Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-103/2024 30.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi2, X1 iştirakı ilə, 11 noyabr 1983-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi qaydada işləyən, evli, məhkum olunmamış, Quba şəhəri, Ə.Orucov küçəsi, ev 50-də qeydiyyatda olmaqla və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə keçmiş SSRİ-də 1981-ci ildə istehsal olunmuş, ******* № -li, 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş “Kalaşnikov” konstruksiyalı AKS-74 modelli yivli odlu silah avtomat hesab edilən 01 ədəd avtomatı, 26 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 03 ədədi Rusiya Federasiyasında istehsal edilmiş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyaklı silahların ştat patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı ümumi sayı 29 ədəd olan patronu, zavod üsulu ilə istehsal edilmiş, otuz ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd darağı qanunsuz olaraq əldə edib idarə etdiyi avtomobildə saxlamaqla Quba şəhəri ərazisinə daşımışdır. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 12 fevral 2024-cü il tarixdə saat 12:05-də ünvan 1 ünvanında idarə etdiyi “Opel Astra” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında saxlanılaraq avtomobillə birlikdə Quba şəhəri, Fətəli Xan küçəsində yerləşən Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinə gətirildikdənsonra həmin gün saat 14:35-dən etibarən özünün razılığı və iştirakı ilə idarə etdiyi “Opel Astra” markalı, **-TG-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa saxlanc hissəsindən zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981 -ci ildə istehsal olunmuş, ******* № -li, 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, “Kalaşnikov” konstruksiyalı AKS-74 modelli yivli odlu silah hesab edilən 01 ədəd avtomat, 26 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 03 ədədi Rusiya Federasiyasında istehsal edilmiş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyaklı silahların ştat patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı ümumi sayı 29 ədəd olan patron və zavod üsulu ilə istehsal edilmiş, otuz ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 10 fevral 2024-cü il tarixdə səhər saatlarında kənd təsərrüfatı işləri ilə əlaqədar olaraq Quba rayonu ərazisində yerləşən İspik meşəsinə getmiş, bu zaman ağacın altında xalçaya bükülmüş silaha bənzər əşya görmüş, diqqətini çəkdiyi üçün açaraq içərisinə baxmış və “Kalaşnikov” markalı avtomat aşkar etmişdir. Darağını açıb baxan zaman 29 ədəd patronun olduğunu müşahidə etmiş, silahlara olan xüsusi marağından irəli gələrək onu saxlamaq qərarına gəlmiş və xalçanın içərisinə qoyaraq idarə etdiyi “Opel Astra” markalı, **-TG-*** qeydiyyat nişanlı avtomobilin arxa saxlanc hissəsinə qoymuşdur. 12 fevral 2024-cü il tarixdə, saat 12:05 radələrində ünvan 1 ünvanında idarə etdiyi “Opel Astra” markalı, **-TG-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman silah avtomobilin arxa saxlanc hissəsində olmuş, bu zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib qanunsuz odlu silah və döyüş sursatlarının dövriyyəsində şübhəli olduğunu bildirərək əməliyyatla bağlı barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. Sonra polis əməkdaşlarının dəvətilə idarə etdiyi “Opel Astra” markalı, **- TG-*** qeydiyyat nişanlı avtomobillə Quba Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçini iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarışdan əvvəl üzərində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü verməsi təklif edilmiş və üzərində deyil idarə etdiyi avtomobildə avtomatın olduğunu bildirmişdir. Bundan sonra “Opel Astra” markalı, **-TG-*** qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilərkən polis əməkdaşlarının təklifi ilə avtomobilin arxa saxlanc hissəsində xalçaya bükülmüş 01 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat, 01 ədəd daraq və 29 ədəd döyüş patronu aşkar edilmiş və qablaşdırılıb möhürlənərək imzalanmışdır. Sonda baxış keçirilməsinin və əşyaların götürülməsi ilə bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu və himayəsində azyaşlı uşaqlarının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Quba rayon sakini Təqsirləndirilən şəxs odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsi bərədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və 12 fevral 2024-cü il tarixdə, saat 12:00 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında olması müəyyən edilmişdir. Saat 12:05 radələrində həmin ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi idarə etdiyi “Opel Astra” markalı, **-TG-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb özlərini təqdim etmiş və özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirimişdir. Sonra, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat axtarışla bağlı qəbul edilmiş qərarla tanış edillərək Quba rayon Polis Şöbəsinə dəvət etmişlər. Birlikdə polis şöbəsinin inzibati binasına gəlmiş və xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmalı olması bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı Zülfüqar .Zülfüqarovun üzərindən devriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-TG-*** qeydiyyat nişanlı avtomobildə odlu silah və patronlar saxladığını və baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra müdafiəçi, təhqiqatçı və polis əməkdaşlarının iştirakı ilə Quba Rayon Polis Şöbəsinin həyətində olan Təqsirləndirilən şəxs məxsus “Opel Astra” markalı, **-TG-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomaşının arxa saxlanc hissəsindən xalçaya bükülmüş vəziyyətdə 01 ədəd avtomat tipli dəmir predmet və 01 ədəd daraq aşkar edilərək götürülmüş, darağa baxış keçirilən zaman içərisində 29 ədəd patronun olması müəyyən edilmişdir. Daha sonra həmin əşyalar cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd avtomat tipli dəmir predmeti, 01 ədəd darağı və 29 ədəd patronu saxlanılmazdan 02 gün əvvəl Quba rayonu ərazisində yerləşən İspik meşəsindən əldə etdiyini, odlu silahlara marağı olduğundan avtomobilə qoyaraq saxladığını bildirmişdir. Daha sonra baxış keçirilməsi və əşyaların götürülməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BMCMİ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ******* №-li silah, 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981 -ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı AKS-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. - Tədqiqata təqdim edilmiş 29 ədəd patronlardan 26 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 03 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. (Bax: silahının tədqiqi hissəsinə).- Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. (Bax: silahının tədqiqi hissəsinə). - Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz» Kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir.Qeyd: Ekspertiza tədqiqatından sonra qalıq 26 ədəd patron. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi “Opel Astra” markalı, **-TG-*** qeydiyyat nişanlı avtomobilə baxışın keçirilməsini özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilərkən müəyyən olundu ki, baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə silah, döyüş sursatı və onun komplekt hissələri varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin arxa saxlanc hissəsini açaraq xalıya bükülmüş vəziyyətdə 01 ədəd avtomatı və 01 ədəd darağı təqdim etmişdir. Avtomatın üzərində 781 nömrəsinin həkk edildiyi müşahidə edilmiş, həmçinin avtomatın qundağının açılıb- qatlanan olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd darağa baxış keçirilmiş, baxış zamanı darağın içərisində patronların olması müəyyən edilmiş və boşaldılaraq 29 ədəd patron aşkar edilmişdir. Daha sonra baxış davam etdirilmiş, lakin heç bir əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd avtomat, 01 ədəd daraq və 29 ədəd patron içərisi boş olan sellofan torbaya qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd avtomat, 01 ədəd daraq və 29 ədəd patronu saxlanılmazdan 02 gün əvvəl Quba rayonu ərazisində yerləşən İspik meşəsindən tapdığını, odlu silahlara marağı olduğu üçün saxladığını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə edib saxlamaqla Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz etirafedici ifadəsilə yanaşı, şahid ifadələri, iş üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. İş materiallarında olan Quba rayon İHB Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və arayışa əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Ə.Orucov küçəsi, ev 50-də qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”lərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X2 adlı uşaqları vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olması və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirini etiraf etməklə əməlindən səmimi peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə— iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona ittiham olunduğu maddəsin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesblanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi subut olan 01 ədəd “Kalaşnikov” konstruksiyalı AKS-74 modelli avtomat, 01 ədəd daraq və ekspertiza tədqiqatından sonra qalıq qalan 26 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DlN-in müvfiq qurumuna verilməlidir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə xərci və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddii sübut olan 1 ədəd DVD cinayət işi materiallarında saxlanılsın, DİN BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan maddi sübut – 1ədəd “Kalaşnikov” konstruksiyalı, AKS-74 modelli avtomat, 01 ədəd daraq və ekspertiza tədqiqatından sonra qalıq qalan 26 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DlN-in müvfiq qurumuna təhvil verilsin. Hökmün icrası Quba rayon Polis şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-103/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-103/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver