Məhkəmə qərarları › İş №1(027)-108/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-108/2022

02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-108/2022 02.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi X1, Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1991-ci ildə Quba rayonu Təngəaltı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Siyəzən rayon məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.4- cü maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli 816-VQD saylı Qanununa əsasən Quba rayon məhkəməsinin 25 fevral 2019-cu il tarixli qərarı ilə əməli CMnin 178.2.4-cü maddəsindən həmin Məcəlıənin 178.1-ci maddəsinə tövsif edilərək CM-nin 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmuş, Quba rayonu Təngəaltı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində ‘başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdə Quba rayonu Təngəaltı kəndində yerləşən X13 X5 Meşəbəyiliyinin 6 saylı dolayının 50-cı kvartalı ərazisində 1 ədəd 36 dm, 1 ədəd 40 dm, 4 ədəd 44 dm, 7 ədəd 52 dm, 1 ədəd 60 dm-də olmaqla cəmisi 14 ədəd fısdıq cinsindən olan yaş köküstə işlıyə yararlı ağacları qanunsuz kəsərək X11 xeyli miqdarda yəni, 1867,92 manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 14 oktyabr 2021-ci ıl tarixdə Quba rayonu Təngəaltı kəndində yerləşən X13 X5 Meşəbəyiliyinin 6 saylı dolayının ərazisində 1 ədəd 20 dm, 1 ədəd 32 dm, 2 ədəd 40 dm fıstıq cinsindən, 1 ədəd 44 dm, 1 ədəd 52 dm, 1 ədəd 68 dm palıd cinsindən, 1 ədəd 44 sm göyrüş cinsindən olan cəmisi 08 ədəd yaş köküstə işlıyə yararlı ağacları qanunsuz kəsərək X11 xeyli miqdarda yəni, 1207,41 manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 11 noyabr 2021-ci il tarixdə Quba rayonu Təngəaltı kəndində yerləşən X13 X5 Meşəbəyiliyinin 7 saylı dolayının ərazisində 1 ədəd 36 dm, 1 ədəd 44 dm, 3 ədəd 48 dm, 4 ədəd 52 dm, 2 ədəd 60 dm, 1 ədəd 72 dm fıstıq cinsindən olan cəmisi 12 ədəd yaş köküstə işlıyə yararlı ağacları qanunsuz kəsərək X11 xeyli miqdarda yəni, 2683,21 manat ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Quba rayonu Təngəaltı kəndində yaşayır. Subaydır və hazırda heç bir yerdə işləmir. Onun “Ural” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını vardır. Oduna ehtiyacı olduğundan 2021-cı ilin sentyabr və oktyabr aylarında yaşadığı Quba rayonu Təngəaltı kəndində yerləşən X13 X5 Meşəbəyiliyinin 6 saylı dolaydan təxminən 20-yə yaxın vələs və başqa cinsdə ağaclardan kəsib özünə məxsus olan “Ural” maşını ilə yaşadığı evin həyətinə gətirmişdir.. Axırıncı dəfə isə 2021-ci ilin noyabr ayının əvvəllərində yaşadığı Təngəaltı kəndində yerləşən X13 X7 vələ Meşəbəyiliyinin 7 saylı dolayının ərazisində 12 ədəd fıstıq ağacını kəsib evinə gətirdikdən sonra, meşə gözətçisi Nümayəndə onun yaşadığı ünvana gəlib meşədən icazəsiz ağac kəsməsi barədə Meşə Təsərüfatı mərkəzinə məlumat verdiyini bildirmişdir. Bundan sonra X13 Təsərüfatı Mərkəzinin əməkdaşları onun yaşadığı evin həyətinə gəlib sonuncu dəfə meşədən kəsib gətirdiyi 12 ədəd ağaclara baxış keçirərək müvafiq akt tərtib etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, vurduğu ziyanı tamamilə ödədiyini bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki o, 2005-ci ildən X13 X5 Meşəbəyiliyinin 6-7 saylı dolaylarında meşə gözətçisi işləyir. 21 sentyabr 2021-ci il tarixdə həmin meşəbəyiliyinin 6 saylı dolayının 50-cı kvartalı ərazisində, Təngəaltı kəndində olan meşə sahəsində olan zaman 14 ədəd fısdıq cinsindən olan yaş ağacların qanunsuz kəsilərək aparıldığı aşkar etmişdir. Həmin yerdə olan avtomobil təkəri izlərindən müəyyən etmişdir ki, kəsilmiş ağaclar “Ural” markalı yük maşını ilə aparılmışdır. O bu barədə ərazinin meşəbəyisi Hüseyn Abdulhüseynova telefonla məlumat vermiş, sonuncu həmin əraziyə gəldikdən sonra əraziyə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, kəsilmiş 14 fıstıq cinsli ağaclardan 1 ədədi 36 dm, 1 ədədi 40 dm, 4 ədədi 44 dm, 7 ədədi 52 dm, 1 ədədi 60 dm də olmuşdur. Bundan sonra 14 oktyabr 2021-ci il tarixdə Təngəaltı kənd ərazisindəki Vəlvələ meşəbəyiliyinin 6 saylı dolayının meşə sahəsini yoxlayarkən yenə 08 ədəd müxtəlif cinslərdən olan yaş ağacların qanunsuz kəsilərək aparıldığını aşkar etmişdir. Əraziyə baxış keçirəndə müəyyən etmişlər ki, kəsilmiş ağaclardan 1 ədəd 20 dm, 1 ədəd 32 dm, 2 ədəd 40 dm fıstıq cinsindən, 1 ədəd 44 dm, 1 ədəd 52 dm, 1 ədəd 68 dm palıd cinsindən, 1 ədəd 44 sm göyrüş cinsindən olan ağaclardır. Sonuncu dəfə 2021-ci ilin noyabr ayının əvəllərində meşə gözətçisi olduğu Təngəaltı kənd ərazisindəki Vəlvələ meşəbəyiliyinin 7 saylı dolayının meşə sahəsini yoxlayarkən 1 ədəd 36 dm, 1 ədəd 44 dm, 3 ədəd 48 dm, 4 ədəd 52 dm, 2 ədəd 60 dm, 1 ədəd 72 dm fıstıq cinsindən olan cəmisi 12 ədəd yaş ağacların kəsilməsini müüəyyən etmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 6 və 7 saylı dolaylardan kəsilən təxminən 34 ağaçı Quba rayonunun Vəlvələ kəndində yaşayan Təqsirləndirilən şəxs kəsib yaşadığı evin həyətinə daşımışdır. Bundan sonra o, iş yoldaşları ilə birlikdə Niyzai Səfərəliyevin yaşadığı ünvana gedib onun həyətində olan sonuncu dəfə meşədən kəsib gətirdiyi 12 ədəd yaş fıstıq ağaclarını aşkar edib müvafiq akt tərtib etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 oxşar məzmunlu ifadə verərək X1 ifadəsində göstərdiyi xüsusatları bır daha təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 28 aprel 2022-ci il tarixli 9/2258 №-li rəyindən görünür ki, Vəlvələ meşəbəyıliyinin 6 saylı meşə dolayısının 50 saylı kvartalında aşkar edilmiş qanunsuz meşə məhsullarının daşınması barədə X13 Təsərüfatı Mərkəzi tərəfindən tərtib edilmiş Həcm-Qıymət Cədvəlində 14 ədəd fıstıq ağaclarının qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 1867,92 manat müəyyən edilir. Vəlvələ meşəbəyiliyinin 6 saylı meşə dolayısında aşkar edilmiş qanunsuz meşə məhsullarının daşınması barədə X13 Təsərüfatı Mərkəzi tərəfindən tərtib edilmiş Həcm-Qiymət Cədvəlində 08 ədəd müxtəlif adda ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 1207,41 manat müəyyən edilir. Vəlvələ meşəbəyiliyinin 7 saylı meşə dolayısında aşkar edilmiş qanunsuz meşə məhsullarının daşınması barədə X13 Təsərüfatı Mərkəzi tərəfindən tərtib edilmiş Həcm-Qıymət Cədvəlində 12 ədəd fıstıq ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 2683,21 manat, müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və zərərçəkiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən rayon məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin 25 fevral 2019-cu il tarixli qərarından görünür ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli 816-VQD saylı Qanununa əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsindən həmin Məcəlıənin 178.1-ci maddəsinə tövsif edilərək CM-nin 73-1-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Quba rayonu, Təngəaltı İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Təngəaltı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya X14 Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X12 Təsərrüfatı Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs vurmuş olduğu ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən səmimi peşman olmasını, vurmuş olduğu zərəri tamamilə ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsinin sanksiyasında yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum cəzası nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 may 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzası təyin edildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Ekologiya X14 Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X12 Təsərrüfatı Mərkəzində saxlanılan 12 ədəd fıstıq ağacı təyinatı üzrə istifadə olunması üçün X13 Təsərrüfatı Mərkəzinə təhvil verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsi ilə təqsirli bilinərək 8.000 (səkkiz min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. iş üzrə maddi sübut olan 12 ədəd fıstıq ağacı təyinatı üzrə istifadə olunması üçün Azərbaycan Respublikası Ekologiya X14 Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X12 Təsərrüfatı Mərkəzinə təhvil verilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin.. İş üzrə mülki iddia və müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar