Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-106/2020 13.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Quba rayonu, Çaydüzü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il ay 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Quba rayonu, Çaydüzü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayının əvvəllərində saat 22 radələrində özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Quba rayonu, Çaydüzü kəndində yerləşən bir mərtəbəli evin arxa tərəfindən hasarı olmayan hissədən həyətə keçib evin qarşısındakı pəncərəni dartıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağındakı divardan asılmış vəziyyətdə olan 650 (altı yüz əlli) manat dəyərində bir ədəd yun tərkibli saplardan toxunulmuş, saçaqlı, 2,7x1,6 metr ölçülərdə olan “Ağgül” xalçanı və dəhlizdə olan bir ədəd 60 (altmış) manat dəyərində 5 litrlik samovarı, ümumilikdə Zərərçəkmiş şəxs 710 (yeddi yüz on) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq еtmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxsnın törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cümaddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsindəgöstərdi ki,son vaxtlar işsiz olduğundan və maddi vəziyyəti çox pis olduğundan zəruri ehtiyaclarını qarşılamaq üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 2020-ci ilin fevral ayının əvvəllərində axşam saat təxminən 22 radələrində yaşadığı Quba rayonu, Çaydüzü kəndində yerləşən qonşusu Zərərçəkmiş şəxs məxsus, yaşayış olmayan, evin həyətinin arxa tərəfindən, hasarı olmayan hissəsindən, həyətə daxil olmuşdur. Daha sonra pəncərəni dartıb açmış və pəncərədən evə daxil olmuşdur. Evin yataq otağına girdikdə çarpayının yanında divardan asılmış qədimi xalçanı görmüşdür. Xalçanı divardan çıxarıb çiyninə atıb gizlicə daxil olduğu üsulla, yəni pəncərədən həyətə çıxarmışdır. Xalçanı oğurluq etdiyi evdən təxminən 100 metr aralıqda yerləşən, özlərinə məxsus evə aparıb qoymuşdur. Təxminən 2 gün sonra saat 9 radələrində xalçanı evdə olan boz rəngli parça torbaya yerləşdirib, kəndin çıxacağında tanımadığı ağ rəngli nömrəsini xatırlamadığı “Vaz- 2106” markalı taksi ilə Xaçmaz şəhərinə getmişdir. Orada təsadüfən rastlaşdığı əmisi oğlu X5 Bakı şəhərinə getmək istədiyini bildirdikdə, onunla birlikdə tanımadığı qara rəngli “Mercedes-Benz” markalı avtomobillə Bakı şəhərinə getmişlər. Yol gedərkən taksi sürücüsü həmin xalçanı İçərişəhər ərazisində baha qiymətə sata biləcəyini, lakin bunun üçün mütləq şəxsiyyət vəsiqəsinə ehtiyyac olduğunu bildirmişdir. O, şəxsiyyət vəsiqəsini götürmədiyindən əmisi oğlu Abdı ona şəxsiyyət vəsiqəsi ilə xalçanı satmağa köməklik edəcəyini demişdir. Onlar birbaşa Bakı şəhərində İçərişəhər ərazisinə getmişlər. Orada olan taksi sürücülərinin məsləhət bildiyi Arif adlı şəxsə zəng edib xalçanı təklif etmişlər. Arif əvvəl xalçanın şəkilini istəmiş, daha sonra xalçaya görə 200-250 manat pul verə biləcəyini demiş, o, da razılaşmışdır. Bundan sonra əmisi oğlu Abdı xalçanı Arifə aparıb 230 manata satmışdır. Xalçanı satmağa ona köməklik etdiyi üçün həmin puldan 100 manat Abdıya vermiş, qalan pulu isə şəxsi ehtiyaclarına, siqaretə, çaya və digər zəruri ehtiyayclarına xərcləmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, törətdiyi oğurluq əməlindən heç kimin xəbəri olmamış, oğurluq etdiyi evə tək girmiş, həmçinin sözügedən xalçanın özünə məxsus oğluğunu bildirdiyi üçün əmisi oğlu Abdı Manafov xalçanı satmağa ona köməklik edən zaman həmin xalçanın oğurluq olduğunu bilməmişdir. O, Zərərçəkmiş şəxs evindən yalnız 1 ədəd xalçadan başqa hər hansı əşya oğurlamamışdır. Özünü qismən təqsirli bilməsinin səbəbi ondan irəli gəlir ki, ittihamda göstərilən samovar onun tərəfindən oğurlanmamış, o, həmin evdən yalnız bir ədəd xalça oğurlamışdır. Lakin sonradan zərərçəkmiş şəxslə barışmaq üçün atası bazardan başqa bir samovar alıb zərərçəkmişə qayratmışdır. Hazırda törətdiyi əməldən peşmandır, maddi vəziyyəti pis olduğundan bu cür addım atmışdır. Göstərdiklərini nəzərə alaraq, Təqsirləndirilən şəxs ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclaslarda iştirak etməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə göndərdiyi teleqramda səhhətilə əlaqədar olaraq üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini, ibtidai istintaqa vermiş olduğu ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın tam ödənildiyini bildirsə də, təqsirləndirilən şəxsə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, Quba rayonu, Çaydüzü kəndində yerləşən özünə məxsus bir mərtəbəli evində təxminən bir ilə yaxındır ki, yaşayış olmadığından evə nəzarət etməyi qonşuluqda yaşayan bacısı Şahid2 tapşırmışdır. Evdə yaşayış olmasa da, evin içində ona məxsus müəyyən əşyalar olmuş və sonuncu dəfə 2019-cu ilin dekabr ayında evdəki bütün əşyaların yerində olduğunu müəyyən etmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında bacısı Şahid2 onunla telefonla danışan zaman onun evinə kiminsə girdiyini və evin yataq otağındakı divardan asılmış bir ədəd “Ağgül” xalçanın və evin dəhlizindəki bir ədəd 5 litrlik odun samovarının oğurlandığını bildirmişdir. O, da bu barədə əri Şahid1 demiş, sonuncu isə Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Bir ədəd 5 litrlik odun samovarının qiyməti istifadə olunmasını nəzərə alaraq 60 manat olmuşdur. Oğurlanmış əşyalar özünə məxsus olmuş, sonradan evindən oğurluq edən Təqsirləndirilən şəxs ona bir ədəd yeni samovar alıb vermişdir. Qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində sərt cəza tətbiq edilməsini xahiş etmişdir. İş üzrə şahid X2 məhkəmədə iş üzrə Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid1 və Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclaslarda iştirak etməmişlər. Şahidlərin hər biri məhkəməyə göndərdiyi teleqramda məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqa vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, o, arvadı olan iş üzrə Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Şahid3 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, o, Bakı şəhəri, İçərişəhər ərazisində suvenir mağazası işlədir. 2020-ci ilin təxminən fevral ayının ortalarında bir nəfər tanımadığı şəxs ona zəng edərək, “Ağ-gül” xalçasının satmaq istədiyini bildirmiş, o da xalçaya baxmamış qiymət deyə bilməyəciyini demişdir. Daha sonra həmin şəxs yenidən ona zəng edərək xalçanın şəkilini “Watsapp” proqramı vasitəsi ilə ona göndərmiş, o da, xalçanın şəkilinə baxıqdan sonra həmin xalçanın qiymətinin 200-250 manat olduğunu bildirmişdir. Həmin şəxs xalça ilə birlikdə İçərişəhər ərazisində işlətdiyi suvenir mağazasına gəlmiş və o, həmin xalçanı 250 manata almışdır. Ona xalçanı satan adamın adı Abdı Manafov olmuşdur. Xalçanı alan zaman həmin şəxsin vəsiqəsinin surətini götürmüşdür. Abdı Manafov ona xalçanı satan zaman tək olmuş, sonuncu ona xalçadan başqa satmağa heç bir şey təklif etməmişdir. O, xalçanın oğurluq olduğunu bilməmiş, Abdı xalçanın əmisi oğluna məxsus olduğunu demişdir. Məhkəmə təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxsinvə şahidlərin ifadələrini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cümaddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin bir ədəd samovarın oğurlamaması ilə bağlı ifadəsində göstərdikləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilən ittihamın həmin hissəsi üzrə özünü təqsirli bilməsə də, onun tərəfindən zərərçəkmiş şəxsə məxsus bir ədəd samovarın oğurlanması faktı məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam təsdiqini tapmışdır. Digər tərəfdən iş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə samovar qaytarılmışdır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs ifadəsini həmin hissədə inandırıcı hesab etmir və onun bu cür ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə vermiş olduğu kimi qiymətləndirir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaların əzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarında qeyd olunur: “CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir”. Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi, Təqsirləndirilən şəxs gizli talama yolu ilə ələ keçirmiş olduğu əmlakın ümumi dəyəri 710 (yeddi yüz on) manat təşkil etmiş və o, həmin oğurluq cinayətini evə qanunsuz daxil olmaqla törətmişdir ki, bu da onun hərəkətlərində CM-nın 177.2.3-cü maddəsinin tərkibini yaratmış olur. Belə ki, iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1218 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd yun tərkibli saplarla toxunulmuş, saçaqlı, 2,7x1,6m ölçülü xalçanın istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 650 (altı yüz) manat, təqdim edilməyən 1 ədəd 5 litrlik od samovarın istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 60 (altmış) manat müəyyən edilir. Qiymətləndirilən əşyaların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (iş vər.: 24-27). İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, sonuncu istintaq orqanından ona məxsus olan 1 ədəd “Ağgül” xalçanın ona qaytarılmasını xahiş etmiş, 1 ədəd “Ağgül” xalça istintaq tərəfindən maddi sübut hesab edilərək saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir (iş vər.: 44,45). İş materiallarında olan AzərbaycanRespublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayətişi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1, 62-ci maddələri ilə təqsirli bilinərək 200 (iki yüz) manat cərimə cəzasına, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il ay 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir (iş vər.: 31). İş materiallarında olan Quba rayon İcra və probasiya şöbəsinin sorğuya cavab məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancından 15% dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilməsinə dair Quba Rayon Məhkəməsinin 1(027)-45 saylı xx.xx.2018-ci il tarixli hökmü xx.xx.2018-ci il tarixdə Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs ona təyin olunmuş aylıq qazancından 15% dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasını tam olaraq çəkmiş və xx.xx.2020-ci il tarixdə Quba rayon İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 729 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Çaydüzü kəndində yaşayır. Ailə tərkibi, atası-1968-ci il təvəllüdlü X3, anası-1967-ci il təvəllüdlü X1 və qardaşı-2003-cü il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli İƏD üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, sonuncu zəhmətkeş və əmək sevəndir, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “ittiham elan etmək üçün şəxsin axtarışı və tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyinə görə ona ittiham elan etmək mümkün olmadığından barəsində axtarış elan edilərək cinayət işinin icraatı həmin tarixdə Azərbaycan Respublikası CPM-in 53.1.3cü maddəsi ilə dayandırılmışdır (iş vər.: 77-81). İş materiallarına əlavə edilmiş “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Quba RPŞ-nin əməkdaşları tərəfindən həmin tarixdə tutularaq istintaqa təhvil verilmişdir. İş materiallarında olan “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət təqibi üzrə icraat təzələnmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuş və sonuncu Quba RPŞ-nin MSY-nə təhvil verilmişdir (iş vər.: 88,89). Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(027)-106/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Quba RPŞ-nin İB-i tərəfindən xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(027)-106/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (iş vər.: 120-125). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edib, əməlindən peşiman olmasını, zərərçəkmişşəxsəvurduğu zərəri aradan qaldırmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasınıyüngülləşdirən hallarkimimüəyyənedir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını müəyyən edir. Belə ki, məhkəmə istintaqı ilə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs hazırki ittiham üzrə cinayət əməlini 2020-ci ilin fevral ayında törədərkən, Quba Rayon Məhkəməsinin 1(027)-45 saylı xx.xx.2018-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu nəinki ödənilməmiş, o, həmin əməli cəza çəkdiyi müddətdə törtəmişdir. Lakin bununla yanaşı, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 1(027)-45 saylı xx.xx.2018-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu hazırda residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, CM-nın 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə cəza məsələsini müzakirə edərkən,Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, iş materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il ay 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edildikdən sonra həmin hökmlə təyin edilmiş islah işləri cəzasını çəkdiyi müddətdə 2020-ci ilin fevral ayında yenidən, daha da ictimai təhlükəli, yəni yaşayış yerinə qanunsuz daxil olmaqla eyni xarakterli cinayət əməlini törətmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza onun islah olunmasına təsir etməmişdir. Bundan başqa, zərərçəkmiş şəxsin məhkəməyə ünvanladığı teleqramından aydın olduğu kimi, o, təqsirləndirilən şəxslə barışmamış, məhkəmədən Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş etmişdir. Həmçinin, cinayət işinin materiallarında olan sənədlərlə təqsirləndirilən şəxsin ibtidai istintaqdan yayındığı, barəsində axtarış elan edildikdən sonra keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulduğu müəyyən edilir. Bununla da, azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin ediləcəyi təqdirdə Təqsirləndirilən şəxs gələcəkdə həmin cəzanı çəkməkdən boyun qaçırmağa yönəlmiş hərəkətləri edəcəyi ehtimallarını məhkəmə real və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsAzərbaycan RespublikasıCinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. İş materiallarından göründüyü kimi, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutularaq MSY-nə təhvil verilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(027)-106/2020 saylı qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək dərhal həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vər.: 120-125). Odur ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən – xx.xx.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırki hökmlə azadlıqdan məhrumetmə cəzası təyin ediləcəyini nəzərə alaraq, barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs, hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməlidir. İşüzrəmaddisübut kimi tanınmış bir ədəd yun tərkibli saplarla toxunulmuş, saçaqlı, 2,7x1,6 m ölçülü xalçanın iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nərəzə alınmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında”xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi cəmi 26 (iyirmi altı) iş saatına görə 156 (bir yüz əlli altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən – xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 02 (iki)gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd yun tərkibli saplarla toxunulmuş, saçaqlı, 2,7x1,6 m ölçülü xalçanın iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nərəzə alınsın. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, cəmi 26 (iyirmi altı) iş saatına görə 156 (bir yüz əlli altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün Təqsirləndirilən şəxshəbsdə saxlanılması ilə bağlı olan hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-106/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-106/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver