Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-107/2020 07.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Quba rayonu, Səbətlər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə,saat 13radələrində Quba rayonu, Təngaltı kəndində yaşayan qayınanası Şahid2 məxsus evdə xalası oğlu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı masanın üzərində olan stəkanı götürüb yaxın məsafədən Zərərçəkmiş şəxs üzünə çırpmış, stəkanın sınması nəticəsində sonuncuya sol gözün altında kəsilmiş yara və qançır, üst dodaqda solda kəsilmiş yaralardan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirərək, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, doğma xalası oğlu olan Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhərindən onların evinə gəlmiş, gecə onların evində qonaq qalmış və ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə təxminən saat 13 radələrində o, Nasir və ailəsi ilə birlikdə Quba rayonu, Təngəaltı kəndində yerləşən “Təngə” adlanan restorana gedib yeyib içmişlər. Sonradan çay içmək üçün həmin kənddə yaşayan qayınanası Firuzənin evinə qayıtmışlar. Çay içən zaman Nasirlə aralarında sözlü mübahisə yaranmış və o, Nasiri söymüşdür. Nasir isə onun və atasının ünvanına nalayiq ifadələr işlətdiyindən, o, süfrənin üstündə olan boş stəkanı Nasirin sifətinə çırpmışdır. Nəticədə sonuncunun sifəti qanamışdır. Bundan sonra o, öz evinə getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, mübahisə baş verdikdə evdə Nasirin qardaşı Pərviz, anası, həyat yoldaşı, azyaşlı qızı, qayınanası Firuzə olmuş, mübahisə təxminən 2-3 dəqiqə davam etmiş və həmin vaxt Nasir onu vurmamışdır. Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını və məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarında iştirak etməmişdir.Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək, təqsirləndirilən şəxslə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsin barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, xx.xx.2020-ci il tarixdə o, ailəsi ilə birlikdə Bakı şəhərindən Quba rayonuna gəlmiş və gecəni rayonun Təngəaltı kəndində yaşayan xalası oğlu Yaşarın evində qalmışdır. xx.xx.2020-ci il tarixdə Yaşar və ailə üzvləri birlikdə Təngəaltı kəndinə restorana gedib orada yeyib içmişlər. Yaşar orada ona bir nəfər qız ilə münasibəti olduğunu, sonradan həmin qız ilə qaynı ailə qurduğunu, buna görə də həmin qızla münasibətlərinin kəsildiyini bildirmişdir. Onlar restorandan qayıdarkən çay içmək üçün Yaşarın qayınanası Firuzənin yaşadığı evə getmişlər. Yaşardan həmin qız barədə maraqlandıqda, Yaşar onun ünvanına nalayiq sözlər işlədərək, masanın üzərində olan stəkanı onun sifətinin sol nahiyəsindən bir dəfə vurmuşdur. Nəticədə stəkan sınaraq onun sifət nahiyəsini kəsmişdir. Hadisədən sonra o, ailə üzvlərinin köməkliyi ilə Quba RDM-nə getmiş, daha sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, bununla bağlı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid2 bildirdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 16 radələrində kürəkəni Təqsirləndirilən şəxs xalası oğlanları Pərviz, Nasir və sonuncunun ailəsi ilə birlikdə onlara qonaq gəlmiş, o da qonaqlara çay verib gedib uzanmışdır. Ayağa qalxdıqda qonaqlar artıq evdə olmamışdır. O, sonradan kürəkəni Yaşarla Nasirin dalaşdığını öyrənmişdir. O, bilavasitə hadisənin şahidi olmamışdır. İş materiallarında olan Azərbaycan Rrespublikasının Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və X2-Təcrübi və Tədris biliyinin Quba Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 948 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-sol gözün altında kəsilmiş yara və qançır, üst dodaqda solda kəsilmiş yara kəsici küt əşyanın təsirindən törənməklə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vər.: 6). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayətişi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, hazırda məhkumluğu olmayan şəxsdir. (iş vər.: 19). Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi, ekspertrəyi, hadisəyerinəbaxışprotokolueləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3 şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onunAzərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-107/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-107/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver