Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-104/2025 22.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Quba şəhəri, 29-cu məhəllə ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə əldə etdiyi ümumi xalis çəkisi 2,552 qram narkotik vasitə qurudulmuş marixuananın 1,165 qramını 04 aprel 2025-ci il tarixdə, saat 18 radələrində Quba şəhəri, Azərbaycan küçəsində Şahid1 50 (əlli) manata satmış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş qanuni tədbirlər nəticəsində onlar alqı-satqı etdikdən dərhal sonra, yəni 04 aprel 2025-ci il tarixdə, saat 18 radələrində Quba şəhəri, Azərbaycan küçəsində saxlanılmış, saxlandıqları yerdə əvvəlcə Şahid1 üzərində şəxsi axtarış aparılarkən 5 ədəd kağız bükümdə 0,224, 0,225, 0,273, 0,245 və 0,198 qram olmaqla ümumi xalis çəkisi 1,165 qram, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən 6 ədəd kağız bükümdə 0,192, 0,177, 0,216, 0,193, 0,145, 0,189 qram olmaqla 1,112 qram və 1 ədəd siqaretin içərisində 0,275 qram olmaqla ümumi xalis çəkisi 1,387 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışında verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba şəhəri, 29-cu Məhəllə ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda işsizdir. Yol-nəqliyyat hadisəsi keçirib xəsarət aldıqdan sonra narkotik vasitələr istifadə edir. 2025-ci ilin aprel ayının əvvəllərində Bakı şəhərində olarkən öz istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana almışdır. 04 aprel 2025ci il tarixdə saat 18 radələrində əvvəllər bir yerdə işlədiyi Şahid1 ona zəng edərək ondan narkotik vasitə istəmişdir. Telefon danışığı zamanı o, özündə narkotik vasitə olmasını Fuada bildirdikdə, Fuad ondan narkotik vasitəsi almaq istədiyini bildirmişdir. Həmin ərəfədə toya getmək üçün pulu olmadığından o, Fuadın təklifi ilə razılaşaraq ona narkotik vasitə satmaq qərarına gəlmişdir. Həmin vaxt o, beş büküm narkotik vasitənini 50 manata sata biləcəyini Fuada bildirdikdə, sonuncu razılaşmışdır. Bundan sonra Fuad 30 manat pulu onun 4098 5844 6342 0099 hesab nömrəli Leobank kart hesabına göndərmişdir. 20 manatı isə narkotik vasitəni götürdükdə verəcəyini bildirmişdir. Bir müddət sonra onlar, Quba şəhərində, Nügədi kəndi istiqamətinə gedən yolda, Türk Litseyinin yaxınlığında, sonradan adını bildiyi Azərbaycan küçəsində görüşmüşlər. Fuad ona 50 manatı verərək xırda pulu olmadığını, qarşılığında ona 30 manatı qaytarmağını xahiş etmişdir. O, isə 5 ədəd bükümlərə ayırdığı narkotik vasitəni ona vermişdir. Bu vaxt onlar polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını görüb qaçmaq istəsələrdə qaça bilməmişlər. Polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onlarla söhbət etməyə başlamışlar. Həmin vaxt o, səmimmi olaraq bir qədər əvvəl Fuada 50 mananat müqabilində beş büküm narkotik vasitə qurudulmuş marixuana satdığını etiraf etmişdir. Bundan sonra. polis əməkdaşları onların üzərlərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-nə məlumat verərək saxlandıqları həmin yerə əməliyyat qrupunu dəvət etmişlər. Əməliyyat qrupunun üzvləri saxlandıqları yerə gəldikdən sonra, onlara hüquqularını müdafiə etmək üçün vəkil təqdim edilmişdir. Sonra vəkilin iştirakı ilə videokəçilişdən istifadə edilməklə saxlanıldığı həmin yerdə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazadan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunan nə varsa hamısını təqdim etsin. O, həmin vaxt əynində olan qəhvəyi rəngli gödəkcənin sol cibində 06 büküm narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Bükümə baxılarkən yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə-marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Bundan əlavə o, üzərində olan bir ədəd siqaretə doldurulmuş narkotik vasitəsinin də çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar edilərək götürülmüş bükümlər elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra, üzərinə şəxsi axtarışın aparılması barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün imza edərək doğruluğunu təsdiq etmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, həmin vaxt polis əməkdaşları tərəfindən Şahid1da üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Fuadən üzərindən satdığı beş büküm narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Narkotik vasitəni təsadüfən tanış olduğu Nurlan adlı şəxsdən Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində almışdır. Nurlanın əvvəllər tanımamış, soyadını bilmir. Həmçinin başqa heç bir şəxsə narkotik vasitə satmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu və xəstə olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 оğlu ifаdəsində göstərmişdir ki, 04 aprel 2025-ci il tarixdə, saat 18 radələrində o, Quba RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2, Quba RPŞ-nin İTB-nin sahə nəfəri Şahid4 və şöbənin baş inspektor-krminalisti X6 ilə birlikdə xidmətdə olarkən Quba şəhəri, Azərbaycan küçəsində iki nəfər şəxsin yol kənarında dayandığını görmüşlər. Həmin şəxslər onları gördükdə özlərini şübhəli apararaq qaçmaq istəsələrdə qaça bilməmişlər. Həmin şəxslər saxlandıqdan sonra özlərini təqdim edib onlarla profilaktiki söhbət etmək qərarına gəlmişlər. Məlum olmuşdur ki, onlar Quba rayon sakinləri Təqsirləndirilən şəxs və Şahid1dur. Onlarla aparılan söhbət zamanı Şahid1 üzərlərində narkotik vasitə olmasını bildirərək həmin narkotik vasitəni bir qədər əvvəl Təqsirləndirilən şəxs 50 manat müqabilində aldığını etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək həmin narkotik vasitənin bir qismini bir qədər əvvəl Şahid1 satdığını etiraf etmişdir. Bundan sonra onlar müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü dərhal həmin yerə şöbədən əməliyyat qrupunu dəvət etmişlər. Əməliyyat qrupu gələnə kimi onlar Təqsirləndirilən şəxs və Elşən İskəndərovun hərəkətlərini daimi nəzarətdə saxlamışdır ki, əgər üzərlərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, onları üzərlərindən kənarlaşdıra bilməsinlər. Əməliyyat qrupu hadisə yerinə gəldikdən sonra, qrupun üzvü X2 Şahid1 və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqlarını elan edərək təqdim edilmiş vəkillərin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlandıqları həmin yerdə üzərlərinə şəxsi axtarış aparılacağını izah etmişdir. Şahid1 və Təqsirləndirilən şəxs şəxsi axtarışın aparılmasına etiraz etməmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı ilk növbədə Şahid1 üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. Şahid1 könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sol yan cibində olan içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxış keçirilərkən onun içərisində ümumilikdə 05 ədəd ayrı-ayrı kağızlara bükülmüş içərilərində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdən sonra bir ədəd ağ kağız zərfə qoyulub qablaşdırılmışdır. X2 Şahid1 üzərindən aşkar edilən narkotik vasitələri haradan əldə etdiyi barədə soruşduqda o, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs 50 manat qarşılığında almasını bildirmişdir. Şahid1 üzərində şəxsi axtarış davam etdirilərkən onun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heçnə aşkar edilməmişdir. Daha sonra X2 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibində olan içərisində narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə olan 06 ədəd kağız bükümləri və 01 ədəd siqaret qutusunda olan içərisinə narkotik vasitə doldurulmuş marixuana olan siqareti çıxarıb təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra bir ədəd ağ kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. O, da daxil olmaqla bütün iştirakçılar maddi sübut kimi götürülmüş bükümlərin olduğu zərflərin üzərinə imzalayaraq qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunla dövriyyəsi qadağan edilmiş heçnə aşkar edilməmişdir. Şəxsi axtarıç başa çatandan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 iş üzrə şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişdir İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsindən görünür ki o, ailəsi ilə birlikdə Quba rayonunun İqriq kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Xeyli vaxtdır ki, narkotik maddə istifadə edir. 04 aprel 2025-ci il tarixdə, günoradan sonra, əvvəllər bir yerlə işlədiyi, tanışı Təqsirləndirilən şəxs adlı şəxsə zəng edərək ona narkotik maddə lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona narkotik maddə etmədən təşkil edə biləcəyini bildirmişdir. Həzrətlən alacağı 5 büküm narkotik vasitənin müqabilində ona 50 manat pul ödəyəcəyi barədə razılıq əldə etdikdən sonra o, həmin gün Quba şəhərində yerləşən bazarın içərisindəki “Oba” marketdəki terminaldan 30 manat pulu Həzrətin ona verdiyi bank hesabına göndərmişdir. Aralarında olan razılığa əsasən pulun qalan 20 manat hissəsni narkotik vasitəni Həzrətdən götürəndə verəcəkdir. Həmin gün saat 18 radələrində onlar Quba şəhərindən Nügədi kəndi istiqamətinə gedən yolda, sonradan adını bildiyi Azərbaycan küçəsində görüşmüşlər. Görüş zamanı o, Həzrətə bütov 50 manatlıq əskinazı vermişdir ki, 20 manatı çıxsın və onun 30 manatını qaytarsın. Həzrətdə ona öz növbəsində kağıza bükülmüş 5 ədəd bükümdə olan narkotik vasitəni təqdim etmişdir. Bu vaxt polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını görüb qaçmaq istəsələrdə qaça bilməmişlər. Polis əməkdaşları onları saxladıqdan sonra özlərini təqdim edərək onlarla söhbət etməyə başlamışlar. Söhbət zamanı polis əməkdaşları onlara narkotik vasitələrdən istifadə edibetmədiklərini soruşduqda ilk növbədə o, daha sonra isə Təqsirləndirilən şəxs üzərlərində narkotik vasitə olmasını bildirərək həmin vaxt ona narkotik vasitə satdığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onların üzərlərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-nə məlumat verərək həmin yerə əməliyyat qrupunu dəvət etmişlər. Saxlandıqları yerə çağrılan polis əməkdaşları gəldikdən sonra onlar şübhəli şəxs qismində tutulmuşlar. Sonra vəkilin iştirakı ilə videokəçilişdən istifadə edilməklə saxlanıldığı həmin yerdə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış apanlmazadan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunan nə varsa hamısını təqdim etsin. Həmin vaxt o, Həzrətəlidən alıb əynində olan qara rəngli gödəkcənin sol cibində saxladığı narkotik vasitəni çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi kağızı açdıqda kağızın içərisindən beş ədəd 5 ədəd büküm aşkar edilmişdir. Bükümlərə baxış keçirilən zaman oradan yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Narkotik vasitəyə bənzər kütlə elektron tərəzi ilə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra, üzərində şəxsi axtarışın aparılması ilə bağlı protokol tərtib edilmiş, protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün imza edərək doğruluğunu təsdiq etmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən DVD diskdə baxış keçirilərkən müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən 06 ədəd kağız bükümləri və 01 ədəd siqaret qutusunda olan içərisinə narkotik vasitə doldurulmuş marixuana olan siqareti çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs çəkiliş zamanı xx.xx.2025-ci il tarixdə beş büküm narkotik vasitə olan qurudulmuş marixuananı Şahid1 50 manata satdığını etiraf etmişdir. Məhkəmədə tədqiq olunan Quba RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Şahid2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixl raportdan görünür ki, həmin gün saat 18:00 radələrində Quba RPŞ-nin İTB-nin sahə polis nəfərləri polis serjantları Şahid3 və Şahid4 ilə Quba inzibati ərazidə xidmətdə olan zaman narkotik vasitələr istifadə edən şəxs kimi tanıdığı Quba rayonu İqriq kənd sakini Şahid1 yolun kənarında bir şəxslə dayanıb söhbət etdiyini görmüşlər. Həmin şəxslər onları görüb qaçmaq istəmişdir. Onları saxlayıb qaçmalarının səbəbini soruşduqda üstlərində narkotik vasitə olduğunu, ona görə qaçmaq istədiklərini bildirmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə satdığı məlum olmuşdur. Bununla bağlı Quba RPŞ-nin NH-nə zəng vuraraq əməliyyat istintaq qrupunu çağıraraq, hər ikisini onlara təhvil vermişlər. İş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı təhqiqi edilmiş məhkəmə fizikikimyəvi eskpertizasının 05 aprel 2025-ci il tarixli, 16/163 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr...” sözlər və imzalar olan 01 (bir) ədəd kağız paketdəki 01 (bir) ədəd ağ rəngli, 02 (iki) ədəd gümüşü rəngli və 03 (üç) ədəd qızılı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda 0,192 qram, 0,177 qram, 0,216 qram, 0,193 qram, 0,145 qram, 0,189 qram ümumi təmiz çəkisi 1,112 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 01 ədəd siqaretin içərisində tütün hissəcikləri və təmiz çəkisi 0,275 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə fizikikimyəvi eskpertizasının 05 aprel 2025-ci il tarixli, 16/164 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmş, üzərində “Quba rayonu İqriq kənd sakini Şahid1 üzərindən aşkar olunmuş kütlələr...” sözlər və imzalar olan 01 (bir) ədəd kağız paketdəki 02 (iki) ədəd gümüşü rəngli və 03 (üç) ədəd qızılı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda 0,224 qram, 0,225 qram, 0,273 qram, 0,245 qram, 0,198 qram ümumi təmiz çəkisi 1,165 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. tədqiqata təqdim edilmş, üzərində “Quba rayonu İqriq kənd sakini Şahid1 üzərindən aşkar olunmuş kütlələr...” sözlər və imzalar olan 01 (bir) ədəd kağız paketdəki marixuanalar ilə üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr...” sözlər və imzalar olan 01 (bir) ədəd kağız paketdəki marixuanalar tərkiblərinə görə eynidirlər. İş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı təhqiqi edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3235 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixdən Quba rayon Mərkəzi Xəstəxanasında (F12x1) diaqnozu ilə profilaktik qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Milli Ön “Elektron ödəmə sistemi terminalından” çıxarışdan görünür ki, 04 aprel 2025-ci il tarixdə saat 17:21-də Quba şəhəri 22-ci məhəllədə yerləşən Oba marketdəki ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan və son rəqəmləri 63420099 olan plastik karta 30 manat məbləğində pul köçürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndində CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 741 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, 29-cu məhəllədə qeydiyyatdadır və həmin ünvanda yaşayır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 741 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsi tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Kəllə əsasının sınığı, baş beyinin əzilməsi, İ-İİ dərəcə, sağ xarici qulaq keçəcəyinin cırılmış yarası diaqnozu ilə Quba rayon MŞX-da müalicə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik C.M.Abdullayev adına Kordiologiya İnstitutu tərəfindən verilmiş Səhhətin müayinə edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs Revmatizm qeyri fəal faza miokardit əlamətləri, Mitral qapaqların prolapsi, Ürək ritminin pozulması, Ekstrosisitalik aritmiya diaqnozu qoyulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığını, narkomaniya xəstəliyindən əzab çəkmədiyi üçün narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını və xx.xx.2023-cü il tarixdən Quba rayon Mərkəzi Xəstəxanasında (F12x1) diaqnozu ilə profilaktik qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan və hazırda Quba RPŞ-nin maddi sübutların saxlanılma hissəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,992 qram və 0,255 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 126 (yüz iyirmi altı manat) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Quba rayon Mərkəzi Xəstəxanasında (F12x1) diaqnozu ilə profilaktik qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs, 126 (yüz iyirmi altı manat) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,992 qram və 0,255 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №1(027)-104/2025
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-104/2025
22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver