Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-105/2021 15.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə, saat təxminən 21:30 radələrində, Quba rayon 2-ci Nügədi kəndində, Zərərçəkmiş şəxs yaşadığı evin həyətində, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən yumruq zərbələri vurmaqla döyərək, ona alnında orta iki yerdə, sağ və sol gözün ağlı qişasına qansızma, hərəsində bir yerdə əzilmiş-cırılmış yaralar, hər iki göz orbiti ətrafında qançır-hematoma, hər iki gözün ağlı qişasına qansızma, hər iki dirsəkdə sıyrılmış yaralar ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, qeyd olunmuş ünvanda anası X6, arvadı X2, 8 və 6 yaşında olan iki övladı ilə birlikdə yaşayır və fəhləçiliklə məşğuldur. Ondan şikayət edən Zərərçəkmiş şəxs qonşuluqda, 3 ev aralıda yaşayır, münasibətləri də yaxşı olmuşdur. 31 may 2021ci il tarixdə, saat 19 radələrində, işdən evə təzə gəlmişdir ki, Rəşad onun mobil telefonuna zəng vurub yola çağırmışdır. Yola çıxıb Rəşadı evlərinin qarşısında görərək oraya getmişdir və soruşmuşdur ki, nə olub. Demişdir ki, imkandırsa, araq al, bizim həyətdə içək, başım partlayır, halsızam. O, da demişdir ki, 5 manat pulum var və gedib dükandan 5 manata bir şüşə 0,5 litrlik araq alıb gəlmişdir Rəşadgilə. Rəşadla həyətdə oturmuşlar və ikisinə həmin arağı yavaş-yavaş içməyə başlamışlar. Sonra Rəşad özü dükana gedib 0,5 litrlik bir araq alıb gətirmişdir, o, da evinə gedib çörək və xiyar-pomidor gətirmişdir və araq içə-içə söhbətlərini davam etdirmişlər. Söhbət zamanı Rəşad yanında ayrılıb gedən arvadına zəng vurub danışaraq evə çağırmışdır. O, da içkili olduğundan Rəşada demişdir ki, sən arvadını söyüb evdən lüt qovmusan, indi niyə çağırırsan ki, Rəşad da onunla acıqlı danışıb demişdir ki, sənə kim deyib. O, da demişdir ki, qonşu Şəhla küçədə qonşu arvadlarla danışanda onun arvadı Aybəniz çəpərdən eşitmişdir. Rəşad isə belə bir şey olmayıb deyərək ona ağır söyüşlər deməyə başlamışdır. O, da Rəşadın söyüşlərini özünə qaytaranda Rəşad onun sifətinə bir yumruq zərbəsi vurmuşdur və sonra da əlləri ilə sifətindən tutaraq onu yerə yıxmışdır. Rəşadın əlindən çıxaraq yerdən ayağa qalxıb onun sifətinə iki yumruq zərbəsi vurmuşdur və Rəşad yerə yıxılmışdır. Bundan sonra o, evinə gəlmişdir. Hadisə belə olmuşdur. Rəşadı daşla vurmamışdır, onu yumruqlarla üz nahiyyəsindən vurmuşdur. Rəşadla dalaşanda hava qaranlıq, saat 21-21:30 radələri olardı. Rəşadın yaşadığı evin həyətində dalaşmışlar, ikisi olmuşlar və ikisi də dalaşıb ayrılmışlar. Başqa heç kəs olmamışdır. Mübahisə 10 dəqiqə davam etmişdir.. İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan işə xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs Quba RPŞ-ndə aparılan araşdırma zamanı göstərmişdir ki, qeyd olunmuş ünvanda tək yaşayır. Aralarında olan münaqişə səbəbindən arvadı X3 7 yaşında olan qızı ilə birlikdə il yarımdır ki, Quba rayonunun Aşağı-Atuc kəndində, atası evində yaşayır. 31 may 2021ci il tarixdə, axşamçağı öz həyətində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə araq içib adi söhbətlər edirmişlər. Bir 0,5 litrlik araq Qoşqar almışdır, onu içib qurtardıqdan sonra birini də özü almışdır. Saat 21:30 radələri idi, söhbət zamanı Qoşqar demişdir ki, sən arvadını döyüb çılpaq çəkildə küçəyə çıxararaq qovmusan, arvadın da qonşu Şəhlanın evinə qaçıb, Şəhlanın oğlu Qurbanın da yazığı gəlib, arvadının üstünə ədyal atıb. Qoşqardan soruşmuşdur ki, bunu sənə kim deyib. Qoşqar demişdir ki, Şəhla küçədə arvadlara söhbət edəndə arvadım Aybəniz eşidib. Bu sözdən əsəbləşib demişdir ki, səhər işıq açılanda arvadını aparıb Şəhla ilə üzləşdirərik görək, belə bir söhbət olubmu. Bu zəmində aralarında söz mübahisəsi yaranmışdır və qarşılıqlı şəkildə birbirlərini yumruqlarla vurub tutaşaraq yerə yıxılmışlar, Qoşqar onun üzərinə yıxılmışdır və başına zərbələr vurmağa başlamışdır. Bir güclə onun altından çıxaraq ev tərəfə qaçmışdır, Qoşqar da həyətdən çıxıb getmişdir. Səhəri gün özünə gələndə görmüşdür ki, gözləri şişib. İki gün şikayət etmək istəmirdi, amma görmüşdür ki, Qoşqar onunla maraqlanmır, buna görə də 02 iyun 2021-ci il tarixdə 102-yə zəng vurub polis çağırmışdır. Təqsirləndirilən şəxs onu öz yaşadığı evin həyətində döymüşdür. Həmin vaxt ətrafda heç kəs olmamışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi işə nəticə verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 03.06.2021-ci il tarixli, 459 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, onun bədəni üzərində aşkar olunmuş alnında ortada iki yerdə, sağ və sol gözün ağlı qişasına qansızma, hərəsində bir yerdə əzilmiş-cırılmış yaralar, hər iki göz orbiti ətrafında qançır-hematoma, hər iki gözün ağlı qişasına qansızma, hər iki dirsəkdə sıyrılmış yaralar küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddəti 31.05.2021-ci il tarixə uyğun gəlir, hər iki dirsəkdə olan sıyrılmış yaralar istər ayrı-ayrılıqda, istərsə də birlikdə sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə, qalan xəsarətlər, yəni baş və üz nahiyyəsində aşkar olunan xəsarətlər-alnında ortada iki yerdə, sağ və sol gözün altında hərəsində bir yerdə əzilmiş-cırılmış yaralar, hər iki göz orbiti ətrafında qançır- hematoma, hər iki gözün ağlı qişasına qansızma, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qüvvədə olan məhkumluğu yoxdur. İşdə olan Quba MRX-nın 10.06.2021 -ci il tarixli, 906 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba MRX-nın X1 psixatrik kabinetində qeydiyyatda yoxdurlar. İşdə olan Quba rayon RİHB-nin 2-ci Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon 2-ci Nügədi kəndində yaşayır, himayəsində iki azyaşlı övladı var və yaşayış yerində müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq ekspert rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-105/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-105/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver