Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-104/2021 06.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Quba rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Quba rayonunun Qımıl-Qışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə, saat 01:00 radələrində Quba rayonu, Qımıl-Qışlaq kəndində yaşadığı evin yataq otağında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs Qiyaməddin qızının üz nahiyəsinə sillə ilə vuraraq, hər iki göz orbiti ətrafında qançır, burnunun üstündə sıyrıq, burun sümüyünün yerini dəyişməyən qapalı sınığı və alt dodaqda sağda qançır ilə nəticələnən sağlamlıqda qısa müddətə pozğunluq törədən yüngül dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığı yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, 10.06.2021-ci il saat 01 radələrində yaşadığı evin yataq otağında arvadı Aygün azyaşlı oğluna yuxu saatında pampers geyindirib yatırtmaq istəmiş, o, buna etiraz edərək, pampersi geyindirməməsini demiş, bir qədər sonra oğlu yatmış halda altnı batırmış və yorğan döşəyi sidik olmuşdur. O, Aygünə “uşağa niyə baxmırsan yerini batırır?” demişdir. Ağgün isə öncədən pampers bağlamaq istədiyini, lakin onun imkan vermədiyini dediyi üçün əsəbləşib onunla mübahisə etmiş və üzərinə gələrək sillə ilə üz nahiyəsinə vurmuşdur. Sillənin təsirindən Aygün burun nahiyəsindən xəsarət almış, daha sonra oğlu səs-küyə yuxudan oyanıb ağladığı üçün mübahisəni sonlandırıb oradan uzaqlaşmış və yatağına gedib yatmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdığını bildirərək onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 10.06.2021-ci il tarixdə saat 01 radələrində Quba rayonu, Qımıl-Qışlaq kəndində yerləşən evinin yataq otağında azyaşlı oğluna yuxu saatında pampers geyindirmək istəmiş, əri Təqsirləndirilən şəxs buna etiraz edərək ona pampersi geyindirməməsini demiş, bir qədər sonra oğlu yatmış halda altını batırmış və yorğan döşəyi sidik olmuşdur. Bu zaman Sadiq onunla mübahisə edib “uşağa niyə baxmırsan yerini batırır” demiş. O, isə öncədən pampers bağlamaq istədiyini, lakin onun imkan vermədiyini bildirmişdir. Həmin vaxt Sadiq əsəbləşib onunla mübahisəni böyütmüş və üzərinə gələrək əli ilə üz nahiyəsinə zərbə endirmiş, zərbənin təsirindən burun nahiyəsindən xəsarət almış, daha sonra oğlu səs-küyə yuxudan oyanıb ağladığı üçün Sadiq mübahisəni sonlandırıb yanından uzaqlaşmış və yatağına gedib yatmışdır. Mübahisə gecə saatlarında baş verdiyindən və yataq otağında olduğundan yanlarında sadəcə azyaşlı oğlu olmuş və mübahisə 2-3 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 11.06.2021-ci il tarixli, 481 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası və rentgenoloji müayinənin cavabı əsasında belə nəticəyə gəlirəm ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər-hər iki göz orbiti ətrafında qançır, burunun üstündə sıyrıq, burun sümüyünün yerini dəyişməyən qapalı sınığı və alt dodağında sağda qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən yəni 10.06.2021-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 15 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Quba rayon X2 Hüquqi şəxsdən daxil olmuş 17.06.2021-ci il tarixli, 935 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Mərkəzi Xəstəxanasında psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş Quba rayon lHB-nin Hacıhüseynli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli, 525 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Qımıl- Qışlaq kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəm-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 06 saat üçün 36 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-104/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-104/2021
06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver