Məhkəmə qərarları › İş №1(027)-106/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-106/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-106/2024 11.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2002-ci il Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, 29 fevral 20224-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə, saat 01 radələrində ünvan 2 ünvanının qarşısında ucadan nalayiq ifadələr işlətdikdən sonra onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, digər şəxslərə hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan həmin küçədə digər şəxslərin gözləri qarşısında uca səslə nalayiq ifadələrlə təhqir edib qəsdən yumruqla bir neçə dəfə vuraraq sonuncuya alt dodağın selikli qişasında solda əzilmişcırılmış yara və sol bazunun yuxarı 1/3-nin bayır səthində qançır olmaqla yüngül dərəcəli bədən xəsarətləri yetirib ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olsa da, istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş və onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 27 fevral 2024-cü il tarixdə axşam saat təxminən 00:30 radələrində Quba şəhəri, Fətəlixan küçəsində yerləşən “Tək Ulduz” adlı marketin qarşısında tanışları Şahid2 və Şahid1la görüşmüş, onlarla söhbət edib birlikdə yaşadığı evə doğru getmişdir. Yavər və Fəridlə məhlələrin birində uca səslə zarafatlaşaraq deyib gülmüşlər. Bir qədər zarafatlaşdıqdan sonra Yavər öz yaşadıqları evə tərəf getmiş, o da Fəridlə sağollaşıb öz yaşadığı evə doğru gedəndə qaranlıqda bir nəfər şəxsin Fəridə doğru hərəkət etdiyini görmüşdür. O, həmin şəxsin ilk öncə Yavər olduğunu düşünmüş, yaxınlaşdıqda isə həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu görmüşdür. O Fəridlə Eyvaza yaxınlaşmış və sonuncudan Fəridə yaxınlaşma səbəbini soruşmuşdur. Eyvaz onlara səs-küy saldıqlarına görə irad bildirmiş və bu barədə polisə məlumat verəcəyini demişdir. Bu vaxt aralarında söz mübahisəsi olmuş, o Eyvaza dalaşmaq istəmədiyini bildirmiş və oradan uzaqlaşmışdır. 3-4 metr aralaşdıqdan sonra Eyvaz onun arxasınca söyüş söyərək təhqir eləmişdir. O, geri qayıdıb Eyvazdan üzr istəməsini gözləmiş, lakin Eyvaz dediyi söyüşü bir daha təkrarlamışdır. Həmin ana qədər o, Zərərçəkmiş şəxs qarşı heç bir nalayiq ifadə işlətməmişdir, Eyvazla dalaşmaq və mübahisə etmək fikri olmamışdır. Lakin Eyvaz yenidən söyüş söydüyündən o, Eyvazın söyüşünü özünə ünvanlayıb Eyvaza təpiklə vurmuş, lakin ayağı ilə vurduğu zərbə Eyvaza dəyməmiş və o, biraz yaxınlaşıb yumruqla Eyvazın bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bundan sonra Eyvaz onun qollarından tutmuşdur. Bu zaman Yavər onları ayırmış və Fərid də belindən tutub onu kənara aparmışdır. O, Fəridlə birlikdə həmin yerdən 40-50 metr aralaşmışdır. Aralaşdıqdan sonra Fərid ona Eyvazı tanıyıb tanımadığını soruşmuş, o da Eyvazı tanımadığını demişdir. Bundan sonra Fərid, Eyvazın polis əməkdaşı olduğunu demişdir. Lakin, bundan əvvəl Yavər ona Zərərçəkmiş şəxs polis əməkdaşı olduğunu deməmişdir. Mübahisə zamanı Eyvaz mülki geyimdə olmuş və mübahisə zamanı da özünün polis əməkdaşı olması ilə bağlı ona heç bir söz deməmişdir. Bundan başqa mübahisə zamanı da orada o Eyvaz, Yavər və Fərid olmuşdur. Onlardan başqa küçədə kiminsə olmasını görməmişdir. Bir neçə dəqiqə sonra isə polis avtomobili gəlmiş və o da avtomobilə əyləşib polis şöbəsinə gəlmişdir. Onlar polis şöbəsinə gəldikdən sonra Eyvaz da polis şöbəsinə gəlmiş və Eyvazın polis şöbəsində öz xidməti otağına keçdiyini gördükdən sonra Eyvazın polis əməkdaşı olduğunu dəqiqləşdirmişdir. Polis şöbəsində olan zaman da Yavər və Fərid birlikdə dayanmış, o isə onlardan kənarda gözləmiş, onların bir-biri ilə danışmağına icazə verməmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs həmin vaxt mülki geyimdə olmuş, özünü də polis əməkdaşı kimi təqdim etməmişdir. Eyvazla aralarında mübahisə bitəndən sonra Eyvazın polis əməkdaşı olmasını öyrənmişdir. Yanında olan dostu Eyvazı tanımış və ona polis əməkdaşı olmasını bildirmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq, onun həbsdən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-ci ildə Azərbaycan Respublikası DİN-in Quba regional mühafizə şöbəsində mülki mühafizəçi vəzifəsində işə başlamış, xx.xx.2018-ci il tarixdən Quba RPŞ-nin əməliyyat rabitə qurupunun kiçik inspektoru vəzifəsində çalışır, polis baş serjantıdır. 26 fevral 2024-cü il tarixdə işdən çıxıb yaşadığı evə getmiş, 27 fevral 2024-cü il tarixdə gecə saatlarında yaşadığı evin qarşısında bir neçə nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini eşitmişdir. Evdən küçəyə çıxdıqda yaşadığı evin yataq otağının küçəyə baxan pəncərəsinin qarşısında 3 nəfər şəxsin uca səslə bir-birləri ilə zarafatlaşdıqlarını görmüşdür. Həmin şəxslərə yaxınlaşıb nalayiq ifadələr işlətdikləri və ucadan danışdıqları üçün onlara irad bildirmişdir. Sonradan həmin şəxslərin Şahid2, Şahid1 və Təqsirləndirilən şəxs olduqlarını öyrənmişdir. Yavər və Fərid onun sözünü eşidib uzaqlaşıb getməyə razılaşmış, lakin Rasim isə narazılıq bildirmişdir. Bu zaman Yavər onun qarşısına keçib Rasimə “Rasim, bu polisdi, işin olmasın, biz buradan gedək” demişdir. Rasim isə gülərək “polisdi, getsin topu ilə oynasın, polisdə işləyən yaxşı oğlan deyil” demişdir. O, Rasimdən dediklərini dəqiqləşdirmək istəyəndə, Rasim ona yenidən “elə eşitdikləri dedim” demiş və ona yaxınlaşıb yumruqla zərbə endirmək istəyən zaman o, Rasimin sinəsindən itələyək özündən uzaqlaşdırmışdır. Bu zaman Fərid də Rasimin qolundan tutub kənara çəkmişdir. O Rasimə getməyib gözləməsini demiş, Rasim isə yenidən ona tərəf gələrək yumruqla üzünə bədəninə vurmuşdur. O da Rasimin ona zərbə endirməsini dayandırmaq üçün yaxınlaşıb Rasimi qucaqlamışdır. Yavər onları aralaşdırmışdır. Bundan sonra o, hadisə barədə polis şöbəsinə məlumat vermişdir. Rasim ona yaxınlaşaraq “yaxşı oğlan belə hərəkət eləməz” demişdir. O da Rasimə “səbrli ol, polis şöbəsində araşdırarıq yaxşı oğlan necə olur” demişdir. Bir neçə dəqiqə sonra isə PPXB əməkdaşları gəlmiş və onlar rayon polis şöbəsinə getmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq, zərərçəkmiş şəxs bildirdi ki, yuxulu olduğundan Təqsirləndirilən şəxs və digərlərinin söyüş söyməsini və yaxud sadəcə uca səslə danışdıqlarını xatırlamır. O, küçəyə çıxıb irad bildirmiş, bu vaxt Təqsirləndirilən şəxs mübahisə yaradaraq, iki dəfə yumruqla ağız və qol nahiyəsindən vurmuşdur. Həmin vaxt küçəyə kimsə çıxmamışdır. Mübahisə təxminən 15 dəqiqə davam etmişdir. Özü həmin vaxt mülki geyimdə olmuş və Təqsirləndirilən şəxs və digərlərinə özünü polis əməkdaşı kimi təqdim etməmişdir. Təqsirləndirilən şəxs dostu onu tanımış və Rasimə polis əməkdaşı olmasını bildirmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını və sonuncuya qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını göstərərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 26 fevral 2024-cü il tarixdə axşam saat təxminən 12 radələrində yaşadığı evdən çıxıb Quba şəhəri, Fətəlixan küçəsində yerləşən “Tək Ulduz” adlı marketin qarşısında tanışı Şahid2la görüşmüşdür. Yavərlə görüşüb söhbət edən zaman Rasim də onların yanına gələrək söhbət etməyə başlamışdır. Bir qədər söhbət etdikdən sonra məhlələrin birində bir-biri ilə uca səslə zarafatlaşıb gülmüşlər. Bir qədər zarafatlaşdıqdan sonra Yavər öz yaşadıqları evə tərəf getməyə başlamışdır. Rasim də bir qədər aralaşdıqdan sonra Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq ona tərəf yaxınlaşıb “hansınız söyüş söyürdü?” deyə soruşmuşdur. O da söyüş söymədiyini deyib Eyvazın ona tərəf gəldiyini görüb qorxmuş və bir qədər geriyə getməyə başlamışdır. Bu zaman Rasim yaxınlaşıb Eyvazdan “nolub, nə məsələdir? Uşağın üstünə niyə gəlirsən?” deyə soruşmuşdur. Eyvaz ona “evimin qabağında gecə vaxtı nə söyüş söyürsünüz?” deyə soruşmuşdur. Rasim isə söyüş söymədiklərini demişdir. Eyvaz isə cavabında “mən sizin söydüyünüz söyüşlərin səsindən evdən çıxıb bura gəlmişəm” demişdir. Eyvazla Rasim mübahisə edən zaman o, Rasimin qolundan tutmuş, Yavər isə Eyvazla Rasimin arasında dayanmışdır. Bu zaman Yavər, Eyvazın polis olduğunu demiş və ona gözü ilə işarə edib Rasimi kənara aparmağını istəmişdir. Mübahisə zamanı Rasim Eyvaza təpiklə zərbə vurmaq istəsə də zərbə Eyvaza dəyməmişdir. Rasim, Eyvazın üzərinə cummaq istəyəndə Eyvaz Rasimin sinəsindən itələyək özündən uzaqlaşdırmışdır. O, dərhal Rasimin qolundan tutub kənara çəkmişdir. Bundan sonra Eyvaz telefonunu götürüb polis şöbəsinə məlumat vermək istəyəndə Rasimlə arasında mübahisə yaranmış, Rasim isə yenidən Eyvaza tərəf gedərək yumruqla Eyvaza zərbələr endirmişdir. O və Yavər Rasimi tutub sakitləşdirmək istəsə də, Rasim dayanmadan zərbələr endirmişdir. Axırda o, Rasimin belindən tutub birtəhər kənara çəkmişdir. Bir neçə dəqiqə sonra isə polis əməkdaşları gəlib onları rayon polis şöbəsinə aparmışlar. Şahidlər Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Şahidlər Şahid3 və Şahid4 məhkəməyə ayrı-ayrılıqda ərizə ünvanlayaraq ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiklərini bildirərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. İş üzrə Şahid3 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, Zərərçəkmiş şəxs onun əridir. 27 fevral 2024-cü il tarixdə gecə saatlarında yaşadıqları evin qarşısında bir neçə nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini eşitmişdir. Küçədən gələn səslərə görə əri Eyvaz yuxudan oyanıb həyətə çıxmışdır. Küçəyə çıxdıqdan sonra əri Eyvaz həmin şəxslərə öz iradını bildirib səsdən evdə narahat olduqlarını demişdir. Bu zaman o da həyət qapısının yanında baş verənləri kənardan izləmişdir. Mübahisə zamanı həmin şəxslərdən biri Eyvaza yaxınlaşıb yumruqla zərbə endirmək istəyəndə Eyvaz həmin şəxsin sinəsindən itələyək özündən uzaqlaşdırmışdır. Daha sonra isə həmin şəxs yenidən əri Eyvazın üzərinə cumaraq yumruqla üzünə bədəninə zərbələr endirmişdir. Bundan sonra kənarda olan digər şəxslər onları aralaşdırmışdır. Eyvaz hadisə barədə polis şöbəsiə məlumat verdikdən sonra isə polis əməkdaşları gəlmiş və həmin şəxsləri rayon polis şöbəsinə aparmışlar. İş üzrə Şahid4 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, Zərərçəkmiş şəxs onun qonşusudur. 27 fevral 2024-cü il tarixdə gecə saatlarında yaşadığı evdə olan zaman küçədən nalayiq ifadələr eşitmişdir. Bir qədər keçdikdən sonra isə qonşusu Eyvazın da çöldən səsinin gəldiyini eşitmişdir. Eyvaz küçədə olan şəxslərə sakit olmalarını bildirmişdir. O da səs küydən pəncərəyə çıxıb nə baş verməsini görmək istəmişdir. Bu zaman həmin şəxslərdən biri Eyvaza yaxınlaşıb yumruqla zərbə endirməyə başlamışdır. Bundan sonra kənarda olan digər şəxslər onları aralaşdırmışdır. Eyvaz hadisə barədə polis şöbəsinə məlumat verdikdən sonra isə polis əməkdaşları gəlmiş və həmin şəxsləri rayon polis şöbəsinə aparmışlar. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İş üzrə Şahid2 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, 2023-cü ilin iyun ayından 2024-cü ilin fevral ayının sonlarına qədər Quba şəhəri Fətəlixan küçəsində yerləşən Tək Ulduz adlı marketdə satıcı kimi işləmişdir. Mağazada işlədiyi vaxtlarda Quba şəhərində yerləşən Şahdağ otelinin yaxınlığında yaşamışdır. 26 fevral 2024-cü il tarixdə axşam saat təxminən 12 radələrində işlədiyi mağazadan çıxıb Rasim və Fəridlə birlikdə söhbət edib yolun kənarına ilə gedirmiş. Fəridlə Rasim bir-biri ilə uca səslə zarafatlaşıb gülürmüşlər. Daha sonra o, onlardan aralaşıb yaşadığı evə doğru getməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq Fəridə tərəf yaxınlaşıb yaşadığı evin qarşısında hansı səbəbə söyüş söyüb səs küy saldıqlarını soruşmuşdur. Bu zaman Rasim yaxınlaşıb Eyvazdan “nolub, nə məsələdir? Uşağın üstünə niyə gəlirsən?” deyə soruşmuşdur. Eyvaz ona “evimin qabağında gecə vaxtı nə söyüş söyürsünüz?” deyə soruşmuşdur. Rasim isə söyüş söymədiklərini, sadəcə zarafat elədiklərini bildirmişdir. Söz mübahisəsinin olduğunu görüb o da onlara tərəf yaxınlaşmışdır. Bu zaman Eyvaz “mən sizin söydüyünüz söyüşlərin səsindən evdən çıxıb bura gəlmişəm” demişdir. Eyvazla Rasim mübahisə edən zaman Fərid Rasimin qolundan tutmuş, o isə Eyvazla Rasimin arasında dayanmışdır. Bu zaman o, Eyvazın polis olduğunu demiş və Fəridə işarə edib Rasimi kənara aparmağını demişdir. Bu zaman Rasim Eyvazın üzərinə cummaq istəyəndə Eyvaz Rasimin sinəsindən itələyək özündən uzaqlaşdırmışdır. Fərid dərhal Rasimin qolundan tutub kənara çəkmişdir. Bundan sonra Eyvaz telefonunu götürüb polis şöbəsinə məlumat vermək istəyəndə Rasimlə arasında mübahisə yaranmış, Rasim isə yenidən Eyvaza tərəf gedərək yumruqla Eyvaza zərbələr endirmişdir. X6 belindən tutub birtəhər kənara çəkmişdir. Bir neçə dəqiqə sonra isə polis əməkdaşları gəlib onları rayon polis şöbəsinə aparmışlar. İş materiallarında olan: “şübhəli şəxs qismində tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-ni 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli qismində tutulmuşdur; “əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-ni 221.1-ci maddəsindən həmin Məcəllənin 211.2.2-ci maddəsinə tövsif edilmişdir; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(027)-23/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 01 aprel 2024-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası - 1969-cu il təvəllüdlü X3, anası - 1975-ci il təvəllüdlü X1 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə hər hansı yazılı və şifahi şikayət daxil olmamışdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, «ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İzah edilsin ki, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan, CM-nin digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə, ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə, üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə, küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması halları başa düşülməlidir. Xuliqanlıq hərəkətlərinə son qoyulduqdan sonra, hakimiyyət nümayəndəsinə onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan fiziki zorun tətbiq edilməsi ilə müqavimət göstərmə (məsələn təqsirkarın tutulması ilə əlaqədar) xuliqanlıq cinayətinin tövsüfedici əlaməti kimi qiymətləndirilə bilməz və cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.1 və 315.1-ci maddəsi ilə tövsüf edilməlidir. Xuliqanlıq zamanı hakimiyyət nümayəndəsinə qarşı onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə müşayiət olunan müqavimət göstərildikdə də, əməl cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.2.2 və 315.2-ci maddələri ilə tövsüf olunmalıdır. Hakimiyyət nümayəndəsi olmayan, lakin xuliqanlıq hərəkətlərinin qarşısını alan şəxsə onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilərsə, yenə də əməl cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221-ci və şəxsiyyətə vurulan zərərin dərəcəsindən asılı olaraq, Cinayət Məcəlləsinin 126-cı və ya 127-ci maddələri ilə tövsüf olunmalıdır. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması halları başa düşülməlidir. Cinayət qanunun məzmununa görə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər o vaxt xuliqanlıq üstündə cinayət məsuliyyətinə səbəb olur ki, bu hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilmiş olsun. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən xuliqanlıq cinayətin obyekti yalnış olaraq genişləndirilmişdir. Qərəzli xuliqanlıq əməlinin tərkib elementlərindən biri müqavimət göstərmədir. Bu, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət numayəndəsinə və ya digər şəxsə göstərilən müqavimətdir. İctimai qaydanın mühafizəsi üzrə bilavasitə vəzifənin həvalə edildiyi hakimiyyət nümayəndəsi daşıdığı xüsusi rütbədən və ya tutduğu vəzifədən asılı olmayaraq polis əməkdaşı hesab olunur. Ona görə də təqsirkarın hüquqazidd hərəkətlərinin qarşısını almağa səy göstərən hər hansı vətəndaşa xuliqan tərəfindən müqavimət göstərilməsi hakimiyyət nümayəndəsinə muqavimət göstərmə kimi qiymətləndirilə, yəni AR CM-nin 221.2.2-ci maddəsi ilə tövsif edilə bilməz. Deməli, xuliqanlıq əməli törədən şəxsin hərəkətləri yalnız o halda ictimai qaydanı mühafizə edən hakimiyyət nümayəndəsinə müqavimət göstərmə kimi qiymətləndirilə bilər ki, təqsirkar məhz hakimiyyət nümayəndəsinə müqavimət göstərdiyini dərk etmiş olsun. Məhz bu nöqteyi nəzərdən də xuliqanlıq hərəkətlərinin qarşısını almağa səy göstərdiyi zaman mülki paltarda olan polis əməkdaşının xuliqana özünü təqdim etməsi faktının məhkəmə tərəfindən etibarlı sübutlarla müəyyən edilməsi mühüm hallardan biridir. Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulan mənada müqavimət göstərmə dedikdə qeyd olunan şəxslərə sadəcə olaraq tabe olmama deyil, onlara qarşı xuliqanlıq hərəkətlərinin qarşısının alınmasını imkanını aradan qaldıran fəal əkstəsir göstərilməsi başa düşülməlidir. Burada müqavimət göstərmə artıq başlanmış xuliqanlıq hərəkətlərinin davamı kimi çıxış etməlidir. Əks halda, yəni zor tətbiq etməklə müqavimət göstərmə xuliqanlıq hərəkətləri qurtardıqdan sonra ələ keçmədən yaxa qurtarmaq məqsədi ilə törədilərsə, əməl cinayətlərin məcmusu qaydasında CM-nin 221 və 315-ci maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulan «hakimiyyət nümayəndəsi» anlayışına ictimai qaydanın qorunması işinə cəlb edilmiş polis işçiləri və həm də üzvlərinə hakimyyət nümayəndəsi funksiyaları qoyulmuş digər şəxslər aiddir. Azərbaycan Respublikası CMnin 221.2.2-ci maddəsində göstərilmiş ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərilməsinə görə cinayət tərkibinin yaranması üçün xuliqanlıq cinayətinin törədilməsi prosesində həmin şəxslərə həyat və ya səhhət üçün təhlükəli olmayan, aktiv, fiziki əks təsir göstərilməsi tələb olunur. İctimai qaydanın pozulmasının qarşısının alınması dedikdə xuliqanlıq hərəkətləri törədən şəxsə qarşı güc tətbiq edilməsi və ya digər hərəkətlər başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratmadığı, bu cinayətin tərkibi ilə tam əhatə olunmadığı üçün düzgün tövsif edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinə əsasən, eyni əməllər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Qeyd olunan maddələrin dispozisiyasından göründüyü kimi, 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibinin yaranması ilk növbədə təqsirləndidilən şəxs tərəfindən eyni Məcəllənin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi ilə başlanmış olmalıdır. Başqa sözlə əməlində xuliqanlıq cinayətinin bütün tərkib əlamətləri olan şəxsin bu hərəkətlərinin qarşısını almağa yönələn hərəkətlər edən hakimiyyət nümayəndəsi və ya digər şəxsə müqavimət göstərməsi artıq onun hərəkətlərində CM-nın 221.2.2-ci maddəsinin tərkibinin yaranmasına səbəb olur. Burada müqavimət göstərmə artıq başlanmış xuliqanlıq hərəkətlərinin davamı kimi çıxış etməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, zərərçəkmiş şəxs yaşadığı evdən çıxanadək təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkib hissəsini yaradan hər hansı bir hərəkətlər mövcud olmamışdır. Yəni, zərərşəkmiş şəxslə arasında mübahisə yaranadək, Təqsirləndirilən şəxs CM-nın 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Digər tərəfdən, məhkəmə iclasında zərərçəkmiş və təqsirləndirilən şəxsin dindirilməsi zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə nalayiq ifadələr işlətməsini etiraf etsə də, sonuncunun polis əməkdaşı olması barədə xəbərsiz olduğunu bildirmişdir. Həmin xüsusatı Zərərçəkmiş şəxs da məhkəmədə verdiyi ifadəsində təsdiq etmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs xidməti vəzifəsinin icrasında və xidməti geyimdə olmamış, xidməti vəsiqəsini təqsirləndirilən şəxsə təqdim etməmiş və polis əməkdaşı olmasını belə bildirməmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə onu da vurğulayır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin etməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam təsdiqini tapır. Bu da öz növbəsində onun əməlinin CM-nın 221.1-ci maddəsi ilə tövsif edilməsinə əsas verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 9-cu bəndində qeyd olunur ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılmasıəsasında müəyyən etməkdir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə ki, məhkəmə istintaqı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 27 fevral 2024cü il tarixdə, saat 01 radələrində ünvan 2 ünvanının qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, digər şəxslərə hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan həmin küçədə digər şəxslərin gözləri qarşısında Zərərçəkmiş şəxs uca səslə nalayiq ifadələrlə təhqir edib qəsdən yumruqla bir neçə dəfə vuraraq sonuncuya alt dodağın selikli qişasında solda əzilmiş-cırılmış yara və sol bazunun yuxarı 1/3-nin bayır səthində qançır olmaqla yüngül dərəcəli bədən xəsarətləri yetirib xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsindən CM-nin 221.1-ci madəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini qismən etiraf edib, səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, gənc olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə qeyd olunanları əsas götürərək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdən 11 iyun 2024-cü il tarixədək həbsdə olduğu 03 (üç) ay 14 (on dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 06 (altı) ay 28 (iyirmi səkkiz) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdən 11 iyun 2024-cü il tarixədək həbsdə olduğu 03 (üç) ay 14 (on dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 06 (altı) ay 28 (iyirmi səkkiz) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 05 (beş) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar