Məhkəmə qərarları › İş №1(027)-103/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-103/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-103/2023 21.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – müqavilə əsasında Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Ağamrzə oğlunun iştirakı ilə, xx xxxxxx 1967-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, Xaçmaz şəhəri, Təbriz küçəsi, ev 18-də qeydiyyatda olan və Xaçmaz şəhəri, Musabəyov küçəsi ev 14-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından, yəni 5 qramdan artıq miqdarda ümumi təmiz çəkisi 7,691 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib özünə məxsus “Toyota Corolla” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilində daşımaqla saxlamışdır. 10 mart 2023-cü il tarixdə saat 20:30 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu, 2-ci Nügədi kəndində avtomobil yolunun kənarında saxlanılaraq ona məxsus “Toyota Corolla” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman həmin avtomobilin sürətlər qutusunun qarşısında olan saxlanc yerindən 02 ədəd kibrit qutusunun içərisində təmiz çəkiləri 3,615 və 3,607 qram, avtomobilin yük yerindən isə 01 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 0,469 qram, ümumi təmiz çəkisi 7,691 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, fərdi qaydada taksi faliyyəti ilə məşğuldur və narkotik vasitə olan marixuana istifadəçisidir. 2023-cü ilin mart ayının əvvəlində Başı şəhərindən Xaçmaz rayonuna gətirdiyi tanımdadığı müştəridən 100 manata 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana almış və avtomobilin sürətlər qutusunun qarşısındakı saxlanc yerinə qoymuşdur. 10 mart 2023-cü il tarixdə, təxminən saat 19:00 radələrində Xaçmaz şəhərindəki “Mərkəzi bazar” ərazisində tanışı Şahid3 birlikdə digər müştərini Quba rayonuna aparmalarını təklif etmiş və razılaşaraq Namiqlə birlikdə həmin müştərini Quba rayonu, İkinci Nügədi kəndinə düşürdükdən sonra, saat 20:00 radələrində bir neçə şəxs yaxınlaşaraq özlərini Quba RPŞ-nin əməkdaşları kimi təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyysi ilə məşğul olmaqda şübhəli olduğunu, üzərində vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış aparılan zaman üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Sonra o polis əməkdaşlarına avtomobilində narkotik vasitə saxladığını bildirmişdir. Həmin vaxtı polis əməkdaşları tərəfindən ona məxsus “Toyota Carolla” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı o avtomobilin sürətlər qutusunun qarşısında yerləşən saxlanc yerində saxladığı 2 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Şifahi soruğu zamanı həmin kütələlərin narkotik vasitə qurudulmuş marixuana olduğunu, öz istifadəsi üçün saxladığını, tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Aşkar edilmiş 2 ədəd kibrit qutusunda olan narkotik vasitələr elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır.. Sonra video çəkiliş davam etdirilərək idarə etdiyi avtomobilin yük yerinə baxış keçirilərkən avtomobilin yük yerindən şəffaf rəngli sellofan torbanın içərisində olan bir ədəd kibrit qutusu aşkar edilmişdir. O həmin kibrit qutusundan xəbərdar olmamış, lakin həmin sellofan torbanı Xaçmaz şəhərində evdən çıxan zaman atılmalı olan zibil qutularının içərisində olduğunu görmüşdür. Torbanı yük yerinə özü qoymuşdur. Həmin bir ədəd kibrit qutusunda olan kütlə də ölçülmüş və kağız zərfdə qablaşdırılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını və himayəsində sağğlamlıq imkanı məhdud olan birinci nikahdan olan övladı olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaqla istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 mart 2023-cü il tarixdə təxminən saat 20:30 radələrində Təqsirləndirilən şəxs Quba rayonu, 2-ci Nügədi kəndində avtomobil yolunun kənarında saxlanarkən narkotik vasitə saxlamasında şübhəli olmasını bildirərək vəkilin iştirakı ilə üzərinə və idarə etdiyi “Toyota Carolla” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar edilməmiş, sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs məxsus “Toyota Carolla” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin sürətlər qutusunun qarşısında saxlanc yerindən 2 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutuları təhqiqatçı tərəfindən açıldıqda içərilərində narkotik vasitə qurudulmuş marixuanaya oxşar yaşıl rəngli kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütələlərin narkotik vasitə qurudulmuş marixuana olduğunu, öz istifadəsi üçün saxladığını və tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin maddələr kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Avtomobilə baxış davam etdirilərək avtomobilin arxa yük yerindən yerindən işərisində məişət tullantıları olan şəffaf rəngli sellofan torbanın içərisindən bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusu da təhqiqatçı tərəfindən açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar yaşıl rəngli kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kibrit qutusundan xəbərdar olmadığını, lakin həmin sellofan torbanı Xaçmaz şəhərində evdən çıxan zaman atılmalı olan zibil qutularının içərisində olduğunu gördüyünü, avtomobilinin yük yerinə özü qoyduğunu bildirmişdir. Həmin narkotik vasitə də kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 10 mart 2023-cü il tarixdə, saat 19:00 radələrində yaşadığı Xaçmaz şəhəri Əlif Hacıyev küçəsində olarkən, tanışı Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Corolla markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yanına gələrək yanında olan müştərini Quba rayonuna apardığını bildirərək onunla birlikdə getməyi təklif etmişdir. İşi olmadığı üçün Firuzun təklifi ilə razılaşaraq onunla birlikdə Quba rayonu 2-ci Nügədi kəndinə gələrək müştərini düşürmüşlər. Sonra, Firuzun idarə etdiyi avtomobili həmin kəndin ərazisində Quba rayon polis şöbəsinin YPX-nin əməkdaşları saxlamışlar. Orada olan Quba rayon PŞ-nin əməkdaşları özlərini təqdim edərək Firuzun narkotik vasitə istifadəsində şübhəli olduğunu görə üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təklif əsasında Firuz üzərində narkotik vasitə olmadığını bildirmiş, şəxsi axtarış keçirilərkən qanunsuz əşya aşkar edilməmiş, sonra Firuz avtomobildə narkotik vasitə saxladığını bildirmişdir. Firuza məxsus “Toyota Carolla” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sürətlər qutusunun qarşısında yerləşən saxlanc yerindən 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilmişdir. Şifahi soruğuda Firuz həmin kütələlərin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitıni öz istifadəsi üçün saxladığını, narkotik vasitəni bir neçə gün əvvəl tanımadığı şəxsdənəldə etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış, iştirak edən şəxslər imzalamışlar. Sonra, Firuzun idarə etdiyi avtomobilin yük yerinə baxış keçirilərkən avtomobilin yük yerindən içərisində məişət tullantıları olan şəffaf rəngli sellofan torbanın içərisindən bir ədəd kibrit qutusu aşkar edilmiş. Həmin kibrit qutusu açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin bir ədəd kibrit qutusunda olan kütlə də ölçülmüş və kağız zərfdə qablaşdırılmışdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 11 mart 2023-cü il tarixli 7/372 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs avtomobilindən...” yazısı və imzalar olan kağız paketdəki 02(iki) ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri: 3,615 qram: 3,607 qram və üzərində "...Təqsirləndirilən şəxs avtomobilindən..." yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-0,469 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi- 7,691 qramdır. Təqdim edilmiş marixuanalar eynidirlər. Marixuananın ümumi təmiz çəkisi 7,691 qram, tədqiqata istifadə olundu 0,15 qram (hər bir obyektdən 0,05 qram olmaqla), qalıq 7,541 qram. Aşkar edilmiş 7,541 qram narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Cinayət işi materialına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli 1046/K nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Şahid3 götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 2597 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə baxış keçirilməsini özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs avtomobilinə axtarış keçirilən zaman iki ədəd kibrit qutusunun içərisində hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 3,615 qram: 3,607 qram olmaqla, yük yerindən bir ədəd kibrit qutusunda təmiz çəkisi-0,469 qram, ümumi çəkisi 7,541 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə, saxlamaqla və daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Qeyd edilən cinayət əməlini törətməsi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə bioloji, məhkəmə kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkməm hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, onun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Xaçmaz RMX-dan daxil olmuş 14 aprel 2023-cü il tarixli PHŞ-6-43/2- 1156/2023 nömrəli məktubdan görünür ki, Xaçmaz rayon sakini, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2015-ci ildən “Xroniki narkomaniya” diaqnozu ilə Xaçmaz RMX-da həkimnarkoloqun qeydiyyatındadır, həkim-psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 02 iyun 2023-cü il tarixli arayışından görünür ki, ünvan 2 ünvanda yaşayan X3 müddətsiz 2-ci qrup əlilliyə görə xx.xx.2021ci il tarixdən sosial müavinət təyin olunub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olması, övladının sağlamlıq imkanı məhdud şəxs olmaqla daimi qulluğa ehtiyacı olması və yaşadığı yer üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, qanunvericiliyin qeyd edilən tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il taixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 153 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 7,541 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, axtarış və götürmənin videoçəkilişinin qeydə alındığı 1 ədəd CD cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu və Xaçmaz rayonu inzibati hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan - 7,541 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış axtarış və götürmənin videoçəkilişinin qeydə alındığı 1 ədəd CD cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar