Məhkəmə qərarları › İş №1(027)-105/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-105/2020

14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-105/2020 14.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X3 iştirakı ilə, xx.xx.1986-cı ildə Quba rayonu, Barlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Quba rayonu, Barlı kəndində qeydiyyatda olan, barəsind başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 150 manat, cəmi 300 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Tarverdiyeva (Qaraxanova) Səidə Zöhrətovnanın xeyrinə ödənilməsinə dair Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(011)-1484/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, həbs edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx.xx.2020-cu il tarixədək 8550,00 manat məbləğində aliment borcunu şəxsi maraq niyyətilə ödəməmiş, tələbkar Tarverdiyeva (Qaraxanova) Səidə Zöhrətovnaya maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsiləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2017-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 150 manat, cəmi 300 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Tarverdiyeva (Qaraxanova) Səidə Zöhrətovnanın xeyrinə ödənilməsinə dair Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(011)-1484/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə olunmuşdur. Fərdi əməklə məşğul olmaqla aylıq qazancının 400,00-450,00 manat olması ilə əlaqədar qətnamədən göstərilən məbləği Səidə Zöhrətovnaya ödəyə bilməmişdir. Dəfələrlə Quba rayon icra şöbəsinə çağrılıb icra məmuru tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq qətnamədə təyin olunmuş 300 manat məbləğində pulu Səidə Zöhrətovnaya ödəməmişdir. İcra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Həbs edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq 8550,00 manat məbləğində aliment borcundan 3000 manatı tələbkara ödəmişdir.Hazırda 5550 manat aliment borcu vardır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs aliment borcunu işləməməsi ilə əlaqədar ödəmədiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Tarıverdiyeva (Qaraxanova) Səidə Zöhrətovna ifadəsində göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 150 manat, cəmi 300 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(011)-1484/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası yaşayı yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə olunmuşdur. İcra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs dəfələrlə icra şöbəsinə dəvət olunaraq alimentin ödənilməsi tələb olunsada Təqsirləndirilən şəxs ona hər hansı bir məbləğdə aliment pulu ödəməmişdir. Alimenti ödəməməsi ilə əlaqədar Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonrada o, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində cinayət işi başlanılmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs həmin vaxtda ödənilməmiş qalan 8550,00 manat məbləğində aliment borcunundan 3000,00 manat hissəsini ödəmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona 5550,00 manat alimet borcu vardır. İfadəsinin sonunda Tarverdiyeva (Qaraxanova) Səidə Zöhrətovna təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2ifadəsində göstərmişdir ki, Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən Quba rayonu, Barlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 150 manat, cəmi 300 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Tarverdiyeva (Qaraxanova) Səidə Zöhrətovnanın xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi Quba rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra, icra sənədinin icrasını təmin etmək məqsədi ilə “ İcra haqqında ” AR qanunun 8-ci maddəsinin tələbinə uyğun olaraq alimentin ödənilməsi barədə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş borclu Təqsirləndirilən şəxs verilmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması üçün müvafiq dövlət qurumlarına sorğular edilmiş, lakin onun adına heç bir qiymətli əmlak və gəlir aşkar edilməmişdir. İcra işi ilə əlaqədar borclu Quba Rayon İcra və Probasiya şöbəsinə dəvət olunaraq ona icra ilə əlaqədar hüquq və vəzifələri izah olunmuş, eləcə də icradan qərəzli olaraq boyun qaçıracağı halda cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimat veriləcəyi barədə məlumat verilmişdir. xx xxxxxx 2020-ci il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək Quba Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmidir. İnzibati tənbehdən sonra, borclu Təqsirləndirilən şəxs barəsində olan icra sənədini icra etmədiyi üçün Azərbaycan Respublikasının CM-nin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat veriləcəyi bildirilmiş, lakin o, icra sənədini icra etməmiş və icra sənədinin icrasından qəsdən boyun qaçırmışdır. Göstərilən icra vərəqəsi üzrə borclunun tələbkara 8550,00 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid X1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs oğlu Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba RİHB-nın Zərdabi Qəsəbə İƏD-si Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Barlı qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən iyirmi gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar