Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-108/2020 06.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məsləhətçi məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs Quba rayonu 2-ci Nügədi kəndində yaşadığı evin qarşısına gələrək, onu çölə çığırmış və mobil telefonda atası Elxanın ünvanına nalayiq söyüşlər söydüyü üçün iradını bildirdikdən sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs bir dəfə üz nahiyyəsindən vuraraq ona üst dodağının selikli qişasında əzilmiş-cırılmış yara, alt dodağın selikli qişasında qançır-qansızma, sol qulaq seyvanında əzilmiş yaradan ibarət olan və sağlamlığına yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxsona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, əvvəllər onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında işdə olarkən Hümmət ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə bir neçə dəfə zəng etmiş, işdə olduğu üçün Hümmətin zənglərinə cavab verə bilməmişdir. Həmin gün axşam saatlarında Hümmət ona yenidən zəng vurmuş və o, telefonu açanda Hümmət ondan “atan hardadı” deyə soruşmuş, o Hümmətə “atamı yolda niyə düşürmüsən” deyə cavab vermişdir. Bundan sonra Hümmət ona yaxşı eləmişəm deyərək onun və atasının ünvanına telefonda nalayiq söyüşlərlə söymüşdür. O, Hümmətə işdən çıxıb gələcəyəni deyib telefonu söndürmüş və həmin günü sat 19 radələrində işdən çıxıb yaşadığı ünvana 2-ci Nügədi kəndində gəlmişdir. Hümmətin yaşadığı evin qarşısına çatanda Hümmətə zəng vuraraq qapının ağzına çıxmasını demiş, Hümmətin yaşadığı evin qarşısında olanda Hümmət qapının ağzına çıxmışdır. O, Hümmətə yaxınlşaıb “niyə məni söyürsən” deyəndə, Hümmət ona yaxşı etdiyini deyərək sağ əli ilə onun sağ əlindən tutmuş, o, yumruqla Hümmətin üz nahiyəsinə vurmuşdur. Həmin vaxt yer palçıq olduğundan Hümmət yerə yıxılmış, Hümmətin qardaşı Çingiz oraya təsadüfən gələrək onları ayırmışdır. Həmin vaxt qardaşı Vüqar da onların olduğu yerə gəlmiş və Hümmətə nə üçün mübahisə edirsən deyə bildirmişdir. O, qardaşı Vüqara cavabını verdiyini deyərək oradan çıxıb getmişlər. Həmin vaxt qardaşı Vüqarın Hümməti vurmadığını bildirmişdir.İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində həmkəndlisi İlqarın atası Elxan onun yaşadığı ünvana gəlmiş və 250 qramlıq spirtli içki qəbul etdikdən sonra yaşadığı evdən çıxıb getmişdir. Bundan sonra o, səhəri gün xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Elxana zəng vurmuş və Elxan telefona cavab verməmişdir. Həmin günü saat 19 radələrində evdə olarkən özünə məxsus mobil telefonuna ***-***-**-** saylı nömrədən zəng gəlmiş və həmin vaxt onunla danışan Elxanın oğlu İlqar olduğunu bilmişdir. İlqar onu çölə çağırmış və o, çölə çıxmışdır. O, küçəyə qapının ağzına çıxdıqdan sonra İlqarla qardaşı Vüqarın qapının ağzında dayandığını görmüş və İlqar ona “sən niyə mənim atamı içirib yola buraxmısan” deyərək üz nahiyəsindən yumruqla vurduqdan sonra, qardaşı Vüqar ayağından vuraraq onu yerə yıxmış və daha sonra İlqarla Vüqar təpiklə baş və bədəninin müxtəlif yerlərinə vurmuşlar. Həmion vaxt həmnkəndlisi Məmməd oraya gələrək onları ayırdıqdan sonra onu ayağa qaldırmış və o, bu barədə 102 xidmətinə məlumat vermişdir.İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını bildirib, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş edərək, bu barədə ərizəni məhkəməyə təqdim etdi. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 953 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- üst dodağının selikli qişasında əzilmiş-cırılmış yara, alt dodağın selikli qişasında qançır-qansızma, sol qulaq seyvanında əzilmiş yara küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir,bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətdə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Quba RMX-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nin Konsultativ Poliklinika Şöbəsinin narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq ekspert rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatmaterialıüzrəicraataCinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-108/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-108/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver