Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-104/2020 07.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Güləmməd qızının, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1980-ci ildə Quba rayonu, Aşağı Atuc kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, natamam-orta təhsilli, fərdi əməklə məşqul olan, məhkumluğu olmayan, Quba rayonu, Aşağı Atuc kəndində qeydiyyatda olan və yaşayan –Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 16 radələrində Quba rayonu, Aşağı Atuc kəndində yaşadıqları evdə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı, həyat yoldaşı Zərərçəkmiş şəxs yumruqla alnına, başının arxasına isə şüşə butulka ilə vuraraq ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmədə iclasında ifadəsi alınmış cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirini etiraf edərək göstərmişdir ki, 2002-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş və bu evlilikdən onların üç övladı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 16 radələrində işdən evə gəlib həyat yoldaşı Sahibəyə ayaqlarını yumaq üçün su hazırlamağı xahiş etdikdə, Sahibə ona, «get atanın xarabasında ayaqlarını yu»-demişdir. Bundan sonra, Sahibənin yemək hazırlamaması və ona siqaret almaq üçün pul verməməsi səbəbindən aralarında mübahisə yaranmış və mübahisə zamanı Sahibə stəkanla onun başının sağ tərəfində bir neçə dəfə vuraraq əli ilə boynunu cırmaqlmamışdır. O, da həmin vaxt şüşə butulka ilə Sahibənin başına bir dəfə zərbə vurmuş, Sahibə aldığı zərbədən sonra huşunu itirərək yerə yıxılmışdır. Sahibə ayıldıqdan sonra, atası evinə getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsinin xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2002-ci ildə Quba rayonu, Aşağı Atuc kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuş və bu evlilikdən onların üç övladı olmuşdur. Həyat yoldaşı spirtli içkilərə aludə olunduğuna görə, mütəmadi olaraq aralarında ailə-məişət zəminində münaqişələr və mübahisələr yaranır. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 16 radələrində yaşadığı evdə olduğu zaman həyat yoldaşı Əzim evə sərxoş vəziyyətdə gəlmiş, o, da spirtli içki qəbul etdiyinə görə ona iradlarını bildirmişdir. Əzim də, onun ünvanına nalayiq söyüşlər söyməklə üstünə hücum edərək əvvəlcə alnından yumruq zərbəsi, sonra isə boş şüşə butulka ilə başının arxa tərəfindən bir dəfə zərbə vurmuş və o, huşunu itirərək yerə yıxılmışdır. Ayıldıqdan sonra yaşadığı evi tərk edib atası evinə getmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını qeyd edərək, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 920 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- baş beyin silkələnməsi ilə müşaiyət olunan başın ənsə nahiyyəsində ortada əzilmiş yara, sol göz orbiti ətrafında qançır küt əşyanın təsirindən törənməklə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİl-dən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, X2 məhkumluğu yoxdur. İşdə olan Quba RMX-nin xx xxxxxx 2020-ci il tarixli, 1980 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin psixiatrik kabentlərində qeydiyyatda yoxdur. İşdə olan Quba rayon lHB-nin X8 X10 Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayıçdan görünür ki, X1 rayonu, Aşağı Atuc kəndində yaşayır. İşdə olan Quba rayon lHB-nin X8 X10 Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs X3 istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəm-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs X2 törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs X5 ərizə ilə məhkəməyə müraciyət edərək zərərçəkmişşəxsZərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədəksadələşdirilmişicraatmateriallarıüzrəicraataxitamverilməsiniməhkəmədənxahişetm işdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindəngörünürki o,təqsirəndirilən şəxs X5 ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin73.2-ci maddəsinəəsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, X5 barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 Azərbaycan Respublikası CM-nin128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-104/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-104/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver