Məhkəmə qərarları › İş №1(027)-109/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-109/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-109/2021 27.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 13.04.21-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 69.3cü maddələrinə əsasən 2800 manat məbləğində cərimə və 2 il 8 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya məhkəməsinin 22.06.2018-ci il tarixli qərarı ilə Bakı şəhər, Yasamal rayon məhkəməsinin 13.04.2018-ci il tarixli hökmü dəyişdirilərək 2800 manat məbləöində cərimə və 1 il 8 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 22.02.2019-cu il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 ay 28 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 20.05.2019-cu il tarixdə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə hər hansı səlahiyyətləri və imkanları olmadığı halda Zərərçəkmiş şəxs1 "xxxx" MMC-nin Quba rayon şöbəsində sürücü kimi işə düzəldəcəyini vəd edərək 03.08.2019-cu il tarixdə Quba şəhəri H.Əliyev prospektində yerləşən köhnə avtovağzalın yaxınlığında 1800 manat, 05.08.2019-cu il tarixdə təxminən saat 15 radələrində Quba şəhəri Fətəlixan küçəsində 200 manat, 07.08.2019-cu ildə təxminən saat 15 radələrində Quba şəhəri Fətəlixan küçəsində 200 manat, 09.08.2019-cu il tarixdə təxminən saat 15 radələrində Quba şəhəri Fətəlixan küçəsində 300 manat olmaqla, ümumilikdə 2500 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə hər hansı səlahiyyətləri və imkanları olmadığı halda Zərərçəkmiş şəxs4 övladı X7 rayonunda yerləşən Müdafiə Nazirliyinin hərbi hissəsində işə düzəldəcəyini vəd edərək 2019-cu ilin avqust ayında Quba şəhəri H.Əliyev prospektində yerləşən Şane restoranında 400 manat, 2019-cu ilin sentyabr ayının əvvələrində Şuduq kəndində 800 manat, 2019-cu ilin sentyabr ayının əvvəllərində Quba şəhəri H.Əliyev prospektində yerləşən Şane restoranında 1400 manat, 14.12.2019-cu il tarixdə 600 manat pul və 200 manat dəyərində 1 baş qoyun olmaqla, ümumilikdə 3200 manat pul və 1 baş 200 manat dəyərində qoyununu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə hər hansı səlahiyyətləri və imkanları olmadığı halda Zərərçəkmiş şəxs2 ünvan 2 ünvanında yerləşən evin sənədləşməsini anası Səfurə Babayevanın adma rəsmiləşdirəcəyini vəd edərək 2019-cu ilin noyabr ayının ortalarında saat 21 radələrində Quba şəhərində S.Vurğun küçəsində yaşadığı evin yaxınlığında 550 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə hər hansı səlahiyyətləri və imkanları olmadığı halda Zərərçəkmiş şəxs3 FHN-nin Quba rayon şöbəsində sürücü kimi işə dzəldəcəyini vəd edərək, 2019-cu ilin noyabr ayının ortalarında Quba şəhəri H.Əliyev prospektində yerləşən Şane restoranında 500 manat, 2019-cu ilin noyabr ayının sonlarında Quba şəhəri H.Əliyev prospektində yerləşən Sədərək ticarət mərkəzinin yaxınlığında 1250 manat, 2019-cu ilin dekabr ayının əvvəllərində Quba şəhəri H.Əliyev prospektində yerləşən Sədərək ticarət mərkəzinin qarşısında 750 manat olmaqla ümumilikdə 2500 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə hər hansı səlahiyyətləri və imkanları olmadığı halda Zərərçəkmiş şəxs5 təqaüd təyin etdirəcəyini vəd edərək, 13.11.2019-cu il tarixdə Quba rayonu Şuduq kəndində 150 manat, 2019-cu ilin dekabr ayının əvvəllərində Quba rayonu Şuduq kəndində 600 manat, 2019-cu ilin dekabr ayının ortalarında Quba rayonu Şuduq kəndində 500 manat və 2019-cu ilin dekabr ayının sonlarında 100 manat olmaqla, ümumilikdə 1350 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1 ilə 2019-cu ilin avqust ayının əvvəllərində Rustov kəndində söhbət edən zaman Tamerlanı 2500 manat pul müqabilində Azərsu-nun Quba rayon şöbəsində sürücü kimi işə düzəldəcəyini və aylıq 570 manat əmək haqqı alacağını demiş, Tamerlan da ona inanıb razılaşmışdır. Bu məqsədlə Tamerlandan ilkin olaraq 03.08.2019-cu il tarixdə Quba şəhərində avtovağzalın yaxınlığında 1800 manat pul almış və 1 ay ərzində işinin düzələcəyini demişdir. 05.08.2019-cu il tarixdə Quba şəhərində Fətəlixan küçəsində Tamerlandan 200 manat, 07.08.2019-cu il tarixdə həmin yerdə 200 manat, 09.08.2019-cu il tarixdə isə həmin yerdə 300 manat olmaqla pul almışdır. Ümumilikdə Tamerlandan işə düzəltmək adı ilə 2500 manat pul almış, qarşılığında heç bir iş görməmiş və aldığı pulu şəxsi xərclərinə sərf etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4 oğlu Məhərrəmlə təxminən 2019-cu ilin avqust ayında Quba şəhərində yerləşən Şane restoranında söhbət edən zaman Məhərrəmə Qusar rayonunda yerləşən Müdafiə Nazirliyinin hərbi hissəsində işə düzəldə biləcəyini demiş, Məhərrəm də Sədrəddinlə məsləhətləşib cavab verəcəyini demişdir. Məhərrəmə onu həmin işə 3500 manat pul müqabilində 2019cu ilin dekabr ayının sonlarına kimi işə düzəldə biləcəyini demiş və bu məqsədlə ilkin olaraq 400 manat pul istəmişdir. Məhərrəm də 400 manat pulu 2019-cu ilin avqust ayında Quba şəhəri H.Əliyev prospektində yerləşən Şane restoranında ona vermişdi və pulu aldıqdan sonra Sədrəddinlə zəngləşib danışmış və həmin pulu aldığını təsdiq etmişdir. Sədrəddinlə 2019-cu ilin sentyabr ayında Şuduq kəndində görüşüb söhbət etmiş, söz vermişdir ki, 3500 pul müqabilində oğlu Məhərrəmi işə düzəldəcəkdir. Sədrəddin də həmin gün yəni, 2019-cu ilin sentyabr ayının əvvələrində Şuduq kəndində ona 800 manat pul vermiş, təxminən 2-3 gün sonra Sədrəddinə zəng edərək Quba şəhərində olduğunu və qalan pulu da verməyini istəmişdir. Sədrəddin də həmin gün Məhərrəm vasitəsilə ona 1400 manat pul göndərmiş, Məhərrəmdən 1400 manat pulu aldıqdan sonra Sədrəddinə zəng edərək pulu aldığını demişdir. Məhərrəm 1400 manat pulu ona həmin gün Quba şəhəri H.Əliyev prospektində yerləşən Şane restoranında vermişdir. Sonuncu dəfə isə Sədrəddindən 14.12.2019-cu il tarixdə qalan 900 manat pulu da verməyini istəmiş, Sədrəddin də pulunun olmadığını demiş, o da pulu verməyini və işin alınması üçün vacib olduğunu demişdir. Sədrəddin də telefonla danışan zaman ona 600 manat pul və 200 manat dəyərində 1 baş 35 kq çəkidə qoyun verəcəyini demiş, o da razılaşmış və Şuduq kəndinə gəlmiş, Sədrəddin həmin gün ona 600 manat pul və 200 manat dəyərində 1 baş qoyun vermişdir. Ümumilikdə Sədrəddindən 3200 manat pul və 1 baş 35 kq çəkidə qoyunu da 200 manat pulun əvəzinə almışdır. Aldığı pulun əvəzində heç bir iş görməmişdir. Bundan başqa o, təxminən 2019-cu ilin noyabr ayında Zərərçəkmiş şəxs2lə və Rafiqlə görüşüb söhbət etmiş, Nurlan ondan sənədləşmə ilə bağlı kömək etməyini istəmiş, o da Nurlanı aldadaraq, yalandan həmin sənədləşməni həll edə biləcəyini və bu məqsədlə 550 manat pul lazım olacağını demişdir. Nurlan da razılaşmış və söhbət etdikləri günün axşamı Quba şəhərində yaşadığı evin yaxınlığında ona 550 manat pul vermişdir. Nurlandan aldığı pulu xərcləmiş və bugünədək qaytarmamışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs3lə 2019-cu ilin noyabr ayının ortalarında Quba şəhərində yerləşən Şane restoranında görüşüb söhbət edərkən Rafiqi FHN-in Quba rayon şöbəsində sürücü kimi 2500 manat pul müqabilində işə düzəldə biləcəyini demiş, Rafiq də inanmış və ilkin olaraq ona 500 manat pul vermişdir. Daha sonra 2019-cu ilin noyabr ayının sonlarında Rafiqə zəng edərək işilə əlaqədar 1250 manat pul verməyini istəmişdir. Rafiqlə 2019-cu ilin noyabr ayının sonlarında Quba şəhərində yerləşən Sədərək ticarət mərkəzinin yaxınlığında görüşmüşlər və 1250 manat pul almışdır. Sonuncu dəfə 2019-cu ilin dekabr ayının əvvəllərində həmin işlə bağlı 750 manat pul verməli olduğunu Rafiqə zəng edərək demiş, Rafiqlə 2019-cu ilin dekabr ayının əvvəllərində Quba şəhərində yerləşən Sədərək ticarət mərkəzinin qarşısında görüşmüş və ona 750 manat pul vermişdir. Rafiqdən ümumilikdə işə düzəltmək adı ilə 2500 manat pul almış və bugünədək qaytarmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs5la tanışlığı Zərərçəkmiş şəxs3lə birlikdə 13.11.2019-cu il tarixdə Şuduq kəndinə gəldiyi zaman olmuşdur. Söhbət zamanı Cabbar RF-nın Surqut şəhərində qaynaqçı işlədiyini, lakin hazırda pensiya ala bilmədiyini demiş, o da 1500 manat pul müqabilində pensiya təyin etdirə biləcəyini demiş, Cabbar da razılaşmışdır. Cabbardan ilkin olaraq sənədlərin hazırlanması üçün pul verməyini istəmiş, Cabbar da ona 150 manat pul vermiş, pulu aldıqdan sonra işin həllinə dair ilkin işləri görəcəyini demişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində Şuduq kəndinə gəlmiş və Cabbara zəng edib görüşmüşdür. Söhbət zamanı Cabbardan işilə əlaqədar olaraq 600 manat pul istəmiş, o da 600 manat pul vermişdir. Pulu aldıqdan sonra sənədlərin hazırlandığını və işin tezliklə yekunlaşacağına söz vermişdir. 2019-cu ilin dekabr aynın ortalarında Şuduq kəndinə gəlmiş və zəngləşib görüşmüş, Cabbardan işin həllinə dair 500 manat pul istəmiş, Cabbar da ona 500 manat pul vermişdir. Sonuncu dəfə isə Cabbara zəng edərək Quba şəhərində olduğunu və işilə əlaqədar olaraq 100 manat pul verməli olduğunu demiş, Cabbar da Şuduq kəndində olduğundan qohumu Rafiqin vasitəsilə 100 manat pulu göndərəcəyini demişdir. Həmin gün təxminən günorta vaxtı Rafiqlə görüşmüş və Rafiq ona 100 manat pulu vermiş, pulu aldıqdan sonra Cabbara zəng edərək bu barədə bildirmişdir. Ümumilikdə, Cabbardan pensiya təyin etdirəcəyi adı ilə 1350 manat pul almış, aldığı pulu şəxsi xərclərinə sərf etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olduğunu, hər bir zərərçəkmiş şəxsə 400 manat, ümumilikdə vurmuş olduğu ziyandan 2000 manat ödədiyini bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, o, Təqsirləndirilən şəxsla 02.08.2019-cu il tarixdə Quba rayonu Rustov kəndində görüşmüş və söhbət zamanı Rəşad onu Azərsu-nun Quba rayon şöbəsində sürücü vəzifəsinə işə düzəldə biləcəyini demiş və həmin vəzifəyə işə düzəlməyə görə də 2500 manat pul verməli olduğunu bildirmişdir. Rəşada inanmış və razılaşmışdır. Rəşad da onu işə düzəldəcəyinə söz verərək, ilkin olaraq 1800 manat pul verməyini istəmiş, Rəşadla 03.08.2019-cu il tarixdə Quba şəhəri H.Əliyev prospektində yerləşən köhnə avtovağzalın yaxınlığında görüşmüş və ona 1800 ; manat pul vermişdir. Rəşad da pulu aldıqdan sonra 1 ay ərzində onun işə düzələcəyinə söz | vermişdir. Təxminən 05.08.2019-cu il tarixdə səhər saatlarında Rəşad onunla əlaqə saxlayaraq işə ; düzəlməyi ilə əlaqədar olaraq pul verməli olduğunu demiş, 05.08.2019-cu il tarixdə təxminən saat ! 15 radələrində Quba şəhəri Fətəlixan küçəsində Rəşadla görüşmüş, bu zaman yanında qardaşı Taleh və tanışı Şəhriyar da var imiş, onların yanında Rəşadla söhbət etmiş, söhbət zamanı Rəşad ondan işə düzəlməyi ilə əlaqədar pul lazım olduğunu demiş və Rəşada 200 manat pul, hərbi biletini və şəxsiyyət vəsiqəsini vermişdir. Rəşad 200 manat pulu və sənədləri ondan aldıqdan sonra işin tezliklə həll ediləcəyini deyib sağollaşmış, təxminən 07.08.2019-cu il tarixdə Rəşad ona zəng edərək Quba şəhərinə gəldiyini və işi ilə bağlı görüşməli olduğlarını və həmin işlə bağlı pul verməyini istəmiş, 07.08.2019-cu ildə təxminən saat 15 radələrində Rəşadla Fətəlixan küçəsində görüşmüş, bu zaman yanlarında qardaşı Taleh və tanışı Şəhriyar var imiş, Şəhriyarın yanında 200 manat pulu Rəşada vermiş, Rəşad pulu aldıqdan sonra işin həll olunmaq üzrə olduğunu demişdir. Sonuncu dəfə isə Rəşadla xatırladığım qədər 09.08.2019-cu il tarixdə təxminən saat 15 radələrində Quba şəhəri Fətəlixan küçəsində görüşmüş və görüş zamanı qardaşı Taleh, tanışı Şəhriyar da yanlarında imişlər. Həmin görüş zamanı Rəşada 300 manat pul vermiş, Rəşad ondan pulları aldıqdan sonra tezliklə işin 20 gün ərzində həll olunacağını söz vermişdir. Lakin o dəfələrlə Rəşadla əlaqə saxlayaraq işi ilə bağlı maraqlanan zaman müxtəlif bəhanələrlə onu aldadırmış. Rəşad ondan Azərsunun Quba rayon şöbəsində sürücü kimi işə düzəldəcəyini vəd edərək ümumilikdə 2500 manat pulunu almış və ona qarşı dələduzluq etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan yalnız 400 manat hissəsi ödənildiyini bildirərək, məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, o, mərhum atası Rahim Babayevin adına olan və hazırda yaşadıqları evi anası Səfurə Babayevanın adma rəsmiləşdirmək istəyirmiş, Qardaşı Rafiq ilə bu barədə söhbət edən zaman Təqsirləndirilən şəxs adlı tanışının sənədlərlə əlaqədar məlumatlı olduğunu və həmin sənədləşmə işlərini onunla məsləhələşməyi tövsiyyə etmiş və o da razılaşmışdır. Həmçinin qardaşı Rafiq Rəşadı işə düzəldəcəyinə söz vermiş, Rafiqlə birlikdə Rəşadla təxminən 2019-cu ilin noyabr ayının ortalarında saat 14 radələrində Quba şəhəri H.Əliyev prospektində Şane restoranında görüşmüş və sənədləşmə ilə bağlı danışmışdırlar. Rəşad da sənədləşmə ilə bağlı məsələni həll edə biləcəyini demiş və həmin işə görə 550 manat pul istəmişdir. O, da Rəşadın təklifi ilə razılaşmış və danışığından arxayın olmuş ki, sənədləşməni həll edəcək. Rəşadla söhbət etdikləri gün yəni, 2019-cu ilin noyabr ayının ortalarında təxminən saat 21 radələrində yaşadığı evin yaxınlığında görüşmüş və qardaşı Rafiqin yanında ona torpaq sahəsinin sənədləşməsinə dair 550 manat pul vermiş, Rəşad da pulu aldıqdan sonra teziklə sənədləşmənin həll ediləcəyini söz vermişdir. Lakin o dəfələrlə Rəşadla bu barədə əlaqə saxlayaraq maraqlansada hər dəfəsində onu müxtəlif bəhanələrlə aldadırmış, Rəşad ondan aldığı 550 manat pulu bugünədək qaytarmamış və ona qarşı dələduzluq etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona ona vurulmuş ziyandan yalnız 400 manat hissəsi ödənildiyini bildirərək, məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, o, Təqsirləndirilən şəxsla 2019-cu ilin noyabr ayının ortalarında Quba şəhərində yerləşən Şane restoranında görüşüb söhbət edən zaman onu FHN-in Quba rayon şöbəsində sürücü kimi işə düzəldə biləcəyini demiş, Həmin işə görə də 2500 manat pul lazım olacağını demişdir. O, da Rəşadla razılaşmış, Rəşad ilkin olaraq 500 manat pul verməyini istəmiş, həmin 500 manat pulu da ilkin olaraq beh kimi verməli olduğunu demişdir. O, da həmin yerdə Rəşada 500 manat pul vermişdir. Həmin vaxt yanlarında Zərərçəkmiş şəxs1, əmisi oğlu Məhərrəm Babayev və Tamerlanın qardaşı Taleh Ağayev də olmuşdur. Sonra Rəşad 2019-cu ilin noyabr ayının sonlarnda ona zəng edərək 1250 manat pul verməyini istəmiş və həmin işlə əlaqədar olduğunu demişdir. O, da 2019-cu ilin noyabr ayının sonlarında Rəşadla Quba şəhərində yerləşən Sədərək ticarət mərkəzinin yaxınlığında görüşmüş və Rəşada 1250 manat pul vermişdir. Sonuncu dəfə 2019-cu ilin dekabr ayının əvvəllərində Rəşad ona zəng edərək düzəldəcəyi işlə bağlı 750 manat pul verməli olduğunu demiş, O, da Rəşadla 2019-cu ilin dekabr ayının əvvəllərində Quba şəhərində yerləşən Sədərək ticarət mərkəzinin qarşısında görüşmüş və Rəşada 750 manat pul vermişdir. O, Rəşadla dəfələrlə əlaqə saxlayaraq söz verdiyi məsələnin həlli ilə bağlı maraqlansa da Rəşad onu müxtəlif bəhanələrlə aldadaraq tezliklə işə düzələcəyini demiş, Rəşad ondan aldığı ümumilikdə 2500 manat pulu bugünədək qaytarmamış və ona qarşı dələduzluq etmişdir.İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 oğlu təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan yalnız 400 manat hissəsi ödənildiyini bildirərək məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmdə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, o, oğlu Məhərrəm Quba şəhərində yerləşən Şane restoranında ofisiant işləyir. Məhərrəm evdə söhbət zamanı Təqsirləndirilən şəxs 3500 manat pul müqabilində onu 2019-cu ilin dekabr ayının sonlarına kimi Qusar rayonunda yerləşən Müdafiə Nazirliyinin hərbi hissəsində işə düzəldə biləcəyini demiş və bu məqsədlə ilkin olaraq 400 manat pul istədiyini demişdir. O da Rəşadın Məhərrəmi işə düzəltməsinə görə Məhərrəmə 400 manat pul vermiş, Məhərrəm də 400 manat pulu Rəşada 2019-cu ilin avqust ayında Quba şəhəri H.Əliyev prospektində yerləşən Şane restoranında verdikdən sonra ona zəng edərək bu barədə bildirmiş, O, da Rəşadla 2019-cu ilin sentyabr ayında Şuduq kəndində görüşüb söhbət etmiş, Rəşad ona söz vermişdirki, 3500 manat pul müqabilində oğlu Məhərrəmi işə düzəldəcək. O, da həmin gün yəni, 2019-cu ilin sentyabr ayının əvvələrində yaşadığı Şuduq kəndində Rəşada 800 manat pul vermişdir. Təxminən 2-3 gün sonra Rəşad ona zəng edərək Quba şəhərində olduğunu və qalan pulu da verməyini istəmiş, O, da həmin gün oğlu Məhərrəm vasitəsi ilə Rəşada 1400 manat da pul göndərmişdir. Məhərrəm də 1400 manat pulu Rəşada təxminən 2019-cu ilin sentyabr ayının əvvəllərində Quba şəhəri H.Əliyev prospektində yerləşən Şane restoranında vermişdir. Sonuncu dəfə isə 14.12.2019-cu il tarixdə Rəşad ondan qalan 900 manat pulu da verməyini istəmiş. O, da Rəşada hazırda pulu olmadığını desə də, Rəşad təkid edərək pulu verməyini və işin alınması üçün vacib olduğunu demiş, o, da Rəşada telefonla danışan zaman 600 manat pul və 200 manat dəyərində 1 baş 35 kq çəkidə qoyun verəcəyini demişdir. Rəşad da onunla razılaşmışdır. Rəşad həmin gün Şuduq kəndinə gəlmiş, o, da Rəşada 600 manat pul və 200 manat dəyərində 1 baş qoyun vermişdir. Ümumilikdə Rəşada 3200 manat pul və 1 baş 35 kq çəkidə qoyunu da 200 manat əvəzinə vermişdir. Rəşadla daha sonra dəfələrlə əlaqə saxlasa da hər dəfəsində onu müxtəlif bəhanələrlə aldadaraq işin həll olunacağına söz verirmiş, lakin sonradan müddətin keçdiyini görüb pulunu qaytarmasını istəmiş, Rəşad isə hər dəfəsində onu aldadaraq pulunu bugünədək qaytarmamış və ona qarşı dələduzluq etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs4 oğlu oğlu təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan yalnız 400 manat hissəsi ödənildiyini bildirərək, məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmdə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, o, Rəşadla ilk dəfə tanışlığı qohumu Zərərçəkmiş şəxs3lə birlikdə 13.11.2019-cu il tarixdə kəndlərinə gəldiyi zaman olmuşdur. Rəşadla aralarında söhbət zamanı Rusiya Federasiyasının Surqut şəhərində qaynaqçı işlədiyini, lakin hazırda pensiya ala bilmədiyini demiş. Rəşad da ona 1500 manat pul müqabilində pensiya təyin etdirə biləcəyini demiş, O, da Rəşadla razılaşmış, Rəşad ondan ilkin olaraq sənədlərin hazırlanması üçün pul verməyini istəmiş, O, da 13.11.2019-cu il tarixdə yaşadığı evdə Rəşada ilkin olaraq 150 manat pul vermişdir. Rəşad ondan pulu aldıqdan sonra işin həllinə dair ilkin işləri görəcəyini demiş, 2019-cu ilin dekabr ayının əvvəllərində Rəşad ona zəng edərək işi ilə əlaqədar olaraq görüşmək üçün yaşadığı kəndə gəldiyini demiş və həmin gün Rəşadla yaşadığı evin yaxınlığında görüşmüşdür. Söhbət zamanı Rəşad ondan işi ilə əlaqədar olaraq 600 manat pul istəmiş, O, da Rəşada 600 manat pul vermişdir. Pulu aldıqdan sonra Rəşad sənədlərin hazırlandığını və işin tezliklə yekunlaşacağına dair söz vermiş, 2019-cu ilin dekabırın ortalarında Rəşad ona zəng edərək yaşadığı kəndə gəlmiş və işi ilə əlaqədar olaraq 500 manat pul istəmişdir. O, da Rəşada 500 manat pul vermiş, sonuncu dəfə isə Rəşad ona zəng edərək Quba şəhərinə gəldiyini və işi ilə əlaqədar olaraq təcili 100 manat pul verməli olduğunu demişdir. O, da Şuduq kəndində olduğundan qohumu Rafiqin vasitəsi ilə ona 100 manat pulu göndərəcəyini demiş, Rafiqlə zəngləşib görüşmüş və 100 manat pulu Rafiqə vermişdir ki, Rəşada çatdırsın. Rafiq həmin gün təxminən günorta vaxtı ona zəng edərək 100 manat pulu Rəşada Quba şəhərində görüşüb verdiyini demiş, Rəşadla da telefonla danışan zaman 100 manat pulu Rafqin ona verdiyini təsdiq etmişdir. Cabbar ümumilikdə, Rəşada 1350 manat pul vermişdir. Rəşad ona söz vermiş ki, verdiyi pulun əvəzində 2019-cu ilin sonunadək işi həll ediləcək. Daha sonra o dəfələrlə Rəşadla əlaqə saxlayaraq pensiya məsələsinin həlli ilə maraqlanan zaman, Rəşad onu müxtəlif bəhanələr gətirərək aldadırmış. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 oğlu təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmədiyini bildirərək, məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan yalnız 400 manat hissəsi ödənildiyini bildirərək, məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, təxminən 2019-cu ilin mart ayında Təqsirləndirilən şəxs və tanışları onun üçün klip çəkmişlər. Rəşad özünü televiziya işçisi kimi təqdim etmiş, Klip çəkilişinə görə o Rəşada ümumilikdə 2019-cu ilin mart-aprel ayları ərzində 1400 manat pul vermiş, Rəşadla klip çəkilişindən sonra münasibətləri daha da yaxşı olmuşdur. 2019-cu ilin avqust ayının əvvəllərində Rəşad Rustov kəndində qaynı Xalidin oğlu Bahadurun toy məclisində iştirak etmək üçün gəlmiş, toy məclisində Rəşad ona təklif etmişdir ki, Azərsu-nun Quba rayon şöbəsində sürücü vəzifəsində boş iş yeri vardır və oğlu Tamerlanı həmin işə düzəldə bilər. Aralarında söhbət olan zaman oğlu Tamerlan da yanlarında olmuşdur. Rəşad onlara Tamerlanı işə düzəltməyə görə 2500 manat pul lazım olduğunu demiş,o da Rəşada hazırda əlində pulu olmadığını, bir qədər fikirləşməli olduğunu demişdir. Tamerlanın Rəşadla razılaşaraq pul verməsini daha sonra öyrənmiş, Tamerlan Rəşada 03.08.2019-cu il tarixdə Quba şəhəri H.Əliyev prospektində yerləşən köhnə avtovağzalın yaxınlığında görüşüb işə düzəltməyə görə 1800 manat pul verdiyini demişdir. O da oğluna tələsməməsini və həmin məsələni araşdırıb sonra qərar verməli olduğlarım demişdir. Tamerlan da artıq Rəşadla söhbət edib razılaşdığını və ilkin olaraq 1800 manat pul verdiyini demiş, Tamerlan 2019-cu ilin əvvəllərində müxtəlif vaxtlarda əlavə olaraq işə düzəltməyinə dair söz verdiyi üçün Rəşada 200 manat, 200 manat və 300 manat olmaqla, ümumilikdə 2500 manat pul vermişdir. Rəşad pulu aldıqdan sonra dəfələrlə o və oğlu Tamerlan Rəşada zəng edərək işin gedişatı ilə maraqlanmış və Rəşad da hər dəfəsində müxtəlif bəhanələrlə onları aldadaraq işin tezliklə həll olunacağına dair söz vermişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı zərər çəkmiş şəxslərin ifadələri, şahid ifadələri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 13.04.21-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən 2800 manat məbləğində cərimə və 2 il 8 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya məhkəməsinin 22.06.2018-ci il tarixli qərarı ilə Bakı şəhər, Yasamal rayon məhkəməsinin 13.04.2018-ci il tarixli hökmü dəyişdirilərək 2800 manat məbləöində cərimə və 1 il 8 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 22.02.2019-cu il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 ay 28 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 20.05.2019-cu il tarixdə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt şəhər Probasiya Şöbəsinin 14.10.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin qərarı təyin edilmiş 2800 manat məbləğində cərimə cəzasını dövlət büdcəsinə tam ödədiyindən barəsində olan nəzarət işi 11.06.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İşdə olan Abşeron rayon Ceyranbatan qəsəbəsi MTİİTS tərəfindən verilmiş 15.06.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Qasımov X6 rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 15, mənzil 40 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayət nəticəsində dəymiş ziyanı zərərçəkmiş şəxslərə qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İşdə olan Quba Rayon Məhkəməsinin 05.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04.06.2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cы maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən, onun barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 04 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar