Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-105/2025 04.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2002-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olamayan, Quba rayonu, Dəlləkli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 09 mart 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Quba- Xaçmaz yolunun Quba rayonu. Barlı kəndi ərazisindən keçən hissəsində, yolun kənarında Xaçmaz şəhəri, İ.Fərzəliyev küçəsi ev 55-də yaşayan Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı sonuncunun onlara məxsus yük çantasını avtomobilinin arxa yük yerindən götürərək yerə atmasından hiddətlənərək yumruq zərbəsi ilə baş nahiyyəsindən vuraraq Zərərçəkmiş şəxs “başın təpə nahiyyəsinin əzilmiş-çapılmış yarası və sağ gözün ağlı qişasının zəif qansızması” ndan ibarət xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Quba rayonu, Dəlləkli kəndində qeydiyyatda olmaqla yaşamış, fərdi əməklə məşğul olmuşdur. 25.10. 2024-cü il tarixdə axşam saat 15 radələrində Xaçmaz rayonundan Quba şəhərinə gəlmək üçün anası, bacısı və bacısının üç uşağı ilə birlikdə yola çıxmışdır. Xaçmaz şəhərində “dairə” adlanan ərazidən Qubaya gedən taksilərin biri ilə gediş haqqı kimi 5 manat qarşılığında razılaşaraq anası və bacısı ilə birlikdə həmin sürücünün “Kia” markalı avtomobilinə əyləşmişdir. Sürücünün pulunu əvvəlcədən ona vermişdir. Xaçmaz rayonu, Arzu kəndi ərazisindən keçərkən qabağda oturmuş kişi yolda maşından düşmüş və bir qədər irəlidə Quba rayonu, Barlı kəndində isə bir nəfər qadın əl edib maşını saxladaraq qabaq yerdə əyləşmişdir. Barlı kəndi ilə hərəkətləri zamanı görmüşdür ki, sürücü qabaqda əyləşən qadın ilə etikadan kənar tərzdə söhbətlər etmişdir. O, bu zaman anası və bacısı onların yanında olduğu üçün bu sözlərin onların yanında danışılmasının hörmətsizlik olduğunu düşünmüş və bu barədə sürücüyə irad bildirərək danışığına fikir verməsini tələb etmişdir. Bundan sonra sürücü “əgər sözlərim sənə xoş deyilsə, maşından düş”deyə ona bildirmişdir. Bunu deyərək sürücü maşını saxlamış və yerə düşərək onlara məxsus maşının yük yerinə qoyduqları bir ədəd çantanı alaraq kənara tullamışdır. O, bunu gördükdən sonra əsəbiləşərək maşından düşmüş, lakin sürücünün bu hərəkətini ciddi qəbul etməmişdir. O, sürücünün onunla zarafat etmək istədiyini düşünmüşdür. Lakin sürücüyə yaxınlaşaraq bu hərəkətinin səbəbini sorşduqda sürücü ona cavab verməyərək əl ilə sinə nahiyyəsindən itələmişdir. O, sürücünün bu hərəkətindən çox əsəbiləşmiş və onun çənə nahiyyəsindən yumruqla bir dəfə zərbə endirmişdir. Həmin şəxs zərbənin təsirindən arxaya doğru getmiş, lakin yerə yıxılmamışdır. O, bundan sonra isə bacısı və anasını maşından düşürtmüşdür. Onlar başqa bir maşın ilə yollarına davam etmək üçün yolun kənarına doğru getmişlər. Bundan sonra isə verdiyi yol pulunu geri istəmək məqsədilə onun yanına gedərkən sürücü avtomobilini yerindən tərpədərək yüksək sürətlə uzaqlaşmışdır Bundan sonra isə onlar yol maşınlarının biri ilə Quba şəhərinə gəlmişlər. O, mübahisə zamanı Xaçmaz şəhərindən, Quba şəhərinə avtomobil ilə gəldiyi taksi sürücüsü Zərərçəkmiş şəxs avtomobilinə heç bir zərər vurmamışdır. Hadisə konkret olaraq xx.xx.2025- ci il tarixdə axşam saat 15 radələrində Quba rayonu, Barlı kəndində yolun kənarında başlamış, başladığı yerdə də bitmiş, təxminən 5 dəqiqə davam etmişdir.O, mübahisə zamanı Zərərçəkmiş şəxs ünvanına heç bir nalayiq söyüş söyməmişdir. Sürücü də onu söyməmişdir. Sadəcə olaraq onu əl ilə itələmişdir. Lakin bu zaman heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı əlində heç bir dəmir alət olmamışdır. O, zərbəni yumruq ilə endirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Xaçmaz şəhərində “dairə” adlanan ərazidə özünə məxsus **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dayanmış, həmin vaxtı Quba şəhərinə getdiyi və avtomobili boş olduğu üçün sərnişin götürmək niyyətində olmuşdur. Bu zaman ona bir oğlan, bir orta yaşlı qadın, bir 20 yaşlarında qadın və 2 aşyaşlı uşaq ilə birlikdə yaxınlaşmışlar. Həmin şəxslər ona Qubaya getdiklərini bildirmişlər. O da bildirmişdir ki, Qubaya gedir və onları apara bilər. O, həmin şəxslərlə gediş haqqı kimi 5 manat qarşılığında razılaşmış və onlar avtomobilin arxa oturacağına əyləşmişlər. Bundan sonra isə daha bir nəfər kişi gəlmiş və qabaq oturacaqda əyləşmişdir. O, bundan sonra hərəkətə başlamış, Xaçmaz rayonu, Arzu kəndinə çatdıqda qabaqda əyləşən kişi avtomobildən düşmüşdür. Bundan bir kilometr sonra isə Quba rayonu, Barlı kəndi ərazisində bir nəfər qadın avtomobilinə qabaq oturacağa əyləşmişdir. Qadın avtomobilə əyləşdikdən sonra yenidən hərəkətə başlamış, təxminən 2 dəqiqə ərzində hərəkət etdikdən sonra Quba rayonu, Zərdabi qəsəbəsinə çatmamış arxada olan sərnişinlərlə aralarında anlaşılmazlıq yaranmağa başlamışdır. O, söhbət əsnasında onlara avtomobilini tərk etmələrini söyləmiş, bu zaman arxadan baş nahiyyəsinə bir nəfər əl zərbəsi endirmişdir. O, geri çevriləndə onu vuranın arxada oturan cavan oğlan olmasını görmüşdür. Dərhal avtomobili yolun kənarına çəkərək saxlamış və yerə düşmüşdür. Oğlan da bu zaman avtomobildən düşmüşdür. Bundan sonra o, avtomobilin yük yerindən həmin şəxslərin yükünü götürərək özlərinə vermişdir. Lakin bu zaman oğlan onun üzərinə hücum etmişdir. O, bu zaman həmin oğlanın əlində sarımtıl rənglli “beşbarmaq” olduğunu görmüşdür. Həmin oğlan həmin kül alət ilə onun baş nahyyəsindən zərbələr endirmişdir. O, zərbənin təsirindən yerə yıxılmış və həmin şəxs onu yerdə təpikləməyə başlamışdır. O, bundan sonra özünü toparlayaraq maşına minmiş, həmin şəxs isə onun gediş pulunu da verməmişdir. Bir qədər irəli getdikdən sonra qabaq oturacaqda əyləşmiş qadını düşürtmüşdür. Avtomobili ilə gedərək Quba Şəhəri Diaqnostika Mərkəzinə yaxınlaşmışdır. Onun 12 dənə dişi sınmışdır. Burada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Təxminən 3 ay müddətində müalicə almış, müalicələrinə 2000 manat məbləğində pul çıxmışdır.Hadisə konkret olaraq xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Quba rayonu. Barlı kəndində yolun kənarında başlamış, başladığı yerdə də bitmiş, təxminən 4-5 dəqiqə davam etmişdir. Mübahisə zamanı həmin şəxs onun ünvanına nalayiq söyüşlər söymüşdür. Lakin o, həmin şəxsi söyməmiş və vurmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs əməli törətmiş şəxsin dəymiş ziyanı ödədiyi təqdirdə onu bağışlayacağını bildirmişdir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində bildirmişdir ki, Quba rayonu, Dəlləkli kəndində yoldaşı, oğlu və qızı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun sayca üçüncü uşağıdır. Həzrət onlarla və ətrafdakı qohum-qonşu ilə çox mehriban yola gedir. Oğlu Həzrət orda-burda fəhləlik edərək onları dolandırır. xx.xx.2024cü il tarixdə onlar Xaçmaz rayonu, Gödəkli kəndinə qohum toyuna getmişlər. xx.xx.2024cü il tarixdə onlar saat 15 radələrində Xaçmaz rayonundan Quba şəhərinə gəlmək üçün oğlu, qızı və qızının 3 uşağı uşağı ilə birlikdə yola çıxmışlar. Xaçmaz şəhərində “dairə” adlanan əraziyə gəldikləri zaman Qubaya gedən taksilərin sürücülərindən biri onlara yaxınlaşmış, onlar həmin taksi sürücüsü ilə gediş haqqı kimi 5 manat qarşılığında razılaşaraq həmin sürücünün “Kia” markalı avtomobilinə əyləşmişlər. O, oğlu, qızı və qızının uşaqları iə birlikdə arxa oturcaqda oturmuşdur. Qabaq otucaqda isə bir yaşlı kişi əyləşmişdir. Sürücünün pulunu oğlu Həzrət əvvəlcədən ona vermişdir. Xaçmaz rayonu, Arzu kəndi ərazisindən keçərkən qabağda oturmuş kişi yolda maşından düşmüş və bir qədər irəlidə Quba rayonu, Barlı kəndində isə bir nəfər qadın əl edib maşını saxladaraq qabaq yerdə əyləşmişdir. Barlı kəndi ilə hərəkətləri zamanı görmüşlər ki. sürücü qabaqda əyləşən qadın ilə etikadan kənar tərzdə söhbətlər edir. Oğlu Həzrət bu zaman o və qızı yanında olduqları üçün bu sözlərin onların yanında danışılmasını hörmətsizlik kimi qəbul edərək bu barədə sürücüyə irad bildirmiş və danışığına fikir verməsini tələb etmişdir. Bundan sonra sürücü "əgər sözlərim xoş deyilsə, maşından düşün” deyə onlara bildirmişdir. Bunu deyərək sürücü maşını saxlamış və yerə düşərək onlara məxsus, maşının yük yerinə qoyduqları 01 ədəd çantanı alaraq kənara tullamışdır. Həmçinin sürücü arxa qapını açaraq qızının qucağındakı çantanı da götürüb yerə tullamışdır. Oğlu Həzrət bunu gördükdən sonra əsəbiləşərək maşından düşmüş, Həzrət ona yaxınlaşaraq bu hərəkətinin səbəbini soruşduqda sürücü cavab verməyərək əl ilə sinə nahiyyəsindən itələmişdir. Həzrət həmin şəxsə hər hansı bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Quba rayonu, Barlı kəndində ailəsi birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə 15 radələrində Barlı kəndi ərazisində Quba şəhəri istiqamətinə gedən taksilərin birinə əyləşərək hərəkətə başlamışdır. Bir neçə dəqiqə yol getdikdən sonra sürücü və arxada əyləşmiş iki qadın, mübahisə etməyə başlamışlar. Bir qədər irəlidə sürücü maşını saxlamış və bundan sonra onlar yerə düşərək mübahisəyə davam etmişlər. Lakin o, kimin kimi vurduğunu dəqiq görə bilməmişdir. Çünki o, qorxduğu üçün onlar tərəfə baxmamış və oturduğu qabaq oturacaqda qarşıya baxan vəziyyətdə olmuşdur. Daha sonra isə onlar ayrılmış və sürücü maşınına geri qayıtmış, digərləri isə yola tərəf getmişlər. O, isə bir qədər getdikdən sonra maşından düşmüş və başqa maşınla yola davam etmək üçün yolun kənarında gözləməyə başlamışdır. O, sürücü və digər şəxsləri əvvəllər tanımamışdır. Sürücü ilə dalaşan digər oğlan onun avtomobilinə heç bir ziyan vurmamışdır. Onların heç biri mübahisə zamanı nalayiq söyüşlər söyməmişdir. Sürücü tərəfindən ona qeyri-etik hərəkətlər edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” Publik hüquqi şəxsin Qusar Rayon Şöbəsinin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 30 oktyabr 2024-cü il tarixli, 520 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - “başın təpə nahiyyəsinin əzilmiş-çapılmış yarası və sağ gözün ağlı qişasının zəif qansızması” ndan bərk əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 25 oktyabr 2024-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Quba rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Quba Rayon İcra Hakimiyyəti başçısının Vladimirovka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə Quba RİHB-nin Vladimirovka İƏD üzrə nümayəndəliyinə onun barəsində heç bir şikayət daxil olmamış, ictimai işlər cəzasına məhkum olunmuş şəxs kimi göndərilməmiş və qeydiyyata alınmamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaqla Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun etirafedici ifadəsilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə düzgün tövsif olunmuşdur və ona görə də cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—https://www.e-qanun.az/framework/46947min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Qeyd edilən Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 04 iş saaı üçün 44 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №1(027)-105/2025
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-105/2025
04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver