Məhkəmə qərarları › İş №1(027)-109/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-109/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-109/2020 11.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: Zərərçəkmiş şəxs1, Zərəçəkmiş şəxs: X6, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakları ilə xx xxxx 1974-cü ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il saat 15 radələrində sürücülük hüququ və yol vərəqəsi əsasında idarə etdiyi "Tatra 815 yük” markalı **-JZ-*** qeydiyyat nişanlı avtomobillə Susay-Xmalıq yolu ilə Quba rayonu Xınalıq kəndi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin l-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edib, qanunun qeyd olunan tələblərinə əməl etməyərək qarşıda eyni istiqamətdə hərəkətdə olan X5 idarə etdiyi “Tatra 815 yük” markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqda sürətini azaltmayıb idarə etdiyi avtomobilin qabaq tərəli ilə həmin avtomobilin arxa tərəfindən vuraraq dərəyə aşırması nəticəsində ehtiyatsızlıqdan “Tatra 815 yük” markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini zərərçəkmiş şəxs X11 gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızıma, hər iki burun dəliyində qanlı ifrazat, başında və bədənində çoxlu sıyrıq, başın yumşaq toxumalarının alt səthində alın-təpə-gicgah və ənsə nahiyələrində geniş qansızıma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızıma, döş və qarın hissədə yumşaq toxumalar altında qansızmalar, sol tərəfdən körpücük və klirək sümüyünün. İV-V qabırğaların sınıqları, sol ciyərin aşağı payının toxumasının çırılması və ol ağ ciyərin yuxarı və aşağı payının toxumasına qansızıma, döş boşluğunda solda 200 ml-ə yaxın sərbəst qan kimi ağır dərəcəli zərər vurmaqla xx xxxx 2020-ci il saat 20:00-da ölməsinə, həmin avtomobilin sürücüsü zərərçəkmiş şəxs X1 sağ gicgah nahiyəsində və sol pəncə üzərində əzilmiş-cırılmış yara, burun sümüklərinin çoxqəlpəli sınığı, bel nahiyəsinin yumşaq toxumalarının əziyi və hematoması kimi sağlaınlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurulmasına, həmçinin, “Tatra 815” markalı ** JZ *** qeydiyyat nişanlı avtomobilə 34828 manat və “Tatra 815" markalı 90 M 289 dövlət qeydiyyat nişanlı avtomobilə 51128 manat olmaqla mülkiyyətçisi zərər çəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "3 N-li X17 istismarı” MMC-yə ümumilikdə 85956 manat maddi ziyan vurulmasına səbəb olaraq yol hərəkəti qaydalarını pozmaqla zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki o, 2020-ci ilin yanvar ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “3 N-li X17istismarı” MMC-də sürücü vəzifəsinə işə düzəlmişdir. Həmin vaxtdan “Tatra” markalı ** JZ *** qeydiyyat nişanlı avtomobilinin idarə edilməsi üçün ona etibarnamə verilmişdir. 2020-ci ilin aprel ayında, daha sonra isə iyun ayında ezamiyyət vərəqəsi və yol vərəqəsi verilməklə idarə etdiyi avtomobillə birlikdə Quba rayonu ərazisində Alpan-Susay-Xınalıq yolunun tikintisində iştirak etmək üçün AAY "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-yə ezam olunmuşdur. xx xxxx 2020-ci il saat 07-08 radələrində adəti üzrə idarənin düşərgəsində olmuşdur. İdarənin düşərgəsindən idarə etdiyi avtomobili götürərək işə başlamışdır. Həmin gün saat 14 radələrində nahar fasiləsindən sonra işinə davam etmişdir. Nahar fasiləsindən sonra idarə etdiyi avtomobillə yüksüz halda hərəkətdə olarkən qarşısında hərəkətdə olan "Tatra” markalı ** JM *** qeydiyyat nişanlı avtomobili görmüşdür. Həmin avtomobilə yaxınlaşdığını görüb ayağını əyləcə bir neçə dəfə bassada avtomobil dayanmayaraq qarşıda hərəkətdə olan ** JM *** qeydiyyat nişanlı avtomobili vurmuşdur. Qəzadan sonra, aldığı xəsarətlər nəticəsində huşunu itirmişdir. Qusar RMX-da müalicədə olarkən ona məlum olmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Tatra 815 yük” markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan X15 vəfat etmiş, həmin avtomobilin sürücüsü X7 bədən xəsarətləri almışdır. İdarə etdiyi “Tatra 815” markalı ** JZ *** qeydiyyat nişanlı avtomobilə 34828 manat və “Tatra 815" markalı 90 M 289 dövlət qeydiyyat nişanlı avtomobilə 51128 manat ziyan dəymişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı hər iki ayağının sındığını, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini bildirib, məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki o, 2009-cu ildə X15 ilə ailə həyatı qurmuş və bu nikahdan 3 övladları dünyaya gəlmişdir. Həyat yoldaşı İlkin Məmmədov təxminən 2-3 ildir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də bayraqdar vəzifəsində işə düzəlmişdir.X19 rayonunda yerləşən Susay-Xınalıq yolunun tikintisində çalışmışdır. xx xxxx 2020-ci ildə İlkin Məmmədov adəti üzrə saat 08:00-da işə getmişdir. Həmin gün saat 18 radələrində qayınatası Sədi Məmmədov ona zəng edərək həyat yoldaşı İlkin Məmmədovun işlədiyi yerdə avtomobil qəzasına düşdüyünü və bu səbəbdən onu Qusar RMX-ya apardıqlarını demişdir. xx xxxx 2020-ci il tarixdə İlkin Məmmədov baş vermiş hadisə nəticəsində aldığı xəsarətlərdən Qusar RMX-da vəfat etmişdir.İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirib bu barədə ərizəni təqdim edib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X10 göstərdi ki o, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “3 N-li X17-istismarı” MMC-də sürücü işləyir. xx xxxx 2020-ci il tarix saat 07 radələrində avtomobillərin saxlanıldığı yolun tikintisi zamanı qurulmuş Susay-Xınalıq yolunun üzərində olan düşərgəyə getmişdir. Oradan idarə etdiyi “Tatra 815 yük” markalı ** JM *** qeydiyyat nişanlı avtomobili götürərək işə başlamışdır. Həmin gün düşərgədə nahar etdikdən sonra saat 14 radələrində yenidən işə başlamışdır. Hərəkətə başlamazdan əvvəl onlarla birlikdə nahar edən, yol tikintisində bayraqdar kimi çalışan X15 ondan xahiş etmişdir ki, onu idarə etdiyi avtomobillə işlədiyi yerdə düşürsün. İlkin Məmmədovun işlədiyi yer onun gedəcəyi yer ilə bir istiqamətdə olduğundan onunla razılaşmış və İlkin Məmmədov avtomobilin ban yerində əyləşmişdir. Həmin gün saat 15 radələrində idarə etdiyi avtomobillə 30-40 km/saat sürətlə hərəkətdə olarkən yol şəraiti tam nəzarətim altında olmuş və avtomobilin yan güzgüsündən geriyə doğru baxdıqda arxada "Tatra” markalı avtomobilin hərəkətdə olduğunu görmüş və heç bir şübhəli hal olmadığından yoluna davam etmişdir. Həmin vaxt bir anın içində Təqsirləndirilən şəxs idarə etdiyi “Tatra 815 yük” markalı ** JZ *** qeydiyyat nişanlı avtomobil arxadan gələrək onun idarə etdiyi avtomobilin arxa hissəsi ilə toqquşmuş və toqquşmadan idarə etdiyi avtomobil dərədən aşağı yuvarlanmışdır. Hadisə nəticəsində huşunu itirmiş və Qusar RMX-da ayılmışdır. Ona məlum olmuşdur ki, hadisə zamanı onun yanında olan X12 xəsarətlər almışdır. İlkin Məmmədov xx xxxx 2020-ci il tarixdə aldığı xəsarətlər nəticəsində vəfat etmişdir. İfadəsinin sonunda X10 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirib bu barədə ərizəni təqdim edib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı zərər çəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "3 N- li X17 İstismarı” MMC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki o, 2019-cu ilin yanvar ayından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “3 N-li X17 İstismarı” MMC-nin İstismar şöbəsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs AAY "3 N-li X17 İstismarı” MMC-də xx xxxxxx 2020-ci ildən sürücü vəzifəsində işləmiş və ona həmin tarixdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ”3 N-li X17 İstismarı” MMC-nin balansında olan "Tatra” markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobil təhkim olunmuşdur. xx xxxx 2020-ci ildə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Quba rayonunda yerləşən Alpan-Susay-Xınalıq avtomobil yolunun tikintisində iştirak etmək üçün yol vərəqəsi və ezamiyyət vərəqəsi verilməklə ”xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ezam olunmuşdur. Zərərçəkmiş şəxs3 xx xxxxxx 2019-cu ildən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ”3 N-li X17 İstismarı” MMC-də sürücü vəzifəsində çalışmış və ona həmin tarixdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ”3 N-li X17 İstismarı” MMC-nin balansında olan “Tatra” markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobil təhkim olunmuşdur. xx xxxx 2020-ci ildə Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobillə Quba rayonunda yerləşən Alpan-Susay-Xınalıq avtomobil yolunun tikintisində iştirak etmək üçün yol vərəqəsi və ezamiyyət vərəqəsi verilməklə “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ezam olunmuşdur. xx xxxx 2020-ci ildə Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillərlə Quba rayonunda yerləşən Alpan-Susay-Xınalıq avtomobil yolunun tikintisində iştirak etmək üçün yol vərəqəsi və ezamiyyət vərəqəsi verilməklə "xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ezam olunmazdan əvvəl həmin avtomobillər texniki baxışdan keçirilərək saz vəziyyətdə sürüçülərə təhvil verilmişdir. xx xxxx 2020-ci il saat 15 radələrində işdə olarkən ona məlum olmuşdur ki, Alpan-Susay-Xınalıq avtomobil yolunun tikintisində iştirak edən Təqsirləndirilən şəxs idarə etdiyi Tatra” markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobilə Zərərçəkmiş şəxs3 oğunun idarə etdiyi“Tatra” markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsində vurmuş və nəticədə hər iki maşın dərəyə yuvarlanmışdır. Həmin vaxt Səxavət Məmmədovun yanında olan X15 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. İlkin Məmmədov xx xxxx 2020-ci il tarixdə xəstəxanada vəfat etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Tatra 815” markalı ** JZ *** qeydiyyat nişanlı avtomobilə 34828 manat, “Tatra 815" markalı 90 M 289 dövlət qeydiyyat nişanlı avtomobilə 51128 manat, ümumilikdə 85956 manat olmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "3 N-li X17 istismarı” MMC-nə maddi ziyan dəymişdir. İş materialında olan məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 21 saylı rəyindən görünür ki, mərhum İ.S.Məmmədovun meyitinin xarici müayinəsi zamanı gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızına, hər iki burun dəliyində qanlı ifrazat, başında və bədənində çoxlu sıyrıq. daxili müyainəsi zamanı başın yumşaq toxumalarının alt səthində alıntəpə-gicgah və ənsə nahiyələrində geniş qansızına, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızına, döş və qarın hissədə yumşaq toxumalar altında qansızmalar. sol tərəfdən körpücük və kürək sümüyünün. İV-V qabırğaların sınıqları, sol ciyərin aşağı payının toxumasının çırılması və sol ağ ciyərin yuxarı və aşağı payının toxumasına qansızına, döş boşluğunda solda 200 ml-ə yaxın sərbəst qan aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən əvvəl yetirilməyə uyğundur, küt əşya(lar)nın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx xxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni yuxarıda qeyd olunan yol- nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyal üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərə vurma əlamətlərinə malikdir. Mərhum İ.S.Məmmədovun adına olan xəstəlik tarixində hadisə ərəfəsində xəstəxanaya daxil olarkən spirtli içki qəbul edib etməməsi haqqında hər hansı qeydiyyat yoxdur. Mərhum İ.S.Məmmədovun ölümünə səbəb baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində başın küt travmasından baş beyin toxumasına qansızına olmuşdur. Ölüm xx xxxx 2020-ci il tarixdə 20:00-da xəstəxanada baş vermişdir, meyitin təşrihi zamanı ölümün həmin vaxtda inkar olunmamışdır. İş materialında olan məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 650 saylı rəyindən görünür ki. Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar olunan xəsarətlər-sağ gicgah nahiyəsində və sol pəncə üzərində əzilmiş-cırılmış yara, burun sümüklərinin çoxqəlpəli sınığı, bel nahiyəsinin yumşaq toxumalarının əziyi və hematoması küt əşya(lar)ın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol- nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materialında olan məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 649 saylı rəyindən görünür ki. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- baş beyin silkələnməsi ilə müşayiət olunan alında əzilmiş-cırılmış yara, döş qəfəsinin yumşaq toxumalarının əziyi, sağ mil sümüyünün 1/3-dən qapalı sınığı, sağ və sol bud sümüyünün qapalı yerdəyişmiş sınıqları küt əşya(lar)ın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yolnəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görəsağlamlıqda uzun müddətə pozğunluq törətdiklərindən sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materialında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 8/969 saylı rəyindən görünür ki,“Tatra” markalı ** JZ *** qeydiyyat nişanlı avtomobilin arxa sol təkərinin tormozu istisna olmaqla digər bütün təkərlərin tormoz sistemi işlək vəziyyətdə olmuşdur. Avtomobilin arxa sol təkərinə gedən tormoz şlanqının ucluğu kustar üsulla bağlandığından digər təkərlərdə effektivlik tormozlanma olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Tatra” markalı ** JZ *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Aydəmirov avtomobili arxa sol təkərin tormozu nasaz vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin/1 saylı əlavədə 1-ci hissənin) tələblərinə uyğunsuzluq olmuş, lakin həmin nasazlıqla hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında tibbi müayinə ptotokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verdiyi vaxt alkoqol sərxoşluğu olmamışdır. İş materiallarında olan Quba rayon polis şöbəsinin DYPB-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs adına АF seriyalı 324302 №-li «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzləşdirilmiş kompyuter bazasında məlumat qeydə alınmamışdır. İş materialında olan AF 324302 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs verilmiş “BC” dərəcəli sürücülük vəsiqəsi xx.xx.2029-cu il tarixədək etibarlıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərər çəkmiş şəxsin və zərər çəkmiş hüquqi şəxsin ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri vəməhkəmə-tibb ekspertizalarının müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və X9 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhəri üzrə İƏD-üzrə nümayəndəliyi tərəifndən verilmiş x xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 saylı evdə qeydiyyatdadır və həmin ünvanda yaşayır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhəri üzrə İƏD-üzrə nümayəndəliyi tərəifndən verilmiş x xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 Quba rayon məhkəməsinə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxs X6 Quba rayon məhkəməsinə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materialında olan zərər çəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "3 N-li X17 İstismarı” MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, MMC-nin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərər çəkmiş şəxsin hüquqi varisi, zərər çəkmiş şəxs və zərər çəkmiş hüquqi şəxs ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "3 N- li X17 İstismarı” MMC-nin Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı 1A saylı ünvanda yerləşən qarajda saxlanılan “Tatra 815 yük” markalı ** JZ *** dövlət qeydiyyat nişanlı və “Tatra 815 yük” markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobillər zərər çəkmiş hüquqi şəxsə qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 290(iki yüz doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərədə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərədə tutulmuş hallarda hüqquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər saat üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərədən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi cəmi 18 (on səkkiz) iş saatına görə 108 (yüz səkkiz) manat məbləğində vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H\h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı 1A saylı ünvanda yerləşən qarajda saxlanılan “Tatra 815 yük” markalı ** JZ *** dövlət qeydiyyat nişanlı və “Tatra 815 yük” markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobillər zərər çəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "3 N-li X17 İstismarı” MMC-nin qaytarılısın. Təqsirləndirilən şəxs 290 (iki yüz doxsan) manat məbləğdə ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************,SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən, Təqsirləndirilən şəxs hüquqlarınınməhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə,cəmi 18 (on səkkiz) iş saatına görə 108 (yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H\h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia, maddi ziyan və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar