Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-102/2024 22.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1986-cı ildə Quba rayonu, Amsar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Quba rayonu, Amsar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində 16 fevral 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, ********* nömrəli, 7,62 kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən, bir ədəd AK-103 modelli Kalaşnikov konstruksiyalı avtomatı, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli, 30 ədəd 7,62x39 mm kalibrli patronların yerləşdirmək üçün nəzərdə tutulmuş bir ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən istifadəyə və atəş üçün yararlı 20 ədəd patronları istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib Quba şəhər ərazisinə daşıyaraq idarə etdiyi «Nissan» markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 fevral 2024-cü il tarixdə saat 16:30-da Quba şəhəri, Heydər Əliyev prospekti 156A ünvanının yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Quba şəhəri, Fətəli xan küçəsində yerləşən Quba Rayon Polis Şöbəsinə aparılıb polis şöbəsinin inzibati binasının həyətində həmin gün saat 19:02-dən etibarən özünün razılığı və iştirakı ilə idarə etdiyi «Nissan» markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa yük yerindən zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, ********* nömrəli, 7,62 kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən, bir ədəd AK-103 modelli Kalaşnikov konstruksiyalı avtomat, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli, 30 ədəd 7,62x39 mm kalibrli patronların yerləşdirmək üçün nəzərdə tutulmuş bir ədəd daraq və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən istifadəyə və atəş üçün yararlı 20 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, tutulmazdan təxminən 4 gün əvvəl Quba rayonu ərazisindən, çay kənarından qara rəngli sellofan torbadan sandıqçasında 20 ədəd patron olan bir ədəd Kalaşnikov avtomat silah tapmış, həmin silah-sursat onda maraq yaratdığından silah-sursatı götürüb idarə etdiyi «Nissan» markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub özündə saxlamışdır. 16 fevral 2024-cü il tarixdə saat 16:30 radələrində idarə etdiyi avtomobillə Quba şəhəri, Heydər Əliyev prospektində olarkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mülki geyimdə olan əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini istəmişlər. O da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatı əldə edib saxlamaqla gəzdirməkdə şübhəli olduğumu bildirib, onu Quba Rayon Polis Şöbəsinə dəvət etmişilər. O da artıq yaxalandığını görüb etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmiş, orada hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmiş, bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, lakin qanunsuz əşya aşkar olunmamış, daha sonra polis əməkdaşları idarə etdiyi avtomobilə baxış keçiriləcəyini bildirmiş, bundan sonra o, səmimi olaraq avtomobilin yük yerində avtomat silah saxladığını bildirmiş, bundan sonra onun və müdafiəçisinin iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilmiş və o, özü avtomobilin yük yerində saxladığı qara rəngli sellofan torbadakı bir ədəd avtomatı və 20 ədəd patronu polis əməkdaşlarına təqdim etmişdir. Silah-sursata baxış keçirdikdən sonra isə polis əməkdaşları bir ədəd avtomat silahı, bir ədəd darağı və patronları qablaşdıraraq götürmüşlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını bildirərək qeyd etmişdir ki, həmin avtomatla heç bir cinayət əməli törətməmişdir. Onda avtomat olması barədə heç kimin məlumatı olmamışdır. Sadəcə onu tapan kimi Polis Şöbəsinə təqdim edə biməmişdir. Himayəsində iki azyaşlı övladı olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 15 fevral 2024-cu tarixdə Quba rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib daşıması barədə daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra Baş İdarə rəisinin əmri ilə rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupun tərkibinə digər həmkarları Şahid2, Şahid3 və təhqiqatçı Muıad Azayev daxil edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs cinayət başında yaxalanması istiqamətində əməliyyat tədbirinə başlanmış və əməliyyat qrupunun üzvləri olaraq Quba rayonuna yollanmışlar. Ertəsi gün, yəni 16 fevral 2024-cü il tarixdə saat 16:30-da keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs Quba şəhəri, Heydər Əliyev prospekti 156A ünvanının yaxınlığında idarə etdiyi «Nissan» markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında tərəflərindən saxlanılmış, sonuncuya saxlanmasının əsaslarını bildirib hüquq və vəzifələrini izah ediilmiş, bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Quba Rayon Polis Şöbəsinə getməsini təklif etmişlər. Sonuncu da buna etiraz etməyərək onlarla birlikdə Quba Rayon Polis Şöbəsinə getmiş, orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ilk olaraq Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatı və ya qanunsuz olan hər hansı bir predmet varsa təqdim etməsi təklif edilmiş, sonuncu da öz növbəsində üzərində mobil telefon aparatı və cüzdan olduğunu, qanunsuz əşya olmadığını, lakin idarə etdiyi avtomobildə avtomat silah olduğunu bildirib üzərində olan bir ədəd mobil telefon aparatını, cüzdanı və avtomobil açarını təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs qanunsuz əşya və ya predmet aşkar olunmamış, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Nissan» markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə Quba RPŞ-nin həyətindəki dayanacaqda baxış keçirilmiş, baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə odlu silah və ya qanunsuz olan hər hansı bir predmet varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra sonuncu açarla avtomobilin yük yerini açıb oradakı qara rəngli sellofana bükülmüş əşyanı göstərib avtomat silahın həmin bağlamada olduğunu bildirmiş, tərəflərindən sellofan bağlama götürülmüş və açıldıqda oradan bir ədəd qara rəngli kalaşnikov markalı avtomat silah, bir ədəd içərisində 20 ədəd patron olan daraq aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş silah-sursat qara rəngli sellofan torbada təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş və şifahi suala cavab olaraq Təqsirləndirilən şəxs silah-sursatı çay kənarında avtomobilini yuyarkən tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 göstərdiyi xüsutları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiqi edilmiş məhkəmə ballistik ekspertizasının 17 fevral 2024-cü il tarixli, 24/364 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd ********* nömrəli, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı AK-103 modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd 30 ədəd 7,62x39 mm kalibrli patronların yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.Tədqiqata tədqim edilmiş 20 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəyi qeyd olunmuşdur. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Murad Azayev tərəfindən tərtib edilmiş «avtomobilə baxış və götürmə aparılması haqqında» 16 fevral 2024-cü il tarixli protokolla, baxış və götürmə hərəkətlərində istifadə edilmiş videoçəklişin qeydə alındığı DVD-R disklərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin gün Quba Rayon Polis Şöbəsinin inzibati binasının həyətində Təqsirləndirilən şəxs razılığı əsasında, özünün və müdafiəçisinin iştirakı ilə videoçəklişlə həyata keçirilən baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi «Nissan» markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən ********* nömrəli, bir ədəd AK-103 modelli Kalaşnikov konstruksiyalı avtomat, bir ədəd daraq və 20 ədəd patron aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “maddi sübut kimi tanınma haqqında” 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd AK-103 modelli, ********* nömrəli Kalaşnikov konstruksiyalı avtomat, bir ədəd daraq və ekspertiza tədqiqatından sonrakı qalıq qalan 17 ədəd patron cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi hesab olunub, saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 10 mart 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təyin olunmuş məhkəmə-ballistik ekspertizasının xx.xx.2021-ci il tarixli 21/365R nömrəli rəyi sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilməsi, baxış protokoluna əlavə edilmiş bir ədəd DVD disk maddi sübut kimi tanınanaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir». Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Amsar kəndində qeydiyyatda olmaqla yaşayır, evlidir, 2 övladı var. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum şahadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlini etiraf edərək, səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı övladının olmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyi ediləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 iş saatı üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 02 ədəd DVD-R disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan AK-103 modelli, ********* nömrəli Kalaşnikov konstruksiyalı avtomat, bir ədəd daraq və ekspertiza tədqiqatından sonrakı qalıq 17 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi məhkəmə sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut olan 02 ədəd DVD-R disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan AK-103 modelli, ********* nömrəli Kalaşnikov konstruksiyalı avtomat, bir ədəd daraq və ekspertiza tədqiqatından sonrakı qalıq 17 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-102/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-102/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver