləri vaxt həmin arağı içmişdir. Sonradan Cəmilə ilə uşaqlarının sənədi ilə bağlı aralarında mübahisə yaranmış, daha sonra Cəmilədən mobil telefonunu istəmiş, Cəmilə mobil telefonunu vermədiyinə görə aralarında mübahisə böyümüş, o da qapının yanında olan dabankeşlə onun başına, yumruqla da sifətindən vurmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Bahadirovna göstərmişdir ki, 2009-cu ildə Quba rayonu, Vəl-vələ kənd sakini Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ailə qurmuşdur. Birgə nikahdan iki uşaqları var. 02 aprel 2021 -ci ildə əri Fikrət evdə onunla mübahisə etmiş, ona görə də, evdən çıxıb getməsini bildirərək iki uşağını da alıb Bakı şəhərinə “ATV” kanalına getmiş, həm əri, həm də azyaşlı qızının saç tökülməsi ilə bağlı müalicəsi üçün sponsor axtarmışdır. “ATV” kanalı tərəfindən çəkiliş olunduqdan sonra həmin çəkiliş sosial şəbəkədə paylaşılmış və onun kartına yardım kimi pul da yüklənmişdir. Sonradan Xaçmaz rayonunda əmisi Eyvazın evinə gəlib orada kirayədə qalmış və Xaçmaz şəhərində kafedə ofisant kimi işə düzələrək hər gün 7-10 manat pul qazanmışdır. 27 may 2021-ci il tarixdə əri Fikrət ona zəng vurub harada olduğunu soruşmuş, o Xaçmaz şəhərində olduğunu və evə qayıtmaq istədiyini bildirmişdir. Bundan sonra Fikrət onu taksi ilə Quba rayonu, Vəl-vələ kəndində yaşadıqları evə gətirmiş, daha sonra anası Səbriyyə iki uşağını Vəl-Vələ kəndinə onun evinə gətirmişdir. Fikrət ondan çörək almaq üçün 50 qəpik pul alıb dükana gedərək çörək və bir şüşə də araq alıb gətirmiş, xörək yedikdən sonra arağı içib saat təxminən 22 radələrində ona kafelərdə əxlaqsızlıq etdiyini deyərək ondan mobil telefonunu istəmişdir. O isə telefonu Fikrətə vermədiyindən Fikrət yerdən aldığı dabankeşlə başından, yumruqla sol gözünün altından, təpiklə də ayaqlarından vuraraq onu döymüşdür. Ona görə də, “DİN”-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Fikrətlə aralarında olan mübahisə 10-15 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Bahadirovna təqsirləndirilən şəxslə barışdığını bildirib, məhkəmədən X2 barəsində olan cinayət işin icraatına xitam verilməsini xahiş edərək, bu barədə ərizəni məhkəməyə təqdim etdi. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 28 may 2021 -ci il tarixli, 424 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət başın alın nahiyyəsində ortada əzilmiş-cırılmış yara, sol gözün altında qançır-hematoma, sinəsində ortada sıyrıq, belində solda qançır, sol biləyini tış səthində sıyrılmış yara,hər iki budun 1/3-nin ön səthində çoxsaylı qançır, küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 27 may 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 2013-cü ildə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət işi üzrə icraata xitam verilmişdir. İşdə olan Quba RİHB-nın Vəl-vələ İƏD-si üzrə nümayəndəliyinin 07 iyun 2021 -ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Vəl-vələ kəndində qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunur. İşdə olan Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 11 iyun 2021-cu il tarixli 146- 14379-1121 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Quba RMX-nın X1 psixatrik kabinetində qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq ekspert rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs Bahadirovna ilə barışmasını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Bahadirovnanın məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar