Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-101/2022 29.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri Müdafiəçi1, X2 və Müdafiəçi3 iştirakları ilə xx.xx.1995-ci il tarixdə Quba rayonunun Çartəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, məhkum olunmayan, Quba rayonu, Çartəpə kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seşilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə xx.xx.1972-ci il tarixdə Quba rayonunun Çartəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhər Qaradağ rayon məhkəməsinin 26.11. 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu olmayan, Quba rayonu, Çartəpə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seşilmiş, Təqsirləndirilən şəxs2 xx.xx.1996-cı il tarixdə Quba rayonunun Çartəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Quba rayonu, Çartəpə kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seşilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CМ-nin 32.5, 177.2.1, 32.5, 177.2.2 və 32.5, 177.2.3-cü –maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 əvvəllər montyor kimi işlədiyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus Quba şəhəri, Sahil küçəsində yerləşən anbara yeni dəmir boruların yığılaraq nəzarətsiz saxlandığını bilərək oradan oğurluq etmək qərarına gəlib özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 16 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində sifariş etdiyi yükdaşıma xidməti həyata keçirən istintaqa məlum olmayan avtomobilin sürücüsünə özünü həmin cəmiyyətin səlahiyyətli şəxsi kimi təqdim edib dəmir boruların bir hissəsinin daşınmasını bildirərək avtomobili həmin anbara aparmış, anbarın həyətinə iki tay dəmir materiallı qapının altındakı dəmir materialdan olan naqil formalı cəftəsini yuxarı çəkib açmaq yolu ilə içəri qanunsuz daxil olaraq oradan hər biri 84,0 manat olmaqla 07 ədəd yeni (işlənməmiş), Rusiya istehsallı, 6 metrlik, 100 mm diametrli dəmir materiallı borunu götürüb ümumilikdə cəmiyyətə məxsus 588,0 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa о, təkrarən özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 2022-ci ilin yanvar ayının ortalarında, saat 18 radələrində əvvəlki qaydada özünü səlahiyyətli şəxsi kimi təqdim edib sifariş etdiyi yükdaşıma xidməti həyata keçirən istintaqa məlum olmayan avtomobili ilə Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus Quba şəhəri, Sahil küçəsində yerləşən anbarın qarşısına gəlib həyət darvazasını eyni üsulla açmaqla anbara qanunsuz daxil olaraq oradan hər biri 84,0 manat olmaqla 25 ədəd yeni (işlənməmiş), Rusiya istehsallı, 6 metrlik, 100 mm diametrli dəmir materiallı borunu götürüb ümumilikdə cəmiyyətə məxsus 2100,0 manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa о, təkrarən özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə cinayət yolu ilə əldə ediləcək əmlakın sərfəli qiymətə satışını təşkil etməklə ona köməkçilik edəcəkləri barədə həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təklifini qəbul edib 2022-ci ilin yanvar ayının sonlarında, saat 15 radələrində sifariş etdiyi yükdaşıma xidməti həyata keçirən istintaqa məlum olmayan yük avtomobili ilə Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus Quba şəhəri, Sahil küçəsində yerləşən anbarın qarşısına gəlib həyət darvazasını eyni üsulla açmaqla anbara qanunsuz daxil olaraq oradan hər biri 72,0 manat olmaqla 23 ədəd yeni (işlənməmiş), İran istehsallı 6 metrlik 80 mm diametrli dəmir materiallı borunu götürmüş, həmin boruları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsilə Qusar rayonu, Balaqusar kənd sakini Şahid1 sataraq ümumilikdə cəmiyyətə məxsus 1656,0 manat dəyərində əmlakı gizli olaraq talamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən oğurluq etmişdir. Bundan başqa о, təkrarən özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə cinayət yolu ilə əldə ediləcək əmlakın sərfəli qiymətə satışını təşkil etməklə ona köməkçilik edəcəkləri barədə həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təklifini qəbul edib 2022-ci ilin yanvar ayının son günlərində, saat 15 radələrində sifariş etdiyi yükdaşıma xidməti həyata keçirən istintaqa məlum olmayan yük avtomobili ilə Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus Quba şəhəri, Sahil küçəsində yerləşən anbarın qarşısına gəlib həyət darvazasını eyni üsulla açmaqla anbara qanunsuz daxil olaraq oradan hər biri 84,0 manat olmaqla 23 ədəd yeni (işlənməmiş), Rusiya istehsallı, 6 metrlik, 100 mm diametrli dəmir materiallı borunu götürmüş, həmin boruları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsilə Şahid1 sataraq ümumilikdə cəmiyyətə məxsus 1932,0 manat dəyərində əmlakı gizli olaraq talamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən oğurluq etmişdir. Bundan başqa о, təkrarən özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə cinayət yolu ilə əldə ediləcək əmlakın sərfəli qiymətə satışını təşkil etməklə ona köməkçilik edəcəkləri barədə həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təklifini qəbul edib 04 fevral 2022-ci il tarixdə, saat 18 radələrində sifariş etdiyi yükdaşıma xidməti həyata keçirən istintaqa məlum olmayan yük avtomobili ilə Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus Quba şəhəri, Sahil küçəsində yerləşən anbarın qarşısına gəlib həyət darvazasını eyni üsulla açmaqla anbara qanunsuz daxil olaraq oradan hər biri 84,0 manat olmaqla 37 ədəd yeni (işlənməmiş), Rusiya istehsallı, 6 metrlik, 100 mm diametrli dəmir materiallı borunu götürmüş, həmin boruları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsilə Şahid1 sataraq ümumilikdə cəmiyyətə məxsus 3108,0 manat dəyərində əmlakı gizli olaraq talamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən oğurluq etmişdir. Bundan başqa о, təkrarən özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 11 fevral 2022-ci il tarixdə, saat 16 radələrində əvvəlki qaydada özünü səlahiyyətli şəxsi kimi təqdim edib sifariş etdiyi yükdaşıma xidməti həyata keçirən istintaqa məlum olmayan avtomobili ilə Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus Quba şəhəri, Sahil küçəsində yerləşən anbarın qarşısına gəlib həyət darvazasını eyni üsulla açmaqla anbara qanunsuz daxil olaraq oradan hər biri 84,0 manat olmaqla 65 ədəd yeni (işlənməmiş), Rusiya istehsallı 6 metrlik 100 mm diametrli dəmir materiallı borunu götürüb ümumilikdə cəmiyyətə məxsus 5460,0 manat dəyərində əmlakı gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin yanvar ayının sonlarında, günorta saatlarında yaşadıqları kənddə digər həmkəndliləri Təqsirləndirilən şəxs1 ilə təsadüfən görüşərkən sonuncuya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus Quba şəhəri, Sahil küçəsində yerləşən anbardan işlənməmiş dəmir boruları oğurlayaraq satmasından xəbərdar olduqlarını bildirib şübhə yaratmaması və daha sərfəli qiymətə satılması üçün boruların başqa ərazilərdə satışını təşkil etməklə sərəncam verməyi qabaqcadan vəd edərək Təqsirləndirilən şəxs1 qeyd olunan tarixdə, saat 18 radələrində həmin anbardan oğurladığı hər biri 72,0 manat olmaqla ümumilikdə 1656,0 manat dəyərində 23 ədəd yeni (işlənməmiş), İran istehsallı, 6 metrlik, 80 mm diametrli dəmir materiallı borunu müştəri kimi tapdıqları Qusar rayonu, Balaqusar kənd sakini Şahid1 700 manata satıb qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamaqla oğurluq cinayətinin törədilməsinə köməkçilik etmişdir. Bundan başqa о, həmkəndlisi Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında digər həmkəndliləri Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus Quba şəhəri, Sahil küçəsində yerləşən anbardan oğurlayacağı dəmir boruların satışını təşkil etməklə sərəncam verməyi sonuncuya qabaqcadan vəd edərək Təqsirləndirilən şəxs1 2022-ci il in yanvar ayının son günlərində, saat 15 radələrində həmin anbardan oğurladığı hər biri 84,0 manat olmaqla ümumilikdə 1932,0 manat dəyərində 23 ədəd yeni (işlənməmiş), Rusiya istehsallı, 6 metrlik, 100 mm diametrli dəmir materiallı borunu müştəri kimi tapdıqları Qusar rayonu, Balaqusar kənd sakini Şahid1 650 manata satıb qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq cinayətinin törədilməsinə köməkçilik etmişdir. Bundan başqa о, həmkəndlisi Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında digər həmkəndliləri Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus Quba şəhəri, Sahil küçəsində yerləşən anbardan oğurlayacağı dəmir boruların satışını təşkil etməklə sərəncam verməyi sonuncuya qabaqcadan vəd edərək Təqsirləndirilən şəxs1 04 fevral 2022-ci il tarixdə, saat 18 radələrində həmin anbardan oğurladığı hər biri 84,0 manat olmaqla ümumilikdə 3108,0 manat dəyərində 37 ədəd yeni (işlənməmiş), Rusiya istehsallı, 6 metrlik, 100 mm diametrli dəmir materiallı borununun 30 ədədini müştəri kimi tapdıqları Qusar rayonu, Balaqusar kənd sakini Şahid1 900 manata satıb və 7 ədədini isə 210 manata nisyə şəkildə özünə alıb qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq cinayətinin törədilməsinə köməkçilik etmişdir. Təqsirləndirilən şəxs3 həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin yanvar ayının sonlarında, günorta saatlarında yaşadıqları kənddə digər həmkəndliləri Təqsirləndirilən şəxs1 ilə təsadüfən görüşərkən sonuncuya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus Quba şəhəri, Sahil küçəsində yerləşən anbardan işlənməmiş dəmir boruları oğurlayaraq satmasından xəbərdar olduqlarını bildirib şübhə yaratmaması və daha sərfəli qiymətə satılması üçün boruların başqa ərazilərdə satışını təşkil etməklə sərəncam verməyi qabaqcadan vəd edərək Təqsirləndirilən şəxs1 qeyd olunan tarixdə, saat 18 radələrində həmin anbardan oğurladığı hər biri 72,0 manat olmaqla ümumilikdə 1656,0 manat dəyərində 23 ədəd yeni (işlənməmiş), İran istehsallı, 6 metrlik, 80 mm diametrli dəmir materiallı borunu müştəri kimi tapdıqları Qusar rayonu, Balaqusar kənd sakini Şahid1 700 manata satıb qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamaqla oğurluq cinayətinin törədilməsinə köməkçilik etmişdir. Bundan başqa о, həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında digər həmkəndliləri Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus Quba şəhəri, Sahil küçəsində yerləşən anbardan oğurlayacağı dəmir boruların satışını təşkil etməklə sərəncam verməyi sonuncuya qabaqcadan vəd edərək Təqsirləndirilən şəxs1 2022-ci il in yanvar ayının son günlərində, saat 15 radələrində həmin anbardan oğurladığı hər biri 84,0 manat olmaqla ümumilikdə 1932,0 manat dəyərində 23 ədəd yeni (işlənməmiş), Rusiya istehsallı, 6 metrlik, 100 mm diametrli dəmir materiallı borunu müştəri kimi tapdıqları Qusar rayonu, Balaqusar kənd sakini Şahid1 650 manata satıb qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq cinayətinin törədilməsinə köməkçilik etmişdir. Bundan başqa о, həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında digər həmkəndliləri Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus Quba şəhəri, Sahil küçəsində yerləşən anbardan oğurlayacağı dəmir boruların satışını təşkil etməklə sərəncam verməyi sonuncuya qabaqcadan vəd edərək Təqsirləndirilən şəxs1 04 fevral 2022-ci il tarixdə, saat 18 radələrində həmin anbardan oğurladığı hər biri 84,0 manat olmaqla ümumilikdə 3108,0 manat dəyərində 37 ədəd yeni (işlənməmiş), Rusiya istehsallı, 6 metrlik, 100 mm diametrli dəmir materiallı borununun 30 ədədini müştəri kimi tapdıqları Qusar rayonu, Balaqusar kənd sakini Şahid1 900 manata satıb və 7 ədədini isə Təqsirləndirilən şəxs2 210 manata nisyə şəkildə özünə alıb qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq cinayətinin törədilməsinə köməkçilik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Kamil oğlu ona Azərbaycan Respublikası CМ-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü və maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Quba rayonu, Çartəpə kəndində arvadı, valideynləri və iki bacısı ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. 2013-2020-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Zərərçəkmiş şəxs MMC-nin Quba filialında montyor işləmişdir. Həmin filiala məxsus Quba şəhəri, Qudiyal çayının sağ kənarında adını bilmədiyi küçədə yerləşən anbarın həyətinə uzunluğuna görə hamısı 6 metrlik olmaqla 89 mm və 100 mm diametrli dəmir borular yığılaraq saxlanılır və lazım olanda həmin dirəklərdən telefon naqilləri dirəyi kimi istifadə edilir. Həmin anbarın ətrafı mişar daşları ilə hasara alınmış və dəmir materialdan ibarət iki tay giriş qapısı olan həyətində bir neçə balaca tikili vardır. Anbar nəzarət etmək üçün mühafizəçi ilə təmin edilməmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində pula ehtiyacı olduğundan həmin anbardan dəmir boru oğurlamaq qərarına gəlmişdir. 16 yanvar 2022-ci il tarixdə, bazar günü olduğundan qeyri-iş günü kimi münasib hesab edərək anbardan oğurluq etməyi planlaşdırmışdır. Həmin günü, saat 16 radələrində əvvəlcə anbara baxamağa getmiş və görmüşdür ki, ətraf sakitçilikdir, oğurluq etmək üçün əlverişli vaxtdır. Sonra Quba şəhərində yerləşən, Sədərək tikinti materialları mağazalarının qarşısına gələrək yük taksisi kimi dayanan, tanımadığı və rəngini xatırlamadığı "Ford" markalı avtomobili sifariş edərək anbara sürdürmüşdür. Tanımadığı və adını bilmədiyi sürücüyə özünü Zərərçəkmiş şəxs MMC-nin Quba filialının işçisi kimi təqdim etmişdir ki, sürücü onun oğurluq etməyini bilməsin və şübhələnməsin. Saat 17 radələrində anbarın həyətinin dəmir materiallı qapısının altındakı naqil formasında olan dəmir kiliti yuxarı çəkərək qapını açmış və avtomobili içəri sürdürmüşdür. Anbarın həyətindən 7 ədəd 6 metrlik 100 mm diametrli dəmir borunu avtomobilin yük yerinə yerləşdirmiş və avtomobili yaşadığı Quba rayonu, Çartəpə kəndinə sürdürmüşdür. Oğurladığı 7 ədəd borunu həyətlərinə aparmamışdır ki, ailə üzvləri görüb şübhələnməsinlər, çünki anası da Zərərçəkmiş şəxs MMC-nin Quba filialının işçisidir. Ona görə də avtomobili kəndlərindən keçən Qusar çayının sağ kənarına sürdürmüş və boruları çayın kənarındakı kolluğun yanına yığmışdır. Sürücüyə də şübhələnməməsi üçün bildirmişdir ki, yaxınlıqdakı yeni tikilən evlərə internet çəkiləcək, həmin dəmir borular internet xəttinin çəkilişində istifadə olunacaqdır. Sürücüyə 25 manat taksi pulu verərək yola salmışdır. Axşam saatlarında yaşadığı kəndin mərkəzinə çıxmışdır ki, oğurladığı boruları satmaq üçün müştəri tapsın. Bu vaxt həmkəndilisi Süleymanla rastlaşmışdır. Süleyman ondan 100 manat borcunu istəyəndə o, Süleymana köhnə iş yerindən aldığı istifadə müddəti bitmiş 7 ədəd dəmir boru olduğunu və 200 manata satdığını, boruları verib 100 manat borcundan çıxmasını, 100 manat da ona verməsini təklif etmişdir. Süleyman 100 manat pulu olmadığını, 60 manat verə biləcəyini demişdir. O, borclu qalmamaq üçün razılaşmış və 7 ədəd dəmir borunu Süleymana 160 manata sataraq, 100 manat borcunu çıxmış, 60 manat da Süleymandan götürmüşdür. Süleyman boruların oğurluq olmasını bilməmişdir. 3-4 gün sonra 2-ci dəfə yenidən həmin anbardan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Quba şəhərində yerləşən "Qafqaz OİL" yanacaqdoldurma məntəqəsinin qarşısından tanımadığı "Qazel" markalı avtomobili yük taksisi kimi sifariş edərək anbara sürdürmüşdür. Saat 18 radələrində anbara eyni üsulla daxil olmuşdur. Anbarın həyətinə yığılmış 6 metrlik 100 mm diametrli dəmir borulardan 25 ədədini avtomobilin yük yerinə yükləyərək yaşadığı kəndin ərazisindən keçən çayın kənarına sürdürmüşdür. Boruları boşaltdıqdan sonra, sürücünü şübhələnməməsi üçün əvvəlki qaydada inandıraraq 25 manat taksi pulu verib yola salmışdır. Növbəti gün boruları bir metrini 3-4 manat arası olmaqla həmkəndliləri Minbərə 12 ədədini 240 manata, Surxaya 6 ədədini 130 manata, Coşquna 5 ədədini 120 manata, Məzahirə 3 ədədini 72 manata satmışdır. Onlar boruların oğurluq olmasını bilməmişlər. 4-5 gün sonra, yəni 2022-ci ilin yanvar ayının sonlarında 3-cü dəfə yenidən həmin anbardan dəmir boru oğurlayaraq satmaq qərarına gəlmişdir. Əvvəlcə oğurlayacağı boruları satmaq üçün müştəri axtarmağa başlamışdır. Kəndlərində yerləşən məktəbin yanındakı mağazanın qarşısında təsadüfən həmkəndlisi Övsətlə rastlaşmış və söhbət əsnasında Övsətə əvvəllər işlədiyi Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus anbardan gətirdiyi "spisat" olunmuş dəmir borular satdığını bildirmişdir. Övsət soruşmuşdur ki, "spisat olunmuşsa, onda köhnə, paslı borulardı?". O, boruların istifadə olunmadığını, yeni olduğunu bildirmişdir. Bu vaxt yanlarına gələn həmkəndlisi Xanəhməd bildirmişdir ki, "mən kənddə görmüşəm, Nurlan təzə borular satır". Övsət ona boruları oğurlayaraq gətirdiyini bildirdikdə, o, cavab vermişdir ki, "sənin nəyinə lazımdı ki, necə əldə edirəm, lap oğurlayıb gətirirəm, əsas müştəri tapılsın". Qiymətlə bağlı Övsətə demişdir ki, kənddə bir neçə gün əvvəl bir metrini 4 manata satmışdır. Övsət cavab vermişdir ki, "kənddə ucuz satma, Qusar rayonu, Balqausar kəndində dostum var, mən ona bir metrini 5 manatdan satacam". Yanlarında olan Xanəhməd də ona demişdir ki, "boruları satanda mən də kömək edərəm, maşınla harasa getmək lazım olarsa mən apararam". Aralarında oğurlayacağı boruların satışını təşkil etmək barədə razılıq əldə ediləndən o, Övsət və Xanəhmədə boruları oğurlayıb gətirəndə xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, Quba şəhərinə gediib "Mübariz Petrol" yanacaqdoldurma məntəqəsinin yanından tanımadığı traktoru yük taksisi kimi sifariş edərək anbara sürdürmüşdür. Saat 15 radələrində anbara eyni üsulla daxil olmuşdur. Anbarın həyətinə yığılmış 6 metrlik 89 mm diametrli dəmir borulardan 23 ədədini traktora yükləyərək yaşadığı kəndin ərazisindən keçən çayın kənarına sürdürmüşdür. Boruları boşaltdıqdan sonra sürücünü şübhələnməməsi üçün əvvəlki qaydada inandıraraq 30 manat taksi pulu verib yola salmışdır. Həmin vaxt Övsət ona zəng edərək boruları oğurlayaraq gətirib-gətirmədiyini soruşmuşdur. O, boruları oğurlayaraq gətirdiyini demişdir. Övsət ona boruların harada olduğunu, müştərinin gələrək borulara baxmaq istədiyini bildirmişdir. O, boruların olduğu yeri Övsətə demişdir ki, müşətəri baxsın. Bir müddət sonra Övsət ona zəng edib borulara baxan müştərinin 5 manata istədiyini və boruları Qusar rayonu, Balaqusar kəndində aparmağı bildirmişdir. O, boruları həmkəndlisi Niyazinin traktoru ilə Balaqusar kənd sakini, əvvəllər tanımadığı Beyrək adlı şəsin həyətinə aparmışdır. Həmin vaxt Beyrək özü evdə olmamışdır. Övsət ona zəng edərək Balaqusar kəndinin yuxarısında gözləməyini, həmkəndlisi Xanəhmədi boruların pulunu gətirməsi üçün Beyrəyin iş yerinə göndərdiyini bildirmişdir. Bir qədər sonra Övsət və Xanhməd birlikdə gəlmişlər. Övsət ona 700 manat vermişdir. Ona bir neçə gün əvvəl Övsət ona pula ehtiyacı olduğunu bildirdiyi üçün Övsətə pulun yarısından çoxunu, yəni 400 manat verərək sağollaşmışdır. 400 manatı Xanəhmədlə öz aralarında bölmüşlər. Həmin vaxt Övsət ona bildirmişdir ki, dəmir borulardan varsa yenə gətirsin. 3-4 gün sonra, yanvar ayının son günlərində 4-cü dəfə yenidən həmin anbardan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Quba şəhərində yerləşən "Miss Mod" univermağın yanından tanımadığı "Qazel" markalı avtomobili yük taksisi kimi sifariş edərək anbara sürdürmüşdür. Saat 15 radələrində anbara eyni üsulla daxil olmuşdur. Anbarın həyətinə yığılmış 6 metrlik 100 mm diametrli dəmir borulardan 23 ədədini avtomobilin yük yerinə yükləyərək Övsətin ona dediyinə uyğun olaraq Beyrəyin həyətinə sürdürmüşdür. Beyrək bu dəfə evdə olmuşdur. Boruları boşaltdıqdan sonra sürücüyə 40 manat pul verib yola salmışdır. Övsət ona Beyrəyə satılan 23 ədəd 100 mm diametrlik boruya görə 650 manat vermişdir. O, yenə də ehtiyacı olduğunu bildirdiyi üçün Övsətə pulun yarısından çoxunu, yəni 400 manat vermişdir. Övsət və Xanəhməd 400 manatı öz aralarında iki hissəyə bölmüşlər. 4-5 gün sonra, yəni 04 fevral 2022-ci il tarixdə 5-ci dəfə yenidən həmin anbardan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Quba şəhəri, Vaqif küçəsindən tanımadığı "Ford" markalı avtomobili yük taksisi kimi sifariş edərək anbara sürdürmüşdür. Saat 18 radələrində anbara eyni üsulla daxil olmuşdur. Anbarın həyətinə yığılmış 6 metrlik 100 mm diametrli dəmir borulardan 37 ədədini avtomobilin yük yerinə yükləyərək Övsətin dediyinə uyğun olaraq Beyrəyin həyətinə sürdürmüşdür. Beyrək özü evdə olmuşdur. Boruların 30 ədədini boşaltdıqdan sonra, sürücünü Övsətin həyətinə sürdürərək qalan 7 ədədi ora boşaltmışdır. Boruları boşaltdıqdan sonra, sürücüyə 50 manat taksi pulu verib yola salmışdır. Övsət ona 30 ədəd 100 mm diametrlik boruya görə 900 manat vermişdir. O, pulu iki hissəyə bölərək Övsətə 450 manat vermişdir. Övsət həyətinə boşaltdığı 7 ədəd boruya görə ona 210 manat borclu qalmışdır. 450 manatı öz aralarında bölərkən 250 manat Övsət, 200 manat da Xanəhməd götürmüşdür. 11 fevral 2022-ci il tarixdə 6-cı dəfə yenidən həmin anbardan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Quba şəhəri, Vaqif küçəsi ilə H.Əliyev prospektini birləşdirən adını bilmədiyi küçədə dayanmış "Mitsibusi" markalı, kranı və eyni zamanda yük yeri olan olan avtomobili yük taksisi kimi sifariş edərək anbara sürdürmüşdür. Saat 16 radələrində anbara eyni üsulla daxil olmuşdur. Anbarın həyətinə yığılmış 6 metrlik 100 mm diametrli dəmir borulardan iki bağlamasını, yəni bir bağlamada 32, digərində 33 ədəd olmaqla 65 ədədini kran götürərək avtomobilin öz yük yerinə yükləmişdir. Avtomobili Övsətin dediyinə uyğun olaraq Beyrəyin həyətinə sürdürmüşdür. Bir qədər sonra Beyrək özü də gəlmişdir. Boruları həyətə boşaltdıqdan sonra, sürücüyə 70 manat taksi pulu verib yola salmışdır. Beyrəklə 65 ədəd borunu 1000 manata razılaşmışlar. Beyrək ona Övsətin yanında 65 ədəd 100 mm diametrlik boruya görə 600 manat vermiş, 400 manat borclu qalmışdır. O, bu dəfə özünə pul lazım olduğunu bildirərək Övsətə 600 manat puldan verməmiş, hamısını özü götürmüşdür. Boruların oğurluq yolu ilə əldə edilməsi barədə həmkəndlisisi traktorçu Niyazi də daxil olmaqla sürücülərin heç birinin, ailə üzvlərinin, həmçinin boruları satdığı şəxslərin, yəni həmkəndliləri Süleymanın, Minbərin, Surxayın, Coşqunun, Məzahirin və Qusar rayonu, Balaqusar kənd sakini Beyrəyin məlumatları olmamışdır. Boruların oğurluq olması barədə yalnız həmkəndliləri Övsətin və Xanəhmədin məlumatı olmuşdur ki, oğurluq etməmişdən əvvəl boruların onlar tərəfindən satışının təşkil ediləcəyi barədə aralarında razılıq əldə edilmişdir. Övsət və Xanəhmədlə aralarında düşmənçilik və ya ədavət olmamışdır. Polis tərəfindən etdiyi cinayətin üstü açılanda oğurluq etdiyini səmimi şəkildə etiraf edərək oğurladığı boruları kimlərə satdığını bildirmişdir. Oğurladığı borular təhqiqatçı Fərid adlı polis əməkdaşı tərəfindən onun iştirakı ilə baxış keçirilməklə fotoşəkilləri çəkilərək satdığı şəxslərdən təhvil götürülmüşdür. 2022-ci ilin yanvarın ayının ortalarından fevral ayının ortalarına kimi olan müddət ərzində ayrı-ayrı günlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus Quba şəhəri, Sahil küçəsində yerləşən anbarın həyətinə 6 dəfə daxil olmaqla ümumilikdə 180 ədəd dəmir boruları oğurlamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşiman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etdiyini və yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin etməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CМ-nin 32.5, 177.2.1, 32.5, 177.2. və 32.5, 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli ifadəsində göstərdi ki, Quba rayonu, Çartəpə kəndində arvadı ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, 1-ci Qarabağ müharibəsinin 2-ci qrup əlilidir. 2022-ci ilin yanvar ayının ortalarında eşitmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs1 əvvəllər işlədiyi Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus anbardan oğurlayaraq gətirdiyi dəmir boruları köhnə boru adı ilə kəndlərində satır. 2022-ci ilin yanvar ayının sonlarında, günorta saatlarında kəndlərində yerləşən məktəbin yanındakı mağazanın qarşısında təsadüfən Nurlanla rastlaşmışdır. Söhbət əsnasında Nurlan ona əvvəllər işlədiyi Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus anbardan gətirərək istifadə olunmuş olunmuş dəmir boru satmasını bildirmişdir. O, Nurlandan soruşmuşdur ki, - “İstifadə olunmuşsa, onda köhnə, paslı borulardı". Nurlan cavab vermişdir ki, istifadə olunammış borulardır. Bu vaxt yanlarına gələn həmkəndlisi Xanəhməd demişdir ki, "mən kənddə görmüşəm, Nurlan təzə borular satır". O, başa düşmüşdür ki, Nurlan yalan danışır, satdığı borular "spisat" olunmuş deyil, "spisat" olunmuş borular olsa köhnə vəziyyətdə olar, boruları oğurlayıb satır. O, boruları oğurlayaraq gətirməsi barədə Nurlana bildirdikdə, Nurlan cavab vermişdir ki, "sənin nəyinə lazımdı ki, necə əldə edirəm, lap oğurlayıb gətirirəm, əsas müştəri tapılsın". Artıq o, bilmişdir ki, Nurlan boruları oğurlayıb satır, çünki Nurlan Zərərçəkmiş şəxs MMC-nin Quba filialında çoxdandır ki, işləmirdi. O, Nurlandan bir metr borunu neçəyə satmasını soruşanda, Nurlan 6 manata satdığını söyləmişdir. Bu vaxt onların qiymət barədə olan söhbətlərini həmkəndliləri Süleyman və Məzahir eşidərək üzlərini Nurlana tutub demişlər ki, "bizə 4 manatdan satmısan, indi 6 manat niyə oldu ki?". Nurlan onların sözündən sonra ona cavab vermişdir ki, "yaxşı sənə də 4 manata verərəm". O, Nurlana təklif etmişdir ki, oğurladığı boruları kəndlərinə deyil, kənar yerə satsın, əgər kəndlərinə satsa, oğurluq etdiyi yerin sahibi olan Zərərçəkmiş şəxs MMC-nin Quba filialına da xəbər çatar, həm də ki, kəndlərinə ucuz qiymətə satmaqdansa, başqa yerə baha satmaq olar, boruları oğurlayıb gətirərək ona xəbər etsin, satışa o, kömək edəcək, Qusar rayonu, Balaqusar kəndində boruları sata biləcək tanışı var, bir metrini 5 manatdan satacaq. Nurlan onun təklifi ilə razılaşmış və boruları oğurlayıb gətirəndə xəbər edəcəyini bildirmişdir. Yanlarında olan Xanəhməd Nurlana demişdir ki, "boruları satanda mən də kömək edərəm, maşınla harasa getmək lazım olarsa mən apararam". Bununla da, Nurlanın oğurlayaraq gətirəcəyi boruların satışını təşkil etmək barədə aralarında razılıq əldə edilmişdir. Nurlan onlara boruları oğurlayıb gətirəndə xəbər verəcəyini deyərək boruları oğurlayıb gətirməyə getmişdir. Bir neçə saat keçəndən sonra fikirləşmişdir ki, boruları oğurlamağa gedən Nurlan artıq gəlib çıxar və ona görə də Xanəhmədin yanında Qusar rayonu, Balaqusar kəndində yaşayan qohumu və uşaqlıq dostu olan Beyrəyə zəng edib satılıq dəmir boru olması barədə bildirmişdir. Belə ki, onun məlumatı olmuşdur ki, Beyrək özünə ferma tikmək istəyir, ona görə düşünmüşdür ki, Beyrəyə ferma tikmək üçün dəmir borular lazım olar. Beyrək cavab vermişdir ki, "gəlib borulara baxaram". O, Nurlana zəng edərək boruları oğurlayaraq gətirib-gətirmədiyini soruşmuşdur. Nurlan boruları oğurlayaraq gətirdiyini bildirdikdə, o, boruları oğurlayıb hara yığdığını soruşaraq müştərinin borulara baxmaq istədiyini demişdir. Nurlan boruların Qusar çayının kənarında olduğunu deyərək özünün gələ bilməyəcəyini, yas yerinə getdiyini və ona boruları müştəriyə göstərməyi bildirmişdir. Beyrək təxminən yarım saat sonra, saat 18 radələrində yanlarına gəlmişdir. O, Xanəhməd və Beyrək üçü birlikdə boruların olduğu yerə, yəni Qusar çayının kənarında yerləşən yaşayış olmayan evin həyətinə getmişlər. Beyrək borulara baxaraq haradan olduğunu və neçəyə satdıqlarını soruşmuşdur. O, demişdir ki, Xanəhmədlə birlikdə Bakıdan gətirib satırıq, rus və ingilis şirkəti arasında tender keçirilib, ruslar tenderi uduzaraq öz şirkətlərinə məxsus bütün əşyaları ucuz qiymətə satıb gedəcəklər. Beyrək onlara inanaraq boruların oğurluq olmasını bilməmiş və bir metrini 5 manatdan almağa razılaşaraq boruları həyətinə aparmağı xahiş etmişdir. O, Beyrəyi yola salandan sonra Nurlana zəng edib borulara baxan müştərinin 5 manata istədiyini və boruları müştərinin istəyi ilə Qusar rayonu, Balqausar kəndində aparmağı bildirmişdir. Nurlan cavab vermişdir ki, "yaxşı, yas yerindən qayıdıb gələndə özüm aparıb müştərinin evinə çatdıraram". Bir saat yarım sonra, Nurlan ona zəng edərək Balaqusar kəndində olduğunu, müştərinin yaşadığı evin yerini bilmədiyini demişdir. O, Nurlana Beyrəyin evinin yeri barədə istiqamət vermişdir. Nurlan az sonra ona zəng edərək boruları ünvana çatdırdığını, lakin Beyrəyin evdə olmadığını demişdir. O, Beyrəyə zəng edib bu barədə bildirdikdə, Beyrək cavab vermişdir ki, "Qusar şəhərində çayxanada oturmuşam, maşın varsa göndər pulu verim". Bundan sonra o, yanında olan Xanəhmədi satılan boruların pulunu götürmək üçün Beyrəyin yanına göndərmişdir. Nurlana da zəng edərək Balaqusar kəndinin yuxarısında gözləməyini, Xanəhmədi boruların pulunu gətirməsi üçün Beyrəyin yanına göndərdiyini bildirmişdir. Bir qədər sonra Xanhməd pulları götürüb gələrək ona 720 manat pul vermişdir. Beyrək 20 manatı boruların daşınma pulu kimi göndərmişdir. Onlar birlikdə Nurlanın yanına getmiş və o, həmin pulu Nurlana vermişdir. O, pula ehtiyacı olduğunu bildirdiyi üçün Nurlan ona pulun yarısından çoxunu, yəni 400 manat vermişdir. O, 400 manatı götürüb öz aralarında bölərək Xanəhmədə 200 manat vermişdir. Sonra Nurlana dəmir boruları nəzərdə tutaraq demişdir ki, "düşsə, yenə gətirərsən". Yanvar ayının son günlərində, saat 15 radələrində Nurlan ona zəng edərək 23 ədəd dəmir boru gətirdiyini bildirmişdir. O, Beyrəyə zəng edib zəng edib Bakıdan boru gətirdiyi barədə bildirmişdir. Beyrək boruları almaq barədə razılığını bildirmiş və o, Nurlana boruları Beyrəyin həyətinə aparmasını demişdir. O, Beyrəyin evinə gedərək 23 ədəd boruya görə Beyrəkdən 690 manat pul götürmüşdür. 40 manat boruların gətirilməsi pulunu təşkil etmişdir. Beyrəyə satılan 23 ədəd boruya görə aldığı 650 manatı Nurlana vermişdir. Yenə də ehtiyacı olduğunu bildirdiyi üçün Nurlan ona Xanəhmədin avtomobilində pulun yarısından çoxunu, yəni 400 manat vermişdir. 400 manatı Xanəhmədlə öz aralarında iki hissəyə bölmüş və adama 200 manat düşmüşdür. Fevral ayının əvvəllərində, saat 18 radələrində Nurlan ona zəng edərək 37 ədəd boru olduğunu demişdir. O, da Beyrəyə zəng edib satmaq barədə razılıq alandan sonra Nurlana boruları Beyrəkgilə aparmasını bildirmişdir. Özü də Beyrəkgilə tək getmiş, Xanəhməd işi olduğundan gələ bilməmişdir. Beyrək özü də evdə olımuşdur. Boruların 30 ədədini boşaltdıqdan sonra 7-sini özü alacağını bildirmişdir. Ona görə də qalan 7 ədəd borunu onun həyətinə boşaltmışlar. O, satılan 30 ədəd boruya görə Beyrəkdən götürdüyü 900 manat pulu Xanəhmədin yanında Nurlana vermişdir. Nurlan pulu iki hissəyə bölərək ona 450 manat vermişdir. Aldığı 7 ədəd boruya görə Nurlana 210 manat borclu qalmışdır. 450 manatı aralarında bölərkən 250 manat özünə götürmüş, 200 manat da Xanəhmədə vermişdir. 11 fevral 2022ci il tarixdə, saat 16 radələrində Nurlan ona zəng edərək 65 ədəd boru olduğunu demişdir. O, əvvəlki kimi Beyrəyə zəng edib satmaq barədə razılıq alandan sonra Nurlana boruları Beyrəkgilə aparmasını bildirmişdir. O, özü də Beyrəkgilə getmişdir. Nurlan özü Beyrəklə 65 ədəd borunu 1000 manata satacağı barədə razılaşmışdır. Beyrək onun yanında Nurlana aldığı 65 ədəd boruya görə 600 manat vermiş, 400 manat borclu qalmışdır. Həmin vaxt Xanəhməd yanlarında olmamış, gəlməmişdir. Nurlan özünə pul lazım olduğunu və Beyrəklə onun vasitəsi olmadan özü razılıq əldə etdiyini bildirərək ona 600 manat puldan verməmiş, hamısını özü götürmüşdür. Xanəhmədlə birlikdə Nurlanın oğurlayaraq gətirdiyi boruların satışını təşkil etmiş, o, müştəri tapmış, Xanəhməd də avtomobil sürməklə təşkilati işləri görmüş, beləcə Nurlan oğurlayaraq əldə etdiyi boruları onların vasitəsi ilə satmışdır. O, boruların satışı təşkil edərək qazanc kimi əldə etdiyi pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O və Xanəhməd oğurluqda iştirak etməmiş, sadəcə Nurlana oğurluq etməyə getməmişdən əvvəl bildirmişlər ki, Nurlanın oğurlayıb gətirəcəyi boruların satışını təşkil edəcəklər və bu barədə aralarına razılıq əldə ediləndən sonra Nurlan oğurluq etməyə getmişdir. Nurlan və Xanəhməd ilə aralarında hər hansı düşmənçilik, ədavət, sözləşmə və ya mübahisə olmamışdır. Boruların oğurluq yolu ilə əldə edilməsi barədə Beyrəyin məlumatı olmamışdır. O, boruların oğurluq olmadığına Beyrəyi inandırmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etdiyini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 1-ci Qarabağ müharibəsinində iştirak etməsini və ikinci qrup əlil olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CМ-nin 32.5, 177.2.1, 32.5, 177.2. və 32.5, 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Quba rayonu, Çartəpə kəndində valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. 2022-ci ilin yanvar ayının ortalarında eşitmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs1 əvvəllər işlədiyi Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus anbardan oğurlayaraq gətirdiyi dəmir boruları "spisat" adı ilə kəndlərində satır. 2022-ci ilin yanvar ayının sonlarında, günorta saatlarında kəndlərində yerləşən məktəbin yanındakı mağazanın qarşısında söhbət edən Nurlan və Övsəti görüb onlara yaxınlaşmışdır. Həmin vaxt Nurlan Ovsətə əvvəllər işlədiyi Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus anbardan "spisat" olunmuş dəmir boruları gətirib satmasından danışırmış. Övsət Nurlana bildirmişdir ki, "spisat" olunmuşsa, onda köhnə, paslı borulardır. Nurlan satdığı boruların istifadə olunmadığını, təzə olduğunu demişdir. O da söhbətə qoşularaq demişdir ki, "mən də kənddə eşitmişəm, Nurlan təzə borular satır". Övsət Nurlana demişdir ki, "satdığın borular birdən oğurluq zad olar ha". Nurlan cavab vermişdir ki, "sənin nəyinə lazımdı ki, necə əldə edirəm, lap oğurlayıb gətirirəm, əsas müştəri tap, satılsın". Artıq Övsət də, o da bilmişlər ki, Nurlan boruları oğurlayıb satır, çünki Nurlan öz dili ilə etiraf etmişdir ki, boruları oğurluq yolu ilə əldə edir. Övsət Nurlana təklif etmişdir ki, oğurladığı boruları kəndlərinə deyil, kənar yerə satsın, əgər kəndlərinəə satsa, oğurluq etdiyi yerin sahibi olan Zərərçəkmiş şəxs MMC-nin Quba filialına da xəbər çatar, həm də ki, kəndlərinə ucuz qiymətə satmaqdansa, başqa yerə baha satmaq olar. Övsət əlavə edərək demişdir ki, "boruları oğurlayıb gətirərək mənə xəbər et, satışa mən kömək edəcəm, Qusar rayonu, Balaqusar kəndində boruları sata biləcək tanışım var, bir metrini 5 manatdan satacam". Nurlan Övsətin təklifi ilə razılaşmış və boruları oğurlayıb gətirəndə Övsətə xəbər edəcəyini bildirmişdir. Nurlan ona demişdir ki, "maşınla harasa getmək lazım olarsa, sən apararsanmı?". O, cavab vermişdir ki, "olsun, problem deyil, hara lazımdısa sürərəm". Bununla da, Nurlanın oğurlayaraq gətirəcəyi boruların satışını təşkil etmək barədə aralarında razılıq əldə edilmiş, yəni Övsət Nurlanın oğurlayıb gətirəcəyi boruları satmaq üçün müştəri tapacaq, o isə lazımı yerə avtomobil sürəcək. Nurlan onlardan ayrıldıqdan sonra, Övsət Qusar rayonu, Balaqusar kəndində yaşayan tanışı Beyrək adlı şəxsə zəng edib satılıq dəmir boru olması barədə bildirmişdir. Beyrək cavab vermişdir ki, gəlib borulara baxacaq. Nurlan onlrdan ayrıldıqdan bir neçə saat sonra, Övsət Nurlana zəng edərək boruları oğurlayaraq gətirib-gətirmədiyini soruşmuşdur. Nurlan boruları oğurlayaraq gətirdiyini bildirdikdə, Övsət boruları oğurlayıb hara qoyduğunu soruşaraq müştərinin borulara baxmaq istədiyini demişdir. Nurlan boruların kənlərinin ərazisindən axan Qusar çayının kənarında olduğunu deyərək özünün gələ bilməyəcəyini, yas yerinə getdiyini və ona boruları müştəriyə göstərməyi bildirmişdir. Beyrək gəldikdən sonra onlar üçü birlikdə boruların olduğu yerə, yəni Qusar çayının kənarında yerləşən yaşayış olmayan evin həyətinə getmişlər. Beyrək borulara baxaraq haradan olduğunu və neçəyə satdıqlarını soruşmuşdur. Övsət cavab vermişdir ki, "Xanəhmədlə birlikdə Bakıdan gətirib satıram, rus və ingilis şirkəti arasında tender keçirilib, ruslar tenderi uduzaraq öz şirkətlərinə məxsus bütün əşyaları ucuz qiymətə satıb gedəcəklər". Beyrək inanaraq boruların oğurluq olmasını bilməmiş və bir metrini 5 manatdan almağa razılaşaraq boruları həyətinə aparmağı xahiş etmişdir. Beyrəyi yola salandan sonra Övsət Nurlana zəng edib borulara baxan müştərinin 5 manata istədiyini və boruları müştərinin istəyi ilə Qusar rayonu, Balqausar kəndində aparmağı bildirmişdir. Nurlan cavab vermişdir ki, yas yerindən qayıdıb gələndə özü aparıb müştərinin evinə çatdıracaq. Bir saat yarım sonra o, Övsətlə kəndlərində yerləşən mağazanın qarşısında olarkən, Nurlan Övsətə zəng edərək Balaqusar kəndində olduğunu, müştərinin yaşadığı evin yerini bilmədiyini demişdir. X29 evinin yeri barədə istiqamət vermişdir. Nurlan az sonra Övsətə zəng edərək boruları Beyrəyin həyətinə çatdırdığını, lakin Beyrəyin evdə olmadığını demişdir. Övsət Beyrəyə zəng edib bu barədə bildirmişdir. Beyrək Qusar şəhərində kafedə olduğunu, satılan boruların pulunu yanına gedib almağı demişdir. Övsət satılan boruların pulunu götürmək üçün onu Beyrəyin yanına göndərmişdir. O, Qusar şəhərinə gedərək kafedə oturub yemək yeyən Beyrəklə görüşmüş və ondan 720 manat pul götürmüşdür. Həmin pulu aparıb Övsətə vermişdir. Beyrək 20 manatı boruların daşınma pulu kimi göndərmişdir. Onlar birlikdə Nurlanın yanına getmiş və Övsət həmin pulu Nurlana vermişdir. Övsət uşağının xəstə olduğunu və pula ehtiyacı yarandığını bildirdiyi üçün Nurlan Övsətə pulun yarısından çoxunu, yəni 400 manat vermişdir. Övsət 400 manatı götürüb aralarında bölərək ona 200 manat vermişdir. Övsət Nurlana dəmir boruları nəzərdə tutaraq demişdir ki, "varsa, yenə gətirərsən, Beyrəyə sataq". Yanvar ayının son günlərində hava qaralana yaxın Övsət onu zəng edərək kəndin mərkəzinə çağırmışdır. O, evdən çıxaraq avtomobili ilə Övsətin çağırıdığı yerə getmişdir. Övsət və Nurlan avtomobilə əyləşmişlər. Onlar Beyrəyə yenə də dəmir boru satdıqlarını və yoldaş kimi onun da pul payını ayırdıqlarını bildirmişlər. Nurlan 300 manat verəndə, Övsət ehtiyacı olduğunu, xəstəxanada müalicə alan uşağına pul göndərəcəyini bildirmişdir. Ona görə də Nurlan əlavə olaraq 100 manat da Övsətə vermişdir. Övsət ona Nurlandan aldığı 400 manat puldan 150 manat pul vermişdir. Fevral ayının əvvəllərində, axşam saatlarında Nurlan ona zəng edib Qusar şəhərinə çağıraraq Övsətlə olduğunu və onları götürüb kəndlərinə aparmağı xahiş etmişdir. O, işdən gəldiyi üçün yorğun olduğunu bildirmişdir. Nurlan demişdir ki, "yaxşı özümüz gələrik, kəndə çıxarsan, görüşərik". Təxminən yarım saat sonra Nurlan ona zəng edərək küçəyə çağırmışdır. O, avtomobili ilə evdən çıxaraq getmişdir. Nurlan və Övsət avtomobilə əyləşmişlər. Onlar Beyrəyə yenə də dəmir boru satdıqlarını və yoldaş kimi onun da pul payını ayırdıqlarını bildirmişlər. Övsət Beyrəkdən götürdüyü 900 manat pulu Nurlana vermişdir. Nurlan pulu iki hissəyə bölərək ona 450 manat vermişdir. Övsət 450 manatı aralarında bölərkən 200 manat özünə götürmüş, 250 manat ona vermişdir. Sonradan eşitmişdir ki, Nurlan özü tək, Övsətin vasitəsi olmadan yenə də Beyrəyə dəmir boru satmışdır. Ancaq nə qədər və neçəyə satması barədə məlumatı olmamışdır. O və Xanəhməd oğurluqda iştirak etməmiş, sadəcə Nurlana oğurluq etməyə getməmişdən əvvəl bildirmişlər ki, Nurlanın oğurlayıb gətirəcəyi boruların satışını təşkil edəcəklər və bu barədə aralarında razılıq əldə ediləndən sonra Nurlan oğurluq etməyə getmişdir. Boruların oğurluq yolu ilə əldə edilməsi barədə Beyrəyin məlumatı olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs3 törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etdiyini, ailədə yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərəрçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə Mikayəl oğlu ifadəsində göstərmişdir ki, 2009-cu ildən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Zərərçəkmiş şəxs MMC-nin Hüquq Departamentinin Hüquqi mübahisələrin tənzimlənməsi şöbəsinin hüquqşünası işləyir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Zərərçəkmiş şəxs MMC-nin Quba filialına məxsus Quba şəhəri, Sahil küçəsində yerləşən anbarın həyətinə rabitə dirəklərinin hazırlanması üçün nəzərdə tutulan dəmir borular, naqillər və digər materiallar yığılaraq saxlanılır. Həmin anbarın ətrafı mişar daşları ilə hasara alınmış, dəmir materialdan ibarət iki tay giriş darvaza qapısı vardır və qapı həmişə bağlı vəziyyətdə olur. Anbar nəzarət etmək üçün mühafizəçi ilə təmin edilməmişdir. İstifadə zərurəti yarandıqda filialın aidiyyəti əməkdaşları anbara gedərək dəmir boru və digər materiallar götürürlər. 16 fevral 2022-ci il tarixdə anbardan hər birinin dəyəri 80 manat olmaqla 157 ədəd 6 metrlik 100 mm diametrli və 23 ədəd 6 metrlik 89 mm diametrli dəmir materiallı borunun oğurlanması aşkar edilmişdir. Bununla əlaqədar dərhal filialın adından rəsmi məktubla Quba RPŞ-yə müraciət ünvanlanmışdır. İlkin olaraq oğurlanmış boruların 180 ədədinin hamısının diametrinin 100 mm diametrli olması müəyyən edildiyi üçün həmin məktubda oğurlanmış boruların hamısı ancaq 100 mm diametrli kimi göstərilmişdir. Lakin sonradan bir daha anbarda təkrar sayım aparılarkən oğurlanmış 180 ədəd borudan 23 ədədinin 89 mm diametrli olması müəyyən edilmişdir. Quba RPŞnin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində həmin oğurluğun əvvəllər Zərərçəkmiş şəxs MMC-nin Quba filialında montyor işləmiş Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 müxtəlif şəxslərə satdığı boruların hamısı polis əməkdaşları tərəfindən götürülərək filiala təhvil verilmiş və bu barədə akt tərtib edilmişdir. Oğurlanmış bir ədəd Rusiya istehsallı 6 metrlik 100 mm diametrli dəmir materiallı borunun qaimə üzrə qiyməti 80 (səksən) manat, bir ədəd İran istehsallı 6 metrlik 89 mm diametrli dəmir materiallı borunun qiyməti isə 100 (yüz) manat təşkil edir. 89 mm diametrli borular 100 mm diametrli borularla müqayisədə diametrinə görə aşağı olmasına baxmayaraq divar qalınlığı çox olduğundan və istehsal ölkəsi fərqli olduğu üçün qiyməti də fərqli olaraq baha təşkil edir. Həmin borular yeni (işlənməmiş) vəziyyətdə olmuşdur. İfadəsinin sonunda Nümayəndə Mikayəl oğlu Zərərçəkmiş şəxs MMC-yə vurulmuş maddi ziyanın ödənildiyini bildirərək təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qusar rayonu, Balaqusar kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. 2022-ci ilin yanvar ayının sonlarında Quba rayonu, Çartəpə kəndində yaşayan qohumu Övsət ona zəng edib satılıq dəmir boru olmasını bildirmişdir. Ona dəmir boru lazım olduğundan Övsətə cavab vermişdir ki, "almaq istəyərəm, gəlib borulara baxaram". Bundan sonra o, Övsətin yaşadığı Quba rayonunun Çartəpə kəndinə gedərək onunla birlikdə Qusar çayının kənarında yaşayış olmayan evin həyətinə getmişdir. Həmin vaxt Övsətin yanında həmkəndlisi, əvvəllər tanımadığı Xanəhməd adlı şəxs də olmuşdur. O, həmin həyətə yığılmış borulara baxaraq haradan olduğunu və neçəyə satdıqlarını soruşmuşdur. Övsət bildirmişdir ki, Xanəhmədlə bilrikdə Bakıdan gətirib satırlar, rus və ingilis şirkəti arasında tender keçirilib, ruslar tenderi uduzaraq öz şirkətlərinə məxsus bütün əşyaları ucuz qiymətə satıb gedəcəklər. Həyətdə 23 ədəd 6 metrlik 100 mm diametrli dəmir materiallı boru olmuşdur. Övsət borunun bir metrini 5 manata satdıqlarını demişdir. O, qiymətlə razılaşaraq boruları həyətinə aparmağı xahiş etmişdir. Övsət ona bildirmişdir ki, boruları onun həyətinə gətirə bilər, ondan 20 manat əlavə gətirmək pulu alacaq. Təxminən 2 saat sonra Övsət ona zəng edib boruları həyətinə boşaltdığını bildirərək satdığı boruların pulunu istəmişdir. O, Qusar şəhərində kafedə oturub yemək yediyini, yanına gəlib pulu götürməsini bildirmişdir. Övsət ona demişdir ki, pulu götürmək üçün Xanəhmədi göndərəcək. Təxminən 15-20 dəqiqə sonra Xanəhməd onun oturduğu kafeyə gələrək ondan aldığı 23 ədəd boruya görə 720 manat pul götürmüşdür. 20 manat gətirmək haqqı təşkil etmişdir. Yanvar ayının son günlərində, günortadan sonra Övsət ona zəng edərək Bakıdan 23 ədəd dəmir boru gətirdiklərini bildirmiş və ondan yenə də istəyib-istəmədiyini soruşmuşdur. O, lazım olduğundan və həm də ucuz düşdüyündən Övsətə boruları almaq barədə razılığını bildirmişdir. Övsət 23 ədəd 6 metrlik 100 mm diametrli borunu tanımadığı Qazel markalı avtomobil ilə gətirmişdir. Övsət boruları Bakıdan yanında olan həmkəndlisi Nurlan adlı şəxslə gətirdiyini bildirmişdir. O, əvvəllər Nurlanı tanımamışdır. Nurlan boruları avtomobildən boşaltmışdır. O, əvəzində onlara 700 manat pul verərək yola salmışdır. Onlar gedəndə ona bildirmişlər ki, yenə Bakıdan gətirsələr ona xəbər edəcəklər. Həmin vaxt Xanəhməd onların yanında olmamışdır. Bundan bir neçə gün sonra, təxminən fevral ayının əvvəlində günortadan sonra, Övsət ona zəng edərək 30 ədəd boru gətirdiklərini bildirmişdir. O, Övsətə ucuz düşdüyündən borc taparaq almaq istədiyini bildirmişdir. Övsət və Nurlan Ford markalı avtomobillə 30 ədəd 6 metrlik 100 mm diametrli borunu gətirmişlər. O, əvəzində Övsətə 950 manat pul verərək onları yola salmışdır. 11 fevral 2022ci il tarixdə, saat 16 radələrində Övsət ona zəng edərək 65 ədəd boru olduğunu demişdir. O, pulu olmadığından istəmədiyini bildirmişdir. Sonra ona Nurlan zəng etmiş və o, Nurlana da pulu olmadığını bildirmişdir. Nurlan Qusar bazarına onun olduğu yerə özü gələrək 65 ədəd borunu 1000 manata satmaq istədiyini demişdir. O, Nurlana demişdir ki, "600 manat pulum var, o pula da kredit köçürməliyəm". Nurlan demişdir ki, "600 manatı ver, Bakıdan maşın tutub gətirmişəm, heç olmasa maşını yola salmağa pulum olsun, 400 manatı sonra verersən". Bu dəfə boruların bir metri lap çox ucuz düşdüyündən kredit ödəmək üçün saxladığı 600 manatı verərək 65 ədəd, 6 metrlik 100 mm diametrli borunu Nurlanın özündən götürmüşdür. Yəni sonuncu dəfə boruları Övsətgilin iştirakı olmadan Nurlanın özündən almışdır. 2022-ci ilin fevral ayının ortalarında yaşadığı ünvana polis əməkdaşları gələndə ona məlum olmuşdur ki, Nurlan ona satdığı dəmir borular oğurluq olmuşdur. Ona görə də Nurlanın ona satdığı borular təhqiqatçı Fərid adlı polis əməkdaşı tərəfindən Nurlanın özünün iştirakı ilə baxış keçirilməklə fotoşəkilləri çəkilərək təhvil götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2, X11 və X1 Beyrək Abdulla oğlunu göstərdikləri xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 mart 2022-ci il tarixli, 9/1422 nömrəli rəyindən görünür ki, 01 ədəd yeni (işlənməmiş), Rusiya istehsallı 6 metrlik 100 mm diametrli dəmir materiallı boru – 84,0 manat (6 metr x 14 manat), 01 ədəd yeni (işlənməmiş), İran istehsallı 6 metrlik 89 mm diametrli dəmir materiallı boru – 72,0 manat (6 metr x 12 manat) müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 177.2.4-ci maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 32.5, 177.2.1, 32.5, 177.2.2 və 32.5 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələrini, özlərinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəməəmtəşunaslıq ekspertizasının müvafiq rəyi və eləcə də məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 177.2.4-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən CM-nin 32.5, 177.2.1, 32.5, 177.2.2 və 32.5 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildikləri maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını аlmaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngüllüəşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aztelekom MMC-nin Quba rayon məhkəməsinə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən Aztelekom MMC-yə vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdirlər və buna görədə təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti başçısının Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonunun Çartəpə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və aşağıdakı tərkibdə ailə tərkibi vardıranası X16, bacısı X17, bacısı X21 və arvadı X18 . İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti başçısının Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X17 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu ilə ikinci dərəcəli əlildir. İş materiallarında olan Quba rayon X15 Publik Şəxsin “Ailə Sağlamlıq Mərkəzi” tərəfindən verilmiiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X19 5 həftəlik hamilədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2; 69.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarına olan Quba Rayon İcra Hakimiyyəti başçısının Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonu, Çartəpə kəndində qeydiyyatda olamaqla həmin kənddə yaşayır, 1-ci Qarabağ müharibəsi iştirakçısıdır və aşağıdakı tərkibdə ailəsi vardır- arvadı Yüzbaşova Zərifə Nazim qızı, oğlu X26 və oğlu X22. İş materiallarına olan Quba Rayon İcra Hakimiyyəti başçısının Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş **********722 saylı elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş, Hərbi Həkim Komossiyasının rəyinə əsasən hərbi xidmətdən ehtiyyata buraxılmışdır. İş materiallarında olan Qusar Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, lateral döş qəfəsi rentğenoqrafiyası zamanı Təqsirləndirilən şəxs2 kürək sümüyü PR. Yumşaq Toxumada proyeksiyada iki orta ölçülü qəlpə müşahidə olunur. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkum olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti başçısının Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Quba rayonunun Çartəpə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və aşağıdakı tərkibdə ailəsi vardır- atası X9, anası X5. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti başçısının Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində ollan Dövlər Sosial Fondu Publik Hüquqi şəxsin 1 saylı X14-Sosial Ekspert komissiyası tərəfindən verilmiş arayıdan görünür ki, Quba rayonunn Çərtəpə kənd sakini X3 1-ci qrup əlilliyə görə xx.xx.2010-cu il tarixdən müddətsiz sosial müavinət və xx.xx.2014-cü ilm tarixdən müddətsiz Prezident təqaüdü təyin edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla yanaşı cavan olmasını, arvadının hamilə olmasını, himayəsində qulluq və müalicə tələb edən ikinci dərəcəli əlil olan xəstə bacısının olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, birinci Qarabağ müharibəsi iştirakçısı olmasını, zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla yanaşı cavan olmasını, himayəsində qulluq və müalicə tələb edən birinci dərəcəli əlil anasının olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 19 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Quba Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 19 fevral 2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına olan qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 18 may 2022-ci il tarixdən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək onun barəsində həmin tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarına olan qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 24 may 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsində imtina edilərək onun barəsində həmin tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarına olan qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 24 may 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs1 19 fevral 2022-ci il tarixdən 19 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət, Təqsirləndirilən şəxs2 24 fevral 2022-ci il tarixdən 24 may 2022-ci il tarixədək ev dustaqlığında olduğu müddət və Təqsirləndirilən şəxs3 24 fevral 2022-ci il tarixdən 24 may 2022-ci il tarixədək ev dustaqlığında olduğu müddət müddət təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, onlara qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğluna, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada 50 manat ekspertiza xərci tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 08 saat üçün 48 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan 157 ədəd 6 metrəlik 100 mm diametrli və 23 ədəd 6 metrəlik 89 mm diametrli boruların zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: 1). Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 03 ay müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Quba rayonu, Çartəpə kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəri altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. 2). Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,177.2.1, 32.5,177.2.2 və 32.5,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olduğu 03 ay müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Quba rayonu, Çartəpə kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəri altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. 3). Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5,177.2.1, 32.5,177.2.2 və 32.5,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olduğu 03 ay müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Quba rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Quba rayonu, Çartəpə kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəri altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, müştərək qaydadam 50 (əlli) manat ekspertiza xərci tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 08 saat üçün 48 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi subut olan 157 ədəd 6 metrəlik 100 mm diametrli və 23 ədəd 6 metrəlik 89 mm diametrli boruların zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-101/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-101/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver