Məhkəmə qərarları › İş №1(027)-106/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-106/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-106/2022 26.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, özgə əmlakını gizli olaraq talama məqsədi ilə 02 mart 2022-ci il tarixdə saat 03:00 radələrində Quba rayonu İqrik kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın qapısının şüşəsini sındırmaq yolu ilə mağazaya qanunsuz daxil olaraq orada olan divardakı rəfin üzərindən 40,7 manat dəyərində 11 qutu nazik filtrli Kent 4, 37 manat dəyərində 10 qutu nazik filtrli Kent 1, 81,9 manat dəyərində 21 qutu nazik filtrli ağ Sobranie, 62,4 manat dəyərində 16 qutu nazik filtrli göy Sobranie, 62,4 manat dəyərində 16 qutu nazik filtrli qara Sobranie, 19,5 manat dəyərində 5 qutu qalın filtrli göy Sobranie, 34 manat dəyərində 10 qutu kompakt boz Vinston, 20,4 manat dəyərində 6 qutu nazik filtrli boz Vinston, 34 manat dəyərində 10 qutu nazik filtrli göy Vinston, 12 manat dəyərində 5 qutu kompakt Vant X line, 14,4 manat dəyərində 6 qutu nazik filtrli Vant X line, 39,2 manat dəyərində 14 qutu nazik filtrli biz LD, 20,8 manat dəyərində 8 qutu kompakt göy Rothmanz, 15.6 manat dəyərində 6 qutu nazik filtrli mentoll Palmall markalı sqaret qutularını, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 494 (dörd yüz doxsan dörd) manat 30 qəpik dəyərində əmlakı talayaraq, oğurluq cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin fevral ayında Muxtarov Rasim ibrahim oğlundan 03 il müddətinə Xəzər markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olur. 01 mart 2022-ci il tarixdə qardaşı Abdal həmin avtomobillə Bakı şəhərinə müştəri aparmış, Bakı şəhərindən qayıtdıqdan sonra avtomobili həyətdə saxlamışdır. Qardaşı Abdal yatdıqdan sonra, 02 mart 2022-ci il tarixdə saat 02 radələrində evdən çıxıb həyətə düşmüşdür. Qərara gəlmişdir ki, Xəzər markalı avtomobillə Quba rayonuna gedib bir az gəzsin. O, Xəzər markalı avtomobil ilə Quba rayonuna gəlmişdir. Bir qədər Quba rayonunda gəzdikdən sonra, saat 03 radələrində Siyəzən şəhərinə qayıdarkən Quba rayonu, İqrik kəndində Bakı Quba yolunun sol kənarında yerləşən “Real” marketi görüb avtomaşını marketin yaxınlığında saxlayıb qərara gəlmişdir ki, mağazaya girib oğurluq etsin. O, avtomobilini yolun sağ tərəfində saxlayıb mağazaya yaxınlaşmışdır. O, mağazanın qapısının qıfılla bağlandığını görmüş, qapını itələsə də aça bilməmişdir. Əvvəlcə avtomobilinə minib oradan uzaqlaşmışdır. Lakin sonra yenidən mağazanın qarşısına gəlmişdir ki, oraya daxil olub oğurluq etsin. O, avtomobildən düşüb mağazaya yaxınlaşaraq qapının şüşəsini əli ilə vurub sındıraraq mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqda sağ tərəfdə divara bərkidilmiş rəfin üzərinə yığılmış müxtəlif çeşidli siqaretlərin olduğunu görmüşdür. O, mağazanın içərisindən sellofan torba tapıb rəfin üzərinə düzülmüş xeyli miqdarda müxtəlif növ siqaretləri götürüb həmin sellofan torbanın içərisinə yığmışdır. Sonra həmin sellofan torbanı götürüb mağazadan çıxıb avtomaşınına minərək yoluna davam etmişdir. Yolla gələrkən təxminən saat 05 radələrində isnovqışlaq kəndi ərazisində yolun kənarında 1001 xırdavat İnşaat mağazasının qarşısında yığılmış sement kisələrini görüb qərara almışdır ki, həmin sement kisələrindən bir neçəsinin avtomaşınına yığıb aparsın. Bundan sonra o, avtomobildən düşüb mağazanın qarşısına yağılmış “Norm” markalı sement kisələrindən 4 ədədini götürüb avtomobilimin arxa yük yerinə yığıb oradan yaşadığı evə Siyəzən şəhərinə gəlmişdir. Şabran rayonu ərazisindən keçərkən avtomobili saxlayıb arxa yük yeriə baxdıqda sement kisələrinin cırıldığını və yaş olduğunu görüb ona görə də oğurladığı sement kisələrini yolun sağ tərəfinə tullayıb yoluna davam etmişdir. Siyəzən şəhərinə çatdıqdan sonra, oğurladığı siqaret qutularını yaşadığı evin zirzəmisinə yığıb ailə üzvlərindən heç kəsə oğurluq etməsi barədə heç nə deməmişdirdim. Həmin siqaretlərin bir neçəsini özü çəkmiş, bir neçəsini isə çəkmək üçün tanışlarına vermişdir. 02 mart 2022-ci il tarixdə saat 16 radələrində polis əməkdaşları yaşadığı evə gələrək onu Quba RPŞ-nə dəvət etmişər. Həmin vaxt o, polis şöbəsinə getməmək üçün cib bıçağı ilə qarın nahiyəsinə yüngül xəsarət yetirmişdir. Quba RPŞ-nə gəldikdən sonra, oğurladığı siqaret qutularını polis əməkdaşlarına təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olduğunu bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki o, Quba rayonunun İqrik kəndi ərazisində icarəyə götürdüyü Real marketi işlədir. O, və qardaşı Cavad həmin marketdə ərzaq mallarının və siqaret məmulatlarının satışı ilə məşğul olurlar. 01 mart 2022-ci il tarixdə saat 21:30 radələrində o, və qardaşı Cavad mağazanın giriş qapısını qıfılla bağlayaraq yaşadıqları evə getmişlər. 02 mart 2022-ci il tarixdə səhər saatlarında mağazanı açmağa gəldikdə, mağazanın giriş qapısının şüşəsinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Mağazadan oğurluq olmasını başa düşüb DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra, mağazaya daxil olub orada siqaret qutuları düzülmüş rəfə baxdıqda müxtəlif növ siqaret qutularının oğurlandığını görmüşdür. Ona məxsus mağazadan 38,50 manat dəyərində 11 qutu nazik filtrli Kent 4, 35 manat dəyərində 10 qutu nazik filtrli Kent, 76,02 manat dəyərində 21 qutu nazik filtrli ağ Sobranie, 57,92 manat dəyərində 16 qutu nazik filtrli göy Sobranie, 57,92 manat dəyərində 16 qutu nazik filtrli qara Sobranie, 18,10 manat dəyərində 5 qutu qalın filtrli göy Sobranie, 31,70 manat dəyərində 10 qutu kompakt boz Vinston, 18,90 manat dəyərində 6 qutu nazik filtrli boz Vinston, 31,50 manat dəyərində 10 qutu nazik filtrli göy Vinston, 10,75 manat dəyərində 5 qutu kompakt Vant X line, 12,90 manat dəyərində 6 qutu nazik filtrli Vant X line, 39,34 manat dəyərində 14 qutu nazik filtrli biz LD, 19,68 manat dəyərində 8 qutu kompakt göy Rothmanz, 15 manat dəyərində 6 qutu nazik filtrli mentol Pallmal, ümumilikdə 463,23 qəpik məbləğində siqaret məmulatları oğurlanmışdır. Quba rayon polis şöbəsində aparılmış araşdırma zamanı məlum olmuşdur ki,ona məxsus olan mağazadan oğurluq edən şəxs Siyəzən şəhər sakini İlkin Bayramovdur. Oğurlanmış siqaretlərdən ona yalnız 14 qutusu qaytarılmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini bilidirib ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının 21 aprel 2022-ci il tarixli, 9/2117 saylı rəyindən görünür ki, nazik filtrli “Kent 4” markalı siqaret qutusunun qiyməti 3,70 manat, nazik filtrli “Kent 1” siqaret qutusunun qiyməti 3,70 manat, nazik filtrli ağ “Sobranie” markalı siqaret qutusunun qiyməti 3,90 manat, nazik filtrli göy “Sobranie” markalı siqaret qutusunun qiyməti 3,90 manat, nazik filtrli qara “Sobranie” markalı siqaret qutusunun qiyməti 3,90 manat, qalın filtrli göy “Sobranie” markalı siqaret qutusunun qiyməti 3,90 manat, kompakt “Vinston” markalı siqaret qutusunun qiyməti 3,40 manat, nazik filtrli göy “Vinston” markalı siqaret qutusunun qiyməti 3,40 manat, kompakt “Vant X Line” markalı siqaret qutusunun qiyməti 2,40 manat, nazik filtrli “Vant X Line” markalı siqaret qutusunun qiyməti 2,40 manat, nazik filtrli boz “LD” markalı siqaret qutusunun qiyməti 2,80 manat, kompakt göy “Rothmans”markalı siqaret qutusunun qiyməti 2,60 manat, nazik filtrli mentol “Pallmall” markalı siqaret qutusunun qiyməti 2,60 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş 14 adda 14 qutu siqaretlərin 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 46 manat müəyyən olunur. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə-balistik ekspertizasının 10 may 2022-ci il tarixli 3/446 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişən hər hansı əlavə və dəyişliklər edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəməəmtəəşunaslıq və məhkəmə balistik ekspertizalarının müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən rayon məhkəməsinin xx.xx.2006-cı il tarxili hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 -ci maddəsi ilə təqsirli bilinərək 07 ay 03 gün müddətinə islah işlərinə məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.1-ci maddəsi ilə təqsirli bilinərək 650 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmiş, Siyəzən rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, Siyəzən rayon məhkəməsinin 28.01,2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 7-ci bəndinə əsasən bu qərar əsasında böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülur. İşdə olan Siyəzən şəhər İcra Hakimiyyəti Başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 931 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İşdə olan Siyəzən şəhər İcra Hakimiyyəti Başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar edilmədi. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Quba rayon məhkəməsinin 07 mart 2022-ci il tarixli qəraı ilə həbsetmənin əvvəli 05 mart 2022-ci il tarixdən hesablanmaqla 04 iyun 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 mart 2022-ci il tarixdən hesablanmalıdır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyini nəzərə alıb məhkəmə hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökmü qanuni qüvvəyə mkinənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 4 saat üçün 24 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 50 manat ekspertiza xərci tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi subut olan bi qutu “Kent 4” markalı, bir qutu nazik filtrli “Kent 1” markalı, bir qutu nazik filtrli ağ “Sobranie” markalı, bir qutu nazik filtrli göy “Sobranie” markalı, bir qutu nazik filtrli qara “Sobranie” markalı, bir qutu qalın filtrli göy “Sobranie” markalı, bir qutu kompakt boz “Vinston” markalı, bir qutu nazik filtrli boz “Vinston” markalı, bir qutu nazik filtrli göy “Vinston” markalı, bir qutu kompakt “Vant X Line” markalı, bir qutu nazik filtrli “Vant X Line” markalı, bir qutu nazik filtrli boz “LD” markalı, bir qutu kompakt göy “Rothmans”markalı, bir qutu nazik filtrli mentol “Pallmall” markalı ümumilikdə 14 adda 14 qutu siqaretlin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentinsiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 05 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan nazik filtrli “Kent 4” markalı siqaret qutusu, nazik filtrli “Kent 1” siqaret qutusu, nazik filtrli ağ Sobranie” markalı siqaret qutusu, nazik filtrli göy “Sobranie” markalı siqaret qutusu, nazik fiİtrli qara “Sobranie” markalı siqaret qutusu, qalın filtrli göy “Sobranie” markalı siqaret qutusu, Kompakt “Vinston” markalı siqaret qutusu, nazik filtrli göy “Vinston” markalı siqaret qutusu, kompakt “Vant X Line” markalı siqaret qutusu, nazik filtrli “Vant X Line” markalı siqaret qutusu, nazik filtrli boz “LD” markalı siqaret qutusu, kompakt göy “Rothmans”markalı siqaret qutusu Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən təqsirləndirilən şəxsə münasibətdə tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar