Məhkəmə qərarları › İş №1(027)-104/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-104/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-104/2023 15.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Müdafiəçi3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs3, Onun müdafiəçisi – Müdafiəçi1 iştirakı ilə, xx xxxx 2001-ci ildə Quba rayonu, Dağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu. Dağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsilə təqsirləndirilməsinə dair, xx xxxxxxx 1988-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.4cü maddələrilə təqsirləndirilməsinə dair və xx xxxxxx 1995-ci ildə Quba rayonu, Qalaxudat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu, Aşağı-Atuc kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.4cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 tanışı X9 ilə bir qrup şəxs halında tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 yanvar 2023-cü il tarixdə saat 00:30- da kassir kimi işlədiyi "xxxx" MMC-nin Quba şəhəri Heydər Əliyev prospekti, T.Əhmədov 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs 365 nömrəli kassasında kassir vəzifəsini icra edən zaman tanışı Vüsal Manafovun müştəri qismində mağazaya daxil olub oradan götürdüyü 01 ədəd 174,8 manat dəyərində 700 ml həcmində “X19 Set-Stakan” markalı spirtli içki araq, 01 ədəd 84,99 manat dəyərində 750 ml həcmində “Tradici Alaverdi” markalı spirtli içki çaxır və 01 ədəd 5 manat dəyərində 250 ml həcmində “Zolotoy Kolço” markalı spirtli içki arağı ödəniş sisteminə vurmaq kimi görüntü yaradıb həmin spirtli içkiləri ödəniş sisteminə vurmadan ümumilikdə zərərçəkmiş şəxsə məxsus 264,79 manat eləyərində əmlakı gizli olaraq talamaqla bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışları X9 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26 noyabr 2022-ci il tarixdə günorta saatlarında fəhlə kimi işlədiyi "xxxx" MMC-nin ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs anbarında təmizlik işləri apararkən boş qutuların aparılması görüntüsü yaradaraq oradan 12 ədəd hər biri 12,7 manat olmaqla 152,4 manat dəyərində 1 litr həcmində “Banketnaya Premium" markalı spirtli içki araq, 8 ədəd hər biri 174,8 manat olmaqla 1398,4 manat dəyərində 700 ml həcmində “X19 SetStakan” markalı spirtli içki arağı götürüb ümumilikdə zərərçəkmiş şəxsə məxsus 1550,8 manat dəyərində əmlakı gizli olaraq talamaqla bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tanışları X9 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin noyabr ayının sonlarından 2023-cü ilin yanvar ayının əvvəllərinədək olan müddət ərzində 12 ədəd hər biri 25 manat olmaqla 300 manat dəyərində 500 ml həcmində “X14” markalı spirtli içki araq, 16 ədəd hər biri 23,92 manat olmaqla 382,72 manat dəyərində 700 ml həcmində “Myaqkov Qrqanik” markalı spirtli içki araq, 10 ədəd hər biri 77,28 manat olmaqla 772,8 manat dəyərində 1 litr həcmində “Beluga Transatlantik” markalı spirtli içki araq, 39 ədəd hər biri 19,8 manat olmaqla 772,2 manat dəyərində 500 ml həcmində “X21” markalı spirtli içki araq, 11 ədəd hər biri 19,53 manat olmaqla 214,83 manat dəyərində 500 ml həcmində “X7” markalı spirtli içki araq, 22 ədəd hər biri 10,35 manat olmaqla 227,7 manat dəyərində 700 ml həcmində “Xortiçaya Klassik” markalı spirtli içki araq, 8 ədəd hər biri 32,2 manat olmaqla 257,6 manat dəyərində 500 ml həcmində “Kremlin Klassik” markalı spirtli içki araq, 8 ədəd hər biri 30,65 manat olmaqla 245,2 manat dəyərində 1 litr həcmində “Nemiroff Wheat” markalı spirtli içki araq, 14 ədəd hər biri 11,52 manat olmaqla 161,28 manat dəyərində 700 ml həcmində “Xortiçaya ice” markalı spirtli içki araq, 14 ədəd hər biri 27 manat olmaqla 378 manat dəyərində 700 ml həcmində “X8” markalı spirtli içki araq, 12 ədəd hər biri 21,12 manat olmaqla 253,44 manat dəyərində 700 ml həcmində “Xaoma Silver” markalı spirtli içki araq, 13 ədəd hər biri 14,4 manat olmaqla 187,2 manat dəyərində 1 litr həcmində “Xortiçaya Platinum” markalı spirtli içki araq, 20 ədəd hər biri 22,1 manat olmaqla 442 manat dəyərində 700 ml həcmində “Nemiroff Delikat” markalı spirtli içki araq, 26 ədəd hər biri 15,95 manat olmaqla 414,7 manat dəyərində 500 ml həcmində “Nemiroff Original” markalı spirtli içki araq, 19 əddə hər biri 14,4 manat olmaqla 273,6 manat dəyərində 1 litr həcmində “Morosha Djerelna” markalı spirtli içki araq, 18 ədəd hər biri 37,5 manat olmaqla 675 manat dəyərində 700 ml həcmində “Nemiroff Lex” markalı spirtli içki araq, 11 ədəd hər biri 14,96 manat olmaqla 164,56 manat dəyərində 500 ml həcmində “Bulbas Greenline” markalı spirtli içki araq, 70 ədəd hər biri 11 manat olmaqla 770 manat dəyərində 500 ml həcmində “Banketnaya Organic” markalı spirtli içki araq, 31 ədəd hər biri 13,2 manat olmaqla 409,2 manat dəyərində 700 ml həcmində “Banketnaya Organic” markalı spirtli içki araq, 53 ədəd hər biri 8,8 manat olmaqla 466,4 manat dəyərində 500 ml həcmində “Banketnaya Exclusive” markalı spirtli içki araq, 40 ədəd hər biri 8,3 manat olmaqla 332 manat dəyərində 500 ml həcmində “Banketnaya Premium” markalı spirtli içki araq, 54 ədəd hər biri 10,5 manat olmaqla 567 manat dəyərində 700 ml həcmində “Banketnaya Premium” markalı spirtli içki araq, 37 ədəd hər biri 12,7 manat olmaqla 469,9 manat dəyərində 1 litr həcmində “Banketnaya Premium” markalı spirtli içki arağı götürüb ümumilikdə zərərçəkmiş şəxsə məxsus xeyli miqdarda, yəni 9137,33 manat dəyərində əmlakı gizli olaraq talamaqla bir qrup şəxs halında təkrarən oğurluq etmişdir Təqsirləndirilən şəxs3 tanışları X9 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26 noyabr 2022-ci il tarixdə günorta saatlarında fəhlə kimi işlədiyi "xxxx" MMC-nin ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs anbarında təmizlik işləri apararkən boş qutuların aparılması görüntüsü yaradaraq oradan 12 ədəd hər biri 12,7 manat olmaqla 152,4 manat dəyərində 1 litr həcmində “Banketnaya Premium” markalı spirtli içki araq, 8 ədəd hər biri 174,8 manat olmaqla 1398,4 manat dəyərində 700 ml həcmində “X20 Set-Stakan” markalı spirtli içki arağı götürüb ümumilikdə zərərçəkmiş şəxsə məxsus 1550,8 manat dəyərində əmlakı gizli olaraq talamaqla bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları X9 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin noyabr ayının sonlarından 2023-cü ilin yanvar ayının əvvəllərinədək olan müddət ərzində 12 ədəd hər biri 25 manat olmaqla 300 manat dəyərində 500 ml həcmində “X14” markalı spirtli içki araq, 16 ədəd hər biri 23,92 manat olmaqla 382,72 manat dəyərində 700 ml həcmində “Myaqkov Qrqanik” markalı spirtli içki araq, 10 ədəd hər biri 77,28 manat olmaqla 772,8 manat dəyərində 1 litr həcmində “Beluqa Transatlantik” markalı spirtli içki araq, 39 ədəd hər biri 19,8 manat olmaqla 772,2 manat dəyərində 500 ml həcmində “X21” markalı spirtli içki araq, 11 ədəd hər biri 19,53 manat olmaqla 214,83 manat dəyərində 500 ml həcmində “X7” markalı spirtli içki araq, 22 ədəd hər biri 10,35 manat olmaqla 227,7 manat dəyərində 700 ml həcmində “Xortiçaya Klassik” markalı spirtli içki araq, 8 ədəd hər biri 32,2 manat olmaqla 257,6 manat dəyərində 500 ml həcmində “Kremlin Klassik” markalı spirtli içki araq, 8 ədəd hər biri 30,65 manat olmaqla 245,2 manat dəyərində 1 litr həcmində “Nemiroff Wheat” markalı spirtli içki araq, 14 ədəd hər biri 11,52 manat olmaqla 161,28 manat dəyərində 700 ml həcmində “Xortiçaya ice” markalı spirtli içki araq, 14 ədəd hər biri 27 manat olmaqla 378 manat dəyərində 700 ml həcmində “X8” markalı spirtli içki araq, 12 ədəd hər biri 21,12 manat olmaqla 253,44 manat dəyərində 700 ml həcmində “Xaoma Silver” markalı spirtli içki araq, 13 ədəd hər biri 14,4 manat olmaqla 187,2 manat dəyərində 1 litr həcmində “Xortiçaya Platinum” markalı spirtli içki araq, 20 ədəd hər biri 22,1 manat olmaqla 442 manat dəyərində 700 ml həcmində “Nemiroff Delikat” markalı spirtli içki araq, 26 ədəd hər biri 15,95 manat olmaqla 414,7 manat dəyərində 500 ml həcmində “Nemiroff Original” markalı spirtli içki araq, 19 əddə hər biri 14,4 manat olmaqla 273,6 manat dəyərində 1 litr həcmində “Morosha Djerelna” markalı spirtli içki araq, 18 ədəd hər biri 37,5 manat olmaqla 675 manat dəyərində 700 ml həcmində “Nemiroff Lex” markalı spirtli içki araq, 11 ədəd hər biri 14,96 manat olmaqla 164,56 manat dəyərində 500 ml həcmində “Bulbas Greenline” markalı spirtli içki araq, 70 ədəd hər biri 11 manat olmaqla 770 manat dəyərində 500 ml həcmində “Banketnaya Organic” markalı spirtli içki araq, 31 ədəd hər biri 13,2 manat olmaqla 409,2 manat dəyərində 700 ml həcmində “Banketnaya Organic” markalı spirtli içki araq, 53 ədəd hər biri 8,8 manat olmaqla 466,4 manat dəyərində 500 ml həcmində “Banketnaya Exclusive” markalı spirtli içki araq, 40 ədəd hər biri 8,3 manat olmaqla 332 manat dəyərində 500 ml həcmində “Banketnaya Premium” markalı spirtli içki araq, 54 ədəd hər biri 10,5 manat olmaqla 567 manat dəyərində 700 ml həcmində “Banketnaya Premium” markalı spirtli içki araq, 37 ədəd hər biri 12,7 manat olmaqla 469,9 manat dəyərində 1 litr həcmində “Banketnaya Premium” markalı spirtli içki arağı götürüb ümumilikdə zərərçəkmiş şəxsə məxsus xeyli miqdarda, yəni 9137,33 manat dəyərində əmlakı gizli olaraq talamaqla bir qrup şəxs halında təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 02 iyul 2022-ci il tarixdən Quba rayonunda fəaliyyət göstərən Zərərçəkmiş şəxs arzaq mağazasında iş saatı 23:00-dan 08:00 kimi olmaqla kassir vəsizəfində işə başlamışdır. Vüsal Manafovu, Təqsirləndirilən şəxs3 ve Taleh Haciyevi də mağazada anbarda işləyən işçilər kimi tanımışdır. 2022-ci ilin dekabr ayında Vüsalın işdən çıxdığını öyrənmiş və 03 yanvar 2023-cü il tarixdə, təxminən saat 00:30 radələrində Vüsal müştəri qismində günəbaxan tumu və bir neçə ədəd spirtli içki ilə onun işlədiyi kassaya yaxınlaşmışdır. O, həmin məhsullarını ödəniş siteminə vurmuş və Vüsal kart vasitəsilə ödəniş etmişdir. O, yuxusuz olduğundan səhlənkarlıq edərək "Beluqa" adlı spirtli içkini sistemə vurmamışdır. 04 yanvar 2023-cü il tarixdə Vüsal ona zəng edərək "Beluqa" adlı spirtli içkinin sistemə vurulmadığını, Vüsalın plastik kartından həmin arağın pulunun çıxılmadığını bildirmişdir. O, Vüsala həmin məhsulu mağazaya geri gətirərək qaytarmasını tələb etmiş və Vüsal həmin tarixdə araq məhsulunu geri gətirərək mağazaya təhvil vermişdir. 06 yanvar 2023-cü il tarixdə müdir müavini Bəhruz ona zəng edərək işdən azad olunduğunu bildirib ərizə yazmasını tələb etmişdir. O, həmin tarixdə, təxminən saat 19:00 radələrində mağazaya gəlmiş, Vüsal, Taleh ve Mehmanın da orada olduğunu görmüş, bu zaman filial müdiri Şövqi, nəzarət rəisi Zamiq və Cahandar ona mağazadan oğurluq olduğunu bildirərək izahat verməli olduğunu demişlər. Göstərdiyi şəxslər onu Əmək məcələsinin 72-ci maddəsinin “c” bəndi ilə işdən azad olunacağı barədə hədələyib ondan Vüsal adlı şəxslə ilə əvvəlcədən əlbir olaraq həmin "Beluga" adlı spirtli içkini sistemə vurmadan və ödənişini almadan oğurlamaları barədə izahat almışlar. Əslində isə o, Vüsal adlı şəxslə əlbir olmamışdır Sadəcə yuxusuz olduğu üçün diqqətsizlik edərək həmin arağı sistemə vurmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 vurulmuş ziyanın bir qismini zərərçəkiş şəxsə ödədiyini, oğurluq etmədiyi üçün onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Quba şəhərində yerləşən Zərərçəkmiş şəxs adlı ərzaq mağazası fəaliyyətə başladığı gündən etibarən 13 yanvar 2023-cü il tarixə qədər həmin mağazanın anbarında fəhlə işləmişdir. Onun iş rejimi səhər saat 09-dan axşam saat 18:00-a qədər olmuşdur. Lakin buna baxmayaraq anbara yeni məhsullar gələn zaman əlavə olaraq 2-3 saat işləmişdir. Vüsal və Mehmanla hər üçü anbarda işləmişlər. 13 yanvar 2023-cü il tarixdə işdə olduğu zaman anbardar Cahandar Vüsalın mağazadan oğurluq etdiyini, onun bu barədə məlumatının olub-olmamasını soruşmuşdur. Bu barədə məlumatının olmadığını demiş, Cahandar ona Vüsalın anbardan bundan əvvəlki vaxtlarda da araq məhsullarını gizli şəkildə çıxardığını bildirmiş, o yenə də bu barədə məlumatının olmadığını bildirmişdir. Həmin günü Cahandar onu, Vüsalı, Mehmanı və Xəyam adlı kassiri öz otağına çağıraraq oğurlanmış malların ödənilməsi üçün hərəsinin 300 manat, yəni ümumilikdə 1200 manat pul verməli olduqlarını bildirmişdir. Onlar oğurluq etmədiklərini bildirərək pulu ödəməyəcəklərini bildirmişlər. Həmin vaxtı Cahandar onları Əmək məcələsinin 72-ci maddəsinin “c” bəndi ilə işdən azad olunacağı barədə hədələdiyib hər birindən oğurluq etmələri barədə etirafedici izahatlar almışdır. Əslində isə o, işlədiyi mağazadan oğurluq etməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 vurulmuş ziyanın bir qismini zərərçəkmiş şəxsə ödədiyini, oğurluq etmədiyini üçün barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 2022-ci ilin iyun ayından 2023-cü ilin yanvar ayına qədər Quba şəhərində yerləşən Zərərçəkmiş şəxs mağazasının anbarında fəhlə kimi işləmişdir. Onun iş rejimi səhər saat 09-dan axşam saat 18:00-a qədər olmuşdur. Lakin buna baxmayaraq anbara yeni məhsullar gələn zaman əlavə olaraq 2-3 saat işləmişdir. Vüsal Manafovu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mağazada hər üçü anbarda fəhlə işləmişlər. 13 yanvar 2023-cü il tarixdə işdə olan zaman Nümayəndə onu yanına çağıraraq mağazadan spirtli içki oğurluğu olduğunu bildirərək onun da oğurluq etməsindən şübhələndiyini demişdir. O Cahandara oğurluq etmədiyini demiş, həmin günü Zamiq, Məftun və Cahandar onu Şövqinin otağına çağırmışlar. Onlar həmin vaxtı ona mağazadan spirtli içkilərin oğurlandığını və onun oğurluq barədə məlumatının olduğunu iddia edərək yalan danışdığını bildirmişlər. O, etiraz edərək işlədiyi dövr ərzində anbardan heç bir oğurluq hadisəsi olmadığını və onun belə halla rastlaşmadığını demişdir. Adları qeyd olunan şəxslər onu işdən uzaqlaşdıracaqları barədə, hədə-qorxu gələrək içki anbarında yaranmış bütün kəsirləri onların üzərlərinə yıxaraq ümumilikdə 10000 manat kəsirləri olduğunu və hər biri üçün 2500 manat ödəyəcəkləri halda onlara köməklik edəcəklərini, işdə saxlayacaqlarını bildirmişlər. Əks təqdirdə onları əmək qanunvericiliyinin 72-ci maddənin “c” bəndi ilə işdən azad edəcəklərini bildirmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs3 vurulmuş ziyanın bir qismini zərərçəkmiş şəxsə ödədiyini, oğurluq etmədiyi üçün onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının birindən "xxxx" MMC-nin Quba şəhəri, H.Əliyev prospekti, T.Əhmədov 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs adlı mağazasında anbardar vəzifəsində işləyir. Anbardar olaraq onun vəzifəsi Megastore marketin anbar və satışında olan mal qalığına nəzarət etməkdən ibarətdir. 2022-ci ilin dekabr ayının sonlarında mal qalığını yoxlayan zaman ümumi mağazanın içki bölümündə xeyli miqdarda spirtli içkilərin sayında əksiklik olduğunu müəyyən etmişdir. Sonuncu dəfə 2022-ci ilin noyabr ayının əvvəlllərində anbar qalığını yoxlayan anbarda hər hansısa spirtli içki və ya digər mallarda əksik olmamışdır. Bundan sonra həmin vaxtdan etibarən mağazanın müşahidə kameralarını və sistem üzrə spirtli içkilərin giriş çıxışını yoxlamağa başlamışdır. Marketin nəzarət kameralarından 26 noyabr 2022-ci il tarixdə anbarın işçiləri Təqsirləndirilən şəxs2, Vüsal Manafov və Təqsirləndirilən şəxs3 birlikdə mağazanın anbarından spirtli içkilri gizli şəkildə çıxartdıqlarını aşkar etmişdir. Daha sonra isə Vüsal Manafov və Təqsirləndirilən şəxs1 isə 03 yanvar 2023-cü il tarixdə saat 00:30 radələrində mağazanın balansında olan spirtli içkiləri ödəniş sisteminə vurmadan apardıqlarını da kameralardan aşkar etmişdir. Bundan sonra o, rəhbərliklə danışdıqdan sonra oğurluq edən işçilərlə söhbət etmiş və həmin 4 nəfərin oğurladıqları ümumilikdə 10688,13 manat dəyərində ziyanı ödəməli olduqlarını bildirmişdir. İlk öncə Təqsirləndirilən şəxs2, Vüsal Manafov, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin ziyanı öz aralarında bölüb qaytarmağa razılaşsalar da, sonradan ziyanı ödəməyəcəklərini bildirmişlər. O da məcbur olub işçilərin etdikləri oğurluq barədə Quba rayon polis şöbəsinə məlumat vermişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının birindən “Grant-Mart MMC-nin Quba şəhəri H.Əliyev prospekti, T.Əhmədov 1 ünvanında yerləşən Zərərçəkmiş şəxsnda filial müdiri vəzifəsində çalışır. 2022-ci ilin dekabr ayının sonlarında mağazanın anbardarı Cahandar mal qalığını yoxlayan zaman ümumi mağazanın içki bölümündə xeyli miqdarda spirtli içkilərin sayında əksikiik olduğunu müəyyən etmişdir. Bundan sonra Cahandar həmin vaxtdan etibarən mağazanın müşahidə kameralarını və sistem üzrə spirtli içkilərin giriş çıxışını yoxlamağa başlamışdır. Bir qədər keçdikdən sonra müşahidə kameralarından mağazanın işçiləri Təqsirləndirilən şəxs2, Vüsal Manafov, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əlbir olaraq mağazanın balansında olan spirtli içkiləri oğurladıqlarını aşkar etmişdir. Bundan sonra Cahandar hadisə barədə ona məlumat vermiş və həmin 4 nəfərin oğurladıqları ümumilikdə 10688,13 manat dəyərində ziyanı ödəməli olduqlarını işçilərə demişlər. İlk öncə Təqsirləndirilən şəxs2, Vüsal Manafov, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin ziyanı öz aralarında bölüb qaytarmağa razılaşsalar da, sonradan ziyanı ödəməyəcəklərini bildirmişlər. Onlar da məcbur olub işçiləriin etdikləri oğurluq barədə Quba rayon polis şöbəsinə məlumat vermişlər.Mmağazanın anbardarı Nümayəndə təqdim etdiyi kamerada görüntülərində açıqaşkar görünür ki, Təqsirləndirilən şəxs2, Vüsal Manafov, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 öz aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 və Vüsal Manafov mağazanın anbarından karton qutularda gizli şəkildə oğurladıqları spirtli içkiləri Təqsirləndirilən şəxs3 şəxsi istifadəsində olan avtomobilinə yükləyirlər və Təqsirləndirilən şəxs2 də kənarda dayanaraq başqa şəxslərin gəlib-gəlməməsini yoxlayır. Digər işçiləri Xəyyam isə Vüsalla razılaşmalarına əsasən kassada oğurlanan spirtli içkini müvafiq qeydiyyatdan keçirmədən Vüsal Manafova verir. Bu görüntülərə əsasən onlar qənaətə gəlmişlər ki, anbarda sayım zamanı çatışmayan malları yəni, spirtli içkiləri qeyd etdiyi Təqsirləndirilən şəxs2, Vüsal Manafov, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 oğurlayaraq şəxsi məqsədləri üçün istifadə ediblər. Onlar işçilərini izahat yazmağa məcbur etməmiş, işçilərə hər hansı bir formada təzyiq etməmişlər. Ziyanın müəyyən hissəsinin ödəniləcəyi halda rəsmi şikayət etməyəcəkləri barədə razılaşsalar da, işçilər sonradan ziyanı ödəmədiklərindən məcbur olaraq Quba rayon polis şöbəsinə məlumat vermişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdikləri xususatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, işlədiyi Zərərçəkmiş şəxs mağazasından 2022-ci ilin dekabr ayında işdən çıxmışdır. 03 yanvar 2023-cü il tarixdə təxminən saat 00:30 radələrində Zərərçəkmiş şəxs mazağasında müştəri qismində günəbaxan tumu və bir neçə ədəd spirtli içki ilə əvvəllər iş yoldaşı kimi tanıdığı Xəyyamın xidmət etdiyi kassaya yaxınlaşmışdır. Vüsal həmin məhsullarını ödəniş siteminə vurmuş və o kart vasitəsilə ödəniş etmişdir. 04 yanvar 2023-cü il tarixdə Xəyyama zəng edərək "Beluqa" adlı spirtli içkinin sistemə vurulmadığını, belə ki, onun plastik kartından həmin arağın pulunun çıxılmadığını bildirmişdir. Xəyyam ona həmin məhsulu mağazaya geri gətirərək qaytarmasını tələb etmiş və o həmin tarixdə araq məhsulunu geri gətirərək mağazaya təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 13 yanvar 2023cü il tarixdə Zərərçəkmiş şəxs mazağasında işdə olan zaman anbardar Nümayəndə onu çağıraraq mağazadan spirtli içki oğurluğunda şübhəli olan Taleh və Mehman adlı şəxslərin sorğusunda iştirak etməsini xahiş etmişdir. Həmin günü Meqastore mağaxasında işləyən Zamiq, Məftun, Cahandar, Mehman və Taleh adlı şəxslər fialial müdiri Şövqinin otağına yığışmışlar. Mehman və Telehdən həmin vaxtı mağazadan spirtli içkilərin oğurlandığını və onlardan oğurluq barədə məlumatının olduğu soruşulduqda, Mehman kənar heç kimin deyil, özünün oğurluq etdiyini etiraf etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X10 şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilən və içərisində Zərərçəkmiş şəxs mağazasından oğurluq edən işçilərin videogörüntülərini özündə əsk etdirən video diskə baxış keçirilmiş və həmin görüntülərdə Təqsirləndirilən şəxs3 içərisində spirtli içkilərin olduğu qutuları ehtiyyatlı şəkildə götürdüyü, Təqsirləndirilən şəxs2 ona göstəriş verdiyi, Təqsirləndirilən şəxs3 mağazanın anbarından ehtiyatla götürdüyü qutuları eyni qaydada boş qutuların saxlanıldığı anbara apardığı, Təqsirləndirilən şəxs2 də içərisində spirtli içki olan qutu ilə həmin anbara daxil olduğu, Vüsal Manafov anbarın qarşısında təmizlik işləri gördüyü Təqsirləndirilən şəxs3 məxsus ağ rəngli “Vaz 21015” markalı avtomobilin anbarın qarşısına yaxınlaşdığı, Təqsirləndirilən şəxs3 avtomobili saxladıqdan sonra anbara daxil olması və içəridən iki ədəd dolu qutunu ehtiyyatlı şəkildə götürdükdən sonra avtomobilə tərəf getməsi, onun arxası ilə Vüsal Manafovun da əlində qutu ilə avtomobilə tərəf hərəkət etdiyi, Təqsirləndirilən şəxs3 əlində iki qutu ilə çölə çıxsa da, zibilliyə doğru gedərkən əlində bir ədəd qutu ilə getdiyi, Vüsal Manafov isə əlində qutu ilə anbardan çıxsa da, zibilliyə doğru hərəkət etmədiyi aşkr olunmuşdur. Digər video yazıda isə mağazanın daxilində yəni satış sahəsində Vüsal Manafovun qara paltarda əlində səbət ilə vitrinə doğru yaxınlaşması Vüsal Manafovun “Elit içkilər” adlandırılan içki vitrininə doğru getməsi, Vüsal Manafovun səbətə spirtli içki qoyması digər vitrinə yaxınlaşıb yuxarı hissədən qara rəngli bağlı qutuda spirtli içkini götürməsi, Vüsal Manafov qutuya baxdıqdan sonra qutunun içərisindən spirtli içkini götürüb səbətə qoyub boş qutunu vitrinə yerləşdirməsi, aşağı vitrindən digər spirtli içkini götürüb səbətə qoyması, Vüsal Manafovun kassaya yaxınlaşdıqda isə Təqsirləndirilən şəxs1 görüntüdə günəbaxan tumları və bir ədəd kiçik ölçülü spirtli içkini kassaya ödəniş üçün daxil etsə də, digər spirtli içkiləri ödəniş sisteminə daxil etməməsi aşkar olunmuşdur. Qeyd olunan hadisənin baş verdiyi tarixdə əldə edilmiş ödəniş çekində isə ümumilikdə 05 ədəd günəbaxan tumu və 01 ədəd Azəri adlı 250 ml həcmində konyakın sistemə daxil edildiyi və oğurlanan “X19 Set-Stakan” markalı spirtli içki araq, “Tradici Alaverdi” markalı spirtli içki çaxır və “Zolotoy Kolço” markalı spirtli içki arağı sistemə daxil edilmədiyi görünür. İşçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətlə bağlı araşdırma çərçivəsində Təqsirləndirilən şəxs3 izahatından göründüyü kimi, o mağazada fəhlə işləyən Vüsal Manafovun 3 ədəd “Banketnaya” arağını depodan kassaya vurmadan anbardan çıxardığını və onun maşınına qoyaraq apardıqlarını etiraf etmişdir. İşçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətlə bağlı araşdırma çərçivəsində X4 verdiyi izahatından göründüyü kimi, o bəzi məhsulların kassaya vurulmadan mağazadan çıxarılması ilə bağlı Təqsirləndirilən şəxs1 ilə razılığa gəldiklərini, “Beluqa” arağını qutusundan çıxarıb səbətinə qoyduğunu, qutunu isə bilinməməsi üçün vitrinə boş qoyduğunu, kassada Xəyyamın köməkliyi ilə arağı kassaya vurulmadan çıxarıb apardığını etiraf etmişdir. İşçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətlə bağlı araşdırma çərçivəsində Təqsirləndirilən şəxs2 verdiyi izahatından göründüyü kimi, o X1 vurulmadan mağazanın deposundan 3 ədəd arağı çıxararaq Mehmanın maşınına qoyub apardıqlarını təsdiq etmişdir. İşçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətlə bağlı araşdırma çərçivəsində X4 verdiyi izahatından göründüyü kimi, kassaya vurulmadan mağazanın deposundan 3 ədəd arağı çıxararaq Mehmanın maşınına qoyub apardığını etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxslə "xxxx" MMC-nə məxsus əmlakı gizli talamaqla Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs kimi xeyli miqdarda ziyan vurmaqla təkrarən "xxxx" MMC-nə məxsus əmlakı gizli talamaqla Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.4cü maddələrilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların qeyd edilən cinayət əməllərini törətmələri zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, görüntünü əks etdirən video material, işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətlə bağlı araşdırma çərçivəsində alınmış izahatlar və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri qeyd edilən maddələrlə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan Quba rayonu, Küpçal kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu Dağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, X5 oğlu məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixil arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2, ünvan 12 ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Quba rayon məhkəməsinin 16 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirli bilinərək qazancından 10% dövlət nəfinə tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum olunmuş və xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.1-ci və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materiallarında olan Quba rayonu, Aşağı-Atuc kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli arayış və arayışa əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3, Quba rayonu Aşağı-Atuc kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2023 -ci il təvəllüdlü X2 adlı azyaşlı övadı vardır. İş materiallarında olan zərər çəkmiş şəxs "xxxx" MMC-nin 17 iyul 2023-cü il tarixli məktubundan görünür ki, dəymiş ziyan ödənildiyindən, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onların yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, zərər çəkmiş şəxin onlara qarşı şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı övladının olmasını, cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onların cəmiyyətdən təcrid edilmədən islah olunmalarını mümkün hesab edərək, onlara ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16 may 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17 may 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17 may 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasının təyin ediləcəyi nəzərə alınmalı və barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat, Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat, Təqsirləndirilən şəxs3 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğin Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsnə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut, məhkəmə xərci və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonu, Qusar rayonu və Xaçmaz rayonu inzibati hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 05:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.4cü maddələrilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayonu, Qusar rayonu və Xaçmaz rayonu inzibati hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 05:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.4cü maddələrilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Quba rayonu, Qusar rayonu və Xaçmaz rayonu inzibati hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 05:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 5 (beş) iş saatına görə 30 (otuz) manat, Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat, Təqsirləndirilən şəxs3 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar